Məhkəmə qərarları › İş №1(004)-202/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-202/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-202/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5 hüquqi varisi X3, onun nümayəndəsi və vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin olumünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23.01.2021-ci il tarixdə, saat 14:54-də “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarənamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «İSUZU» markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektinin əsas hərəkət yolu ilə “20 yanvar” dairəsi üzərindəki körpüyə doğru Sumqayıt şəhər istiqamətində saatda 64 kilometr sürətlə hərəkətdə olan zaman Respublika X1rşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək hərəkəti istiqamətində yolu sağdan sola keçən piyada X6 idarə etdiyi «İSUZU» markalı furqon tipli avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan alın nahiyəsinin qançırı və sıyrığı, burun belinin sıyrığı, sol budun qançırı; sol bazu sümüyünün, bütün qabırğaların sınıqları; daxili üzvlərin cırılması xəsarətləri ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərti yetirib onun ölümünə səbəb olan, həmçinin "xxxx" MMC-yə məxsus “İSUZU” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 70 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Naxçıvan MR-sı, Ordubad rayonu, Üstüpü kəndində qeydiyyatda olsada ünvan 2 ünvanda arvadı və körpə övladı ilə birlikdə kirayədə yaşayır. 2015-ci ildən sürücülük hüququqna malikdir və həmin ildən də nəqliyyat vasitəsi idarə edir. 05.11.2019-cu ilin noyabr ayından "xxxx" MMC-də sürücü işləməyə başlamış və MMC tərəfindən verilmiş etibarnamə əsasında “İSUZU” markalı, furqon tipli, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqlinyat vasitəsini idarə etməyə başlamışdır. Hər gün səhər saat 05-dən etibarən idarə etdiyi avtomobillə Sumqayıt şəhər çörək zavodunda həkim müayinəsi və digər prosedurlardan keçdikdən sonra çörək götürərək satış təmsilçisi Şahidlə birlikdə Bakı şəhərində yerləşən ərzaq mağaza və marketlərinə çörəklərin paylanması və bölüşdürülməsini həyata keçirdikdən sonra günorta saatlarında qalıq çörəklərlə birlikdə yenidən Sumqayıt şəhərinə qayıdlr. Bütün sürücülər kimi MMC tərəfindən GPS vasitəsilə onunda idarə etdiyi avtomobilin hərəkət trayektoriyası və surəti izləndiyindən heç vaxt qrafikdən kənara çıxmadan işini yerinə yetirir. 23 yanvar 2021-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhərində çörək zavoduna gedərək tibbi müayinədən keçdikdən sonra çörək yükü ilə ”İSUZU” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şahidlə birlikdə Bakı şəhərinə gəlmişlər. Ərzaq mağazaları və marketlərə çörəkləri payladıqdan sonra saat 14:50 radələrində avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektinə çıxaraq Sumqayıt şəhərinə doğru hərəkətə başlamışlar. Avtomaşını təxminən 64 km saat surətlə idarə edib 20 yanvar dairəsinin üzərindəki körpünün üstünə doğru hərəkətdə olarkən təxminən 30 metrə kənardan, istintaq zamanı adı məlum olan Hökümə Qurbanova adlı qadının piyada yolun sağındakı “Bravo” market tərəfdən köməkçi yoldan keçərək iti addımlarla Respublika Müalicəvi Diaqnostika Mərkəzi istiqamətinə hərəkət etdiyini görmüşdür. Qadının olduğu yerə çatanadək onun dayanacağı, yaxud yolu keçəcəyini düşünərək hərəkət surətini azaltmadan yolunu davam etmiş, lakin H.Qurbanova dayanmadan iti addımlarla onun hərəkət yoluna çıxaraq 4-5 metrə məsafə qət edərkən avtomaşının sol tərəf qabağı ilə piyada qadını vurmuş,o toqquşmadan sonra təxminən 10 metrə qarşıya, hərəkət istiqamətinin sol səki tərəfinə yuvarlanmışdır. İdarə etdiyi avtomaşını yolun sağ kənarında saxlayaraq iş yoldaşı Şahidlə vurulan piyada qadına yaxınlaşıb ona köməklik göstərməyə cəhd etmiş, verilmiş məlumat əsasında hadisə yerinə gələn təcili yardım həkimindən qadının artıq öldüyü ona məlum olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, avtomaşını ayıq vəziyyətdə idarə etmiş, piyadanı 30 metrə uzaqdan aydın görmüş, ölmüş piyada qadını əvvəllər tanımamış, avtomaşında özündən başqa iş yoldaşı Şahid olmuşdur. Özünü təqsirli bilməsini, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayətin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, yol nəqliyyat qəzası nəticəsinə ölmüş şəxs onun arvadı, 01.02.1970-ci ildə Masallı rayonu, Əmirtürbə kəndində anadan olmuş İsayeva, 02 noyabr 1990-cı il tarixli nigahdan sonra X8r. O və övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu “Melisa” yaşayış kompleksində kirayədə yaşayır. 23.01.2021-ci il tarixdə saat 15 radələrində “Sədərək” ticarət mərkəzindən yaşadığı ünvana doğru gələrkən onun mobil telefonuna arvadı Hökümənin avtomaşınla vurulması barədə məlumat daxil olmuş və dərhal hadisənin baş verdiyi Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” ticarət mərkəzinin qarşısına gəlmişdir. Hadisə yerinə gələrkən orada insanların toplaşdığını və polis əməkdaşlarının olduğunu görmüş, arvadının isə almış olduğu xəsarətlərdən artıq öldüyünün şahidi olmuşdur. Həmin gün arvadı Hökümə Qurbanovanın meyiti məhkəmətibbi ekspertizası müayinəsindən keçirirldikdən sonra Masallı rayonuna aparılmaqla orada dəfn edilmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə saat 15 radələrində şirkətin sürücüsü “İSUZU” markalı, furqon tipli, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi barədə ona məlumat verilmiş və o, həmin məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Yasamal rayonu, Tbilisi prospekti, Respublika X1rşısnda şirkətə aid avtomaşını, sürücü Təqsirləndirilən şəxs, hadisə yerinə gəlmiş polis əməkdaşları, təcili yardım briqadasının həkimlərinin olduğunu görmüş, qadın piyadanın toqquşmadan sonra öldüyü ona məlum olmuşdur. Hadisənin baş verdiyi anda sürücü Təqsirləndirilən şəxs avtomaşını hansı surətlə idarə etdiyini müəyyən etmək üçün GPS cinahıza baxmış və piyadanın saat 14:54 də vurulma anında avtomaşının surətinin 64 kilometr saat olduğu məlum olmuşdur. "xxxx" MMC-ya məxsus avtomobilə keçirilən baxış zamanı məlum olmuşdur ki, sürücü tərəfdən qabaq sol tərəf fara, alın şüşəsinin soldan alt hissəsi, sol güzgünün alt hissəsində toqquşmadan sonra batıq, rəng qabarmaları yaranmışdır ki, həmin batıq və boya qabarmaları şirkətin aidiyyəti təmir-bərpa ustaları tərəfindən aradan qaldırılıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkətə məxsus avtomaşına 70 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin ziyan sürücü Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilşisi olaraq çalışır. 23 yanvar 2021-ci il tarixdə səhər saatlarında şirkətə məxsus “İSUZU” markalı, furqon tipli, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt çörək zavodundan çörək götürərək birlikdə Bakı şəhərinə gəlmiş və günorta vaxtlarınadək çörəkləri mağaza və marketlərə paylamışlar. Həmin gün saat 14:50 radələrində birlikdə Sumqayıt şəhərinə qayıtmaq üçün Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə 20 yanvar dairəsi üstündəki körpüyə doğru hərəkət etmişlər. Avtomaşını Təqsirləndirilən şəxs saatda təxminən 60 kilometr surətlə idarə etmiş, o, isə kabinədə sürücüdən sağda sərnişin kimi oturmuşdur. Həmin vaxt Tbilisi prospekti ilə hərəkətdə olarkən təxminən 30 metrə kənardan bir nəfər orta yaşlı qadının əlində meyvə-tərəvəz yığılmış əl sumkası ilə yolun sağındakı “Bravo” market tərəfdən köməkçi yolu keçərək Respublika Müalicəvi Diaqnostika Mərkəzi istiqamətinə hərəkət etdiyini görmüşdür. Qadının yolu keçmək istədiyi yerə çatdıqda qadın dayanmadan hərəkətini davam etdirib 4-5 metrə əsas yola doğru daxil olaraq onların hərəkət yoluna çıxmış, nəticədə Arzumanın idarə etdiyi avtomaşının sol tərəf qabağı ilə piyada qadın toqquşmuş, qadın toqquşmadan sonra təxminən 10 metrə qarşıya, hərəkət istiqamətinin sol səki tərəfinə yuvarlanmışdır. Arzuman avtomaşını yolun sağ kənarında saxladıqdan sonra birlikdə yerə düşərək vurulan piyada qadına yaxınlaşıb ona köməklik göstərməyə cəhd etmiş, onun sifət və burnunun qanlı olduğunu, burnundan qan axdığının şahidi olmuşlar. Verilmiş məlumat əsasında hadisə yerinə gələn təcili yardım həkimindən qadının artıq öldüyü onlara məlum olmuşdur. Şahid, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomaşını ayıq vəziyyətdə idarə etmiş, piyadanı 30 metrə uzaqdan aydın görmüş, ölmüş piyada qadını əvvəllər tanımamış, avtomaşında qalıq çörəklərdən başqa yük olmamış, onun tərəfindən sürücünün hərəkətinə heç bir maneçilik törədilməmiş və diqqəti yayındırılmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 23 yanvar 2021-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol və fotocədvəllə hadisənin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, Respublika X1rşısındakı Sumqayıt istiqamətli hərəkət yolunda baş verdiyi təsdiq olunmuşdur. (iş vər. 03-13) Cinayət işinin materiallarına əlavə olunmuş 23.01.20201-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokol və fotoşəkillərlə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "xxxx"MMC-yə məxsus MMC-də “İSUZU”markalı, furqon tipli, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomaşının texniki cəhətdən saz vəziyyətdə olduğu, qabaq sol tərəf farasının bufer tərəfdən sağ hissəsinin,alın şüşəsinin soldan alt hissəsinin, sol güzgünün alt hissəsinin toqquşmadan sonrakı batıq, rəngin qabarması və əzilməsi aşkar olunmuşdur. (iş vər. 14-18) Cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi, AR-sı DİN-nin BDYPİ-nin Sumqayıt RQİTBŞ tərəfindən 15.01.2015-ci il tarixdə verilmiş AE 017180 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi, AD N826678 nömrəli nəqliyat vasitəsinin qeydiyat şəhadətnaməsi ilə Təqsirləndirilən şəxs sürücülük hüququna malik olduğu, hadisə vaxtı həmin sənədlərin üzərində olduğu təsdiq olunmuşdur. (iş vər.20) Cinayət işinin materiallarına əlavə olunmuş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 23.01.2021-ci il tarixli, 2/866 nömrəli tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol qəbulu əlamətləri aşkar olunmamışdır. (iş vər.24) Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrə ilə Kommersiya Hüquqi şəxsinin Dövlət Qeydiyyatından keçmiş "xxxx"MMC-nin 05.01.2021-ci il tarixli etibarnaməsi ilə səlahiyyətli şəxsi Nümayəndə1 tərəfindən təqdim edilmiş sənədlərlə Təqsirləndirilən şəxs MMC ilə 05.11.2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında Müqavilə”si, “Əmək müqaviləsi” mövcud olmuş, həmin tarixdə Cəmiyyətə sürücü olaraq işə qəbul olunmuşdur. Eləcədə şirkətin nümayəndəsi tərəfindən təqdim olunmuş avtomaşının elektron nəzarət cihazından 23.01.2021-ci il tarixə aid səyahətin GPS nəzarət çıxarışından Təqsirləndirilən şəxs hadisənin törədildiyi 14:54-də idarə etdiyi “İSUZU” markalı, furqon tipli, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 64 kilkometr saat surətlə hərəkət etdirdiyi müəyyən olunmuşdur. (iş vər. 31-53) Cinayət işinin materiallarına əlavə olunmuş 26.01.2021-ci il tarixli sorğu əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən 01.02.2021-ci il tarixdə, 016-11121-1221 nömrə ilə daxil olmuş cavab məktubuna əsasən Təqsirləndirilən şəxs BC kateqoriyalı AE-017180 nömrəli, 15.01.2025-ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsininin olduğu və sürücülük hüququnun məhdudlaşdırılmadığı barədə məlumat verilmişdir. (iş vər. 70) Cinayət işinin materiallarına əlavə olunmuş, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. (iş vər. 84) Cinayət işinin materiallarına əlavə olunmuş 05.02.2021-ci il tarixli, 266 nömrəli ARAYİŞ-la, eləcə də AA1834283 nömrəli şəxsiyyət vəsiqəsi ilə yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüş şəxsin 01.02.1970-ci ildə Masallı rayonu, Əmirtürbə kəndində anadan olmuş, 02 noyabr 1990-cı il tarixdə 228 nömrəli akt qeydi ilə X7 ilə nigaha daxil olmuş, ərinin soyadını qəbul etmiş, 58VSKU1, AA1834283 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi X11 olduğu təsdiq olunmuşdur. (iş vər. 86-87) Cinayət işinin materiallarına əlavə olunmuş 05 fevral 2021-ci il tarixli, 11 nömrəli ekspert rəyində göstərilmişdir ki, X5 meyidində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: alın nahiyəsinin qançırı və sıyrığı, burun belinin sıyrığı, sol budun qançırı; sol bazu sümüyünün, bütün qabırğaların sınıqları; daxili üzvlərincırılması. Göstərilən xəsarətlər həyatda olarkən, ölümündən az əvvəl küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 23.01.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənmələri mümkündür və ümumilikdə ölümünə səbəb olmuş sağlamlığa AGİR zərər vurmaya aiddirlər. X5 ölümünə səbəb olmış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur, ölüm meyitin müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (iş vər. 101-106) Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2021-ci il tarixli, 8/377 nömrəli rəyində “İsuzu” markalı, 90JL713 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. (iş vər. 110-114) Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazerin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (iş vər.115-118) Təqsirləndirilən şəxs idarə etdiyi “İSUZU” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən Təhlükəsiz Şəhər Xidmətinin TŞ-2-025 videmüşahidə qurğusunun 1-ci kamerasının 23.01.2021-ci il tarixli, saat 14.50-dən 15.20-dək olan müddətdəki görüntülərin köçürüldüyü 1 ədəd DVD disk maddi subut kimi tanınaraq cinayət işinin istintaq materiallarında saxlanılır. (iş vər. 98,121-126) Təqsirləndirilən şəxs idarə etdiyi “İSUZU” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisənin izlərini üzərində saxladığı nəzərə alınaraq maddi subut kimi tanınmaqla saxlanması üçün məxsus olduğu "xxxx" MMC-yə təhvil verilmişdir. (iş vər. 121-126,164-165) Cinayət işinin materiallarına əlavə olunmuş 13 aprel 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri seçilmişdir. (iş vər.156) Cinayət işinin materiallarına əlavə olunmuş mərhum X5 hüquqi varisi X3 təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş AZ-İV seriyalı 621202 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 avqust 2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X9r. Cinayət işinin materiallarına əlavə olunmuş AZ-İV seriyalı 058630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 dekabr 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X9r. Cinayət işinin materiallarına əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən qara rəngli palto geyimində olan X5 Yasamal rayonu, Tbilisi prospektində yerləşən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əks tərəfindəki “BRAVO” market tərəfdən sağ əlində içərisində ərzaq olan sellofan paket və qara rəngli qadın əl sumkası və sol əlində, içərisində ərzaq olan sellofan paketlə hərəkət edərək “20 yanvar” dairəsinə doğru istiqamətlənən köməkçi hərəkət yolunun sağında dayandıqdan sonra köməkçi yolu keçərək Sumqayıt şəhər istiqamətinə doğru körpü üzərinə yönəlmiş hərəkət yolu ilə köməkçi yolu ayıran təxminən 40 sm hündürlüyündəki beton arakəsmənin qurtaracağından sola doğru baxaraq iti addımlarla 2 zolaqlı yolu keçmək üçün hərəkətə başladığı, iti addımlarla hərəkət edən zaman təxminən 30 metrə uzaqdan sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs idarə etdiyi “İSUZU” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta surətlə eyni templə dayanmadan hərəkətinin müşahidə edildiyi, piyada Hökümə Qurbanova iki zolağı ayıran orta xəttə ayağını basıb ikinci zolağa keçmək üzərə olarkən həmin avtomobil qabaq sol tərəfi ilə onu vurub təxminən 8-10 metrə qarşıya atdığı, toqquşmanın təsirindən piyadanın asvalt üzərində düşdüyü andan surətlə daha 20-25 metrə irəliyə doğru asvalt səthi ilə sürüşərək kürəyi üstə hərəkətsiz qaldığı və eyni məsafə radiusunda ərzaqlarının ətrafa səpələndiyi, toqquşma anında tormozlama əməliyyatı müşahidə edilməyən avtomobilin isə toqquşma yerindən təxminən 40 metrə, piyadanın atıldığı yerdən isə 10 metrə uzaqlıqdakı məsafədə yolun sağ hərəkət zolağının tinində dayandığı, içərisindən əvvəl sürücü Təqsirləndirilən şəxs və sonra sərnişin Şahid düşərək hərəkətsiz piyadaya yaxınlaşdıqları, az sonra ətrafa piyadaların, sürücülərin toplaşaraq köməklik göstərməyə çalışdıqları, müəyyən vaxt sonra hadisənin baş verdiyi yerə çağırılmış təcili tibbi yardım briqadasının gəldiyi, piyadanın (ölmüş halda) götürüldüyü müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, gənc olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağı olan, həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, 59.1.11ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “İSUZU” markalı, **-JL- *** dövlət qeydiyat nişanlı avtomobil isə "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “İSUZU” markalı, **-JL-*** dövlət qeydiyat nişanlı avtomobil isə "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X4, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X14 ibtidai istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar