Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-192/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ********* saylı (hazırki) cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təqdbiri seçilmiş, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə isə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 08 oktyabr 2022-ci il saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 10 manata 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin almışdır. Qeyd olunan narkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanının qarşısinda polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,021 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin oktyabr ayının 08-də saat 12.00 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 10 manata 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin almışdı. Qeyd etdiyi narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb daşımışdır. Həmin tarixdə saat 16.00 radələrində ünvan 5 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bununla da o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan bükümü təqdim etmişdir. Yasamal RPİ-də xidməti otaqlardan birində təhqiqatçı, polis polkovnik-leytenant X7 tərəfindən ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu və CPMnin 90-cı maddəsi ilə şübhəli şəxsin hüquq və vəzifələrini, o cümlədən müdafiəçi tutmaq hüququ ona izah edilərək ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X8 ilə təmin olunduqdan sonra, onun üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirildi və üzərində hər hansı bir gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olubolmamamasını soruşuldu. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş. Həmin01(bir) ədəd ağ rəngli kağız bükümü onun iştirakı ilə açılan zamanbükülünün içindəki qəhvəyi rəngli toz şəkilli kakosu yəni, kütlə olan heroin aşkar edildi. Üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilmədi. Ondan aşkar olunmuş qəhvəyi rəngli kütlə heroin polis əməkdaşı tərəfindən qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o, həmin protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 bildirmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində xidmət etdiyi Yasamal RPİ-nə xx xxx 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla Yasamal rayonu M.F.Axundov küçəsi ev 4-də faktiki yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəisi, polis mayoru Vəli Cəfərova məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə etmiş. Yasamal RPİ-nin 26-cı PB-nin rəisinin 08 oktyabr 2022-ci il tarixli əmri ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun üzvü o, və qrupun rəhbəri isə Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 təyin edilmişlər. Göstərilənlərlə bağlı,Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 08 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində zəruri əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. 08 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində qanunsuz olaraq narkotik vasitə əldə edib Bakı şəhəri Nəsimi rayonu ərazisində “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 10 manat pul vəsaiti müqabilində özü istifadə etməsi üçün əldə edərək üstündə saxladığı və daşıdığını məlumatını almişlar. Onlar özlərini ona polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs öz anket məlumatlarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər.O, etiraz etməyərək təkliflə razılaşaraq, birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin izibati binasına gəlmişlər. X6 tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində, ehtimal oluna qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədlər vardırsa könüllü təqdim olunması təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü narkotik vasitə heroini masanın üzərinə qoymuş. Həmin şəffaf sellofana bükülmüş bükümü X6 tərəfindən açılan zaman qəhvəyi rəngli, toz şəkilli, kütlə olan heroin maddə olması aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilərkən onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli, kütlə olan heroin maddə olan bükümü içi boş olan ağ zərfin içinə qoyularaq üzəri Azərbaycan Respublikası DİN-nin arayışlar üçün №170 saylı möhürü ilə möhürlənərək zərfin üzərində protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindənimzalanmış və məhkəmə kimyəvi ekspertizası tədqiqatı keçirilməsi üçün ekspertizaya təqdim edilməsi üçün götürülmüşdü.Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və narkotik vasitə götürülməsi haqqında protokol tərtib edilmiş. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmamış və protokolun düzgünlüyünü imzalarla təsdiq edilmiş.Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-cı vərəqəsində olan 08 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru vəzifəsini icra edən Rəşadət Orucovun 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan 10 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5815 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-nin “Zərflər üçün № 170” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)...” sözləri,soyad və imzalar olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi - 1,021 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat təşkil etmişdir. Cinayət işinin 118-126-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,971 qram çəkidə olan narkotik vasitə heroin və CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022ci il tarixli, 7664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-87 və 99-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə təqsirli bilinib 02 il üddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə Binəqədi Rayonu Məhkəməsinin qərarı ilə 04 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçısı, polis polkovnik-leytenant Bundan sonra onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edildi və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar elan edilərək ona hüquq və vəzifələri izah edilmişdi. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır.X7, qeyd olunan idarənin bəş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, qrupun üzvü polis kapitanı X2və müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Bakı şəhəri,Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasında xidməti otaqda şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Axtarış və götürməni aparan X6 həmin prosesual hərəkəti aparmazdan əvvəl iştirakçıların özlərini təqdim etməsini istəyir və hər bir iştirakşı özləri videogörüntü vasitəsilə özlərini təqdim edir.Eləcədə şübhəli şəxs Təqsirləndirilən şəxsözünü təqdim edərək məlumat verir və ona iştirakşılara, müdafiəşiyə,videoçəkilişin aparılmasına etirazının olub olmadığı sual edilir.Təqsirləndirilən şəxs təhqiqatçıya,iştirakçılara, müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra, onun üzərində şəxsi axtarış və götürmə aparılacağı izah olunur və proses aparılmazdan əvvəl üzərində dövriyyəsi qadağan olunan əşya və maddəni təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd güçüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu bildirərək, həmin maddəni 08 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 10 manata almasını və üzərində istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin gün saat 16:00-da Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinə bənzər maddə aşkar olunmuş, bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin №170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması davam etdirilsə də cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılaraq Yasamal RPİ-nə gətirilərkən ona qarşı hər hansı bir psixi, fiziki və sair zorakı hərəkətlər edilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı (hazırki) cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və barəsində Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli isə hökmün çıxarıldığı 01 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 7664 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,971 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 55 (əlli beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,971 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində ********* saylı (hazırki) cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-192/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-192/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver