Məhkəmə qərarları › İş №1(004)-195/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-195/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-195/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-cı il tarixdə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 15 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus əşyalar saxlanılan fərdi yaşayış evinin zirzəmisinin giriş qapısında olan qıfılı sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər birirnin 30 manat dəyəri olmaqla cəmi 02 ədəd 60 manat dəyərində ütü, 100 manat dəyəri olan 01 ədəd 70 metr uzunluğunda elektrik uzadıcı, hər birinin 10 manat dəyəri olmaqla 02 ədəd 20 manat dəyərində elektrik üç göz, hər birinin 7 manat dəyəri olmaqla 2 ədəd 14 manat dəyərində naqilsiz üç göz, hər birinin 10 manat dəyəri olmaqla 2 ədəd 20 manat dəyərində telefon dəstəyi, 5 manat dəyərində iki metr uzunluğunda telefon naqili, 01 ədəd 30 manat dəyərində qapı qıfılı, hər birinin dəyəri 8 manat dəyəri olmaqla 4 ədəd 32 manat dəyərində divan ayaqları, 1 ədəd 30 manat dəyərində su krantı, hər birinin 7 manat dəyəri olmaqla 2 ədəd 14 manat dəyərində bide, hər birinin 3 manat dəyəri olmaqla 5 ədəd 15 manat dəyərində troslu rezin borular, 1 ədəd 40 manat dəyərində su sayğacı, 1 dəst 100 manat dəyərində təmir tikinti alətləri, ümumi dəyəri 25 manat olmaqla təmir tikinti alətləri, 1 ədəd 10 manat dəyərində balta, hər birinin 6 manat dəyəri olmaqla 3 ədəd 18 manat dəyərində şüşə kəsən, 60 manat dəyərində 1000 metr uzunluğunda ayaqqabı üçün tikiş sapı və 30 manat dəyərində "Geepas" markalı “GMG761” modelli 1200 w-lıq ət çəkən aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 623 (altı yüz iyirmi üç) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən imtina edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaqdakı ifadəsini hədə qorxu, təzyiq altında vermişdir. Belə ki, X2 adlı şəxsi əvvəllər tanımışdır, aralarında dostluq münasibəti olmuşdur. Lakin o, keçən il rəhmətə getmişdir. İttihamda qeyd edilən cinayət əməlini o, törətməmişdir. Müstəntiq ona hər hansı bir tanış adamın adını verməsini tələb etdikdə o rəhmətə getmiş tanışı Elçin Hüseynovun adını çəkmişdir. İttihamda qeyd olunan əşyaların heç biri onun tərəfindən oğurlanmamışdır. Ət çəkən maşın müstəntiqin özü tərəfindən Lalafo adlı alqı-satqı səhifəsindən alınmış, onun üstünə saxta formada rəsmiləşdirilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətmədiyini onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında fərdi yaşayış evinin zirzəmisi ona məxsusdur və həmin zirzəmidə özünə məxsus əşyaları saxlamaq məqsədi ilə istifadə edir. 14.10.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində o, həmin zirzəmiyə gəlmiş və oradan lazımlı əşyaları götürmüşdür. Bundan sonra zirzəmini tərk etmiş və giriş qapısında olan qıfılı bağlamışdır. Ertəsi günü yəni, 15.10.2020-ci il tarixdə saat təxminən 16 radələrində zirzəmiyə gələndə görmüşdür ki, zirzəminin giriş qapısında olan qıfıl sındırılıb. Dərhal içəri daxil olan zaman oradan 1 ədəd ət çəkən maşın, 2 ədəd ütü, tikinti alətləri və santexnika əşyalarının oğurlandığını aşkar etmişdir. Həmin zirzəmidən hər birinin 30 (60) manat dəyəri olan 02 ədəd ütü, 100 manat dəyəri olan 01 ədəd 70 metr uzunluğunda elektrik uzadıcı, hər birinin 10 (20) manat dəyəri olan 02 ədəd elktrik üç göz, hər birinin 7 (14) manat dəyəri olan 2 ədəd naqilsiz üç göz, hər birinin 10 (20) manat dəyəri olan 2 ədəd telefon dəstəyi, 5 manat dəyəri olan iki metr uzunluğunda telefon naqili, 1 ədəd 30 manat dəyəri olan qapı zamoku, hər birinin 8 (32) manat dəyəri olan 4 ədəd divan ayaqları, 1 ədəd 30 manat dəyəri olan su krantı, hər birinin 7 (14) manat dəyəri olan 2 ədəd bide, hər birinin 3(15) manat dəyəri olan 5 ədəd troslu rezin borular, 1 ədəd 40 manat dəyərində su sayğacı, 1 dəst 100 manat dəyərində tikinti alətləri, ümumi dəyəri 25 manat olan tikinti əşyaları, 1 ədəd 10 manat dəyərində balta, hər birinin 6(18) manat dəyəri olan 3 ədəd şüşə kəsən, 60 manat dəyəri olan 1000 metr uzunluğunda ayaqqabı üçün tikiş sapı və 1 ədəd 100 manat dəyərində ət çəkən maşını oğurlanaraq ona ümumilikdə 693 manat dəyərində maddi ziyan dəymişdir. İfadəsinin sonunda, ət çəkən maşından başqa digər əşyaların qaytarılmadığını, ona vurulmuş ziyanın ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməəmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 mart 2021-ci il tarixli 9/1296 saylı rəydən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş 01 ədəd “Geepas” markalı “GMG761” modelli 1200 w-lıq ət çəkən aparatın istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 30,0 manat müəyyən edilir (cild 1, i/v 119-122). İş materiallarında olan 06 yanvar 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 40-43). İş materiallarında olan 06.01.2021-ci il tarixli “Götürmə haqqında” protokoldan gürünür ki, iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi ət çəkən aparatı maddi sübüt kimi götürülmüşdür (cild 1, i/v 53). İş materallarında olan 07 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan gürünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən götürülmüş, və istintaqa təqdim edilmiş ət çəkən krem rənglidir, aparatın üzərində “Geepas” markalı GMG761 modelli 1200 w-lıq sözləri yazılmışdır, Zərərçəkmiş şəxs həmin ət çəkən maşının ona məxsus olmasını, həmin aparatı markasından, modelindən və aparatın üzərindəki paslardan tanımasını bildirmişdir (cild 1, i/v 54-55). İş materiallarında olan 07 yanvar 2020-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 15 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus əşyalar saxlanılan fərdi yaşayış evinin zirzəmisinin giriş qapısında olan qıfılı sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər birirnin oğurluq etdiyini etiraf etmişdir (cild 1, i/v 56-60). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəli 06.01.2021ci il tarixdən hesablanmaqla 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1,i/v. 80). İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Geepas” markalı "GMG761” modelli 1200 w-lıq ət çəkən aparat iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i/v. 126-134). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28.07.2011-ci Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, ona 3000 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29.03.2021-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsili bilinərək ona 01 il 11 ay 29 gün müddətinə azadlıqdan mərhum etmə cəzası və 2400 manat miqdarda cərimə cəzası təyin edilmişdir (cild 1, i/v 92-94). İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 1(009)-63/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 11 ay 29 gün müddətinə azadlıqdan mərhum etmə cəzası və 2400 manat miqdarda cərimə cəzası təyin edilmişdir (cild 1, i/v 105-109). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay olmaqla, yəni 06.05.2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v. 115-116). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etdiyinə görə ittiham elan olunmuşdur. Halbuki, işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs həmin əməli təkbaşına törətmiş, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34-cü maddəsinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikdə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilməsi başa düşülür. Hazırkı halda bir qrup şəxsin qabaqcadan razılaşması o vaxt mövcud olardı ki, Təqsirləndirilən şəxs və “X4” adlı şəxs (həmin şəxsin kimliyi və mövcudluğu nə ibtidai istintaq, nə də ki məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır) qabaqcadan bu məsələ barədə razılığa gəlmiş olaydılar. Lakin hazırkı iş üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar içərisində onların qabaqcadan əlaqəyə girməsi barədə hər hansı məlumat yoxdur. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa adı “X4” kimi məlum olan tanışı ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq faktı məhkəmə istintaqında öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər ittiham tərəfindən təkzib olunmadığından Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə - saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq maddəsinə tövsif olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını istisna edən hallar müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirici hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəza təyin edilərkən məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsiri bu məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən isə hesab edir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 1(009)-63/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış və hazırda ödənilməmiş qalan 2400 manat miqdarında cərimə cəzası hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya tam birləşdirilərək ona cəza təyin olunmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan bir ədəd “Geepas” markalı “GMG761” modelli 1200 w-lıq ət çəkən aparatın sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 1(004)- 195/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 66.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və həmin hökmlə onun üzərində saxlanılmış və ödənilməmiş qalan 2400 manat miqdarında cərimə cəzası ilə tam birləşdirilərək, üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2400 (iki min dörd yüz) manat miqdarında cərimə cəzaları saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Geepas” markalı “GMG761” modelli 1200 w-lıq ət çəkən aparatın sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar