Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-197/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri seçilmiş Atayev Mirzəağa Əliağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 07.04.2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,220 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16.00 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,220 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son vaxtlar əsəblərini sakitləşdirmək məqsədilə bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə heroin almış istifadə etmişdir. 07 aprel 2021-ci il tarixdə də eyni məqsədlə o, səhər saatlarında “Papanin”adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsindən olan şəxsdən 15 manat pul verməklə gümüşü rəngli sellofan kəsiyi bükümündə heroin alaraq əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində gizlədərək yaşadığı ünvan 4 ünvanın yerləşdiyi əraziyə getmişdir. Gün ərzində həmin narkotik vasitəni qəbul edəcəyini düşünərək üstündə gəzdirimişdir. Lakin, həmin gün, yəni 07.04.2021-ci il tarixdə saat 16.00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim etməklə Yasamal RPİ-nin Narkomaniya ilə Mübarizə Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu izah edərək onlarla birlikdə xidmət etdikləri Yasamal RPİ-nə getməyini təklif etmişlər. Üzərində narkotik vasitənin olmasına dair polis əməkdaşlarının məlumatlı ola bildiklərini və artıq ifşa olduğunu anlayaraq heç bir müqavimət göstərmədən və qaçmağa meyl etmədən, həmçinin üzərindəki narkotik vasitəni atmağa, gizlətməyə cəhd etmədən əməkdaşların təklifi ilə Yasamal RPİ-nə getmişdir. Orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bir daha bildirilməklə hüquq və vəzifələri izah olunmuş, onun istəyi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı əşya, narkotik vasitə vardırsa onları könüllü olaraq təqdim etsin. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ona hüquqlarını izah edən və üzərində qanunsuz əşya və ya maddə olduğu halda təqdim etməyi təklif edən təhqiqatçının təklifindən sonra əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd gümüşü rəngli sellofan kəsiyinə bükülmüş, içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, təqdim etdiyi bükümdən başqa maddə ,vasitə və ya əşya aşkar olunmamışdır. Polis əməkdaşı həmin bükülünü açıb özünə və iştirakçılara göstərmiş və bir daha onun içərisindəki qəhvəyi rəngli maddənin nədən ibarət olduğunu soruşduqda o, bildirmişdir ki, bükülüdəki kütlə narkotik vasitə heroindir, həmin gün səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul verməklə özünün istifadəsi üçün alıb əldə etmiş, heç vaxt satmaq niyyətində olmamışdır. O, saxlanılıb Yasamal RPİ-nə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 07 aprel 2021-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Yasamal rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə etibarlı mənbədən məlumat daxil olmuşdur. Həmin məlumata əsasən o, 07 aprel 2021-ci il tarixdə raportla Yasamal RPİ-nin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib cinayət başında ifşa olunması istiqamətində Bakı şəhəri Yasamal rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 aprel 2021-ci il tarixdə saat 16.00-da ünvan 4 ünvanın qarşısında müşahidə edib dərhal sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etməklə ondan şəxsiyyətini təsdiq edən sənəd istmişlər. O, üzərində heç bir sənədin olmadığını deyib özünü X1 təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu izah edərək Yasamal RPİ-nə dəvət etmişlər və o, onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs RPİ-nə gətirilməsi ilə bağlı idarə rəisinə raportla müraciət edib məlumat verdikdən sonra həmin faktın araşdırılması idarənin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ariz Qədiməliyevə həvalə olunmuşdur. Ariz Qədiməliyev xidməti otağında Təqsirləndirilən şəxs öz hesabına müdafiəçi tutmaq və ya dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah edildikdən sonra sonuncu dövlət vəsaiti hesabına müdafıəçi ilə təmin olunmasını istəmişdir. Təhqiqatçı Yasamal rayon ərazisində fəaliyət göstərən “Mərkəz” Vəkil Bürosundan Müdafiəçi adlı vəkil dəvət edərək Təqsirləndirilən şəxs təqdim etdikdən sonra vəkilin iştirakında video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddənin olub olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli seloffan kəsiyə bükülmüş kütləni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, spesefik yə malik maddə olması aşkar edilmişdir. Həmin maddənin nədən ibarət olması barədə sual verildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içində narkotik vasitə vardır. Həmin narkotik vasitəni saxlandığı gün səhər radələrində «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadə üçün 15 manata almışdır. Daha sonra iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin narkotik vasitə zərfə qoyulub möhürləndikdən sonra həmin zərf Təqsirləndirilən şəxs Əlirza oğlu, müdafiəçisi Müdafiəçi və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru, polis serjantı Şahid2 eyni xususuatlar üzrə ifadə verərək Şahid1 göstərdiyi halları və faktları bir daha təsdiq etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis başleytenantı Şahid1 və kiçik inspektoru polis serjantı Şahid2 oğlu, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 07 aprel 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 16:00-da Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli sellofan kəsiyə bükülmüş kütləni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, spesefik iyə malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, i/v 38-39). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 07.04.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 08 aprel 2021-ci il tarixli, 6/1383 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «zərflər üçün №42» möhür əksi, «... Təqsirləndirilən şəxs...» və s. Yazılar, imzalar olan zərfəki 01 ədəd bükümdə təmiz çəkisi 0,220 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, i/v 45-50). İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08.04.2021-ci il tarixli, 1031 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində “Asılılıq Sindromu” (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 98-99). İş materiallarında olan 12 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 07.04.2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,220 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,170 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlnaması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 103-111). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, i/v 101). İş materiallarına əlavə olunmuş 07 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Atayev Mirzəağa Əliağa oğlu 07 aprel 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 26-27) İş materiallarına əlavə olunmuş 09 aprel 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Atayev Mirzəağa Əliağa oğlunun barəsində 09 aprel 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 91-93). İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən 10.02.2021-ci il tarixdə çıxarılmış arayışdan görünür ki, Atayev Mirzəağa Əliağa oğlu Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi,ev 40 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Atayev Mirzəağa Əliağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, əvəllər məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Atayev Mirzəağa Əliağa oğlunun 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Atayev Mirzəağa Əliağa oğlunun barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus, tədqiqatdan sonra qalıq qalmış 0,170 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Atayev Mirzəağa Əliağa oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 197/2021 saylı, 04.05.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Atayev Mirzəağa Əliağa oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 30 iş saatı həcmində hüquqi yardımla bağlı 180 (yüz səksən) manat, məhkəmə icraatı zamanı göstərilmiş 66 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun haqqında seçilmiş “barəsində başqa yerə getməmək haqqinda” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,170 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-197/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-197/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver