Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-201/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 oğlunun, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş və özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 84 B nömrəli ünvanda yerləşən “Mondo” adlı qab-qacaq və suvenir satışı mağazısına müştəri kimi gələrək həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 fikrinin yayınaraq mağazanın digər hissəsinə keçməsindən istifadə edərək mağazada masanın üzərinə qoyulmuş sonuncuya məxsus balansında 3 (üç) manatlıq danışıq dəqiqələri olan 20 (iyirmi) manat dəyərindəki 055 *** ** ** mobil nömrə ilə istifadə olunan 2058 (iki min əlli səkkiz) manat dəyərində «Apple» markalı «İphone 11» modelli mobil telefonu və telefonun üzərinə keçirilmiş bir ədəd 10 (on) manat dəyərindəki şəffaf rəngli qoburu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 2091 (iki min doxsan bir) manat məbləğində maddi ziyan vurmaqla həmin mağazadan çıxan zaman mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edildiyini dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin mağazadan götürdüyü mobil telefonu özündə saxlayıb hadisə yerindən qaçıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2091 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” adlı çərəz və şirniyyatların satışı mağazasına müştəri kimi gəlib həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs5 fikrinin yayınmasından istifadə edərək mağazada masanın üzərinə qoyulmuş sonuncuya məxsus balansında 2 (iki) manatlıq danışıq dəqiqələri olan 5 (beş) manat dəyərindəki 055 *** ** ** mobil nömrə ilə istifadə olunan 580 (beş yüz səksən) manat dəyərində «Apple» markalı «İphone 8+» modelli mobil telefonu və telefonun üzərinə keçirilmiş bir ədəd 5 (beş) manat dəyərindəki ağ rəngli qoburula yanaşı həmin mağazanın müdiri Zərərçəkmiş şəxs6 məxsus 240 (iki yüz qırx) manat dəyərində «Samsung A2» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 592 (beş yüz doxsan iki) manat və Zərərçəkmiş şəxs6 240 (iki yüz qırx) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qadın ayaqqabıları” adlı ayaqqabı satışı mağazısına müştəri kimi gəlib həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 fikrinin yayınmasından istifadə edərək mağazada masanın üzərinə qoyulmuş çantanın içərisindən sonuncuya məxsus balansında 5 (beş) manatlıq danışıq dəqiqələri olan 10 (on) manat dəyərindəki 077 *** ** ** mobil nömrə ilə istifadə olunan 350 (üç yüz əlli) manat dəyərində «Techno pop 4» markalı mobil telefonu 3 (üç) manat dəyərindəki yaşıl rəngli qoburla birlikdə və 157 (bir yüz əlli yeddi) manat məbləğində nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanında yerləşən “Nə alsan 5 manat” adlı qadın geyimlərinin satışı mağazasında özünü müştəri kimi gəlib həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 fikrinin yayınmasından istifadə edərək mağazada masanın üzərinə qoyulmuş sonuncuya məxsus hər birinin dəyəri 5 (beş) manat olmaqla 055 *** ** ** və ***-***-**-** mobil nömrələrlə istifadə olunan 800 (səkkiz yüz) manat dəyərində «Samsung A 31» markalı mobil telefonu və telefonun üzərinə keçirilmiş bir ədəd 4 (dörd) manat dəyərindəki bənövşəyi rəngli qoburula yanaşı həmin mağazanın müdiri İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs4 məxsus 5 (beş) manat dəyərindəki 055 *** ** ** mobil nömrə ilə istifadə olunan 400 (dörd yüz) manat dəyərində «Redmi 9» markalı mobil telefonu 2 (iki) manat dəyərindəki şəffaf rəngli qoburla birlikdə, həmçinin sonuncuya məxsus kassa aparatının içərisində olan 200 (iki yüz) manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 809 (səkkiz yüz doqquz) manat və Zərərçəkmiş şəxs4 607 (altı yüz yeddi) manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1416 (min dörd yüz on altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o hər gün müxtəlif narkotik vasitələrdən istifadə etdiyi üçün onda narkotik vasitələrdən asılılıq yaranmışdır. 23.12.2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən “Mondo” adlı cehiz və qab-qacaq satışı ilə məşğul olan mağazaya daxil olmuşdur. O mağazanın içəsinində olan zaman orada olan masanın üzərində 1 ədəd “İphone” markalı mobil telefon olduğunu görmüşdür. O, həmin telefonu oğurlamaq üçün satıcı işləyən xanımın başını qatmaq məqsədi ilə bir ədəd güldan göstərərək həmin güldanı bəyəndiyini bildirib güldanı qablaşdırmağı xahiş etmişdir. Satıcı xanım güldanı qablaşdırmaq üçün gedərkən o, masanın üzərində olan mobil telefonu götürüb cibinə qoyub qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt o oğurladığı telefonun sahibi olan satıçı xanımın onun telefonun oğurlanmasından xəbəri olduğunun və onun arxası ilə qaçdığını hiss etməmişdir. Lakin buna baxmayaraq o daha sürətli qaçmağa başlamışdır. Biraz uzaqlşadıqdan sonra o həmin mobil telefonun markasının “İphone 11” olmasını görmüş və həmin telefonu “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Həmin telefonun satışından əldə etdiyi pula narkotik vasitə əldə edərək istifadə etmişdir. 07.01.2022-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu Yeni Yasamal ərazisində Əsəd Əhmədov küçəsində yerləşən ayaqqabı mağazasına daxil olmuşdur. Orada satıcı ona yaxınlaşıb hansı ayaqqabılarla maraqlanmaq istədiyini soruşduqda o, həmin qadın satıcıya bir neçə ayaqqabı göstərərək həmin ayaqqabıların böyük ölçülərinin olub-olmamasını soruşmuşdur. Həmin satıcı qadın ölçülərin çöldə olduğunu deyərək mağazadan çölə çıxmışdır. Bundan sonra o mağazada olan masanın üzərində olan çantadan mobil telefonu və 157 manat nağd pulu cəld şəkildə götürüb cibinə qoyub qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o həmin mobil telefonu telefonu “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 30 manata satmışdır. Həmin telefonun satışından əldə etdiyi pula narkotik vasitə əldə edərək istifadə etmişdir. 09.01.2021-ci il tarixdə narkotik vasitəyə ehtiyacı olduğu, lakin onu almağa pulu olmadığı üçün oğurluq etmək məqsədi ilə “Şamaxinka” adlanan ərazidə yerləşən “nə alsan 5 manat” adlı mağazaya daxil olmuşdur. O, mağazada guya əşyalarla maraqlanırmış kimi özünü göstərib mağazada olan tərliklərdən birini satıcıya təqdim edib həmin tərliyin başqa ölçüsünün olub-olmamasını soruşub əgər varsa həmin ölçünü gətirməsini xahiş etmişdir. Bu zaman həmin qadın satıcı tərliklərin ölçüsünü axtarmaq üçün kənara çəkildikdə o, dərhal kassanın yanından “Samsung A 31” markalı və “Redmi 9” markalı mobil telefonlarını və kassada kənara qoyulmuş 200 manat nəğd pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o “Samsung A 31” markalı mobil telefonu “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların satışı ilə məşğul olan “A- Telecom” mağazasında işləyən Orxan adlı şəxsə, “Redmi 9” markalı mobil telefonu isə “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə cəmi 150 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pula narkotik vasitə əldə edərək istifadə etmişdir. 04.01.2022-ci il tarixdə Səbail rayonu İçərişəhər adlanan ərazidə “Fayda” adlı şirniyyat və çərəzlər satılan mağazaya daxil olmuşdur. O, mağazaya nəzər saldıqdan sonra orada satıcının dayandığı yerdə olan masanın üzərində iki ədəd mobil telefonun olduğunu görmüşdür. Bundan sonra o satıcının diqqətini yayındıraraq masanın üzərinə qoyulmuş mobil telefonları oğurmalaq məqsədi ilə satıcıya orada olan şirniyyatlardan və çərəzlərdən yığaraq qutu hazırlamağını xahiş etmişdir. Bundan sonra satıcı onun verdiyi sifarişi hazırlamaq üçün qutunu götürərək sifariş verdiyi məhsulları yığmağa başlayanda o, satıcının başının sifarişə qarışdığını görüb masanın üzərinə qoyulmuş “İphone 8+” markalı və “Samsung” mobil telefonlarını gizli olaraq götürərək oradan uzaqlaşmışdır. Həmin mobil telefonları “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Həmin telefonun satışından əldə etdiyi pula narkotik vasitə əldə edərək istifadə etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, həbsdə oldu üçün zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 84B ünvanında yerləşən “Mondoda” mağazasında satıcı kimi işləyir. 23.12.2021-ci il tarixdə saat 13:30 radələrində bir nəfər kişi cinsindən olan şəxs mağazaya yaxınlaşaraq güldan almaq istədiyini bildirmişdir. O, həmin şəxsə necə bir məhsul almaq istədiyini soruşduqda o, orada olan güldanlardan birini ona göstərərək həmin güldanı qutuya qoyaraq bağlamağını bildirmişdir. O, qutunu götürmək üçün getmək istəyəndə mağazada masanın üzərinə qoyduğu “İphone 11” markalı mobil telofonunun orada olmamasını müəyyən etmişdir. Həmin zaman mağazada güldan almaq üçün sifariş verən şəxsdə mağazadan çölə çıxmışdır. O, həmin şəxin arxasınca çölə çıxıb ağlayaraq onun arxası ilə qaçmağa başlamış, lakin onun telefonunu oğurlayan şəxs dahada berk sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-in “102” Zəng Mərkəzinə məlumat vermişdir. O həmin mobil telefonu ayda 140 manat ödəmək şərti ilə kreditə almışdır. Həmin şəxs onun dəyəri 2058 manat olan “İphone 11” markalı mobil telefonunu, dəyəri 20 manat olmaqla üzərində 3 manatlıq danışıq dəqiqələri olan ***-***-**-** nömrəli sim kartını və 10 manat dəyərində telefon qoburunu oğurlamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 2091 manat maddi ziyan dəymişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayından Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanında yerləşən “Nə alsan 5 manat” adlı geyim mağazasında satıcı işləmışdir. 09.01.2021-ci il tarixdə saat 16 radələrində bir nəfər kişi cinsindən olan şəxs mağazaya yaxınlaşaraq gündəlik geyinmək üçün ayaqqabı istəmişdir. Buna görədə o, müştərinin istədiyi əşyanı gətirmək üçün kassadan uzaqlaşmışdır. Mağazada tək işlədiyi üçün satıcı və kassir özü olmuşdur. O, sifarişi tapa bilmədiyi üçün geri qayıtdıqda müştərinin orada olmadığını müəyyən etmişdir. Onun getdiyini fikirləşdiyindən digər müştərilərlə maraqlanmışdır. Üzərindən 3-4 dəqiqə sonra zəng etmək üçün kassadan telefonunu götürmək istədikdə “Samsung A 31” markalı mobil telefonunun və mağazada olan “Redmi 9” markalı mobil telefonun və qoyduğu 200 manat nəğd pulun orada olmadığını müəyyən etmişdir. O, mobil telefonunun oğurlandığını fikirləşdiyi üçün buna görədə mağazada olan müştərilərin telefonu ilə DİN-in “102” Zəng mərkəzinə mobil telefonların oğurlanması barədə məlumat vermişdir. Ona məxsus “Samsung A 31” markalı mobil telefonun dəyəri 800 manat olmuş, telefonun üzərində 2 ədən hər birinin dəyəri 5 manat olan mobil nömrə olmuşdur. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanında yerləşən “nə alsan 5 manat” geyim mağazasının sahibkarıdır. 09.01.2022-ci il tarixdə axşam saatlarında mağazada satıcı işləyən Mədinə ona zəng edərək mağazada oğurluq hadisəsi baş verdiyini, mağazanın telefonunu oğurlandığını bildirmişdir. O, buna görə mağazaya getmişdir. Mağazaya çatdıqdan sonra satıcı Günay ozünə məxsus olan “Samsung A 31” markalı və mağazada olan “Redmi 9” markall mobil telefonların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra o, mağazada kassaya baxdıqda 2-3 saat əvvəl sayaraq kassanın kənarına qoyduğu 200 manat pulun da kassada olmamasını müəyyən etmişdir. Buna görədə oda DİN-in “102” Zəng Mərkəzinə zəng edib bir daha həmin hadisəylə bağlı məlumat vermişdir. Həmin şəxs onun dəyəri 400 manat olan “Redmi 9” markalı mobil telefonunu, dəyəri 2 manat olan qoburu, dəyəri 5 manat olan ***-***-**-** mobil nömrəsini və 200 manat nağd pulunu ələ keçirmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 607 manat maddi ziyan dəymişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail rayonu Azərbaycan prosepkti 1 ünvanında yerləşən “Fayda” mağazasında satıcı işləyir. 04.01.2022-ci il tarixdə saat 11:00 radələrində bir nəfər kişi cinsindən olan şəxs mağazaya yaxınlaşaraq şirniyyat qutusu sifariş verərək almaq istədiyini bildirmişdir. O, həmin şəxsin sifariş verdiyi qutunu hazırlayarkən həmin qutunu sifariş verən şəxsin mağazanı tərk etdiyini görmüşdür. O, sifarişi yerinə boşaldaraq kassa aparatının yanına keçmişdir. Bu zaman kassa aparatının yaxınlığına qoyduğu özünə məxsus olan “Apple” markalı “İphone 8+” modelli mobil telefonunun və mağazaya məxsus olan “Samsung A 2” modelli mobil telefonun kassa aparatının yaxınlığında olmadığını aşkar etmişdir. Bundan sonra o bununla bağlı DİN-in “102” Zəng Mərkəzinə və Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etmişdir. Həmin şəxs onun dəyəri 580 manat olan “İphone 8+” markalı mobil telefonunu, dəyəri 5 manat olmaqla üzərində 2 manatlıq danışıq dəqiqələri olan sim kartını və 5 manat dəyərində telefon qoburunu ələ oğurlamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 592 manat maddi ziyan dəymişdir. “Samsung A2” markalı mobil telefon mağazanın müdirinə məxsus olmuşdur. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” adlı çərəz və quru meyvələr mağazasının sahibkarıdır. 04.01.2022-ci il tarixdə günorta saatlarında mağazada satıcı işləyən Nəzrin ona zəng edərək mağazada oğurluq hadisəsi baş verdiyini, özünün və mağazada istifadə edilən telefonunu oğurlandığını bildirmişdir. O, buna görə mağazaya getmişdir. Mağazaya çatdıqdan sonra nə baş verdiyini soruşmuşdur. Satıcı Nəzrin ozünə məxsus olan İphone 8+ markalı və mağazada olan Samsung A2 markall mobil telefonların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Daha sonra videogörüntülərə baxdıqda həmin şəxsin həqiqətəndə mağazadan mobil telefonları oğurlaması öz əksini tapmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 240 manat maddi ziyan dəymişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən məktəbə vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 112-114-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Y.Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsində yerləşən “Qadın ayaqqabıları” mağazasında satıcı kimi işləyir. 07.01.2021-ci il tarixdə saat 15 radələrində bir nəfər kişi cinsindən olan şəxs mağazaya yaxınlaşaraq ayaqqabı almaq istədiyini bildirmişdir. O, həmin şəxsdən nə kimi ayaqqabı istədiyini soruşduqda o, bir neçə ayaqqabı göstərərək həmin ayaqqabıların ölçüsünü olub-olmamasını soruşmuşdur. O, həmin şəxsə həmin ölçülərin çöldə olmasını bildirib ona görə çöldən gətirəcəyini deyib çölə çıxmışdır. Çöldə ayaqqabıları axtarmağa başlamış və təxminən 2-3 dəqiqə sonra içəri daxil olduqda həmin şəxsin sellofon torba götürmək adı ilə mağazadan çıxıb qaçaraq mağazadan uzaqlaşmağa başladığını görmüşdür. Həmin şəxs mağazadan çıxdıqdan sonra mağazada olan masanın üzərinə qoyduğu qara rəngli çantasınn açıq vəziyyətdə olmasını aşkar etmişdir. O, çantasına baxdıqda içərisində olan “Techno Pop 4” markalı mobil telefonumun və əl çantasında olan 157 manat pulun çantasında olmamasını aşkar etmişdir. Buna görədə o, baş vermiş hadisə ilə bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə məlumat vermişdir. Cinayət hadisəsi törədən şəxsi əvvəlcədən tanımadığını, həmin şəxsin təxminən 20-30 yaşlarında hündürboylu arıq bədən quruluşlu olmasını, başında qara papaq ağız hissəsində qara maska geyindiyini bildirmişdir. O, həmin şəxsi görsə onu asanlıqla tanıya bilər. Ona məxsus mobil telefonun qara rəngli olmasını və mobil telefonun üzərində yaşıl rəngli qobur olmasını bildirmişdir. Həmin mobil telefon ona təqdim edilsə asanlıqla tanıya bilər. Mobil telefonun İMEİ kodu **********74247 və **********74254-dür. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 525 manat maddi ziyan dəymişdir. Beləki, həmin şəxs onun dəyəri 350 manat olan “Techno pop 4” markalı mobil telefonunu, 157 manat nağd pulunu, dəyəri 10 manat olmaqla üzərində 5 manatlıq danışıq dəqiqələri olan ***- ***-**-** sim kartını və 3 manat dəyərində telefon qoburunu ələ keçimişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu 20 yanvar metrosunun yaxınlığında “A Telecom” mağazasında proqramist usta kimi fəaliyyət göstərir. 09 yanvar 2022-ci il tarixdə saat 19 radələrində əvvəllər tanımadığı bir şəxs mağazaya yaxınlaşaraq “Samsung Galaxy A 31” markalı mobil telefonu 180 manata satmaq istədiyini, o isə həmin şəxsə həmin mobil telefonu 150 manata ala biləcəyini bildirmişdir. Bundan sonra onlar razılaşmışlar və o “Samsung galaxy A31” markalı mobil telefonu almışdır. Mobil telefonun satıması ilə bağlı həmin şəxs öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, həmin sənədə mobil telefonun cinayət yolu ilə əldə etməməsi barədə imza etmişdir. O Təqsirləndirilən şəxs yalnız bir dəfə “Samsung galaxy A31” markalı mobil telefonu almışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 244-246-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası nəvəsidir. O, əvvəllər oğurluq cinayət əməlini törətdiyi üçün onunla elədə yaxınlıq münasibətləri yoxdur. ***-***-**-** mobil nömrəsi ona məxsusdur və uzun müddətdir ki, o istifadə edir. Təqsirləndirilən şəxs 09.01.2022-ci il tarixdə metronun 20 yanvar stansiyasının yaxınlığında Samsung A31 markalı mobil telefonu alarkən ona istifadəsində olan mobil nömrəni qeyd etməsi ilə bağlı bildirmişdir ki, tikintilərdə usta kimi işləyir. Siyəzən rayonunda yaşadığından Bakı şəhərinə gəldikdə bəzi vaxtlarda Təqsirləndirilən şəxs yaşadığı evdə qalmışdır. Təqsirləndirilən şəxs tək həmin mağazaya yox bundan başqa bir neçə mağazaya, borclu olduğu şəxlərə onun nömrəsini verərək Ümüdbəyin özünə məxsus olmasını bildirmişdir. Onun qeyd etdiyi mobil telefonun satılması ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə mobil telefon oğurlmasına görə məhkum olunduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçilrilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mobil telefonun və nağd pulun oğurlandığı ünvan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən ayaqqabı mağazasıdır. (Cild İ, i.v. 23- 26) Baxış keçilrilməsi haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus mobil telefonun, Zərərçəkmiş şəxs4 məxsus mobil telefonun və nağd pulun oğurlandığı ünvan Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanında yerləşən “nə alsan 5 manat” mağazadır. (Cild İ, i.v. 29-32) Hadisə yerinə baxış keçirilməsi barədə 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Nəzər qızına məxsus mobil telefonun oğurlandığı ünvan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 84B ünvanında yerləşən “Mondo” mağazasıdır. (Cild İ, i.v. 54-55) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilirək bildirmişdir ki, 23.12.2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən “Mondoda” adlı mağazaya daxil olarkən orada olan masanın üzərində “İphone” markalı mobil telefonun olmasını müəyyən etmişdir. O, həmin telefonu oğurlamaq üçün əlverişli fürsət axtarmış və buna görədə mağazada olan satıcı xanıma bir ədəd güldan göstərərək həmin güldanı bəyəndiyini bildirib güldanı qablaşdırmağı xahiş etmişdir. Satıcı xanım güldanı qablaşdırmaq üçün gedərkən o, masanın üzərində olan mobil telefonu götürərək cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. Bu zaman həmin mağazada satıcı işləyən xanımda onun arxasınca gəlməyə başlamışdır. O, həmin qadının onun arxasınca gəldiyini görüb iti addımlarla oradan uzaqlaşmışdır. Biraz uzaqlşadıqdan sonra həmin mobil telefonun markasının “İphone 11” olmasını müəyyən etmişdir. 18 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 124-126) 18 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmiş və “Mondoda” qab-qacaq mağazasında masanın üzərinə qoyduğu mobil telefonun orada olmadığını görüb Təqsirləndirilən şəxs arxasınca qaçaraq çölə çıxsada Təqsirləndirilən şəxs onu görüb dahada sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsi ilə tam razı olduğunu bildirmişdir. (Cild İ, i.v. 127-129) 18 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 130-132) “Diskə baxış keçirilməsi barədə” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Diskdə 01 ədəd VTS_03_01 sözləri yazılmış 04 dəqiqə 47 saniyə video fayl vardır. Həmin videofayldan görünür ki, mağazanın giriş hissəsində sag tərəfdə kassa masası vardır. Kassanı ətarfında müştərilər toplaşaraq aldıqları əşyaların pulunu ödəyirlər. Videogörünütü kamersının tarix hissəsində 09.01.2022-ci il saat 16:16 dəqiqəni göstərir. Həmin tarixdə 16:16:19 dəqiqədə hündürboylu, arıq bədən quruşulşlu, başına qara papaq, ağız hissəsinə qara maska, əyninə boz rəngli gödəkcə və qara şalvar geyinmiş bir şəxs içəri daxil olur. Həmin şəxs satıcı ilə söhbət edərək mağazada gəzişməyə başlayır. 16:18:20 dəqiqədə həmin şəxs əlinə götürdüyü tərliyi ayağına geyinərək yoxlamağa başlayır. 16:20:50 dəqiqədə həmin şəxs kassanı qarşısında dayanır. 16:22:10 dəqiqədə həmin şəxs satıcıya tərlikləri göstərdikdən sonra satıcı kassanın yanında uzaqlaşaraq mağazanın içərisinə döğru hərəkət edir. 16:22:25 dəqiqədə həmin şəxs sol əli ilə kassa masasının üzərinə qoyulmuş mobil telefonları, sağ əli ilə isə kassada olan pulları götürərək qaçaraq oradan uzaqlaşır. Diskdə olan VTS_02_01 sözləri yazılmış videögürntüyə baxış zamanı videogörüntü mağazanın çöl hissəsində videolentə alınmışdır. Həmin kameradan görünür ki, hündürboylu, arıq bədən quruşulşlu, başına qara papaq, əyninə boz rəngli gödəkcə və qara şalvar geyinmiş şəxs ağız hissəsinə maska geyinərək mağazaya daxil olur 16:22:30 dəqiqədə həmin şəxsin mağazadan qaşaraq uzaqlşamsı müşayiət edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hündürboylu, arıq bədən quruşulşlu, başına qara papaq, ağız hissəsinə qara maska, əyninə boz rəngli gödəkcə və qara şalvar geyinmiş şəxsin özü olmasını bildirir. O, mağazada olarkən satıcı Zərərçəkmiş şəxs3 almaq üçün kassaya gətirdiyi tərliklərin ayağ ölçülərinə uyğun olanını tapıb gətirməsi üçün kassadan uzaqlaşdırdığını və həmin andan sonra kassa masasının üzərindən iki ədəd mobil telefonu və kassa aparatında 200 manat pulu oğurladığını bildirdi. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək mağazadan oğurluq edən şəxsin o olmasını bildirir. (Cild İ, i.v. 133-134) Hadisə yerinə baxış keçirilməsi barədə 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus mobil telefonun oğurlandığı ünvan Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” mağazasıdır. (Cild İ, i.v. 186-188) “Kamera görüntülərinə baxış keçirilməsi barədə” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, videogörüntününü 1-ci faylında 04.01.2022-ci il tarixdə “Fayda” mağazasında qeydə alınmış kamera görüntülərindən görünür ki, mağazanın satıcı dayanan hissəsində qoyulmuş üzəri 20 sm şüşə olan və həmin şüşə üzərində müxtəlif çeşidli mallar qoyulmuş taxta piştaxtanın müştəri olan tərəfində hər iki əlini dirsək hissəsindən piştaxtanın üzərinə qoymuş 180 sm boylarında olan arıq bədənli, başında qara rəngli qış papaq, əynində tünd yaşıl rəngdə gödəkcə, qara rəngdə şalvar olan kişi cinsindən olan şəxs dayanmış, əynində qırmızı rəngli gödəkcə olan satıcı qız iş görərək arxasını ona tərəf dönür, piştaxtanın arxasında dayanmış şəxs sol əlini uzadaraq piştaxtanın üzərində qoyulmuş 2 (iki) ədəd mobil telefondan qara rəngdə olan birini götürərək dərhal gödəkcəsinin sol yan cibinə qoyur. O, yenidən eyni yerdə, eyni formada dayanır. Sonra sağ əlini piştaxtanın üstündə qoyulmuş digər telefona uzadır və geri çəkir, sonra sol əlini həmin istiqamətə uzadır, arxası ona tərəf olan satıcının hərəkət etdiyini görərək dərhal əlini geri çəkir, sonra sol əlini yenidən uzadaraq piştaxtanın satıcı tərəf istiqamətində olan ikinci telefonu götürərək dərhal mağazanın şüşə qapısına yaxınlaşaraq qapıdan çıxır. Videogörüntünün 2-ci faylmda Azərbaycan Respublikası DİN-nin X1 Xidməti tərəfindən idarə olunan TŞ1 kamerasının qeydə aldığı videogörüntüdən görünür ki, 04.01.2022-ci il tarixdə saat 10:50:20-də Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” adlı mağazadan 180 sm boylarında olan arıq bədənli, başında qara rəngli qış papağı, əynində tünd yaşıl rəngdə gödəkcə, əynində qara rəngli şalvar olan kişi cinsindən olan şəxs mağazadan çıxaraq binanın arxa tərəf istiqamətinə qaçır. Videogörüntünü izləyən X3 mağazadan oğurluq edən şəxsin o, olduğunu bildirərək 14.01.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” adlı mağazadan 1 ədəd qara rəngli Samsunq, sonra 1 ədəd “İphone 8+” markalı mobil telefonları oğurladığını bildirmişdir. (Cild İ, i.v. 199) “Sənədlərə baxış keçirilməsi haqqında” 14 mart 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən istintaqa təqdim edilmiş sənəddən görünür ki, həmin sənəddə üzərində Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsi seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti əks olunmuşdur. Həmin şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs məxsus olmaqla fin kodu xxxxxxx kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsinin aşağı hissəsində “Tarix-09.01.2022, model-A31, İMEYİ- **********7625, əlaqə nömrəsi- ***-***-**-**” yazıları,eləcəd “yuxarıda göstərilən telefon özümə məxsus olduğunu oğurluq və girov olmadığını imzamla təsdiq edirəm yarana biləcək narazılığa görə məsuliyyət daşımağıma imzamla təsdiq edirəm” yazıları qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin sənəddə əks olunan şəxsiyyət vəsiqəsinin ona məxsus olmasını və həmin sənədi “Nə alsan 5 manat” mağazasında oğurladığı Samsung A 31 markalı mobil telefonu əldə etdikdən sonra metronun 20 yanvar stansiyasının yaxınlığında telefon mağazasına satan zaman imza etdiyini bildirdi. (Cild İ, i.v. 248) “Şəxsin tanınması haqqında” 14 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanına üçün Zərərçəkmiş şəxs5 təqdim edilmiş. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 04.01.2022-ci il tarixdə işlədiyi Fayda mağazasına müştəri qismində yaxınlaşmış şəxsin o olmasını bildirmiş və Təqsirləndirilən şəxs mağazadan çıxdıqdan sonra mağazada olan mobil telefonların oğurlanmısını qeyd etmişdir. (Cild İ, i.v. 249-251) 14 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 257- 259) Sübutların qiymətləndirilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, 04.01.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 1 ünvanında yerləşən “Fayda” adlı mağazadan iki ədəd mobil telefonu oğurlanması video görüntülərini özündə əks etdirən bir ədəd Kodak firmasına məxsus olan CD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Moskva prospekti 75 ünvanında yerləşən “nə alsan 5 manat” mağazasında qurşadırılmış videogörüntlərin qeydə alındığı 1 ədəd CD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən istintaqa təqdim edilmiş sənəd iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan işdə olan ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən izahat və ifadələri, həmçinin şahid ifadələri, maddi sübut, üzləşdirmə protokolları və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qiymətləndirililmişdir. (Cild İİ, i.v. 1-16) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23.12.2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən “Mondoda” adlı cehiz və qabqacaq satışı ilə məşğul olan mağazaya getmişdir. O, mağazaya keçdikdən sonra mağazada olan satıcı qız ona yaxınlaşıb nə ilə maraqlandığını soruşmuşdur. O, həmin xanıma özünü alıcı kimi göstərərək orada olan əşyalara baxmaq istədiyini bildirmişdir. Mağazaya daxil olarkən mağazada olan masanın üzərində “İphone” markalı mobil telefonun olmasını müəyyən etmişdir. O, həmin telefonu oğurlamaq üçün əlverişli fürsət axtarmış və buna görədə mağazada olan satıcı xanıma bir ədəd güldan göstərərək həmin güldanı bəyəndiyini bildirib güldanı qablaşdırmağı xahiş etmişdir. Satıcı xanım güldanı qablaşdırmaq üçün gedərkən o, masanın üzərində olan mobil telefonu götürərək cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. Bu zaman həmin mağazada satıcı işləyən xanımda onun arxasınca gəlməyə başlamışdır. O, həmin qadının onun arxasınca gəldiyini görüb iti addımlarla oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin onun telefonu oğurlamasını görərək arxasınca qaçılmasından xəbərdar olmaması barədə ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadələri və istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokollar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəyini irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüqu¬qunun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da tutulmuşdur. (Cild İ, i.v. 75-76) Bakı Şəhər Yаsamal rayon Məhkəməsin 19 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 157-161) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 03.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17.05.2018-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 14.03.2019-cu il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.07.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild İ, i.v. 220-222) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli 1(006)-75/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.05.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, az ağır cinayət əməlinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli 1(006)-75/2019 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 30.07.2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 14.03.2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 2 ədəd “CD” disk və Şahid1 tərəfindən təqdim edilmiş sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 02 ədəd disk və Şahid1 tərəfindən təqdim edilmiş sənəd cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-201/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-201/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver