Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-195/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 04 noyabr 2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin yataq otağında olan döşəkcələrin arasından içərisində 2500 manat və həmin dövrə olan milli məzənnə ilə (bir dollar 1 manat 70 qəpik ekvivalentində hesablanmaqla) 204 manat təşkil edən 120 ABŞ dolları məbləğində pul olan qəhvəyi rəngli, 20 manat dəyəridə pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2724 manat ziyan vurmaqla həmin evdən çıxan zaman törətmiş olduğu cinayət əməlinin zərərçəkmiş şəxsin qaynanası Şahid2 və oğlu Şahid3 tərəfindən aşkar edildiyini dərk etsədə, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək, həmin evdən götürdüyü pulları özündə saxlayıb hadisə yerindən qaçıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2724 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif yerlərdə fəhlə işləyərək özünü dolandırmış, təxminən bir il olar ki Bakı şəhərində ayrı-ayrı ünvanlarda bir gecəlik evlərdə kirayə qalıb iş tapdıqca fəhlə işləyirmiş. Son vaxtlar sağ ayağında bərk ağrıları olduğu üçün işləyib pul qazana bilməmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir ki, əldə etdiyi pulla həm özünü müalicə etdirsin həmdə ki, gündəlik tələbatlarını ödəsin. Bu məqsədlə o, 04.11.2021-ci il tarixdə saat 10 radələrində Yasamal rayonu, Ü.Əkbərov küçəsi ilə gəzişərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt qeyd etdiyi küçədə bir dalan yol görüb həmin dalana girərək orada olan darvazaların qapılarını çöldən yoxlayırmış ki görsun açıqdır yoxsa bağlı. Bu məqsədlə o qapıları yoxlayan zaman açıq mavi rəngli darvazanın qapısının bağlı olduğunu görmüşdür. Həmin vaxt o, başa düşmüşdür ki bu evdə heç kim yoxdur ki qapısını bağlayıb gedib. Bundan sonra o, ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra üzərində olan fəhlə əlcəklərini əlinə geyinib həmin darvazanın yanındakı mişar daşları ilə hörülmüş hasardan aşaraq həyətə daxil olmuşdur. O, həyətə daxil olan zaman arxasından evə kiminsə gəlməsiini əvvəlcədən bilmək üçün darvazanın qapısını içəridən yəni həyət tərəfdən bağlamışdır. Bundan sonra evə daxil olmaq istəyərkən evin ağ rəngli dəmir seyf qapısının bağlı olduğunu görüb həmin qapıdan sağ tərəfdə yerləşən balca taxta pəncərənin torunu kəsərək oradan evin mətbəxinə daxil olmuşdur. O, mətbəxdən qonaq otağına keçərək orada olan taxta dolabın rəflərini axtarsada dolabda pul və ya başqa bir dəyərli əşya tapmamışdır. Bundan sonra o, həmin qonaq otağına açılan taxta bir qapıdan keçib artıq əşyaların yığıldığı bir otağa keçmişdir. Həmin otaqda çoxlu sayda ev əşyaları, yorğan və döşəklər olmuşdur. O, həmin otaqda olan əşyaların hamısını dağıdıb orada pul və ya qiymətli əşya axtarmağa başlamışdır. Həmin vaxt o, qeyd etdiyi otaqda olan sandığın üzərinə yığılmış döşəkcələri dartıb yerə tökən zaman həmin döşəkcələrin arasında qəhvəyi rəngli pul kisəsinin olduğunu görmüşdür. Həmin pul kisəsini götürüb içərisinə baxan zaman pul kisəsinin içərisində milli və xarici valiyuta ilə müəyyən məbləğdə pul olmasını görmüş, lakin həmin vaxt pul kisəsində olan pulları saymadan evdə başqa qiymətli əşyalar axtarmağa davam etmişdir. Həmin vaxt evin həyətindən bir qadının hazırda xatırlamasada bir oğlan adı ilə səsləndiyini eşitmişdir. O evə adam gəldiyini başa düşüb evdən götürdüyü pul kisəsini cibinə qoyaraq tanınmamaq məqsədi ilə tibbi maskasını taxıb evin içərisindən həyətə çıxmış, bu zaman bir yaşlı qadın və təxminən 10- 11 yaşlarında bir oğlan uşağının mavi rəngli evin həytinə giriş qapısının yanında dayanıb gözlədiyini görmüşdür. O, oradan qaçmaq üçün darvazaya yaxınlaşıb onların yanından qaçmaq istəyərkən orada olan oğlan uşağı onu əlində olan dəmir ayaqqabı geyinən ilə vurmaq istəmiş, o sağ əli ilə həmin uşağın zərbəsinin qarşısını alan zaman uşaq onu ayaqqabı geyinən ilə sağ qol nahiyəsindən bir dəfə vurmuşdur. O, isə qaçaraq oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman həmin qadın və uşaq təxminən 150-200 metr onun arxasınca qaçıb dayanmasını bildirərək onu tutmağa çalışmışlar. O, isə sürətlə qaçaraq onların gözüdən itmiş və həmin qadınla uşaq onun arxasınca gəlməkdən əl çəkmişlər. O, həmin yerdən xeyli uzaqlaşdıqdan sonra evdən oğurladığı pul kisəsini açıb baxan zaman pul kisəsində 2500 Azərbaycan manatı 01 ədəd yüzlük və 02 ədəd onluq əskinsalarla ümumilikdə 120 ABŞ dolları məbləğində pul olmasını görmüşdür. O, həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş və törətmiş olduğu oğurluq hadisəsindən bir neçə gün sonra həmin evdən oğurladığı içərisində pul olan qəhvəyi rəngli pul kisəsini Bakı şəhərində hazırda xatırlmadığı yerdə yol kənarına atmışdır. O, 04.11.2021-ci il tarixdə saat 10 radələrində oğurluq etmək üçün daxil olduğu Yasamal rayonu, Ü.Əkbərov küçəsi 105 ünvanında yerləşən evin sahibi Zərərçəkmiş şəxs tanımamış onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 onun arvadıdır. ünvan 2 ünvanında yerləşən evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı arvadı Sitara DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, 23.10.2021-ci il tarixdə yaxın qohumu vəfat etdiyi üçün evindən çıxıb Göyçay rayonuna getmişdir. Lakin bir gün sonra arvadı Sitara və uşaqları geri qayıtmış, o isə rayonda qalmalı olmuşdur. 04.11.2021-ci il tarixdə saat 11 radələrində o, işləri ilə bağlı Şəmkir rayonunda olan zaman arvadı Sitara ona zəng edərək evlərindən oğurluq olduğunu bildirib evdə qiymətli əşya və ya pulunun olub-olmadığını soruşmuşdur. Oda telefonda Sitaraya bildirmişdir ki artıq əşyalarını yığdıqları yataq otağında olan sandığın üzərinə yığılmış döşəkcələrin arasında içərisində 2500 manat və 120 ABŞ dolları pul olan qəhvəyi rəngli dəri materialdan hazırlanmış pul kisəsi vardır baxıb görsün həmin pul kisəsi yerindədirmi. Sitarada onun dediyi yerə baxıb bildirmişdir ki, həmin pul kisəsi içərisində olan pullarla birlikdə oğurlanmışdır. O, Stiaraya demişdir ki, yolda olduğu üçün evlərində oğurlanmış ona məxsus pullarla bağlı ərizəni o yazsın. Bundan bir neçə saat sonra o, gəlib yaşadığı evə çatmış və həmin vaxt arvadından öyrənmişdir ki polislər gəlib baş vermiş oğurluq hadisəsi ilə bağlı müvafiq sənədləşmə işləri aparmışlar. Həmin oğurluq hadisəsi zamanı ünvan 2 ünvanında yerləşən evindən ona məxsus içərisində 2500 manat və həmin dövrə olan milli məzənnə ilə 204 manat təşkil edən 120 ABŞ dolları olan 20 manat dəyərində qəhvəyi rəngli dəridən hazırlanmış pul kisəsi oğurlnamışdır. Başqa heç bir əşyası oğurlanmamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2724 manat maddi ziyan dəymişdir. Qeyd olunan oğurluq hadisəsini törətmiş şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ona dəymiş maddi ziyan ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 onun doğma qızıdır. 04.11.2021-ci il tarixdə saat 07 radələrində qızı Sitarə ona zəng edərək kürəkəni Rafiqin rayonda olduğunu, özünün isə işə gedəcəyini bu səbəbdən onlara gedib evlərində qalan nəvəsi Ümidə baxmasını bildirmişdir. Oda həmin gün bu məqsədlə saat 11:15 radələrində yaşadığı evdən çıxıb qızının yaşadığı ünvan 2 ünvanında yerləşən evə gəlmişdir. Həmin vaxt qızının yaşadığı evin mavi rəngli darvazasının qapısına asılmış asma kildi onda olan açarla açsada qapı açılmamışdır. Bu zaman görmüşdür ki, qapının içəridən cəftəsi bağlı qalmışdır. O, bir təhər həmin cəftəni açaraq evin həyətinə daxil olub, nəvəsi Ümidə səslənərək harada olmasını soruşmuşdur. Bu zaman Ümid öz yataq otağından çıxıb tədirgin halda ona yaxınlaşaraq evdə yad kiminsə olduğunu bildirmişdir. Həmin vaxt oda evin giriş qapısının sağ tərəfində olan mətbəxin taxta pəncərənin torunun kəsilməsini aşkar etmişdir. Bu zaman o evə daxil olaraq mətbəxdən qonaq otağına baxan zaman həmin otağın dağınıq vəziyyətdə olmasını, lakin içəridə heç kimin olmamasını görmüşdür. Həmin vaxt o, əmin olmuşdur ki evdə ya kimsə var, yada o gələnə kimi girib çıxıb. Bundan sonra o evdən həyətə çıxıb nəvəsi Ümididə yanına çəkərək həyətin giriş hissəsinə gedib oradan qızı Sitarəyə zəng edərək evdə oğru olmasını bildirib bu barədə polisə məlumat verməsini xahiş etmişdir. Bu zaman əynində qara rəngli paltar və ağzında qara rəngli tibbi maska olan kişi cinsli şəxs evdən bayıra çıxıb onları görərək əlini havaya qaldırıb qışqıraraq onların üzərinə gəlib yanlarından keçərək qaçmağa çalışmışdır. Həmin vaxt nəvəsi Ümid əlində olan dəmir ayaqqabı geyinən ilə həmin şəxsin sağ qolundan bir dəfə vurmuşdur. Həmin şəxs onların yanından keçərək küçəyə doğru qaçmış, oda bir qədər onun ardınca qaçsada sonra geri qayıtmışdır. Bundan bir qədər sonra evə qızı Sitara gəlmiş, sonuncunun ardınca isə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəlib evə baxış keçirdikdən sonra qızı Sitaradan evlərindən qiymətli əşya və ya pul oğurlanıb-oğurlanmamasını soruşmuş, Sitara bununla bağlı əri Zərərçəkmiş şəxsla telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra bildirmişdir ki, artıq əşyalarını yığdıqları yataq otağında sandığın üzərinə yığılmış döşəkcələrin arasında qəhvəyi rəngli dəri pul kisəsinin içərisindən 2500 manat və 120 ABŞ dolları pulu oğurlanmışdır. Bundan sonra evə ətraflı baxış keçirsələrdə evdən başqa bir əşyalarının oğurlanmadığını müəyyən etmişlər. O, kürəkəni Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdən oğurluq edən şəxsi ilk dəfə hadisə vaxtı görmüş, onu əvvəllər tanımamaış və həmin şəxs məhkəmə prosesində iştirak edən Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, X5 onun anasıdır. 04.11.2021-ci il tarixdə saat 07 radələrində anası Sitara qardaşı Rauf Məmmədlinidə götürüb evdən çıxıb işə getmiş və ona bildirmişdir ki atası rayonda olduğu üçün yaxınlıqda yaşayan nənəsi Dünya gəlib onun yanında qalacaq. Bundan sonra anası evdən çıxıb həyətə giriş qapısını çöldən kilidlə bağlayaraq çıxıb getmişdir. O isə öz otağına qayıdıb yatmışdır. O, evdə olan zaman təxminən saat 11 radələrində evin qonaq otağının qapısının bağlanma səsini eşidəndə düşünmüşdür ki yəqin nənəsi gəlmişdir. Həmin vaxt elə nənəsinin evin bayırından onu çağırdığını eşitmişdir. O, bu zaman evdə başqa bir şəxsin olmasından qorxaraq dərhal otağından çıxıb nənəsinin yanına qaçmış və nənəsindən soruşmuşdur ki bayaq qonaq otağında səs edən səniydin? Nənəsi isə demişdir ki o evə indi gəlmişdir. Həmin vaxt nənəsi görmüşdür ki evin giriş qapısının yanında olan taxta pəncərənin toru kəsilmişdir. O bayırda gözləyən zaman nənəsi evə girib mətbəxdən qonaq otağına baxıb qayıdıb gəlmişdir ki, düz deyir evdə kimsə var. Bundan sonra o və nənəsi evin həyətindən küçəyə çıxaraq orada dayanıb anası Sitaraya zəng edərək evdə oğru olması barədə məlumat vermişlər. Bu zaman evdə olan əynində qara rəngli paltar və ağzında qara rəngli tibbi maska olan oğlan evdən çıxaraq onları görüb əllərini havaya qaldırıb qışqıraraq onların yanından keçib həyətdən küçəyə çıxaraq qaçarkən o, əlində olan dəmir ayaqqabı geyinən ilə həmin şəxsin sağ qolundan bir dəfə vurmuşdur. Həmin şəxs onu vurmağına baxmayaraq sürətli şəkildə qaçaraq gözdən itmişdir. Bundan bir qədər sonra anası sonra isə pois əməkdaşları gəlib hadisə yerinə çıxmışlar. Polis əməkdaşları gəlib evlərinə baxış keçirdikdən sonra anasından evlərində qiymətli əşya və ya pul oğurlanıb-oğurlanmadığını soruşmuş, bu zaman anası atası Zərərçəkmiş şəxs zəng edib hadisə barədə məlumat verdikdə atası demişdir ki, istifadə etməyib artıq əşya yığdıqları yataq otağında olan sandığın üzərinə yığılmış döşəkcələrin arasında qəhvəyi rəngli dəridən hazırlanmış pul qabının içərisində 2500 manat və 120 ABŞ dolları məbləğində pulu vardır. Bundan sonra evə daxil olub baxış keçirən zaman görmüşlər ki, qonaq otağında olan dolabın qapıları açıqdır və içərisindəki əşyalar dağınıq vəziyyətdədir. Həmçinin evin istifadə etməyib artıq əşyalar yığılan yataq otağında olan əşyalarda dağınıq haldadır. Onlar həmin otağı nə qədər axtarsada atasının dediyi içərisində pul olan pul kisəsini tapmamış və başa düşmüşlər ki evə girən şəxs həmin pul qabının içərisində olan pullarla birlikdə oğurlamışdır. Yaşadıqları evdən oğurluq edən şəxsi ilk dəfə hadisə zamanı görmüş və həmin şəxsi əvvəllər tanımamışdır. Həmin şəxs zahiri görünüş cəhətdən qaramtıl dərili, arıq bədən qurluşlu, 160-170 sm boylarında, başı qara rəngli çox tüklü olmaqla kişi cinsli bir şəxs olmuş, onun əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, qara rəngli ayakkabı və ağzında qara rəngli tibbi maska olmuşdur. Həmin şəxs onların evindən çıxarkən onları görüb qışqırsada həmin vaxt nə ona, nədəki nənəsi Dünyaya heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı o, öz otağında yatılı olmuş, qonaq otağından səs gəlməsini eşitsədə həmin səsin nənəsi Dünya tərəfindən çıxarıldığını düşünüb yatmağına davam etdiyi üçün həmin şəxsin evlərindən nə oğurlamasını görməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, evindən oğurluq olması barədə DİN-in 102 xidmətinə o, məlumat vermişdir. Hər gün olduğu kimi həmin gündə yəni 04.11.2021-ci il tarixdə saat 07:20 radələrində o, ailə üzvüləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evlərindən çıxmış, həmin vaxt evdə yalnız 2010-cu il təvəllüdlü oğlu Şahid3 qalmışdır. O, evdən çıxmadan əri Rafiq Şəmkir rayonunda olduğu üçün anası Şahid2 zəng etmişdir ki o işdən gələnə kimi gəlib Ümidin yanında qalsın. Həmin gün saat 11:20 radələrində o işdə olan zaman anası Dünya ona zəng edərək hazırda ünvan 2 ünvanında yerləşən evlərində yad kiminsə olduğunu oğlu Rauf və anasının həyətdə dayanıb gözlədiklərini bildirmişdir. Həmin vaxt o, anası ilə telefonda danışan zaman anası anidən qışqırmış o, nə baş verdiyini soruşduqda anası bidirmişdir ki evlərndən bir nəfər tanımadığı kişi cinsli şəxs çıxıb onların yanından keçməklə həyətdən bayra çıxıb qaçmışdır. O anasından həmin şəxsin sonuncuya və oğluna hər hansı bir xəsarət yetirib yetirmədiyini soruşduqda anası bildirmişdir ki, həmin şəxs onlara heç nə etməmişdir. O, dərhal yanında olan şəxslərdən hazırda xatırlmadığı birinin mobil telefonun alıb DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt o yaşadığı evə gələn zaman görmüşdür ki, naməlum şəxs evinin mətbəxinə baxan taxta pəncərəsində olan toru kəsərək içəri daxil olmuşdur. Bundan sonra o həyətlərində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, polis əməkdaşları gəlib evlərinə baxış keçirdikdən sonra ondan evlərindən qiymətli əşya və ya pul oğurlanıb-oğurlanmadığını soruşmuşlar. Bu zaman o əri Zərərçəkmiş şəxs zəng edib hadisə barədə məlumat verdikdə Rafiq ona demişdir ki, istifadə etməyib artıq əşya yığdıqları yataq otağında olan sandığın üzərinə yığılmış döşəkcələrin arasında qəhvəyi rəngli dəridən hazırlanmış pul qabının içərisində 2500 manat və 120 ABŞ dolları məbləğində pulu vardır. Bundan sonra o, evinə daxil olub baxış keçirən zaman görmüşdür ki qonaq otağında olan dolabın qapıları açıqdır və içərisindəki əşyalar dağınıq vəziyyətdədir. Həmçinin evin istifadə etməyib artıq əşyalar yığdığı yataq otağında olan əşyalarıda darmadağın şəkildə otaqla bir olmuşdur. O, həmin otağı nə qədər axtarsada əri Rafiqin dediyi içərisində pullar olan pul kisəsini tapmamış və başa düşmüşdür ki, evlərinə girən şəxs həmin pul qabının içərisində olan pullarla birlikdə oğurlamışdır. Bundan sonra o, polislərə hadisə barədə ərizə və izahat yazıb vermişdir. Həmin hadisəsi zamanı ünvan 2 ünvanında yerləşən evlərindən əri Rafiqə məxsus içərisində 2500 manat və 120 ABŞ dolları olan 20 manat dəyərində qəhvəyi rəngli dəridən hazırlanmış pul kisəsi oğurlanmışdır. Həmin evdən başqa heç bir əşyaları oğurlanmamışdır. Onun həmin oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs yoxdur. Həmin hadisəyə kimi yaşadığı evdən heç vaxt oğurluq olmamışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan 22 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 124-126-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 143-145-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 mart 2022-ci il tarixli tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkməsinin 03.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17.06.2018-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə əməli 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində tövsüf olunaraq cəzası 07 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. 12.06.2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 136-139-cu vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmü və onun əsasında qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.06.2016-cı il tarixli qərarı üzrə Azərbaycan Respublikası CM-nin 117.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkməsinin 03.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.06.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində tövsüf olunaraq cəzası 07 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Salyan Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmü və onun əsasında qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.06.2016-cı il tarixli qərarı üzrə Azərbaycan Respublikası CM-nin 117.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasi təyin edilmişdir. 29 aprel 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 02 il keçmədən 04 noyabr 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 22 fevral 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.H.Carçalovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.H.Carçalovaya isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X4 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-195/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-195/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver