Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-200/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1978-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində ər-arvad kimi rəsmi nikah münasibətlərində yaşadıqları ünvan 2 ünvanında həyat yoldaşı X4 ilə aralarında yaranmış ailə daxili münasibətlər zaminində münaqişə zamanı yumruq və təpiklə onun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq başın sağ təpə-ənsə nahiyəsinin hematoması, sol gözün şişkinliyi və qançırı, döş qəfəsinin sol yarısının, sol qulaq seyvanın, sol saidin, hər iki bazunun, hər iki budun və iki baldırın qançırları, sol yanaq nahiyəsinin sıyrığı ilə müşayiət olunan saglamlığın qısa müddətə pozulmasma səbəb olan, qəsdən saglamlıga yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 13 oktyabr 2004-cü ildən rəsmi nikahdadı. xx.xx.2023-cü il tarixdə isə saat 19:30 radələrində birlikdə yaşadıqları ünvanda olarkən aralarında ailə daxili münasibətlər zəminində münaqişə yarandı. Münaqişə zamani o, Samirəni əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Hadisə birgə yaşadıqları ünvan 2-də baş verib, həmin vaxt evdə onlardan başqa uşaqları olsalar da, başqa otaqda olduqları üçün münaqişəni görməmişdilər. Mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir.Mübahisə zamanı aralarında heç bir nəlayiq ifadələr işlədilməmışdi.Münaqişə zamanı Samirə onu vurmayıb və ona xəsarət yetirməyib. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, gələcəkdə bir də belə hallara yol verməyəcəyini, Zərərçəkmiş şəxs hər hansı bir formada zərər yetirməyəcəyini, himayələrində 3 uşağın olmasını, hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi, şikayət və tələbin olmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 13 oktyabr 2004-cü ildən rəsmi nikahdadı, birlikdə nikahlarından üç uşaqları olmuşdur. xx.xx.2023-ci il tarixdə isə saat 19:30 radələrində birlikdə yaşadıqları ünvanda olarkən aralarında ailə daxili münasibətlər zəminində münaqişə yaranmışdır. Münaqışə zamanı Vüsal əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. O, isə Vüsala heç bir xəsarət yetirməmişdir. Əri Vüsal ilə münaqişəyə səbəb aralarında baş vermiş ailə daxili münasibətlər zəminində narazılıq olmuşdur. Hadisə birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi, ev 66, mənzil 42-də baş verib, həmin vaxt evdə onlardan başqa uşaqları olsalar da, başqa otaqda olduqları üçün münaqişəni görməmişdilər. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisə zamanı aralarında heç bir nalayiq ifadələr işlədilməmişdi. Münaqişə zamanı o, Təqsirləndirilən şəxs vurmayıb və ona xəsarət yetirməyib. Hazırda artıq təqsirləndirilən şəxslə barışdığını, səhhətinə vurulmuş xəsarətlə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, himayələrində 3 uşağın olmasını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 103 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərbaşın sağ təpə-ənsə nahiyəsinin hematoması, sol gözün şişkinliyi və qançırı, döş qəfəsinin sol yarısının, sol qulaq seyvanın, sol saidin, hər iki bazunun, hər iki budun və iki baldırın qançırları, sol yanaq nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icaat üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-200/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-200/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver