Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-195/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Kür küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, ünvan 1an, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, xx xxxxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurlamış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal qərb hissəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialı tərəfindən inşa olunan yaşayış kompleksinin tikinti ərazisindən 14 nömrəli binanın 11-ci mərtəbisindən 1 kq-nın qiyməti 20,00 manat olan 6 kq çəkidə olmaqla cəmi 120 manat dəyərində, 04 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində yenidən həmin ünvandan 1 kq-nın qiyməti 20,00 manat olan 8 kq çəkidə olmaqla cəmi 160 manat dəyərində və növbəti dəfə 15 iyul 2024-cü il tarixdə saat 13 radələrində həmin ünvandan 1 kq-nın qiyməti 20,00 manat olan 12 kq çəkidə olmaqla cəmi 240 manat dəyərində kondisioner və havalandırma xəttinin çəkilməsində istifadə olunan mis boruları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Kristal Bakı ASC”nə ümumilikdə 520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib 16 iyul 2024-cü il tarixdə saat 16:38:42-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal qərb hissəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialı tərəfindən inşa olunan yaşayış kompleksinin tikinti ərazisindən 14 nömrəli binannm 11-ci mərtəbəsindən 1 kq-nın qiyməti 20,00 manat olan 14 kq çəkidə kondisioner və havalandırma xəttinin çəkilməsində istifadə olunan mis borunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Kristal Bakı ASC”nə 280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib 17 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal qərb hissəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialı tərəfindən inşa olunan yaşayış kompleksinin tikinti ərazisindən 14 nömrəli binanın 11-ci mərtəbəsindən talamış olduqları 15 kq çəkidə cəmi 300 manat dəyərində kondisioner və havalandırma xəttinin çəkilməsində istifadə olunan mis borunu tiktinti ərazisində gizlətdikdən sonra "xxxx" ASCnin mühafizəçiləri tərəfindən həmin günü saat 20:00 radələrində saxlandıqları üçün cinayətkar niyyətlərini özlərindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib təkrarən oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurlamış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib 16 iyul 2024-cü il tarixdə saat 16:38:42-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal qərb hissəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialı tərəfindən inşa olunan yaşayış kompleksinin tikinti ərazisindən 14 nömrəli binanın 11-ci mərtəbəsindən 1 kq-nın qiyməti 20,00 manat olan 14 kq çəkidə kondisioner və havalandırma xəttinin çəkilməsində istifadə olunan mis borunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Kristal Bakı ASC”nə 280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib 17 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal qərb hissəsində yerləşən "xxxx" ASC-nin Yasamal filialı tərəfindən inşa olunan yaşayış kompleksinin tikinti ərazisindən 14 nömrəli binanın 11-ci mərtəbəsindən talamış olduqları 15 kq çəkidə cəmi 300 manat dəyərində kondisioner və havalandırma xəttinin çəkilməsində istifadə olunan mis borunu tiktinti ərazisində gizlətdikdən sonra "xxxx" ASCnin mühafizəçiləri tərəfindən həmin günü saat 20:00 radələrində saxlandıqları üçün cinayətkar niyyətlərini özlərindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib təkrarən oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də ərazi fəhləsi kimi işləyir. "xxxx" ASC-yə məxsus binanın mərtəbələrdə artıq qalan kondisoner mis borularını əzərək müxtəlif vaxtlarda ümumilikdə 40 kq mis borunu əldə edərək axşam saat 21 radələrində “Moskva” prospektində yerləşən əlvan-metal qəbuluna kiloqramı 13 manatdan olmaqla 520 manata şəxsiyyət vəsiqəsi ilə sataraq gəlir əldə etmişdir. 16 iyul 2024-cü il tarixdə saat 13 radələrəində onunla birlikdə ərazi fəhləsi işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 kq mis boruları 14-cü binanın 11-ci mərtəbəsindən götürüb çantaya yerləşdirib 18-ci binanın yaxınlığında yerləşən hasarın boşluğuna yerləşdirmişlər. Həmin günü axşam saatlarında həmin yerdən Orxanla birlikdə 14 kq mis boruları götürərək Moskva prospektində yerləşən əlvan metal qəbuluna kiloqramı 13 manatdan olmaqla şəxsiyyət vəsiqəsiz 182 manata satmış, həmin puldan 55 manatı Orxana vermişdir. Orxana pulu az verməyinin səbəbi onun “Unibank”a kredit borcunun olması olmuşdur. 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində Orxanla birlikdə 14-cü binanın 11-ci mərtəbəsinə qalxaraq mis kondisoner borularını əzib çantalarına yığıb 14-cü binanın -1 mərtəbəsində olan zirzəmidə otaqların birində gizlətmişlər. Həmin günü işdən çıxarkən Orxan həmin yığdıqları 11 kiloqram misi qoyduğu yerdən götürüb 18-ci binanın yaxınlığında yerləşən hasarın dibinə qoyarkən mühafizə rəisi Elnur adlı şəxs kameradan Orxanın ora nəsə qoyduğunu görmüşdür. Orxan 18:00-da işdən çıxanda mühafizəçilər tərəfindən yoxlanılaraq evə buraxılmışdır. Bundan sonra mühafizə rəisi həmin yerə gələrək hasarın dibinə nə qoyulduğuna baxıb və orada mis kondisoner borularının olduğunu görmüşdür. Bundan sonra kamera görüntülərinə baxaraq 16 iyul 2024-cü il tarixdə onun Orxanla birlikdə əlləri boş vəziyyətdə işlədikləri yerdən çıxdıqlarını görmüşlər. 17 iyul 2024-cü il tarixdə o, saat 20:00-da işdən çıxarkən onu mühafizə otağında saxlamışlar. Ona kamera görüntülərini göstərərək Orxanı tanıyıb-tanımadığını ondan soruşduqda o, onlara Orxanı tanıdığını, birlikdə işlədiklərini və birlikdə kirayədə yaşadığını bildirmişdir. Orada ona Orxanı işə çağırmağını bildirdikdə Orxanın istifadəsində olan mobil nömrəsinə zəng edərək Orxanı işə çağırmışdır. Orxan saat 21:30-da işə yaxınlaşmışdır. Orada onları sorğu sual etdikdə onlar olduğu kimi hər şeyi danışmışlar. Səhərə kimi onları çöldə saxlamışlar. Səhər saat 08:30 radələrində onları şirkətin direktoru Rövşən müəllimin yanına aparmışlar. Rövşən müəllim orada tanıdığı Rizvanı otağa çağırıb onunla söhbət etdikdən sonra onları içəri çağırmışlar. Rövşən orada onu təhqir edərək, ona iki dəfə sillə vurmuş, onun saçından tutaraq, onun başını aşağı əyərək sağ dizi ilə sol qabırğa tərəfdən vuraraq ona xəsarət yetirmişdir. Rövşən onu o dərəcədə döymüşdür ki, onu mühafizənin rəisi Elnur güc bəla ilə onun əlindən alaraq çölə çıxartmışdır. Elnur da onu çölə çıxardarkən onu necə itələmişdirsə gözünün alt hissəsi qapının dəstəyinə dəymişdir. Bu səbəbdən o, tibbi ekspertizadan keçmişdir. Bundan sonra onu digər otağa keçirərək Orxanı yanlarına çağırmışlar. Gələn səslərdən belə başa düşmüşdür ki, Orxanı da döyürlər. Onların döyülmələrinin heç bir səbəbi yox idi. Onlar törətdikləri əməli səmimi olaraq etiraf etmələrinə, ehtiyac üzündən etdiklərini bildirmələrinə baxmayaraq onlarla amansız davranmışlar. Orxanla o, ayrı otaqda polis əməkdaşlarını gözləyərkən direktor köməkçisi Seyhun adlı şəxs Təqsirləndirilən şəxs2 5-6 dəfə üz nahiyyəsinə sillə ilə vurmuşdur. Ona əl qaldırmaq istəyəndə çöldən kimsə onları çağırmışdır. Təxminən 2 saatdan sonra səhər saat 11 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq onları sorğu sual etdikdən sonra onları 28-ci polis bölməsinə aparmışlar. Polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki-psixoloji zorakılıq olmamışdır. Onlar hər gün işə saat 08:00-da gəlmişlər, saat 13:00-da ərazidə boşluq olan zaman nəzarətsizlikdən istifadə edib mərtəbələrdən yığdığı mis boruları çantasına yığaraq hasarın dibinə qoymuş, sonra qapıdan əli boş çıxaraq hasarın çöl tərəfindən misi götürərək axşamlar gedib satmışdır. Rizvanı tanımır, Rizvanı o, mühafizə otağında tanımış, onun Rizvanla heç bir əlaqəsi yoxdur. Onunla birlikdə oğurluq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2024-cü ilin mart ayından etibarən "xxxx" ASC-də fəhlə kimi çalışır. Onunla bir yerdə çalışan Təqsirləndirilən şəxs1la hadisə baş verən zaman təxmini olaraq 4 ay imiş ki, bir-birini tanıyırmışlar və onunla bir ünvanda yaşayırmış. 16 iyul 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 işdə olarkən binada mis boruların olduğunu, onları oradan götürərək 18-ci binanın yanındakı hasardan çıxarıb sata biləcəklərini demişdir. Ziyavəddin dəfələrlə bu cür oğurluq etdiyini, lakin tutulmadığını ona demişdir. Həmin gün saat axşam radələrində 14-cü binadan təxmini olaraq 12 kiloqram ağırlığında mis borunu götürərək 18-ci binadan çıxartmışlar, misin kiloqramını 13 manatdan Ziyavəddinin apardığı əlvan-metal qəbuluna satmışlar. Satış zamanı heç bir sənəd təqdim etməmişlər. 17 iyul 2024-cü il tarixdə Ziyavəddinlə aralarında olan razılaşmaya əsasən 14-cü binadan mis boruları götürüb 18-ci binanın yaxınlığında olan hasarın dibinə qoyacaqmış və Ziyavəddin axşam onu oradan götürürək satacaqdı. Həmin tarixdə saat 18:00 radələrində təxmini olaraq 12 kilqoram çəkidə mis borunu götürərək 18-ci binanın yanındaki hasarın dibinə qoymuş və həmin ərazidən çıxaraq evə getmişdir. Daha sonra Ziyavəddin ona zəng edərək təcili olaraq işə gəlməli olduqlarını dedikdə o, dərhal iş yerinə qayıtmışdır. Bu zaman "xxxx" ASC-nin mühafizəçilərinin Ziyavəddini saxladığını görmüşdür. Bundan sonra 17 iyul 2024-cü il tarixdə onun mis borunu daşıdığı zaman kameralara düşdüyünü və mühafizəçilərin bunu aşkar etdiyini, habelə kameralarda keçmiş kadrlara baxanda 16 iyul 2024-cü il tarixdə Ziyavəddinlə birlikdə mis boruları oğurladığını görüblər. Orada Ziyavəddinlə onu sorğu sual etdikdə onlar olduğu kimi hər şeyi danışmışlar. Səhərə kimi onları çöldə saxlatmışlar. Səhər saat 08:30 radələrində onları şirkətin direktoru Rövşən müəllimin yanına aparmışlar. Rövşən müəllim orada tanıdığı Rizvanı otağa çağırıb onunla söhbət etdikdən sonra onları çağırmışdır. Rövşən orada onu təhqir edərək ona iki dəfə sillə vurmuş, başını aşağı əyərək sağ dirsəyi ilə bel nahiyyəsindən, sağ ayağı ilə qarın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Rövşən onu o, dərəcədə döymüşdür ki, onu mühafizənin rəisi Elnur güc bəlayla Rövşənin əindən onu alaraq çölə çıxartmışdır. Bu səbəbdən o, tibbi ekspertizadan keçmişdir. Onların döyülmələrinin heç bir səbəbi yox idi və onlar törətdikləri əməli səmimi olaraq etiraf etmələrinə, ehtiyac üzündən etdiklərini bildirmələrinə baxmayaraq onlarla amansız davranılmışdır. Ziyavəddin və o, ayrı otaqda polis əməkdaşlarını gözləyərkən direktor köməkçisi Seyhun adlı şəxs 5-6 dəfə onun üz nahiyəsinə sillə ilə vurmuşdur. Ona əl qaldırmaq istəyəndə çöldən kimsə onları çağırmışdır. Təxminən 2 saatdan sonra səhər saatlarında polis əməkdaşları onlara yaxınlaşaraq onlarla sorğu sual etdikdən sonra onları polis bölməsinə aparmışlar. 16 iyul tarixində oğurladıqları mis boruların satışından, yəni 12 kiloqram mis borunu 182 manata satsalar da, Ziyavəddin ona 55 manat vermişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki psixoloji zorakılıq olmamışdır. O, hər gün işə saat 08:00-da gəlirmiş, saat 13:00-da ərazidə boşluq olduğundan nəzarətsizlikdən istifadə edib mərtəbələrdən yığdığı mis boruları çantasına yığaraq hasarın dibinə qoymuş, sonra qapıdan əli boş çıxaraq hasarın çöl tərəfindən götürərək axşamlar gedib satmışlar. Rizvanı tanımır, onu mühafizə otağında tanımış, Rizvanla onun heç bir əlaqəsi yoxdur, həmçinin Rizvanla birlikdə oğurluq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquq şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal-qərb hissəsində yerləşən tikinti sahəsi mövcuddur və həmin tikinti sahəsində hündür mərtəbəli bina evləri inşa edilməkdədir. Sözü gedən tikinti sahəsində binalarda quraşdırılan kondisioner və havalandırma xətlərinin çəkilməsində istifadə edilən müxtəlif çəkidə olan mis boruların qalıq hissələrinin oğurlanması faktı aşkar edilsə də, tikinti sahəsində işçi sayı çox olduğundan oğurluq edən şəxsi və yaxud da şəxsləri müəyyən etmək mümkün olmamışdır. 14-cü binanın 5-ci və 11-ci mərtəbələrində 03 iyul 2024-cü il tarixdə 6 kiloqram, 04 iyul 2024-cü il tarixdə 8 kiloqram , 15 iyul 2024-cü il tarixdə 12 kiloqram, 16 iyul 2024-cü il tarixdə 14 kiloqram və 7-ci binadan 1 kiloqram mis borunun qalıq hissələrinin naməlum şəraitdə oğurlandığı aşkar edilmişdir. Bu hallar ASC rəhbərliyini narahat etməyə başlamışdır. Çünki həmin boruların materialı misdən olduğu üçün dəyərə malik idi və qalıq qalmış mis boruların 1 kiloqramı 20 manatdan olmaqla ASC tərəfindən satışı təşkil olunur və bu müəyyən mənada gəlir verir. 17 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin həmin tikinti sahəsində işləyən mühafizəçiləri tərəfindən müəyyən edilmişdir ki, tikinti ərazisindən mis boruları oğurlamaqda tikinti ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs1 şübhəlidir. Belə ki, mühafizəçilər tərəfindən tikinti ərazisində quraşdırılmış videomüşahidə kameralarına baxan zaman müəyyən edilmişdir ki, tikinti ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs1 16 iyul 2024-cü il tarixdə əlində olan kisəni 18 nömrəli bina evi ilə üzbəüz olan hasarın altına gətirib qoyub üstünü bağlayıb çıxıb gedir. Bundan başqa mühafizəçilərin deməsinə görə ərazidə fəhlə işləyən Təqsirləndirilən şəxs2 isə günorta saatlarında əlində olan çantanı gətirib eyni qayda ilə 18 nömrəli bina evi ilə üzbəüz olan hasarın altına gətirib qoyub üstünü bağlayaraq çıxıb gedir. Həmin videogörüntülərdən yalnız 16 iyul 2024-cü il tarixə olan videogörüntülər qeydə alınıb, digər görüntülər isə texniki səbəblər üzündən kameranın yaddaş qurğusundan silinmişdir. Mühafizəçilərin, yəni Şahid2 və Tuqay Qoşanalıyevin demələrinə görə 17 iyul 2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs1 işdən çıxarkən onu mühafizə otağında saxlamışlar və Təqsirləndirilən şəxs1 kamera görüntülərini göstərərək Təqsirləndirilən şəxs2 tanıyıb-tanımadığını ondan soruşduqda o, onlara Orxanı tanıdığını, birlikdə işlədiklərini və birlikdə kirayədə yaşadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 işə çağırmağını bildirdikdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs2 işə çağırmış və Təqsirləndirilən şəxs2 da tikinti sahəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şifahi sorğu-sual edilmişlər. Təqsirləndirilən şəxs1 sorğu-sual zamanı bildmirşdir ki, "xxxx" ASC-nin Qanlı göl ətrafında olan 14-cü binanın 5-ci və 11-ci mərtəbələrdə artıq qalan kondisionerə aid mis borularını əzərək 03 iyul 2024-cü il tarixdə saat 13 radələrində 6 kiloqram, 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində 8 kiloqram, 15 iyul 2024-cü il tarixdə saat 13 radələrində 12 kiloqram, 16 iyul 2024-cü il tarixdə saat 13 radələrində 14 kiloqram olmaqla ümumilikdə oğurlamış olduğu 40 kiloqram mis borunu oğurlayıb axşam saat 21 radələrində Xarici dairəvi yol tərəfdən tikinti sahəsinin altından çıxarıb “Moskva” prospektində yerləşən əlvan-metal qəbuluna aparıb kiloqramı 13 manatdan olmaqla 520 manata satmışdır. Ziyavəddinin deməsinə görə o, 16 iyul 2024-cü il tarixdə saat 13 radələrəində tikinti ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 kiloqram mis boruları 14-cü binanın 11-ci mərtəbəsindən götürüb çantaya yerləşdirərək 18-ci binanın yaxınlığında yerləşən hasarın boşluğuna yerləşdirmişlər. Həmin günü 20:00-da həmin yerdən Orxanla birlikdə 14 kiloqram mis boruları götürərək Moskva prospektində yerləşən əlvan metal qəbuluna kiloqramı 13 manatdan olmaqla 182 manata satmışdır. Təqsirləndirilən şəxs1 17 iyul 2024-cü il tarixdə tikinti ərazisindən çıxartmaq istədikləri içərisində 15 kiloqram mis olan çanta mühafizəçilər tərəfindən tikinti sahəsində 18 nömrəli bina evi ilə üzbəüz olan beton hasarın altından götürülmüşdür. Bundan başqa Rizvan İsrayılov isə şifahi sorğu sual zamanı 16 iyul 2024-cü il tarixdə 7-ci binadan 1 kiloqram mis borunun qalıq hissələrini oğurladığını demişdir. Bununla da misin kiloqramı 20 manatdan hesablandığı halda "xxxx" ASC-nə 1100 manat maddi ziyan dəydiyi nəzərə alınmalıdır. Rizvan İsrayılov tərəfindən bir kiloqram misin oğurlanmasına görə isə görə ASC-yə 20 manat maddi ziyan dəymişdir. Oğurlanmış mis boruların dəyəri ilə bağlı ASC təfəfindən audit rəyi təqdim edilmişdir. Hazırda ASC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Onlara qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal-qərb hissəsində yerləşən tikinti sahəsi mövcuddur və həmin tikinti sahəsində hündür mərtəbəli bina evləri inşa edilməkdədir. Sözü gedən tikinti sahəsində binalarda quraşdırılan kondisioner və havalandırma xətlərinin çəkilməsində istifadə edilən müxtəlif çəkidə olan mis boruların qalıq hissələrinin oğurlanması faktı aşkar edilsə də, tikinti sahəsində işçi sayı çox olduğundan oğurluq edən şəxsi müəyyən etmək mümkün olmamışdır. 17 iyul 2024-cü il tarixdə onlar tərəfdən müəyyən edilmişdir ki, tikinti ərazisindən mis boruları oğurlamaqda tikinti ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs1 şübhəlidir. Belə ki, tikinti ərazisində quraşdırılmış videomüşahidə kameralarına baxan zaman müəyyən edilmişdir ki, tikinti ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs1 16 iyul 2024-cü il tarixdə əlində olan kisəni 18 nömrəli bina evi ilə üzbəüz olan hasarın altına gətirib qoyub üstünü bağlayıb çıxıb gedir. Bundan başqa ərazidə fəhlə işləyən Təqsirləndirilən şəxs2 isə günorta saatlarında əlində olan çantanı gətirib eyni qayda ilə 18 nömrəli bina evi ilə üzbəüz olan hasarın altına gətirib qoyub üstünü bağlayaraq çıxıb gedir. Həmin videogörüntülərdən yalnız 16 iyul 2024-cü il tarixə olan videogörüntülər qeydə alınıb, digər görüntülər isə texniki səbəblər üzündən kameranın yaddaş qurğusundan silinmişdir. 17 iyul 2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs1 işdən çıxarkən onu mühafizə otağında saxlamışlar və Təqsirləndirilən şəxs1 kamera görüntülərini göstərərək Təqsirləndirilən şəxs2 tanıyıb-tanımadığını ondan soruşduqda o, onlara Orxanı tanıdığını, birlikdə işlədiklərini və birlikdə kirayədə yaşadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 işə çağırmağını bildirdikdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs2 işə çağırmış və Təqsirləndirilən şəxs2 da tikinti sahəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şifahi sorğu-sual edilmişlər. Təqsirləndirilən şəxs1 sorğu-sual zamanı bildirmişdir ki, "xxxx" ASC-nin Qanlı göl ətrafında olan 14-cü binanın 5-ci və 11-ci mərtəbələrdə artıq qalan kondisonerə aid mis borularını əzərək 03 iyul 2024-cü il tarixdə saat 13 radələrində 6 kiloqram, 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində 8 kiloqram, 15 iyul 2024-cü il tarixdə saat 13 radələrində 12 kiloqram, 16 iyul 2024-cü il tarixdə saat 13 radələrində 14 kiloqram olmaqla ümumilikdə oğurlamış olduğu 40 kiloqram mis borunu oğurlayıb axşam saat 21 radələrində Xarici dairəvi yol tərəfdən tikinti sahəsinin altından çıxarıb “Moskva” prospektində yerləşən əlvan-metal qəbuluna aparıb kiloqramı 13 manatdan olmaqla 520 manata satmışdır. Ziyavəddinin deməsinə görə o, 16 iyul 2024-cü il tarixdə saat 13 radələrində tikinri ərazisində fəhlə işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 kiloqram mis boruları 14-cü binanın 11-ci mərtəbəsindən götürüb çantaya yerləşdirib 18-ci binanın yaxınlığında yerləşən hasarın boşluğuna yerləşdirmişlər. Həmin günü 20:00-da həmin yerdən Orxanla birlikdə 14 kiloqram mis boruları götürərək Moskva prospektində yerləşən əlvan metal qəbuluna kiloqramı 13 manatdan olmaqla 182 manata satmışdır. Təqsirləndirilən şəxs1 17 iyul 2024-cü il tarixdə tikinti ərazisindən çıxartmaq istədikləri içərisində 15 kiloqram mis olan çanta isə tikinti sahəsində 18 nömrəli bina evi ilə üzbəüz olan beton hasarın altından onlar götürüb 15 kiloqram mis borunu tikintiyə nəzarət edən, "xxxx" ASC-nin icraçı direktoru Rövşən müəllimə vermişlər. Bundan başqa Rizvan İsrayılov da şifahi sorğu sual zamanı 16 iyul 2024-cü il tarixdə 7-ci binadan 1 kiloqram mis borunu oğurladığını demişdir. Daha sonra oğurluq barədə rəhbərlik tərəfindən polisə məlumat verilmiş və həmin şəxsləri Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlib aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə vermiş olduğu ifadələrində döyülmələri barədə dedikləri yalandır və həqiqətə uyğun deyil. Həmin şəxslər istər Rövşən müəllim, istərsə də mühafizəçilər tərəfindən döyülməmişdir və onlara heç kim xəsarət yetirməyib, adları qeyd edilən şəxslərin hansı şəraitdə xəsarət almaları ona məlum deyil. Həmin şəxslər, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Rizvan İsrayılov tikinti sahəsindən oğurluq etdikləri müəyyən edildikdən sonra polis əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, əlvan metallurgiya qəbulu sexini işlədir. Onun sexi ünvan 4 ünvanında yerləşir. Həmin sexdə müxtəlif metalların qəbulu və satışı ilə məşğul olur. 16 iyul 2024-cü il tarixdə saat 13 radələrində əvvəllər tanımadığı 2 nəfər cavan oğlan onun işlədiyi sexə yaxınlaşaraq ona əzilmiş mis olduğunu, həmin misin özlərinə məxsus olduğunu bildirdikdə ondan misi şəxsiyyət vəsiqəsi əsasında almağa razılaşmışdır. Misi tərəziyə qoyaraq çəkmiş, misin 14 kiloqram olduğu müəyyən olunmuşdur. O, 14 kiloqram misin hər kiloqramına 13 manat ödəməklə sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 182 manata almışdır. Hər ehtimala qarşı o, onların şəxsiyyət vəsiqəsinin şəklini çəkərək özündə saxlamışdır. Lakin onlar şifahi formada misin ona məxsus olmasını bildirdiyinə görə həmin şəxsə inanmışdır. Həmin malın oğurluq olduğunu bilsə idi, onu almazdı. Həmin şəxslərdən yalnız bir dəfə mis almışdır. Həmin misi o, obyektlərdən metal yığan şəxslərə 13 manat 10 qəpikdən olmaqla 13 manat 60 qəpiyə satmışdır. Həmin şəxslərin kim olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Şahidlər Şahid4, Şahid1 və Şahid6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 30 ildir ki, əlvan metallurgiya qəbulu sexini işlədir. Onun sexi ünvan 4 ünvanında yerləşir. Həmin sexdə müxtəlif metalların qəbulu və satışı ilə məşğul olur. 03 iyul 2024-cü il tarixdə saat 14 radələrində əvvəllər tanımadığı bir nəfər cavan oğlan tək onun işlədiyi sexə yaxınlaşaraq ona əzilmiş mis olduğunu, həmin misin özlərinə məxsus olduğunu bildirdikdə ondan misi şəxsiyyət vəsiqəsi əsasında almağa razılaşmışdır. Misi tərəziyə qoyaraq çəkmiş, misin 6 kiloqram olduğu müəyyən olunmuşdur. O, 6 kiloqram misin hər kiloqramına 12 manat ödəməklə sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 72 manata almışdır. Hər ehtimala qarşı o, onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək özündə saxlamışdır. Lakin oğlan şifahi formada misin ona məxsus olmasını bildirdiyinə görə həmin şəxsə inanmışdır. Həmin malın oğurluq olduğunu bilsə idi, onu almazdı. Həmin şəxslərdən yalnız bir dəfə mis almışdır. Həmin misi o, obyektlərdən metal yığan şəxslərə 12 manat 10 qəpikdən olmaqla 72 manat 60 qəpiyə satmışdır. Həmin şəxslərin kim olduğunu bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimal-qərb sahilində yerləşən "xxxx" ASC-dir (cild 01, i.v. 8-9). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Kristal Bakı ASC hüquqi şəxsi ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 112). “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Kristal Bakı ASC-nin hüquqşunası Əliyev X8 Bakı ASC-nin nümayəndəsi qismində tanınmış və ona Azərbaycan Respublikası CPM-nin 102-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan və izah olunmuşdur (cild 01, i.v. 113). “Götürmə aparılması haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin baş müstəntiqi, polis X4 Azərbaycan Respublikası CPM-nin 51-ci, 85, 236, 242 -247-ci maddələrini rəhbər tutub icraatında istintaq edilən ********* nömrəli cinayət üzrə tərtib etmişdir həmin protokolu zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC- nin nümayəndəsi Nümayəndə iştirakı ilə ondan ötrü ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə təqdim etdiyi videogörüntü olan 01 ədəd DVD diski və 01 ədəd içərisində metal olan idman çantasını ondan götürdü (cild 01, i.v. 126-127). “İfadənin yerində yoxlanması haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 Azərbaycan Respublikası CPM-in 85, 260-261-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə yerində yoxlamış, ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. İfadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs1 təklif edildi ki, dindirmə protokolunda qeyd edilən cinayəti törətdiyi yeri göstərsin. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirdi ki, 03 aprel 2024-cü il tarixdən "xxxx" ASC-də ərazi fəhləsi kimi işləyir. "xxxx" ASC-nin Qanlı göl ətrafında olan 14-cü binanın 5-ci və 11-ci mərtəbələrdə artıq qalan kondisoner mis borularını əzərək 03 iyul 2024-cü il tarixdə saat 13 radələrində 6 kq, 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində 8 kq, 15 iyul 2024-cü il tarixdə saat 13 radələrində 12 kq, 16 iyul 2024-cü il tarixdə 14 kq olmaqla ümumilikdə 40 kq mis borunu axşam saat 21 radələrində “Moskva” prospektində yerləşən əlvan-metal qəbuluna kiloqramı 13 manatdan olmaqla 520 manata şəxsiyyət vəsiqəsi ilə sataraq gəlir əldə etmişdir. 16 iyul 2024-cü il tarixdə saat 13 radələrində onunla birlikdə ərazi fəhləsi işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 kq mis boruları 14-cü binanın 11-ci mərtəbəsindən götürüb çantaya yerləşdirib 18-ci binanın yaxınlığında yerləşən hasarın boşluğuna yerləşdirmişlər. Həmin günü 20:00da həmin yerdən Orxanla birlikdə 14 kq mis boruları götürərək Moskva prospektində yerləşən əlvan metal qəbuluna kiloqramı 13 manatdan olmaqla şəxsiyyət vəsiqəsiz 182 manata satmış, həmin puldan 55 manatı Orxana vermişdir. Orxana pulu az verməyinin səbəbi onun “Unibank”a kredit borcunun olması olmuşdur. 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində Orxanla birlikdə 14-cü binanın 11-ci mərtəbəsinə qalxaraq mis kondisoner borularını əzib çantalarına yığıb 14-cü binanın-1 mərtəbəsində olan zirzəmidə otaqların birində gizlətmişlər. Həmin günü işdən çıxarkən Orxan həmin yığdıqları 11 kiloqram misi qoyduğu yerdən götürüb 18-ci binanın yaxınlığında yerləşən hasarın dibinə qoyarkən mühafizə rəisi Elnur adlı şəxs kameradan Orxanın ora nəsə qoyduğunu görmüşdür. Orxan 18:00 da işdən çıxanda mühafizəçilər tərəfindən yoxlanılaraq evə buraxılmışdır. Bundan sonra mühafizə rəisi həmin yerə gələrək hasarın dibinə nə qoyulduğuna baxıb və orada mis kondisoner borularının olduğunu görmüşdür. Bundan sonra kamera görüntülərinə baxaraq 16 iyul 2024-cü il tarixdə onun Orxanla birlikdə əlləri boş vəziyyətdə işlədikləri yerdən çıxdıqlarını görmüşlər. 17 iyul 2024-cü il tarixdə o, saat 20:00-da işdən çıxarkən onu mühafizə otağında saxlamışlar. Ona kamera görüntülərini göstərərək Orxanı tanıyıb tanımadığını ondan soruşduqda o, onlara Orxanı tanıdığını, birlikdə işlədiklərini və birlikdə kirayədə yaşadığını bildirmişdir. Orada ona Orxanı işə çağırmağını bildirdikdə Orxanın istifadəsində olan 055 *** ** ** nömrəli mobil nömrəsinə zəng edərək Orxanı işə çağırmışdır. Orxan saat 21:30 da işə yaxınlaşmışdır. Orada onları sorğu sual etdikdə onlar olduğu kimi hər şeyi danışmışlar. Səhərə kimi onları çöldə saxlamışlar. Səhər saat 08:30 radələrində onları şirkətin direktoru Rövşən müəllimin yanına aparmışlar. Rövşən müəllim orada tanıdığı Rizvanı otağa çağırıb onunla söhbət etdikdən sonra onları içəri çağırmışlar. Rövşən orada onu təhqir edərək, ona iki dəfə sillə vurmuş, onun saçından tutaraq, onun başını aşağı əyərək sağ dizi ilə sol qabırğa tərəfdən vuraraq ona xəsarət yetirmişdir. Rövşən onu o dərəcədə döymüşdür ki, onu mühafizənin rəisi Elnur güc bəla ilə onun əlindən alaraq çölə çıxartmışdır. Elnur da onu çölə çıxardarkən onu necə itələmişdirsə gözünün alt hissəsi qapının dəstəyinə dəymişdir. Bu səbəbdən o, tibbi ekspertizadan keçmək istəyir. Bundan sonra onu digər otağa keçirərək Orxanı yanlarına çağırmışlar. Gələn səslərdən belə başa düşmüşdür ki, Orxanı da döyürlər. Onların döyülmələrinin heç bir səbəbi yox idi. Onlar törətdikləri əməli səmimi olaraq etiraf etmələrinə, ehtiyac üzündən etdiklərini bildirmələrinə baxmayaraq onlarla amansız davranmışlar. Orxanla o, ayrı otaqda polis əməkdaşlarını gözləyərkən direktor köməkçisi Seyhun adlı şəxs Təqsirləndirilən şəxs2 5-6 dəfə üz nahiyyəsinə sillə ilə vurmuşdur. Ona əl qaldırmaq istəyəndə çöldən kimsə onları çağırmışdır. Təxminən 2 saatdan sonra səhər saat 11 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq onları sorğu sual etdikdən sonra onları 28-ci polis bölməsinə aparmışlar. Polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki-psixoloji zorakılıq olmamışdır. Onlar hər gün işə saat 08:00-da gəlmişlər, saat 13:00-da ərazidə boşluq olan zaman nəzarətsizlikdən istifadə edib mərtəbələrdən yığdığı mis boruları çantasına yığaraq hasarın dibinə qoymuş, sonra qapıdan əli boş çıxaraq hasarın çöl tərəfindən misi götürərək axşamlar gedib satmışdır. Rizvanı tanımır. Rizvan o, mühafizə otağında tanımış, onun Rizvanla heç bir əlaqəsi yoxdur. Onunla birlikdə oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən “Canon” markalı rəqəmsal fotoaparatdan istifadə edilmişdir. Protokol ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 və müdafiəçisi X11 uca səslə oxundu, onlar tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün imzalandı (cild 01, i.v. 207-212). “İfadənin yerində yoxlanması haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 Azərbaycan Respublikası CPM-in 85, 260-261-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə yerində yoxlamış, ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. İfadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs2 təklif edildi ki, dindirmə protokolunda qeyd edilən cinayəti törətdiyi yeri göstərsin. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 bildirdi ki, 2024-cü ilin mart ayının 15-dən etibarən "xxxx" ASC-də fəhlə kimi çalışır. Onunla bir yerdə çalışan Təqsirləndirilən şəxs1la təxmini olaraq 4 aydır ki, bir-birini tanıyır və onunla bir ünvanda yaşayır. 16 iyul 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 işdə olarkən 14-cü binada mis boruların olduğunu, onları oradan götürərək 18-ci binanın yanındaki hasardan çıxarıb sataraq gəlir əldə edə biləcəklərini demişdir. Ziyavəddin dəfələrlə bu cür oğurluq etdiyini, lakin tutulmadığını ona demişdir. Həmin gün saat 18:00 radələrində 14-cü binadan təxmini olaraq 12 kiloqram ağırlığında mis borunu götürərək 18ci binadan çıxartmışlar, misin kiloqramını 13 manatdan Ziyavəddinin apardığı əlvan-metal qəbuluna satmışlar. Satış zamanı heç bir sənəd təqdim etməmişlər. 17 iyul 2024-cü il tarixdə Ziyavəddinlə aralarında olan razılaşmaya əsasən 14-cü binadan mis boruları götürüb 18-ci binanın yaxınlığında olan hasarın dibinə qoyacaqmış və Ziyavəddin axşam onu oradan götürürək satacaqdı. Həmin tarixdə saat 18:00 radələrində təxmini olaraq 12 kiloqram çəkidə mis borunu götürərək 18-ci binanın yanındakı hasarın dibinə qoymuş və həmin ərazidən çıxaraq evə getmişdir. Saat 21:30 radələrində Ziyavəddin ona zəng edərək təcili olaraq işə gəlməli olduqlarını dedikdə o, dərhal iş yerinə qayıtmışdır. Bu zaman "xxxx" ASC-nin mühafizəçilərinin Ziyavəddini saxladığını görmüşdür. Bundan sonra 17 iyul 2024-cü il tarixdə onun mis borunu daşıdığı zaman kameralara düşdüyünü və mühafizəçilərin bunu aşkar etdiyini, habelə kameralarda keçmiş kadrlara baxanda 16 iyul 2024-cü il tarixdə Ziyavəddinlə birlikdə mis boruları oğurladığını görüblər. 0, 21:30 da işə yaxınlaşmışdır. Orada Ziyafəddinlə onu sorğu sual etdikdə onlar olduğu kimi hər şeyi danışmışlar. Səhərə kimi onları çöldə saxlatmışlar. Səhər saat 08:30 radələrində onları şirkətin direktoru Rövşən müəllimin yanına apamışlar. Rövşən müəllim orada tanıdığı Rizvanı otağa çağırıb onunla söhbət etdikdən sonra onları çağırmışdır. Rövşən orada onu təhqir edərək ona iki dəfə sillə vurmuş, başını aşağı əyərək sağ dirsəyi ilə bel nahiyyəsindən, sağ ayağı ilə qarın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Rövşən onu o, dərəcədə döymüşdür ki, onu mühafizənin rəisi Elnur güc bəlayla Rövşənin əindən onu alaraq çölə çıxartmışdır. Bu səbəbdən o, ekspertizadan keçmək istəyir. Onların döyülmələrinin heç bir səbəbi yox idi və onlar törətdikləri əməli səmimi olaraq etiraf etmələrinə, ehtiyac üzündən etdiklərini bildirmələrinə baxmayaraq onlarla amansız davranılmışdır. Ziyavəddin və o, ayrı otaqda polis əməkdaşlarını gözləyərəkən direktor köməkçisi Seyhun adlı şəxs 5-6 dəfə onun üz nahiyəsinə sillə ilə vurmuşdur. Ona əl qaldırmaq istəyəndə çöldən kimsə onları çağırmışdır .Təxminən 2 saatdan sonra səhər 11 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq onlarla sorğu sual etdikdən sonra onları 28-ci polis bölməsinə aparmışlar. 16 iyul tarixində oğurladıqları mis boruların satışısından, yəni 12 kiloqram mis borunu 182 manata satsalar da, Ziyavəddin ona 55 manat vermişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki psixoloji zorakılıq olmamışdır. O, hər gün işə saat 08:00-da gəlirmiş, saat 13:00-da ərazidə boşluq olduğundan nəzarətsizlikdən istifadə edib mərtəbələrdən yığdığı mis boruları çantasına yığaraq hasarın dibinə qoymuş, sonra qapıdan əli boş çıxaraq hasarın çöl tərəfindən götürərək axşamlar gedib satmışlar. Rizvanı tanımır, onu mühafizə otağında tanımış, Rizvanla onun heç bir əlaqəsi yoxdur, həmçinin Rizvanla birlikdə oğurluq etməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən “Canon” markalı rəqəmsal fotoaparatdan istifadə edilmişdir. Protokol ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 uca səslə oxundu, onlar tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün imzalandı (cild 01, i.v. 213-217). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 746 nömrəli rəyindən görünür ki, vət Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (cild 01, i.v. 218-219). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 745 nömrəli rəyindən görünür ki, vət Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol almaçıq nahiyəsinin şişkinliyi və qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, i.v. 231-233). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli, 9/6046 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ümumi çəkisi 15 kiloqram kondisioner üçün nəzərdə tutulmuş mis borularının istifadədə olunması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300,00 manat (1 kq x 20 manat) müəyyən edilir. Həmin kondisioner üçün nəzərdə tutulmuş mis borular kiloqram ilə satıldığından həmin mis boruların metr ilə qiymətini müəyyən etmək mümkün olmadı (cild 01, i.v. 236-239). 12 mart 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin direktoru X1 tərəfindən Yasamal filialı üzrə, 5-ci dərəcəli fəhlə kimi işə götürülmüş, işçiyə hər ay 726.86 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur (cild 02, i.v. 29-31). 03 aprel 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nin direktoru X1 tərəfindən Yasamal filialı üzrə, 5-ci dərəcəli fəhlə kimi işə götürülmüş, işçiyə hər ay 726.86 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur (cild 02, i.v. 32-34). Azərbaycan Respublikasının Auditorlar Palatası "xxxx" MMC tərəfindən verilmiş qFNT1Fh7Jd nömrəli, 16 oktyabr 2024-cü il tarixli audit rəyindən görünür ki, kondisioner və havalandırma xətlərinin çəkilməsində istifadə olunan “mis boru” məmulatların alış sənədlərinə əsasən 1 (bir) kq-nın qiymətinin 18,64 manat 64 qəpik, internet resurslarında və tikinti materialları bazarlarında 20-25 manat civarında olmasını, araşdırmaya təqdim edilən, filialın ərizisindən çıxarılmasının qarşısı alınan məmulatın 1 kq-nın orta bazar qiymətinin 20 manat, çəkisinin 15 kq təşkil etdiyini nəzərə alaraq "xxxx" ASC-yə dəyməsi ehtimal zərərin miqdarının 300,00 manat təşkil etməsi müəyyən edilir (cild 02, i.v. 37-41). “Baxış aparılması haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 icraatında istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu Təqsirləndirilən şəxs1 və müdafiəçi X9 iştirakı ilə ondan ötrü ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə götürülmüş oğurluq hadisəsinin qeydə alındığın videogörüntü olan 01 ədəd “DVD” diskə“HP” markalı kompyuterdən istifadə etməklə baxış aparmış, baxış zamanı məlum olmuşdur ki, “DVD” diskdə 01 ədəd qovluq vardır və həmin qovluq açıldıqda videogörüntünün olduğu müəyyən edildi. Videogörüntü açıldıqda görüntüdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimalqərb hissəsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən yaşayış kompleksinə məxsus tikinti sahəsi əks olunub və tarix xx.xx.2024-cü il olmaqla saat 16:38:41 saniyəni göstərir. Bir nəfər kişi cinsindən olan şəxs binadan çıxaraq hasara doğru gəlir, həmin şəxsin sağ əlində kisə vardır və həmin şəxs sağ əlində olan kisəni hasarın altında gizlədib üstünü bağlayır, daha sonra çıxıb gedir. Bir müddət sonra isə həmin şəxs həmin hasara küçə tərəfdən yaxınlaşaraq hasarından altından bağlamanı götürüb gedir. Bununla DVD diskə baxış başa çatdı və DVD diskə baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 bildirdi ki, videogörüntüdə olan sağ əlində kisə olan və binadan çıxıb hasara doğru hərəkət edən şəxs onun özüdür, görüntülər reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Orxanla oğurladığı 14 kq mis boruları Moskva prospektində yerləşən əlvan metal qəbuluna kiloqramı 13 manatdan olmaqla şəxsiyyət vəsiqəsiz 182 manata satmışdır (cild 02, i.v. 43). “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1,177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 29.177.2.1 və 29.177.2.2-ci maddələri ilə yenidən ittiham elan olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1. 29,177.2.1 və 29,177.2.2-ci maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxs Həsənov X14 CM-nin 177.2.1,29.177.2.1 və 29,1 77.2.2-ci maddələri ilə yenıdən ittiham elan olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 179-cu maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakı Təqsirləndirilən şəxs1 almış Şahid5, Şahid6 və istintaqa məlum olmayan digər şəxslərin barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 194-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, X2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 20 iyul 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə tərəfimdən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə götürülmüş oğurluq hadisəsinin videogörüntüsü olan 01 ədəd DVD disk və 15 kq mis boru cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət üzrə ibtidai istintaq başa çatdıqdan sonra 15 kq mis borunun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi, DVD diskin isə iş materiallarına əlavə edildiyinin nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nə 1100 manat həddində maddi ziyanın vurulduğunun nəzərə alınması, "xxxx" ASC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 16 oktyabr 2024-cü il tarixli, “qFNTlFh7jd” nömrəli audit rəyi və cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli, 9/6046 saylı ekspertiza rəyinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, mis borunun 1 kq-nın çəkisinin qiyməti barədə Audit Expert TV” MMCnin 16 oktyabr 2024-cü il tarixli, “qFNTlFh7jd” nömrəli audit rəyində və cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli, 9/6046 saylı ekspertiza rəyində göstərilən qiymətin əsas götürülməsi, oğurluq hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında Qanlı gölün şimalqərb hissəsində yerləşən "xxxx" MMC-nin Yasamal filialı tərəfindən inşa edilən yaşayış kompleksinə məxsus tikinti sahəsində baş verdiyinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, götürmə aparılması aparılması haqqında protokol və digər hüquqi sənədlər toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən sübut növü kimi qiymətləndirilməsi, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsində nəzərdə tutulan əməlin tərkib əlamətləri olduğunu nəzərə alıb onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülmələri faktı ilə bağlı hazırkı cinayət işindən material ayrılaraq ayrıca icaata qəbul edilməsi, rədd materiallarının saxlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin dəftərxanasına təhvil verilməsi, qəbul edilmiş qərar barədə prosessual tərəflərə yazılı məlumat verilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 45-58). "xxxx" ASC-nin direktor müavini Fikrət Məmmədov tərəfindən verilmiş 19 may 2025ci il tarixli, 111 nömrəli ərizədən görünür ki, "xxxx" ASC-nin Park Yasamal - 2 tikinti ərazisindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq zərərçəkmiş olduqları ********* nömrəli cinayət işi üzrə şirkətə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Bununla bağlı heç bir tələbləri yoxdur, nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 10-ci bəndinə əsasən Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, iş materiallarında olan videogörüntünün, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 1). “Cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material RPİ-nin İŞ-nə göndərilmişdir (cild 01, i.v. 17-18). “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 iyul 2024-cü il tarixdə saat 21:00-da tutulmuşdur (cild 01, i.v. 38-39). “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 iyul 2024-cü il tarixdə saat 22:30-da tutulmuşdur (cild 01, i.v. 61-62). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, i.v. 131). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, i.v. 147). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-689/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş — xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, subay, “Kristal ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 6n Təqsirləndirilən şəxs1r barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi barədə Bakı şəhər Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının vəsatəti əsasında Bakı şəhər Yasamal rayon prokuroru Elman Süleymanovun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal azad olunmuşdur (cild 01, i.v. 180- 187). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş — xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 1an Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının vəsatəti əsasında Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad olunmuşdur (cild 01, i.v. 189-196). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 197-198). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 200-201). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır (cild 02, i.v. 18- 19). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 04 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Yasamal RPİ-də istintaqı aparılan ********* nömrəli material icraatdadır (cild 02, i.v.22-23). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 04 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v. 24). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 02, i.v. 25-26). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 02, i.v. 61). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 02, i.v. 75-76). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətə cəhdə görə cəzanın həddi nəzərə alınmalı (CM-63.3.), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətə cəhdə görə cəzanın həddi nəzərə alınmalı (CM-63.3.), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 15 kq mis borunun zərərçəkmiş hüquq şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 15 kq mis borunun zərərçəkmiş hüquq şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 08 iş saatına görə 48 manat və xx.xx.2025-ci il tarixdən sonrakı məhkəmə iclaslarında sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat, cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 08 iş saatına görə 48 manat və xx.xx.2025-ci il tarixdən sonrakı məhkəmə iclaslarında sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat, cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-195/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-195/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver