Məhkəmə qərarları › İş №1(004)-191/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-191/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-191/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış, daşımış və satmışdır. Belə ki, o, 11 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi iləqanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,824 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında 01 ədəd bükümdə təmiz çəkisi 0,202 qram narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında 5 manat pul müqabilində tanışı Şahid4 satmış, qalan 1,622 qram narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 18:50 radələrində ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmiş, şöbənin xidməti otağında Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1, 622 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir ildən çoxdur ki, psixotrop maddə olan metamfetamin istifadə edir. O, 17 oktyabr 2023-cü il tarixində şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 80 manata sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. Narkotik vasitəni alıb qayıdarkən o, X21 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə gətirilmişdir. Saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğu üçün o, videçəkiliş zamanı təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri Binəqədi rayonu ərazisindən 100 manata şəxsi istifadəsi üçün aldığını, 17 oktyabr 2023-cü il tarixdə isə tanışı Mahirdə ağrılar olduğu üçün istifadə etməsi mqəsdilə ona verdiyini bildirmişdir. Lakin o, tutulduğu gün, yəni 17 oktyabr 2023-cü il tarixində Mahirlə görüşməmiş, X16 gətirildikdən sonra orada görmüşdür. Mahirlə onun tutulduğu günün arasında bir həftə fərq olmuşdur. Mahirin tutulmasından bir həftə əvvəl Mahirlə aralarında yaranan mübahisə səbəbindən X11rkən üzərindən çıxan narkotik vasitəni pul müqabilində ondan aldığını bildirmiş, lakin o, Mahirə narkotik vasitə verməmişdir. O, ümumiyyətlə, narkotik vasitələrin satışı ilə məşğul olmur. Həmçinin o, tutulduğu gün, yəni 17 oktyabr 2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu, ərazisində olmamışdır. Bundan başqa onun adına “Leo Bank”a məxsus bank kartı olsa da, o həmin kartdan özü istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşıdır. 17 oktyabr 2023-cü il tarixdə X21 Alayının 6-cı Polis Bölməsinin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə ünvan 4 ünvanında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxs bu vaxt qaçmağa cəhd göstərmiş, lakin onlar həmin şəxsi saxlayaraq özlərini təqdim edib Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs qaçmaq istəyən zaman yıxılmamışdır, çünki onlar yaxınlaşaraq şəxsi saxlamışdırlar. Bundan sonra həmin şəxs könüllü şəkildə onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olan zamanın onun Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinin xidməti otaqlarının birin aparılaraq dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa, təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü və 01 ədəd “Nokia” markalı mobil telefon təqdim edərək, həmin bükümün içərisində narotik vasitə olan heroin olduğunu, həmin bükümü 11 oktyabr 2023-cü il tarixdə saat 10 radələrdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 100 manat müqabilində alaraq üzərində saxladığını, 12 oktyabr 2023-cü il tarixdə Şahid4 həmin aldığı heroinin bir hissəsinidə etmək üçün verdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ərazidən tanıyır. O və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmuş və bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdirlər. Onların istifadə etdikləri narkotik vasitəni bəzən o, bəzən isə İsmət alaraq gətirmiş və bir-birlərinə kömək məqsədilə narkotik vasitə vermişdirlər. Onunla İsmət arasında heç vaxt narkotik vasitələrin satışı olmamış, bir-birlərinə narkotik vasitə bağışlamamışdırlar. Onlar narkotik vasitə tapdıqda bəzən onu bir-birlərinə gətirərək birlikdə istifadə etmişdirlər. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır, çünki İsmətin özünün narkotik vasitə almağa pulu olmamışdır. O, tutulduğu gün, yəni 12 oktyabr 2023-cü il tarixində İsmətin yanında olmuş, onlayn qaydada aldığı narkotik vasitəni gətirərək onunla birlikdə istifadə etmişdir. Həmin vaxt polis əməkdaşları gələrək onu saxlamış və Yasamal RPİ-nin 28-ci PŞ-ya aparmışdırlar. Ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq olunmamışdır. O, ibtidai istintaq zamanı narkotik vasitəni İsmətdən aldığını deməmiş, ümumiyyətlə, ondan narkotik vasitəni kimdən aldığı soruşulmamışdır. Çünki polis əməkdaşları kimin narkotik vasitə istifadəçisi, kimin isə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, məhkəmə-tibb eksperti vəzifəsində çalışır. O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2023-cü il tarixli 1239 nömrəli ekspert rəyi vermişdir. Onun rəy verən zaman əsas vəzifəsi törənən xəsarətlərin qeyd olunması və onların ağırlıq dərəcələrinin müəyyənləşdirilməsi olmuşdur. Verilmiş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol dirsək oynağının, sol budun, sağ əlin ovuc səthinin, sol nil-bilək oynağının və sağ diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Vətəndaş Təqsirləndirilən şəxs deməsinə görə, həmin xəsarətlər qaçarkən yıxıldığı üçün meydana gəlmişdir. Onun qarşısına həmin xəsarətlərin yaranma mexanizmini müəyyən etməklə əlaqədar sual qoyulmamışdır. Lakin həmin xəsaətlər xarakterinə və yerləşmə yerinə görə yıxılmağa xarakterik olan xəsarətlərdir. Qeyd olunan hissədə “küt əşya” konkret olaraq göstərilməmişdir, belə ki, küt əşya dedikdə, müxtəlif əşyalar, o cümlədən yer səthi də nəzərdə tutulur. Ekspert rəyində qeyd olunan “...törənmə müddəti onun müayinə olunduğu vaxtdan 5-7 gün əvvələ, yəni qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun deyildir” cümləsində texniki olaraq yanlışlığa yol vermişdir. Vətəndaşın müayinəsi 20 oktyabr 2023-cü il tarixində aparılmış və həmin xəsarətlərin törənmə müddəti onun müayinə olunduğu vaxtdan 5-7 gün əvvələ uyğun gəlməsi müəyyən olunmuşdur. Yəni həmin xəsarətlərin törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 91-93-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 18:50-də ünvan 4 ünvanının qarşısında ƏÇPA-nın 6ci PB-nin polis nəfəri Şahid1 və Şahid2 ilə birlikdə darama tədbirləri ilə əlaqədar ərazidə xidmətdə olarkənbir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşan zaman o, qaçaraq uzaqlaşmışdır. Daha sonra həmin şəxsi saxlayıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs verilən suallardan yayınaraq getməyə çalışmışdır. Həmin şəxsin danışığından, narkoik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə daşımasından şübhələnib Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxsə etiraz etməyib birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Şöbəsinin xidməti otaqlarının birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Təkliflərindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü və 01 ədəd “Nokia C1” markalı mobil telefon təqdim edərək, həmin bükümün içərisində narotik vasitə heroin olduğunu, 11 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı adını bilmədyi kişi cinsli şəxsdən 100 manata aldığını, sonra istifadə etmək üçün üzərində saxladığını, 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Şahid4 həmin aldığı heroinin bir hissəsini istifadə etmək üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, şəffaf selofana bükülmüş bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 167 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Nokia” markalı mobil telefon subut əhəmiyyəti kasb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra bu haqda protokol tərtib edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etmişlər. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşı Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5524 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün No167” dairəvi möhür əksi və “Saxlanılan şəxs : Təqsirləndirilən şəxs-imza, içtirakçılar: üç imza, Roman Məmmədov-imza...” yazı əlavələri qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,622 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmışnarkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. (i.v. 32-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 xx.xx.2023-cü il tarixli 1239 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol dirsək oynağının, sol budun, sağ əlin ovuc səthinin, sol nil-bilək oynağının və sağ diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti onun müayinə olunduğu vaxtdan 5-7 gün əvvələ, yəni qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun deyildir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətin şəxsin yıxılması nəticəsində törənməsi inkar olunmur. (i.v. 69-71) “Diskə baxış keçirilməsi haqqında” 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında təhqiqatçı, polis mayoru Məmmədov Roman 168 Yunus oğlunun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri Şahid3 və Şahid2 Said oğlunun ştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir şəxs özü barədə məlumat verdikdən sonra Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə ona təhqiqatçı tərəfindən edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşǝşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü və 01 ədəd “Nokia C 1” markalı mobil telefon təqdim edərək, həmin bükümün içərisində narotik vasitə heroin olduğunu bildirərək, 11 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı adını bilmədyi kişi cinsli şəxsdən 100 manata aldığını, sonra istifadə etmək üçün üzərində saxladığını, 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Şahid4 həmin aldığı heroinin bir hissəsini istifadə etmək üçün verdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, şəffaf selofana bükülmüş bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tǝrǝifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürülmüşdür. (i.v. 80) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5343 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün No167” dairəvi möhür əksi və “Allahverdiyev (imza) yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,202 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmışnarkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. (i.v. 99) 19 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid4 12 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində 05 manat müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aldığını sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 111-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2023-cü il tarixli 8362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənidi münasibətin olması ilə əlaqədar olaran narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. (i.v. 133-134) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 26 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6457 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR ƏN MEM-nin «Tədqiqat Obyekti №o 59» ştamp ǝksi olan paketdəki vət. Şahid4 aşkar edilərək götürülmüş narkotik vasitə heroin, üzərində AR ON MEM-nin «X22 68» ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkinə görə eynidir. (i.v. 135-139) “Sübutların qiymətləndirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və hər iki ekspertiza tədqiqatından qalıq qalmış 1.552 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 143-152) Ceyhun Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Nokia C1” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması məqsədi ilə onun müdafiəçisi X1 RPİ-nin OŞ-nin istintaq şöbəsinin müstəntiqi Rafael Əsgərovdan təhvil almışdır. "xxxx" MMC-nin 04 iyun 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə müxtəlif şəxslərlə narkotik vasitələrin alış-satışına dair yazışmalar aparmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-213/2024 saylı hökmünə əsasən Şahid4 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 6 ünvanda Təqsirləndirilən şəxs 05 manata satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,202 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün 21:00-da Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 saylı ünvamn qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə apanlarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,202 qram açıq qəhvəyi rəngli tozşəkillim maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Şahid4 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitəni müxtəlif şəxslərdən, o cümlədən üzdən tanıdığı, digər anket məlumatlanm bilmədiyi İsmət adlı şəxsdən alıb istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 7 ünvanda İsmət adlı şəxslə görüşdükdə sonuncuya 5 manat verərək 1 büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni üzərində saxlamışdır ki, sonra ehtiyacı yarananda istifadə edər. Bundan sonra o, yaşadığı ünvana qayıtmış və təxminən saat 21 radələrində yenədə Şərifzadə 1 ünvanın qarşısında olan zaman əvvəllər tanımadığı, sonradan polis əməkdaşlarını olduqlarını bildiyi şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ondan birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getməyini istəmişlər. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra sonuncularla birlikdə PŞ-nə gəlmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim edilmiş və konfıdensial görüşləri üçün şərait yaradıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edildikdə o, polis əməkdaşlanna etirazının olmamasını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif olunduqda özü könüllü olaraq əynində qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükümdəkinin nə olması və haradan əldə etməyi barədə verdiyi suallarına cavab olaraq bildirmişdir ki, həmin bükümdəki narkotik vasitə heroindir və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında saxlanıldığı ünvanda İsmət adlı şəxsdən 5 manat verməklə almışdır. Bundan sonra şəxsi axtarışda iştirak edən qadın əməkdaş tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və digər hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş maddə qablaşdırıldı və bu barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli No 1(004)-191/2024 saylı məktubunuza cavab olaraq bildiririk ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-Sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol dirsək, sol qalça tini nahiyəsində, sol budun yuxarı 1/3-nin arxa səthində və hər iki diz nahiyəsində üzəri qǝrtməkli yaralarmüşahidə olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 11 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs müvafiq xəsarətləri almasında Yasamal rayon polis idarəsinin polis əməkdaşlarının təsirinin olması və hər hansı qanunsuz hərəkətləri etməsi təsdiq edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, aparılmış yoxlamanın nəticələrinə görə toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikasının Cinayet Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin satış məqsədi olmadan saxlamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən SMS yazışmalarını və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 14) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmişdir. (i.v. 67) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 74-78) AZ İV №305212 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. AZ İV №415275 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 204-205) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.552 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 206 (iki yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamanı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.552 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 206 (iki yüz altı) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar