Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-195/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayədəsi və eyni zamanda mülki iddiaçı Nümayəndə1 və onun nümayəndəsi Nümayəndə2, müdafiəçi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan SSRİ-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu,Mehdiabad ərazi qəsəbə dairəsi, ünvan 1 ünvanda qeyidyyatda olan, ünvan 2nda yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 7 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən 13 saylı tam orta məktəbin həyətyanı sahəsinin giriş qapısının qarşısında AC 050771 seriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi X4 məxsus X17 11 CDİ minik markalı, Az**-RM-*** d.q.n-lı avtomobil ilə hərəkətdə olan zaman “X10” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin sağ ön hissəsi ilə vurmaqla sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının 4-cü dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşaiyət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla ( 33%-dən çox), daimi ( dayanıqlı) itirilməsi ilə əlaqədar olan və ümumilikdə sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda BC koteqoriyalı sürücülük vəsiqəsi var. Hadisə baş verən tarixdə də idarə etdiyi avtomobili də həmin sürücülük vəsiqəsi ilə idarə etmiş. 2020-ci il tarixdən o, etibarnamə əsasında Mersedes Vito markalı ağ rəngli, ** RM *** dövlət nömrə nişanlı saz vəziyyətdə olan avtomaşını etibarnamə əsasında idarə edirmiş. 2021-ci il iyun ayının 7-də günorta təxminən saat 13-15 radələrində o, həmin avtomaşını idarə edibmiş, Bakı şəhəri, Yasamal rayonu, 13 saylı otra məktəbin yaxınlığında olan klinikaya əmisi və atasını gətirmişdir. Atası və əmisi avtomaşından düşüb klinikaya getmişlər. O, məktəbin qarşısında avtomobili saxlamış, məktəb avtomobilin istiqamətindən sağ tərəfdə, özü isə avtomobili yolun ikinci sırasında saxlamış, sağında çəkicə onun avtomobilinin çəkisindən yüngül markasını bilmədiyi avtomobil dayanmışdır. O, öz avtomobilini sağda dayanmış həmin avtomobildən təxminən yarım metrə aralı saxlamış. Avtomobilindən bir neçə metr aralaşmışdır. O, taqqıltı səsi eşitmiş, avtomobilinin yanına qayıdanda avtomobilinin yanında, sağ tərəfində, yolun səkisi hissəsində saxlanılan markalarını bilmədiyi, bir birindən təxminən 1-1.5 metr aralı dayanmış iki avtomobilin arasında yerə yıxılmış vəziyyətdə oğlan uşağının olmasını görmüş. Onun avtomobili həmin avtomobillərlə ara məsafəsi təxminən yarım-metr olarmış. Həmin vaxt yol səthi kələ kötür daşlı imiş, asfalt çəkilməmiş. Həmin vaxt avtomobilində kimsə yox imiş. Belə ki, qarşıda çox avtomobil var imiş və yolu bağlamış, qabağa gedə bilməmiş, uşaq iki avtomobilin arasında yerə yıxılmış, ağlamırmış, o, ora gəlib soruşmuşdur ki, “uşaq kimindir?”, uşağın yanında kimsə yox imiş. Həmin vaxt əmisi də təsadüfən ora gəlmiş, uşağın anası az sonra gəlmiş. Həmin vaxt uşağın bədənində hər hansı xəsarət görməmişdir. Əmisi həmin yerdə olan klinikanın baş həkimi imiş, o, uşağı qucağına götürüb yaxındakı klinikaya aparmışdır və orada 5-10 dəqiqə ərzində uşağa vizual baxış keçirdikdən dərhal sonra uşağın valideynləri oraya gələrək uşağı İstanbul NS klinikasına aparmaq istədiklərini bildirmişdilər. Ona görə də o, atası ilə avtomobili idarə edib, İstanbul klinikasına getmişlər. Onlar oraya gəldikdə görmüş ki, uşağın atası uşağı müayinədən keçirib, uşağın ayağında sınıq olması müəyyən edilib. Uşağın ayağına orada gips qoymuşlar. Sonra orada həkimlər demişlər ki, uşağın narahatlığı varmış, uşaq cərrahı baxmalı imiş. Orada o, qardaşı Ərşad Bağırlı ilə danışmış, qardaşı Əfəndiyev xəstəxanasında həkim işləyirmiş, qardaşına demiş ki, bir xəstə uşaq varmış, uşaq cərrahına göstərmək lazımdır, qardaşı demişdir ki, orada uşaq cərrahı var, ona görə də onun təklifi ilə uşağın valideynləri təcili yardım avtomobili ilə uşağı Əfəndiyev adına xəstəxanaya aparmışlar. Orada uşağa cərrah baxmış, müayinə edib uşağa katetor qoymuşlar. Uşaq orada bir neçə gün müalicədə qalmış. Həmin vaxtlar uşağın yanına gedib gəlirmiş. Uşağın atası imkanı olmadığını deyirmiş, ona görə də onlara köməklik etmişdir. Orada müalicə zamanı uşağın ayaq sümüyü bitişməmiş, həkimlər mil qoyulmasını bildirmişlər, ona görə də uşaq İstanbul klinikasında əməliyyat olunub ayağına mil qoyulmuş, uşağın babası orada işlədiyi üçün güzəşt etmişlər, o, orada 1300 manat xəstəxananın kassasına ödəmiş. Uşaq orada 1 gün qalmış. Sonra uşağı evlərinə aparmışlar. Hadisədən 5-6 ay sonra uşağın vəziyyəti pisləşmiş və başqa hospitala aparmışlar, sonradan o, da ora uşağın vəziyyətini öyrənmək üçün getmiş. Sonra uşağı yenə evə aparıblarmış. Bundan 2-3 ay sonra uşağın vəziyyəti pisləşdiyi üçün DTX xəstəxanasına aparılıbmış və orada sidik kisəsindən əməliyyat etmişlər. O, orada təxminən 3500 (üç min beş yüz) manat pul keçirtmiş. Orada valideyni danışmışdır ki, həkimə o, pulunu vermiş. Orada cərrahiyyə effekt vermədiyi üçün o, sonra pulu həkimdən geri almış. Bundan sonra uşağın atası əməliyyat uğursuz olduğu üçün Türkiyəyə aparacağını demiş. O, uşağın atası Ramilə uşağı Türkiyəyə aparıb əməliyyat etdirmək üçün dörd min manat pul vermişdir. Ramil Türkiyədən gəldikdən sonra əməliyyata xərci çox çıxdığı üçün ondan 23 min ABŞ dolları verməli olduğunu demiş. O, Raminə demişdir ki, onun elə pulu yoxdur, onda uşağın atası Ramin demişdir ki, ondan polisə şikayət edəcəkmiş, o da demiş ki, “şikayət edə bilərsən”. O uşağın müalicəsi üçün uşağın atası Ramin kartına bu müddətdə 4 min, 700 manat pul keçirmişdir. O, həmin vaxt idarə etdiyi Mersedes Vito avtomobilini 5- 6 ay əvvəl tanımadığı şəxsə etibarnamə ilə satmış. Əlavə suala cavab olaraq bildirdi ki, onun qunahı yoxdur, uşağın müalicəsinə verdiyi pul sadəcə insanlıq borcunu yerinə yetirmişdir və dəfələrlə Nümayəndə1lə barışıq əldə olunmasını istəsə də buna nail ola bilməmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hazırda Bakı şəhəri, Yasamal rayonu, 13 saylı orta məktəbində orta təhsil alır. Hadisə baş verən vaxt 1-ci sinifdə orta təhsil alırmış. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində anası onu dərsdən götürməkdən ötrü məktəbə gəlmiş və digər valideyinlər də orda imiş, o da sinif yoldaşları uşaqlar ilə məktəbin həyətində oynayırmış və uşaqlar hamısı məktəbin həyətindən qaçaraq çölə çıxmış və o da onların arxası ilə məktəbin həyətindən çölə çıxmış, yolu keçmək istəyən zaman ağ rəngli Vito markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sürücüsü hərəkətdə olarkən avtomobilin sağ tərəfi ilə onu vuraraq qabaq sağ təkərin altına salmış. Anası onu avtomobilin altından götürmüş və onu xəstəxanaya aparmışlar. Sonradan baş verənləri hamısını xatırlamadığını, lakin bir neçə dəfə Azərbaycanda və Türkiyədə əməliyyat olunduğunu və hazırda məktəbə mütəmadi gedə bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 Tayıf oğlu bildirmişdir ki, 07 iyun 2021-ci il tarixdə həyat yoldaşı Şahid1 ona həyəcanlı zəng edərək bildirdi ki, oğlu Tahiri maşın vurub təcili gəlsin məktəbə.Ora çataraq oğlunun pis vəziyyətdə olduğunun şahidi olmuşdur.Həmən günü hadisəni törədən Təqsirləndirilən şəxs ilə birlikdə uşağını bir neçə xəstəxanalara aparmışdılar.Oğlunun sidik kanalının zədələnməsi və sınığın olması diagnozu qoyulmuşdur. Oğlu Tahiri bu iki il ərzində dəfələrlə Türkiyəyə aparmış və orada əməliyyat etdirmişdir. Hal hazırda oğlu məktəbə gedə bilmir, çünki sidiyini saxlaya bilmir və daimi pampersdə olmalıdır. Gələcəkdə isə həkimlər deyirlər ki sonsuz qala bilər. Təqsirləndirilən şəxs hadisədən dərhal sonra və sonradan bir neçə ay ərzində onun və ailəsinin yanında olaraq, onlara maddi köməklik etmişdir. Lakin sonradan DTX-nin hospitalından pulunu qeri istəmişdir. Onunla münasibətlər kəskin pisləşmişdir.Mayıl demişdir ki, “get hara istəyirsən şikayət elə, mənim pulum yoxdur”. Məhz bundan sonra o polisə şikayət etmişdir.Hazırda onun böyük məbləğdə borcu var, o Təqsirləndirilən şəxs şikayətçidir və verdiyi mülki iddianın tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs Yasamal rayonu, H.B.ünvan 4ünvanda yerləşən 13 saylı orta məktəb 3b sinifində orta təhsil alır. Hadisə baş verən vaxt 1-ci sinifdə orta təhsil alırmış. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Tahiri dərsdən götürməkdən ötrü məktəbə getmiş və digər valideyinlər də orda imiş, Tahir də uşaqlar ilə məktəbin həyətində oynayırmış. Uşaqlar hamısı məktəbin həyətindən qaçaraq çölə çıxmış və Tahir də onların arxasınca asta qaçışla məktəbin həyətindən çölə çıxmış və ağ rəngli Vito markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sağ ön tərəfi ilə Tahiri vuraraq qabaq sağ təkərin altına salmış. Həmin vaxt hamısı Tahirə tərəf getmiş və o, Tahiri avtomobilin altından iki qabağ təkərin arasından çıxartmışdır. Suala cavab olaraq bildirdi ki, bilavasitə zərbəni görməmiş lakin taqqıltı səsini eşitmişdir.Avtomobildən 3 tanımadığı kişi düşmüş. Tahiri qucağında Qələbə klinikasına aparmış, həmin vaxt Tahirin cinsiyyət orqanından qan axırmış. Tahirin atası Ramin həmin yerə gəlmiş, Tahiri avtomobilə əyləşdirib NS İstanbul xəstəxanasına aparmış, Tahirin ayaqları şişmiş, sol ayağına gips qoymuşlar. Sonradan adını bildiyi sürücü Mayılın qardaşı Ərşad gəlmiş, demişdir ki, polisə məlumat verməyin, Əfəndiyev adına xəstəxanada cərrah işləyirmiş. Onlar da əlacsız razılaşmış, uşağı təcili tibbi yardım avtomobili ilə Əfəndiyev xəstəxanasına aparmış. Tahirin orda sidik kanalının partlamadığını onlara bildirmişlər və əməliyyat etmişlər. Tahir 10 gün xəstəxanada qalmış, lakin sonra ordan NS İstanbul xəstəxansına getdikdə Tahirin ayağının qırılıdığını və əmliyyata ehtiyacının olduğunu bildirmişlər, 4 gün sonra əməliyyat olunmuş. Sentyabr ayında German klinikasında Tahiri sidik kisəsindən əməliyyat etdirmişlər və həmin əməliyyat uğursuz olduğundan Tahirin vəziyyəti ağırlaşmışdır. Bundan sonra DTX-nın hospitalında da əməliyyat olunmuş və yenə əməliyyat uğursuz olmuş. 2022-ci ilin fevral ayında Tahirə katetor qoyulmuşdur və indiyə kimi həmin katetor Tahirin üstündədir. Hətta onlar X5 və Medpark xəstəxanasında əməliyyat etdirmişlər, lakin Tahirin səhəti düzəlməmişdir. Mayıl və onun qardaşı Ərşad təzə-təzə kömək etsələrdə sonrada hər cür kömək etməkdən imtina etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı X3 Tahirlə 13 saylı orta məktəbdə bir sinifdə oxuyur. 07 iyun 2021-ci ildə saat 15:00 radələrində o digər valideynlər kimi uşağının dalınca məktəbə gəlmişdir. Həmin vaxt o, sinif rəhbəri və valideynlər məktəbin həyətində söhbət edirdilər. Uşaqlar hamısı qaçırdılar ora bura. Sonradan görmüşdür ki, uşağlar, o cümlədən Zərərçəkmiş şəxs çölə qaçdılar. 1- 2 dəqiqə keçəndən sonra taqqıltı səsini eşitdi və başa düşdü ki qəza verib.Həyətdən küçəyə qaçaraq gördü ki, Tahir ağ rəngli markasını dəqiq bilmədiyi avtomobilin qabaö təkərlərin altındadır. Həmin zaman maşından 3 nəfər kişi yerə yendilər. Sükan arxasında sonradan adını bildiyi Təqsirləndirilən şəxs idi.Şahid1 oğlunu təkərlərin arasından çıxardaraq, qucağına alıb yaxında yerləşən özəl tibb klinikasına apardı. Sürücü, digər 2 nəfər tanımadığı kişilər və valideynlərdə oraya getdilər. Sonradan İradənin həyat yoldaşı oraya gələrək Tahiri maşınına mindirib başqa xəstəxanaya apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı Şahsənəm Sadıqova 13 saylı orta məktəbdə Zərərçəkmiş şəxslə bir sinifdə oxuyur. 07 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində o və digər valideynlər məktəbin həyətində söhbət edərkən uşağlar ora-bura qaçırdılar. Sonra görmüşdür ki, uşağlar küçəyə qaçdılar, həmin an səs eşidərək hamı küçəyə tərəf qaçdılar.Məktəbin çıxışında park edilən avtomobilin yanındaki cərgədə dayan ağ rəngli Mersedes Vito avtomobili dayanmışdır.Zərərçəkmiş şəxs gabağ təkərin ortasında yerdə uzanan vəziyyətdə görmüşdür. Şahid1 ətrafda olan adamlar köməyi ilə uşağını maşının altından çıxardaraq, qucağına alıb yaxında olan xəstəxanaya apardı.O və digər valideynlər oraya gedərək uşağdan xəbər gözlədilər.Bundan sonra Nümayəndə1 oraya gələrək uşağını və həyat yoldaşını maşına mindirib başqa xəstəxanaya aparmışdır.Suala cavab olaraq Şahid3 bildirdi ki, hadisə zamanı 3 nəfər kişinin maşının yanında olmasını görmüşdür. Onlardan biri təqsirləndirilən şəxs idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu X11 Oruczadə ilə birlikdə Yasamal rayonu H.Zardabi 73 ünvanda yerləşən 13 saylı orta məktəbdə bir sinifdə oxuyur.07 iyun 2021-ci tarixdə saat 15:00 radələrində oğlunu dərsdən götürməkdən ötrü məktəbə getmişdir.Məktəbin həyətində özü valideynlərlə və sinif rəhbəri ilə söhbət edərkən uşağlar, o cümlədən Zərərçəkmiş şəxs həyətdə qaçaraq oynayırdılar. Sonra uçağlar çölə qaçdılar, Tahirdə onların dalınca qaçdı. Bir an ichində səs eşitdi və bütün valideynlərlə birlikdə küçəyə qaçdılar.Orada gördülər ki, Tahir ağ rəngli böyük maşının qabağ təkərlərin altındadır. Həmən zaman maşından 3 nəfər kişi aşağı yendilər və onlara yaxınlaşdılar. Şahid1 kömək edərək Tahiri maşının altından çıxardaraq, səkinin üstünə otuzdurdular.Sonradan İradə uşağı qucağa götürüb yaxında yerləşən klinikaya aparmışdı. Bütün valideynər kimi o da öz növbəsində hadisə vaxtı və ondan sonra daimi Tahirin vəziyyəti ilə maraqlanmışdır.Əlavə suala cavab olaraq bildirdi ki, avtomobilin getdiyi surəti və dövlət nişan nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, onun övladı da Zərərçəkmiş şəxslə bir sinifdə oxuyur. Həmin qün 07 iyun 2021-ci il tarixdə qızı Sahiləni məktəbdən götürmək üçün getmişdir. Məktəbin qabağında olarkən görmüşdür ki, qızı Sahilə və Tahir məktəbin həyətindən çıxıb yola qaçmışdılar. Həmən an ağ rəngli X14 vurdu və o yıxıldı, Tahir gabağ təkərlərin altında qalmışdır.Dərhal məktəbin həyətindən Tahirin anası İradə və digər valideynlər səsə qaçaraq uşağı ordan dartıb çıxartmışdılar. Birdən gördü ki uşağın gözləri qaraldı, qorxdu ki uşağ ölür.Tahirin ayağı sınmışdır və paçağın ortasından qan gəlirdi.Həmən maşından 2-3 nəfər kişı yerə yendilər, onların arasında hazırda məhkəmə zalında olan Təqsirləndirilən şəxs var idi. Sükanın arxasından məhz o çıxmışdır.Sonradan uşağı yaxında olan xəstəxanaya apardılar.Ona verilmiş suala cavab olaraq bildirdi ki, avtomobilin getdiyi surəti dəqiq deyə bilmir və məktəbin yanında park edilmiş başqa maşınlar da var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid6 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5ın və Şahid2 ifadələrinə oxşar eyni məzmunlu ifadələr verərək, onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs əmisidir.Hadisə zamanı, yani 07 iyun 2021-ci il o Mayıl və qardaşı ilə birlikdə 13 saylı məktəbin yanında yerləşən özəl klinikaya gəlmişdılər. O həmən klinikanın baş həkimidir.Mayıl məkəbin yanında maşını saxlayaraq, imkan verdi ki, onlar maşından yensinlər. Onalr maşından yenərkən Mayıl idarə etdiyi Mersedes Vito avtomobilini tam saxlamışdır.Məktəbin qirişin qabağında dayanmış başqa bir avtomobilin yanında. Sonradan işlədiyi klinikaya gedərkən taqqıltı səsi eşitdi və arxaya baxanda gördü ki, qardaşı oğlunun maşının yanında insanlar toplaşıb. Tez həmən yerə özünü çatdırdı və gördü ki, uşağ səkinin üstündə anasının qucağındadır. Uşağı təcili işlədiyi klinikaya apardılar. Orada uşağa baxarkən ilkin olaraq heçnə görməmişdir. Uşağın halı üstündə idi və suallara cavab verirdi.Sonradan görmüşdür ki, paçanın arasında qan izləri var. Bundan sonra uşağın atası klinikaya gələrək uşağı başqa xəstəxanaya apardı. Sonradan bir neçə dəfə Mayıldan uşağın vəziyyəti ilə maraqlanmışdır. Mayıl bu hadisədə qünahın olmamasını və uşağa maddi köməklik etməsini məhz insanlığını göstərilməsi kimi izah etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, 07 iyun 2021-ci il tarixdə saat 14:00 radələrində o, işlədiyi klinikanın girişin qarşısında siqaret çəkərkən zərbənin səsini eşitdi.Hadisəni bilavasitə görə bilməyib çünki həmən vaxt məktəbin qarşısında çoxlu sayda insan və maşınlar var idi. Sonradan klinikanın baş həkimi Abbas müəllim, qohumu olan Mayıl və bir qadın uşağla qucağında klinikaya daxil oldular. Orada uşağla anası bir müddət olandan sonra çıxıb getmişdilər. Cinayət işinin 166-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-112-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X8 X12 rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli 715 nömrəli rəyindən müəyyən olunur ki, azyaşlı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının İV dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün orta 1/3-nin qapaılı yerdəyişən sınıqları küt əşyanın ( əşyaların ) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla , qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar, ümumilikdə,sağlamlığa Ağır zərərvurmaya aiddir. Cinayət işinin 102-105-ci vərəqələrində olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Yol-Nəqliyyat hadisələrinin məhkəmə ekspertizası şöbəsinin xx.xx.2022-ci il tarixli, 8/2174 nömrəli rəyindən müəyyən olunur ki, X17 11 markalı, Az**-RM-*** d.q.n-lı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş də onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «X10» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X10» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, ilk məhkumluğunu və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddia ilə bağlı məsələni müzakirə edib məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Nümayəndə1 xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Nümayəndə1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-195/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-195/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver