Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-193/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1, Abdullayeva Məryəm Zaur qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, vəkil X2 iştirakları ilə, X5 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Laçın Rayon Məhkəməsindən daxil olmuş xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X9 "xxxx" MMC-nin direktoru X8 və "xxxx" MMC-nin müxbiri X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutlmuş cinayətlərin törədilməsində təqsirli bilinib onların həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, X13 və X10 tərəfindən Ağcabədi Rayon Məhkəməsinə etiraz edilmiş, həmin etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd edilən xüsusi ittiham qaydasında icraat materiallarının baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən X8 və X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayətin Yasamal rayon məhkəməsində baxılmasına etiraz etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs vəkil X6 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməməsini və aidiyyatla bağlı qərarın apellyasiya qaydasında mübahisələndirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 və xüsusi ittiham qaydasına şikayət verən şəxs X7 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməslərinin səbəbləri barədə məlumat verməmişlər və onların iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsini rəhbər tutaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 və xüsusi ittiham qaydasına şikayət verən şəxs X4 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayəti səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Laçın Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Laçın rayon məhkəməsi qərarında qeyd etmişdir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayətdən və digər sənədlərdən, o cümlədən portaldan çıxarışdan görünür ki, X13 "xxxx" MMC-nin direktoru X10 isə "xxxx" MMC-nin müxbiridir və onlar xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 şikayətində qeyd etdiyi məlumatları hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən internet informasiya ehtiyatı olan "xxxx" MMC-dən edilən çıxışlarla yaymışlar. Ona grə də Laçın rayon məhkəməsi hesab etmişdir ki, qeyd olunan xüsusi ittiham qaydasına şikayətə baxılması da internet informasoya ehtiyatı olan "xxxx" MMC-nin yerləşdiyi hüquqi ünvan yəni ünvan 2i olan Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən həyata keçirilməlidir. Lakin xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti ev 529 olsa da, faktiki olaraq Ağcabədi rayonunda yerləşir. Həmçinin şikayətdən də görünür ki, xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olan hal barəsində şikayət verilən şəxslər olan Fərhad Quliyev və Rəhman Ələsgərovun “Tik-tok” sosial şəbəkəsindəki çıxışlarla bağlıdır. Həmin şəxsləri də yaşayış yeri və "xxxx" MMC-nin yerləşdiyi yer Ağcabədi rayonudur. Bundan başqa Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X5 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında iş üzrə barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10 və X13 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə verilmiş etirazın təmin edilməsi, X10 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında icraat materialları mahiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Beləliklə, hazırkı vəziyyətdə "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4 yer və barəsində şikayət verilən şəxslərin yaşadığı yer Ağcabədi rayonu olduğundan hazırkı şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlər Laçın Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxslərin bu hüquqlarını təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında iş üzrə barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-193/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-193/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver