Məhkəmə qərarları › İş №1(004)-202/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-202/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-202/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittihamçı: X21, Xüsusi ittihamçının nümayəndəsi: Cəlilabad rayon Vəkil Bürosunun vəkili Nümayəndə Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X14, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X4 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 13.07.1979-cu il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, yaşayış ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 82 olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X21 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X21 şikayətdə göstərmişdir ki, X8 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 79 ünvanda yerləşən, 22.02.2022-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “FEMİDA.AZ” saytında “Həyat yoldaşımı ailəsi ilə təhdid edirlər” - Həbs olunan şəxsin xanımı müraciət etdi” müraciətində və 04.01.2022-ci il tarixdə kütləvi nümayiş etdirilmiş Teref.az saytının mobil versiyasında, həmçinin “Tərəf’ qəzetində “Sabiq rəis müavini keçmiş qaynını niyə həbs etdirib? - Həyat yoldaşı fəryad edir...” şikayətində ona qarşı həqiqi olmadığını biləbilə böhtan xarakterli məlumatlar yaymışdır. Halbuki, Baş prokuror cənab Kamran Əliyev “Report” İnformasiya Agentliyinə 22.02.2022-ci il tarixdə verdiyi müsahibədə bildirmişdir ki, “Mediada insanların şərəf və ləyaqətini təhqir edən, sensasiya xarakterli məlumatlar olmamalıdır”. X14 aşağıdakı böhtan xarakterli məlumatları yaymışdır: Belə ki, 22.02.2022ci il tarixdə kütləvi nümayiş etdirilmiş “FEMİDA.AZ” saytında olan müraciətində X14 iddia edir ki, onun həyat yoldaşı Elman Quliyev aralarında əmlak mübahisəsi olan və işləri məhkəməyə qədər gedib çıxan qohumu Rafael Rəhmanov tərəfindən şərlənərək həbs olunub. X14 iddia edir ki, onun həyat yoldaşını susdurmaq və qorxutmaq üçün keçmiş məmur X11 və dostu, X33 İdarəsinin təhqiqatçısı X19 birgə plan quraraq onıı həbs etdiriblər. X13 qeyd etmişdir ki, “Rafael Rəhmanov və David Yusifov həyat yoldasını Elman Quliyevi tutdurmaq məqsədi ilə onu aldadaraq Bakı şəhərində yerləşən “Qədim Qəbələ” restoranına dəvət edib və onun cibinə pul qoyaraq əvvəlcədən polisə məlumat verərək onu tutdurublar. Guya həyat yoldaşı Elman X1 sahib olduğu külli miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portalarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd şəkildə pul verməsini hədə-qorxu ilə tələb edib. Həyat yoldaşı şərlənərək həbs edildikdən sonra Bakı Baş Polis İdarəsində onun barəsində Azərbaycan Respublikası CMnin 182.3.2-ci maddəsi ilə cinayət işi açılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”. Aynur Quliyeva iddia edib ki, yoldaşı ilə qarşı tərəf arasında guya barışıq yaratmaq istəyən şəxs X33 İdarəsinin təhqiqatçısı David Yusifov olub. David Yusifovun xeyli sayda səs yazısı var. O, yoldaşına bildirib ki, qarşı tərəflə onun arasında barışıq yaradacaq və ona kompensasiya verilməsinə kömək edəcək. Sən demə onlar barışıq adı altında yoldaşına tələ qurubmuş”. Aynur Quliyeva həmçinin qeyd edib ki, hazırda həyatı və uşaqları təhlükədədir. Bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. “Yoldaşını şərləyərək həbs etdirən keçmiş məmur Rafael Rəhmanov onları övladları ilə təhdid edir. Azyaşlı uşaqlarını məktəbə qorxa-qorxa aparır. X14 həyat yoldaşı X22 barəsində Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işinin istintaqının aparıldığı halda, X21 barəsində yalan məlumatlar kimi, “X33 İdarəsinin təhqiqatçısı X19 birgə plan quraraq onu həbs etdiriblər”, “həyat yoldaşını şərləyərək tutdurublar”, “ailəsini, uşaqlarını təhdid edirlər”, “yoldaşına bildirib ki, qarşı tərəflə onun arasında barışıq yaradacaq və ona kompensasiya verilməsinə kömək edəcək. Sən demə onlar barışıq adı altında yoldaşıma tələ qurubmuş” kimi ifadələrlə cəmiyyəti və dövlət qurumlarını çaşdıracaq yalan fikirlər səsləndirməklə, şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə internet informasiya ehtiyatında yaymaqla, X33 İdarəsinin təhqiqatçısı X15 böhtan atmışdır. 01.04.2022-ci il saat 15:05dək həmin müraciət 669 dəfə oxunmuşdur. Bu fakt isə onun kütləvi çıxış olmasını təsdiq edir. Bundan başqa X3 nümayiş etdirilmiş “Teref.az” saytının mobil versiyasında, həmçinin “Tərəf’ qəzetinə ünvanladığı şikayət məktubunda Baş Prokuror Kamran Əliyevə və X28 Vilayət Eyvazova şikayət etdiyini qeyd edir. Şikayət məktubunda Aynur Quliyeva qeyd edir ki, “Hörmətli Baş Prokuror, cənab nazir! dekabrın 9-da həyat yoldaşı X16 şərləyərək tutduran X10 və dostu X9 şikayət edir. Aynur Quliyeva şikayətində qeyd edir ki, “Rafael Rəhmanov və David Yusifov həyat yoldaşım Elman Quliyevi tutdurmaq məqsədi ilə onu aldadaraq ünvan 4 ünvanda yerləşən “Qədim Qəbələ” restoranına dəvət edib və onun cibinə pul qoyaraq əvvəlcədən polisə məlumat verərək onu tutdurublar. Daha sonra qeyd edir ki, Rafaelin dostu X33 İdarəsinin təhqiqatçısı işləyən X19 dəfələrlə Elmanı çağırmış, guya bunları barışdırmaq üçün görüşdürmək istəmişdir. Amma Elman onların çağırışına getmək istəməmişdir. Son dəfə də David zəng eləyib ki, guya Rafael ona dəymiş ziyanla bağlı pul verəcəkdir. Yəni bu iki şəxs Elmanı aldadaraq onunla bu görüşü təşkil etmişdir. Nəticədə də həyat yoldaşımı şərləyərək tutdurmuşlar. Yəni bu gün Elmanın heç bir təqsiri olmadan tutulmasında bu iki şəxsin günahı vardır. Ona görə də hər iki şəxs barəsində təcili qanuni tədbirlər görülməlidir”. Daha sonra qeyd edir ki, Rafael Rəhmanov və David Yusifovun törətdikləri qanunsuz əməllərinə görə onların barəsində təcili qanuni tədbirlər görülməsini sizdən xahiş edirəm”. X14 həyat yoldaşı X22 barəsində Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işinin istintaqının aparıldığı halda, X33 İdarəsinin təhqiqatçısı işləyən X19 barəsində yalan məlumatlar kimi, “X19 birgə plan quraraq onu həbs etdiriblər”, “həyat yoldaşım şərləyərək tutdurublar”, “ailəsini, uşaqlarını təhdid edirlər”, “yoldaşıma bildirib ki, qarşı tərəflə onun arasında barışıq yaradacaq və ona kompensasiya verilməsinə kömək edəcək. Sən demə onlar barışıq adı altında yoldaşıma tələ qurubmuş”, “David Yusifov həyat yoldaşım Elman Quliyevi tutdurmaq məqsədi ilə onu aldadaraq ünvan 4 ünvanda yerləşən “Qədim Qəbələ” restoranına dəvət edib və onun cibinə pul qovaraq əvvəlcədən polisə məlumat verərək onu tutdurublar”, “David zəng eləyib ki, guya Rafael ona dəymiş ziyanla bağlı pul verəcəkdir”, “Elmanın heç bir təqsiri olmadan tutulmasında bu iki şəxsin günahı vardır” kimi ifadələrlə cəmiyyəti və dövlət qurumlarını çaşdıracaq yalan fikirlər səsləndirməsi, şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə internet informasiya ehtiyatında yaymaqla, X33 İdarəsinin təhqiqatçısı X15 böhtan atmışdır. Aynur Quliyeva tərəfindən nümayiş etdirilmiş kütləvi informasiya vasitəsində internet informasiya ehtiyatında yayılmış bu məlumatlar yalan məlumatlar olmaqla böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və onun bu cür yalan danışdığını iddia etməklə polis işçisi David Yusifovun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, həyat yoldaşının tutulması, özünün və uşaqlarının təhdid edilməsi ilə bağlı yalan iddia etməklə X17 cəmiyyət və polis işçiləri arasında nüfuzdan salmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təhqiredici hərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Bununla bağlı olaraq bildirmişdir ki, xüsusi ittihamçı X21 19.04.1980-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsində təhqiqatçı vəzifəsində işləyir. Bununla da o, həmin yaşa qədər cəmiyyətdə, işlədiyi kollektivdə, polis orqanlarında onu tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs yuxarıda qeyd edilən kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatlarında qeyd edilən məlumatları, ifadələri işlədərək xüsusi ittiham qaydasında şikayət edən şəxsin cəmiyyət qarşısında, o cümlədən işlədiyi kollektivdə və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli qərarının 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Odur ki, yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.2, 88.1.3, 204.1, 293.3.1- 293.3.7-ci maddələrinin tələbini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, cinayət törətməkdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli məlumatlar yaymış X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X14 və onun müdafiəçisi X4 bildirmişlər ki, artıq X14 və X21 arasında barışıq olmuşdur, X21 verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir, bu barədə notariat qaydada ərizəsini də təsdiq elətdirmişdir. Həmçinin artıq X21 və nümayəndəsi 2-ci dəfədir ki, təkrar olaraq məhkəmə baxış iclasında iştirak etmir. Buna görə də həm tərəflər arasında barışıq olduğundan, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, həm də xüsusi ittihamçı təkrar məhkəməyə gəlmədiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı X21 və onun nümayəndəsi, vəkil Nümayəndə üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Belə ki, məhkəmə iclasları 17.05.2022 və 24.05.2022-ci il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittihamçı məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. İş materiallarında olan X12 Yasamal Rayon Məhkəməsinə ünvanladığı 11.05.2022ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, X8 CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəməyə verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə, o, X14 ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, A.Quliyeva barəsindəki xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti geri götürür, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-202/22 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X21 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Beləliklə, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən, həmçinin xüsusi ittihamçı və onun nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlmədiyindən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan, xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X21 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar