Məhkəmə qərarları › İş №1(004)-197/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-197/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-197/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə günorta vaxtı Bakı şəhəri Yasamal rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən (şəxsdən) 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,429 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 saylı ünvanın qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİnin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,429 qram çəkidə ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanılmamışdan əvvəl Yasamal rayonu Xıdır Mustafayev küçəsi ev 54-də ailə üzvləri ilə birlikdə yaşamışdır. O, uzun müddətdir ki, narkotik aludəçisidir və bədənində dözülməz ağrılar olduğundan narkotik vasitə olan metamfetamindən istifadə edir. Sonuncu dəfə özü istifadə etmək üçün psixotrop maddə olan metamfetamin almaq məqsədilə xx xxxxx 2020ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu “Papanin" adlandırılan əraziyə getmiş, orada yol kənarında üzdən tanıdığı və narkotik vasitə aludəçisi olduğunu bildiyişəxsdən 10 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə psixotrop maddə hesab olunan metamfetamini alıb əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin gün saat 16:00 radələrində yaşadığı evin yaxınlığında, yəni Yasamal rayonu Xıdır Mustafayev küçəsi 66 ünvanının qarşısına çatanda yolda təsadüfən tanışı Şahid3 ilə görüşüb söhbət etmişdir. Bu zaman onlara iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduqlarını bildirmiş və bununla bağlı birlikdə Yasamal RPİ-nin inzibati binasına getmələrini təklif etmişlər. Onlar etiraz etmədən həmin polis əməkdaşları ilə birgə X11 gəlmişlər. İdarədə onu Fəriddən ayıraraq xidməti otaqların birinə aparmışlar, orada ona hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş və o, həmin siyahını nəzərdən keçirib vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Bundan bir qədər sonra həmin vəkil gəldikdə ona təqdim edilmiş, sonradan polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur.Şəxsi axtarış təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Baxış zamanı ondan aşkar edilmiş maddənin nə olduğu soruşulduqda o, həmin maddəninpsixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və daha sonra qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, zərf 42 saylı möhürlə möhürlənib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirildikdən sonra izahat alınmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmişdir. Bundan başqa, o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsini üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən alaraq əldə etmişdir. Bundan başqa o, Fəridlə təsadüfən evinin yaxınlığında rastlaşmış, söhbət zamanı Fəridin də üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə məlumatı olmamış, nə o Fəridə, nə də Fərid ona hər hansı narkotik vasitə və ya psixotrop maddə satmamış və verməmişdir. Göstərilənlərlə yanaşı təqsirləndirilən Təqsirləndirilən şəxs son sözündə hazırkı törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, evli olmaqla himayəsində iki azyaşlı övladının olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin NMB-yə Yasamal rayonu Xıdır Mustafayev küçəsi 54 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması barədə mötəbər əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından idarənin rəisi tərəfindən verilmiş əmrlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik NMB-nin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməklə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. O, yaradılmış əməliyyat qrupunun üvzü olaraq tədbirə cəlb edilmişdir. Bundan sonra həmin tarixdə, yəni xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində o, iş yoldaşı Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə əməliyyat tədbiri keçirmək məqsədi ilə Yasamal rayonu X.Mustafayev küçəsi 66 saylı ünvanın qarşısına getmişlər. Həmin ünvana çatdıqda zahiri əlamətlərindən Cavidə oxşar şəxsin Fərid adlı şəxslə söhbət etdiklərini müşahidə etmişlər. Belə ki, NMB-nə Cavidlə yanaşı Fərid adlı şəxs haqqında da əməliyyat məlumatı daxil olduğundan və sonuncu barəsində də təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyindən, həmin əməliyyat işinin icrası Şahid1la ona həvalə edildiyindən hər iki tədbirin birlikdə keçirilməsi zərurəti yaranmışdır. Hər kisini bir yerdə gördükdə onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra şəxsiyyətlərini dəqiqləşdirmək üçun suallar vermişlər. Onlardan biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid3 kimi təqdim etmişdir. Onlara narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduqlarını bildirib birlikdə Yasamal RPİ-nin inzibati binasına getmələrini təklif etmişlər.Onlar etiraz etmədiklərindən birlikdə Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə gəlmişlər. Bundan sonra onlar ayrı-ayrı otaqlara aparılıb hüquqlarının müdafiəsi üçün ərazi aidiyyəti üzrə fəaliyyət göstərən vəkillik qurumunun vəkillərinin siyahısı onlara təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun iştirakı ilə təhqiqatçı Ariz Qədiməliyev tərəfindən xidməti otaqda videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bülkülmüş maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış zamanı içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin metamfetamin olduğunu və Yasamal rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pula əldə edərək üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddə olan büküm zərfə qoyularaq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, daha sonra öyrənib bilmişdir ki, ekspert rəyi ilə həmin maddənin 0,429 qram çəkidə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şahid1 lazımi şəkildə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram vasitəsilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yasamal rayonu Xıdır Mustafayev küçəsi 66 ünvanından keçərkən yolda təsadüfən çoxdan tanıdığı Təqsirləndirilən şəxsla görüşüb söhbət etməyə başlamışdır. Söhbət zamanı onlara iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib ondan və tanışı Təqsirləndirilən şəxs kim olduqlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə onlara məlumat daxil olduğunu və bununla əlaqədar onlarla birlikdə polis idarəsinə getmələrini təklif etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birgə Yasamal rayon polis idarəsinə gəlmişlər. Onu orada Təqsirləndirilən şəxs ayıraraq başqa xidməti otağa aparıb ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən psixotrop maddə aşkar edilərək götürülmüş və bu cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq şübhəli şəxs qismində tutulmuş, daha sonra təqsirləndirilən şəxs qismində cəlb edilib ittiham elan edilmişdir. Şahid3 ifadəsində həmçinin təsdiq etmişdir ki, o, Yasamal rayonu Xıdır Mustafayev küçəsi 66 ünvanında Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin həm o, həm də Cavid qarşılıqlı olaraq hər birinin üzərində psixotrop maddə hesab olunan metamfetamin olmasından məlumatsız olmuşlar. Eyni zamanda nə Cavid ona, nə də ki, o, Cavidə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə verməmiş və ya satmamışlar. Həmçinin söhbət zamanı Cavid ona üzərində hər hansı dövriyyəsi qadağan edilmiş maddə olması barədə məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özününetirafı ilə yanaşı şahidlərinifadələri, ekspertiza rəyləri, xx xxxxx 2020-ci il tarixli protokol ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli raportlar, əmr, protokol və qərarlardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 idarənin rəisi Cəmil Əmirova müraciət edərək Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 54 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İdarə rəisi Cəmil Əmirov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə NMB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin Şahid1 həvalə edilməsinə dair Ə121-091-20 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar idarə rəisi Cəmil Əmirov tərəfindən təsdiq edilmişdir. Üzərində xx xxxxx 2020-ci il tarixli 211 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs və Şahid3 xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 66 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı xx xxxxx 2020-ci il saat 16:00-dan hesablanmışdır. (c.i.v.: 4-20) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxx 2020ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 42 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə video çəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (c.i.v.: 28-29) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx xxxxx 2020-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 5(004)-224/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. (iş vər: 46) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 6/398 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs əl yazıları və AR DİN “Zərflər üçün № 42” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,429 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (iş vər: 42- 43) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx xxxxx 2020-ci il tarixli 974 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində “Asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vər.: 165-166) İş materiallarında olan Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin, onun Şahid3 və polis əməkdaşı Şahid1 arasında keçirilən üzləşmələr zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 3 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixli protokolların məzmunu düzgün tərtib edilmişdir. Həmin protokollar tədqiq edilərək müəyyən edildi ki, təqsirləndirilən şəxs və şahidlər həmin ifadələrində göstərdikləri xüsusatları məhkəmə istintaqı zamanı təsdiq etmişlər. Qeyd olunan sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı ünvan Yasamal rayonu Xıdır Mustafayev küçəsi 66-dır. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,429 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx xxxxx 2020ci il saat 16:00-dan hesablanmışdır. (iş vər.: 20) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 61-62) İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(004)-238/2020 nömrəli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarla həbs etmənin əvvəlinin xx xxxxx 2020-cu il tarixdən hesablanması müəyyən edilmişdir. (İş vər.: 83-84) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmənin növbəti hazırlıq iclası keçirilənədək, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmış, məhkəmənin xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 03 saylı Bakı “Asan Xidmət” Mərkəzindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 900424 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 arasında xx xxxxxx 2013-cü il tarixdə nikah bağlanılmaqla 54 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 371339 nömrəli və xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 909795 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2016-cı il təvəllüdlü X2 valideynləri Təqsirləndirilən şəxs və X6r. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X15 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2013-cü ildə Nizami Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 7(007)-1443/2013 nömrəli qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. (İş vər.: 89) Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən,Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və onahəminmaddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış0,379 qram psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (iş vər.: 170) Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, təqsirləndirilən şəxsin verdiyi ifadəsi, onunla Şahid3 və polis əməkdaşı Şahid1 aralarında keçirilmiş üzləşmələr zamanı qeydə alınmış videogörüntülərin olduğu 4 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər.: 30; 229; 234; 238) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. (iş vər: 41) Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış0,379 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, eləcə də, təqsirləndirilən şəxsin verdiyi ifadəsi, onunla Şahid3 və polis əməkdaşı Şahid1 aralarında keçirilmiş üzləşmələr zamanı qeydə alınmış videogörüntülərin olduğu 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləriolanekspertiza tədqiqatlarının dəyəri cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaqAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanıdövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,379 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 4 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar