Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-202/2020 26.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi X1 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə İran İslam Respublikası Biləsuvar şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, İslam Respublikası Biləsuvar rayonunda qeydiyyat, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cuildə, saat 22:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan SCANİA R yük markalı, 18 B 517-10 dövlət qeydiyyat nişanlı yük avtomobili TRAİLOR SYY3CB markalı, 18 B 518-10 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə Bakı Kənar Dairəvi yolla rayon istiqamətində 55-60km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Yasamal rayonu ərazisindən keçən 6-cı kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmişvə ehtiyatsızlıqdanyolun sağ kənarında işlək hissədə dayanmış vəziyyədə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurmuş və nəticədə Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma sağgic gah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunmuş başın sağ yarsının yumuşaq toxumasının əzilməsi, cərrahi əməliyyat yarası və kəllə sümüklərində cərrahi əməliyyatdan sonrakı sümük defekti ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə xx xxxxxx 2020-ci ildə Respublika Neyrocərrahiyə xəstəxanasıda ölmüş və Zərərçəkmiş şəxs1 məxsus Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 9150 manat məbləgində ziyan dəymişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o İran İslam Respublikasında yaşayır və Azərbaycan Respublikasına gəlməyinə səbəb onun sürücü kimi yük gətirməsi olmuşdur. TRAİLOR SYY3CBmarkalı 18 B 518-10 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan SCANİA R yük markalı, 18 B 517-10 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İdarə etdiyi avtomibil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. xx xxxxxx 2019-cu ildə, saat 22:10 radələrində qeyd etdiyi avtomobil ilə Bakı Kənar Dairəvi yolundan rayon istiqamətində 55- 60km\saat hərəkətdə olduğu zaman qabaqda eyni zolaqda hərəkətdə olan yük avtomobili sola, yəni orta zolağa keçmiş və bu zaman o, həmin avtomobildən qabaqda yolun işlək hissəsində Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Bu zaman o avtomobilin tormuz əyləcinə basaraq sükanı sola çəkmişdir. Lakin idarə etdiyi maşının qoşqusunun içərisində 12 tonyük olduğuna görə avtomobilin manevr etmə qabiliyyəti zəyif olmuş və qabaq sağ tərəfi ilə Range Rover minik markalı avtomobilin arxa tərəfi toqquşmuşdur. Bundan sonra avtomobili qabağa çəkib saxlamış və idarə etdiyi yük avtomobildən düşərək Range Rover minik markalı avtomobilə yaxınlaşaraq həmin avtomobildə sürücünün tək olduğunu və xəsarət aldığını görmüşdür. Həmin vaxt yoldan keçən avtomobillərdə saxlamışdır. Hadisə baş verdikdən sonra o Bakı şəhərində yaşayan tanışı Amilə telefonla zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisədən sonra xəsarət alan sürücünü xəstəxanaya aparması üçün tanımadığı taksi sürücüsünə 30 manat pul vermiş onu xəstəxanaya yola salmışdır. Bundan bir müddət sonra Amil dostu Rəvanla birlikdə hadisə yerinə gəlmişdir. Bir müddət sonra hadisə yerinə polisəməkdaşlarıda gəlmişlər. O özünü polis əməkdaşlarına təqdim etdərək yük avtomobilinin sürücüsü olduğunu bildirmiş və sənədlərini vermişdir. Sonra xəsarət alan sürücünün Bakı şəhəri KTM xəstəxanasında olmasını öyrənmiş, hadisə yerinin müayinəsindən sonra o Amil ilə birlikdə xəstəxanaya getmişdir. Xəstəxananın həyətinə çatdıqda o çox həyacanlı olduğu və xəsarət alan şəxsin qohumlarından çəkindiyi üçün Amil orada sürücünün qohumları ilə görüşmüşdür. Amilin xəsarət almış şəxsin qohumlarına köməklik təkli fetməsinə baxmayaraq, onlar köməyə ehtiyac olmadığını bildirərək onların xəstəxanadan getmələrini xahiş etmişlər. Bu zaman Amil mobil nömrəsini onlara vermiş və onlar xəstəxanadan uzaqlaşmışlar. Bundan sonra Amil yenə onlarla əlaqə saxlamış, lakin onlar heçnə lazım olmadığını bildirmişlər. Hadisədən bir müddət keçdikdən sonra yəni, xx.xx.2020-ci il tarixdə həmin şəxsin xəstəxanada öldüyünü bilmişdir. Amil gedib hüzür mərasimində iştrak etmişdir. Yekun olaraq o zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışdığını bildirdi. O göstərilənləri eləcə də himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 xx.xx.2019- cu ildə icarəyə avtomobil götürmüşdür. Həmin gün axşam Bakı Kənar Dairəvi yolu ilə Lök-Batan qəsəbəsinə və gedən zaman avtomobilin yanacağı qurtardığı üçün avtomobili yolun kənarında saxlamışdır. Onun avtomobilini İran İslam Respublikası vətəndaşı idarə etdiyi yük avtomobili ilə vurmuş və oğlu Bəşir xəsarətalmışdır. Hadisədən sonra oğlu Bəşir xəstəxanaya aparılmışdır. Onun kim tərəfindən xəstəxanaya apararılmasını bilmir. Bəşir xx.xx.2020-ci ildə Neyrocərrahiyə xəstəxanasında vəfat etmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, O «xxxxxxxxx» MMC-nin direktoru vəzifəsində işləyir. Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili dostu X5 adına almış və etibarnamə əsasında direktor işlədiyi MMC-yə vermişdir. xx.xx.2019-cu ildə Zərərçəkmiş şəxs2 müraciəti əsasında onunla «xxxxxxxxx» MMC arasında icarə müqaviləsi bağlanaraq hamin avtomobil xx.xx.2020-ci il tarixə kimi ona icarəyə verilmişdir. Həmin gün axşam məlumat almışdır ki, göstərilən avtomobil Bakı Kənar Dairəvi yolun Yasamal rayonu ərazisində arxadan vurulmuşdur. Bunu eşitdikdən dərhal sonra o hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, İran İslam Respublikası vətəndaşı idarə etdiyi yük avtomobili ilə onun avtomobilini dayandığı yerdə arxadan vurmuş və avtomobili icarəyə götürən şəxs xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Sonradan adını bildiyi Faramarz və ona məxsus yük avtomobilidə həmin vaxt hadisə yerində olmuşdur. Son olaraq avtomobil faktiki Zərərçəkmiş şəxs1 olduğunu və zərərin ona dəydiyini bildirdi. Ona dəymiş ziyanın 2500 manatı Təqsirləndirilən şəxsın yaxınları tərəfindən ödənildiyini qeyd etdi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o bir necə ildir ki, İran İslam Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs ilə tanışdır. xx xxxxxx 2019-cu ildə, saat 22:10 radələrində Faramarz ona telefonla zəng edərək idarə etdiyi yük avtomobili ilə Bakı Kənar Dairəvi yolu ilə rayon istiqamətində gedərkən yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Həmin vaxt o Rəvan ilə bir yerdə olduğu üçün, onunla bir yerdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda Faramarzın idarə etdiyi yük avtomobili ilə yolun sağında dayanmış Range Rover minik markalı avtomobilinin arxadan vurulduğunu görmüş və avtomobilin sürücüsünün xəsarət aldığı üçün xəstəxanaya yola saldığını bilmişdir. Hadisə yerinə polis əməkdaşları Faramarzın iştirakı ilə baxış keçirmişdir. Sonra xəsarət alan şəxsin KTM xəstəxanasına aparılmasını öyrənib Faramarz və Rəvanla birlikdə həmin xəstəxanaya getmişlər. Həmin vaxt Faramarz cox həyəcanlı olduğu üçün o xəsarət alan şəxsin qohumları ilə görüşüb yardım etmək istədiklərini bildirmiş, lakin onlar bu təklifə cavab olaraq heç nəyə ehtiyac olmadığını bildirmişlər. Bu zaman o telefon nömrəsini onlara verərək və nə lazım olarsa yardıma hazır olduqlarını bildirərək oradan getmişlər. Sonra yenə onlarla əlaqə saxlamışlar. Lakin xx.xx.2020-ci ildə həmin şəxsin vəfat etdiyini bilib onun yas mərasimində iştrak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, dostu Ramin «xxxxxxxxx» MMC-də direktor vəzifəsində işləyir. Həmin şirkət avtomobil icarəsi ilə məşğul olduğu üçün bir necə il əvvəl Ramin onun adına Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil almış və direktor olduğu «xxxxxxxxx» MMC-nin vasitəsi ilə icarəyə verməklə istifadə etmişdir. Həmin avtomobil onun adına olsada əmlak kimi ona məxsus deyildir. xx xxxxxx 2019-cu ildə, saat 22 radələrində Ramin ona zəng edərək icarəyə verdiyi Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya düşdüyünü bildirmişdir. Bu zaman o hadisə yerinə getmiş orada yük avtomobilinin Range Rover minik markalı avtomobili arxadan vurduğunu görmüşdür. Hadisə zamanı avtomobilin sürücüsünün harada olmasını soruşduqdan ona demişlər ki, o bədən xəsarəti aldığı üçün xətəxanaya aparılmışdır. İttiham aktında şahid qismində göstərilmiş X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş X7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 170-171-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cuildə, saat22:00radələrində Amil Məmmədovla birlikdə olarkən Amilin tanışı olan İran İslam Respublikası vətəndaşı Faramarz ona telefonla zəng edərək, Bakı Kənar Dairəviyoluilərayon istiqamətindəgedərkən yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Ona görə o Amil ilə birlikdə hadisə yerinə getmişdir. Orada ona məlum olmuşdur ki, Faramarz rayon istiqamətində gedərkən yolun kənarında olan RangeRoverminikmarkalı avtomobili arxadan vurmuş və həmin avtomobilin sürücüsü xəsarət almışdır. Xəsarət alanın qardaşı da hadisə yerinə gəlmişdir. Faramarz tanımadığı yoldan keçən avtomaşının sürücüsünə 30 manat pul vermiş, xəsarət alan sürücünü xəstəxanaya aparsın. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Xəsarət alanın Bakı şəhəri KTM xəstəxanasına aparılmasını öyrənib Faramarz və Amillə birlikdə həmin xəstəxanaya getmişlər. Orada xəsarət alanın qohumları ilə görüşmüşlər və onlara yardım etmək təklif etmişlər. Lakin onlar heç bir kömək lazım olmadığını və ehtiyac olarsa deyəcəklərini bildirmişlər. Ona görə də Amilin telefon nömrəsini götürmüşlər. Sonra yenə onlarla əlaqə saxlamışlar və onlar hər şeyin yaxşı olduğunu bildirmişlər. Lakin xx.xx.2020-ci ildə məlumat almışdır ki, həmin şəxs vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RespublikaNarkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə ”protokolundan görünürki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da ayıq olmuşdur. (i.v. 29) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 3 saylı meyitin ekspertizası rəyindən görünür ki,Zərərçəkmiş şəxs2 adına Neyrocərrahlıq Xəstəxanasının tərtib etdiyi tibbi kartasından görünür ki, xx.xx.2019-cu ildə saat 02-20-də həmin xəstəxananın reanimasiya şöbəsinə yolnəqliyyat hadisəsindən sonra ağır vəziyyətdə gətirilmişdir. Həmin xəstəxanada müvafiq müayinələrdən keçmiş və baş beyin toxumasının əzilməsi və sıxılması ilə əlaqədar olaraq kəllə boşluğu trepanasiya edilərək orada olan qan laxtaları təmizlənmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onun vəziyyəti yaxşılaşmamış və xx.xx.2020-ci ildə saat 20-45-də ölüm baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma, sağgic gah sümüyünün kəllə əsasına keçən xəttisınığı ilə müşaiət olunmuş başın sağ yarsının yumuşaq toxumasının əzilməsi, eləcədə cərrahi əməliyyat yarası və kəllə sümüklərində cərrahi əməliyyatdan sonrakı sümük defekti aşkar edilmişdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu baş nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi və sağgic gah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Ölüm xx.xx.2020ci il tarixdə xəstəxanada baş vermişdir ki, bu da meyitin müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qan da etil sprtli və narkotik maddə aşkar edilməmişdir. Eləcədə onun adına tərtib edilmiş tibbi sənəddə sprtli içki qəbul etməsi barədə qeydiyyat yoxdur. (i.v. 60-66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 8\136 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünürki, 1) SCANİA R yük markalı, 18 B 517-10 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2) Range Rover markalı 90RP024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun suzluq olmuşdur. Lakin toqquşmanın dayanmış Range Rover markalı avtomobilin dayanmış vəziyyətində baş verməsi nəzərə alınmaqla sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. (i.v. 85- 88) “Tutma haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 102-103) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-169/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır; Azumı Motorsdan alınmış xx.xx.2020-ci il tarixli ziyan aktından görünürki, xx.xx.2019-cu il tarixdə baş vermiş YNH-i nəticəsində Range Rover minik markalı, ** RP *** dövlətqeydiyyatnişanlıavtomobilə 9150 manat ziyan dəymişdir. (i.v. 143) İran İslam Respublikası tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş tərcümə olunmuş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B, C, D, E” kateqoriyalı sürücüdür.(i.v. 177-178) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Range Rover minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 əmlakı kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs SCANİA R yük markalı, 18 B 517-10 dövlətqeydiyyat nişanlı avtomobilin sahibi kimi qəbul edilmişdir. (i.v. 179- 184) İş materiallarında olan İran İslam Respublikası Daxili İşlər Nazirliyi Respublika üzrə X10 İdarəsi tərəfindən verilmiş Daxili Pasportun tərcümə və təsdiq olunmuş suətindən görünür ki, X8 xx.xx.2002-ci ildə İran İslam Respublikası Germi rayonu, Germi şəhərində anadan olmuşdur. İş materiallarında olan İran İslam Respublikası Daxili İşlər Nazirliyi Respublika üzrə X10 İdarəsi tərəfindən verilmiş Daxili Pasportun tərcümə və təsdiq olunmuş suətindən görünür ki, X6 xx.xx.2011-ci ildə İran İslam Respublikası Parsabad rayonu, Parsabad şəhərində anadan olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişşəxsinhüquqivarisinin izahatı, zərərçəkmişşəxsin və şahidlərinifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdirki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8\136 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünürki, SCANİA R yük markalı, 18 B 517-10 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cımaddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Range Rover markalı 90RP024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-cimaddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın dayanmış Range Rover markalı avtomobilin dayanmış vəziyyətində baş verməsi nəzərə alınmaqla sürücü A.M.Sadıqovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmuşdur. Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 52-ci maddəsinin 1-ci hissəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Təhlil olunan cinayətin subyektiv cəhətibaş vermiş nəticələrə təqsirin ehtiyatsızlıqforması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. CPM-in sübutlara dair normalarından aydın olur ki, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, yəni məlumatlar, sənədlər, əşyalar, ekspert rəyi cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar isə cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalı, həmçinin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, bundan başqa zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismini ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasın cəzanı, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), habelə CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs xüsusimüsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-in 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. CM-in 89.3-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. CM-in179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət işi üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək ona məxsus “Range Rover” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 9150 manat ziyan dəydiyindən, istintaq orqanına ərizə ilə müraciət edərək onu mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Lakin iş materialarında görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət etməsinə baxmayaq o mülki prossesual qanunvericiliyinin tələblərinə uyğun olaraq yazılı şəkildə mülki iddia verməmişdir. Bu səbəbdən CPM-nin 89.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. İşüzrəmülkiiddiayoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) Təqsirləndirilən şəxstutulubdövlətbüdcəsinə keçirilməlidir. CM-in52.1-cimaddəsinəəsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.[48] CM-in52.1-1-cimaddəsinəəsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. [49] CM-in52.2-cimaddəsinəəsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Cinayət işinin materiallarından görünürki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla əcnəbidir. Azərbaycan Respublikası CM-nin 42.0.9-cu maddəsində “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma“ kimi cəzanövü nəzərdə tutulmuşdur və həmin Məcəllənin 43.3-cü maddəsinə görə bu cəza növü yalnız əlavə cəzakimi tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə həmin Məcəllənin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesabedirki, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmadıdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/hAZ41 NABZ013601**********3944, S.W.İ.F.T. BikCTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-202/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-202/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver