Məhkəmə qərarları › İş №1(004)-196/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-196/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-196/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 23 fevral 2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın yaxınlığında müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus “Mercedes benz” 220 minik markalı Az ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ oturacağına əyləşdikdən sonra qiyməti razılaşdırmadan avtomobili Bakı şəhəri Səbail rayonunda yerləşən M.F.Axundov adına istirahət parkının qarşısına sürməyi xahiş etmiş, həmin əraziyə çatdıqdan sonra isə istiqaməti dəyişərək ünvan 3 ünvanına sürdürmüş, saat 21:30 dəqiqədə həmin ünvanın qarşısında avtomobildən düşərkən avtomobilin salonunda göstərici panelinin (şitin) üzərində olan Zərərçəkmiş şəxs məxsus balansında 30 manatlıq kontur olmalqa 10 manat dəyərində ***- ***-**-** GSM nömərə quraşdırılmış 300 manat dəyərində 01 (bir) ədəd **********60442=**********60440 İMEİ kodlu «SAMSUNG J-2» markalı mobil telefonu götürüb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 340 manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 23.02.2021-cı il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın qarşısında dayanıb,taksi kimi fəaliyyət göstərən «Mercedes benz 220 minik» markalı Az ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əl edib həmin avtomobili saxlamış və onun ilkin olaraq Səbail rayonu X3 bağının qarşısına aparmağını xahiş etmiş, bu zaman o, avtomobildən düşmədən, onun üzərində mobil telefonun olmadığı üçün, həmin Zərərçəkmiş şəxs xahiş edərək yeznəsi Kamilə zəng etmək üçün onun istifadəsində olan mobil telefonu danışmaq üçün istəmiş, taksi sürücüsü Zərərçəkmiş şəxs özünə məxsus « SAMSUNG J-2» markalı mobil telefonu danışmaq üçün ona vermiş, o, isə onu inandırmaq üçün və həmçinin mobil telefonu artıq ələ keçirmək məqsədi ilə yeznəsi Kamilin dəqiq xatırlamadığı mobil telefonun GSM nömrəsinə zəng edərək guya onun axşam vaxtı qalmağa yeri olmadığını bildirmişdir. O, yeznəsi ilə danışdıqdan sonra «SAMSUNG J-2» markalı mobil telefonu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs, onu Bakı şəhəri Yasamal rayonu Nəriman ünvan 4 ünvanın qarşısına aparmağını, Zərərçəkmiş şəxs ona 10 manat pul verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona pulu olmadığını və ondan gediş haqqınıda istədiyini və avtomobili tərk etməyini bildirmişdir. Bundan sonra o, avtomobilin salonun şitinə quraşdırılmış Zərərçəkmiş şəxs məxsus mobil tutacağına qoyulmuş «SAMSUNG J-2 markalı mobil telefona əl ataraq götürüb tez bir anda avtomobili tərk edərək qaçmışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomobildən düşərək onun dalınca qaçaraq onu səsələyib dayanmağını bildirmiş, o, isə onun sözünü məhəl qoymayaraq hadisə yerindən iti qaçışla uzaqlaşmışdır. Zərərçəkmiş şəxs onun dalınca qaçsada onu tuta bilməmiş, bir qədər uzaqlaşdıqdan sonra, həmin mobil telefonun üzərində olan GSM nöməsini çıxarıb küçədə dəqiq bilmədiyi ünvanda yolun kənarına atmışdır. Səhərsi günü yəni 24 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində «SAMSUNG J-2 markalı mobil telefonu satmaq məqsədi ilə ünvan 5 ünvanda yerləşən mobil telefonların alqı-satqısı mağazasına gəlmiş, mağazada mobil telefonu təqdim edərək, öz xətti ilə mobil telefonun ona məxsus olduğunu və oğurluq olmadığını yazmaqla qeyd etmişdir və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. O, həmin telefonu satmaq üçün üzərində olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir.Vüsal adlı şəxs «SAMSUNG J-2 markalı mobil telefonun işləyibişləməməsini yoxladıqdan sonra, həmin telefonu 20 manata almışdır. O, həmin 20 manat pulu elə həmin günü öz şəxsi ehtiyaclarına xərciləmişdir. 27 fevral 2021-ci il tarixdə o, Bakı şəhəri Səbail rayonu X3 bağının qarşısında olan zaman ona iki nəfər mülki geymində olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməyini xahiş etmişlər. Polis bölməsində səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Hal-hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmir, azadlığa çıxdığanda vurduğu ziyanı tam ödəyəcəyinə söz verir. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmin cinayət əməlini maddi imkansızlıq ucbatından törətdiyini, yaşlı və xəstə olan anasının onun himayəsində olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 fevral 2021-cı il tarixdə saat təxminən 21 radələrində o, ünvan 2 ünvanın qarışısından idarə etdiyi Mercedes benz C220 minik markalı Az ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman, yolu sağ tərəfində təxminən 20-25 yaşında olan tanımadığı bir nəfər kişi müştəri ona əl edərək saxla işarəsi etmişdir. Həmin şəxs ona yaxınlaşaraq onu Səbail rayonu X3 bağının qarşısına aparmağını xahiş etmişdır. Bundan sonra həmin şəxs avtomobildən düşmədən, onun üzərində mobil telefonun olmadığını və ondan guya yeznəsinə zəng etmək üçün xahiş etmişdir. O, isə bir vətəndaş kimi həmin şəxsə inanıb ona məxsus dəyəri 300 manat olan SAMSUNG J-2 markalı mobil telefonu danışmaq üçün vermişdir. Bu zaman həmin şəxs avtomobilin içərisində kiməsə zəng etmiş və həmin şəxslə təxminən 5-10 dəqiqə danışaraq guya onun qalmağa yeri olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs ona telefonu vermiş, sonra isə ona Bakı şəhəri Yasamal rayonu Nəriman ünvan 4 ünvanın qarşısına onu aparmağını xahiş etmişdir. Həmin şəxs ondan 10 manat pul istəmiş, o, isə ona onun pulu olmadığını və onun ona gediş haqqı pulunu istəmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs, avtomobilinin salonun şitinə quraşdırdığı mobil tutacağına qoyduğu SAMSUNG J-2 markalı mobil telefona əl ataraq götürüb tez bir anda avtomobili tərk edərək qaçmışdır. O, avtomobildən düşərək onun dalınca qaçaraq onu səsələyib dayanmağını bildirmiş, həmin şəxs isə iti qaçışla ondan uzaqlaşaraq, onun dalınca qaçsada onu tuta bilməmişdir. O, baş vermiş hadisə ilə əlaqədar, elə həmin günü dərhal DİN-nin 102 xidmətinə zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 24 fevral 2012-ci il tarixdə təxminən saat 19 radələrində işlədiyi ünvan 6 ünvanda yerləşən mobil telefonların alışı - satışı mağazasında telefonların satışı ilə məşqul olan zaman, tanımadığı lakin sonradan soyadın, adını və atasının adı məlum olan Təqsirləndirilən şəxs bir müştəri kimi mağazaya gələrək ona yaxınlaşıb, bir ədəd « SAMSUNG J-2» markalı mobil telefonu özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satmaq istədiyni bildirmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi bir ədəd «SAMSUNG J-2» markalı mobil telefonun sazlığını yoxlamış, həmin mobil telefonun ekran hissəsi sınıq olduğundan, o, həmin telefonu ondan 20 manat pula alacağını bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla razılaşaraq, ona 20 manat pul verib ondan həmin telefonu almışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin şəxsiyyət vəsiqəsinin kserosürətini çıxarıb, həmin kserosurətin arxa hissəsinə onun tərəfindən öz xətti ilə ona satdığı « SAMSUNG J- 2» markalı mobil telefon özünə məxsus olduğunu və oğurluq olmadığını yazaraq qeyd etmişdir. Həmin mobil telefonun oğurluq olması barədə ona məlumat verməmiş və onun bu barədə məlumatı olmamışdır. İş materiallarında olan 24.02.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yeri kimi ünvan 7 ünvanını göstərmişdir (i.v. 7-10). İş materiallarına əlavə olunmuş 27 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 48-49) İş materiallarında olan 01.09.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinə qarşı istintaq orqanına verdiyi ifadələrini bir daha təsdiq etmişlər (cild 1, i/v 90-93). İş materiallarında olan 01.03.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və foto cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədildiyi yer kimi ünvan 8 ünvanın qarşısında taksi sürücüsü Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək avtomobilindən Samsung-J-2 markalı mobil telefonun ələ keçirdiyini bildirmişdir. Həmin telefonu ünvan 6 ünvanda yerləşən mobil telefonların alqı-satqı mağazasına satdığı yeri göstərmişdir (i.v. 94-98) İş materiallarında olan 01.03.2021-ci il tarixli “şəxsin tanınması haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs soldan sağa doğru 3-cü şəxsi göstərərək həmin şəxsin 23 fevral 2021-ci il tarixində ona qarşı soyğunculuq edən şəxs olduğunu bildirmişdir (i.v.99-100). İş materiallarında olan 01 mart 2021-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Şahid könüllü olaraq təqdim etdiyi bir ədəd qara rəngli «SAMSUNG J-2» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Şahid bir ədəd qara rəngli «SAMSUNG J-2» markalı mobil telefonu məhz ona Təqsirləndirilən şəxs tərəfindən 20 manat müqabilində satıldığını bildirmişdir (i.v.102-103). İş materiallarında olan 01.03.2021-ci il tarixli “əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 (bir) ədəd qara rəngli **********60442=**********60440 İMEİ kodlu «SAMSUNG J-2» markalı mobil telefonun xarıcı görünüşündən və zahiri əlamətlərindən tanıyaraq ona məxsus olmasını bildirmişdir (i.v.104-105). İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin qətimkan tədbiri seçilməsi haqqında 01.03.2021-ci il tarixli 4(004)-118/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 fevral 2021-ci il tarixindən hesablanılmaqla, 24 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 120- 124). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair iş üzrə məhkəməsinin 17.08.2009-cu il tarixli İş №1(101)-1010/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14.11.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i/v 129-130). İş materiallarında olan Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 avqust 2009-cu il tarixli 1(101)-1010\2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i/v 131-136). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2021-ci il tarixli 9/1186 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli ”Samsung Galaxy” markalı, ”SM-J250F/DS" (J2 2018) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir (i.v. 153-155) İş materiallarında olan 03.04.2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 01 ədəd qara rəngli ”Samsung Galaxy” markalı, ”SM-J250F/DS" (J2 2018) model mobil telefon ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 156-157) İş materiallarına əlavə olunan Məhkəmə ambulator psixiatrik ekspertizasının 19 mart 2021-ci il tarixli № 9/617 rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən dövrdə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunah əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş verənləri, düzgün qavrayıb təsvir etmək imkanına malikdir (i.v. 165-167) İş materiallarında olan 05 aprel 2021-ci il tarixli “toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli ”Samsung Galaxy” markalı, ”SM-J250F/DS" (J2 2018) model mobil telefon saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 168-177) Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdən 08.06.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və haqqında hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış istifadəyə yararsız “Samsung J-2” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(004)-196/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 müdafiə etməklə ona 42 (qırx iki) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdən 08.06.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 06 (altı) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış istifadəyə yararsız “Samsung J-2” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar