Məhkəmə qərarları › İş №1(004)-201/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-201/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-201/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İmdad oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 oğlunun, Zərərçəkmiş şəxs3 Firudin oğlunun və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-cı ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2015-ci il tarixdən 15 iyul 2022-ci ili tarixədək olan müddətdə Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan suiistifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs3 Firudin oğluna guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Kia Ceed” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin mart ayının 18-də Zərərçəkmiş şəxs3 tərəfindən bank kartı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 1300 manat pulu ələ keçirərək sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Hundai Elantra” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin mart ayının 30-da Zərərçəkmiş şəxs6 tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 2000 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs1 və onun 12 nəfər yaxın qohumuna guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Kia Cerato” markalı 12 ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin mart ayında Yasamal RPİ-nin inzibati binasında Zərərçəkmiş şəxs1 nağd şəkildə 29.000 manat pul alaraq ələ keçirməklə ona qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs11 Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc bir ədəd “Hundai Grandeur” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin aprel ayının 10-da Yasamal rayonu 60 nömrəli orta məktəbin yanında Zərərçəkmiş şəxs11 nağd şəkildə 5.000 manat pul alaraq ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X12 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc bir ədəd “Hundai Elantra” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin mart ayında N.Qurbanlı tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 1900 və aprel ayında isə 200 manat, vahid niyyətlə cəmi 2100 pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs13 oğluna guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Kia Cerato” markalı 01 ədəd və “Kia Sorento” markalı 02 ədəd avtomobil gətirəcəyi gətiricəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin may ayının 05-də Binəqədi rayonu “Heydər” məscidin yanında Zərərçəkmiş şəxs13 nağd şəklində 7000 manat pul alaraq ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs12 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc bir ədəd “Hundai Grandeur” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin may ayının 05-də Zərərçəkmiş şəxs12 oğlu tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 5000 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs5 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc qiymətə “BMW” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin may ayının 15-də Zərərçəkmiş şəxs5 tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 4000 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc üç ədəd “Kia optima” markalı avtomobil gətirəcəyi gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin may ayının 20-də ünvan 3 ünvanında yerləşən 53 saylı notariusda Zərərçəkmiş şəxs9 nağd şəkildə 12.000 manat pul alaraq ələ keçirməklə ona qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Kia Cerato” markalı iki ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin aprel ayında. Yasamal rayonu “Qış parkı”nın yaxınlığında E.Cümşüdovdan nağd şəklində 2000 manat, daha sonra may ayında Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yanında yenə nağd şəklində 2000, vahid niyyətlə cəmi 4000 manat pul alaraq ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “BMW”, “Kia” və “Mercedes” markalı 3 ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs4 tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 7000 manat pulu ələ keçirərək ona qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “BMW”markalı 01 ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin iyun ayının 13-də Binəqədi rayonu “Heydər” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs8ndən nağd şəkildə 3.000 manat pul alaraq ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Hundai accent” markalı 01 ədəd avtomobil gətiricəyi gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin iyun ayının 28-də Zərərçəkmiş şəxs7 oğlu tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 2000 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs10 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən uzuc “Toyota Prius” markalı avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs10 3000 manat pul almış, lakin Koreya Respublikasından, o cümlədən digər hər hansı xarici dövlətdən avtomobil gətirilməsi kimi fəaliyyət növü ilə məşğul olmadığından Zərərçəkmiş şəxs10 2022-ci ilin mart ayının 5-də avtomobil alqı-satqısı ilə məşğul olan Şahid1 ilə alqı-satqı deyil, icarə müqaviləsi bağlanmasına nail olaraq həmin növ avtomobilin guya ucuz qiymətə alınması barədə yalan məlumat verməklə aldatmış, Zərərçəkmiş şəxs10 aldığı 3000 manat puldan 1000 manatını ilkin ödəniş qismində Şahid1 verərək “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs10 istifadəsinə vermiş, həmin niyyətini axıra kimi həyata keçirtmək üçün icarə müqaviləsində ayda 750 manat ödənilməsi göstərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs10lə şifahi razılaşmaya əsasən sonuncu dəfə 2022-ci ilin iyun ayında aylıq 320 manat olmaqla vahid niyyətlə cəmi 1280 manat pul almış, lakin əməlinin ifşa olunmaması məqsədi ilə avtomobili icarəyə vermiş Şahid1 3 ay müddətinə hər ay 750 manat, cəmi 2250 manat olmaqla ümumlikdə 3250 manat pul vermiş, qalan 1030 manat məbləğində pulu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə etməklə onu aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş Zərərçəkmiş şəxs2 guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc qiymətə “Hundai Sonata” markalı 01 ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, lakin faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 tərəfindən bank kartı hesabı vasitəsi ilə onun istifadəsində olan bank kartı hesabına göndərilmiş 1200 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci iln avqust ayında rəsmi qaydada ailə həyatı qurmuş, həyat yoldaşı Günay Hüseynova hazırda işləməməklə evdar qadındır, uşaqları yoxdur. Həqiqi hərbi xidmətdən gəldikdən sonra 2016-cı il Bakı şəhər Yasamal rayon Post Patrul xidmətində işə düzəlmiş və polis nəfəri olmaqla polis serjantı olmuşdur. 2022-ci ilin iyul ayının 15-dək xidmətdə olmuş və həmin tarixdə Yasamal RPİ-nin rəisinin əmrinə əsasən işdən azad olunmuşdur. İşdən çıxmaq ərizəsində ailə vəziyyətini göstərsə də əslində səbəb iş yoldaşları və bir neçə qıraq şəxsə qarşı Cənubi Koreyadan ucuz avtomobil gətirmək adı ilə müxtəlif məbləğlərdə pul alması və həmin pulu öz ehtiyacı üçün müxtəlif yerlərə xərcləməsi olmuş, zərər vurduğu iş yoldaşları və digər şəxslərin şikayətinə əsasən onu işdən azad etmişlər. Həmin şəxslərdən iş yoldaşları Zərərçəkmiş şəxs3 Firudin oğlundan guya “Kia Ceed” markalı qara rəngli avtomobil gətirmək üçün 1300 manat, iş yoldaşı Zərərçəkmiş şəxs1 müxtəlif markalı avtomobil gətirilməsi üçün təxminən 25.000-a yaxın pul almışdır. Bundan başqa, Ziyanın tanışı Zərərçəkmiş şəxs4 “BMW”, Kia markalı və “Mersedes” markalı 3 ədəd avtomobil gətirilməsi üçün 7000 manat pul almış, sonradan 2000 manatını qaytarmışdır. Bundan başqa, iş yoldaşı Zərərçəkmiş şəxs12 “Hundai Grandeur” markalı avtomobil gətirilməsi üçün 5000 manat, digər iş yoldaşı Zərərçəkmiş şəxs2 “Hundai Sonata” markalı avtomobil gətirilməsi üçün 1200 manat pul almışdır. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs7 “Hundai accent” markalı avtomobil gətirilməsi üçün 2000 manat pul almış, iş yoldaşı Rüfətin tanışı Zərərçəkmiş şəxs8 “Hundai accent” markalı avtomobil gətirilməsi üçün 2500 manat pul almışdır. İş yoldaşı Zərərçəkmiş şəxs5 “Mercedes” markalı avtomobil gətirilməsi üçün 4000 manat pul almış, Zərərçəkmiş şəxs9 03 ədəd “Kia optima” markalı avtomobil gətirilməsi adı ilə ondan 2022-ci ilin may ayının 20-də 12000 manat pul, Zərərçəkmiş şəxs6 “Hundai Elantra” markalı avtomobil gətirilməsi adı ilə ondan 2022-ci ilin mart ayının 30-da kart vasitəsi ilə 2000 manat, Zərərçəkmiş şəxs13 oğlundan 7000 manat, X4 4000 manat, X6 2100 manat, Zərərçəkmiş şəxs11 3.000 manat məbləğində pul almışdır.Adlarını çəkdiyi şəxslərin pullarını atasına məxsus evin satılan kimi, onların pullarını qaytaracağına söz vermişdir. Onlara guya 3 illik kreditlə maşınları verəcəyini yalandan bildirmişdir. Pulları əlbəəl və ya kart vasitəsi ilə götürmüşdür. Həmin proses 2022-ci ilin fevral ayından 2022-ci ilin iyun ayınadək olmuşdur. Pullarla bəzən görüntü yaratmaq və etibar qazanmaq üçün ucuza maşın alaraq başqa şəxslərə verib etibar qazanmış, vatsapda paylaşmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs10 cəmi 4280 manat cəmi pul almış və ona Koreyadan “Toyota Prius” markalı avtomobil gətirməklə bağlı razılaşmışlar. Onun əvəzində isə Şahid1 adlı şəxslə razılaşmaqla ilkin olaraq 1000 manat, daha sonra aylıq 750 manatdan cəmi 3250 manat Nurlana o, pul vermişdir. Əvəzində “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs10 istifadəsinə vermişdir. Belə ki, pullar tərəfindən tam ödənildikdən sonra avtomobil Zərərçəkmiş şəxs10 qalacaqmış. Amma o, ödənişi etmədiyi üçün İftixardan avtomobili almışlar. O, İftixarın yalnız 1030 manat pulunu ələ keçirtmişdir. Əlavə olaraq bildirdi ki, istintaq dövründə zərərçəkmiş şəxslərə cəmi 2500 manat ödəniş etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxslərə qismən ödəniş etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Firudin oğlu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər Yasamal rayon Post Patrul Xidmətində işləməklə polis nəfəridir, 2012-ci il tarixdən həmin yerdə işləyir. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Kia Ceed” markalı qara rəngli avtomobil gətirməsini demiş və Bakıda 4 il ərzində cəmi 12000 pul verməliymiş. 2022-ci ilin mart ayının 18-də Peymana kart vasitəsi ilə 1300 manat pul göndərmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 1300 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon Post Patrul xidməti bölüyündə işləməklə polis nəfəridir. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Kia Cerato” markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 15600 pul verəcəkmiş. 2022-ci ilin mart ayının 25-də Peymana 3 000 manat pulu elə işlədikləri idarədə vermişdir. Bundan başqa 12 nəfər yaxın qohumuma da həmin markalı avtomobil gətirməsi üçün Peymana qohumlardan borca aldığı cəmi 26000 manat pulu vermiş, lakin qohumları Peymanı tanımamışlar. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 29000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon Post Patrul Xidmətində manqa komandiri işləməklə polis serjantıdır. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Hundai Grandeur” markalı ağ rəngliavtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 22000 pul verəcəkmiş. 2022-ci ilin aprel ayının 10də Peymana 5 000 manat pulu əlbəəl Yasamal rayonu 60 nömrəli orta məktəbin yanında Peymanın post patrul kimi xidmətdə olduğu yerdə vermişdir. Sonradan Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon polis idarəsinin MSY-də işləməklə polis serjantıdır. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “BMW” markalı qara rəngli avtomobilgətirməsini demiş və Bakıda ona 18 ay ərzində cəmi 10 000 manat pul verəcəkmiş. 2022-ci ilin may ayının 15-də Peymana kart vasitəsi ilə cəmi 4000 manat pulu göndərmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 4000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hazırda Pirallah Hava limanında əməliyyat üzrə inspektor vəzifəsində işləyir. Qaynı Nicatın keçmiş iş yoldaşı Elçin vasitəsi ilə tanıdığı X13 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı Yasamal RPİ-nin rəhbərliyi tərəfindən işdən azad olunmuşdur. X2 rayon polis idarəsinin post patrul xidmətində işləmişdir. Peymanla söhbət zamanı ona Koreyadan ucuz qiymətə avtomobil gətirdiyini bildirmiş, o da maraqlandıqda həqiqətən Peymanın maşın gətirdiklərini dedikdə onda inam yaranmışdır. Həm də polisdə işləməsinə görə ondan şübhələnməmiş, Peyman öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, X11 “Hundai Elantra” markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona nağd şəklində cəmi 14500 manat pul verəcəkmiş. 2022-ci ilin 30 mart 30-də Peymana kart vasitəsi ilə cəmi 2000 manat pulu göndərmişdir. Sonradan Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 2000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon Post Patrul Xidmətində polis nəfəri işləməklə, polis serjantıdır. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Hundai Elantra” markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 12500 manat pul verəcəkmiş. 2022-ci ilin may ayının 15-də Peymana kart vasitəsi ilə cəmi 4000 manat pulu göndərmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 4000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon Post Patrul Xidmətində polis nəfəri işləməklə, polis serjantıdır. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Hundai Grandeur” markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 19400 manat pul verəcəkmiş. 2022-ci ilin may ayının 05-də Peymana kart vasitəsi ilə 5 000 manat pul göndərmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 oğlu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyində fəhlə işləyir. Bacısının əri X8 vasitəsi ilə tanıdığı X13 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa marakalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demişdir. Elçinə özünə “Kia Cerato”, qohumu oğlu və dostuna isə “Kia Sorento” markalı avtomobil gətirilməsini istədiyini bildirdikdə o da Peymana bu barədə dedikdə Peyman gətirəbiləcəyini demişdir. Buna görə də özünə və qeyd etdiyi şəxslərə avtomobil gətirilməsi üçün Elçinlə birlikdə gedərək Peymana əlbəəl cəmi 7000 manat pulu Binəqədi rayonu “Heydər Məscidin” yaxınlığında xx.xx.2022-ci il tarixdə vermişdir. Bakıda ona cəmi 48.000 manat pul verməliymiş. 13.000 manat “Kia Cerato”, 17.000 və 18.000 manat isə “Kia Sorento” markalı avtomobil üçün verməli olmuşlar. Ona Peyman hətta kreditlə də ödəyə biləcəklərini demişdir. Pullar onun pulları olmuş və o, Peymana verdikdən sonra qohum və dostundan alacaqmış. Lakin, Peymana sifariş verdiyi avtomobillər gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 7000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazırda avtomobil satışı ilə məşğul olur. Dostu Zərərçəkmiş şəxs1 Bakı şəhər Yasamal rayon Post Patrul İdarəsində işləməklə polis nəfəridir. Ziyanın iş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanı Ziya vasitəsi ilə tanımış və əlaqələri yaranmışdır. O da Ziyaya görə Peymana etibarı yarandığı üçün ona “BMW”, “Kia” və “Mersedes” markalı 3 ədəd avtomobil gətirməsini demiş və Bakıda Peymana 3 il ərzində təxminən cəmi 75000 ABŞ dolları pul verməliymiş. 2022-ci ilin may ayının 05-də Peymana kart vasitəsi ilə 2 000 manat, daha sonra yenə kart vasitəsi ilə 5000, cəmi 7000 manat pul göndərmişdir. Lakin, Peymana sifariş verdiyi avtomobillər gəlməmiş, müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. Peyman 7000 manat puldan 2000 manatını 2022-ci ilin iyul ayında ona qaytarmışdır. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon polis idarəsinin təminat hissəsinin kiçik inspektoru işləməklə polis baş serjantıdır. İş yoldaşlarından biri X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət apardığı və ona etibarı yarandığı üçün “Hundai Sonata” markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 14000 pul verməliymiş. 2022-ci ilin iyun ayında Peymana kart vasitəsi ilə 1200 manat pul göndərmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 1200 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən hazıradək “Heydər Əliyev” adına Neft emalı zavodunun mühafizəsi üzrə polis idarəsində işləməklə polis nəfəridir. Dostu Rüfət vasitəsi ilə tanıdığı, polis əməkdaşı X13 olmuş, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, Peyman o xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***- ***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. Dostu Rüfətə görə etibarı yarandığı üçün X11 “BMW F10” markalı qara rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 23000 pul verməliymiş. 2022-ci ilin iyun ayının 13-də Peymana yaşadığı Binəqədi rayonu “Heydər” məscidinin yaxınlığında 3000 manat pulu əlbəəl vermiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Peymanı iş yoldaşları sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. Peyman sonradan onun 500 manatını qaytarmışdır. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 2500 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən isə Yasamal rayon Post Patrul xidmətində PPXB bölüyündə işləyir. 2016-cı il tarixdən manqa komandiridir. PPXB bölüyündə onun manqasında xidmət etmiş şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuş, polis nəfəri olmaqla polis serjantı olmuşdur. 2022-ci ilin iyul ayında Yasamal RPİ-nin rəisinin əmrinə əsasən işdən azad olunmuşdur. Xidmətdə olduğu dövrdə 2022-ci ilin qış aylarından yay aylarınadək Peymanın Koreyadan avtomobil gətirməsi, iş yoldaşları və başqa şəxslərə satması ilə bağlı məlumatı olmuşdur. Bir neçə şəxsə də bildiyi qədər real olaraq avtomobil satmışdır. Ona 3000 manat müqabilində “Toyota Prius” markalı avtomobili 2022-ci ilin mart ayında vermiş, Koreyadan gətirtdiyini demişdir. Həmin avtomobilə görə Peymana 30 aylığa, ayda 320 manatdan cəmi 3000 manatla birlikdə 12600 manat pul verməliymiş. 2022-ci ilin iyun ayınadək 4 ay 320 manat əlbbəəl Peymana pul vermişdir. 2022-ci ilin iyun ayında onun istifadəsində olmuş “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin “rent a cara” məxsus olduğu bilinmiş və gecə xidmətdə olan zaman “rent a cara” əməkdaşları tərəfindən ondan götürülmüşdür. Bundan sonra onlar “rent a cara” əməkdaşları ilə birlikdə Peymangilin yaşadığı evə getmiş və bu barədə Peymanın atasına və özünə bildirmişlər. Peymanın dələduzluğu ortaya çıxmış və ondan avtomobil almaq istəyən hamının da bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, “Şaurma 1” adlı restoranda kassir işləyir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır. Belə ki, Peyman işlədiyi ərazidə Yasamal rayon Post Patrul xidmətində işlədiyindən münasibəti olmuşdur. Peymanın xaricdən avtomobil gətirib satması ilə bağlı məlumatı olmuşdur. 2022-ci ilin iyun ayında Peymana ona da Koreya Respublikasından “Hundai accent” markalı avtomobil gətirməsini xahiş etdikdə onlar razılaşmışlar. Peyman ilkin olaraq ona 2000 manat pul verməsini, qalan pulu isə aylıq 330 manatdan 36 ay pul verəcəyini demişdir. Cəmi Peymana 12300 manat pul verməliymiş. 2022-ci ilin iyun ayında Peymana 1720 manat pulu kart vasitəsi ilə, 280 manat isə əlbbəl verməklə cəmi 2000 manat ona pul vermişdir. Sonradan Peymanla maraqlandıqda onun işdən çıxarıldığını, iş yoldaşlarına və başqa şəxslərə qarşı Koreyadan maşın gətirmək adı ilə dələduzluq etdiyini öyrənmişdir. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 2000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs9 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər Dövlət Yol polis idarəsində YPX inspektoru işləməklə polis serjantıdır. Dostu Hüseynin tanışı kimi tanıdığı X13 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demişdir. Peymanla ounun təxminən 2022-ci ilin aprel ayında münasibətləri yaranmışdır. Hüseyn ona Peymanın Koreyadan ucuz qiymətə avtomobil gətirdiyini bildirmiş və özü də ondan maşın alacağını demişdir. O da maraqlandıqda Peymanın həqiqətən maşın gətirdiklərini demişlər və onda inam yaranmış, həm də polisdə işləməsinə görə Peymandan şübhələnməmişdir. Ona 03 ədəd 2018-2020-ci il buraxılışlı ağ rəngli “Kia optima” markalı avtomobil gətirməsini demiş və Bakıda cəmi ona 54000 manat pul verməliymiş. Həmin pulun 12000 manatını nağd şəklində 2022-ci ilin may ayının 20-də 53 saylı notariusda Peymana vermiş və formal olaraq aralarında kredit müqaviləsi bağlanmışdır. Avtomobillər 2022-ci ilin avqust ayında gəldikdən sonra qalan 42.000 manat pulu da nağd şəklində Peymana verəcəkmiş. Lakin, Peymana sifariş verdiyi avtomobillər gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 12000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs X8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Baş polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenin polis şöbəsində polis nəfəri işləyir, polis baş serjantıdır. İş yoldaşı vasitəsi ilə tabıdığı X13 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı rəhbərlik tərəfindən işdən azad olunmuşdur. Belə ki, xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***-**-** mobil nömrəsinin “vatsap” proqramında da status paylaşaraq camaatı inandırmışdır. Peymanla 2022-ci ilin aprel ayında Yasamal rayonu “Qış parkı” adlanan yerin yaxınlığında görüşərək “Kia Cerato” markalı avtomobil gətirməklə bağlı razılaşmışlar. Bunun üçün Peymana əlbbəəl 2000 manat pul vermişdir. Peymana cəmi 19.000 manat pul verməli olmuş, həmin pulu kredit və ya nağd şəklində ödəyə bilərmiş. Sonradan bacısının həyat yoldaşına da avtomobil almaq qərarına gəlmiş və o, öz pulu ilə Peymanla yenə “Kia Cerato” markalı avtomobil gətirməklə bağlı razılaşmışlar və 2022-ci ilin may ayında Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yanında əlavə 2000 manat pulu Peymana əlbəəl vermişdir. Həmin maşına da cəmi 19.000 manat pul verməliymişlər. Lakin, Peymana sifariş verdiyi avtomobillər gəlməmiş, lakin Peymana sifariş verdiyi avtomobil gəlməmiş, Peyman müxtəlif bəhanələr gətirmişdir. Onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları “Tik Tok” sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Onun bu əməllərini bilən Yasamal RPİ-nin rəhbəri tərəfindən 2022-ci ilin iyul ayında işdən azad olunmuş, onlar Yasamal rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində şikayət etmişlər. X1 ondan dələduzluq yolu ilə ələ keçirdiyi 4000 manat pulu geri qaytarmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1995-cı ildə Biləsuvar rayonunda anadan olmuş övladı Təqsirləndirilən şəxs 2015ci il tarixdən Yasamal rayon Post Patrul xidmətində PPXB bölüyündə işləmiş, işlədiyi müddətdə hər hansı probleminin olmasını eşitməmiş və görməmişdir. Peymanın iş yoldaşlarından bəzilərini tanımış və ailəvi gediş-gəlişləri olmuşdur. 2021-ci il tarixdə həyat yoldaşı Arzu xəstəlikdən vəfat etmiş və həmin tarixdən onda müəyyən psixoloji problemlər yarandığından ailəyə tam nəzarət də bilməmişdir. Peyman 2021-ci ilin yay aylarında Günay Hüseynova ilə ailə quraraq onlarla birlikdə yaşamış, Günay işləməmişdir. 2022-ci ilin yay ayları, dəqiq olaraq iyul ayının təxminən 05-də gecə saatlarında Yasamal rayon Post Patrul xidmətində PPXB bölüyünün əməkdaşı İftixar adlı şəxs onların evinə gələrək Peymanın onu aldatdığını və guya ona maşın satmaq adı ilə “rent a car”dan maşın alaraq verdiyini demişdir. Sonrakı günlərdə Peyman özü ona hər şeyi açıb danışmış və iş yoldaşları daxil olmaqla xeyli sayda adamdan xaricdən avtomobil gətirmək adı ilə müxtəlif məbləğlərdə pul aldığını, pulları öz şəxsi ehtiyaclarına xərclədiyini, həmin şəxslərin pullarını qaytara bilmədiyini demişdir. O, Peymanın atası kimi onun aldatdığı şəxslərlə görüşüb vaxt istəsə də gündən-günə şikayətçilərin sayı artdığından və ziyanı ödəmək imkanları olmadığından onlara dəqiq söz verməmişdir. Özlərinin də maddi imkanları aşağı olduğundan və yaşadıqları evdən başqa hər hansı daşınmaz əmlakları olmadığından satıb şikayətçilərin pullarını qaytarmaq mümkün olmamışdır. 2022-ci ilin iyul ayında Peymanın etdiyi əməllərə görə onu işdən də çıxartmışlar. xx.xx.2022-ci il tarixdə oğlum Peymanla bağlı Yasamal rayon prokurorluğunda dələduzluqla bağlı başlanılmış cinayəti işi ilə əlaqədar Peyman tutulmuş və Yasamal rayon məhkəməsi tərəfindən barəsində həbs seçilmişdir. Oğlu Təqsirləndirilən şəxs dələduzluqla məşğul olması barədə məlumatı olmamış, özü sonradan ona həmin pulları “Tik-tok” sosial şəbəkəsinə və başqa lazımsız, faydasız işlərə xərclədiyini demişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, əvvəllər 2021-2022-ci ilin oktyabr ayınadək avtomobil alqı satqısı ilə məşğul olmuş, ancaq bununla bağlı hər hansı dövlət orqanında rəsmi qeydiyyatdan keçməmiş, həmçinin vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdan keçərək VÖEN almamış, ofisləri olmamışdır. Sadəcə olaraq sosial şəbəkələrdə və “Turbo.az” saytında avtomobillərin satışı ilə bağlı elan qoyaraq onları satmışdır. Avtomobilləri ya nağd şəklində birdəfələlik, ya da icarə müqaviləsi altında ilkin ödəniş etmək şərti ilə 03 illik, gündəlik 25AZN olmaqla aylıq 750 manata kreditə vermişlər. Kredit müqaviləsi onunla avtomobili alan şəxs arasında bağlanmaqla sürücüyə etibarnamə verilmişdir. Sürücü tərəfindən müqavilədə nəzərdə tutulmuş pul ödənmədikdə avtomobilə yerləşdirilmiş GPRS sistemi vasitəsi ilə avtomobil bloklanaraq olduğu yerdən idarə edilməsi mümkünsüz edilmiş və tərəflərindən geri alınmışdır. Həmin icarə müqaviləsindən biri də xx.xx.2022-ci il tarixdə onunla Zərərçəkmiş şəxs10 arasında bağlanmış müqavilədir. Bundan qabaq onlar “Turbo.az” saytından əlaqə nömrələri olan ***-***-**-** saylı nömrələrinə Peyman adlı şəxsdən zəng gələrək elana qoyulmuş “Toyota-Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmiş, razılaşmış və aylıq 750 manatdan ilkin ödəniş 1000 AZN olmaqla 3 illik müddətə avtomobili verə biləcəyini demişdir. Peymandan cəmi 28.000 manat pul almalıymış. xx.xx.2022-ci il tarixdə Peyman İftixar adlı bir şəxslə Xətai rayonu Gəncə prospekti adlana yerdə yerləşən çay evinə gəlmiş və Peyman ona “Toyota-Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili İftixarın adına rəsmiləşdirməyi, ödəniş isə aylıq olaraq kart vasitəsi ilə özünün edəcəyini demiş, dərhal boş müqavilə sənədinə Zərərçəkmiş şəxs10 ilə bağlı məlumatları və digər şərtləri qeyd edib, Zərərçəkmiş şəxs10 tərəfindən imzalamaqla bir nüsxəsini ona vermişdir. Həmçinin avtomobolin açarını, texniki pasportun surətini və Zərərçəkmiş şəxs10 elektron qayadada verilmiş etibarnaməni təqdim etmişdir. Peyman ona ilkin olaraq 1000 AZN pul vermiş, sonrakı aylarda kart vasitəsi ilə ayda 750 manat ona pul göndərmişdir. Ancaq, 3 ay ödədikdən sonra pul ödənişi dayanmış, Peymanla əlaqə saxladıqda telefona cavab verməmişdir. İftixarın əlaqə nömrəsi müqavilədə olduğundan onunla əlaqə saxlayaraq görüşmüş, İftixar ödənişin Peymanın işi olduğunu demiş, birlikdə Peymangilin yaşadığı evə getmişlər. Orada Peyman pulu verə bilməyəcəyini dedikdə İftixardan avtomobilin açarları təhvil alınmışdır. Hazırda avtomobil başqa şəxsə eyni qaydada satılmışdır. Həmin andan sonra Peymanı və Zərərçəkmiş şəxs10 görməmiş, onlarla hər hansı əlaqələri olmamışdır. “Toyota-Prius”markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 gətirilmiş, bunu Zərərçəkmiş şəxs10 bilmişdir. Peyman adlı şəxsin dələduzluq etməsi ilə bağlı məlmuatı olmamış, Peyman ona dostuna avtomobil götürmək istədiyini, ödənişi də özünün ödəyəcəyini, həmin şəxsin pul məsələsinə qarışmayacağını demişdir. O, müqavilə bağlayarkən Peymanın İftixardan nə qədər pul almasını bilməmiş, İftixar özü də bu barədə heç nə deməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 26 (iyirmi altı) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş mobil telefonda olan proqram vasitəsi ilə kartdan karta həyata keçirilmiş köçürmə əməliyyatını təsdiq edən 03 ədəd sənədlərin kserosurətlərinə baxış keçirilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Leobank” karta xx.xx.2022-ci il tarixdə saat 16:55-də 1520 AZN məbləğində pul köçürülmüşdür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli köçürmə əməliyyatını təsdiq edən 01 ədəd sənədin kserosurətindən görünür ki, “Leobank” kartına xx.xx.2022-ci il tarixdə saat 18:43-də 200 AZN məbləğində pul köçürülmüşdür. cild İ i v.106-109 Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş “eManat” və “Milliön” ödəmə sistemi vasitəsi ilə həyata keçirilmiş köçürmə əməliyyatına dair 02 ədəd qəbzin kserosurətinə baxış keçirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli 31515 nömrəli qəbzin kserosurətindən Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 12:23-də 1000 AZN məbləğində pul köçürülməsi görünür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli “MilliÖN” elektron ödəmə sisteminə aid qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 12:29-da 1000 AZN məbləğində pul köçürülmüşdür. cild İ i v.138-139 Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş “eManat” ödəmə sistemi vasitəsi ilə həyata keçirilmiş köçürmə əməliyyatına dair 04 ədəd qəbzin kserosurətinə, həmçinin kartdan karta mobil telefon vasitəsi ilə həyata keçirilmiş əməliyyatın kağız formasında görüntüsənə baxış keçirilməsi haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli 28533 nömrəli qəbzin kserosurətindən Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 22:37-də 1000 AZN məbləğində pul köçürülməsi görünür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli 682 nömrəli qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 22:39-də 1000 AZN məbləğində pul köçürülmüşdür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10546 nömrəli qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 21:31-də 1000 AZN məbləğində pul köçürülmüşdür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli 20678 nömrəli qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 09:35-də 1000 AZN məbləğində pul köçürülmüşdür. Bundan başqa, təqdim edilmiş xx.xx.2022-ci il tarixli kartlar arasında pul köçürmə əməliyyatını təsdiq edən qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank debet” karta xx.xx.2022-ci il tarixdə saat 23:09-də 1000 AZN məbləğində pul köçürülmüşdür. cild İ i v.228-233 Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 05 vərəqdən ibarət “vatsap” proqramı vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs arasında olmuş yazışmların kağız formada çap edilmiş görüntülərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında Cənubi Koreya Respublikasında avtomobil gətirməklə əlaqədar danışıqlar olmuş, avtomobilə görə hansı miqdarda pul verilməsi, avtomobilin markası, ili və nə vaxt gəlməsi barədə söhbətlər etmişlər. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 narahat olmamasını, sifariş verdiyi avtomobili vaxtında çatdıracağını vəd etmişdir. Həmçinin vatsap yazışmalarında olan qəbzlərin şəkillərindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Unibank Albalı” karta xx.xx.2022-ci il tarixdə saat 12:45-də 1000 AZN, xx.xx.2022-ci il tarixdə isə 200 AZN məbləğində pul köçürülmüşdür. cild İ i v.62-67 Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs3 Firudin oğlu tərəfindən təqdim edilmiş 01 vərəqdən ibarət “vatsap” proqramı vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs arasında olmuş yazışmaların kağız formada çap edilmiş görüntüsünə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Firudin oğlu Təqsirləndirilən şəxs ona olan borcunun az olduğunu, ayda 200 manat ata biləcəyini, başqa heç nə istəmədiyini deyərək kart nömrəsi yollayır. cild İ i v.96-98 Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 10 vərəqdən ibarət “vatsap” proqramı vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs arasında olmuş yazışmların kağız formada çap edilmiş görüntülərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında Cənubi Koreya Respublikasında avtomobil gətirməklə əlaqədar danışıqlar olmuş, avtomobilə görə hansı miqdarda pul verilməsi, avtomobilin markası, ili və nə vaxt gəlməsi barədə söhbətlər etmişlər. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 narahat olmamağını, sifariş verdiyi avtomobili vaxtında çatdıracağını vəd etmişdir. cild İ i v.210-234 İstintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs həmin müqaviləyə əsasən 12.000 manat pul vermişdir. cild İ i v.42 Cinayət işinə əlavə edilmiş Şahid1 ilə Zərərçəkmiş şəxs10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, ilkin ödəniş 1000 AZN, 36 ay müddətinə günlük ödəniş 25 AZN əsasında “Toyota-Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs10 satılmışdır. cild İİ i v.262 Cinayət işinə əlavə edilmiş İş üzrə Zərərçəkmiş şəxs10 tərəfindən rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona xx.xx.2022ci il tarixdə müqavilə əsasında “Toyota-Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış Şahid1 tərəfindən Təqsirləndirilən şəxs icarə haqqı kimi ödədiyi 3250 manat pulu geri qaytarılmışdır. cild İİ i v.261 İstintaq zamanı Yasamal RPİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan və xx.xx.2022-ci il tarixli 7555Ş/h-091-22 saylı əmrdən görünür ki, 2015-ci il tarixdən Yasamal RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili işlər Orqanlarında xidmətdən xx.xx.2022-ci il tarixdə xaric edilmişdir. cild İ i v.30-31 Cinayət işinə əlavə edilmiş Baş prokurorluqdan daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində DİN-in Vahid axtarış sistemində məhkumluğu barədə əməliyyat məlumatı müəyyən edilməmişdir. cild İİ i v.45-46 Cinayət işinə əlavə edilmiş Nəsimi rayon 41 saylı MKİS-dən verilən xx.xx.2022-ci il tarixli xasiyyatnamədən görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. cild İİ i v.183 Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxslərə dəymiş ziyan üzrə qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 sentyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar