Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-202/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabirabad rayonu Minbaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti nömrəsiz ünvanda ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talama məqsədi ilə 13 mart 2022-ci il tarixdə saat 03 radələrində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən mağazasının dəmir qapısında olan qıfılı sındıraraq içəri qanunsuz daxil olaraq oradan hər birinin 3,8 manat olmaqla 20 ədəd cəmi 76 manat dəyərində “KENT HD 4 HEO”, hər biri 3,8 manat olmaqla 30 ədəd cəmi 114 manat dəyərində “KENT HD 8 FUTURA”, hər biri 3,6 manat olmaqla 20 ədəd cəmi 72 manat dəyərində “WİNSTON XS SİLVER”, hər biri 3,2 manat olmaqla 10 ədəd cəmi 32 manat dəyərində “LD CLUB PLATİNUM LSS”, hər biri 2,5 manat olmaqla 10 ədəd cəmi 25 manat dəyərində “WEST SİLVER”, hər biri 3,8 manat olmaqla 40 ədəd cəmi 152 manat dəyərində “KENT NANOTEK İNFN 01”, hər biri 3,8 manat olmaqla 50 ədəd cəmi 190 manat dəyərində “KENT NANOTEK 04”, hər biri 3,6 manat olmaqla 10 ədəd cəmi 36 manat dəyərində “WİNSTON XS STYLE SİLVER”, hər biri 4,1 manat olmaqla 30 ədəd cəmi 123 manat dəyərində “SOBRANİE SLİM WHİTES”, Hər biri 4,1 manat olmaqla 20 ədəd cəmi 82 manat dəyərində “SOBRANİE SLİM BLUES”, hər biri 2,2 manat olmaqla 40 ədəd cəmi 88 manat dəyərində “VİCEROY NANO SİLVER”, hər biri 2,2 manat olmaqla 60 ədəd cəmi 132 manat dəyərində “VİCEROY NANO BLUE”, hər biri 2,7 manat olmaqla 20 ədəd cəmi 54 manat dəyərində “ROTHMANS DEMİ BLUE”, hər biri 2,7 manat olmaqla 30 ədəd cəmi 81 manat dəyərində “ROTHMANS DEMİ SİLVER”, hər biri 2,7 manat olmaqla 20 ədəd cəmi 54 manat dəyərində “WİNCHESTER COMP BLUE”, hər biri 2,7 manat olmaqla 10 ədəd cəmi 27 manat dəyərində “WİNCHESTER COMP SİLVER”, hər biri 2 manat olmaqla 10 ədəd cəmi 20 manat dəyərində “BAKİ BLUE SİQARET”, hər biri 2,7 manat olmaqla 10 ədəd cəmi 27 manat dəyərində “WİNCHESTER KSSS BLUE”, hər biri 2,7 manat olmaqla 30 ədəd cəmi 81 manat dəyərində “WİNCHESTER KSSS SİLVER”, hər biri 2,7 manat olmaqla 30 ədəd cəmi 81 manat dəyərində “PALL MALL NANO SİLVER”, hər biri 2,4 manat olmaqla 10 ədəd cəmi 24 manat dəyərində “WANT NANO SİLVER SİQARET”, hər biri 2,4 manat olmaqla 30 ədəd cəmi 72 manat dəyərində “WANT NANO BLACK SİQARET”, hər biri 2,7 manat olmaqla 20 ədəd cəmi 54 manat dəyərində “PALL MALL AMERİCAN NİGHTS”, hər biri 2 manat olmaqla 20 ədəd cəmi 40 manat dəyərində “ARGO KS RED”, hər biri 2 manat olmaqla 20 ədəd cəmi 40 manat dəyərində “ARGO KS BLUE”, hər biri 2,2 manat olmaqla 10 ədəd cəmi 22 manat dəyərində “MAGNA CARBON SİLVER”, hər biri 2,2 manat olmaqla 30 ədəd cəmi 66 manat dəyərində “MAGNA CARBON BLACK”, hər biri 2,2 manat 10 ədəd cəmi 22 manat dəyərində “ARGO NANO BLUE” və hər biri 2,7 manat 30 ədəd cəmi 81 manat dəyərində “ROTHMANS CLİCK AMBER” markalı ümumilikdə 1968 manat dəyərində tütün məmulatlarını və 150 manat nağd pulu gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2118 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən mağazasının plastik pəncərəsindən içəri qanunsuz daxil olaraq oradan hər biri 2,7 manat olmaqla 27 ədəd cəmi 72,9 manat dəyərində “PALL MALL NANO SİLVER”, hər biri 3,6 manat olmaqla 7 ədəd cəmi 25,2 manat dəyərində “WİNSTON XS STYLE SİLVER”, hər biri 2,7 manat olmaqla 15 ədəd cəmi 40,5 manat dəyərində “ROTHMANS DEMİ SİLVER”, hər biri 2,7 manat olmaqla 12 ədəd cəmi 32,4 manat dəyərində “WİNCHESTETR COMP SİLVER”, hər biri 3,8 manat olmaqla 17 ədəd cəmi 64,6 manat dəyərində “KENT NANOTEK NEO 04”, hər biri 2 manat olmaqla 10 ədəd cəmi 20 manat dəyərində “ARGO KS BLUE”, hər biri 2,5 manat olmaqla 16 ədəd cəmi 40 manat dəyərində “WEST SİLVER”, hər biri 2,7 manat olmaqla 23 ədəd cəmi 62,1 manat dəyərində “PALL MALL AMERİCAN NİGHTS”, hər biri 3,2 manat olmaqla 21 ədəd cəmi 67,2 manat dəyərində “LD CLUB PLATİNUM LSS”, hər biri 4 manat olmaqla 12 ədəd cəmi 48 manat dəyərində “SOBRANİE COMPACT CASTER”, hər biri 2 manat olmaqla 10 ədəd cəmi 20 manat dəyərində “BAKİ BLUE SİQARET”, hər biri 3,8 manat olmaqla 19 ədəd cəmi 72,2 manat dəyərində “KENT NANOTEK İNFN 01”, hər biri 4,1 manat olmaqla 19 ədəd cəmi 77,9 manat dəyərində “SOBRANİE SLİM BLUES”, hər biri 2,7 manat olmaqla 19 ədəd cəmi 51,3 manat dəyərində “ROTHMANS DEMİ BLUE”, hər biri 4,1 manat olmaqla 18 ədəd cəmi 73,8 manat dəyərində “SOBRANUE SLİM WHİTES”, hər biri 3,8 manat olmaqla 17 ədəd cəmi 64,6 manat dəyərində “KENT HD 8 FUTURA”, hər biri 2,2 manat olmaqla 17 ədəd cəmi 37,4 manat dəyərində “VİCEROY NANO SİLVER”, hər biri 2,7 manat olmaqla 17 ədəd cəmi 45,9 manat dəyərində “WİNCHESTER COMP BLUE”, hər biri 2,4 manat olmaqla 15 ədəd cəmi 36 manat dəyərində “İMPERİAL CLSC SİLVER COMPACT”, hər biri 2,2 manat olmaqla 14 ədəd cəmi 30,8 manat dəyərində “VİCEROY NANO BLUE”, hər biri 2,2 manat olmaqla 14 ədəd cəmi 30,8 manat dəyərində “ARGO COMPACT BLUE”, hər biri 3,6 manat olmaqla 10 ədəd cəmi 36 manat dəyərində “WİNSTON XS SİLVER”, hər biri 2,2 manat olmaqla 10 ədəd cəmi 22 manat dəyərində “PRİMA DELUXE BLUE”, hər biri 2 manat olmaqla 3 ədəd cəmi 6 manat dəyərində “ARGO KS RED”, hər biri 2,5 manat olmaqla 10 ədəd cəmi 25 manat dəyərində “SENATE NANO RİCH SİLVER”, hər biri 2,2 manat olmaqla 9 ədəd cəmi 19,8 manat dəyərində “MAGNA CARBON SİLVER”, hər biri 2 manat olmaqla 9 ədəd cəmi 18 manat dəyərində “KİNGSTON SİLVER”, hər biri 2,7 manat olmaqla 9 ədəd cəmi 24,3 manat dəyərində “ROTHMANS CLİCK AMBER”, hər biri 3 manat olmaqla 7 ədəd cəmi 21 manat dəyərində “LD CLUB EXTRA WHİTE”, hər biri 2,5 manat olmaqla 8 ədəd cəmi 20 manat dəyərində “SENATE NANO RİCH GOLD”, hər biri 2,7 manat olmaqla 5 ədəd cəmi 13,5 manat dəyərində “WİNCHESTER KSSS SİLVER” və 1 ədəd 2,2 manat dəyərində “MAGNA CARBON BLACK” markalı ümumilikdə 1221.4 manat dəyərində tütün məmulatlarını gizli talayaraq oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç bir oğurluq cinayəti törətməmişdir. Etmiş olsaydı hadisə yerindən onun əl izini götürərdilər. Kamera görüntüləri yoxdur. İstintaq orqanı onun əməlini qərəzli olaraq ağırlaşdırmaq məqsədi ilə CM-nin 177.2.2-ci bəndini əlavə etmişdir. İstintaq müddətində müstəntiq onun savadsızlığından istifadə edərək özü tərəfindən yazılmış ifadələrə imza etdirmişdir. Eyni zamanda bildirmişdir ki, o, 20 Yanvar metro stansiyasının yaxınlığında olan ərazidə tanımadığı şəxsdən 1200 manat dəyərində siqaretləri alaraq sonradan onu qazanc əldə etmək məqsədi ilə satmışdır. Həmin siqaretləri alarkən onların oğurluq olduğunu bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində qeyri rəsmi nikahdan iki övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, tutularkən hər hası bir psixi və ya fiziki təsirə məruz qalmamışdır, heç bir yerdə işləmir, iş üzrə şahid qismində olan İkram Mehdiyevə satdığı tütün məmulatlarını haradan və kimdən aldığını (və ya əldə etdiyini). siqretlərin alınması üçün xərclədiyi 1200 manat məbləğində pulun haradan və kimdən əldə edilməsi ilə bağlı tutarlı və inadırıcı cavab verə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, 13 mart 2022-ci il tarixdə saat 03 radələrində o, ünvan 3 ünvanda yerləşən “AL” marketin qarşısından keçib gedən zaman marketin dəmir qapısında olan qıfılın olduğunu görüb həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa nəzər salıb küçədə heç kəsin olmadığını görərək özündə olan vint açanı çıxarıb marketin dəmir qapısında olan qıfılı sıdıraraq içəri daxil olmuş, sonra isə marketdə olan müxtəlif çeşidli tütün məmulatlarını sellofan torbaya yığmış, daha sonra isə kassadan ümumilikdə 150 manat olan xırda pul əskinaslarını götürüb oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, oğurladığı tütün məmulatlarının hamsını ümumilikdə 750 manata tanımadığı şəxsə satmışdır. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 28 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən “AL” marketin qarşısından keçib gedən zaman marketin pəncərəsində olan dəmir barmaqlığın açıq olduğunu görüb həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa nəzər salıb keçədə heç kəsin olmadığını görərək özündə olan vint açanı çıxarıb marketin plastik pəncərəsini açaraq içəri daxil olmuş, sonra isə cibimdən iki ədəd sellofanı çıxarıb marketdə olan müxtəlif çeşidli tütün məmulatlarını həmin sellofan torbaya yığıb pəncərədən çölə çıxaraq oradan uzaqlaşıb getmişdir. Həmin gün o, günorta saatlarında 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən köşkə gedərək oğurladığı tütün məmulatlarının hamsını ümumilikdə 900 manata satmışdır. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, hadisə yerinə baxış protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, videogörüntünü, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməsi cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. 13 mart 2022-ci il tarixdə saat 11 radələrində o, işdə olan zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasının dəmir qapısında olan qıfılı sındıraraq içəri daxil olmuş və oradan ümumilikdə 3000 manat dəyərində müxtəlif çeşidli tütün məmulatlarını və mağazanın kassasından 150 nağd pulu oğurlayıb getmişdir. Həmin vaxt DİN-nin 102 xidmətinə məlumat verilmiş və hadisə barədə Yasamal RPİ-nin 28-ci PBnə rəsmi qaydada müraciət olunmuşdur. Lakin həmin vaxt cinayəti törətmiş şəxs və ya şəxslər tutulmamışlar. 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində o, işdə olan zaman ona məlum olmuşdur ki, naməlum şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasının plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olmuş və oradan ümumilikdə 1200 manat dəyərində müxtəlif çeşidli tütün məmulatlarını oğurlayıb getmişdir. Həmin vaxt DİN-nin 102 xidmətinə məlumat verilmiş və hadisə barədə Yasamal RPİ-nin 28-ci PB-nə rəsmi qaydada müraciət olunmuşdur. Sonra ona məlum olmuşdur ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs, yəni adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs törətmişdir, həmçinin ona məlum olmuşdur ki, hər iki cinayət hadisəsi həmin şəxs tərəfindən törədilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi və tələbkardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən köşkü icarəyə götürüb işlədir. 28 oktyabr 2022ci il tarixdə saat 08 radələrində o, işlədiyi köşkdə olan zaman bir nəfər şəxs əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs gələrək bildirmişdir ki, onda təxminən 1000 manat dəyərində müxtəlif çeşidli tütün məmulatları var, maaş kartından pul çıxara bilmədiyi üçün kart vasitəsi ilə müxtəlif mağazalardan həmin tütün məmulatlarını almış və hazırda özünə qış gödəkçəsi almaq istəıdiyi üçün tütün məmulatlarını satmaq istəyir. O, da Təqsirləndirilən şəxsla razılaşıb həmin tütün məmulatlarına baxış hesablamış və müəyyən etmişdir ki, əgər həmin tütün məmulatlarını babəkdən 900 manata alsa təxminən 200 manat firmanın qiymətindən fərq edir. Buna gö rə də o, 900 manat pulu babəkə verib onun gətirdiyi tütün məmulatlarının hamsını almış və yenidən babəkdən soruşmuşdur ki, birdən onun gətirdiyi tütün məmulatları oğurluq olar. Lakin Babək ona demişdir ki, narahat olma həmin tütün məmulatlarını o, kart vasitəsi ilə almışdır. Bundan sonra Babək ondan 900 manat pulu götürüb getmişdir. O, da ondan aldığı siqaretləri piştaxtaya düzmüşdür ki, satsın. 11 noyabr 2022-ci il tarixdə saat 23 radələrində o, işlədiyi köşkdə olan zaman iki nəfər tanımadığı şəxslər onun işlədiyi köşkə gələrək özlərinin polis əməkdaşları olduqlarını bildirərək Babəkin şəklini ona göstərib soruşmuşdular ki, həmin şəxsi tanıyırmı, o, da polis əməkdaşlarına bildirmişdir ki, həmin şəxs 28 oktyabr 2022-ci il tarixdə onun işlədiyi köşkə gələrək iki torba tütünməmulatlarını ona 900 manat satmışdır. Bundan sonra o, Babəkdən aldığı tütün məmulatlarının 25 ədədini polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı tütün məmulatlarını oğurluq yolu ilə əldə etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, nədə ki, ondan əvvəllər tütün məmulatları almamış, o, Babəkdən tütün məmulatlarını alarkən ondan nə şəxsiyyət vəsiqəsini, nədə ki, hər hansı bir sənəd istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasının müdirinin müavini vəzifəsində işləyir. 28 oktyabr 2022-ci il tarixdə saat 07:50 radələrində o, işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasına gələn zaman görmüşdür ki, naməlum şəxs və ya şəxslər mağazanın plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olaraq piştaxtada olan tütün məmulatlarını oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Daha sonra isə o, mağazanın müdiri Şahid1 bu barədə məlumat vermiş və özü də baş vermiş oğurluq hadisəsi ilə əlaqədar rəsmi ərizə və izahat yazmışdır. 2022-ci ilin noyabr ayının ortalarında ona məlum olmuşdur ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs, yəni adını sonradan bildiyim Təqsirləndirilən şəxs tutulmuşdur. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasının müdiri vəzifəsində işləyir. 13 mart 2022-ci il tarixdə saat 09 radələrində o, işlədiyi mağazaya gələn zaman görmüşdür ki, naməlum şəxs və ya şəxslər işlədiyi mağazanın dəmir qapısında olan qıfılı sındıraraq içəri daxil olmuş və oradan ümumilikdə 3000 manat dəyərində müxtəlif çeşidli tütün məmulatlarını və mağazanın kassasından 150 nağd pulu oğurlayıb getmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə edib getmişlər. Lakin həmin vaxt cinayəti törətmiş şəxs və ya şəxslər tutulmamışlar. 28 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində o, yaşadığı evdə olan zaman onun köməkçisi işləyən Şahid3 ona zəng vurub məlumat verərək bildirmişdir ki, naməlum şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 26 C ünvanında yerləşən "xxxx" mağazasının plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olaraq piştaxtada olan tütün məmulatlarını oğurlamışdır. Bundan sonra o, işlədiyi mağazaya gəlmiş və görmüşdür ki, hadisə yerini polis əməkdaşları müayinə edirlər. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər mağazaya daxil olaraq oradan 1200 manat dəyərində müxtəlif çeşidli tütün məmulatlarını oğurlayıb getmişlər. 2022-ci ilin noyabr ayının ortalarında ona məlum olmuşdur ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs, yəni adını sonradan bildiyim Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 22.05.22-ci il tarixli, hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (səh. 131-132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi” barədə protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən "xxxx" mağazasıdır, naməlum şəxs və ya şəxslər mağzanın plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olaraq orada olan piştaxtanın üzərində olan tütün məmulatlarını oğurlamışlar. Protokol tərtib edilərkən ərizə və şikayət daxil olmamışdır Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (səh. 10-14). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər əynində qara rəngli paltar və ağzında tibbi maska olan şəxs mağazaya daxil olur və mağazada olan piştaxtanın üzərinə yığılmış tütün məmulatlarını torbaya yığaraq oradan uzaqlaşır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan və 04 yanvar 2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqıda” qərardan görünür ki, 3 ədəd “BAKİ” adlı, 5 ədəd boz rəngli qutusu olan “MAGNA” adlı, 4 ədəd qara rəngli qutusu olan “MAGNA” adlı, 5 ədəd göy rəngli qutusu olan “VİCEROY” adlı, 6 ədəd qara rəngli qutusu olan “VİCEROY” adlı və 2 ədəd “PRİMA” adlı tütün məmulatları saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir. Həmçinin iş üzrə maddi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (səh. 133; 135). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikasi CM-nin 177.2.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 32-33). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilərək həmin gün saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (səh. 79). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 4(004)-969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 112-113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanılması protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini təsdiq etmişdir (səh. 87-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı üzləşdirmə keşçirilmiş və üzləşmə zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir (səh. 85-86). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, üzləşdirmə protokolları, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, baxmayaraq ki, ibtidai istintaqı dövrü ərzində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir və özünü təqsirli bilmişdir və yalnız məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə cinayət əməlinin törədilməsində onun rolunun olmadığını, cinayət hadisəsi ilə əlaqəsinin olmamasını bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxsdir və o, ilkin vermiş olduğu etirafedici ifadəsinin mahiyyətini və məsuliyyətini dərk etməklə bərabər, düzgün bildiyi kimi ifadə vermək və ya ümumiyyətlə ifadə verməmək imkanına malik olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş və ittiham olunduqları cinayət əməllərini harada və hansı üsullarla həyata keçirdikləri sənədləşdirilərək iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadələri hadisə yerində əyani şəkildə göstərib tam təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs onun barəsində qətimkan tədbri seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak edərkən o, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin barəsində təqdimata baxılan zaman (məhkəmə qarşısında olan zaman) həqiqəti bildirmək imkanları olmuş və onlar həmin vaxt səmimi və düzgün ifadə vermişdir. Belə ki, məhkəmə qarşısında olan zaman və barəsində verilmiş təqdimata münasibət bildirərkən (cinayətin onun tərəfindən törədilib-törədilməməsi soruşularkən) ona kənar şəxslər tərəfindən hər hansı bir müdaxilə olunması halının baş verməsi və ya digər qaydada ona təziq və təsir edilməsi imkan xaricində olmuşdur. Başqa sözlə desək təqsirləndirilən şəxs məhkəmə qarşısında olarkən təqsirli olub olmaması ilə bağlı ona verilmiş suala verdiyi cavabı səmini cavab kimi qiymətləndirilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olması halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 ədəd Bakı adlı, 5 ədəd boz rəngli qutusu olan Magna adlı, 4 ədəd qara rəngli qutusu oloan Magna adlı, 5 ədəd göy rəngli qutusu olan Viceroy adlı, 6 ədəd qara rəngli qutusu olan Viceroy adlı və 2 ədəd Prima adlı tütün məmulatları zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılmalı, İş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 02 mart 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd Bakı adlı, 5 ədəd boz rəngli qutusu olan Magna adlı, 4 ədəd qara rəngli qutusu oloan Magna adlı, 5 ədəd göy rəngli qutusu olan Viceroy adlı, 6 ədəd qara rəngli qutusu olan Viceroy adlı və 2 ədəd Prima adlı tütün məmulatları zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-202/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-202/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver