Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-200/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bərdə rayonu, Hacıalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 17B, mənzil 14 qeydiyyatda olmaqla, faktiki olaraqBakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan, 2017-ci ilin avqust ayından noyabr ayının sonlarına qədər olan müddət ərzində ünvan 1 ünvanında yerləşən, 13 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarışa və 15 may 2015-ci il tarixli, **********37-06301 reyestr nömrəli, 11/974 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətində olan 145,6 kvadratmetr tikinti altı sahədə tikilmiş 129,8 kvadratmetr sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının üzərində binanın birinci mərtəbəsində təqdim edilmiş memarlıq planlaşdırma həllində “10” və “11” oxları üzərində yerləşən 2 ədəd monolit dəmir-beton olan rigellərin aşırımı 7,1 metr təşkil edilməsinə baxmayaraq, aşırımının uzunluğu 6 metrdən çox olan tikinti obyektlərinin layihələri ekspertizadan keçirilməsi barədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsinin tələblərini pozaraq, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə 6 iyun 2017-ci il tarixdə razılaşdırılmış eskiz layihəsini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində Təsisatdankənar dövlət ekspertiza baş idarəsi ilə razılaşdırmadan, həmin layihəyə müvafiq olaraq binanın ikinci mərtəbəsində təqdim edilmiş memarlıq planlaşdırma həllində öz əksini tapan (8 oxu üzərində) metal sütunların yalnız birini inşa etdirməklə, 130,56 kvadratmetr sahədə ikinci mərtəbəni inşa etdirmiş, onun özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri bina tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyi üçün həmin binada işləyən, hər hansı əsaslarla xidmət göstərən və müştəri kimi gələn insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən birmərtəbəli qeyri-yaşayış binasını hazırda adını xatırlamadığı şəxsdən 125000 manata almışdır. Qeyri-yaşayış sahəsini aldığı zaman vəsaiti çatmadığına görə qohumu Şahid1 35000 manat pul borc almışdır. Alqı-satqı işləri başa çatdıqdan sonra qeyri-yaşayış binası 13 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya nömrəsi RX ******* olan çıxarışla mülkiyyətinə keçmiş, ona 15 may 2015-ci il tarixli, reyestr nömrəsi **********37-06301, inventar nömrəsi isə 11/974 olan texniki pasport verilmişdir. Qeyri-yaşayış sahəsini aldıqdan bir müddət sonra şəxsi işləri ilə əlaqədar olaraq Şahid1 əlavə olaraq borc pul almışdır. Borcunu ödəyə bilmədiyi üçün Şahid1 borcunun müqabilində ona məxsus ünvan 2 ünvanında yerləşən birmərtəbəli qeyriyaşayış binasının ikinci mərtəbəsini inşa edərək istifadəsinə götürməsini təklif etmiş və bu barədə aralarında razılaşma olmuşdur. Bundan sonra 2017-ci il tarixdə binanın 1-ci mərtəbəsi onun mülkiyyətində qalmaqla Şahid1 binanın ikinci mərtəbəsini inşa etdirmişdir. İnşa işləri başa çatdıqdan sonra binanın onun mülkiyyətində olan sahəsi də daxil olmaqla bina Padişah restoranı adı altında fəaliyyət göstərmişdir. 2020-ci il tarixdə pula ehtiyacı olduğu üçün binanın mülkiyyətində olan birinci mərtəbəsini qohumu Şahid2 satmışdır. Binanı aldığı zaman bina birmərtəbəli olmaqla daxilində otaq bölgüsü aparılmamış və təmirsiz olmuşdur. 2017-ci il tarixdə Şahid1 tərəfindən binanın ikinci mərtəbəsinin inşası ilə icra edilmiş təmir-tikinti işlərinin səndələşməsi onun adına aparılmışdır. Şahid1 tərəfindən binada aparılan təmir- tikinti işləri layihələri çəkilmiş, binanın inşası başa çatdıqdan sonra isə binanın istismarına dair icazə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində yerləşən, hazırda “Padişah” adı altında istifadə edilən ikimərtəbəli qeyri-yaşayış binasının üzərində əlavə mərtəbənin tikintisinin layihələndirilməsi ilə əlaqədar təqdim olunmuş memarlıq- palanlaşdırmasının həlli lahiyəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmasına baxmayaraq, həmin layihəyə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatının hər hansı bir rəy alınmamışdır. Binada təmir-tikinti işlərinə başlanılan zaman həmin işlərin başlanılmasına dair Bakı şəhər İcra Hakimiyyəti və ya Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tikintiyə və tikinti işlərinin başlanılmasına dair xüsusi nişan və icazə verilib-verilməməsini xatırlamır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi haqqında 28 mart 2018-ci il tarixli, 155 nömrəli sərəncam və 28 mart 2018-ci il tarixli, 155 nömrəli tikinti obyektinin istimarına icazə verilən zaman həmin sənədələrin aidiyyəti təşkilatlarla, eləcə də Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi və Fövqəladə Hallar Nazirliyi X7 Xidməti ilə razılaşdırılıb-razılaşdırılmaması barədə məlumatı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə də, məhkəmə şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelahiyə” dövlət layihə institunun texniki şöbəsinin müdiri Şahid4 ifadəsində göstərmişdir ki, 3 dekabr 2024-cü il tarixdə o, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin baş məsləhətçisi - baş müfəttişi Şahid5 və işlədiyi institutunun 1 nömrəli memar-inşaat şöbəsinin memarı Qurban Kərimli ilə birilikdə Agentliyin rəhbərliyinin tapşırığına əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinə vizual texniki baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış obyekti 2 mərtəbəli, planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 14x9,8 metrdir. Binanın birinci mərtəbəsinin əsas hissəsi karkas konstruksiyalı, digər hissəsi yüngül (metal) konstruksiyadan, ikinci mərtəbəsi isə yüngül (metal) konstruksiyalı inşa edilmişdir. Binanın birinci mərtəbəsində sütunlar (400x400mm), rıgellər (400x600mm) və örtük tavası (150 mm) monolit dəmir-betondan yerinə yetirilmişdir. Binanın birinci mərtəbəsinin əlavə hissələri, ikinci mərtəbəsi sonradan tikinti norma və qaydalarının tələblərinə əməl edilmədən açılıb-örtülən çadır tipli dam örtüyündən quraşdırılmışdır. Binanın ikinci mərtəbəsi qeyri-yaşayış obyekti qonşu binalar ilə ara məsafəsi - metronun “Elmlər Akademiyası” stansiyası binası (sol yan fasad hissəsi) ilə 6 metr, Universitet binası (sağ yan fasad hissəsi) ilə ara məsafəsi isə 2,1 metr təşkil edir. Bundan əlavə olaraq obyektin ön fasad hissəsi sonradan ümumi istifadədə olan, piyadaların hərəkət zolağına 2,2 metr artırılmışdır. Baxış zamanı qüsur olaraq müəyyən edilmişdir ki, onlara təqdim edilmiş “Eskiz layihə”-dən fərqli olaraq binanın ön fasad üzrə sonradan inşa edilmiş yüngül konstruksiyadan olan hissəsi layihədə 16,69x1,8 metr verildiyi halda, yerində 16,6x2,2 metr inşa edilmişdir. Təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın yan fasad üzrə (Bakı Dövlət universiteti tərəfdən) sonradan inşa edilmiş yüngül konstruksiyadan olan hissəsi layihədə 2,64x6,91 metr verildiyi halda, yerində 1,3x5,3 metr inşa edilmişdir. Təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın daxilində ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş metal konstruksiyadan olan vintvari pilləkən yerində inşa edilməmiş, pilləkən sonradan inşa edilmiş əlavə hissədə metal konstruksiyadan quraşdırılmışdır. Təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın daxilində əlavə metal konstruksiyadan pilləkən inşa edilmiş sanitar qovşağının üzərində əlavə sahə inşa edilmişdir. Binanın birinci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində “10” və “11" oxları üzərində yerləşən 2 ədəd monolit dəmir-betondan olan rigellərin aşırımı 7,1 metr təşkil edilməsinə baxmayaraq, tikintinin layihəsi Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmamışdır. Binanın ikinci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində öz əksini tapan (“8” oxu üzərində) metal sütunların yalnız biri inşa edilmişdir. Bina ümumi istifadədə olan ərazidə, piyadaların hərəkət zolağının 2,2 metrlik hissəsini zəbt etməklə inşa edilmişdir. Binanın inşası zamanı mövcud qonşu obyektlər ilə (metrostansiyası və universitet binaları ilə) ara məsafəsi gözlənilməmişdir. Keçirilmiş baxışın nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış obyekti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Bina tikinti norma və qaydaları tələblərinə cavab vermədiyi üçün hal-hazırda istismara yararsızdır və real təhlükə mənbəyidir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Bakı regional tikinti müfəttişliyinin Ümumi sektorunun baş müfəttişi Bayramov X4 Amil Teymur oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid1 ifadələrində göstərmişdir ki, qohumu Təqsirləndirilən şəxs 2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən birmərtəbəli qeyri-yaşayış binasını aldığı zaman vəsaiti çatmadığına görə ondan 35000 manat borc almışdır. Qeyri-yaşayış sahəsini aldıqdan bir müddət sonra şəxsi işləri ilə əlaqədar olaraq Yusif ondan əlavə olaraq borc pul götürmüşdür. 2017-ci borc müqabilində Yusiflə aralarında razılığa gəlmişdir ki, o, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli qeyri-yaşayış binası üzərində əlavə mərtəbə inşa edəcək və qeyri-yaşayış sahəsi istismara qəbul edildikdən sonra Yusif ikinci mərtəbəni ona satacaqdır. Həmin vaxt aralarında olan razılaşma sadə yazlı müqavilə formada aparılmışdır. Həmin müqaviləni bir neçə notariat ofisində rəsmiləşdirmək istəmişlər, lakin çıxarış olmadığına görə qeyd edilən əqdin təsdiq edilməsi mümkün olmamışdır. Bundan sonra o, Yusifin təqdim etdiyi binanın ikinci mərtəbəsinin tikintisi ilə bağlı müvafiq dövlət orqanları ilə razılaşdırılmış lahiyə səndələri əsasında öz vəsaiti ilə 2017-ci ilin təxminən avqust ayından 2017-ci ilin noyabr ayının sonlarına qədər olan müddət ərzində binanın ikinci mərtəbəsini inşa etdirmişdir. Binanın ikinci mərtəbəsinin inşası 2017-ci ildə memar X3 tərəfindən çəkilmiş və 6 iyun 2017-ci il tarixli, 18/03-8/1471 qeydiyyat nömrəsi ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış eskiz layihə əsasında aparılmışdır. Qeyd edilən eskiz layihədən başqa binanın ikinci mərtəbəsi inşa edildiyi zaman ona texniki layihə sənədləri kimi binanın işçi memarlıq və konstrusiya cizgiləri, konstruktiv hesabat sənədlərinin müvafiq təşkilatlarla razılaşdırılmalı olmağı barədə göstəriş verilməmişdir. Binanın ikinci mərtəbəsi yüngül konstruksiyadan quraşdırıldığı üçün binanın işçi memarlıq və konstrusiya cizgiləri, konstruktiv hesabat sənədlərinin tərtib edilərək müvafiq təşkilatlarla razılaşdırılmasına zərurət olmamışdır. Binanın inşası başa çatdıqdan sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi haqqında 28 mart 2018-ci il tarixli, 155 nömrəli sərəncam və 28 mart 2018-ci il tarixli, 155 nömrəli tikinti obyektinin istimarına icazə sənədi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən binanın istiamarına dair sərəncam və icazə verilən zaman həmin sənədələrin aidiyyəti təşkilatlarla, eləcə də Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi və Fövqəladə Hallar Nazirliyi X7 Xidməti ilə razılaşdırılıb-razılaşdırılmaması barədə məlumatsız olmuşdur. Binada aparılan təmir-tikinti işlərinin səndələşməsi Təqsirləndirilən şəxs adına aparılmasına baxmayaraq, həmin tikinti işləri faktiki olaraq tərəfimdən aparılmış və Yusif həmin işlərin görülməsində hər hansı bir iştirakı olmamışdır. Bina Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istismara qəbul edildikdən sonra binadan Yusiflə birlikdə istifadə etmişdir. 2020-ci ildə Yusif binanın mülkiyyətində olan birinci mərtəbəsini bacısının əri, həmçinin onun xalası oğlu Şahid2 adına sənədləşdirmişdir. Binanın birinci mərtəbəsi Şahid2 mülkiyyətinə keçdikdən sonra o, binadan Vidadi ilə birlikdə istifadə etmişdir. 2024-cü ilin noyabr ayının əvvəllərində Vidadi binanın mülkiyyətində olan hissəsini ona bağışlamış, lakin ikinci mərtəbə binanın texniki pasportunda qeyd edilmədiyi üçün Vidadi həmin yüngül konstruksiyanın binanın texniki pasportuna əlavə edilməsi üçün dövlət əmlak xidmətinə müraciət etmişdir. Qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra bina rəsmi olaraq 10 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla onun mülkiyyətindədir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Əliyev X5 Şöhrət Rza qızı ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 145,6 kvadratmetr tikinti altı sahədə tikilmiş 129,8 kvadratmetr sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası Təqsirləndirilən şəxs mülkiyyətindədir. (5-ci cild, İ/V 113-122) 3 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəsində binanın birinci mərtəbəsində 2-9 və 7-8 oxları arasında ölçülər 2,64 x 6,913 metr verildiyi halda, mövcud vəziyyətdə həmin ölçülər 1,3 x 7,7 metr, binanın birinci mərtəbəsinin ön hissəsində 3-2 oxlar arasında ölçülər 1,823 x 14,049 metr verildiyi halda, mövcud vəziyyətdə isə həmin ölçülər 15,50 x 2,20 metr, qeyd ölçüləri çıxmaq şərti ilə birinci mərtəbənin daxildən eni 9,6 metr, uzunluğu isə 13,6 metr olduğu müəyyən edilmişdir. Binanın birinci mərtəbədə sütunları 400x400 mm, rigellər isə 400x700 mm ölçüdə olmaqla monalit betondur. Sütunlar arası addım məsafə 7,3 metr, aşrımlar arası məsafə isə 4,2 və 3,6 metrdir. Binanın ikinci mərtəbəsi 100x100 mm ölçüdə metal qutu profildən inşa edilmişdir. İkinci mərtəbədə sütünlar arası məsafə 4,9 metr, aşrımlar arası məsafə isə 7 metrdir. İkinci mərtəbənin damı su keçirməyən parça materiallar üzlənmiş, mövsümə uyğun olaraq avtomatik açılıbbağlanan tipli quraşdırılmışdır. (1-ci cild, i/v 93-95) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 10 dekabr 2024-cü il tarixli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti iki mərtəbəli, planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 14 x 9,8 metrdir. Binanın birinci mərtəbəsinin əsas hissəsi karkas konstruksiyalı, digər hissəsi yüngül (metal) konstruksiyadan, ikinci mərtəbəsi isə yüngül (metal) konstruksiyalı inşa edilmişdir. Binanın birinci mərtəbəsində sütunlar (400x400mm), rigellər (400x600mm) və örtük tavası (150 mm) monolit dəmir-betondan yerinə yetirilmişdir. Binanın birinci mərtəbəsinin əlavə hissələri, ikinci mərtəbəsi sonradan tikinti norma və qaydaların tələblərinə əməl edilmədən açılıb örtülən çadır tipli dam örtüyündən quraşdırılmışdır. Binanın ikinci mərtəbəsi qeyriyaşayış obyekti qonşu binalar ilə ara məsafəsi - metronun “Elmlər Akademiyası” stansiyası binası (sol yan fasad hissəsi) ilə 6 metr, Universitet binası (sağ yan fasad hissəsi) ilə ara məsafəsi isə 2,1 metr təşkil edir. Bundan əlavə olaraq obyektin ön fasad hissəsi sonradan ümumi istifadədə olan, piyadaların hərəkət zolağına 2,2 metr artırılmışdır. Baxış zamanı qeyri-yaşayış obyektində aşağıda qeyd olunan qüsurlar müşahidə edilmişdir: binanın birinci və ikinci mərtəbələrinin inşaasına dair heç bir texniki layihə sənədləri (işçi memarlıq və konstruksiya cizgiləri, konstruktiv hesabat və s.) təqdim edilmədi; təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın ön fasad üzrə sonradan inşa edilmiş yüngül konstruksiyadan olan hissəsi layihədə 16,69x1,8 metr verildiyi halda, yerində 16,6x2,2 metr inşa edilmişdir; təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın yan fasad üzrə (Bakı Dövlət universiteti tərəfdən) sonradan inşa edilmiş yüngül konstruksiyadan olan hissəsi layihədə 2,64x6,91 metr verildiyi halda, yerində 1,3x5,3 metr inşa edilmişdir; təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın daxilində ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş metal konstruksiyadan olan vintvari pilləkən yerində inşa edilməmiş, pilləkən sonradan inşa edilmiş əlavə hissədə metal konstruksiyadan quraşdırılmışdır; təqdim edilmiş “Eskiz layihə”dən fərqli olaraq binanın daxilində əlavə metal konstruksiyadan pilləkən inşa edilmiş sanitar qovşağının üzərində əlavə sahə inşa edilmişdir; binanın birinci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində “10” və “11” oxları üzərində yerləşən 2 ədəd monolit dəmir-betondan olan rigellərin aşırımı 7,1 metr təşkil edilməsinə baxmayaraq, tikintinin layihəsi Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmamışdır; binanın 2-ci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində öz əksini tapan (“8” oxu üzərində) metal sütunların yalnız biri inşa edilmişdir; bina ümumi istifadədə olan ərazidə, piyadaların hərəkət zolağının 2,2 metrlik hissəsini zəbt etməklə inşa edilmişdir; binanın inşaası zamanı mövcud qonşu obyektlər ilə (Metro və Universitet binaları ilə) ara məsafəsi gözlənilməmişdir; ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyekti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Bina Tikinti norma və qaydaları tələblərinə cavab vermədiyi üçün hal-hazırda istismara yararsızdır və real təhlükə mənbəyidir. (1-ci cild, İ/V 134-135) Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin 24 yanvar 2025-ci il tarixli, 3-21-3-30/2- 2750/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 321,4 kvadratmetr təşkil edir. Həmin ünvanda yerləşən qeyri-yaşayış binasına dair tərtib edilmiş 15 may 2015- ci il tarixli, **********37-06301 reyestr nömrəli, 11/974 inventar nömrəli texniki pasportda (Təqsirləndirilən şəxs adına) və 14 oktyabr 2020-ci il tarixli, **********37-06301 reyestr nömrəli, 04/3347 inventar nömrəli texniki pasportda (Şahid2 adına) obyektin ümumi sahəsi 129,8 kvadratmetrdir. Qeyri-yaşayış binasına dair tərtib olunmuş 6 yanvar 2025-ci il tarixli texniki pasportda (Şahid2 adına) ümumi sahə 316,5 kvadratmetr olsa da, çıxarışda bu göstərici 129,8 kvadratmetr təşkil edir. Belə ki, obyektdə rekonstruksiya və yenidənqurma işləri aparılmışdır. Şahid2 adına tərtib edilmiş 6 yanvar 2025-ci il tarixli texniki pasportda qeyd olunan 2,3 və 4 saylı sahələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, digər sahələr isə texniki pasportda qeyd edilsə də, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. (1-ci cild, İ/V 92-93) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 27 yanvar 2025-ci il tarixli, 3-35/2-540/2025 nömrəli məktubuna əsasən, komitənin arxivində mövcud olan sənədlərə baxış nəticəsində ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin istismarına icazə sənədi aşkar edilməmişdir. (5-ci cild, İ/V 30) Bakı şəhər İcra Hakimiyyətinin 29 dekabr 2024-cü il tarixli, 3-52/2-4552/2024 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsinin razılaşdırılmasına, o cümlədən istismarına icazə verilməsinə əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi barədə məktuba baxılmış, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018- cu il tarixli 226 saylı Fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən hazırda Yasamal rayonu, B.Vahabzadə küçəsi 14C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsinin razılaşdırılmasına, o cümlədən istismarına icazə verilməsinə əsas olmuş sənədlərin surətlərinin təqdim edilmələri imkanları xaricindədir. (2-ci cild, İ/V 191) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 dekabr 2024-cü il tarixli, 13-13/2-1 /16- 18359/2024-cü il tarixli məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektronməlumat bazasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fiziki şəxs Təqsirləndirilən şəxs 15 avqust 2015-ci il tarixdən, 04/58-986 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. (1-ci cild, İ/V 118) Yasamal rayon İcra Hakimiyyətinin 23 dekabr 2024-cü il tarixli, 5-21/2- 1979/2024- cü tarixli məktuba əsasən, ünvan 1 ünvanında yerləşən “Padişah” adlı restoranın inşa edilməsinə, torpaq sahəsinin ayrılmasına, eləcə də tikinti işlərinin aparılmasına dair Rayon İcra Hakimiyyətində icazə sənədi aşkar olunmamışdır. (2-ci cild, i/v 192) Azəriqaz” İstehsalat Birliyi Bakı regional qazın satışı departamentinin 14 yanvar 2025-ci il tarixli, 14-2-2-4/2-45/2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən “Padişah” restoranı (AGİS) X1 Sistemində **********30069 nömrəli abonent kodu qeydiyyata alınmışdır. (4-cü cild, i/v 134) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli, 10/9605 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinin nəticə hissəsindən görünür ki, mülkiyyətinə verilməsinə əsas olmuş çıxarışda və texniki pasportda ümumi sahənin 129,8 kvadratmetr göstərildiyini, Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində yerləşən ikimərtəbəli obyektin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış Təqsirləndirilən şəxs adına tərtib edilmiş eskiz layihədə isə ümumi sahənin 300 kvadratmetr göstərildiyini nəzərə alaraq, çıxarışda və texniki pasportda göstərilən sahə ilə eskiz layidə göstərilən sahənin eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin baxış keçirilməsi haqqında 3 dekabr 2024- cü il tarixli protokolunda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəisi Cəbrayıl Xanlarovun imzası ilə təsdiq edilmiş və Əməliyyat-istintaq idarəsinə ünvanlanmış 12 dekabr 2024-cü il tarixli, 3-18-2/12- 13903/2024 saylı məktubda, eləcə də həmin Agentliyin mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli aktda göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində yerləşən Padişah adı altında fəaliyyət göstərən ikimərtəbəli obyektin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış 6 iyun 2017-ci il tarixli, 19/03-8/1471 qeydiyyat nömrəli eskiz layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Layihə ilə tikilinin mövcud vəziyyətində olan uyğunsuzluqlar aşağıdakı kimi müəyyən edilmişdir: qeyd olunan ünvanda yerləşən qeyri- yaşayış obyekti iki mərtəbəli, planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 14x9,8 metrdir. Binanın birinci mərtəbəsinin əsas hissəsi karkas konstruksiyalı, digər hissəsi yüngül (metal) konstruksiyadan, ikinci mərtəbəsi isə yüngül (metal) konstruksiyalı inşa edimişdir. Binanın birinci mərtəbəsində sütunlar (400x400mm), rigerler (400x600mm) ve örtük tavası (150 mm) monolit dəmir betondan yerinə yetirilmişdir. Binanın birinci mərtəbəsinin əlavə hissələri, ikinci mərtəbəsi sonradan tikinti normadan və qaydalarının tələblərinə əməl edilmədən açılıb-örtülən tipli dam örtüyündən quraşdınımışdır. Binanın ikinci mərtəbəsi qeyr-yaşayış obyekti qonşu binalar ilə ara məsafəsi - metronun “Elmlər Akademiyası” stansiyası binası (sol yan fasad hissəsi) ilə 6 metr, Universitet binası (sağ yan fasad hissəsi) ilə ara məsafəsi isə 2,1 metr təşkil edir. Bundan əlavə olaraq, obyektin ön fasad hissəsi sonradan ümumi istifadədə olan, piyadaların hərəkət zolağına 2,2 metr artırılmışdır; Binanın birinci və ikinci mərtəbələrinin inşasına dair heç bir texniki layihə sənədləri (işçi, memarlıq və konstruksiya cizgiləri, konstruktiv hesabat və s.) təqdim edilməmişdir; - Təqdim edilmiş Eskiz layihədən fərqli olaraq, binanın ön fasad üzrə sonradan inşa edilmiş, yüngül konstruksiyadan olan hissəsi layihədə 16,69x1,8 metr verildiyi halda yerində 16,6x2,2 metr inşa edilmişdir; Təqdim edilmiş eskiz layihədən fərqli olaraq, binanın yan fasad üzrə (Bakı Dövlət Universiteti tərəfdən) sonradan inşa edilmiş, yüngül konstruksiyadan olan hissəsi layihədə 2,64x6,91 metr verildiyi halda, yerində 1,3x5,3 metr inşa edilmişdir; Təqdim edilmiş eskiz layihədən fərqli olaraq, binanın daxilində ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş metal konstruksiyadan olan vintvari pilləkən yerində inşa edilməmiş, pilləkən sonradan inşa edilmiş əlavə hissədə metal konstruksiyadan quraşdırılmışdır; Təqdim edilmiş eskiz layihədən fərqli olaraq, binanın daxilində əlavə metal konstruksiyadan pilləkən inşa edilmiş sanitar qovşağının üzərində əlavə sahə inşa edilmişdir; Binanın birinci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində “10” və “11” oxları üzərində yerləşən 2 ədəd monolit dəmir-beton olan rigellərin aşırımı 7,1 metr təşkil edilməsinə baxmayaraq, tikintinin layihəsi Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmamışdır; Binanın birinci mərtəbəsində təqdim edilmiş Memarlıq Planlaşdırma həllində öz əksini tapan (8 oxu üzərində) metal sütunların yalnız bırı inşa edilmişdir; Bina ümumi istifadədə olan ərazidə, piyadaların hərəkət zolağının 2,2 metrlik hissəsini zəbt etməklə inşa edilmişdir; Binanın inşası zamanı, mövcud qonşu obyektlər ilə (Metro ve Universitet binaları ilə) ara məsafəsi gözlənilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində yerləşən ikimərtəbəli obyektin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış 6 iyun 2017-ci il tarixli, 19/03-8/1471 qeydiyyat nömrəli eskiz layihəsinə əsasən birinci və ikinci mərtəbələrinin ayrı-ayrılıqda ümumi sahələri 150 kvadratmetr təşkil etməklə, ümumi sahəsinin 300 kvadratmetr olduğu müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin baxış keçirməsi haqqında 3 dekabr 2024-cü il tarixli protokolunda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəisi Cəbrayıl Xanlarovun imzası ilə təsdiq edilmiş və Əməliyyat-istintaq idarəsinə ünvanlanmış 12 dekabr 2024-cü il tarixli, 3-18-2/12- 13903/2024 saylı məktubda, eləcə də həmin Agentliyin mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli Aktda göstərilənlərə əsasən ünvan 1 ünvanda yerləşən birmərtəbəli qeyri-yaşayış binasının Təqsirləndirilən şəxs adına tərtib edilmiş 15 may 2015-ci il tarixli, **********37- 06301 reyestr nömrəli texniki pasporta əsasən tikilinin konstruksiyasında funksional layinatında dəyişikliklər edildiyi, aparılan işlərin yenidən planlaşdırma, yenidənqurma işlərinə aid olduğu və həmin işlərin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış layihəyə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan binanın tikinti layihəsi ekspertizadan keçirilmədiyindən, tikinti işlərinin başlanılmasına müvafiq qaydada icazə alınmadığından, eləcə də binanın tikintisi yalnız ekspertiza müəssisəsinin müsbət rəyini almış tikinti layihəsi və müvafiq qaydada alınmış tikintiyə icazə əsasında başa çatdırıldıqdan sonra, binanın istismanına icazənin Şəhərsalma va Tikinti Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli, 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalan”na və Nazirlər Kabinetinin 2014-cü il, 16 sentyabr tarixli, 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısfna uyğun olaraq alınmadığından, tədqiq olunan tikilinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarf’nın 3.7-ci bəndinin, Şəhərsalama və Tikinti Məcəlləsinin 90-cı maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli, 309 nömrəli qararı təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tələblərin kim tərəfindən pozulmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli olduğundan, tələblərin kim tərəfindən pozulmasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli Aktda göstərilənlərə, tədqiq olunan bina tikinti norma və qaydaları tələblərinə cavab vermədiyi üçün hal-hazırda yararsızdır və real təhlükə mənbəyidir. (4-cü cild, i/v 145-151) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Bakı Şəhəri, Yasamal Rayonu, B. Vahabzadə küçəsi 14C yeni qaydalarla Yasamal rayonu, B. Vahabzadə küçəsi, giriş 17 ünvanında yerləşən Şahid1 məxsus 2 (İki) mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsinin 129.80 m2 sahəsində yerləşən yükdaşıyan konstruksiyaların texniki vəziyyəti barəsində rəydən görünür ki, ünvan 4 ünvanda yerləşən 2 (iki) mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində aparılan mühəndis-müayinə işləri zamanı aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Yasamal rayonu, B. Vahabzadə küçəsi 14C, yeni qaydalarla ünvan 4 ünvanda yerləşən Şahid1 qızma məxsus 2 (iki) mərtəbəli qeyri- yaşayış binasının 1-ci mərtəbəsi (çıxarış sənədi üzrə 129.80 m2 sahə, binanın A-C-l-4 oxlararası sahəsi) 2014- 2015-ci illərdə inşa edilmişdir. Qeyd edək ki, binada tikinti işləri fasilələrlə aparılmışdır. Sonradan binanın memarlıq-planlaşdırma həllində müəyyən dəyişikliklər edilmiş, yenidənqurma təmir bərpa işləri çərçivəsində 1-ci mərtəbənin ön tərəfində (A-A/l-1-4, A-C- 4-4/1 oxlararası sahədə) binaya bitişik əlavə hissələr (tambur) inşa edilmiş, 2-ci mərtəbəyə qalxan polad pilləkən konstruksiyası quraşdırılmış, eləcədə binanın 2-ci mərtəbəsi tikilmişdir. Sonradan artırılmış hissələr polad konstruksiyadan inşa edilmişdir. Qeyri-yaşayış binası planda düzbucaqlı şəkildə-olub, ümumi qabarit ölçüləri 12,32 m x 16,4 m (BxL) təşkil edir. Düz relyefli ərazidə yerləşən bina yerüstü 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbənin A-C-l-4 oxlararası sahəsində binanın yükdaşıyan sistemi lentvari və tək-tək dayanan başmaq bünövrəsindən, monolit sütunlardan, rigellərdən, daş divar hörgüsündən və mərtəbəarası dəmir-beton örtük tavasından təşkil olunmuşdur. Texniki baxış zamanı binanın 1-ci mərtəbəsinin A-C-l-4 oxlararası sahəsində yerləşən yükdaşıyan konstruksiyalarda ciddi zədələnmələr müşahidə edilməmişdir (şəkil 5,6); Yükdaşıyan dəmir-beton (sütun, rigel və örtük tavası) konstruksiyaların betonunun sıxılmada faktiki möhkəmliyi 340-1-450 kqq/sm2 intervalında dəyişir. Binanın 1-ci mərtəbəsinin A-C-l-4 oxlararası sahəsində (çıxarış sənədi üzrə 129.80 m2 sahəsində) yerləşən yükdaşıyan konstruksiyaların texniki vəziyyəti “işlək qabiliyyətli” qiymətləndirilir və onlar istismara yararlıdır. Qeyri-yaşayış binasının gələcək istismar göstəricilərini yaxşılaşdırmaq və zəlzələyədavamlılığını artırmaq məqsədi ilə binanın A-C-l-4 oxlararası sahəsində yerləşən mövcud bünövrə konstruksiyaları (lentvari və tək-tək dayanan başmaqlar) arasında yeni bünövrə tirləri (rabitələr) verilməklə birləşdirilməsi məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Əmlak Məslələri Dövlət Xidmətinin DƏDKR PHŞnin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Bakı Şəhəri, Yasamal Rayonu, B. Vahabzadə küçəsi 14C yeni qaydalarla Yasamal rayonu, B. Vahabzadə küçəsi, giriş 17 ünvanında yerləşən ümumi sahəsi 129.80 kv/m olan xüsusi mülkiyyət qeyri-yaşayış binası xx.xx.2025-ci il tarixdı Şahid1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 2024-cü il tarixli texniki hesabatından görünür ki, Bakı Şəhəri, Yasamal Rayonu, B. Vahabzadə küçəsi ərazisində yerləşən iki mərtəbəli qeyri-yaşayış binasına dair tədqiqat işləri aparılan ərazinin fon seysmikliyi 8 (səkkiz) baldır. Geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar 2-ci sinfə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin müdafiə tərəfinin təqdim etdiyi “AzİMETİ”-nin rəyinə və digər dəlillərə münasibətdə qeyd edir ki, həmin rəydə və digər sənədlərdə qeyd edilmiş hallar sözügedən mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə aparılan yenidənqurma işlərinin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması halını istisna etmir. Azərbaycan Respublikası CM-nin 222-1.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşını, ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilməsi halını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Daha sərt cəza növünün tətbiqi təqsirləndirilən şəxsin həyatına və ailə şəraitinə mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi üzrə islah işləri növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət, yerli özünüidarəetmə orqanlarında və özəl sektorda rəhbər, maddi məsul vəzifə tutmaq, həmçinin tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, eləcə də İş üzrə 01 ədəd CD formatlı disk və 01 ədəd “Flash” yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 06 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və özəl sektorda rəhbər, maddi məsul vəzifə tutmaq, həmçinin tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə 01 ədəd CD formatlı disk və 01 ədəd “Flash” yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-200/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-200/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver