Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-196/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1995-ci ildə Saatlı rayonu, Bəylik kəndində anadan olmuş, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Saatlı rayonu, Bəylik ərazi dairəsi, Bəylik kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 əri Şahid2 cinayət məsuliyyətindən azad edərək cəza çəkmə müəssisəsindən azad edilməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər-hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs1 əri Şahid2 cəza çəkmə müəssisəsindən azad edilməsində köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 19 avqust 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Asan xidmət mərkəzində Zərərçəkmiş şəxs1 10.000 (on min) manat, 2021-ci ilin avqust ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 811, 3165-ci məhəllədə yerləşən “Bravo" market qarşısında Zərərçəkmiş şəxs1 3.000 (üç min) manat pulu alıb verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 13.000 (on üç min) manat məbləğində xeyli miqdarda pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2022-ci ilin iyun ayından 2022-ci ilin avqust ayına qədər olan müddət ərzində onunla birlikdə təhsil alan "Qərbi Kaspi” Universitetinin tələbəsi Zərərçəkmiş şəxs4 təhsil günlərində dərslərdə iştirak etməməsinə görə yaranmış kəsrlərini həll edəcəyini vəd edərək şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış 2022-ci ilin iyun ayının ortalarında ünvan 1 ünvanda yerləşən "Qərbi Kaspi” Universitetinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs4 4.000 (dörd min) manat, 2022-ci ilin avqust ayının ortalarında ünvan 1 ünvanda yerləşən "Qərbi Kaspi” Universitetinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs4 2.100 (iki min yüz) manat pulu alıb ələ keçirərək vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 6.100 (altı min yüz) manat məbləğində xeyli miqdarda pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan İqtisadiyyat Universitetində təhsil günlərində dərslərdə iştirak etməməsinə görə yaranmış kəsrlərini pul müqabilində ləğv etdirəcəyini yalandan vəd verib inandırıb aldadaraq 26 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Hökümət evinin qarşısında Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat, 17 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Hökümət evinin içərisində quraşdırılmış "Million” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 ona məxsus “Leo” banka aid 4098-5844-5861-5380 nömrəli kart hesabına göndərdiyi 400 (dörd yüz) manat pulu və 2022-ci ilin avqust ayının sonunda Zərərçəkmiş şəxs2 tanışı X3 vasitəsi ilə ünvan 2 ünvanında yerləşən Hökümət evinin içərisində quraşdırılmış "Million” ödəmə terminalı vasitəsi ilə Səbuhi Zahidlinin ona məxsus “Leo” banka aid 4098-5844-5861-5380 nömrəli kart hesabına göndərdiyi Zərərçəkmiş şəxs2 məxsus 300 (üç yüz) manat pulunu ələ keçirib ona olan etibarından sui- istifadə edib, verdiyi vədinə əməl etməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.400 (min dörd yüz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanıb qohumu X2 təhsil aldığı "Qərbi Kaspi” Universitetində olan imtahan kəsrlərini həll edəcəyini vəd edərək 2022-ci ilin noyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən "Səməd Vurğun” bağında 1.400 (min dörd yüz) manat, 23 fevral 2023cü il tarixdə, saat 14:00 radələrində ünvan 4 ünvanda yerləşən “X10” biznes mərkəzinin içərisində quraşdırılmış "Million" ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs5 ona məxsus "Leo” banka aid 4098-5844-5861-5380 nömrəli kart hesabına göndərdiyi 1.400 (min dörd yüz) manat pulunu ələ keçirib ona olan etibarından sui-istifadə edib, verdiyi vədinə əməl etməyərək zərəçəkmişə şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2023-cü ilin avqust ayının ortalarında tanışı Zərərçəkmiş şəxs3 bacısı oğlu Adnan Hüseynovu Bakı şəhərində fəaliyyət göstərən “Səttar Bəhlulzadə” adına liseyə qəbul etdirəcəyini yalandan vəd verib inandırıb aldadaraq ünvan 5 ünvanın kəsişməsində yerləşən "Maximus” çay evinin qarşısında tanışı Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə vermiş olduğu vədə əməl etmədən Zərərçəkmiş şəxs3 ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq ifadəmi tam təsdiq edir. Bütün epizodlar üzrə ittiham aktında yazılanlarla razıdır. Cinayət işinə tez baxılıq qurtarılmasını xahiş edir. Zərər ödəməyə hazırda maddi imkanı yoxdur. Ədalətli cəza verilməsini xahiş edir. Yekunda əməlini səmimi etiraf etməsini və peşman olmasını, nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Mülki iddianı qəbul etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ittiham aktındakı istintaq ifadəsini təsdiq edir. Ona 13 000 manat ziyan vurmuşdur. Həmin ziyandan cəmi 1700 manat ödənilmişdir. Sona qədər şikayətçidir. Əgər pulunu ödəməsə, şəxsə ağır cəza verilməsini xahiş edir. Qeyd edir ki, onda olan məlumata görə digər zərərçəkmişlərin pulunu ödəmişdir. Onu yiyəsiz görüb, pulu ödəmir. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərdi ki, müstəntiq bu cinayət işi ilə bağlı onu sorğu-sual edib, o da cavab vermişdir. Hadisələr o içəridə olanda baş verib. Pul haqq-hesabı olub. Şahid2 onun tanışı olmuşdur. Onun fikrincə Qurban Əlişəfaya pul verməyib. Yəqin evindən veriblər. Biri deyir verib, o biri deyir alıb. Dəqiqin Allah bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 birinci dəfə burda görür. Zülfiyyənin Əlişəfaya 10 000 verib, pulu gözü ilə görməmişdir. 13 000 manatdan xəbəri yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərdi ki, Zülfiyyə xanım onun həyat yoldaşıdır. Əlişəfa pulu alan adamdır, Zülfiyyə də verən adamdır. Təqsirləndirilən şəxsin əmisi Mübarizlə bir kamerada olmuşdu. 2021-ci ildən söhbət gedir. Kürdəxanıda olmuşlar. Bir iki ay bir yerdə qalanda Mübariz deyib ki, qardaşı oğlu generaldı-filandı. Tanışlığı var. Onun pulu çatmır. Onu da dartıb-çıxarda bilər. Belə söhbət oldu. O da evə yoldaşına zəng etdi. Yoldaşı narazı oldu. Dedi ki, bunlar yalan söhbətdi. Özü də məktəbdə psixoloq işləyir. O, xahiş edəndən sonra bu söhbətlər oldu. Artıq 4-cü ildir. Yoldaşı 10000 pul verib Əlişəfaya. Əlişəfa sonra deyib ki, bibi pul çatmır. Əlavə də 3000 verib. Onun göstərişi ilə Zülfiyyə xanım pulu vermişdir. Ondan ötrü ki, işinə kömək etsin. Onu buraxmalı idilər. Özü isə narkotiklə nəşə ilə tutulmuşdur. Dövlət ittihamçı 18 il iş oxumuşdu. 237.4.3-cü maddə ilə ikinci qrup əlil adama, qazelle mal yazılıb, hakim 13 il iş verib. 4-cü ildir ki, həbsdədir. Təsdiq edir ki, yoldaşı təqsirləndirilən şəxsə pul verib. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildə “Qərbi Kaspi” Universitetinin Tarix fakültəsinə daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən qrup yoldaşı kimi tanımış, münasibətləri daim normal olmuş, Universitetdə təhsil aldığı müddətdə dərsləri yaxşı olmadığına görə 2022-ci ildə tələb olunan 240 krediti toplaya bilmədiyinə görə universiteti bitirə bilməmiş, bu barədə Əlişəfa ilə söhbət edən zaman sonuncu ona narahat olmamağı, universitetin rəhbərliyi ilə münasibətlərinin olduğunu, hərşeyi özünün yoluna qoyacağını bildirmiş, o, Əlişəfadan imtahan kəsləri həll edə biləcəyini soruşduqda Əlişəfa onun məsələsini danışacağını, onunla əlaqə saxlayacağını vəd vermiş, bir neçə gün sonra Əlişəfa ona zəng vuraraq imtahan kəslərini həll etmək üçün ümumilikdə 6.100 manat lazım olduğunu bildirmiş, Əlişəfa danışıq zamanı ilkin olaraq 4.000 manat soonra isə 2.100 manat verməli olduğunu demiş, o, Əlişəfa ilə razılaşmış, 2022-ci ilin iyun ayının ortalarında təhsil aldığı Qərbi Kaspi Universitetinin qarşısında Əlişəfaya 4.000 manat pul vermiş, Əlişəfa ondan pulu aldıqdan sonra avqust ayının sonlarında əlavə olaraq 2.100 manat pulu ondan alacağını bildirmiş, pulu götürərək Universitetə daxil olub rəhbərliklə onun məsələsini danışacağını demiş, təxminən bir neçə gün keçdikdən sonra Əlişəfa ona zəng vuraraq rəhbərliyin kəsrləri bağlayacağına razılıq verdiyini demiş, 2022-ci ilin iyun avqust ayının ortalarında Əlişəfa ona yenidən zəng edərək Universitetdən kəsr işlərinin hazır olduğunu, əlavə olaraq 2.100 manatı ondan istəmiş, o, Əlişəfaya inanmış, etiraz etməyərək yenidən təhsil aldığı universitetin qarşısında görüşərək 2.100 manat pulu Əlişəfaya vermiş, Əlişəfa yenə ona narahat olmamağını, işin həll olunacağını bildirmiş, 2022-ci ilin sentyabr ayında tədris başlayan zaman ona məlum olmuşdur ki, Əlişəfa onu aldatmış, imtahan kəsrləri olduğu kimi qalmış, həmçinin ona məlum olmuşdur ki, Əlişəfa universitetdən xaric olunmuş, sonra o, Əlişəfaya zəng edərək onu aldatdığını, heç bir iş görmədiyini bildirmiş, bu zaman Əlişəfa ona müxtəlif bəhanələr gətirərək bir az gözləməyini xahiş etmiş, o isə artıq inanmayaraq pulunu geri istəmiş, Əlişəfa ona pulu universitetdə məsul şəxsə verdiyini bildirdikdə, o, atasının həmin şəxs ilə danışmaq istədiyini Əlişəfaya bildirmiş, Əlişəfa əvvəl həmin nömrəni ona deməsə də sonradan bir nömrə demiş, lakin bir qədər keçdikdən sonra ona məlum olmuşdur ki, Əlişəfanən ona vermiş olduğu nömrə Saatlı rayonu, Bəylik kəndində yaşayan əmisi Mübarizə məxsusdur, o, Əlişəfanın onu tam şəkildə aldatdığını başa düşmüş, pulunu geri qaytarmasını, əks halda barəsində şikayət edəcəyini demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə ixtisasının qəbul olunmuş, həmin Universiteti qiyabi əsaslarla təhsil almış, 2022-ci ilin 2-ci semestrində işə başladığı üçün dərsə davamiyyəti ilə bağlı bir sıra çətinliklər yaranmış, nəticədə 2 fənndən kəsilmiş, bir il artıq təhsil almamaq üçün kəsrlərini həll etmək fikrində olmuş, bu müddətdə qrup yoldaşı olan X4 ona bildirmişdir ki, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs köməklik edə bilər, o da Səbuhiyə Əlişəfa ilə onu tanış etməsini xahiş etmiş, Səbuhi ona Əlişəfanın mobil nömrəsini demiş, o Əlişəfa ilə əlaqə yaradaraq problemini izah etmiş, danışıq zamanı Əlişəfa ona vəd vermişdir ki, onun dərs kreditlərininin ödənişini edəcək və o, 1 il əlavə oxumadan imtahanlarda iştirak edə biləcəkdir, Əlişəfa görəcəyi işin müqabilində ondan 1.100 manat pul istəmiş, o da Əlişəfaya inanaraq birinci dəfə Əlişəfaya 26 iyul 2022-ci il tarixdə 700 manat nəğd pulu işlədiyi Hökümət evinin qarşısında, ikinci dəfə isə 17 avqust 2022-ci ildə 400 manatı Hökümət evinin içində quraşdırılmış “Million” terminalı vasitəsi ilə Əlişəfanın ona göndərdiyi 4098-5844-5861-5380 nömrəli "LeoBank" kartının hesabına göndərmiş, sonra işin həll olunmasını gözləsə də heç bir nəticə olmadığını görüb, Əlişəfanın onu aldatdığını anlamış, sonra o, dəfələrlə Əlişəfa ilə əlaqə saxlayıb pulunu geri qaytarmasını tələb etsə də Əlişəfa müxatəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etmiş, sonra sonuncu dəfə Əlişəfa onun işini həll edəcəyini deyib Təhsil Nazirliyində tanışına verməsi üçün ondan əlavə 300 manat pul istəmiş, o da bu barədə Səbuhiyə məlumat verib, həmin məbləğdə pulunun olamdığını demiş, Səbuhi isə cavabında onun yerinə Əlişəfaya 300 manat verə biləcəyini demiş, sonradan o Səbuhiyə 300 manat pulu qaytaracağını demiş, sonra Səbuhi onun əvəzinə Əlişəfaya 300 manat göndərmiş, lakin yenə də Əlişəfa verdiyi vədinə əməl etməmiş, o isə sonradan Səbuhiyə 300 manat borcunu geri ödəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əslən Saatlı rayonundan olan Təqsirləndirilən şəxs xalası oğlu Rövşən Əhmədlinin vasitəsi ilə tanıyır, belə ki, X8 Universitetində təhsil alır, 2022-ci ilin noyabr ayında Rövşən ona kəsrlərinin olduğunu və həmin kəsrləri bağlanmayacağı təqdirdə universitetdən xaric olacağını bildirmiş, o, Rövşənə hansı yolla həll edəcəyini soruşduqda Rövşən ona universitetdən tanıdığı Əlişəfanın imtahan kəsrlərinin həll edə biləcəyini demiş, sonra Əlişəfa ilə görüşmüşlər, söhbət zamanı Əlişəfa xalası oğluna məxsus kəsrlərin bağlanması üçün ümumilikdə 2.800 manat pul istəmiş, həmin vaxtı xalası oğlu Rövşəndə pul olmadığı üçün Rövşənin yerinə o, pul verə biləcəyini bildirmiş, bu məqsədlə onlar 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağında görüşmüş, orada o, ilkin olaraq 1.400 manat pulu Əlişəfaya vermiş, Əlişəfa pulu aldıqdan sonra Rövşənə və ona narahat olmamağı, bütün məsələləri universitetin rəhbərliyi ilə həll edəcəyini vəd vermiş, sonra onlar oradan ayrılmış, aradan bir müddət keçməsinə baxmayaraq xalası oğlu Rövşən onunla əlaqə saxlayıb Əlişəfanın kəsrləri bağlamadığını, əlavə üç kəsrinin olduğunu bildirmiş, sonra o, Əlişəfa ilə əlaqə saxlamış, sonuncu ona narahat olmamağı, qalan məbləği universitet rəhbərliyinin istəyəcəyini həmin pulu verdikdən sonra məsələnin tam həll olunacağını bildirmiş, bir neçə ay onlara eyni sözləri dedikdən sonra 23 fevral 2023-cü il tarixdə Əlişəfa zəng edərək qalan 1.400 manat pulu verməli olduğunu bildirmiş, həmçinin Əlişəfa onlara 2023-cü ilin mart ayında bütün kəsrləin bağayacağını vəd vermiş, o, Əlişəfaya inanmış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən «Yeni Həyat» Plazada olan «Milli ön» ödəmə portalından Təqsirləndirilən şəxs göndərmiş olduğu bank kartına 1.400 manat pulu göndərmiş, pulu aldıqdan sonra Əlişəfa bir neçə dəfə təkidlə ona narahat olmamağı, yaxın vaxtlarda kəsrlərin bağladacağını vəd vermiş, lakin xalası oğlunun kəsrləri bağlanmamış, onu aldatmış, dəfələrlə Əlişəfa ilə əlaqə saxlayıb vermiş olduqları pulu geri istədikdə Əlişəfa müxtəlif bəhanələrlə onları aldaıb pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 2023-cü ilin yay aylarında bacısı oğlu Adnan Hüseynovun Bakı şəhərində fəaliyyət göstərən «S.Bəhlulzadə» adına Liseyə qəbul etdirmək istəmiş, həmin ərəfələrdə əvvəlcədən tanıdığı Saatlı rayon sakini Təqsirləndirilən şəxs ilə görüşən zaman bu barədə təsadüfən söhbət açmış, Əlişəfa da onun bacısı oğlu Adnanı 1.500 manat pul qarşılığında S.Bəhlulzadə adına Liseyə qəbul etdirə biləcəyini demiş, o da razılaşaraq 2023-cü ilin avqust ayının ortalarında ünvan 7 ünvanın kəsişməsində yerləşən “Maximus” çay evinin qarşısında Əlişəfaya 1.500 manat pul vermiş, lakin Əlişəfa onun etibarından sui-istifadə edərək ondan aldığı 1.500 manat pulu ələ keçirmiş, bacısı oğlu Adnan Hüseynovun «S.Bəhlulzadə» adına liseyə qəbul olunması üçün heç bir addım atmamış, o, Əlişəfaya zəng etdikdə sonuncu müxtəlif bəhanələrlə onu aldatmışdır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 811, 3165-ci məhəllədə yerləşən «Bravo» marketin qarşısıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 sonuncu 3.000 manat pulu həmin ünvanda Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan 07 may 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən «Hökümət» evinin inzibati binasıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 400 manat pulu həmin binanın 1-ci mərtəbəsində yerləşən «Million» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs dediyi bank hesabına göndərmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)–60/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2024-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)–60/2024 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs anası Mülayim Məmmədova tərəfindən ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş 1500 manat ziyan Təqsirləndirilən şəxs anası Mülayim Məmmədova tərəfindən ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, Səbail rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 2 gün həbsdə olmuşdur. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 2 ay, yəni 25 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, daha sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 2 ay, yəni 25 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)–60/2024 saylı hökmü ilə o, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 11300 manat pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, həmin mülki iddia təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, Zərərçəkmiş şəxs1 qarşı törədilən dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyandan 11300,00 manat məbləğ zərəçəkmiş şəxsə hələ də qaytarılmadığı üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 il (iki il) 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)– 60/2024 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün (ilkin hökm üzrə) və 05 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək 2 gün, 25 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək 2 gün, 25 dekabr 2023-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək 4 ay (hazırki cinayət işi üzrə), ümumilikdə 4 ay 6 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 7 ay 24 gün (iki il yeddi ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)– 60/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 11.300,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 123.9 manat tutulub Zərərçəkmiş şəxs1 verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-196/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-196/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver