Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-196/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, "xxxx" MMC-də sürücü işləyən, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mexaniki nəqliyyat vəsitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 09 noyabr 2022-ci il tarixdə saat 06:43 radələrində “B, C, E, D” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Bakı Nəqliyyat Agentliyi X14 məxsus “BMC” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ilə 20-30 km/saat sürətlə hərəkət etdirib “Musabəyov” parkının yaxınlığında, Nazim Hikmət küçəsinə doğru sağa dönmə əməliyyatı edərkən “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, piyadanın yolun hərəkət hissəsini soldan sağa doğru keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt yolu soldan sağa keçən piyada X3 idarə etdiyi avtobusun sağ ön hissəsi ilə ehtiyyatsızlıqdan vurub üzərindən keçərək ona baş-beyin toxumasının əzilib dağılması, kəllə qapağı, əsası və üz-skeleti sümüklərinin mürəkkəb qəlpəli sınıqları, ağciyərlərin və qarın boşluğu üzvlərinin cırılmaları, skelet sümüklərinin mürəkkəb qəlpəli sınıqları, başın və bədənin çoxsaylı əzilmiş yaraları, qançır və sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında* Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC-də sürücü işləyərək 125 saylı marşrut avtobusu idarə etmişdir. Həmin avtobusla o, sərnişinləri “28 May” metrostansiyasının yaxınlığından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə və oradan geriyə aparmışdır. 09 noyabr 2022-ci il tarixdə saat 05:20 radələrində Bakı şəhərində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığındakı avtobus qarajına gəlmiş və iş qrafikinə uyğun olaraq həmin günü saat 06:25-də ona təhkim edilmiş “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək qarajdan çıxmış və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Bundan sonra Yasamal rayonu ərazisində yerləşən “Musabəyov” dairəsinin yanında yerləşən işiqfordan sağa tərəf dönmə əməliyyatını yerinə yetirib, “Asan Xidmət” istiqamətində yoluna davam etmişdir. Yolun yoxuş hissəsini qalxıb Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətinə getmək məqsədi ilə İpək yolu istiqamətində hərəkət etməyə başlamışdır. Bundan sonra dairədən sola tərəf dönmə əməliyyatını yerinə yetirib bir qədər irəli doğru hərəkət edən zaman idarə etdiyi avtobusun alt hissəsindən səs gəldiyini eşitmiş və həmin vaxt avtobusda nasazlıq hiss etmişdir. Bu səbəbdən o avtobusu saxlayıb düşüb avtobusun alt hissəsinə baxdıqda, avtobusun alt hissəsindən sürtgü yağı axdığını aşkar etmiş, lakin qan izlarini görməmişdir. Bundan sonra o avtobusda olan asazlıqla bağlı həmin avtobusun mülkiyyətcisi olan şirkətə bu barədə məlumat vermişdir. Bu zaman marka və dövlət qeydiyyat nişanını xatırlamadığı nəqliyyat vasitəsi ona avtobusun alt hissəsindən adam çıxdığını bildirmişdir. Bu səbəbdən o avtobusu saxlayana kimi gəldiyi yola baxmış və arxada bir insan meyitinin olduğunu görmüşdür. O təxminən 2 metr yaxınlığa gədər həmin meyitə yaxınlaşmış, lakin həmin insanın onun tərəfindən vurduğuna inanmayıb, meyiri görüb qorxduğu və halının pis olduğu üçün oradan uzaqlaşıb işlədiyi qaraja getmişdir. Bundan sonra o kamera görüntülərinə baxdıqdan sonra ona məlum olmuşdur ki, o Musabəyov parkının yaxınlığında sola dönmə əməliyyatını yerinə yetirən zaman tanımadığı kişi cinsindən olan piyada, yolu soldan sağa tərəf keçərkən onu avtobusun qabaq sağ qanad hissəsi ilə vurmuşdur. Yekun olaraq o hadisə yerindən bilərəkdən qacmadığını, əməlindən peşman olduğunu, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X4 onun həyat yoldaşı olmuşdur. 09 noyabr 2022-ci il tarixdə saat 04:30-da Qesabulla yuxudan oyanaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən məsçidə namaz qılmağa getmişdir. Həmin gün mərhum həyat yoldaşı evə həmişəki vaxtda qayıtmadığından qohumlarla birlikdə onu axtarmağa başlamışlar. Həmin günü axşam saatlarında polisdən zəng gəldikdən sonra bilmişdir ki, həyat yoldaşı X4 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində vəfat etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" MMC-nin hüquq sektorunun müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də sürücü işləyərək “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı ictimai nəqliyyat vasitəsini idarə etmişdir. Hər səhər sürücü işə çıxmazdan əvvəl həkim müayinəsindən keçmiş və işə buraxılmışdır. Sürücüyə təqdim edilən yol vərəqəsində həkimin möhürü vurulur, həmçinin sərxoşluq vəziyyəti yoxlanılır. Hadisə baş verən tarixdə yəni, 09 noyabr 2022-ci il tarixdə səhər saat 06:50-də sürücü Təqsirləndirilən şəxs qaraja məlumat verərək idarə etdiyi nəqliyyat vasitəsində nasazlığın olduğunu bildirmişdir. Bundan sonra Texniki hissənin əməkdaşları nəqliyyat vasitəsinin olduğu yerə yaxınlaşaraq nəqliyyat vasitəsini qaraja gətirib duracaqda saxlamışlar. Bundan sonra nəqliyyat vasitəsinə vizual baxış keçirildikdə avtomaşının alt hissəsində qan izləri görən əməkdaşlar bu barədə polis orqanlarına məlumat vermişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs öz funksional vəzifələrini tam və vaxtında yerinə yetirmiş, işlədiyi mühitdə nümunəvi işçi kimi iş bacarığını dolğun bir şəkildə nümayiş etdirmişdir. Səmimi davranışları ilə kollektivin, rəhbərliyin etimad və hörmətini qazanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, “İpək yolu” köməkçi yol ilə Fərman Salmanov küçəsinin birləşməsində olan dairənin yaxınlığındadır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, sözü gedən dairədən “İpək yolu” istiqamətinə hərəkət etdikdə dairədən 5 metr məsafədə sağ tərəf səkidən 3 metr məsafədə qan izləri asvalt örtüyün üzərində aşkar edilmişdir. Həmin qan izi “İpək yolu” istiqamətində 64 metr uzunluğunda davam edir. Qan izi qurtaran yerdə asvaltın mərkəzində 1 nəfər kişi meydinin olduğu müəyyən edilmişdir. (i.v. 4-13) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsus “BMC” markalı **-JU-*** dövlət nömrə nişanlı ictimai nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsinə vizual baxış zamanı nəqliyyat vasitəsinin konstruktiv hissələrində çöl görünüşündə hər hansı bir əzilmiş deformasiyaya uğramış hissə detal aşkar edilməmişdir. Bundan sonra nəqliyyat vasitəsinin alt hissəsinə baxış keçirilmişdir. Baxış zamanınəqliyyat vasitəsinin ön qabaq tərəfindən arxa tərəfə doğru olan hissəsində arxa təkərə qədər ət parçalarının, qan izlərinin olduğu müəyyən olunmuşdur. (i.v. 16-17) xx.xx.2020-ci il tarixli AE seriyalı 824681 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B, CE, D” kateqoriyalı sürücüdür.(i.v. 25) AD seriyalı 592628 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMC Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Nəqliyyat Agentliyi X11 məxsusdur. (i.v. 26) "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ********* nömrəli “Yol vərəqəsi”ndən görünür ki, “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. (i.v. 55) “Video görüntülərə baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə olan “CH02-20221109-062800-070000” adlı faylın 15 dəqiqə 10-cu saniyəsindən başlayaraq “BMC' markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus, yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən kişi cinsindən olan bir nəfər piyadanı avtobusun qabaq sağ hissəsi ilə vurur və piyada avtobusun altına düşür. Bundan başqa, həmin diskdə olan “CH08-20221109-062800-070000” adlı faylın 19 dəqiqə 50-ci saniyəsində “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa alt hissəsindən meyitin çıxaraq yolun orta hissəsinə düşməsi görünür. (i.v. 62-63) “İfadənin yerində yoxlanması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, baş vermiş hadisə yerini, yəni, idarə etdiyi “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən piyada X3 görmədən vurduğu yeri göstərmişdir. (i.v. 65-66) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs idarə etdiyi “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla piyada X3 vurduğu yerin Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Musabəyov” parkının yaxınlığından Nazim Hikmət küçəsinə doğru sağ hissədə yerləşməsi müəyyən edilmişdir. (i.v. 67-73) “Video görüntülərə baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ictimai nəqliyyat vastasinin iç kamerasından çəkilmiş görüntülərə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi İçtimai nəqliyyat vastəsi ilə xx.xx.2022-ci il tarixdə saat 06:43-də Bakı şəhəri Yasaal rayonu Zərdabi küçəsi ilə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsinin kəsişməsində idarə etdiyi nəqliyyat vastəsi ilə sağa dönmə əməliyyatı keçirən zaman piyada 1938-ci il təvəllüdlü X3, idarə etdiyi avtomaşının sağ yan qabaq hissəsi ilə vurmuş və piyada nəqliyyat vastəsinin altına düşmüşdür. İctimai nəqliyyat vastəsinin arxa çöl görüntü kamerasından çəkilmiş görüntülərə əsasən xx.xx.2022-ci il tarixdə saat 06:47-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vastəsi ilə xx.xx.2022-ci il tarixdə saat 06:43-də Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi ilə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsinin kəsişməsində nəqliyyat vastəsi ilə sağa dönmə əməliyyatı keçirən zaman vurduğu piyada 1938-ci il təvəllüdlü X1 meyidi, Bakı şəhəri Yasamal rayonu İpək yolu ilə Fərman Salmanov küçəsinin birləşməsində nəqliyyat vastəsi hərəkətdə olan zaman nəqliyyat vastəsinin arxa alt hissəsindən düşmüşdür. (i.v. 74) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 01 dekabr 2022-ci il tarixli, 129 saylı ekspert rəyindən görünür ki, 1. X1 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: baş-beyin toxumasının əzilib dağılması, kəllə qapağı, əsası və üz-skeleti sümüklərinin mürəkkəb qəlpəli sınıqları, ağciyərlərin və qarın boşluğu üzvlərinin cırılmaları, skelet sümüklərinin mürəkkəb qəlpəli sınıqları, başın və bədənin çoxsaylı əzilmiş yaraları, qançır və sıyrıqları. 2. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanm(əşyalarm) təsirindən törənmişlər, belə ki, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının onu vurması, bədəni və başı üzərindən keçməsi zamanı onun başının və bədənin avtomobilin təkərləri və yer örtüyü üzərində sıxılması və sürtünməsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. 3. Vət. X1 ölümünə səbəb-yuxarıda qeyd olunan həyatla bir araya sığmayan travma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 6-8 saat əvvələ uyğun gəlir.
4. Vət. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 132-136) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3165 saylı, 28 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMC markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 137-140) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 28 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X15 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AE 824681 nömrəli "B, D, CE" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 148) “Sübutların qiymətləndirilməsi haqqında” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və Bakı Nəqliyyat Agentliyi X14 məxsus “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Bakı Nəqliyyat Agentliyi X13 avtobus qarajında saxlanılır. (i.v. 149-156) Beləliklə məhkəmə toplamış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona elan edilmiş ittiham üzrə özünü yalnız Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməklə, həmin Məcəllənin 264-cü maddəsi ilə özünü təqsirli hesab etməməsi və bununla əlaqədar olaraq baş vermiş yol nəqliyyat hadisəsi yerini məsuliyyətdən yayınmaq məqsədilə deyil, həmin şəxsin onun vurduğunu inanmadığı həmdə meyiddən qorxduğu üçün tərk etməsinə dair verdiyi məlumatlar özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolu, hadisə yerinin videogörüntüləri, ekspertiza rəyləri, iş materiallarında olan ibtidai istintaq və məhkəmə iclas protokolları, həmçinin digər sənədlərlə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə yol nəqliyyat hadisəsi yerini tərk etməsi tam sübuta yetirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi barədə aidiyyəti qurumlara məlumat verməsini təmin etməmiş, hadisə yerini polis əməkdaşlarının gəlməsini gözləmədən tərk etmiş, hadisə yerinin müayinəsində iştirak etməmiş, zərər çəkmiş şəxsin kimliyini müəyyən etməmiş, həmçinin özü barədə zərər çəkmiş şəxsə və ya aidiyyəti qurumlara məlumat verməmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz.» «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 yanvar 2004-cü il tarixli qərarında göstərilir: «Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-nin 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümükün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərilərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol hərəkət hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur.» «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında əks etdirilmiş mövqeyə görə, «mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir.» Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verilərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerini hadisədən bilavasitə sonra tərk etməsi məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, eyni zamanda şahidlərin ifadələri, iş materiallarında olan ibtidai istintaq və məhkəmə iclas protokolları, həmçinin digər sənədlərlə tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39-40) "xxxx" MMC tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 005 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Marşrut xətlərinin idarəolunması şöbəsində "avtobus sürücüsü" vəzifəsi üzrə fəaliyyətə başlamışdır. 28 aprel 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 25 fevral 2022-ci il tarixində ikinci dəfə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Marşrut xətlərinin idarəolunması şöbəsində "avtobus sürücüsü" vəzifəsi üzrə yenidən fəaliyyətə başlamışdır. "xxxx" MMC-də işlədiyi müddət ərzində vəzifəsində heç bir qanun pozuntusuna yol verməmiş, özünü təvazökar, məsuliyyətli, üzərinə düşən vəzifə və səlahiyyətlərini vicdanla yerinə yetirən işçi kimi göstərmişdir. Öz funksional vəzifələrini tam və vaxtında yerinə yetirmiş, işlədiyi mühitdə nümunəvi işçi kimi iş bacarığını dolğun bir şəkildə nümayiş etdirmişdir. Səmimi davranışları ilə kollektivin, rəhbərliyin etimad və hörmətini qazanmışdır. (i.v. 54) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(004)- 956/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 94-96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə əsasən təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad edilmişdir. (i.v. 118-119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 25 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs "28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. (i.v. 130) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 131) X9 tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli notarial təsdiq edilmiş və 13 aprel 2023-cü il tarixli yazılı ərizələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur və gələcəkdədə ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs ilə barışmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 25 noyabr 2014cü il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsinin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla ona qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “BMC Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı Nəqliyyat X2ytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azəraycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maadi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun qanuni sahibi Bakı Nəqliyyat X2ytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov