Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-193/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qızılı rəngli siqaret kağızı və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0.358 qram və 0.175 qram, ümumi təmiz çəkisi 0.533 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Xəqani Dadaşov küçəsi ev 42 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bu əməlinə görə əvəllər dəfələrlə məhkum olub. Sonuncu dəfə o Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.01.2012-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 28 yanvar 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Yasamal rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinə getmişdir. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla ona üzərində olan dövriyyəsi qadağan olunmuş əşyalar barədə məlumat vermək təklif olunmuş və o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ayrı-ayrı bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 28 yanvar 2021-ci il tarixdə ondan və iş yoldaşı olan Şahid1 ibarət əməliyyat qurupu təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2021-ci il tarixdə saat 20:00da ünvan 4 ünvanın qarşısında saxlanılmış və ondan narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda o səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduğunu demişdir. Onun üzərində narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nin inzibati binasına aparıb təhqiqatçıya təhvil vermişlər. Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, ona üzərində olan dövriyəsi qadağan olunmuş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümdə olan narkotik vasitə olan heroini çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən dövriyyəsi qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Həmin narkotik vasitənin haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 28.01.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, bildiyinə görə həmin ərazidə yaşayan, barəsində heç bir anket məlumatı olmayan 50-55 yaşlarında olan şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 02 bükümdə olan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və 169 N-li möhürlə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülünü çıxarıb təqdim etdi. Bundan sonra həmin bükümlər açılmış və içərisindən qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşan zaman bildirmişdir ki, həmin maddə narkotik vasitə olan kakosdur. Bu gün Kubinka adlanan ərazidən, üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. (i.v. 38-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli, 6/400 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 42” möhür əksi, Təqsirləndirilən şəxs..:” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.358 qram və 0.175 qram, ümumi təmiz çəkisi 0.533 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 45-48) “Diskə baxış keçirilməsi barədə” 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qızılı rəngli siqaret kağızı və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.358 qram və 0.175 qram, ümumi təmiz çəkisi 0.533 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra həmin iki bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN 169 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik narkotik vasitə olan heroin bükümündən özünə məxsus olduğunu, həmin narkotik vasitəni 28 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kbinka” kimi tanınan ərazidən 50-55 yaşlarında olan şəxsdən götürdüyünü, narkotik vasitələrdən istifadə etdiyini, vcerilən sualları düzgün başa düşdüyünü və doğru, səmimi cavablar verdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. (i.v. 56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 6/1046 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, RA DİN “Zərflər üçün № 42” möhür əksi, “Təqsirləndirilən şəxs..:...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə (№1) olan narkotik vasitə heroinlə 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə (№2) olan heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (i.v. 123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair 05.04.2021-ci il tarixli 950 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 129-130) “Sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.533 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi təmiz çəkisi 0.413 qram qram heroinin maddi sübut hesab edilməsi və Yasamal RPİ-nə saxlanışa verilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videoçəkilişin olduğu bir ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə məhkəməkimyəvi, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul olunmuşdur. (i.v. 132-138) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.533 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 28) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2021-ci il tarixli, 4(004)-55/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay, yəni 28 aprel 2021ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 80-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 18.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Oktyabr Rayon Xalq Məhkəməsinin 29.04.1982-ci il tarixli hökmü ilə CM-nin 88-ci maddəsinin 2 hissəsi nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSR X11 Heyyətinin 18.06.1987-ci il tarixli fərmanının 9 maddəsinin «E» bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/2 qədər azaldılıb, 02 il 04 ay 08 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb, 26.10.1989-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Yasamal Rayon Xalq Məhkəməsinin 20.11.1996-cı il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.09.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhər Yasamal Rayon Xalq Məhkəməsinin 01.04.1999-cu il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Əzizbəyov Rayon Xalq Məhkəməsinin 21.12.2000-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək cəzası 03 ilə endirilmiş, 08.02.2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 10.05.2004-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.08.2005-ci il tarixdə Bakı Şəhər Binəqədi rayon Məhkəməsinin 13.07.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 30.05.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 17.03.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.01.2012-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 24.05.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli qərarı ilə 01 il 01 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, 16.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 96-98) Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2012-ci il tarixli 1 (101)-109/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 107-118) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli 7(003)-551/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 119-122) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 27 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli 7(003)-551/2020 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası 16.07.2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 30.05.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 17.03.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.01.2012-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 24.05.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli qərarı ilə 01 il 01 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, 16.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 30.05.2006-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, lakin ağır cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2012-ci il tarixli 1 (101)-109/2012 nömrəli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 24.05.2019-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 11 yanvar 2012-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.413 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 29 yanvar 2021-ci il tarixli 6/400 nömrəli rəy üzrə 109 manat və 02 aprel 2021-ci il tarixli 6/1046 nömrəli rəy üzrə 109.90 manat cəmi 218.90 (iki yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, onun yaşının cox olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,413 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri 29 yanvar 2021-ci il tarixli 6/400 nömrəli rəy üzrə 109 manat və 02 aprel 2021-ci il tarixli 6/1046 nömrəli rəy üzrə 109.90 manat cəmi 218.90 (iki yüz on səkkiz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X5, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-193/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-193/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver