Məhkəmə qərarları › İş №1(004)-198/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-198/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-198/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X13, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X6 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Şirvan regional vəkil bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlu Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 Andeyevna Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmayan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə oğlu X22 şirkətinə işə düzəltmək üçün ona müraciət etmiş X7 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Elnur Şəfiyevi qeyd edilən şirkətdə operator kimi işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə xx.xx.2017-ci il tarixdə poçt vasitəsi ilə 5000 manat pulu, ünvan 2 saylı ünvanda yerləşən poçt məntəqəsində almış, xx.xx.2017-ci il tarixdə isə poçt vasitəsi ilə 4500 manat pulunu eyni ünvanda alaraq zərərçəkmiş şəxs X4 9500 (doqquz min beş yüz) manat pulunu ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələçluzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qızı X9 və Təbii Sərvətlər Nazirliyində işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Kübra Kərimlini qeyd edilən nazirlikdə işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə 2017-ci ilin iyul ayından 2018-ci mart ayınadək olan müddət ərzində ünvan 3 saylı ünvanda 2500 manat pulunu alaraq Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulunu ələ keçirməklə sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə oğlu Zərərçəkmiş şəxs9 neft şirkətində işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Zərərçəkmiş şəxs9 qeyd edilən şirkətdə işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə xx xxxxxx 2017-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 5000 manat, xx xxxxxx 2018-ci il tarixdə eyni ünvanda 1500 manat pulunu alaraq Zərərçəkmiş şəxs4 6500 (altı min beş yüz) manat pulunu ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə bacısı oğlu X10 Dövlət Neft şirkətində işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Əli Qəribovu qeyd edilən şirkətdə işə düzəldəcəyi barədə vəd edib 2019-cu ilin mart ayının sonlarında ünvan 5 saylı ünvanda yerləşən Əcəmi metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs1 məxsus 2000 manat pulu alıb ələ keçirməklə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X17i Dövlət Neft şirkətində işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Tural Feyzullayevi qeyd edilən şirkətdə işə düzəldəcəyi barədə vəd edib 2019-cu ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 125 saylı ünvanda yerləşən Zəngəzur şadlıq sarayının qarşısında Ç.Feyzullavanın atası Zərərçəkmiş şəxs11 vasitəsi ilə göndərdiyi 2500 manat pulunu alaraq Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat pulunu ələ keçirməklə sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X2 işlədiyi tibb sahəsi üzrə attesstasiya imtahanında köməklik göstərilməsindən ötrü ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq tanışlıq münasibətlərinə görə Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs3 inam və etibarını qazanmaqla sonuncunun Zərərçəkmiş şəxs1 verdiyi 2000 manat pulu ondan xx xxxxx 2019-cu il tarixdə ünvan 7 saylı ünvanda yerləşən “Qoç ət” restoranının qarşısında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qızına qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 işlədiyi tibb sahəsi üzrə attesstasiya imtahanında köməklik göstərilməsindən ötrü ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq tanışlıq münasibətlərinə görə Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs7 inam və etibarını qazanmaqla sonuncunun Zərərçəkmiş şəxs1 verdiyi 900 manat pulu 2019-cu ilin may ayının əvvəllərində ünvan 8 B saylı ünvanda yerləşən “Milli Onkologiya Mərzkəzinin” qarşısında Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 5000 manat müqabilində 283 nömrəli orta məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəldə biləcəyi barədə vəd edib 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 17 saylı ünvanda yerləşən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin qarşısında 3500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 2019- cu ilin mart ayında tanışı Şahnazın vasitəsi ilə tanımışdır. Söhbət zamanı, Çimnaza özünün əvvəllər neft şirkətində işlədiyini, həmçinin dövlətin yuxarı instansiyalarında yüksək vəzifəli dostları və qohumların olduğnu demişdir. Söhbət zamanı Çimnaz öz qohumlarını işə düzəltməkdə ondan köməklik istəmişdir. O, isə problem olmadığını istənilən şəxsi işə düzəldə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış və Əcəmi metrosunun qarşısında görüşmüşdür. Görüş zamanı Çimnaz oğlu Turalı və bacısı oğlu Əlini Dövlət Neft Şirkətində işə düzəltmək istədiyini bildirmişdir. O, Çimnaza heç bir problem olmadığını, işə düzəltmək müqabilində hər adam üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, o, həmin dövrdə Neft Şirkətində vakansiya olduğunu eşitmiş və Zərərçəkmiş şəxs1 qohumlarını müsabiqə yolu ilə işə düzəldə biləcəyini düşünmüşdür, Çimnaz onun təklifi ilə razılaşmış, lakin tam pulu uşaqlar işə düzəldikdən sonra verə biləcəyini bildirmişdir. O, etiraz etməmiş və onunla razılaşmışdır. Bundan sonra Çimnaz orada ona bacısı oğlu Əlinin işi üçün 2000 manat pul vermişdir, Çimnaz ona pulu verən zaman həmin pulun özünə məxsus olduğunu, bu məsələdən Əlinin xəbəri olmadığını bildirmişdir. O, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 qohumunu işə düzəltmək üçün bir neçə tanışlarına bu barədə demişdir. Aradan bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayıb ondan oğlunu işə düzəltmək barədə soruşmuşdur, Çimnaz oğlu Turalı da Dövlət Neft şirkətində işə düzəltmək istədiyini bildirmişdir. Bundan sonra o, Çimnazdan ilkin olaraq 2500 manat pul istəmiş, bu zaman Çimnaz hal hazırda kənarda olduğunu lakin atası ilə həmin məbləği göndərə biləcəyini bildirmişdir. O, razılıq vermiş və həmin gün axşam saatlarında marka və qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Binəqədi rayonunda yerləşən Zəngəzur şadlıq sarayının qarşısına getmiş, oradan Zərərçəkmiş şəxs1 atası Əsabəli ilə görüşərək ondan 2500 manat pulu almışdır. Eynilə Çimnazın oğlu üçündə bir neçə şəxslərlə danışmışdır. Lakin, onlar gözləməsini bildirmişlər. Aradan bir neçə müddət keçməsinə baxmayaraq Çimnaz onunla mütəmadi əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğunu öyrənmişdir. Təxminən aprel ayının sonlarında Çimnaz ona zəng vuraraq işlədiyi Respublika Xəstəxanasında iki nəfər iş yoldaşının Kübra və Mətanət adlı şəxslərin attestasiya imtahanından keçməsində köməklik göstərməsini xahiş etmişdir. O, problem olmadığını bildirmiş və bu zaman yanında olan tanışı Rüstəm Rüstəmova bu barədə demişdir. Rüstəm əvvəlcə onunla razılaşmamış, lakin o, təkid etdikdən sonra Rüstəm bu məsələni həll edəcəyini demişdir. Bundan sonra o, Çimnaza hərəsi üçün 2000 manat lazım olduğunu demişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 ilə Nizami rayonunda yerləşən Qoç restoranın qarşısında görüşmüşdür. Çimnaz ona 2000 manat pul vermiş, o, 4000 manat olmalı olduğunu dedikdə Çimnaz Mətanətin vermiş olduğu pulu geri aldığını və attestasiya imtahanını özü vermək istədiyini bildirmişdir. O, heç nə deməmiş, Çimnazla razılaşmışdır. O, pulu aldıqdan sonra Çimnaza gedib Kübranın məsələsini həll edəcəyini demiş, o, həmin qadının anket məlumatlarını Çimnazdan öyrənmişdir. Lakin, Kübra barədə heç yerə getməmiş və heç kimə heç bir pul ödənişi etməmişdir. Kübranı tanımır və heç vaxt görməmişdir. Görüş zamanı Çimnaz ona bacısı qızının ingilis dili müəlliməsi olduğunu, lakin hal hazırda işləmədiyini onu Bakı şəhərində olan məktəblərdən birinə müəllimə kimi işə düzəltməsi barədə soruşmuşdur. O, Çimnaza problem olmadığını ümumilikdə 5000 manata bu məsələni həll edə biləcəyini bildirmiş, Çimnaz onunla razılaşmışdır. Təxminən 2-3 gün sonra o, Çimnazın bacısı qızı Səkinə ilə Yasamal rayonu Rabitə kollecinin qarşısında görüşmüş, Səkinə ilə söhbət zamanı ondan harada işləmək istədiyini soruşduqda Səkinə yaşadığı yerə yaxın Binəqədi rayonu 283 saylı orta məktəbdə işə düzəlmək istədiyini bildirmişdir. O, problem olmadığını demiş, Səkinə 5000 manat pulla razılaşdığını, lakin hal hazırda 3500 manat pul verə biləcəyini bildirmişdir. O, 3500 manat pulu Səkinədən almış və bir iki ay ərzində onun 283 nömrəli məktəbə əmrini verdirəcəyini bildirmişdir. Səkinə ilə görüşdükdən sonra Zərərçəkmiş şəxs1 ilə növbəti danışığı zamanı, o bir nəfər Alla adında iş yoldaşı olduğunu, attestasiya imtahanında bir balının çatışmadığını, ona köməklik göstərə biləcəyini soruşmuşdur. O, bu səfərdə Çimnaza etiraz etməmiş və bu işin müqabilində ondan 900 manat pul istəmişdir, Çimnaz bir az sonra onunla yenidən danışmış və Alladan 900 manat pulu alıb bacısı qızı Səkinə ilə ona göndərəcəyini bildirmişdir. O, Səkinə ilə Milli Onkologiya mərkəzinin qarşısında görüşmüş və Səkinə ona bir ədəd konvertin içərisində 900 manat pul vermişdir. O, pulu aldıqdan sonra işi görəcəyinə söz vermişdir. Lakin, sonradan vermiş olduğu vədə əməl edə bilməmiş, adlarını vermək istəmədiyi tanışları ona qeyd olunan şəxslərin işə düzəlməsində köməklik göstərə biləcəklərini desələr də, sonradan onu aldatmışlar. Lakin, o, heç kimə işə düzəltmə müqabilində pul verməmişdir. Bundan başqa, o, 2016-cı ildə o, Həcc ziyarətində olan zaman Ramiz Axverdiyev ilə tanış olmuş, münasibətləri daim yaxşı olmuşdur. Hətta onların ailəvi gediş gəlişləri olmuşdur. Ramizlə növbəti görüş zamanı o, Ramizə Eldar adında tanışının olduğunu, həmin şəxsin dövlət neft şirkətində işlədiyini və onun vasitəsi ilə bir neçə nəfəri işə düzəltməyin mümkün olacağını bildirmişdir. 2017-ci ilin təxminən oktyabr ayında Ramiz ona zəng vuraraq bir nəfər tanış qadının oğlunu işə düzəltmək istədiyini bildirmişdir. O, Ramizə heç bir etiraz etməmiş və Ramizlə danışdıqdan bir qədər sonra Nailə adında bir qadın ona zəng vuraraq Ramizin tanışı olduğunu bildirmişdir. O, Nailəyə Eldar adlı tanışının vasitəsi ilə oğlunu işə düzəldə biləcəyini bildirmişdir. Nailə ona oğlunu Şirvan OİL neft şirkətinə işə düzəltmək istədiyini bildirmişdir. O, bunun müqabilində Nailədən 9500 manat pul istəmişdir. Nailə onun dediyi rəqəmlə razılaşmış, lakin həmin pulu hissə hissə verə biləcəyini demişdir. O, etiraz etməmiş və Nailə ilə razılaşmışdır. xx.xx.2017-ci il tarixdə Nailə ona zəng vuraraq 5000 manat pulu hazır etdiyini bildirmiş və o, Nailəyə pulu poçt vasitəsi ilə ona göndərməsini tapşırmışdır. O, pulu Lökbatan qəsəbəsində yerləşən poçtdan götürmüşdür. Təxminən iki ay sonra Nailə yenidən ona zəng vuraraq pulun qalan 4500 manat hissəsinində hazır olduğunu bildirmişdir. O, yenidən eyni qayda ilə pulu poçt vasitəsi ilə göndərməsini Nailəyə bildirmiş və o, Nailədən pulu tam şəkildə aldıqdan sonra ona narahat olmamasını, oğlunun işi ilə bağlı Eldar adlı tanışına dediyini, yaxın müddətdə işin həll olacağını demişdir. O, həqiqətən də Eldar adlı tanışına bu barədə xahiş etmiş, lakin Nailənin ona vermiş olduğu 9500 manat puldan Eldara heç bir məbləğ verməmişdir. Belə ki, o, Eldar adlı şəxsi təxminən 2-3 il müddətdir ki, tanıyır, Eldarın neft şirkətində işlədiyini bilmişdir. Lakin indiyə qədər heç vaxt Eldarın dövlət neft şirkəti işə düzəltməyini görməmişdir. Nailədən almış olduğu pulun müqabilində onun oğlunu işə düzəldə bilməmişdir. Almış olduğu pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs5 pulunu maddi imkansızlıq ucbatından qaytara bilməmişdir. Nailədən almış olduğu 9500 manat pulu o, şəxsi məqsədləri üçün istifadə etmiş və heç kimə verməmişdir. Bundan başqa 2017-ci ilin dekabr ayının əvvəllərində Cahangir adlı şəxs ona zəng vuraraq nömrəsini Ramiz Axverdiyevdən aldığını, Ramizlə qonşu olduğunu, oğlunu Neft şirkətində işə düzəltmək istədiyini deyərək ondan kömək istəmişdir. O, Cahangirdən oğlu barədə məlumat aldıqdan sonra bu barədə Cahangirə məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Cahangirə zəng vurub oğlu Cahangiri Socarda fəhlə kimi işə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində ondan 8500 manat pul istəmişdir. Lakin Cahangir imkanının olmadığını, mümkünsə bir az ucuz həll etməsini xahiş etmişdir. Bundan sonra o, Cahangirə yekun 6500 manata bu işi həll edəcəyinə söz vermişdir. Təxminən bir neçə gün sonra Cahangir ona xatırlamadığı taksi sürücüsü ilə 5000 manat pul və oğluna məxsus sənədlərin surətlərini göndərmişdir. O, taksi sürücüsü ilə Lökbatan qəsəbəsində görüşmüş, 5000 manat pulu və Cahangirin göndərmiş olduğu sənədləri almışdır. xx xxxxxx 2018-ci il tarixdə o, Ramizlə görüşmək üçün Şirvan şəhərinə getmiş, orada olan zaman Cahangirlə görüşüb pulun qalan hissəsinidə götürmək istəmiş, həmin günü o, Cahangirlə Şirvan rayonu X5 həyətində görüşmüş və Cahangirdən 1500 manat pulu da almışdır. Pulu aldıqdan sonra bir daha Cahangirə narahat olmamasını Eldar adlı tanışının vasitəsi ilə işi tez bir zaman ərzində həll edəcəyini bildirmişdir. O, həqiqətən də Cahangirin oğlunu dövlət Neft şirkətində işə düzəltmək üçün Eldar adlı tanışından xahiş etmiş, lakin bunun müqabilində Eldar ondan hər hansı bir məbləğdə pul istəməmiş və ya o, Eldara hər hansı bir məbləğdə pul verməmişdir. Cahangirdən almış olduğu pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Belə ki, bir müddət sonra Cahangir işin alınmadığını görüb ondan vermiş olduğu 6500 manat pulu geri istəmişdir. O, Cahangirə narahat olmamasını pulu geri qaytaracağını bildirmişdir. Bu məqsədlə ilkin olaraq 1200 manat pulu poçt vasitəsi ilə Cahangirin həyat yoldaşı Gülşənin adına göndərmiş, pulun qalan hissəsinidə qaytaracağı barədə söz versə də sonradan maddi imkan ucbatından pulu geri qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 2017-ci ildən Qobu qəsəbəsində yumurta aldığı Nüşabənin qohumu kimi tanımışdır. 2017-ci ilin iyun ayında o, yenidən Qobu qəsəbəsində Nüşabədən yumurta alan zaman Nüşabə qardaşı qızı Kübranın ali təhsilli olduğunu, anası Məsməxanımın onu işə düzəltmək istədiyini bildirmişdir. O, həmin zaman pula ehtiyacı olduğu üçün problem olmadığını, Məsməxanımın qızını işə düzəldə biləcəyini bildirmişdir. Həmin zaman Nuşabədən qızı çağırmasını istəmiş və bir müddət sonra Kubra anası Məsməxanım ilə onun yanına gəlmişdir. O, ondan hansı ixtisas üzrə təhsil aldığını soruşduqda o, BDU-nun ekologiya və ətraf mühitin mühafizəsi fakültəsini bitirdiyini bildirmişdir. Bundan sonra o, Kübraya onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Kübra çıxıb getmişdir. O, anası Məsməxanım və Nüşabəyə Kübranı 2500 manat müqabilində qeyd etdiyi Nazirliyə işə düzəldə biləcəyini demişdir. Onlar onun dediyi ilə razılaşmışlar, 2017-ci ilin iyul ayının 18-də o, Nüşabəyə zəng vuraraq Kübranın şəxsiyyət vəsiqəsi və diplomunun surəti ilə 800 manat pul lazım olduğunu bildirmişdir. Nüşabə etiraz etməmiş və bir saat sonra onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində Kapital Bankın qarşısında Məsməxanım ilə görüşmüşlər və Məsməxanımdan 800 manat pulu və sənədlərin surətlərini almışdır. Pulu alıqdan sonra onlara narahat olmamalarını, Kübranın işi ilə bağlı məsələləri başladacağını bildirmişdir. Aradan təxminən iki ay keçdikdən sonra o, yenidən Məsməxanımla əlaqə saxlayıb əlavə 700 manat pul lazım olduğunu bildirmiş, Məsməxanım razılıq verdikdən sonra o, Qobu qəsəbəsinə getmiş və orada Nüşabənin evində Məsməxanımdan 700 manat pul almışdır. Orada söhbət zamanı o, onlara narahat olmamalarını Kübranın işinin gecikdiyini lakin pulu tam şəkildə ödədikdən bir neçə vaxt sonra işə çıxacağını bildirmişdir. Bundan sonra o, oradan getmişdir. Məsməxanım onunla mütəmadi əlaqə saxlamış və qızı Kübranın işi ilə maraqlanmışdır. O, hər dəfə ona yalan vədlər vermişdir. Belə ki, o, Kübranın işi üçün heç kimlə danışmamış və heç kimə heç nə deməmişdir. Məsməxanımdan aldığı pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Sonuncu dəfə 2018-ci ilin mart ayının əvvəllərində Məsməxanım ilə danışan zaman ona Kübranın işinin demək olar ki hazır olduğunu və yekun olaraq 1000 manat pulun verilməli olduğunu bildirmişdir. Bundan sonra Məsməxanım etiraz etməmiş və 1000 manat pulu verə biləcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, Qobu qəsəbəsində Nüşabənin evində Məsməxanımdan 1000 manat pulu almış və aradan keçən müddət ərzində Məsməxanım dəfələrlə onunla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuşdur. O, isə müxtəlif bəhanələr gətirərək Məsməxanımı aldatmışdır. Lakin. Məsməxanımdan qızı Kübranın işi həll etmək adı ilə aldığı 2500 manatı öz şəxsi məqsədləri üçün xərcləmişdir. Daha sonra işi həll etmədiyinə görə Məsməxanıma narahat olmamasını almış olduğu pulu qaytaracağını bildirmişdir. Lakin sonradan maddi imkan ucbatından pulu qaytara bilməmişdir. Bir neçə dəfə Çimnazla danışan zaman Rüstəm onun yanında olmuş, Rüstəm onun Zərərçəkmiş şəxs1 pul aldığını bilmiş, lakin, o, almış olduğu pulu heç kimə vermədən öz şəxsi məqsədləri üçün xərcləmişdir. Əvvəlki ifadələrində almış olduğu pulu Rüstəmə verdiyini isə məsuliyyətdən qismən yayınmaq üçün demişdir. Həmçinin Rüstəm onun yanında olan zaman dəfələrlə Zərərçəkmiş şəxs1 ona zəng vurub pulunu geri istəmişdir. Bu səbəbdən o, Rüstəmdən pulu ona verməsini və yaxın vaxta geri qaytaracağı barədə danışmasını istəmişdir. Rüstəm ona etiraz etməmiş və Çimnazla danışaraq pulun onda olduğunu bildirmişdir. Eldar adlı şəxsin anket məlumatlarını bilmir, Eldarla təxminən 2-3 ildir ki, tanışdır. Eldarın neft şirkətində işlədiyini bilmiş, lakin konkret olaraq hansı idarədə və hansı vəzifədə işlədiyini bilməmişdir. Eldarla söhbət zamanı Eldar bir neçə tanışlarını neft şirkətində işə düzəltdiyini bildirmişdir. O, Eldarın adından istifadə edib Nailə və Cahangirdən pul almış, Nailə və Cahangirin uşaqlarının işə qəbulu ilə bağlı Eldarla görüş zamanı demiş, Eldar imtahandan keçdikdən sonra köməklik göstərə biləcəyini bildirmişdir. Lakin o, almış olduğu puldan heç vaxt Eldara heç nə verməmişdir. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, xəstəliyinin olmasını, İİ qrup əlil olmasını, evli olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxsittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1992-ci ildən hazırki vaxta kimi Respublika Klinik Xəstəxanasında böyük tibb bacısı işləyir. X17 üçün iş axtaran zaman iş yoldaşı Zərərçəkmiş şəxs10 qızının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Elmirin Şahnaza borcu olmuş, 2019-cu ilin mart ayında Əcəmi metro stansiyasının qarşısında Şahnazla birlikdə Elmirlə görüş təyin edib, görüşmüşlər və Elmirlə görüş zamanı Elmir özünün və qohumlarının dövlət orqanlarında və dövlət neft şirkətində yüksək vəzifəli tanışlarının olduğunu bildirmişdir. Bundan sonra o, Elmirə öz X17, bacısı oğlu X14 və bacısı qızı Zərərçəkmiş şəxs2 işə düzəltmək istədiyini bildirmişdir. Söhbət əsnasında Elmir özü illər ərzində Socar şirkətində işlədiyini, yüksək vəzifədə işləyən qohumu olduğunu və oğlu Tural ilə bacısı oğlu Əlini Socar şirkətində işə düzəldə biləcəyini, bacısı qızını isə istənilən orta məktəbə xarici dil müəlliməsi kimi işə düzəldə biləcəyini bildimişdir. O, Elmirdən bunun müqabilində nə qədər pul verəcəyini soruşduqda, Elmir neft şirkətinə işə düzəlmə üçün hər şəxsə 8000 manat pul verəcəyini bildirmişdir. O, Elmirlə razılaşmış və bundan sonra Elmir əvvəl işin başlanması üçün minimum 2000 manat verməsini bildirmişdir. O, razılaşaraq, bu məsələdən bir neçə gün sonra Elmirlə Əcəmi metrostansiyasının yaxınlığında olan restoranda görüşüb, ona bacısı oğlu Əlinin işinə görə 2000 manat pul vermiş, həmçinin həmin vaxt bacısı oğlu Əlinin anket məlumatlarını vermişdir. Bacısı oğlu Əlini işə düzəltmək istəyi barədə Əlinin xəbəri olmamış, 2000 manat pul isə özünə məxsus olmuşdur. O, bacısı oğlu Əlini sevindirmək üçün bu addımı atmışdır. Həmin vaxt Elmir söz vermişdir ki, bacısı oğlu, oğlu və bacısı qızının işlərini 2019-cu ilin may ayının ortalarına kimi hazır olacağını və həmin vaxt onun qalan pulları da verəcəyini bildirmişdir. Bu məsələdən bir neçə gün sonra o, atası ilə evə gedərkən Elmir ona zəng vuraraq, oğlu Turalın işi ilə bağlı da nəyə imkanı çatırsa verməsini, təcili olduğunu bildirmişdir. Həmin vaxt Elmir Binəqədi şossesində yerləşən Zəngəzur şadlıq evinin yanında gözlədiyini demişdir. Həmin vaxt o, atasına 2500 manat pul vermiş və atası gedərək Elmirə həmin pulu Elmirin dediyi ünvanda çatdırmışdır. Bu məsələdən bir neçə gün sonra yenə Elmirlə danışmış və bacısı qızı Səkinə özü 3500 manat pulu və sənədlərini Yasamal rayonunda Rabitə texnikomunun yanında Elmirə vermişdir. Həmin vaxt Elmir taksi avtomobili ilə gəlmişdir. Bu məsələlərdən sonra Elmirlə hər dəfə danışdıqda Elmir oğlunun, bacısı oğlunun və bacısı qızının işlərinin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. O da, Elmirə inanmışdır. Belə ki, Elmir onun yanında özünü və qohumlarını çox nüfuzlu insan kimi göstərmişdir. Hətta 2019-cu ilin aprel ayında iş yoldaşları olan Mətanət və Kübrə adlı qadının attestasiyadan keçirilmələri ilə bağlı kömək lazım olduqda o, onlara Elmir adlı şəxsin olduğunu danışdıqda, onlar ondan xahiş etmişlər ki, Elmirlə danışsın və Elmir onlara kömək etsin. O, Elmirlə bu barədə danışdıqda Elmir heç bir problem olmadığını və hər biri 2000 manat pul versə onlan attestasiyadan keçirəcəyini bildirmişdir. O, bu barədə Mətanət və Kübrayə danışdıqda onlar razı olmuşlar və ona həmin pulu vermişlər ki, aparıb Elmirə çatdırsın. Lakin Mətanət pulu verdikdən təxminən 1 saat sonra ondan gəlib vermiş olduğu 2000 manat pulu geri alaraq imtahandan özü keçəcəyini bildirmişdir. Bundan sonra o, heç bir etiraz etməmiş, Kübranın pulu isə onda qalmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Qoç» adlı restoranda Elmirlə görüşərək özündə olan Kübraya məxsus 2000 manat pulu Elmirə vermişdir. Həmin vaxt yanında Şahnaz da olmuşdur. Elmir söz vermişdir ki, may ayının sonuna kimi attestasiya məsələsini həll edəcək. Bu məsələdən sonra bilik səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən attestasiyada iş yoldaşı Zərərçəkmiş şəxs7 kəsilmiş və ondan xahiş etmişdir ki, əgər tanışı varsa ona köməklik etsin. O da, bu barədə Elmirlə danışmış və Elmir heç bir problem olmadığını bildirmiş, 900 manat müqabilində bu işi həll edəcəyini demişdir. Bu səbəbdən də 2019-cu ilin may ayının əvvəllərində Elmirlə bacısı qızı Səkinə Yasamal rayonunda yerləşən Milli Onkologiya Mərkəzinin yanında görüşüb 900 manat pulu ona vermişdir. Həmin vaxt Elmir taksi avtomobili ilə gəlmişdir. Bu söhbətdən sonra dəfələrlə Elmirlə danışdıqda hər dəfə ona söz vermişdir ki, narahat olmasın bu gün-sabah iş həll olunacaq, əvvəlcə bacısı qızının işi, dalınca oğlu və bacısı oğlunun işi həll olunacaqdır. Lakin nə qədər vaxt keçməsinə baxmayaraq Elmir ona vəd verdiyi işləri həll etməmiş və o, yavaş-yavaş başa düşməyə başlamışdır ki, Elmir onun etibarından sui-istifadə edərək onu aldadıb pulları ələ keçirmişdir. Həmçinin attestasiya ilə bağlı Elmirə verdiyi pulların müqabilində də sonuncu vəd verdiyi kimi heç bir iş görməmişdir. O, Elmirin onu aldatdığını görüb onunla telefonla danışaraq pulları geri tələb etməyə başlamışdır. Həmin vaxt Elmir onunla danışa-danışa Rüstəm adlı şəxsə yığıb 9000 manat pulu qaytarmasını bildirmişdir. Elmir ona ondan aldığı pulları Rüstəm adlı şəxsə verdiyini bildirmişdir. Lakin o, Elmirə Rüstəmi tanımadığını, ona heç bir pul vermədiyini deyib pullarını geri tələb etmişdir. Lakin Elmirin onu hər dəfə aldadaraq pulları qaytarmadığını görüb o, Elmir barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmçinin Kübra və Alladan alınan ümumilikdə 2900 manat pulu o özü həmin şəxslərə qaytarmışdır. O, Elmirə pulu ilk olaraq 2019-cu ilin mart ayının ortalarında Əcəmi metrosunun yaxınlığında ilk görüşlərindən sonra aralarında olan razılaşmaya görə bir neçə gün sonra bacısı oğlu Əlinin işinə görə vermişdir. Elmir onunla söhbət zamanı uzun müddət SOCAR-da yüksək vəzifədə işlədiyini, hal hazırda səhhəti ilə əlaqədar təqaüddə olduğunu lakin həmin şirkətdə yüksək nüfuzunun olduğunu bildirmişdir. Həmçinin o tanışlarının vasitəsi ilə Əlini SOCAR şirkətində işə düzəldə biləcəyini bildirmişdir. Söhbət zamanı bacısı oğlu Əlinin vəzifəsi barədə heç nə deməmiş, lakin aylıq məvacibin 1000 manatdan yuxarı olacağını bildirmişdir. O, bacısı oğlu Əlinin yerinə öz cibindən pulu vermişdir. Zərərçəkmiş şəxs2 onun bacısı qızıdır. Səkinə məktəblərdən birində kitabxanada işləyir. Lakin İngilis dili müəlliməsidir. Elmirlə ilk dəfə görüşəndən sonra Səkinəyə bu barədə danışmış və Səkinə əgər alınarsa Elmirin vasitəsi ilə işə düzəlmək istədiyini bildirmişdir. Bir neçə gün sonra yəni 2019-cu ilin mart ayının ortalarında Elmir ilə telefonda danışarkən Elmir Bakı şəhəri 283-cü nömrəli məktəbə bacısı qızını İngilis dili müəlliməsi kimi düzəldə biləcəyini və bunun müqabilində ilkin olaraq 3500 manat pul lazım olduğunu bildirmiş, bundan sonra o, Səkinə ilə danışmış və Elmirlə görüşüb aparıb ona 3500 manat pul verməsini tapşırmış, həmin gün Səkinə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Rabitə və Nəqliyyat kollecinin qarşısında Elmir ilə görüşərək ona 3500 manat pulu vermişdir. Elmir, oğlu Tural ilə bağlıda ona eyni tip vədlər vermişdir. Elmir oğlu Turalı da SOCAR şirkətində yüksək məvacibli işə düzəldəcəyini bildirmiş və bunun müqabilində ondan ilkin olaraq 2500 manat pul istəmiş və həmin pulu həmin gün atası Əsabəli vasitəsi ilə göndərmişdir. 2019-cu ilin mart ayının sonlarında atası Elmir ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən “Zəngəzur" şadlıq sarayının qarşısında görüşərək vermişdir. Kübra və Alla adlı qadınlar onun iş yoldaşlarıdırlar. Onlarla aralarında heç bir problem olmamışdır. Qohumlarının işləri üçün telefonda Elmir ilə danışan zaman onlar söhbətləri eşitmiş və attestasiyadan keçməkdə köməklik üçün ondan Elmirlə danışmağı istəmişlər. Belə ki, Kübra və Mətanətin işi üçün Elmirlə danışanda Elmir ondan hərəsi üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Kübra və Mətanətə dedikdə onlar razılaşmış və 4000 manat pulu ona vermişlər. Lakin sonradan Mətanət ondan gəlib 2000 manatı geri almışdır. O, həmin pulu 2019-cu ilin aprel ayının əvvəllərində iş yoldaşı Şahnaz ilə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Qoç” restoranının qarşısında Elmirlə görüşüb 2000 manatı ona vermişdir. İş yoldaşı Alla üçün isə Elmir 900 manat pul istəmişdir. O, həmin pulu bacısı qızı Səkinə ilə Elmirə göndərmişdir. Elmir ona vəd verən zaman deputat Məlahət İbrahimova adlı qadının onun yaxın qohumu olduğunu və o, bütün məsələləri onun vasitəsi ilə düzəldəcəyini bildirmişdir. O, Rüstəm adlı şəxsi tanımır. Rüstəmlə heç vaxt görüşməmiş və ona heç bir pul verməmişdir. O, Elmirə, ilkin olaraq bacısı oğlu Əlinin işi üçün 2000 manat, sonra oğlu Turalın işi üçün 2500 manat, bacısı qızı Səkinə öz işi üçün 3500 manat, iş yoldaşı Kübra üçün 2000 manat, iş yoldaşı Alla uçün 900 manat vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Təfəkkür Universitetinin Filologiya və ingilis dili fakültəsini bitirmiş, ixtisası İngilis dili müəlliməsidir, Zərərçəkmiş şəxs1 onun xalasıdır. 2019-cu ilin mart ayında xalası ilə söhbət zamanı xalası iş yoldaşının vasitəsi ilə Elmir adlı şəxslə tanış olduğunu və Elmirin əlaqələrinin geniş olduğunu bildirmişdir. Xalası ondan xəbərsiz Elmirə onu işə düzəltməsi barədə demişdir. Elmir isə heç bir problem olmadığını qeyd etmişdir. Bu barədə o, ailə üzvlərinə də məlumat vermiş və onlar da, razılıq verdikdən təxminən 2 gun sonra o, Elmir ilə Bakı şəhəri Yasamal rayonu Rabitə Kollecinin qarşısında görüşmüşdür. Elmirlə söhbət zamanı ondan harada nə işə düzəlmək istədiyini soruşduqda, o, ixtisasının İngilis dili müəlliməsi olduğunu və Bakı şəhərində məktəblərdən birində müəllimə kimi işləmək istədiyini bildirmişdir. Bu zaman Elmir ondan yaşadığı Binəqədi rayonuna yaxın 283 nömrəli məktəbə işə düzəlmək istədiyini soruşmuş, həmin təklif ona sərf etdiyi üçün o, razılaşmışdır. Bundan sonra həmin iş üçün nə qədər pul lazım olduğunu soruşduqda Elmir bu işin müqabilində ümumilikdə 6000 manat lazım olduğunu bildirmişdir. O, isə ilkin olaraq 3500 manat pul verəcəyini işə çıxdıqdan sonra qalan hissəni də verə biləcəyini demişdir. Elmir onunla razılaşdıqdan sonra o, üzərində olan və özünə məxsus 3500 manat pulu vermişdir. Elmir pulu aldıqdan sonra narahat olmamasını yaxın vaxtlarda ən gec 2019-cu ilin may ayının ortalarında əmrin olacağını bildirmişdir. Bundan sonra o, çıxıb getmiş və bir dəfədə olsun Elmir ilə danışmamışdır. Çünki bu barədə Elmir ilə xalası Çimnaz danışmışdır. Bundan sonra aradan təxminən 10-15 gün keçdikdən sonra xalası Çimnaz ona zəng vuraraq yanına çağırmış və ona 900 manat pul verib, aparıb Elmirlə görüşüb ona verməsini bildirmişdir. Xalası Çimnazdan həmin 900 manatın nə olduğunu soruşduqda xalası iş yoldaşı Alla adlı qadının attestasiya məsələsini həll etmək üçün pul göndərdiyini bildirmişdir. Bundan sonra Elmirlə Bakı şəhəri Yasamal rayonu Milli Onkologiya xəstəxanasının yanında görüşərək ona xalasının verdiyi 900 manat pulu vermişdir. Bu zaman Elmirdən öz işi ilə əlaqədar soruşduqda Elmir narahat olmamasını yaxın vaxtlarda işinin həll olunacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, X3 2005-ci ildən qonşu kimi tanımış və münasibətləri yaxşı olmuşdur, Ramiz həmçinin Qarasu Neft şirkətində şöbə müdiri işləmişdir. xx xxxxxx 2017-ci il tarixdə məhəllədə Ramizlə söhbət zamanı Ramiz müxtəlif şəxsləri neft şirkətinə işə düzəldə biləcəyini bildirmiş və bunun üçün 6000 manat xərc lazım olduğunu bildirmişdir. O da, bununla bağlı oğlu Həsənağanı işə düzəltmək istədiyini bildirmişdir. Ramiz heç bir problem olmadığını, işi 6000 manat müqabilində düzəldəcəyini bildirdi. Həmin pulun isə kursa və kursun sonunda alınan sertifikatlar üçün lazım olduğunu demişdir. O da, Ramizlə razılaşmışdır. Ramiz sonradan pulun 6500 manat olacağını bildirmiş və o da, razılaşaraq, xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Ramizlə ünvan 11 saylı ünvanın qarşısında görüşərək, 5000 manat pul vermiş, qalan 1500 manatı isə oğlu işə düzələndən sonra verəcəyini bildirmişdir. Ramiz ondan 5000 manat pulu alandan sonra Təqsirləndirilən şəxs telefon nömrəsini verərək, onunla əlaqə saxlamasını bildirmişdir. O da, Elmirə məxsus mobil telefon nömrəsi ilə əlaqə saxladıqda, Elmir oğlunun diplomunun və şəxsiyyət vəsiqəsinin şəklini «whatsapp» vasitəsilə göndərilməsini istəmişdir. O da, sonradan Elmirə məxsus telefon nömrəsinə «whatsapp» vasitəsi ilə oğlunun diplomunun və şəxsiyyət vəsiqəsinin şəkillərini göndərmişdir. xx xxxxxx 2017-ci il tarixdə Elmir ona zəng vuraraq, oğlunun işinin düzələcəyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə isə, o, Şirvan şəhərində Ramizlə görüşərək 1500 manat pulu Ramizə vermişdir. Lakin, sonradan Elmir və Ramiz hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzadaraq mart ayına kimi gətirsələr də, oğlunun işini düzəltməmişlər. 2018-ci ilin aprel ayında isə artıq o, Ramiz və Elmirin onu aldatdıqlarını düşünərək pulunu geri tələb etməyə başlamış, onlar isə pulu qaytaracaqlarına söz versələr də, pulu qaytarmamışlar, yalnız xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs onun arvadının adına poçt vasitəsi ilə 1200 manat pulu göndərib geri qaytarsa da, qalan pulu qaytarmamışdır. Buna görə də, o, daha sonra bununla bağlı Şirvan rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs10 qızı və Zərərçəkmiş şəxs11 ifadələrində Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs3 qızı ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Respublika Kliniki Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Belə ki, 2019-cu ilin mart ayında işlədiyi sahə üzrə Səhiyyə Nazirliyi tərəfindən attestasiya imtahanları keçiriləcəyini öyrənmiş və o, imtahandan müsbət nəticə almasına tam emin olmuşdur. Lakin işini möhkəmləndirmək istəmişdir. Belə ki, indiki çətin zamanda işini itirmək istəməmişdir. Bu barədə iş yoldaşı Mətanət ilə işdə olan zaman söhbət etmiş və imtahandan narahat olduğunu Mətanətə deyəndə Mətanət də, onunla eyni narahatçılığı yaşadığını və münasib adam olsaydı onunla məsələni həll etdirmək üçün danışmaq istədiyini bildirmişdir. Belə bir neçə gün bu barədə söhbət edən zaman digər iş yoldaşları Zərərçəkmiş şəxs1 Elmir adında bir nəfər şəxsi tanıdığını, Çimnazın həmin şəxsə öz oğlunu və digər qohumlarını işə düzəltdirmək üçun pul verdiyini öyrənmişlər. Bu barədə o, və Mətanət Çimnazın yanına gedib onunla söhbət etmişlər, Çimnazdan həmin şəxsin kim olduğu barədə soruşduqda Çimnaz həmin şəxsi yeni tanıdığını, onun deputat qohumu olduğunu, özünün isə SOCAR-da məsul vəzifələrdə işlədiyini bildirmişdir. Onlar Çimnazdan həmin şəxsin etibarlı adam olub olmadığını və onlarında işini həll edib etməyəcəyini soruşmuşlar. Bu zaman Çimnaz bir daha onlara həmin şəxsi yeni tanıdığını, normal adama oxşadığını bildirib onların məsələsi ilə maraqlanacağını bildirmişdir. Təxminən bir iki gün sonra Çimnazla söhbət zamanı Çimnaz Elmir ilə danışdığını, Elmirin işi həll edəcəyini lakin hərəsindən 2000 manat pul istədiyini bildirmişdir. O, və Mətanət etiraz etməmişlər və 4000 manat pulu bir gün sonra Elmirə çatdırması üçün işlədikləri xəstəxanada Çimnaza vermişlər. Lakin bir neçə saat sonra Mətanət gedib Çimnaza verdiyi 2000 manatı geri almışdır. Həmin gün Çimnaz digər iş yoldaşları Şahnaz ilə onların verdiyi pulu Elmirə vermək üçün getmişlər. Aradan bir neçə saat sonra Çimnaz onun yanına gəlib Nizami metrostansiyasının yaxınlığında Elmirlə görüşüb 4000 manat pulu ona verdiyini bildirmişdir. Həmin zaman Elmir Çimnaza narahat olmamasını, imtahanın həll olunacağını vəd etmişdir. Aradan bir neçə vaxt keçdikdən sonra Çimnazla söhbət zamanı, Elmirin onu aldatdığını, vermiş olduğu vədə əməl etmədiyini, onu böyük xərcə saldığını, hal hazırda isə vermiş olduğu pulları geri ala bilmədiyini bildirmişdir. Həmin zaman o, və Mətanət pulları barədə soruşduqda Çimnaz heç nə deməmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Çimnaz ona aldığı 2000 manat pulu geri qaytarmışdır. O, 2000 manatı götürüb Çimnazdan pulu geri alıb almadığını soruşmuşlar. Çimnaz isə, Elmirin onu aldatdığını, telefonlarına cavab vermədiyini bildirmiş, onlara qaytarmış olduğu pulu isə öz cibindən verdiyini bildirmişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs görməmiş və ona heç bir pul verməmişdir. O, Zərərçəkmiş şəxs1 pul verməzdən əvvəl onun öz oğlu və qohumlarını işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul verdiyindən xəbəri olmuşdur. Sonradan isə iş yoldaşı Allanın attestasiya imtahanı üçün Təqsirləndirilən şəxs verilməsi üçün Çimnaza pul verdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının ortalarında işlədiyi Şirvan OİL şirkətində olarkən, sex rəisi Ramiz Axverdiyevlə aralarında olan söhbət zamanı Ramiz ondan oğlunun nəyə görə işləmədiyini soruşmuş və o, oğluna münasib işə tapa bilmədiyini bildirmişdir. Həmin vaxt Ramiz ona bir nəfər Təqsirləndirilən şəxs adlı tanışı olduğunu və Elmirin onun oğluna iş tapa biləcəyini bildirərək, Elmirə məxsus mobil telefon nömrəsini ona vermişdir. O da, Ramizin dediyi kimi Elmir ilə telefon əlaqəsi saxlayıb, oğluna iş tapması barədə danışdıqda, Elmir onun oğlunu Şirvan OİL şirkətinə ilkin olaraq fəhlə kimi və daha sonra, isə mühəndis kimi işləməsi üçün işi həll edəcəyini və bunun üçün ümumilikdə 9500 manat pul alacağını bildirmişdir. O, Elmirə həmin pulu hissə-hissə verə biləcəyini bildirmiş, Elmir də razılaşaraq pulu poçt vasitəsi ilə göndərməsini bildirmişdir. O da, Ramizin sözünə arxayın olaraq Elmirə inanmış və xx.xx.2017-ci il tarixdə 5000 manat pulu Şirvan mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına göndərmişdir. Elmir isə ona oğlunun işinin 2018-ci ilin yanvar ayına kimi düzələcəyinə söz vermişdir. Sonradan o, qalan 4500 manat pulu da düzəltmiş və xx.xx.2017-ci il tarixdə növbəti dəfə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Elmir də pulu alaraq, oğlunun işinin yanvar ayında düzələcəyinə əmin etmişdir. Sonradan Elmir işin 2018-ci ilin aprel ayına kimi uzanacağını bildirmiş, o həmin vaxta kimi gözləmiş, lakin Elmir sonradan müxtəlif bəhanələr gətirməklə işi uzatmağa başlamışdır. Sonradan o, qonşuluqda yaşayan Gülşən adlı qadından Ramizin vasitəsi ilə tanıdıqları Elmir adlı şəxsin onlan aldadaraq pullarını alıb oğlu Həsənağanı işə düzəltmədiyini öyrənmiş və Elmirin onu da aldatdığını başa düşərək, Elmirdən pulunu tələb etsə də, Elmir pulu qaytarmadığından, o bu barədə Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X8 onun baldızıdır və münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Nüşabənin vasitəsi ilə tanımışdır. Belə ki, X1 məktəbdə daimi müəllimə işləməsi üçün imtahanda kömək edəcəyini bildirərək ondan 2100 manat pul almışdır. O da, Elmirin onun qızı Kübranı işə düzəltməsi üçün köməklik edə biləcəyini soruşduqda, Elmir Nüşabənin yanında ona qızını Ekologiya və Təbii Sərvətlər nazirliyinə işə düzəldəcəyini demişdir. Buna görə də, ona 2500 manat pul verməli olduğunu demişdir. O da, onunla razılaşmış və xx xxxx 2017-ci il tarixdə Elmir ona zəng edərək Kübranın işi ilə əlaqədar olaraq ilkin 800 manat pulu, Kübranın şəxsiyyət vəsiqəsinin və diplomunun surətini hazır etməsini tapşırmış və o, həmin gün pulu və sənədlərin surətlərini hazırlayaraq, Elmirin dediyi ilə Nüşabəyə vermiş, Nüşabədən isə həmin pulu və sənədlərin surətini Elmirin sürücüsü kimi göndərdiyi Vidadi adlı şəxs götürərək getmişdir. 2017-ci ilin sentyabr ayının ilk 10 günlüyündə Elmir onunla əlaqə saxlayaraq qızının işi ilə əlaqədar olaraq 700 manat pulu istəmiş və o da, həmin Nüşabənin evində Elmirə pulu vermişdir. Bundan sonra, xx xxxx 2018-ci il tarixdə Elmir ona zəng edərək qızı Kübranın işi ilə əlaqədar olaraq 1000 manat pul hazır etməsini və gəlib götürəcəyini bildirmiş, o da, həmin gün saat 14 radələrində Nüşabənin ata evində Elmirlə görüşərək həmin pulu Elmirə vermişdir. Lakin, sonradan Elmirin onların aldatması məlum olmuş, Elmir Nüşabədən aldığı 2100 manat puldan 800 manatını qaytarsa da, lakin, ondan aldığı puldan heç bir məbləğdə qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkən şəxs Zərərçəkmiş şəxs7 Andeyevna ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Belarusiya Respublikasında anadan olsa da, uşaq yaşlarından Azərbaycan Respublikasında yaşayır. Həmçinin uzun müddətdir ki, Respublika Kliniki Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. 2019-cu ilin may ayının əvvəllərində işlədiyi sahə üzrə attestasiya imtahanları keçirilmişdir. O, imtahandan müsbət nəticə alsa da keçid üçün bir balı çatmamışdır. İşini itirmək istəməmiş bu səbəbdən həmin attestasiya imtahanından çatışmayan bir balını həll etmək üçün adam axtarmışdır. Bu zaman onunla eyni xəstəxanada işləyən Zərərçəkmiş şəxs1 söhbətlərini təsadüfən eşitmişdir, Çimnazla danışan zaman, öz oğlu və bacısı uşaqlarını işə düzəltmək üçün bir nəfər Elmir adlı şəxsə pul verdiyini, həmin Elmir adlı şəxsin çox nüfuzlu adam olduğunu bildirmişdir. Bundan sonra o, Çimnaza yaxınlaşaraq Elmir adlı şəxsin, attestasiya imtahanında ona köməklik edib etməyəcəyini soruşmuşdur. Çimnaz Elmir ilə danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. O, etiraz etməmiş və gözləyəcəyini bildirmişdir. Təxminən bir iki gün sonra Çimnaz ona Elmirin köməklik göstərəcəyini və bunun müqabilində 900 manat pul lazım olduğunu bildirmişdir. O, etiraz etməmiş və həmin gün Çimnaza 900 manat pul vermişdir, Çimnaz pulu aldıqdan sonra bacısı qızı Səkinəyə zəng vurub xəstəxanaya çağırmışdır, Çimnaz onun yanında Səkinəyə 900 manat pulu verib aparıb Elmirə çatdırmasını demişdir. Səkinə pulu alıb çıxıb getmişdir. O, Çimnaza gərək gedib özünün aparıb pulu verməsini bildirdikdə, Çimnaz narahat olmamasını, Elmirin Səkinəni məktəbdə müəllimə düzəltmək üçün söz verdiyini və bunun müqabilində 3500 manat pulu özünün görüşüb verdiyini demişdir. Bundan sonra o, rahat olmuşdur. Aradan bir qədər müddət keçdikdən sonra Çimnaz, Elmirin onu aldatdığını, vermiş olduğu vədə əməl etmədiyini, onu böyük xərcə saldığını, hal-hazırda isə vermiş olduğu pulları geri ala bilmədiyini bildirmişdir. Həmin zaman o, Çimnazdan vermiş olduğu 900 manat barədə heç nə soruşmamışdır. Aradan təxminən 2-3 gün keçdikdən sonra Çimnaz ona gətirib 900 manat pulu qaytarmışdır. O, Çimnazdan pulu aldığını soruşduqda o, Elmirin onu aldatdığını, telefonlarına cavab vermədiyini bildirmişdir. Bundan sonra Çimnaz ona Elmir ucbatından heç kimlə pis olmaq istəmədiyini bu səbəbdən həmin 900 manatı öz cibindən qaytardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişşahid Zərərçəkmiş şəxs9 ibtidai istintaqa verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş270/KEŞ saylı, xx.xx.2019-cu il tarixliekspert rəyinə əsasən Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda «Şəkərli diabet. Diabetik angiopatiya və sağ aya baş barmağının dirnaq altı dolaması» kimi xəstəliklərinin olduğu müəyyən edilir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tanxli, 305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli affektiv tipli şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinininTəqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Zərərçəkmiş şəxs1 iş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 iş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 qızının iş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 iş materiallarında olan xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 iş materiallarında olan xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 iş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 Andeyevnanın iş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqrammasına əsasən təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs evli olmaqla xx.xx.1996-cı il təvəllüdlü Rəsul adlı oğlu vardır. Təqsirləndirilən şəxs iş materiallarına əsasən İİ qrup əlilliyi vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, uşağının olmasını, İİ qrup əlil olmasını, şəkərli diabet xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutulmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixli qərarla həbs qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. 02 ay həbsdə və ev dustaqlığında olmuşdur. Sonradan Təqsirləndirilən şəxs axtarışda olduğu üçün yenidən xx.xx.2019-cu il tarixdə tutulmuş, Şirvan şəhər prokuroru vəzifəsini icra edən H.Hənifəyevin xx.xx.2019-cu il tarixli qərarı ilə müstəntiqin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş, həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 01 gün həbsdə qalmışdır. Bununla da 02 ay 01 gün həbsdə və ev dustaqlığında olmuşdur. Bundan sonra qətimkan tədbirinin şərtlərini pozulduğu üçün barəsində xx.xx.2020-ci il tarixdə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Hazırkı vaxtadək ev dustaqlığındadır. Bununla da sonuncu qətimkan tədbiri üzrə 07 ay 03 gün həbsdə və ev dustaqlığında olub. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 09 ay 04 gün həbsdə və ev dustağlığında olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdə və ev dustaqlığında saxlanıldığı 09 ay 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 22 gün (on bir ay iyirmi iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar