Məhkəmə qərarları › İş №1(004)-198/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-198/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-198/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «Construction» şirkətində «rigger» işləyən, əvvəllər məhkum olunmayan, Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30, bina 6, mənzil 201-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və etmə aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bəhrəm ona yaxınlaşaraq «050 211» ilə başlayan «Azərcell» nömrəsi lazım olduğunu bildirmişdir. O,Bəhrəmə «BP» şirkətinin tərkibində olan «Azfen» neft şirkətində işlədiyini bildirmişdir.Eyni zamanda bu məsələdə Bəhrəmə köməklik edə biləcəyini bildirmişdir. Bir müddət sonra hazırda xatırlamadığı telefon mağazasından 4 ədəd "xxxx" mobil telefon nömrəsi almış və pul lazım olduğu üçün Bəhrəmi aldadıb həmin nömrələrin “211»-lə başlamasını bildirərək öz şəxsi ehtiyaclarına xərcləmək üçün pul almaq qərarına gəlmişdir.Bu məqsədlə o Bəhramdan 840 manat pul almışdır ki,öz ehtiyacları üçün xərcləsin. O həmin 840 manat pulun 20.04.2021-ci il tarixdə 16:00 radələrində 290 manatını futbol oyunlarına kupon şəklində «Lider» telekanalın yanında Şəfayət Mehtiyev küçəsində yerləşən avtobus dayanacağında almışdır. Yerdə qalan 550 manatını isə 21.04.2021-ci il tarixdə saat 16 radələrində nömrələri verərkən ələ keçirmişdir. Sonradan Bəhrəm ondan telefon nömrələri üçün verdiyi pulları istəmiş,imkanı olmadığından pulu qaytara bilməmişdir.Bundan əlavə, Elmir ondan iş yerində zavodda sürücü işi olub olmadığını soruşmuşdur. O, Elmirə sənədləri və pulu hazırlamasını və onu işə düzəldəcəyini vəd vermişdir. Elmir ona 18.05.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu,Neftçilər prospektində yerləşən «Marriot» otelin yanında saat təxminən 13 radələrində 1000 (min) manat pul vermişdir. 21.10.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, C.Cabbarlı küçəsində, Nizami metrosu iləüzbəüz yeləşən «Günay bank»ın inzibati binasının qarşısında Elmirdən 500 manat pulu almışdır.O Elmirə bir həftədən sonra imtahan olacağını bildirmişdir.Buna baxmayaraq iş alınmamış və «Covid 19» pandemiyası ilə əlaqədar ixtisarlar olmuş və o həmin ərəfədə pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu qaytara bilmədiyindən Elmir haqlı olaraq polisə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin aprel ayının 18-də Elvin ona yaxınlaşıb «050-211» ilə başlayan "xxxx" nömrələrinin olduğunu, və satmaq istədiyini bildirmişdir. Həmçinin «BP»-də işlədiyini, telefon nömrələrini almağa köməklik göstərə biləcəyini bildirmişdir. 21 aprel 2021-ci il tarixdə saat təxminən 16-17 radələrində Evlinlə o, Yasamal rayonu Ş.Mehtiyev küçəsində yerləşən avtobus dayanacağında görüşmüş, həmin dayanacaqda Elvinə 550 (beş yüz əlli) manat pul vermişdir.Elvin isə ona 4 ədəd qutuda üzərində "xxxx" yazısı olan yeni nömrələr vermişdir. Sonra isə o, hissə-hissə Elvinin göndərdiyi kart hesab nömrəsinə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 132/136 ünvanda yerləşən «Milli ön» aparatı vasitəsi ilə iki dəfə,birinci dəfə 21.04.2021-ci il tarixdə,saat 22:53-də 40 (qırx) manat, daha sonra isə eyni ünvanda yerləşən «Milli ön» aparatı vasitəsi 150 (yüz əlli) manat olmaqla ümumilikddə 190 (yüz doxsan) manatı köçürtmüşdür. 100 manat isə kupon şəklində Elvinə vermişdir.Ümumilikdə Təqsirləndirilən şəxs onu aldadıb etibarından sui istifadə etməklə 840 (səkkiz yüz qırx) manat pulunu ələ keçirmişdir.Həmin mobil telefon nömrələrinin birini mobil telefonuna daxil edib yoxladıqda ona məlum olmuşdur ki,həmin nömrə aktiv deyil. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 10.01.2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona dörd ədəd «50-211 »lə başlayan mobil telefon nömrələrini satmaq adı ilə ondan aldığı 840 (səkkiz yüz qırx) manat pulu tam şəkildə qaytarmışdır, heç bir şikayət və tələbi yoxdur (səh 158). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Elvin ona “BP”şirkətində sürücü işlədiyini demişdir. O, da Elvinə həmin şirkətdə işləmək istədiyini dedikdə,Elvin bu məsələni həll edə biləcəyini demişdir. Elvin bu işin həlli üçün 1500 (min beş yüz) manat pul tələb olunduğunu ona demişdir. O, da inanaraq Elvinlə razılaşmışdır.Təxminən 18 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində 1000 (min) manat pul düzəldib Bakı şəhəri, Səbail rayonu, “Marriot” otelin qarşısında Elvinlə görüşərək özünə məxsus “Lada Priora” markalı **-DU-*** dövlət nömrə nişanlı taksi avtomaşınında Elvinə vermişdir. Qalan 500 (beş yüz) manat pulu isə 21 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçısində yerləşən “Nizami”metrostansiyasının çıxışının qarşı tərəfində yerləşən “Günay Bank’ın inzibati binasının qarşısında Elvinə vermişdir. Elvin ümumilikdə 1500 (min beş yüz) manat pulu aldıqdan sonra bir həftədən sonra “BP’şirkətinin terminalına imtahana gedəcəyini ona demişdir. Lakin deyilən vaxt Elvin iş məsələsini həll etmədiyindən, eləcədə özünü şübhəli aparmağa başladığından o Elvindən pulunu geri qaytaramasını tələb etməyə başlamışdır. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 10.01.2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs onu işə düzətmək üçün aldığı 1500 (min beş yüz) manat pulu tam şəkildə qaytarmışdır heç bir şikayət və tələbi yoxdur (səh.157). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Zərərçəkmiş şəxs1, tanışı Təqsirləndirilən şəxs ona vermiş olduğu "xxxx" mobil operatoruna məxsus «050-211» sayı ilə başlayan "xxxx" Telekom MMC-də hər hansı nömrəyə bağlı olmayan ********************, ********************, ********************, ******************** seriyalı 4 ədəd Sim kartlar götürülmüş və bu barədə götürmə protokolu tərtib edilmişdir (səh. 10-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs «Milli ön» aparatı vasitəsi ilə iki dəfə, 21.04.2021-ci il tarixdə,saat 22:53-də 40 (qırx) manat, daha sonra isə növbəti dəfə eyni ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 132/136 ünvanda yerləşən «Milli ön» aparatı vasitəsi 150 (yüz əlli) manat olmaqla ümumilikddə 190 (yüz doxsan) ödəmə qəbzlərinin ksero surəti Zərərçəkmiş şəxs1 götürülmüş və bu barədə götürmə protokolu tərtib edilmişdir (səh. 15- 16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə Yasamal RPİ-nin TŞ- nin baş təhqiqatçısı polis baş leytenantı Elnur Hacıyev tərəfindən hadisə yerinə baxış keçirilərəkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu Yasamal rayonu,Ş.Mehtiyev küçəsində verməsi müəyyən edilmişdir (səh. 12-13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, 27 dekabr 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı,polis mayoru Nəsimi Seyidzadə tərəfindən ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununu əks etdirən 12 vərəqə Zərərçəkmiş şəxs2 götürülmüşdür (səh.91-92). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli “Ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş mesaj mətnlərinə baxış aparılması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ərizəsinə əlavə etmiş olduğu ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin qeyd edildiyi 12 vərəqəyə, 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış aparılmış və bu barədə protokol tərtib edilmişdir. ismarıc mətnlərinin məzmunundan belə görünür ki,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işlə bağlı məlumat verir və sonuncu Təqsirləndirilən şəxs işə düzəlməsi ücün verdiyi pulu geri qaytarması barədə məlumat verir (səh. 115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli “götürmə haqqında” protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərin ksero surətlərində onun, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 132/136 ünvanda yerləşən «Milli ön» aparatı vasitəsi ilə iki dəfə,birinci dəfə 21.04.2021-ci il tarixdə,saat 22:53-də 40 (qırx) manat, daha sonra isə eyni ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 132/136 ünvanda yerləşən «Milli ön» aparatı vasitəsi 150 (yüz əlli) manat olmaqla ümumilikddə 190 (yüz doxsan) manatı köçürməsi təsdiq olunur (səh. 15-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 10.01.2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki,21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona dörd ədəd «50- 211 »lə başlayan mobil telefon nömrələrini satmaq adı ilə ondan aldığı 840 (səkkiz yüz qırx) manat pulu tam şəkildə qaytarmışdır (səh. 158). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 10.01.2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki,21 oktyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs onu işə düzətmək üçün aldığı 1500 (min beş yüz) manat pulu tam şəkildə qaytarmışdır (səh. 157). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********************, ********************, ********************, ******************** seriyalı 4 ədəd Sim kartlar, 190 (yüz doxsan) ödəmə qəbzlərinin ksero surəti, “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununu əks etdirən 12 vərəqə cinayət işi üzrə sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (səh. 180-189). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən göründüyü kimi onun məhkumluğuna dair hər hansı bir məlumat yoxdur (səh. 171-172). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.01.2022-ci il “şübhəli şəxs qismində tutma barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 128-129). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (səh. 159-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13.05.2022-ci il tarixli, 30576 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 586,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, bundan əlavə dəymiş ziyanın 25 faizini yəni 585 azn məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 01.12.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ********************, ********************, ********************, ******************** seriyalı 4 ədəd Sim kartlar, 190 (yüz doxsan) ödəmə qəbzlərinin ksero surəti, “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununu əks etdirən 12 vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi qızının vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(004)-198/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış ********************, ********************, ********************, ******************** seriyalı 4 ədəd Sim kartlar, 190 (yüz doxsan) ödəmə qəbzlərinin ksero surəti, “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnlərinin məzmununu əks etdirən 12 vərəqə cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi qızına vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar