Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-194/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatavada günlük kirayə evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 206 ünvanında yerləşən “Rahat Yaşam” şirkətinə məxsus binanın qazanxanasına yəni binaya qanunsuz daxil olaraq iş otağında stolun üstündən Zərərçəkmiş şəxs məxsus üzərində qiyməti 4 manat, balansında 1 manatlıq danışıq konturu olan ***-***-**-**, qiyməti 4 manat, balansında 2 manatlıq danışıq konturu olan ***-***-**-** GSM nömrələri olan, qiyməti 300 manat dəyərində qara rənqli «Samsung» markalı SM-A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefonu, içərisində 750 manat nağd pul, qiyməti 20 manat dəyərində üzərində «GİORGİO ARMANİ» yazısı olan qara rəngli pul kisəsini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1081 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, zərərçəkmiş şəxsin yanında işləyib, dəmir yığırdı, oranın da qapısı həmişə açıq olurdu, girib dəmir üçün baxıb, görüb ki, pəncərəsi də açıqdı, girib içəri, görüb ki, stolun üstündə pul kisəsi və telefon, götürüb çıxıb, açanda içində 750 manat pul olub. Otağa pəncərədən girmişdi. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı ödədiyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxsin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2013-cü ildən Yasamal rayonu, Nərimanov prospekti 206 ünvanda yerləşən «Rahat Yaşam» şirkətinə aid qazanxanada operator işləyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə işdə olmuş, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində iş otağında özündən aslı olmayaraq yuxuya getmişdir. Yuxuya getməmişdən əvvəl özünə məxsus olan üzərində ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan 2020-ci ildə 450 manat aldığı Cin istehsalı olan qara rəngli Çin istehsalı «Samsung» markalı SM-A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefonu, içərisində 750 manat pul, AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, özünə məxsus balanslarında pul olmayan "xxxx" ASC-yə və «AFBBANK» aid plastik bank kartları olan qara rəngli pul kisəmi stolun üzərinə qoymuşdur. Həmin gün saat 06:40 radələrində yuxudan oyanmışdır, stolun üstünə qoyduğu üzərində ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri olan 2020-ci ildə 450 manat aldığım qara rəngli mobil telefonun, içərisində 750 manat pul, AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, üzərlərində onun ad və soyadı yazılmış, balanslarında pul olmayan 1 ədəd "xxxx" ASC-yə aid və 1 ədəd «AFBBANK» aid plastik kartları olan qara rəngli pul kisəsinin stolun üstündə olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdim. Qara rəngli pul kisəsini 3 il bundan əvvəl 15 manata almışdır. Pul kisəsi səliqəli saxladığından təzə vəziyyətdə olduğundan oğurlandığı vaxtada da qiymətinin 15 manat təşkil etmişdir. Pul kisəsinin üzərində əmtəənişanı olan «GİORGİO ARMANİ» sözləri həkk olunmuşdur. Cin istehsalı olan mobil telefonunun istifadə olunmasını nəzərə alaraq qiymətinin oğurlandığı tarix üçün orta bazar qiyməti 300 manat təşkil etmişdir. Samsunq Galaxy A21s markalı mobil telefonumun üzərində Azercellə aid ***-***-**-** saylı mobil nömrənin qiyməti 4 manat, oğurlandığı vaxt üzərində 1 manatlıq danışıq konturu olmuşdur. Azərfona aid ***-***-**-** saylı mobil telefon nömrəsinin qiyməti 4 manat olmuş, oğurlandığı vaxt üzərində 2 manatlıq danışıq konturu olmuşdur. Hadisə barədə həmin gün saat 06:58–də DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir, o, Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmiş, əmlakının naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı şikayət ərizəsi və izahat yazmışdır. Polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirib protokol tərtib etmişlər. O da protokola imza etmişdir. Hadisənin kim tərəfindən törədilməsini bilməmişdir. Oğurlanmış yuxarıda qeyd olunan ona məxsus əşyalar və sənədlər tanıma üçün ona təqdim olunarsa, tanıya bilər. Hadisə nəticəsində ona ümumilikdə 1076 manat mələğində ziyan dəymişdir. O, ilkin izahatında işlədiyi qazanxanada yuxudan xx.xx.2023cü il tarixdə saat 05:40 radələrində oyanmağını düzgün göstərməmişdir,həmin gün saat 06:40 radələrində yuxudan oyanmış və mobil telefonunu, içərisində 750 manat pul, şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik bank kartları olan pul kisəsinin stolun üstündən oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs yuxuda olduğu vaxt, yəni xx.xx.2023-cü il tarixdə saat 06 radələrində işlədiyi qazanxanaya daxil olaraq otaqda stolun üzərindən qeyd olunan mobil telefon, içərisində pul, şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik bank kartları olan qara rəngli pul kisəsini oğurlaması mümkündür. O, Təqsirləndirilən şəxs oğurluq edən vaxt görməmişdir. Daha sonra Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6896 saylı ekspertiza tədqiqatına təqdim olunmuş ona məxsus «Samsunq Galaxy A21s» markalı Çin istehsalı olan mobil telefonun Cin istehsalı «Samsung» markalı SM-A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefon olması kimi qeyd olunmasına etirazı yoxdur, həmin mobil telefonun istifadə olunması nəzərə alınaraq qiymətinin 140 manat manat olması ilə razı deyildir, oğurlandığı dövrdə həmin mobil telefonun qiyməti 300 manat dəyərində olmuşdur. «GİORGİO GA ARMAN» sözləri yazılmış qara rəngli pul kisəsinin üzərində «GİORGİO ARMANİ» yazısı olan qara rəngli pul kisəsi olmasına və istifadə olunması nəzərə orta bazar qiyməti 20 manat dəyərində, oğurlanmış mobil telefonumun üzərində olmuş ***-***- **-** GSM nömrəsinnin qiymətinin 4 manat, ***-***-**-** GSM nömrəsinin qiymətinin 4 manat müəyyən edilməsinə etirazı yoxdur. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində işlədiyi Yasamal rayonu Nərimanov prospekti 206 ünvanda yerləşən «Rahat Yaşam» şirkətinə aid qazanxanada iş otağında stolun üstündən ona məxsus istifadə olunması nəzərə alınmaqla qiyməti 300 manat olan Cin istehsalı «Samsung» markalı SM- A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefonun, həmin telefonun üzərində qiyməti 4 manat, balansında 1 manatlıq danışıq konturu olan ***-***-**-**, qiyməti 4 manat, balansında 2 manatlıq danışıq konturu olan ***-***-**-** GSM nömrələrinin, içərisində 750 manat pul, AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, ona məxsus üzərlərində onun ad və soyadı yazılmış, balanslarında pul olmayan 1 ədəd "xxxx" ASC-yə aid və 1 ədəd «AFBBANK» aid plastik kartları olan istifadə olunmuş qiyməti 20 manat olan üzərində «GİORGİO ARMANİ» yazısı olan qara rəngli pul kisəsinin oğurlanması nəticəsində ona ümumilikdə 1081 manat məbləğində maddi ziyan dəymişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış «Samsung» markalı SM-A21F/DSN» modelli 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefon, üzərində «GİORGİO ARMANİ» yazısı olan qara rəngli pul kisəsi, ona məxsus olan AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, mənə məxsus üzərlərində onun ad və soyadım yazılmış, balanslarında pul vəsaiti olmayan 1 ədəd "xxxx" ASC-yə aid və 1 ədəd «AFBBANK» aid plastik kartları ona tanınmaya təqdim edilmiş və həmin əşya və sənədləri tanımış və ona qaytarılmışlar, mobil telefonunun üzərində qiyməti 4 manat, balansında 1 manatlıq danışıq konturu olan ***-***-**-**, qiyməti 4 manat, balansında 2 manatlıq danışıq konturu olan ***- ***-**-** GSM nömrələri, 750 manat pul isə qaytarılmamışdır. İlkin izahatında düzgün hesablama aparmadığından oğurluq nəticəsində dəymiş ziynanın miqdarını 1065 manat göstərmişdir. Lakin hazırda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi də nəzərə alınmaqla oğurlanmış pul kisəsinin qiyməti dəqiqləşdirildiyindən oğurlanmış digər əşyalarla birlikdə vurulmuş maddi ziyanın 1081 manat olması dəqiqdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6896 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd telefonun və 01 ədəd pul kisəsinin istifadədə olmasını nəzərə almaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,00 manat, təqdim edilməmiş GSM nömrələrin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8,00 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1885 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd Təqsirləndirilən şəxs məxsus daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri tam və aydın əks olunmadığından 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izinin eyniləşdirmə tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1-4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 3734 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. İş üzrə hadisə yerinə baxış zamanı götürülərək DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş əl-barmaq izlərinin müqayisəli tədqiqatı nəticəsində 01 ədədinin (ADİS məlumat bankına Kürdəmir RPŞ-dən daxil olan) xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 206 ünvanında yerləşən “Rahat Yaşam” şirkətinə məxsus binanın qazanxanasına yəni binaya qanunsuz daxil olaraq iş otağında stolun üstündən Zərərçəkmiş şəxs məxsus üzərində qiyməti 4 manat, balansında 1 manatlıq danışıq konturu olan ***-***-**-**, qiyməti 4 manat, balansında 2 manatlıq danışıq konturu olan ***- ***-**-** GSM nömrələri olan, qiyməti 300 manat dəyərində qara rənqli «Samsung» markalı SM-A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefonu, içərisində 750 manat nağd pul, qiyməti 20 manat dəyərində üzərində «GİORGİO ARMANİ» yazısı olan qara rəngli pul kisəsini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1081 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6896 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd telefonun və 01 ədəd pul kisəsinin istifadədə olmasını nəzərə almaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,00 manat, təqdim edilməmiş GSM nömrələrin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8,00 manat müəyyən edilir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd «Samsung» markalı mobil telefonun və 01 ədəd pul kisəsinin qiymətinin 300 və 20 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/6896 saylı rəyində həmin əşyaların ümumi qiyməti 160 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd telefonun və 01 ədəd pul kisəsinin oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 160 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-88/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-88/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuşdur. Məhkum gəlib qeydiyyatdan keçmədiyi üçün cəza müddəti hesablanmamış və cəza çəkilməmiş qalmışdır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2024-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)–88/2024 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, törətdiyi əməl üzrə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də tutulmuş, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 01 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əl izi cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin maddi sübut kimi tanınmış 01 ədəd Cin istehsalı «Samsung» markalı SM- A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefon, Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısındakı həyətdə torpağın altında basdırdığı yer qazıldıqdan sonra oradan aşkar edilərək, xx.xx.2023-cü il tarixli protokolla götürülmüş qara rəngli üzərində «GİORGİO ARMANİ» yazısı olan pul kisəsi, Zərərçəkmiş şəxs olunun adına olan AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədədi "xxxx" ASC-yə aiddir, üzərində «5103 0741 2284 4007 Rovshan Mammadov» rəqəm və yazı, 01 ədəd«AFBBANK» aiddir, üzərində «5169 7014 6796 8046 Rovshan Mammadov» rəqəm və yazı olan bank kartları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)– 88/2024 saylı hökmü ilə təyin olunmuş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 111 manat 29 qəpik (yüz on bir manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əl izi cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd Cin istehsalı «Samsung» markalı SM-A21F/DSN» model, 32 GB yaddaş tutumlu, RF8N60TF56R seriyalı 3506 4217 1838 233 və 3508 6825 1838 237 imei kodlu mobil telefon, Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısındakı həyətdə torpağın altında basdırdığı yer qazıldıqdan sonra oradan aşkar edilərək, xx.xx.2023-cü il tarixli protokolla götürülmüş qara rəngli üzərində «GİORGİO ARMANİ» yazısı olan pul kisəsi, Zərərçəkmiş şəxs olunun adına olan AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədədi "xxxx" ASC-yə aiddir, üzərində «5103 0741 2284 4007 Rovshan Mammadov» rəqəm və yazı, 01 ədəd«AFBBANK» aiddir, üzərində «5169 7014 6796 8046 Rovshan Mammadov» rəqəm və yazı olan bank kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 460 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-194/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-194/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver