Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-20/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Əlibaba qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, işsiz, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi ev 24, mənzil 1 də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talama məqsədi ilə 10 dekabr 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs Əlibala qızının yaşadığı mənzilə, yəni yaşayış sahəsinə mənzilin qapısından qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisində olan sonuncuya məxsus 1300 manat nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmiş və ümumiyyətlə qeyd olunan tarixdə və vaxtda göstərilən ünvanda olmamışdır. Belə ki, hadisə baş verən gün o həyat yoldaşı ilə birlikdə Quba rayonunda olmuşdur, 7 dekabr doğum günü olduğundan həmin gün yoldaşı ilə birlikdə Qubaya getmişlər, 12 dekabr tarixində isə geri qayıtmışıq, həmin tarixlərdə Qubada olmuşlar, ümumiyyətlə Bakı şəhərində olmamışlar. Eyni zamanda qeyd etmişdir ki, oğurluq hadisəsi ilə əlaqədar onu binanın həyətindən polislər gəlib aparmışlar, ona bölmədə təzyiq göstərmişlər və döymüşlər, lakin o bu hadisəni törətdiyini boynuma almamışdır. Daha sonra zərərçəkmiş şəxsin olduğu otağa aparmışlar, zərərçəkmiş şəxs onu görən kimi oğrunun o olduğunu bildirmişdir, bundan sonra o zərərçəkənə yalvarmışam ki, yalan danışmasın, axı o oğurluq əməli törətməmişdir.Lakin zərərçəkən demişdirki oğurluğu o törədibdir oğru budur. Belə olan halda o əlacsızlıqdan və qorxduğu üçün məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, polis bölməsində döyülməsi ilə bağlı hər hansı bir dövlət orqanına müraciət etməmişdir. İfadəsinin sonunda baş vermiş cinayət hadisəsi ilə bağlı heç bir əlaqəsinin olmamasını zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin o halı nəzərə alır ki, təqsirləndirilən şəxs hadisə baş verən gün və saatda Bakı şəhərində deyil Quba şəhərində olmasını bildirsə də, məhkəmə istintaqı zamanı sorğu əsasındə əldə edilmiş onun anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt Bakı şəhərində olmaqla bərabər məhs həmin hadisə baş vermiş ərazidə olmuşdur. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdıryır və fərdi əmək fəaliyyəti ilə məşqul olmuşdur. 10 dekabr 2022-ci il tarixdə saat təxminən səhərə yaxın 5 radələrində o, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi ilə gedən zaman tanımadığı bir evin çöl qapısının açıq olduğunu görüb həyətə daxil olmuş, o, hətyətə daxil olanda görmüşdür ki, həyət ümumi həyətdir və orada çox sayda ayrı-ayrı mənzillər var. O, həyətə nəzər salanda görmüşdür ki, mənzillərdən birinin çöl qapısı açıq vəziyyətdədir. O həmin mənzilə daxil olub görmüşdür ki, evin giriş hissəsi mətbəxdi, o, mətbəxdən yataq otağına daxil olanda görmüşdür ki, bir nəfər qadın xeylağı çarpayıda yatıb. O, çarpayının yanında olan tikiş paltarı olan masanın alt hissəsinə qoyulmuş əl çantasının içərisinə baxanda görmüşdür ki, orada pul kisəsi var. O, həmin pul kisəsinin içərisində olan pulları götürüb oradan uzaqlaşıb getmişdir. Sonra o, həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı pulu sayıb görmüşdür ki, 1300 manatdır. Daha sonra isə o, oğurladığı pulları öz ehtiyacına xərcləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bundan başqa heç bir cinayət törətməmiş, oğurluq hadisəsini törədərkən tək olmuş və onun yanında heç kəs olmamış, Zərərçəkmiş şəxs Əlibala qızının yaşadığı evdən sonuncuya məxsus pul kisəsinin içərisindən 1300 manat pul oğurlayan zaman ev sahibi yatırmış, o, sakitcə pulu oğurlayıb oradan uzaqlaşıb getmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs onu görməmişdir Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Əlibala qızı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur. Onun yaşadığı ev bir otaqdan ibarətdir, ümumi həyət evidir və həyətdə ondan başqa da digər şəxslər yaşayır. 10 dekabr 2022-ci il tarixdə saat 05 radələrində yaşadığı evdə yatan zaman evin içərisindən səs eşidib oyanmış və elə bilmişəm ki, evə gələn qızıdır, o qızını səsləmişdir, lakin cavab verən olmamışdır. Bundan sonra o qorxmuş, yerində donub qalmışdır. Evə girən adam onun yatağının yanındakı, dərzi stolunun yanındakı stolun üstündən çantanın içindən pulu götürüb çıxanda onun oyaq olduğunu hissə edib evdən çıxıb qaçmaq istəmişdir. Evdə zəif işıq olduğundan, oğlan qapıya yaxınlaşaşıb çıxmaq istəyəndə oğrunun üzünün tam görməsə də, onun bədən quruluşu yadında qalmışdır əsas da onun burun quruluşu. Verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, oğurluq edən şəxsin arxasınca Akvasportun yanına qədər qaçmışdır ki, heç olmasa sənədləri qaytarsın, o da qaça qaça oradan uzaqlaşdı, onun tuta bilməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir, şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən həyət evidir, həyət evinin taxtadan olan giriş darvazası vardır. On metr uzunluğunda dalandır və dalanda bir neçə ayrı-ayrı evlər vardır. Zərərçəkmiş şəxs Əlibala qızının yaşadığı evin giriş hissəsindən mətbəx yerləşir və bir yataq otağından ibarətdir, evə baxış zamanı müəyyən edilmişdir ki, ev dağınıq və səliqəsiz vəziyyətdədir, əşyalar səliqəsiz yığılıb. Vətəndaş Ağayeva yataq otağında olan masanın altında olan əl çantasını göstərərək bildirmişdir ki, bir gün əvvəl səhər tezdən naməlum şəxs evə daxil olaraq əl çantasının içərisində olan pul kisəsindən 1300 manat pulu götürmüşdür. Hadisə yerinə ekspert kruiminalisl dəvət edilmiş, lakin hadisə yerindən əl-barmaq izlərinin götürülməsi mümkün olmamışdır. Protokol tərtib edilərkən ərizə və şikayət daxil olmamışdır. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ/V.8- 11). “İfadənin yerində yoxlanılması haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədildiyi yeri, törədilmə hallarını, istintaqa vermiş olduğu ifadəsini yerində əyani şəkildə göstərir. (İ/V.76-78). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun 4(004)- 401/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. (İ/V.97-101). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 103-104). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 3 iyun 2023-cü il tarixli tələbnamədən tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğl Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü il Azərbaycan Respublikası CM-nin 29.177.3.1, 177.3.1, 228.3, 232.3.1, 326.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrun edilmiş. xx.xx.2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli, hökm dəyişdirilərək CM 29.177.3.1, 177.3.1, 228.3, 232.3.1, 326.2 və 66.3 maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə Bakı Apcllyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı dəyişdiriİmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa o, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2015-ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-nin İŞ-də istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilərək cinayət işi Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CMnin 221.3-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası CPM-nin 43, 321.2.1, 344-347, 358 və 389-cu maddəsinə əsasən cinayət işinin icraatına xitam verilərək cəzadan azad edilmişdir. (İ/V.108-110) “Sübutların qiymətləndirilməsi haqqında” 5 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əlibaba qızının ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, hadisə yerinə baxış protokolu, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı verilmiş qəbzlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (İ/V. 110-115). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun 4(004)- 359/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından 19 dekabr 2023-cü il tarixində daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakcell MMC-nin sorğu əsasında məhkəməyə təqdim etdiyi anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsnidə olmuş ********** saylı mobil nömrənin istifadəçisi xx.xx.2022-ci il tarixdə saat 05:04-də oğurluq hadisəsi baş vermiş ərazidə olmuşdur. Zərərçəkmiş şəxs Əlibala qızının məhkəməyə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın tam şəkildə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-359/2023 saylı, 19 iyun 2023cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 19 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 60 (altmış) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 06 ay 14 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-20/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-20/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver