Məhkəmə qərarları › İş №1(004)-201/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-201/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-201/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Seydimli ərazi dairəsi, Seydimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmək Azərbaycan Respublikası ƏN Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 30 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında sərxoş vəziyyətdə tanışı Şahid4 ilə aralarında olan sözlə mübahisə zamanı işlətdiyi nalayiq ifadələrə görə Zərərçəkmiş şəxs bildirdiyi haqlı iradla razılaşmayıb bunu bəhanə edərək, uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda yaşayan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan həmin ünvanda küçədən taparaq silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ çənə nahiyəsinə bir dəfə vuraraq ona sağ çənə nahiyəsində olan, ağız boşluğuna keçərək dili dəlib keçərək damağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələlən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arvadı X3 ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya aid binaların birində dayəlik edir. O da həmin binada əvvəllər fəhlə olaraq, sonra isə nəzarətçi olaraq işləmişdir. Hər gün saat 17-18 radələrində həmin binaya gedib arvadı Nəzakəti evə aparırmış. Həmin binanın həyətində yerləşən ocaqxanada işləyən Vüqarı tanıyır. 30 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində həyat yoldaşını xidmətçi işlədiyi iş yerindən götürmək üçün getdiyində ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında Şahid4la əvvəllər tanımadığı bir şəxsin söhbət etdiyini görmüş və onlara salam verərək Şahid4 Fərahim adlı şəxsi görübgörmədiyini soruşmuşdur. Şahid4 ona Fərahimin indicə qarşı tərəfə keçdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin tərəfə doğru hərəkət etdikdən bir qədər sonra Şahid4 arxadan səslənərək “Fərahim iki saat bundan qabaq gedib” demiş və tanımadığı şəxslə (Zərərçəkmiş şəxslə) öz aralarında gülməyə başlamışlar. Təqsirləndirilən şəxs geriyə qayıdaraq Şahid4 ona qarşı niyə bu cür hərəkət etdiyini soruşaraq “mənimlə məzələnirsən bu nə hərəkətdir mənə qarşı edirsən” deyə ona iradını bildirmiş, onunla sözlü sözlü mübahisə etməyə başlamışdır. Bundan bir qədər sonra onun tanımadığı digər şəxs yəni, iş üzrə Zərərçəkmiş şəxs ona aidiyyəti olmadığı halda Vüqarla onun arasında olan sözlü mübahisəyə müdaxilə edərək ona qarşı nalayiq sözlər işlədərək onu təhqir etmiş və bu sözlər ona çox pis təsir etmişdir. Təqsirləndirilən şəxs yaxınlıqdakı meyvətərəvəz dükanın qarşısında stolun üstünə qoyulmuş mətbəx bıçağını götürərək geri qayıtmış və Zərərçəkmiş şəxs bayaq ona qarşı dediyi sözləri “təkrar deyə bilərsən mi?” deyə soruşmuşdur. Zərərçəkmiş şəxs də cavabında həmin ifadələri təkrar ona qarşı istifadə etmişdir. Bu zaman Təqsirləndirilən şəxs özündən qeyri-ixtiyari olaraq əlindəki mətbəx bıçağı ilə onun alt çənə nahiyəsindən vurmuş və bıçağı götürdüyü yerə doğru tullamışdır. Daha sonra qazanxanaya daxil olaraq orada Vüqara iradlarını bildirmiş və baş verən hadisənin onun günahı olduğunu demişdir. Bundan sonra Vüqar onu vuraraq yerə yıxmış və yerdə ona zərbələr endirməyə başlamışdır. İfadəsinin sonunda onun əməlinin xuliqanlıq maddəsi ilə deyil, qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməsini və ümumən törətdiyi əməldən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını qeyd edib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişir ki, iş üzrə Şahid4 uzun müddətdir ki, tanıyır onunla həmişə yaxşı münasibətləri olmuşdur demək olar ki, dostluq münasibətləri olmuşdur, iş üzrə Zərərçəkmiş şəxs isə hadisədən əvvəl görməmişdir və onu tanımamışdır. Hadisə baş verən vaxt ətrafda Eldəniz və Vüqardan başqa digər şəxslər olmamışdır. Hadisə təxminən ümumilikdə 2-3 dəqiqə ərzində davam etmişdir. Mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxs Eldəiz Vəliyev olmuşdur, belə ki, o, dostu Vüqarla onun arasında baş vermiş Vüqarın onunla etdiyi pis zarafatdan yaranmış sözlü mübahisəyə aidiyyəti olmadığı halda qarışmış, Vüqarla onun arasında olan dostluq münasibətindən xəbəri olmadan (Vüqarı müadafiə etdiyini zənn edərək) müdaxilə edərək onu təhqir etməyə, barəsində nalayıq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, gedib yaxınlıqda olan stolun üstündən bıcağı götürüb geri qayıtmış və Zərərçəkmiş şəxs barəsində dediyi həmin sözləri təkrarlaya biləcəyini ona dedikdə Zərərçəkmiş şəxs həmin sözləri birdə dedikdə əlindəki bıçaqla onu qorxutma istəmiş və qeyri ixtiyarı hərəkət etdirərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onun barsində təhqiramiz sözlər dediyi üçün hadisə baş vermişdir. O dəfələrlə Zərərçəkmiş şəxs bildirmişdir ki, “sənə nə aidiyyati var mən Vüqarla danışıram” lakin o, buna məhəl qoymamışdır. Məhkəmədə zərərcəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" MTK-ya aid bina tikilərkən santexnik kimi işləmiş, fəhlə işələyən Vüqarı da elə həmin vaxtlardan tanımış, münasibətləri yaxşı olmuşdur. Bina tikiləndən sonra isə binanın ocaqxanasında opreator kimi işə qəbul edilmiş, bir-iki ay işlədikdən sonra Türkiyə Respublikasına işləməyə getmişdir. 2023-cü ilin sentyabr ayının 15-də Türkiyə Respublikasından qayıtmış və həmin vaxtdan da əvvəlki iş yerinə, yəni qazanxanaya operator kimi işə qəbul edilmişdir. Vüqar da, həmin qazanxanada operator kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində növbəni Vüqara təhvil vermiş, lakin getməyə tələsmədiyi üçün bir saat Vüqarla qazanxananın qarşısında dayanıb söhbət etmişdir. Bir qədər sonra Vüqardan aralanıb həyat yoldaşı ilə telefonda danışmağa başlamış, bu zaman tanımadığı bir şəxs (kişi) əlində kağız bükülü ilə Vüqara yaxınlaşıb Fərahim adlı şəxsi soruşmuş, Vüqar sonradan adını öyrəndiyi Qurban adlı həmin şəxsə bildirmişdir ki, Fərəhim təxminən iki saat əvvəl həyətdən keçib getmişdir. Lakin içkili halda olan Qurbanı Vüqarın cavabı qane etməmiş və Vüqar ondan Fərəhimi soruşduqda, o da Fərəhimin təxminən günorta vaxtlarında oradan keçib getdiyini bildirmişdir. Onun bu sözlərindən sonra Qurban Vüqarın ünvanına nalayiq ifadələr işlətməyə başlayaraq, «Niyə dəqiq bir söz demirsən mənə?» deyə bildirmişdir. Qurbanın Vüqara nalayiq ifadələr işlətməsinə dözməyib ona iradını bildirmiş və «Ayıbdır, həyətdə qadın, uşaq var» deyə bildirmişdir. Bu sözlərindən sonra Qurban onunla mübahisə etməyə başlamış və sonra “buradasan?”deyə ondan soruşmuş, o da Qurbana «buradayam» deyə bildirmişdir. Bundan sonra Qurban başını sallayaraq getmiş, birazdan geri qayıdaraq anidən ona tərəf gələrək cibindən çıxardığı bıçaqla onun boğaz nahiyəmə zərbə atmış, o, refleks olaraq geri çəkildikdə bıçaq onun çənəsi ilə alt dodağının arasında olan çökək nahiyəyə dəymiş və o, əli ilə yarasını tutmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisə zamanı orada o, Qurban və Vüqar olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, Vüqarla onun yaxşı münasibətlərinin olmasını bilməmişdir, o, zənn etmişdir ki, Vüqarla kənar adam mübahisə edir və ona görə də həmin mübahisəyə müdaxilə etmişdir, Qurbanın Vüqara nalayiq ifadələr işlətməsinə dözməyib ona öz iradını bildirmişdir.Təqsirləndirilən şəxs Vüqarla mübahisə etdiyindən həmin vaxt bilavasitə onun özü barəsində heç bir ifadə işlətməmişdir, yalnız Vüqara münasibətdə nalayiq ifadələr demişdir, səbəbi isə Vüqar tərəfindən Qurbanın sualına cavab olaraq əvvəl “Fərahimin indicə bu tərəfə getdiyini bildirməsi”, Qurbanın həmin istiqamətdə getməsini görüb ona yenidən uca səslə səslənərək Qurbana Fərahimin həmin yerə indi deyil iki saat əvvəl getdiyini” bildirməsindən sonra gülməsi olmuşdur. Eyni zamanda bildirmişdir ki, Vüqarı uzun müddətdir tanıdığını, onunla iş yoldaşı olduğu üçün Vüqarla mübahisə edən və ona nalayiq ifadələr deyən şəxsə öz iradını bildirmişdir, onların arasında olan mübahisəyə müdaxilə edərək “səhər keçib indi keçib sənin üçün nə fərqi var” sözünü demişdir. Qurban isə ona “sən məni tanıyırsan sənə nə aidiyyəti var bu söhbətin” sözlərini demişdir, o, isə cavabında “yox tanımıram, tanımaqda istəmirəm çıx get işinlə məşğul ol” demişdir. Qurbanın Vüqara nalayiq ifadələr işlətməsinə dözməyib ona iradını bildirmişdir, irad bildirməsə idi yagin ki, onunla Qurbanın arasında mübahisə də baş verməzdi. Hadisə təxminən ümumilikdə 2-3 dəqiqə ərzində davam etmişdir. Məhkəmədə şahid şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs arvadı ünvan 3 ünvanda yerləşən binada mənzillərdən birində dayəlik edir. O da həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qazanxanasında nəzarətçi-operator işləyir. Qurban həmin binada əvvəllər fəhlə olaraq, sonra isə nəzarətçi olaraq işləmişdir. Qurban hər gün saat 17 radələrində binaya gəlib arvadı Nəzakəti evə aparırmış. Zərərçəkmiş şəxs da qeyd olunan binanın qazanxanasında nəzarətçi-operator işləyir. 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində olan zaman görmüşdür ki, Qurban binanın həyətinə gəlmiş, Qurban qazanxananın pilləkənində ondan binanın komendantını Fərahimi görübgörmədiyimi soruşmuş, o isə cavabında “Fərahimin 1-2 saat olar getdiyini” bildirmişdir. Sonradan Qurban ona nə üçün düz demədiyini bildirmiş bu səbəbdən Qurban onunla sözlə mübahisə etməyə başlamış, mübahisə zamanı Qurban onu söyüb təhqir etdikdə, o da məcbur olub Qurbanın söyüşlərinə qarşılıq vermişdir. Bu zaman Eldəniz yaxınlaşıb onların arasında olan sözlə mübahisəyə müdaxilə edərək Qurbana “sənin üçün fərqi var nə vaxt gedib getməyib, get işinlə məşğul ol” sözlərini demiş Qurban isə cavabında ona “sən məni tanıyırsan, bizim söhbətə qarışırsan” dedikdə Eldəniz ona cavabında “tanımaq belə istəmirəm, get işinlə məşğul ol” sözlərini demişdir. Eldəniz Qurbana iradını bildirmiş və Qurbandan getməsini tələb etmişdir. Eldənizin bu hərəkəti Qurbanı bərk əsəbləşdirmiş və Qurban Eldənizə -«burda məni gözlə»- deyib oradan aralanmışdır. Bir qədər sonra, Qurban əlində qara dəstəkli mətbəx bıçağı ilə gəlmiş, Eldənizə xəsarət yetirmişdir. O, dərhal Qurbanı tutub qazanxananın qapısından içəri salmış və etdiyi hərəkətinə görə bərk əsəbləşdiyi üçün onu sillə ilə vurub yerə yıxmış, həmçinin düşünmüşdür ki, Qurban sərxoş olduğu üçün başqa kiməsə də xəsarət yetirər. Ona yerdən qalxmağa imkan verməmiş, Qurban yerdən qalxmağa çalışdıqca onu yumruq və təpiklə vuraraq qalxmağa imkan verməmişdir. Şahid ona verilmiş verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır hadisə günü Qurbanla aralarında anlaşılmazlıq yarandıqda Qurban ona o, isə qarşı tərəfin ünvanına xoşagəlməz sözlər demişdir, bunu görən Zərərçəkmiş şəxs mübahisəyə mahiyyətini bilmədən müdaxilə etmişdir “sənə fərqi var nə vaxt gedib, get işinlə məşğul ol” sözlərini demiş, Zərərçəkmiş şəxs onunla Qurban arasında mövcud olmuş yaxşı münasibətdən xəbərsiz olmuşdur, Təqsirləndirilən şəxs bilavasitə Zərərçəkmiş şəxs qarşı aralarında baş vermiş mübahisədən əvvəl heç bir ifadə deməmişdir, söz deməmişdir. Hadisə baş verən vaxt yaxın ətrafda o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa digər şəxslər olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi kmi qeyd edilmiş “mübahisə zamanı ətrafda tanımadığı çoxlu sayda şəxslər, bina sakinləri olmuş, həmin şəxslər Qurbanın ucadan söyüşlərini eşidərək ona irad bildirmiş, lakin Qurban onların iradlarına məhəl qoymayaraq gözlərinin qarşısında Eldənizə bıçaqla xəsarət yetirmişdir. Qurbanın həmin hərəkətləri təxminən 10 dəqiqə ərzində davam etmişdir.” sözlərinin hansı səbəbdən həmin şəkildə qeyd edilməsi ona məlum deyildir.Hazırda vermiş olduğu ifadəsinin nəzərə alınmasınlı xahiş edir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, hazırda Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. 30 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində inzibati ərazi üzrə 5851 çağırışlı avtopatrul maşınında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 ilə xidmətdə olduqları zaman bir nəfər şəxsin ağız nahiyəsindən biçaqlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verilmiş məlumat əsasında ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətinə getmişlər. Binanın həyətinə daxil olduqda orada çoxsaylı insanların həyətdə həyəcanlı vəziyyətdə olduqlarını görmüşlər. Avtomaşından düşən zaman tanımadığı həmin şəxslər yüksək səslə bir nəfər şəxsin onların gözü qarşısında bıçaqlandığını bildirmiş, onlar həmin şəxslərdən xəsarət alan və xəsarət yetirən şəxsin kim olduğunu soruşduqda onlara göstərmişlər. Onlar həmin şəxslərə yaxınlaşdıqda görmüşlər ki, bir nəfər şəxs digər şəxsi yerə yıxaraq ayağa qalxmasına imkan vermir. Onlara yaxınlaşdıqda ayaq üstə duran şəxs adının Vüqar olduğunu, yerə yıxdığı şəxsin əlində bıçaq olduğu üçün ona ayağa qalxmağa imkan vermədiyini, bıçaqlanan şəxsin isə həyətdən küçəyə qaçdığını bildirmişdir. Onlar dərhal yerə yıxılan və əlində bıçaq olan şəxsi avtopatrula əyləşdirmişlər. Bundan sonra da küçəyə çıxdıqda orada ağız nahiyəsindən xəsarət alan şəxsi görmüş və ona da yaxınlaşaraq avtopatrula əyləşdirmiş və onların hər ikisini Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparmışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında elan edilmiş ifadələrindən məlum olmuşdur ki, onlar da Şahid1 ilə oxşar ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanıb icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Təqdim edilən əşyaya baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü tərəfindən təqdim edilən həmin bıçağın kəsici tərəfinin 8.50 sm., digər küt tərəfinin də 8.50 sm. olduğu müəyyən edildi. Eyni zamanda həmin bıçağın en kəsiyi 1.50 sm. təşkil edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində, «Statistika dairəsi» yaxınlığındakı M.Naxçıvani küçəsində yerləşən qazanxana binasının pilləkanında aralarında olan münaqişə zamanı təqdim etdiyi bıçaqla Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə vurub xəsarət yetirdiyini bildirmişdir. (İ/V. 8-10). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (İ/V. 12). “Tutma haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 26-27). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (İ/V. 38). “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 1 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 72). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-861/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 2 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 113-117). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 02 noyabr 2023-cü il tarixli 1298 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ çənə nahiyəsində olan, ağız boşluğuna keçərək dili dəlib keçərək damağı zədələyən deşilmişkəsilmiş yara, deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ/V. 118-123). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (İ/V. 153-155). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X5 Şəxsin 14 dekabr 2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmadığı göstərilmişdir. (İ/V. 139). “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında baş vermişdir. (İ/V. 147-152). “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ/V. 163). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və onun barəsində Azərbaycan Respublikasının CM-nin 29.120, 126.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədə soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının 15 yanvar 2024-cü il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmışdır. (İ/V. 175-183) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (İ/V- 135-136). Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarından və məhkəmə araşdırmasından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmayıb. Həmçinin mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə konkret desək onun təqsirləndirilən şəxsi tanımadığı halda, həmçinin Şahid4la təqsirləndirilən şəxsin biri-birləri ilə yaxşı münasibətlərinin olamasından və onların arasında baş vermiş sözlü mübahisənin səbəbinin əslində əvvəllər biri birlərini tanıyan şəxslərin arasında deyil tanış olmayan, əvvəllər heç bir münasibət və tanışlıq olmayan şəxslər kimi dəyərləndirib, iş yoldaşı olan Şahid4 müdafiə etmək qərarına gələrək irad bildirməsindən sonra başlanmışdır. Təqsirləndirilən şəxs məhz onun barəsində, ona xitabən istifadə edilmiş sözlərin təsirindən, istifadə edilməsindən sonra zərərçəkmiş şəxsə yaxınlaşmış, onunla mübahisə etməyə başlamışdır. Başqa sözlə desək zərəçəkmiş şəxs tərəfindən onunla deyil başqa şəxslə mübahisə edən, həmin mübahisənin ona aid olmadığı halda, onun barəsində bir söz belə deyilmədiyi halda mübahisə edən tərəflərdən biri olan Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin irad bildirməklə bərabər onunla mübahisəyə başlaması, onların arasında hazırda məhkəmədə araşdırılan cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Məhkəmə iş materiallarını, məhkəmə istintaqı zamanı verilmiş ifadələri nəzərə alaraq belə qənaətə gəlir və hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir söz deyilməsə idi, habelə onun tərəfindən bir qədər aralıda baş vermiş bilavasitə ona aidiyyatı olmayan sözlü mübahisəyə müdaxilə edilməyəcəyi təqdirdə təqsirləndirilən şəxslə aralarında mübahisə baş verməyəcəkdi. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, istintaq orqanının zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə münasibətdə, yəni onun haqqında “sənin üçün fərqi var nə vaxt gedib getməyib, get işinlə məşğul ol” sözlərini deməsi Təqsirləndirilən şəxs isə cavabında ona “sən məni tanıyırsan, bizim söhbətə qarışırsan” dedikdə Zərərçəkmiş şəxs ona cavabında “tanımaq belə istəmirəm, get işinlə məşğul ol” və sairə ifadələrinin işlətməsini sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, kənar müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023cü il tarixdə saat 17:30 radələrində həyat yoldaşını xidmətçi işlədiyi iş yerindən götürmək üçün getdiyində ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında Şahid4la tanımadığı şəxs Zərərçəkmiş şəxs söhbət etdiyini görmüş və onlara salam verərək Şahid4 Fərahim adlı şəxsi görüb-görmədiyini soruşmuşdur. Şahid4 ona Fərahimin indicə qarşı tərəfə keçdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin tərəfə doğru hərəkət etdikdən sonra Şahid4 arxadan səslənərək “Fərahim iki saat bundan qabaq gedib” demiş və Zərərçəkmiş şəxslə öz aralarında gülüşmüşlər. Təqsirləndirilən şəxs geriyə qayıdaraq Şahid4 ona qarşı niyə bu cür hərəkət etdiyini soruşmuşdur, ona barəsində nə üçün bu cür hərəkət etməsini irad bildirərək onunla sözlü mübahisə etməyə başlamışdır. Bundan sonra tanımadığı digər şəxs yəni, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs “sənin üçün fərqi var nə vaxt gedib getməyib, get işinlə məşğul ol” sözlərini demiş Qurban isə cavabında ona “sən məni tanıyırsan, bizim söhbətə qarışırsan” dedikdə Zərərçəkmiş şəxs ona cavabında “tanımıram, tanımaq belə istəmirəm, get işinlə məşğul ol” deyə irad bildirmiş və bu sözlər ona çox pis təsir etmişdir. Təqsirləndirilən şəxs yaxınlıqdakı meyvə-tərəvəz dükanın qarşısında stolun üstünə qoyulmuş mətbəx bıçağını götürərək geri qayıtmış və Zərərçəkmiş şəxs bayaq ona qarşı dediyi sözləri “təkrar deyə bilərsən mi?” deyə soruşmuşdur. Zərərçəkmiş şəxs də cavabında həmin ifadələri təkrar ona qarşı istifadə etmişdir. Bu zaman Təqsirləndirilən şəxs özündən qeyri-ixtiyari olaraq əlindəki mətbəx bıçağı ilə onun alt çənə nahiyəsindən vurmuş və bıçağı götürdüyü yerə doğru tullamışdır. Daha sonra qazanxanaya daxil olaraq orada Vüqara iradlarını bildirmiş və baş verən hadisənin onun günahı olduğunu demişdir. Bundan sonra Vüqar onu vuraraq yerə yıxmış və yerdə ona zərbələr endirməyə başlamışdır. Hadisənin baş verməsini digər hər hansı bir şəxslər görməmişlər, həmin vaxt orada zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs və iş üzrə Şahid4 olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, irəli sürülmüş ittihamda qeyd edilmiş əməlin tövsifinə təsir edə biləcək bir sıra hallar o, cümlədən hadisə baş verən vaxt ətrafda digər şəxslərin olması, hadisə baş verdikdən sonra ətrafda yaşayan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlərin edilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş üç şəxsin ifadələrindən görünür ki, onlar polis əməkdaşlarıdırlar və hadisə baş verdikdən sonra DİN 102 məlumatı əsasında hadisə yerinə gəlmişlər, yəni hadisənin bilavasitə şahidi olmamışlar. İş materiallarında ətrafda digər şəxslərin olmasını təsdiq edən mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış hadisənin baş vermə mexanizminə diqqət yetirdikdə məlum olur ki, mübahisə ilk əvvəl onların arasında deyil iş üzrə şahid qismində iştirak edən Şahid4la Təqsirləndirilən şəxs arasında baş vermişdir. Zərərçəkmiş şəxs artıq mövcud olan sözlü mübahisəyə öz təşəbbüsü ilə qoşulmuş və bu zaman zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə münasibətdə işlətdiyi irad sözlərdən sonra təqsirləndirilən şəxsin binanın həyətində olan meyvə-tərəvəz satılan yerdən götürdüyü bıçaqla zərərçəkmiş şəxsin çənəsinə zərbə vurması ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs tanımadığı Zərərçəkmiş şəxs sonuncunun ona irad dolu fadələr işlətdiyi üçün binanın həyətində olan meyvə-tərəvəz satılan yerdən götürdüyü mətbəx bıçağı ilə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Lakin Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Yəni ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (ətrafdakı şəxslər üçün aşkar surətdə qeyd edilsə də) törədilməsinə istinad edildiyi halda başqalarının gözü qarşısında olmasına dair sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və bir də ilkin mübahisədə iştirak edən şəxslə məhdudlaşmışdır. Bununla bərabər məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamda Təqsirləndirilən şəxs zor tətbiq etməsi (silah qismində istifadə olunan mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin alt çənə nahiyəsinə zərbə vurması və xəsarət yetirməsi) göstərilsə də, xuliqanlıq cinayətinin mövcudluğunu şərtləndirən digər zəruri əlamətlər şablon ifadələrlə, o cümlədən CM-in 221.1-ci maddəsindən götürülmüş "ictimai qaydanın kobud şəkildə pozulması”, "cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması” kimi müddəlarla təsvir edilmiş, Təqsirləndirilən şəxs hərəkətinin konkret şəxsə yönəlmiş qəsd olmayıb cəmiyyətə qarşı yönəlməklə - açıqca hörmətsizlik etməsini təsdiq edən sübutlar əlavə edilməmişdir və məhkəmə baxışında da belə hallar müəyyən edilməmişdir. Məlum olduğu kimi prosessual qanunvericiliyin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs öz hərəkətləri ilə təqsirləndirilən şəxsin onu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməyə sövq etmişdir. Təqsirləndirilən şəxsin məqsədi ictimai qaydanın kobud surətdə pozulmasına yönəldilmiş, qəsdən edilən hərəkətlər olmamışdır. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. İbtidai istintaq orqanı isə səhvən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini xuliqanlıq cinayətini törətməsi kimi qiymətləndirmişdir. Məhkəmə işin həqiqi hallarından, hətta ittihamın özündə təsvir edilmiş faktlardan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs səbəbsiz hərəkət etməmiş, əslində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisənin gedişində onun ünvanına Zərərçəkmiş şəxs tərəfindən irad bildirməsi zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlərin əsasını (motivini) təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısı ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Belə olan halda qeyd edilməlidir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək “niyyətinin olduğu” müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini xuliqanlıq əməli kimi, yəni Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə tövsif etsə də, sonuncunun öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq etməsinin, özünü ətrafdakılara qarşı qoymasının, həmçinin ətrafdakılara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməsinin, birgə yaşayış qaydalarının və əxlaq normalarının kobud surətdə pozulmasının nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğu istintaq orqanı tərəfindən əsaslandırmamışdır. Halbuki qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması dəqiq göstərilməmişdir və bu halları təsdiq edən mötəbər və obyektiv sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Eyni zamanda məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və hadisənin davam etmə müddəti ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş arasında əvvəllər hər hansı bir münasibət olmamışdır. Digər tərəfdən hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı ona aidiyyəti olmadığı halda qarşı tərəfə irad dolu sözlər işlətməsi olmuşdur. Sonuncu isə bu hərəkətə görə Zərərçəkmiş şəxs bıçaq ilə vurmuşdur. Hadisə ümumilikdə qısa müddət iki -üç dəqiqəyə yaxın bir vaxt kəsiyində davam etmişdir. Göründüyü kimi, hadisə Təqsirləndirilən şəxs həyat yoldaşını hər gün mütəmadi olaraq işə gətirdiyi ərazidə yəni, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində binanın qazanxana sisteminin giriş qapısının pilləkəninin qarşısında baş vermiş, hadisə ümumilikdə üç dəqiqəyə yaxın davam etmiş, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməklə zərər vurması, sonuncunun hərəkətləri nəticəsində baş vermişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində mətbəx bıçağından istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması eləcə də zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qsimində qətimkan tədbiri ləğv edilməli və iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 1(004)-201/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosu hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar