Məhkəmə qərarları › İş №1(004)-200/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-200/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-200/2024 19.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 30 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 30 may 2023-cü il tarixdə saat 20:10-dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 evin qarşısında saxlanılaraq, polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qara rəngli dəri pul kisəsindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,458 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 20:30-dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 evin qarşısında piyada hərəkət edən zaman şübhəli göründüyü üçün saxlanılaraq, polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins gödəkçənin sol yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümdə - 0,458 qram çəkidə qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, artıq altı ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik maddələrdən artıq asıllıq yarandığı üçün həmin maddələrdən o, istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən o, son vaxtlar ağırları olan zaman ayrı-ayrı yerlərdən narkotik vasitə olan heroin, yaxud psixotrop maddə olan metamfetamin tapıb qəbul edir və bir müddət sakitləşir. O, bədənində ağrıları başladığından 30 may 2023-cü il tarixdə səhər saatlarında psixotrop maddə almaq üçün Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün ağ rəngli kağıza bükülmüş ağ rəngli kristall şəkilli «şüşə» kimi bildiyi psixotrop maddə olan metamfetamini alıb sağ əlində gəzdirdiyi qara rəngli dəri pul qabının içərisində gizlədərək yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin gün saat 20:10 dəqiqədə o, ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən hansı səbəbə saxlandığını soruşduqda onlar ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal Rayon Polis idarəsinin 27-ci polis şöbəsinin inzibati binasına getmişdir. Həmin şöbəyə aparıldıqdan sonra orada onun hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan müdafiəçi qismində vəkil dəvət etdilər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisi X13 iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra ondan tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O, qadın cinsindən olduğu üçün üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan X1 başlamışdır. O, həmin vaxt sağ əlindəki qara rəngli dəri pul qabının içərisinə gizlətdiyi bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində ağ rəngli, kristall şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyimi soruşduqda o, bükümdə olan psixotrop maddənin metamfetamin olduğunu, həmçinin qeyd olunan maddəni 30 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı. soyadı və atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 15 manat pul müqabilində aldığımı bildirmişdir. Bundan sonra onun pul qabından aşkar olunmuş və ağ rəngli kağıza bükülmüş bir ədəd büküm gözlərinin qarşısında içi boş zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Daha sonra həmin zərfin üzəri iştirakçılar və onun tərəfimdən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. 17 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində o Yasamal rayonu, Ayna Sultanova küçəsi ev 31 nömrəli evin qarşısında olan zaman ona polis əməkdaşları yaxınlaşaraq 26-ci polis bölməsinə dəvət etdilər. Orada olarkən ona bildirdilər ki, o 27-ci polis şöbəsi tərəfindən axtarışa verilib. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmayıb. 1 saat sonra bölməyə 27-ci polis şöbəsinin 3 nəfər əməkdaşları gələrək onu maşına otuzdurub polis şöbəsinə apardılar. Maşında gedərkən onlardan biri ona içərisində heroin olan bir bükümü verdi və dedi ki qoy cibinə polis şöbəsində olarkən videoçəkilişdə çıxardıb təqdim edərsən.O isə öz növbəsində polisdən qorxduğu üçün buna əməl edərək narkotik vasitəni əynində olan göy rəngli cins gödəkçənin sol yan cibinə qoymuşdur. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan müdafiəçi qismində vəkil dəvət etdilər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisi X3 iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O, qadın cinsindən olduğu üçün üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan X1 başlamışdır. Həmin vaxt əynində olan göy rəngli cins gödəkçəsinin sol yan cibində içərisində narkotik vasitə heroin olan bir ədəd bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyimi soruşduqda o, bükülüdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm gözlərinin qarşısında içi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Daha sonra həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda 27-ci polis şöbənin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın bir daha yoxlanılması məqsədi ilə o, digər iş yoldaşı olan, əməliyyat müvəkkili, polis leytenantı X10 iştirakı ilə 30 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil etmişdir. 30 may 2023-cü il tarixdə saat 20:00-dəqiqədə hər ikisi ünvan 2 ünvanın qarşısında olan zaman orada piyada hərəkət edən və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, ona özlərini təqdim edib həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər.Bundan sonra həmin şəxsə onlar narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada həmin şəxsi xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan müdafiəçi qismində vəkil dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisi X13 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əyşa və yaxud sənədlər varsa, təqdim etsin. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan X1 başlamışdır. Həmin vaxt üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli dəri pul kisəsindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm onların və Təqsirləndirilən şəxs iştirakı ilə açılan zaman bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyimi soruşduqda həmin şəxs bükümdə olan maddənin metamfetamin olduğunu və həmin psixotrop maddəni 30 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 15 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş büküm iştirak edən şəxslərin gözləri qarşısında təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Daha sonra həmin zərfin üzəri orada iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs ilə bərabər müdafiəçisi, həmçinin orada iştirak edən şəxslər imzaları ilə həmin protokolu təsdiq etmişlər. Əlavə suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs axtarışda olub və onun ikinci dəfə tutulmasında iştirak etməməsinə baxmayaraq, keçirilmiş bütün əməliyyat tədbirlərindən məlumatı olub. Sonradan bildirdi ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saxlanılması ilə bağlı məhkəmədə dedikləri hamısı yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hal-hazırda qeyd olunan şöbənin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın bir daha yoxlanılması məqsədi ilə o, digər iş yoldaşı olan, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 17 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil etmişdir. 17 oktyabr 2023-cü il tarixdə saat 20:50-dəqiqədə hər ikisi ünvan 3 ünvanın qarşısında olan zaman orada piyada hərəkət edən və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, ona özlərini təqdim edib həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər.Bundan sonra həmin şəxsə onlar narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada həmin şəxsi xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan müdafiəçi qismində vəkil dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əyşa və yaxud sənədlər varsa, təqdim etsin. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan X1 başlamışdır. Həmin vaxt üzərində olan narkotik maddəni gizlətməyin mümkün olmadığını görüb Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçəsinin sol yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm onların və Təqsirləndirilən şəxs iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyimi soruşduqda həmin şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və narkotik maddəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi beş manat müqabilində aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş büküm iştirak edən şəxslərin gözləri qarşısında təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Daha sonra həmin zərfin üzəri orada iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs ilə bərabər müdafiəçisi, həmçinin orada iştirak edən şəxslər imzaları ilə həmin protokolu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 İspəndiyar oğlunun ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Səmədova (Dərvişova) Sahilə Səmədağa qızının ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. O, Yasamal Rayon Polis İdarəsinin 27-cı Polis Şöbəsinin yaxınlığında yerləşən evlərin birində kirayə yaşadığı üçün, 30 may 2023-cü il tarixdə axşam saat 21 radələrində 27-cı Polis Şöbəsinin inzibati binasının qarşısından keçərkən polis əməkdaşlarından biri yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxladıqları şəxsin qadın olduğundan, həmin şəxsin üzərində şəxsi axtarış aparılması üçün polis şöbəsinə gəlməyini ondan xahiş etdilər. O, etiraz etməyib razılaşdıqdan sonra polis əməkdaşı ilə birlikdə polis şöbəsinin inzibati binasına tərəf getdim. Orada xidməti iş otaqlarının birinə daxil olan zaman təhqiqatçı tərəfindən sonradan adını bildiyim şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah olundu və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində vəkili X19 dəvət olundu. Bundan başqa həmin vaxt otaqda iştirakçı qismində iki nəfər polis əməkdaşı olmuşdur. Daha sonra həmin müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə, yaxud qanunla dövriyyəsi qadağan edilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün onun üzərində şəxsi axtarışı həmin vaxt yalnız o keçirmişdir. Təklif edildikdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli dəri pul kisəsindən ağ rəngli kagıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs ilə yanaşı digər iştirakçıların və onun gözləri qarşısında açılan zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə yanaşı digər iştirakçıların və onun gözü qarşısında sonuncunun təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan ağ rəngli kağıza bükülmüş bir ədəd büküm içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli dəri pul kisəsindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan psixotrop maddənin metamfetamin olduğunu və həmin maddəni 30 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən on beş manat pul müqabilində aldığını və yalnız özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra o, təhqiqatcı tərəfindən tərtib edilmiş protokola imza etmiş və qeyd olunan polis şöbəsini tərk etmişdir. Bundan başqa o, 17 oktyabr 2023-cü il tarixdə axşam saat 22 radələrində bir daha 27-cı Polis Şöbəsinin inzibati binasının qarşısından keçərkən polis əməkdaşlarından biri ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxladıqları şəxsin qadın olduğundan, həmin şəxsin üzərində şəxsi axtarış aparılması üçün polis şöbəsinə gəlməyini xahiş etmişdir. O, etiraz etməyib razılaşdıqdan sonra polis əməkdaşı ilə birlikdə polis şöbəsinin inzibati binasına tərəf getmişdir. Orada xidməti iş otaqlarının birinə daxil olan zaman təhqiqatçı tərəfindən şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində vəkili X6 dəvət olunmuşdur. O, artıq bir dəfə Təqsirləndirilən şəxs həmin polis şöbəsində saxlanıldığını görmüşdür. Bundan başqa həmin vaxt otaqda iştirakçı qismində iki nəfər polis əməkdaşı olmuşdur. Daha sonra qeyd olunan müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün onun üzərində şəxsi axtarışı həmin vaxt yalnız o, keçirməyə başlamışdır. Təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçəsinin sol yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs ilə yanaşı digər iştirakçıların və onun gözləri qarşısında açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə yanaşı digər iştirakçıların və onun gözləri qarşısında sonuncunun təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan qızılı rəngli kağıza bükülmüş bir ədəd büküm içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra o, yenidən təhqiqatcı tərəfindən tərtib edilmiş protokola imza etmiş və polis şöbəsini tərk etmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan 30 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 143-144-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 145-147-ci vərəqələrində olan qətimkan tədbiri seçmək 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 17 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 69-71-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 6/5561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddə...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,458 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 manat təşkil etmişdir. Cinayət işinin 116-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 6/3104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...L Xəlilova imza...” sözləri və imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi - 0,157 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 117-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 manat təşkil etmişdir. Cinayət işinin 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 şəxsi Ambulator X7 ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 8233 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onu ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 212-223-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,408 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,107 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 02 ədəd CD disklər cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan AZ-İV seriyalı, 359260 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cu il təvəllüdlü X21 atası E.M.Xəlilov, anası isə Təqsirləndirilən şəxsdır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 30 may 2023-cü il tarixdə saat 21:45 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X11 əyləşdiyi xidməti iş otağıdır. Videogörüntüdən görünür ki, təhqiqatçı X11 qarşısındakı masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri, 22 nömrəli Vəkil Bürosunun müdafiəçisi X14r. Xidməti otaqda olan masanın qarşısında - əynində qara rəngli cins şalvar və boz rəngli mayka olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ tərəflərində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2dur. Videoçəkilişin davamında təhqiqatçı X17, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün onun üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan X2. Bu zaman Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli dəri pul kisəsinin içərisinə qoyduğu ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü iştirakçıların və şübhəli şəxsin gözü qarşısında açılır və həmin bükülüdə ağ rəngli, kristall şəkilli maddənin olması aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin «metamfetamin» kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddəni 30 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 15 manat pul müqabilində aldığını və satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində daşıyaraq 30 may 2023-cü il tarixdə saat 20:10 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 2 evin qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağıza bükülmüş bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı X17 tərəfindən qablaşdırılaraq içi boş olan zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X19, X9 və polis əməkdaşları tərəfindən imzalanır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan digər CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 17 oktyabr 2023cü il tarixdə saat 22:20 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X22 əyləşdiyi xidməti iş otağıdır. Videogörüntüdən görünür ki, baş təhqiqatçı X22 qarşısındakı masa arxasında, sağ tərəfdə əyləşmiş şəxs,Bakı şəhəri, 22 nömrəli Vəkil Bürosunun müdafiəçisi X5r. Xidməti otaqda olan masanın qarşısında - əynində göy rəngli cins şalvar və göy rəngli cins gödəkçə olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ tərəflərində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin C/A üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2dur. Videoçəkilişin davamında baş təhqiqatçı Tahir Əzizov, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs qadın cinsindən olduğu üçün onun üzərində şəxsi axtarışı orada iştirak edən eyni cinsdən olan Şahid4 keçirir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins gödəkçəsinin sol yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxardıb təqdim edərək, qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli kağıza bükülmüş bir ədəd bükülü iştirakçıların və şübhəli şəxsin gözü qarşısında açılır və həmin bükülüdə qəhvəyi rəngli, toz şəkilli maddənin olması aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin maddəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən beş manat pul müqabilində aldığını və satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində daşıyaraq 17 oktyabr 2023-cü il tarixdə saat 20:30 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 3 evin qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli kağıza bükülmüş bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında baş təhqiqatçı X29 tərəfindən qablaşdırılaraq içi boş olan zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6, Şahid4 və polis əməkdaşları tərəfindən imzalanır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD disklərdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən narkotik vasitənin aşkar edilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, qadın olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 oktyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X7nın xx.xx.2023-cü il tarixli, 8233 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertizalar nəticəsində qalıq çəkisi 0,408 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,107 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 143 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertizalar nəticəsində qalıq çəkisi 0,408 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,107 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 143 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar