Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-199/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs, eyni zaman mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi və vəkili Nümayəndə, tərcüməçi X10, müdafiəçi «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, ərazisində inşa edilmiş sosial evlərdən mənzil alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 sosial evlərdən mənzil alınmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2020-ci ilin noyabr ayının ortalarında H.Əliyev adına Hava limanında sonuncunun rəfiqəsi Marina Eydliş vasitəsi ilə həmin dövrə olan məzənnə ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları və 100 manat, 2020-ci ilin dekab ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Asan xidmətin inzibati binasının qarşısında həmin dövrə olan məzənnə ilə 21.590 manat təşkil edən 12.700 ABŞ dolları, 2021-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyatov küçəsi ev 11B, mənzil 18-də həmin dövrə olan məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və həmin ünvannın yaxınlığında 900 manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 H.Əliyev adına Hava limanında həmin dövrə olan məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 2300 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 32.200 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması və hərrac yolu ilə ucuz qiymətə satılan evlərin alınmasında köməklik göstərə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 hərrac yolu ilə ucuz qiymətə ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 hərrac yolu ilə ucuz qiymətə ev alınmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 25 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 2 saylı Asan xidmətin inzibati binasında 8000 manat, 11 iyul 2021-ci il tarixdə saat 11 radələrində sonuncunun bacısı Şahid1 vasitəsi ilə göndərdiyi 1610 manat pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “MetroPark” ticarət mərkəzinin qarşısında və 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi ev 5A, mənzil 43-də 3.000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 12.610 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Rusiya Federasiyasında yaşayan tanışlarının Bakı şəhərində müvəqqəti yaşamaq icazəsinin alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs3 Rusiya Federasiyasında yaşayan tanışlarına Bakı şəhərində müvəqqəti yaşamaq icazəsinin alınmasında köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 24 sentyabr 2021-ci il tarixdə saat 15:21 dəqiqədə ünvan 2 binanın qarşısında Zərərçəkmiş şəxs3 plastik kart hesabına köçürmə yolu ilə 1000 manatı, 25 sentyabr 2021ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs3 9000 manatı, 14 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs3 plastik kart hesabına köçürmə yolu ilə 1820 manatı, 05 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “5 mərtəbə” adlanan ərazidə Zərərçəkmiş şəxs3 plastik kart hesabına köçürmə yolu ilə 400 manatı olmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 12.220 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşamış və tutulmamışdan qabaq "xxxx" QSC-də uçuş heyyətləri ilə iş üzrə operativ dispetçer vəzifəsində işləmişdir. X11 2015-ci ildən tanıyır və Bəhruzla onun normal münasibəti olub. 2018-ci ilin oktyabr ayının ortalarında o, Bəhruzla söhbət əsnasında Bəhruz ona bildirmişdir ki, “sən biznes fəaliyyəti ilə məşqulsan, mənim əlimdə pulum var, əlavə olaraq mən də pul qoyum, heç bir işə qarışmıram və sən gördüyün işdən qazanc əldə edən zaman mənə də əlavə pul verərəsən”. O, da Bəhruzla razılaşmışdır. 2018-ci ilin mart ayının sonlarında sığorta bazası almaq üçün Bəhruz Əliyevdən 1600 ABŞ dolları almış və həmin puldan qazanc olaraq dekabr ayınadək ümumilikdə 3600 manat qaytarmışdır. O, Bəhruz Əliyevdən ümumilikdə 21.600 ABŞ dolları və 32.000 manat pul almış, həmin puldan ümumilikdə 17.050 manat və 12.200 ABŞ dolları Bəhruzun özünə qaytarmışdır. Lakin sonuncu dəfə Bəhruz Əliyev ona 10.000 ABŞ dolları və 22.000 manat pulu vermişdir ki, bizneslə məşqul olub ona verdiyi puldan əlavə qazanc versin. O, da həmin pulu Bəhruzdan alıb Pakistan vətəndaşı olan X22 ümumilikdə 100.000 ABŞ dolları vermişdir ki, sonuncu biznes fəaliyyət göstərdiyi X4 Dubay şəhərindən öz şirkətinin məhsulu olan qadın alt paltarları və elektrik mallarını Bakı şəhərinə göndərəcək, o, da həmin malları Bakı şəhərində sataraq qazanc əldə edib Bəhruzla aralarında böləcək. X6 100.000 ABŞ dolları götürüb gedəndən sonra onunla əlaqə saxlamamış və ondan aldığı pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda onun Bəhruza 12220 manat borcu var. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 2013-cü ildən tanıyır, belə ki, Yelena ilə o, bir yerdə işləmiş və Yelena ilə onun normal münasibəti olmuşdur. O, Yelena ilə işlədiyi müddət ərzində bir neçə dəfə ondan borca pul almış və dediyi müddət ərzində də borcunu qaytarmışdır. Buna görə də Yelena ilə onun arasında heç bir problem olmamışdır. 2020-ci ilin avqust ayının ortalarında tarixi dəqiq yadında qalmayıb Yelena ona bildirmişdir ki, Hövsan qəsəbəsində yerləşən sosial mənzillərdən ev almaq istəyir və ondan xahiş etmişdir ki, mənzilin ipoteka yolu ilə alınma qaydalarını ona izah etsin. O, da Yelenaya bildirmişdir ki, ilkin olaraq ipoteka ilə ev almaq üçün “Asan” xidmətə gedərək asan imza almaq lazımdır. Bundan sonra Yelenaya bir neçə məsləhətlər vermişdir. 2021-ci ilin Yanvar ayının ortalarında Yelena ona bildirmişdir ki, “Asan” xidmətdən onlayn növbə götürə bilmir və ondan xahiş etmişdir ki, onun əvəzinə onlayın növbə götürsün və onunla birlikdə “Asan” xidmətə getsin. O, da Yelenaya etiraz etməyib səhər saat 06 radələrində onlayn növbə götürüb Yelenaya zəng vurub bildirmişdir ki, Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Asan” xidmətdən növbə götürüb və yaxınlaşıb həmin “Asan” xidmətdən asan imza götürsün. Yelena isə ondan xahiş etmişdir ki, onunla birlikdə “Asan” xidmətə getsin və orada lazım olan köməklik göstərsin. O, da Yelenaya etiraz etməyib H.Əliyev prospektində yerləşən “Asan” xidmətin qarşısında görüşmüş, sonra isə birlikdə içəri daxil olmuşdur. Lakin “Asan” xidmətin içərisində o, kənarda dayanmış, Yelena isə yaxınlaşıb öz adına asan imza götürmüş, daha sonra isə o, Yelenadan ayrılmışdır. Bundan sonra onun Yelena ilə arasında heç bir söhbət olmamış, nə də ki, Yelenanın ipoteka yolu ilə sosial mənzilin alıb-almamasından məlumatı olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində, tarixi dəqiq yadında qalmayıb, o, Yelenadan 3200 manat pul borca almış, həmin pulun 1000 manatını bir neçə gündən sonra Yelenanın özünə qaytarmış, lakin 2200 manat pulu qaytara bilməmişdir. O, tutulan günüdək Yelenanın onun barəsində şikayət etməsindən xəbəri olmamışdır. O, Yelenadan pul almamış, nə də ki, Yelenaya hər hansı bir sosial evlərin alınmasında söz verməmişdir. Yelenanın onun barəsində dediklərinin hamısı şər və böhtandır. Həmçinin Yelenadan borca aldığı 2200 manat pulu geri qaytaracını bildirmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 sonuncunun bacısı Şahid1 vasitəsi ilə tanımış, belə ki, 2015-ci ildən Gülşənlə birlikdə bir yerdə işləmiş və ona görə də Gülşənin ailəsi ilə normal münasibəti olmuşdur. 2021-ci ilin iyun ayının sonlarında o, hərraca çıxarılmış mülklərin alqı-satqısı ilə məşqul olurmuş, lakin onun əlində kifayət qədər pul olmadığına görə o, Gülşəndən borca pul istəmiş, lakin Gülşən ona demişdir ki, ona borca pulu borc müqaviləsi bağlayaraq verə bilər. O, da Gülşənlə razılaşıb 25 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1yla görüşərək Xətai rayonu ərazisində yerləşən “Asan-2” xidmətinə gedərək ondan 8000 manat pul almış və bu barədə borc müqaviləsi bağlamışdır. Sonra isə Gülşən ondan xahiş edib bildirmişdir ki, hərraca çıxarılmış ucuz ev olsa onlara həmin evi almaqda köməklik göstərsin. O, da Gülşənə demişdir ki, ucuz ev düşsə onlara məlumat verəcək. Lakin həmin vaxt o, ucuz qiymətə ev tapa bilməmişdir. Sonra o, tutulduğu üçün Ayşəndən aldığı 8000 manat pulu qaytara bilməmişdir. Buna görə də Ayşən və bacısı Gülşən onun barəsində şikayət etmişlər. Lakin o, nə Gülşəndən nə də ki, onun bacısı Ayşəndən harraca çıxarılmış evləri almaq adı ilə pul almamış, Ayşəndən 8000 manat pulu borca almış və bununla bağlı borc müqaviləsi də bağlanmışdır. Sonradan məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, hazırda bütün zərərçəkmiş şəxslərə pullları ödəyib, onların ona qarşı heç bir şikayət və tələbləri olmadığına görə, ailəli olmaqla 2 uşağın olmasını və əvvəllər məhkum edilməsini nəzərə alaraq onun barəsində ən yünqül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, CD-R diskdə olan səs yazıları və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, eyni zaman mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, qeyd edilən ünvanda tək yaşayır və hazırda Azərbaycan Hava Yollarında təyyarə bələdçisi işləyir. Təqsirləndirilən şəxs o, təxminən 15 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla o, Hava Limanında bir yerdə işləmiş və onunla Anarın həmişə normal münasibəti olmuşdur. 2020-ci ilin avqust ayının ortalarında o, oğlu Anton Miroşniçenkoya ev almaq məqsədi ilə tanışı Marina ilə birlikdə Hövsan qəsəbəsinə getmiş, orada fərdi yaşayış evlərinə baxıb maraqlanmış, lakin həmin evlərin sənədləri olmadığı üçün o, həyət evi almaq istəməmişdir. Onlar həmin vaxt yenə də evlərlə maraqlanan zaman Hövsan qəsəbəsində yerləşən yeni tikilmiş sosial evlərlə maraqlanıb bəyənmişdir. Lakin həmin evləri almaq üçün qeydiyyaytdan keçmək lazım olduğuna görə o, qeydiyyatdan keçə bilməmişdir. Buna görə də o, Anara müraciət etmiş və Anar ona demişdir ki, bu işdə ona köməklik göstərə bilər. 2020-ci ilin noyabr ayının ortalarında Anar ona demişdir ki, ev almaq üçün qeydiyyatdan keçib, bir otaqlı evi artıq 32215 manata alıb və ilkin olaraq 4000 manat ödəniş etmək lazımdır. O, da Anarla razılaşmış və Marinaya zəng vurub demişdir ki, Marinanın saxladığı ona məxsus pulundan Anara 2300 ABŞ dolları və 100 manat vermək lazımdır. Marina da ona demişdir ki, problem deyil, gəlib işdən götürsün. Bundan sonra Anar Marinanın işlədiyi Hava Limanına gedərək ondan 2300 ABŞ dolları və 100 manat pulu götürüb getmişdir. Təxminən bir ay keçəndən sonra yəni, 2020-ci ilin dekabr ayının ortalarında Anar ona zəng vuraraq bildirmişdir ki, 2021-ci ilin yanvar ayında həmin evlər satışa çıxarılacaq və buna görə də evin pulundan ödəmək lazımdır, nə qədər çox ödənildə bir o qədər ipoteka faizi aşağı düşər. O, da Anarla razılaşaraq onunla yaşadığı evin qarşısında görüşüb tanışı Marinanın yaşadığı Buzovna qəsəbəsinə getmiş, Marinadan özünə məxsus olan 12700 ABŞ dolları götürmüş, sonra onlar Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmətə getmişlər. “Asan” xidmətin qarşısında Anar ona demişdir ki, “sən qeydiyyatdan keçmədiyin üçün içəri daxil ola bilməzsən, pulu ver mən özüm aparıb ödəyəcəm”, o, da Anara inanıb 12700 ABŞ dolları Anara vermiş, özü isə maşında oturmuşdur. Anar da ondan pulu götürüb Asan xidmətə daxil olmuş, təxminən 25-30 dəqiqə keçəndən sonra Anar “Asan” xidmətdən çıxıb ona bildirmişdir ki, hər şey qaydasındadır evin pulundan ödəmiş və gözləmək lazımdır ki, satış başlayan kimi o, həmin mənzili alsın. O, Anardan ödədiyi pulun qəbzini istədikdə Anar ona bildirmişdir ki, bütün sənədlər onda qalmalıdır. 2021-ci ilin yanvar ayının sonlarında o, Anarla əlaqə saxlamış və işin nəticəsini soruşduqda Anar ona demişdir ki, nğvbədə çoxlu sayda şəxslər olduğu üçün sosial evin biri satlılmış və onlara növbə çatmamışdır. Hazırda ikinci bina tikilir və həmin binadan ona ev veriləcək. 2021-ci ilin mart ayının sonlarında Anar ona zəng vurub bildirmişdir ki, ipoteka faizinin aşağı olması məqsədi ilə 2800 manat pul ödəmək lazımdır. O, da Anarla razılaşmış və Anar onun yaşadığı evə gələrək ondan 1000 ABŞ dolları almış, sonra isə birlikdə yaşadığı evin yaxınlığında yerləşən bankomata gedərək, bankomatdan 900 manat pulu çıxarıb Anara vermişdir. Anar da həmin pulu ondan götürüb getmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Anar ona zəng vurub bildirmişdir ki, evin qiymətinin 4000 manat ucuz olması üçün, evin pulunu tam şəkildə ödəmək lazımdır. O, da Anarla razılaşıb həmin günü Anarla işlədiyi Hava limanında görüşərək 1000 ABŞ dolları və 2300 manat pulu Anara vermişdir. Anar da ondan pulu götürüb bildirmişdir ki, 25 oktyabr 2021-ci il tarixdə o, aldığı evə köçəcək. Lakin buna baxmayaraq Anar nə onun ev məsələsini həll etməmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. O, hər dəfə işinin nəticəsini Anardan soruşduqda, Anar yalan bəhanələr gətirərək onu aldadırmış. Sonra ona məlum olmuşdur ki, Anar Rusiya Federasiyasına getmək üçün avia bilet alıb buna görə də o, Hava Limanında yerləşən polis idarəsinə şikayət etmiş və Anar ölkədən çıxmaq istəyərkən onu polis əməkdaşları tutmuşlar. O, Təqsirləndirilən şəxs ev almaq məqsədi ilə ümumilikdə 17.000 ABŞ dolları və 3000 manat pul vermiş, həmin pulun 2300 ABŞ dollarını və 100 manatı Anar özü Hava Limanında tanışı Marinadan götürmüş, sonra 12700 ABŞ dollarını o, Anara vermək üçün Anarın yanında Marinadan almışdır. Başqa vaxt onların yanınıda heç kəs olmamışdır. Daha sonra zərərçəkmiş şəxs, eyni zaman mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda valideyinləri ilə birlikdə yaşayır və hazırda “Paşa İnşaat”-da smeta mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs o, bacısı Şahid1 vasitəsi ilə tanımış, belə ki, Anar Gülşənlə birlikdə Hava Limanında işləmişlər. 2015-ci ildə atası Şahid3 “Nikoil” bankdan 24.000 ABŞ dolları pul götürmüş, həmin vaxt dolların məzənnəsi aşağı olmuşdur, yəni 1 ABŞ dolları 78 qəpik olmuşdur. Həmin vaxt atası vaxtı-vaxtında kredit ödəyirmiş, lakin ABŞ dollarının məzənnəsi qalxmış və atası kredit borcunu ödəyə bilmədiyinə görə yaşadıqları evi 2021-ci ilin iyun ayının əvvələrində 74.000 manat satmış, həmin pulun 37.000 manatını banka vermiş, əllərində isə 37.000 manat pul qalmışdır. Onlar qərara gəlmişdilər ki, əllərində olan pula ucuz qiymətə ev alsınlar. Həmin vaxt Təqsirləndirilən şəxsla yaşadığı evdə götrüşmüş, Anar bildirmişdir ki, bank hərraclarında iştirak edir və hazırda da hərracda ucuz qiymətə evlər satılır. Onlar Anara demişdilər ki, əllərində 37.000 manat pulları var və onların əlində olan məbləğə uyğun qiymətə evlər tapsın. Bir neçə gün keçəndən sonra Anar özünə məxsus mobil telefonun Watsap vasitəsi ilə bacısı Gülşənə məxsus telefonun vatsapına ünvan 3 ünvanda yerləşən 2 otaqlı mənzilin şəkillərini və ünvanını göndərərək bildirmişdir ki, həmin ev 32200 manata satılır. Onlar şəkildə evə baxıb bəyənmişlər. Onlar evə baxmaq istədiklərini bildirdikdə, Anar onlara demişdir ki, həmin evə məhkəmə tərəfindən həbs qoyulub və buna görə də evə baxa bilməzlər. Onlar Anara bildirmişdilər ki, həmin evi almaq istəyirlər. Anar isə demişdir ki, ilkin olaraq 8000 manat pulu şirinlik kimi hərracın sahibinə verəcək ki, onların işini qabağa salsın. Lakin Anara verdiyi pulun rəsmi qaydada olamsını istədiyi üçün onunla kredit müqaviləsi yolu ilə verəcəyimi bildirib, 25 iyun 2021-ci il tarixdə saat 11 radələrində Anarla görüşüb Xətai rayonu ərazisində yerləşən 2 saylı “Asan” xidmətə gedərək orada borc müqaviləsi bağlamış və 8000 manat pulu Anara vermişdir. Həmin vaxt Anar bildirmişdir ki, hərrac işini 2021-ci ilin iyul ayının 15-nə qədər həll edəcək. 30 iyun 2021-ci il tarixdə saat 20 radələrində o, Gülşənlə birlikdə Əhmədli metrostansiyasının qarşısında Anarla görüşmüş, həmin vaxt Anar bir sənəd çıxarıb bildirmişdir ki, həmin sənəd hərrac protokoludur və həmin sənədə o, imza etmişdir. Bacısı Gülşən həmin sənədin şəklini çəkmək istədikdə Anar icazə vermərək bildirmişdir ki, həmin protokol məxfidir ona görə də şəklini çəkmək olmaz. Sonra Anar ondan 1610 manat pul istəmişdir ki, hərraca qoşulmaq üçün beh verəcək. 11 iyul 2021-ci il tarixdə saat 11 radələrində bacısı Şahid1 Anarla Nərimanov rayonu ərazisində yerləşən “MetroPark” ticarət mərkəzinin qarşısında görüşərək 1610 manat pulu ona vermiş. Bundan sonra onlar Anardan işin nəticəsini soruşduqda Anar müxtəlif yalan bəhanələr gətirərək işi uzadırmış. 2021-ci ilin avqust ayının əvvəllərində Anar onların yaşadıqları evə gələrək bildirmişdir ki, hərraca çıxarılmış evin sahibi 32200 manat evinin satılmasına razı deyil və ona 3000 manat pul vermək lazımdır ki, evin sahibini razı salsın. 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində Anar onların yaşadıqları evə gələrək 3000 manat pulu ondan alıb getmişdir. Bundan sonra onlar mütamadi olaraq Anarla əlaqə saxlamışdır ki, onların işləri nə üçün uzanır. Lakin Anar yenə də müxtəlif yalanlar söyləyərək onları aldatmışdır. Bundan sonra o, Anar tərəfindən aldadıldığını düşünüb ondan verdiyi pulu tələb etmiş və bildirmişdir ki, əgər pulu qaytarmasa polisə şikayət edəcək. Anar da onun bu sözündən sonra ilkin olaraq 1600 manatı, sonra isə 2000 manat pulu qaytarmış, lakin 9000 manat pulu qaytarmamışdır. Anarın ifadəsində göstərdiyi xüsusatlar yalandır, o, həmin pulu Anara hərracla ev almaq üçün vermiş, onların əlində olan pulu ev almaq üçün saxlamış və özləri kirayədə yaşayırlar, o, Anarı qısa bir zaman tanıdığı üçün ona borc verə bilməzdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda H.Əliyev adına Hava Limanı, Silkvey aviaşirkətində uçuş əməliyyatlarının nəzarət mərkəzinin növbə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs o, təxminən 2015-ci ildən tanıyır, Anarla həmin vaxtdan bir yerdə işləmiş və onların normal münasibətləri olmuşdur. X1 uzaq qohumudur və o, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır, həmçinin onların yaxın münasibətləri var. 2021-ci ilin avqust ayının əvvəllərində Yelena ilə o, qərara gəlmişdilər ki, Bakı şəhərində Kənd təsərüfatı təyinatı olan “Natural Qrin” şirkətinin filyalını açıb Mineral kübrənin Azərbaycan Respublikasına idxal edərək satışı ilə məşqul olsunlar. X12 Rusiya Federasiyasının vətəndaşı olduğu üçün ona Azərbaycan Respublikası ərazisində kommersiya ilə məşqul olmaslı üçün azərbaycanda müvəqqəti yaşamaq hüququna aid Miqrasiya xidmətində müvafiq icazə alınması və Vergi orqanlarında MMCnin qeydiyyata alınması tələbi olunduğundan bu prosedurların həyata keçirilməsi ilə bağlı onun Bakı şəhərində təxminən bir ay müddətinə yaşaması nəzərdə tutulmuşdur. X17 şəhərində öz işləri olduğuna görə o, Bakı şəhərində bir ay müddətinə qala bilmirdi. X9 uşağının qulluxçusu ilə Bakı şəhərinə gəlməliymiş. Buna görə də o, bu barədə Təqsirləndirilən şəxsla danışmış, Anar bildirmişdir ki, ona bu işdə köməklik göstərə bilər, yəni Yelena Bakı şəhərinə gələrək qeydiyyata düşən kimi geri qayıda bilər və onun işlərini o, Yelena Bakı şəhərində olmadan görə bilər. Bunun müqabilində Anar ondan hər bir şəxs üçün 5000 manat olmaqla 10.000 manat pul istəmişdir. O, da Anarın təklifi ilə razılaşmış və xx.xx.2021-ci il tarixdə saat 15:21-də yaşadığı evin, yəni Yasamal rayonu, xarici dairəvi yolu küçəsi 10 saylı binanın qarşısında özünə məxsus mobil telefon vasitəsi ilə bank hesabından X23 hesabına 1000 manat pul köçürtmüş, sonra Anarla danışıb pulun köçürüldüyünü dəqiqləşdirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Anarla Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasının yaxınlığında görüşərək tanışı Tamerlan Səlimlinin yanında Anara 9000 manat pulu sayıb vermişdir. Anar ondan pulu götürüb demişdir ki, Yelena Mitrofanova Bakı şəhərinə gələn kimi iş prosedurlarına başlayacaq və on beş gün ərzində işi düzəldəcək. xx.xx.2021-ci il tarixdə qohumu Yelena Mitrofanova uşağının qulluqçusu Tanya adlı şəxslə Bakı şəhərinə gəlmiş, o, Anara zəng vurub bu barədə məlumat vermişdir. Anar da bildirmişdir ki, tezliklə vəd verdiyi işi düzəldəcək. xx.xx.2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman Anar ona zəng vurub bildirmişdir ki, Rusiya Federasiyasının Arenburq şəhərindədir və ona 1820 manat pul lazımdır. O, da həmin gün saat 15:33-də öz bank hesabından Anarın bank hesabına 1820 manat pulu köçürtmüş və onunla telefon əlaqəsi saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 21:11-də o, Yasamal rayonu ərazisində yerləşən 5 mərtəbə adlanan ərazidə olan zaman Anar ona zəng vuraraq əlavə işin düzəlməsi üçün ondan 400 manat pul istəmişdir. O, da Anara bildirmişdir ki, “sən məndən ilkin olaraq 10.000 manat pul istədin və məndə həmin pulu verdim, sən mənə dedin ki, on beş günə iş düzələcək və on berş gün bitdi, indidə əlavə olaraq 400 manat pul istəyirsən”. Anar isə ona demişdir ki, iş artıq düzəlib və tezliklə sənədləri götürəcək. O, da Anara inanıb öz bank hesabından 400 manat pulu Anarın bank hesabına köçürtmüşdür. Sonra Anar ona demişdir ki, Yelena və Tanya gedib tibbi komisiyadan keçəndən 2-3 gün sonra sənədləri götürəcəklər. Bundan sonra o, mütamadi olaraq Anarla telefon əlaqəsi saxlamış, lakin Anar onun zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Anar başqa şəxləri də aldadaraq pullarını ələ keçirib ölkə ərazisini tərk etmək istəyərkən onu hava limanında tutmuşlar. Daha sonra o, da polisə gedərək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yalandır, Anar Arenburq şəhərində olarkən ondan 1820 manat pulu borca istəmiş, o, da həmin pulu onun bank hesabına köçürtmüşdür. Lakin Anarın ondan aldığı 10400 manat pulu o, Anara iş düzəltmək adı ilə vermişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını və gələckdə də olmayacağını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və "xxxx" QSC-nin Ekipajlara operativ iş üzrə dispetçer vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 Vladimorovna onun yaxın rəfiqəsidir və onların yaxın münasibətləri var. Həmçinin Təqsirləndirilən şəxs onunla bir yerdə işləyib və Anarla da onun normal münasibəti olub. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan borca pul alıb və geri qaytarıb. Təxminən bir il qabaq Yelena oğlu üçün ipoteka ilə Hövsan qəsəbəsində yerləşən sosial ev almaq istəyirdi. Buna görə də Yelena Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs da ona söz vermişdir. O, da evdə olan zaman tarixi dəqiq bilmədiyi vaxtda Yelena ona zəng vurub bildirmişdir ki, saxladığı ona məxsus olan puldan Təqsirləndirilən şəxs 4000 manat pul versin. O, da bildirmişdir ki, heç bir problem yoxdur evdədi, gəlib götürsün. Təqsirləndirilən şəxs da onun yaşadığı evə gələrək 4000 manat pulu ondan götürüb getmişdir. Bir neçə vaxt keçəndən sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək dəqiq miqdarını bilmədiyi pulu ona vermişdir. Lakin Təqsirləndirilən şəxs Yelenanın işini düzəltməmiş və aldığı pullarıda geri qaytarmamışdır. Buna görə də Yelena polisə gedərək Anarın barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs o, qızı Şahid1 vasitəsi ilə tanımış, belə ki, Anar Gülşənlə birlikdə Hava Limanında işləmişdir. 2015-ci ildə əri Şahid3 “Nikoil” bankdan 24.000 ABŞ dolları pul götürmüş həmin vaxt dolların məzənnəsi aşağı olmuşdur, yəni 1 ABŞ dolları 78 qəpik olmuşdur. Həmin vaxt İlkin vaxtı-vaxtında kredit ödəyirmiş, lakin ABŞ dollarının məzənnəsi qalxdığına görə İlkin kredit borcunu ödəyə bilməmiş, bu səbəbdən də yaşadıqları evi 2021-ci ilin iyun ayının əvvələrində 74.000 manat satmışdır. Həmin pulun 37.000 manatını banka ödəmiş, əllərində isə 37.000 manat pul qalmışdır. Onlar qərara gəlmişdilər ki, əllərində olan pula ucuz qiymətə ev alsınlar. Həmin vaxt Təqsirləndirilən şəxsla yaşadıqları evdə görüşmüş, Anar onlara bildirmişdir ki, bank hərraclarında iştirak edir və hazırda da hərracda ucuz qiymətə ev satılır. Onlar Anara demişdilər ki, əllərində 37.000 manat pulları var və onlar üçün həmin qiymətə uyğun ev tapsın. Bir neçə gün keçəndən sonra Anar özünə məxsus mobil telefonun WhatsApp vasitəsi ilə qızı Şahid1 məxsus telefonun WhatsAppına ünvan 3 ünvanda yerləşən 2 otaqlı mənzilin şəkillərini və ünvanını göndərmiş və bildirmişdir ki, həmin ev 32.200 manata satılır. Onlar şəkildə evə baxmış və bəyənmişlər. Onlar evə baxmaq istədiklərini bildirdikdə Anar demiş ki, həmin evə məhkəmə tərəfindən həbs qoyulub və buna görə də onlar evə baxa bilməzlər. Onlar Anara bildirmiş ki, həmin evi almaq istəyirmişlər. Anar demiş ki, ilkin olaraq 8000 manat pulu şirinlik kimi hərracın sahibinə verəcəkmiş ki, onların işığı qabağa salınsın. Lakin onların Anara verdikləri pulun rəsmi qaydada olmasını istədikləri üçün onunla kredit müqaviləsi yolu ilə verəcəklərini bildiriblər. 25 iyun 2021-ci il tarixdə saat 11 radələrində qızı Zərərçəkmiş şəxs1 Anarla görüşüb Xətai rayonu ərazisində yerləşən 2 saylı “Asan” xidmətə gedərək orada borc müqaviləsi bağlamış və 8000 manat pulu Anara vermişdir. Həmin vaxt Anar bildirmişdir ki, hərrac işini 2021-ci ilin iyul ayının 15-nə qədər həll edəcəyini demişdir. Sonra Anar yenə də zəng vuraraq əlavə 1610 manat pul istəmişdir ki, hərraca qoşulmaq üçün beh verəcəkmiş. 11 iyul 2021-ci il tarixdə saat 11 radələrində qızı Şahid1 Anarla Nərimanov rayonu ərazisində yerləşən “MetroPark” ticarət mərkəzinin qarşısında görüşərək 1610 manat pulu Anara vermişdir. Bundan sonra onlar Anardan işin nəticəsini soruşduqda o, bizə müxtəlif yalan bəhanələr gətirərək işi uzatmışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Anar onların yaşadıqları evə gələrək bildirmişdir ki, hərraca çıxarılmış evin sahibi 32.200 manata evinin satılmasına razı deyil və ona 3000 manat pul vermək lazımdır ki, evin sahibini razı salsın. 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində Anar onların yaşadıqları evə gəlmiş və 3000 manat pulu alıb getmişdir. Bundan sonra onlar mütamadi olaraq Anarla əlaqə saxlamışdılar ki, onların işləri nə üçün uzanır. Lakin Anar yenə də müxtəlif yalanlar söyləyərək onları aldatmışdır. Bundan sonra Anar tərəfindən aldadıldıqlarını düşünərək verdiləri pulu tələb edərək bildirmişdilər ki, əgər pulu qaytarmasa polisə şikayət edəcəklər. Anar da bu sözdən sonra ilkin olaraq 1600 manat, sonra isə 2000 manat pulu qaytarmış, lakin 9000 manat pulu qaytarmamışdır. Həmçinin Anar ilk dəfə onlardan 8000 manat pul istədikdə onların mobil telefon danışığı qeydə alınmış və həmin DVD disk istintaqa təqdim edilmişdir. Şahid2 sorğu zamanı bildirmişdir ki, Anar ifadəsində göstərdiyi xüsusatlar yalandır, onlar həmin pulu Anara hərracla ev almaq üçün vermiş, əllərində olan pulu onlar ev almaq üçün saxlamış və özləri hazırda kirayədə yaşayır, Anarı qısa müddət tanıdıqları üçün ona borca pul verə bilməzdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan 11 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 98-99-cu vərəqələrində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(003)-455/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 11 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir Cinayət işinin 1-ci cild 220-225-ci vərəqələrində olan Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-5/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş və sonuncu məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan 11 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 15-29-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd CD-R disk iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 197471 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X5r. Cinayət işinin materiallarında olan AZ-İİİ seriyalı, 333701 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X5r. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs, eyni zaman mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə olan faylın məzmunu audio yazıdan ibarətdir. Həmin yazı telefon danışığı zamanı qeydə alınmışdır. Həmin danışıq 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun arasında olmuşdur. CD-R diskə baxış keçirilərkən (Şahid2birinci sağol, bu gün işimizi düzdüz-qoşduz, ikinci də ki, ev yiyəsi xanim da işləyir bankda deyirki qorxma hər şey yaxşı olacaq, bir iki suil eləmək istəyirdik ki, nəticəsi necə olacaq, yəni ki, gec olacaq, tez olacaq, bir ay çəkəcəkmi, az çəkəcəkmi, Təqsirləndirilən şəxsmən dedim axı, siz mənə hə deyin danışım gələn həftənin ikinci-üçüncü gününə hərraca saldıraq, uje ikinci hərracdı ki, keçirilməlidir, Şahid2- bəs şəstə pulu var ha?, Təqsirləndirilən şəxs- nə var?, Şahid2-qız deyir ki, on min depozitin pulunu keçirdəcəyik asan xidmətdə, Təqsirləndirilən şəxs-nəyə on min keçirdəcəksiz?, Şahid2- depozit, Təqsirləndirilən şəxs- səkkiz min şapka istəyir, qalan hamsını rəsmi keçirdəcəksən, Şahid2- hamsını bizdən?, Təqsirləndirilən şəxs-evi udandan sonra hamsını keçirdirsən, eləbil ev alırsan, Şahid2-bəs deyirdilər əvvəl on min keçirdirsən sonra isə hamsını keçirdirsən, Təqsirləndirilən şəxs- elə mən dediyim kimidi da elə, mən əsas məbləği deyirəm, sənə kim necə deyib bilmirəm, Şahid2-mənim də başım çıxmır bu işlərdən verim qadına o, bankda işləyir ona başa sal, Təqsirləndirilən şəxs-ver başa salım, evin qiymətinin ümumi məbləği qırx min manatı keçmiyəcək, evin qiymətini otuz iki min manata sənədləşdiriləcək. O, başa düşmür mən izah edim, birinci hərrac keçirilir, ikinci hərracın vaxtıdı, ikincisidə ki, kredit borcu olan ev deyil, əmlak bölgüsüdür, ər-arvad arasında olan əmlak bölünür, tərəflər istəyir ki, ev tez satılsın, pandemiya düşmüşdür ev qalmışdır, çünki ayrılıblar istəyillər ki, ev satılan kimi pulu götürsünlər, evin banka aidiyyatı yoxdur məhkəmə qərarı ilə satılır, Şahid2-səkkiz mini notariusla sizin adınıza qoyulsun, Təqsirləndirilən şəxs- o, dedi ki, şapkanı problem deyil, notarisla mənim adıma qoyun, problem deyil borc müqaviləsi ilə dörd günlük ver, maksimum bir həftəlik, Şahid2-inşallah yəqin ev doxsan doqquz faiz alınacaq?, Təqsirləndirilən şəxs- bəli doxsan doqquz faiz alınacaq, Şahid2 – biz hazırda elə bir durumdayıq ki, evsiz, eşiksiz, Təqsirləndirilən şəxs – mən də ona görə durub getdim sən mənə zəng elədin ona görə də mən tezdən durub getdim, gələn həftənin axırına kimi iş həll olunacaq, mən işdəyəm, qızları sənə, səni allaha puluda sənə tapşırıram, Təqsirləndirilən şəxs- narahat olma sən məni birinci gün deyil ki, tanıyırsan, notariusla ona görə etdim ki, mən sənə borclu olum) səs yazıları müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmaqla himayəsində 2 uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalı və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 11 noyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək, yəni 03 (üç) ay həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cərimə cəzası saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 100 saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Prospekt» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qazancının 4000 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 2500 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 100 saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Prospekt» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-199/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-199/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver