Məhkəmə qərarları › İş №1(004)-194/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-194/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-194/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 03.01.2021-ci il tarixdə saat 10:30 radələrində "BCD" kateqoriyalı sürücülük vəsiqəsi və müvafiq etibarnamə əsasında idarə etdiyi Şahid məxsus texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektindən dönüb Yasamal rayonu,Ə.Quliyev küçəsi istiqamətində saatda 8-10 kilometr sürətlə hərəkətdə olarkən “X4” Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq,yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmadan hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, hərəkətini davam etdirərək yolun ünvan 2 ünvanın qarşısından keçən hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan piyadaçı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq sonuncuya ehtiyatsızlıqdan sağ ayağının hər iki topuğunun yerdəyişmiş sınığı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmiş, bundan sonra idarə etdiyi avtomobillə hadisə yerini tərk edib getməklə “X4” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ona həmin maddələr ilə elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 3 yanvar 2022-ci il tarixdə səhər saat 10:30 radələrində icarəyə götürdüyü avtomobillə, Nizami küçəsindən sifarişə əsasən müştərini götürüb Badamdar qəsəbəsinə apardığını və Azərbaycan prospektindən Ə.Quliyev küçəsinə döndüyünü bildirmişdir. Bir qədər getdikdən sonra yolun sağında bir kişinin arxası yola tərəf dayandığını görmüşdür. Bayram günləri olduğu üçün həmin vaxt Ə.Quliyev küçəsində yolda həm sağ, həmdə ki sol tərəfdə avtomobillər dayanmışdır, bu səbəbdən yol çox dar olmuşdur. Həmçinin asfalt örtüyüdə dağınıq idi. O, təxminən 8-10 km/saat sürətlə hərəkət etmişdir. Piyadaya çatan zaman o üzünü çevirərək yolu keçən vaxtda avtomobili görüb qorxaraq yerə yıxılmışdır. Piyada Zərərçəkmiş şəxs 15-20 metr ona çatmamış görmüşdür. Piyada Zərərçəkmiş şəxs vurmağı hiss etməmişdir. O, avtomobili dərhal saxlayaraq yerə düşüb Zərərçəkmiş şəxs yerdən qaldırmış, həmin zaman ətrafdan iki nəfərində yaxınlaşıb və onunla bərabər Fuadı yerdən qaldırdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs nəyəsə ehtiyacının olub olmamasını soruşnuş, onun heç bir şeyə ehtiyacının olmadığını bidirməsindən sonra həmin ünvanı tərk etmişdir. 06.01.2022- ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmişdir, onu həkimə aparmağa gəldiyini bildirmişdir. Amma Zərərçəkmiş şəxs bəhanələr gətirdiyi üçün onu tibbi yoxlanışa apara bilməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və yol şəraitini aydın müşahidə edə bildiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.-cü maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və bu hissədə onun barəsində cinayət təqibinə xitam verilməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə onun barəsində azadlıqdan məhrumedilmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 yanvar 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində yaşadığı ünvan 3 ünvanın qapısından çıxıb yolu keçən zaman anası onu çağırmışdır. Anasının səsinə dönən zaman arxadan gələn gümüşü rəngli avtomobil sağ pəncəsinin üstündən keçmişdir. O, ağrıdan bu zaman yüksək səslə qışqırmışdır. Həmin avtomobilin sürücüsü özünü itirərək arxaya avtomobili vermiş, və arxaya verən zaman avtomobilin təkərinin ayağının topuq hissəsindən keçərək onu yerə yıxdığını bildirmişdir. Ətrafda olan qonşuları onu qucaqlarına alaraq yaşadığı evə gətirmişdirlər. Hadisə zamanı sağ ayağına xəsarət yetirilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus olan Toyota Prius markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 05.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etməsi üçün günlük 30 manata kirayə vermişdir. 2022-ci ilin fevral ayının ilk həftələrində Rəşad avtomobili ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona baş vermiş hadisə nəticəsində avtomobilənə heç bir zədənin dəymədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini, eləcə də Təqsirləndirilən şəxs onu avtomobilin ön sağ hissəsi ilə vurmasını, onun üzünə qarşı bildirmişdir (səh. 86-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 Yasamal rayon şöbəsinin 14.01.2022-ci il tarixli 13 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ hər iki topuğun yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, 03.01.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir (səh. 21-23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 14.01.2022- ci il tarixli 8/352 nömrəli rəyi ilə təsdiq olunur ki, Toyota Prius markalı **-BJ-*** dövlət qeydiyyat nisanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ş.Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmisə yardim göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçdığından onun hərəkətlərində “X4” Azərbaycan Respublikasi Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (səh. 55-58). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (səh. 49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BDYPİ tərəfindən 25.08.2021-ci il tarixdə verilmiş BB 309856 nömrəli (etibarlılıq müddəti 10 il olan) “sürücülük vəsiqəsi”ndən görünür ki,Təqsirləndirilən şəxs həmin vəsiqə üzrə “BCD” kateqoriyası verilmişdir . DİN BDYPİ tərəfindən 25.08.2021-ci il tarixdə verilmiş BB № 126177 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki,Toyota Prius minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid adma rəsmiləşdirilmişdir. Eyni zamanda cinayət işinə əlavə edilmiş 05.11.2021 -ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontoru tərəfindən verilmiş ƏN-V№- 855075 nömrəli “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında Etibarnamə”nin surətindən görünür ki, Şahid qeyd edilən tarixdə Toyota Prius minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 2 il müddətinə istifadə üçün Təqsirləndirilən şəxs səlahiyyət vermiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. Qeyd edilən məlumatların doğruluğu DİN BDYPİ tərəfindən göndərilmiş məktubla təsdiq edilmişdir (səh.15-16, 85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.01.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə yolnəqliyyat hadisəsinin baş verdiyi ünvan 4 ünvanın qarşısındakı yola baxış keçirilmiş, hadisə yerinin sxemi hazırlanmış və protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 9). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.01.2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı heç bir zədəd aşkar edilməmişdir (səh. 10-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (səh. 140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-164/2022 saylı, 25.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmaqla 1 ay 21 gün müddətinə “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmişdir (səh. 97-98, 124-130). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ seriyalı 567068 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 iyun 2010-cu il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs, anası isə X2r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.04.2022-ci il tarixində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Hazırda ondan şikayət və ətələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşmanlıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “X4” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və bu hissədə onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilməlidir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar