Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-196/2020 10.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, F.B.Nəcəfzadə xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən (şəxsdən) 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,583 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 16.00 radələrində ünvan 6 saylı ünvanın qarşısında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,583 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir və ağrıları olduqda narkotik vasitə hesab olunan metamfetamindən istifadə edir. xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində narkotik vasitə olan metamfetamin almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlandırılan əraziyə getmiş və yol kənarında dayanmış üzdən tanıdığı, narkoman olan bir nəfər şəxsə yaxınlaşıb narkotik vasitə olan metamfetamini olubolmamasını soruşmuşdur. Həmin şəxsdə metamfetamin olmasını öyrəndikdən sonra ona 10 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə içərisində narkotik vasitə hesab olunan metamfetamini almış və həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarın sol yan cibinə qoyaraq oradan evə getmişdir. Sonradan həmin gün saat 16:00 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsindən keçərkən yolda təsadüfən tanışı Şahid3 görüşüb söhbət etməyə başlamışdır. Bu zaman onlara iki nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib onlardan kim olduqlarını soruşmuşlar. O, özünü təqdim edərək X10 olduğunu demiş, həmçinin Şahid3 də özünü təqdim etmişdir. Sonra həmin polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz əldə etmələrində və istifadəsində şübhəli olduqlarını bildirmiş və bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Onlar etiraz etmədikdə həmin polis əməkdaşları ilə birgə Bakı şəhəri Yasamal RPİ-nə gəlmişlər. Polis əməkdaşları onu Şahid3 ayıraraq başqa xidməti otağa aparmış və orada ona hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağını bildirib Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda olan vəkillərin siyahısı təqdim etmişlər. O, həmin siyahını nəzərdən keçirib vəkil X12 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan bir qədər sonra həmin vəkil gəlmiş və polis əməkdaşları tərəfindən ona təqdim edilərək üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsini xahiş edilmişdir. O, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan metamfetamini çıxararaq könüllü olaraq təqdim edib masanın üzərinə qoymuş, bundan başqa üzərindən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Həmin hal polis əməkdaşı tərəfindən mobil telefonun videokamerası vasitəsi ilə çəkilmişdir. İçərisində metamfetamin olan (təqdim etdiyi) büküm polis əməkdaşı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm bağlanılaraq zərfin içərisinə qoyulmuş və bağlanaraq möhürlənmişdir. Həmin zərfə o və vəkili K.B.Bağırov imza etmiş və zərf ekspertizaya göndərilərək ondan izahat alınmışdır. Verilən suallara cavab olaraq o ifadəsində, narkotik vasitələrin istifadəçisi olduğunu, lakin satışı ilə məşğul olmadığını, heç bir ruhi-əsəb xəstəliyindən və ya hər hansı bir xəstəlikdən əziyyət çəkmədiyini və bununla əlaqədar olaraq dispanser qeydiyyatının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilmədiyini, Şahid3 yaşadığı evin yaxınlığında sonuncu ilə təsadüfən küçədə görüşdüyünü və söhbət zamanı Şahid3 üzərində narkotik vasitə olubolmaması barədə ona heç bir söz demədiyini, Bakı şəhəri Yasamal RPİ-nə gətirildikdən sonra da Şahid3 üzərindən narkotik vasitə aşkar olunub-olunmamasını da bilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni ona Şahid3 satmadığını (vermədiyini), həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı, digər anket məlumatlarını bilmədiyi, arıq bədən quruluşlu, 25-30 yaşlarında və 160-165 sm boyu olan bir şəxsdən aldığını, polis əməkdaşları onu və Şahid3 sonuncunun yaşadığı evin həyətində deyil, yaşadığı evin yaxınlığında yerləşən küçədə, yəni Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində saxladıqlarını bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs F.B.Nəcəfzadənin təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri Yasamal RPİ-nin NMB-yə xx xxxxx 2020-ci il tarixdə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində daşımaqla saxlamaqda şübhəli bilinən Fərid adlı şəxsin Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsinə gələcəyi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində o, iş yoldaşı Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə ünvan 6 saylı ünvanın qarşısına getmişlər. Həmin ünvana çatdıqda zahiri əlamətlərindən Fəridə oxşar şəxsin Cavid adlı şəxslərlə söhbət etdiklərini müşahidə etmişlər. Cavid adlı şəxsin də psixotrop maddə olan metamfetamini əldə edərək üzərində daşımaqda şübhəli bilinməsinə dair barəsində əvvəlcədən Bakı şəhəri Yasamal RPİ-nin NMB-də əməliyyat məlumatı olmuşdur. İkisini bir yerdə gördükdə onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra şəxsiyyətlərini dəqiqləşdirmək üçün onlara sual vermişlər. Onlardan biri özünü X10, digəri isə Şahid3 kimi təqdim etmişlər. Əməliyyat məlumatı üzrə axtarılan şəxsləri müəyyən etdiklərinə görə onlara narkotik vasitə olan metamfetamini əldə edib üzərlərində saxlamalarına dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərilərində şəxsiyyət vəsiqələri olmadığını öyrəndikdən sonra Bakı şəhəri Yasamal RPİ-nə getməyi təklif etmişlər. F.B.Nəcəfzadə və Şahid3 etiraz etmədikdə birlikdə Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə gəlmişlər. xx xxxxx 2020-ci il tarixdə Təhqiqat şöbəsinin təhqiqatçısı polis leytenantı Ariz Qədiməliyevin xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən 1979-cu il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan F.B.Nəcəfzadənin üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı F.B.Nəcəfzadəyə hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. F.B.Nəcəfzadə həmin zaman əynindəki şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızda olan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış zamanı içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə aşkar edilmişdir. F.B.Nəcəfzadədən bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin metamfetamin olduğunu və Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlandırılan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxlamasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən F.B.Nəcəfzadənin üzərinə şəxsi axtarış aparılmış və sonuncunun üzərində heç bir əşya aşkar edilməmişdir. F.B.Nəcəfzadənin təqdim etdiyi 01 ədəd ağ rəngli kağızda olan, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan büküm zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfə bütün iştirakçılarla bərabər onun tərəfindən də imza edilmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Ekspertiza Mərkəzindən rəy alındıqdan sonradan məlum olmuşdur ki, F.B.Nəcəfzadədən aşkar edilərək götürülmüş bükülünün təmiz çəkisi 0,583 qram çəkidə olan psixotrop maddə olan metamfetamindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində narkotik vasitəyə görə saxlandığından Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. Artıq uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evin yaxınlığında, yəni ünvan 6 ünvanın qarşısında yolda (küçədə) olarkən təsadüfən çoxdan tanıdığı Fərid Nəcəfzadə ilə görüşüb söhbət etməyə başlamışdır. Bu zaman onlara iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirib onlardan kim olduqlarını soruşmuşlar. O, X10 ilə birgə özünü təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduqlarını bildirmiş və dəvət əsasında onları Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə gətirmişlər. Polis əməkdaşları onu F.B.Nəcəfzadədən ayırıb başqa xidməti otağa aparmışlar. Sonradan o, heç kimdən F.B.Nəcəfzadənin üzərindən narkotik vasitə aşkar olunub-olmaması barədə heç bir məlumat ala bilməmişdir. Çünki polislər onları saxlayarkən hər ikisinin də narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduqlarını əvvəlcədən onlara söyləmişdilər. O, F.B.Nəcəfzadənin narkotik vasitə qəbul etməsini bilirmiş, amma üzərindən narkotik vasitə aşkar edilməsi barədə heç kimdən məlumat ala bilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin NMBnin baş əməliyyat müvəkkili X8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, F.B.Nəcəfzadə həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 102-103-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, F.B.Nəcəfzadənin barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 218-219-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, F.B.Nəcəfzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/399 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,583 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,583 qram, tədqiqata sərf olundu: 0,05 qram, qalıq: 0,533 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 185-194-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, F.B.Nəcəfzadədən aşkar olunaraq götürülmüş metamfetamin və 03 ədəd disk maddi sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 03 ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X2 ekspert komissiyasının xx xxxxx 2020-ci il tarixli, 973 saylı rəyindən görünür ki, müayinə zamanı F.B.Nəcəfzadədə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-82 vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X6 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, F.B.X7 Moskva şəhəri Qaqarin rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə X4 Məcəlləsinin 161-ci maddəsinin 2 hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis leytenantı Ariz Qədiməliyev, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və müdafiəçi X11 iştirakları ilə sübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Yasamal RPİnin inzibati binasına gətirilmiş F.B.Nəcəfzadənin üzərində şəxsi axtarışın aparılacağını elan edir və sonuncuya hüquq və vəzifələri elan edildikdən sonra hər hansı bir vəsatətinin və ya etirazının olub-olmadığını soruşur, sonuncu isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Təhqiqatçı A.Qədiməliyev çəkilişin xx xxxxx 2020-ci il tarixdə saat 18.30-da İphone markalı mobil telefonla aparılacağını elan edir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış F.B.Nəcəfzadə özünü təqdim edərək xx xxx 1979-cu il təvəllüdlü olmasını, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını bildirir. Bundan sonra təhqiqatçı A.Qədiməliyev tərəfindən F.B.Nəcəfzadəyə hüquq və vəzifələri izah edilir, üzərində ər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulur. Həmin zaman F.B.Nəcəfzadə əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızdan olan büküm çıxararaq masanın üzərinə qoyur. Həmin büküm təhqiqatçı A.Qədiməliyev tərəfindən açılır və baxış keçirilir, F.B.Nəcəfzadədən bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddənin nə olduğu soruşulur. F.B.Nəcəfzadə həmin maddənin metamfetamin olduğunu və onu Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlandırılan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pula əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən F.B.Nəcəfzadənin üzərində şəxsi axtarış aparılır və sonuncunun üzərindən heç bir əşya çıxmır. Daha sonra F.B.Nəcəfzadənin təqdim etdiyi 01 ədəd ağ rəngli kağızdan olan, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan büküm zərfə qoyulur və zərf bağlanaraq möhürlənir. Həmin zərfə vəkil X12, şübhəli şəxs F.B.Nəcəfzadə və polis əməkdaşları tərəfindən imza edilir. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. Beləliklə, F.B.Nəcəfzadənin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs F.B.Nəcəfzadəyə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla F.B.Nəcəfzadəyə cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən F.B.Nəcəfzadənin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.B.Nəcəfzadə təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, F.B.Nəcəfzadə həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə F.B.Nəcəfzadənin azadlığının xx xxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx xxxxx 2020-ci il tarixli, 973 saylı rəyinə əsasən F.B.Nəcəfzadə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs F.B.Nəcəfzadəyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.B.Nəcəfzadədən aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,533 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114,00 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.B.Nəcəfzadənin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, F.B.Nəcəfzadəyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. F.B.Nəcəfzadənin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. X10 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,533 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114,00 (bir yüz on dörd) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X9 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-196/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-196/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver