Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-203/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X35 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X13, oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X14, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1967-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək üçün saxtalaşdırmışdır. Belə ki, o, «Sosial X3» İctimai Birliyi yaradaraq özünü həmin birliyin təsisçisi və sədri təyin etmiş, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 “MİDA” tərəfindən inşa edilən Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10n mənzil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2019-cu ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 4 ünvanında 8.000 manat pulu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra 2020-ci ilin dekabr ayının sonunda icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, metronun «Azadlıq» stansiyasının yaxınlığında yerləşən ofisində eyni növ sənəddən texniki sorğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerlə çap edilməklə «SAY Birliyi» blankı altında Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 15-də SAY İB-yə ayrılmış 65.700 manat dəyərində 3 otaqdan ibarət mənzilin güzəştli şərtlərlə Zərərçəkmiş şəxs1 satılmasına dair xx.xx.2020-ci il tarixli saxta «Mənzilin güzəştli şərtlərlə ipoteka əsasında alqı-satqı müqaviləsi»ni tərtib etmiş və yaşayış kompleksində ayrılmış mənzil üçün ilkin olaraq 12.500 manat pulun 7500 manatını SAY İB-yi tərəfindən ödənilməsi barədə hüquq verən Azərbaycan Respublikasının Mənzil X12 xx.xx.2020-ci il tarixli maliyyə arayışını istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 “MİDA” tərəfindən inşa edilən Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10n mənzil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2019-cu ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 6 ünvanında sonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə 13.000 manat və 2020-ci ilin mart ayının sonlarında eyni ünvanda 3000 manat pulu pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 16.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra 2020-ci ilin dekabr ayının sonunda icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, metronun «Azadlıq» stansiyasının yaxınlığında yerləşən ofisində eyni növ sənəddən texniki sorğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerlə çap edilməklə «SAY Birliyi» blankı altında Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 15-də SAY İB-yə ayrılmış 65.700 manat dəyərində 3 otaqdan ibarət mənzilin güzəştli şərtlərlə Afaq Kərirmova satılmasına dair xx.xx.2020-ci il tarixli saxta «Mənzilin güzəştli şərtlərlə ipoteka əsasında alqı-satqı müqaviləsi»ni tərtib etmiş və yaşayış kompleksində ayrılmış mənzil üçün ilkin olaraq 43.000 manat pulun SAY İB-yi tərəfindən ödənilməsi barədə hüquq verən «Sosial X3» İctimai Birliyinin xx.xx.2020-ci il tarixli maliyyə arayışını istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 “MİDA” tərəfindən inşa edilən Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10n mənzil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə sədri olduğu «SAY Birliyi»nin blankında Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 15-də SAY İB-yə ayrılmış 65.700 manat dəyərində 3 otaqdan ibarət mənzilin güzəştli şərtlərlə satılmasına dair xx.xx.2020-ci il tarixli «Mənzilin güzəştli şərtlərlə ipoteka əsasında alqı-satqı müqaviləsi»ni tərtib etmiş və «SAY» İB-nə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 16.000 manat pul verilməsi barədə akt tərtib etməklə müqaviləni və aktı imzaları ilə təsdiq edib, həmin sənədlərdən törətdiyi cinayətdə üsul kimi istifadə etmiş və xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında 16.000 manat nağd pulu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 yüksək fərdi təqaüd almaqda köməklik göstərərəcəyinə yalan vəd verib inandırmış, bu niyyətlə 2019-cu ilin aprel ayının sonunda ünvan 7 ünvanında sonuncunun 10.125 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə veteran tanışı Ağamməd vasitəsi ilə tanış olmuş, 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs4 ilə söhbət edən zaman ona öz təqaüdündən şikayət etmiş və o, Vaqifə Prezdentin fərdi təqaüdünü təşkil edə biləcəyini bildirmişdir. Vaqif onunla razılaşmış və o, Vaqifdən bunun müqabilində 10000 manat pul istəmişdir. 2019-cu ilin aprel ayının sonları Vaqifin yaşadığı ünvan 8 ünvanına gəlmiş və orada Vaqif ona 10000 manat pul vermişdir. Bundan təxminən 3 gün sonra o, Vaqifdən həmin ünvanda əlavə olaraq 125 manat pulda almışdır. O,Vaqifdən pulu alıb qısa müddət ərzində təqaüd məsələsini həl edə biləcəyini bildirmiş və Vaqif onunla razılaşmışdır. Lakin onun belə bir imkanı və səlahiyyəti olmamış, onun niyyəti həmin 10125 manat pulu ələ keçirib və pandemiya ərəfəsi olduğundan imkansız ailələrə yardım etmək olmuşdur. Belə ki, o, həmin ərəfədə əhaliyə yardımla məşğul olmuş, lakin pulu olmamışdır. Bir müddət sonra Vaqif ondan təqaüdü baradə maraqlanmış və o, Vaqifə yaxın günlərdə təqaüdün düzələcəyini bildirsədə Vaqifdə ona qarşı artıq inamsızlıq yarandığından ondan pulunu tələb etməyə başlamış, Vaqifə qısa müddət ərzində pulunu qaytaracağını bildirmiş və hissə-hissə ona 4500 manat pul qaytarmış, Sonradan isə Vaqifə pulu tam şəkildə ödəmişdir. Bundan o, təxminən 2019-cu ildən etibarən Sosial Adaptasiyasının İnkişafının Yardım İçtimai birliyinin rəhbəri vəzifəsində işləmiş, qeyd olunan şirkətin əsas məqsədi qazilərə, məhkum olunmuş şəxslərə yardım etməkdən ibarət olmuşdur. Belə ki, qeyd olunan içtimai birliyin üzvlərinin hesabına yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir. X23 ilə 2011-ci il tarixdə birlikdə cəza çəkmə müəsisəsində cəza çəkmişlər. Təxminən 2019-cu ilin okyabr ayının ortalarında məclislərin birində təsadüfən Kənan Şərifovla görüşmüş, sonuncu onun Sosial Adaptasiyasının İnkişafının Yardım İçtimai birliyinin rəhbəri vəzifəsində işlədiyini və bəzən ehtiyacı olan şəxslərə Mənzil İnşaat Dövlət Agentliyinin nəzdində olan sosial evlərinin alınmasında köməklik göstərə biləcəyini bilmiş, Kənan ondan bir nəfər tanışına Mənzil İnşaat Dövlət Agentliyinin nəzdində olan sosial evlərinin alınmasında köməklik göstərməyini xahiş etmişdir. O, etiraz etməmiş və Kənana kömək edə biləcəyini bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Kənan onu İlahə adlı qadınla tanış etmişdir. İlahə onu evlə bağlı söhbət etmək üçün yaşadığı ünvan 4 ünvanına dəvət etmişdir. Orada İlahəni ona sosial ev almaqda köməklik edəcəyinə inandırmış və ona Kənana verdiyi 8000 manat pulu alıb ona verməsini bildirmişdir. İlahə onunla razılaşmış və həmin günün səhərisi onlar yenidən İlahənin yaşadığı evdə görüşmüşlər. İlahə ona Yasamal rayonunda yerləşən MİDA-ya məxsus 03 otaqlı mənzil alması üçün 8000 manat pul vermişdir. O, həmin pulu götürmüş və İlahəyə narahat olmamağı, qısa müddət ərzində onu evlə təmin edəcəyini bildirmişdir. Bundan sonra o, İlahə ilə mütəmadi şəkildə əlaqə saxlamışdır. 2019-cu ilin dekabr ayında İlahə ilə söhbət zamanı İlahə ona qohumu Zərərçəkmiş şəxs2 üçün də ev almaqda köməklik etmək lazım olduğunu bildirmişdir. O, etiraz etməmiş və 2019-cu ilin dekabr ayının ortlarında ünvan 6 ünvanında İlahə ona Zərərçəkmiş şəxs2 üçündə Yasamal rayonunda yerləşən MİDA-ya məxsus 03 otaqlı mənzil alınması məqsədi ilə 13000 manat pul vermişdir. O, həmin pulu götürmüş və təxminən 2020-ci ilin yanvar ayı üçün evlə təmin olunacağını bildirmişdir. Həmin ərəfədə Binəqədi rayonu, Azadlıq metrosu yaxınlığında yerləşən icarə əsasında işlətdiyi ofisdə özünə məxsus kompyuter avadanlıqları olmuşdur. 2019-cu ilin dekabr ayının sonunda həmin ofisdə olan özünə məxsus kompyuterdə İlahənin və Afaqın etibarını qazanmaq üçün kompyuter qrafikasından istifadə etməklə saxta arayışlar, aktlar və müqavilələr hazırlamış, həmçinin MİDA-nın blankını kompyuterdə yığmaqla saxta maliyyə arayışları tərtib etmiş və tərtib etdiyi bütün saxta sənədləri aparıb sonunculara vermişdir. Həmin sənədlərdə olan başqa şəxslərə aid imzaların hər birini özü çəkmiş, məqsədi isə həmin şəxsləri özünə inandırmaq olmuşdur. 2020-ci ilin mart ayında İlahəyə Afaqın evi üçün əlavə 3000 manat pul lazım olduğunu bildirmiş, İlahə isə ona Afaqla danışıb onunla əlaqə saxlayacağını bildirmişdir. 2020-ci ilin mart ayının sonları yenidən İlahə ilə ona məxsus ünvan 6 ünvanında görüşmüş və orada İlahə ona Afaqın evinin alınması üçün əlavə olaraq 3000 manat pul vermişdir. Bununla da o artıq Afaqın 16.000 manat pulunu ələ keçirmişdir. Həmin ərəfədə koronavirus pandemiyasını səbəb gətirərək tikintilərin dayandığını bildirib müəyyən müddət vaxt əldə etmiş, lakin İlahə ilə əlaqəsini kəsməmiş və onunla mütamadi əlaqə saxlamışdır. 2020-ci ilin iyul ayında İlahə ona Yavər adlı qohumununda ev almaq istədiyini bildirmiş, o, etiraz etməmiş və ona da kömək edə biləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə İlahənin yaşadığı ünvan 6 ünvanında Yavərlə görüşmüşdür. Orada Yavər ona Yasamal rayonunda yerləşən MİDA-ya məxsus 03 otaqlı mənzil alınması məqsədi ilə 16.000 manat pul vermiş, həmin pulu almış və narahat olmamağı, hər üçünü birlikdə evlə təmin olunacağını bildirmişdir. Yavər onunla razılaşmış və onlar ayrılmışlar. O, aldığı pulları isə şəxsi tələbatına xərcləmiş və qalan hissəsini isə 2-ci Qarabağ müharibəsi dövründə əsgərlərə yardımlar göndərmişdir. Özü də 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 2020-ci ilin noyabr ayının sonlarından etibarən Yavər ondan evi və ya pulu tələb etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun barəsində artıq şikayət olunmuşdur. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmasını, hazırda Azərbaycar Respublikasının müxtəlif bölgələrində işləyərək ailəsini dolandırdığını nəzərə alaraq məhkəmədən ona azadlıqda məhrumetmə və azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kənan Şərifov onun Naxçıvan şəhərində qonşusu olmuşdur. 2019-cu il mart ayının sonlarında Kənan onların kirayə qaldıqları ünvan 6 ünvana gəlmişdir. Bir qədər söhbət etdikdən sonra Kənan Şərifov onların kirayə yaşadıqlarını görüb Prezident aparatında Mənzil İnşaatı Dövlət Agentliyində çalışdığı üçün onlara MİDA-nın Yasamal rayonu, X33 8 ünvanında yerləşən sosial mənzillərdə 3 otaqlı ev almaqda kömək edə biləcəyini bildirmiş və bunun üçün ondan 8000 manat məbləğində pul tələb etmişdir. 2019cu il aprel ayının ortalarında o, Kənan Şərifovu yaşadığı evə dəvət edərək onun üçün MİDA-da Yasamal rayonu ərazisində 3 otaqlı güzəştli şərtlərlə verilən sosial mənzillərdən birinin alınması məqsədilə ona 8000 manat məbləğində pul vermişdir. Bundan sonra Kənan mənzil işinin həll olunduğunu və 2019-ci ilin oktyabr ayında 15-ci binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən mənzilin ona təyin olunacağını bildirmişdir. Bundan sonra onun qohumu olan xalası qızı Zərərçəkmiş şəxs2 da onun mənzil aldığını eşitmiş və 30 iyul 2019-cu il tarixdə eyni yolla həmin mənzillərdən əldə etmək üçün qardaşı Samir Kərimov vasitəsi ilə notarial qaydada 13000 manat pulu Kənan Şərifova vermişdir. Kənan isə ona altı ay ərzində Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil təyin olunacağını bildirmişdir. Lakin o, 2019-cu ilin oktyabr ayına kimi gözləsə də, oktyabr ayının ortalarında Kənanın ona söz verdiyi müddətin tamam olmasından dolayı narahatlıq keçirmiş və bununla bağlı Kənana zəng etmişdir. Bundan sonra Kənan onun iş yerinə gələrək ona təyin olunan mənzilin artıq Sosial Adaptasiya İctimayi birliyinin sədri Təqsirləndirilən şəxs tərəfindən veriləcəyini bildirmiş və onları Azneft dairəsində görüşdürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona özünü ehtiyatda olan polkovnik kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxsla ona verilməli olan ev məsələsi ilə əlaqədar danışdıqda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Kənana verilən 8000 manat pul MİDA-ya təqdim edilməmiş və bu səbəblə ona mənzil verilməmişdir. Təqsirləndirilən şəxs həmin məsələ ilə özünün məşğul olacağını bildirərək Kənana verilən 8000 manat məbləğin ona verilməsini istəmişdir. Bundan sonra o, Kənanla danışaraq ona verdiyi 8000 manat pulu tələb etmiş və Kənan həmin məbləği gətirərək geri qaytarmışdır. 2019-cu ilin oktyabr ayının ortalarında o, həmin 8000 manat pulu Yasamal rayonunda yerləşən MİDA-ya məxsus 3 otaqlı mənzilin ona verilməsi məsələsini həll etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona söz vermişdir ki, 10 yanvar 2020-ci il tarixdə ona vəd edilən evə sahib olacaqdır. 2019-ci ilin dekabr ayında Afaqın verdiyi 13.000 manat pul da Kənandan geri alınaraq Şahidə verilmişdir. Həmin vaxt Şahid ona da 2020-ci il yanvarın sonunda mənzil əldə edə biləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs Afaqdan ona vəd edilən mənzilin alınması məqsədilə əlavə olaraq 3000 manat pul tələb etmişdir. Həmin məbləğ Şahidə verildikdən sonra Afaq tərəfindən sosial ev almaq üçün verilən pulun ümumi məbləği 16.000 manat, onun tərəfindən verilən pulun ümumi məbləği isə 8000 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onların hər ikisinə mənzillə təmin olunmaları ilə əlaqədar yalan vədlər verilərək pulları ələ keçirilmişdir. Bununla bağlı polisə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən onun verdiyi 8000 manat məbləğində pul geri qaytarılmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında xalası qızı olan İlahənin MİDA-ya məxsus Yasamal rayonu Kənar Dairəvi yol 8 ünvanında yerləşən sosial evlərdən mənzil əldə edəcəyindən xəbər tutmuş və evə ehtiyacı olduğundan o da həmin şəkildə özünə mənzil almaq istəmişdir. Bu barədə İlahəyə bildirdikdən sonra İlahə Kənanla danışaraq onun həmin ünvanda yerləşən mənzili əldə edə bilməsi üçün 13000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin məbləği verməyə razı olaraq 30 iyul 2021-ci il tarixdə İlahənin qardaşı Samirin vasitəsilə notarial qaydada həmin 13000 manat pulu Kənana vermişdir. Pulu aldıqdan sonra Kənan ona 6 ay ərzində adına mənzil təyin olunacağına dair söz vermişdir. Lakin ondan daha əvvəl Kənana müraciət etmiş xalası qızı İlahənin adına təyin olunan mənzil söz verildiyi vaxtda ona təqdim edilmədiyindən İlahə ilə Kənan arasında narazılıq olmuş və İlahə Kənandan həm özü üçün verdiyi 8000 manat pulu, həm də onun verdiyi 13000 manat pulu geri alaraq ona qaytarmışdır. Bundan sonra İlahə onu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxslə tanış edərək onların ev məsələsini Şahidin həll edəcəyini bildirmişdir. 2019-cu ilin oktyabr ayında İlahə onun 13000 manat pulunu və özünün 8000 manat pulunu MİDA-nın Yasamal rayonu Kənar Dairəvi yol 8 ünvanında yerləşən sosial evlərdən almaq üçün Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs ondan ev məsələsini həll etmək üçün əlavə olaraq 3000 manat pul da tələb etmiş, həmin məbləği verdikdən sonra onun Şahidə ödədiyi məbləğ ümumən 16000 manat olmuşdur. Şahid 2021-ci ilin yanvar ayının sonuna qədər o və xalası qızı İlahəyə vəd edilən mənzilləri əldə edəcəklərini bildirmişdir. Bundan sonra Şahid tərəfindən onların ev məsələsi müxtəlif bəhanələrlə yubadılmış və onlar artıq aldadıldıqlarını başa düşərək bununla bağlı polisə müraciət etmişdirlər. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 187-190-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, onunla qohumluq münasibətləri olan, həmçinin onun müəlliməsi olmuş Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu özünü ona Azərbaycan Respublikası Sosial X3 İctimai Birliyinin sədri kimi təqdim etmiş Təqsirləndirilən şəxs Sücayət oğlu onu aldadıb 16.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, onun Şahidlə tanış olmaqda məqsədi özü üçün Bakı şəhərindən güzəştli şərtlərlə sosial ev almaq olmuşdur. O, Şahidlə 2020-ci ilin iyul ayında İlahənin Yasamal rayonu Ş.Mehdiyev küçəsində yerləşən evində tanış olmuşdur. Özünü Azərbaycan Respublikası Sosial X3 İctimai Birliyinin sədri kimi təqdim etmiş Təqsirləndirilən şəxs Sücayət oğlunu yaxın qohumu X6 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs onu MİDA tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına güzəştli şərtlərlə satılan mənzillərdən Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 mənzil alınmasına köməklik göstərəcəyinə inandırmış, Şahidə inandığı üçün özünə məxsus olan 16.000 manat pulu İlahənin iştirakı ilə və onun yaşadığı evdə 2020-ci ilin iyul ayının birinci yarısında Şahidə vermişdir. Təqsirləndirilən şəxs onun 2020-ci ilin sentyabr-oktyabr aylarında evlə təmin olunacağını bildirmiş, 2020-ci ilin sentyabr ayında səfərbərliklə 2-ci Qarabağ Müharibəsi ilə bağlı Naxçıvan MR-ya getmiş və orada ehtiyatda saxlanılmışdır. 20 noyabr 2020-ci iltarixdə o, Bakıya qayıtmış, Təqsirləndirilən şəxs oktyabr ayında ona evi verməli olduğu halda noyabr ayı da qurtardığına görə ondan evi tələb etmiş, Şahid ona evi 23 noyabr 2020-ci il tarixdə təhvil verəcəyini bildirmiş, sonra ona zəng edərək pandemiya ilə bağlı evi 28 noyabr 2020-ci il tarixdə təhvil verəcəyini vəd etmişdir. 28 noyabrda ona zəng etdikdə evin hazır olduğunu 3-4 günə ona xəbər verəcəyini Şahid bildirmişdir. Həmin tarixdə onunla yenidən əlaqə yaratmış, ona iclasdan çıxdığını evin hazır olmasını ona imzalamaq üçün yeni müqavilə gətirdiyini bildirmişdir. Onunla Xırdalan şəhərində, «Dəniz Market»in yanında Kristal Abşeron 1 binasının yanında görüşmüşdür. Şahid ona maliyyə problemləri olduğunu, xaricdə ona pul köçürmələrinin gələcəyini və bundan sonra evləri MİDA dan tam öz əlinə alacağını bildirmişdir. Ondan sonrada ona zənglər etdikdə ona bu gün sabah evi təhvil verəcəyi, hətta onun kirayə pullarını da ödəyəcəyini vəd etmişdir. O, artıq Şahidin onu aldatdığını görüb ona mütəmadi zənglər etməyə başlamışdır. 10 fevral 2021-ci il tarixdə Şahid özü onun iş yerinə gələcəyini demişdir. Şahid onun əvəllər işlədiyi Xırdalan beton zavoduna gəlib ona yenidən vədlər verməklə ona xaricdən pullar gələcəyini və həmin pulları MİDA-nın hesabına keçirməklə sosial evlərin hamısını özü əldə edəcəyini bildirmişdir. O, isə Şahidə artıq bu şəkildə ev almaq istəmədiyini, verdiyi pulları qaytarmasını bildirmiş, ona 2-3 gün müddətində pulunu qaytaracağını bildirmiş, həmin müddətdən sonra ona zənglər etdikdə həmişə bu gün-sabah vəd edərək onu aldatmağa başlamışdır. Həmçinin ona eyni zamanda məlum olmuşdur ki, Şahid İlahəni və onun qohumu Afaq adlı qadını da eyni məqsədlə aldatmış və onların da pullarını ələ keçirmiş və sonradan telefon zənglərinə də cavab verməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 7-8-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl tanışı Ağamməd vasitəsilə Təqsirləndirilən şəxs Şücayət oğlunu tanımış, Ağamməd ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Şücayət oğlu ona pul müqabilində səmərəli iş fəaliyyətinə və əla xidmətlərimə görə Prezidendin fərdi təqaüdünün verilməsini təşkil edə bilər. Ağammət onu “Space TV”-nin qarşısına dəvət etmiş və Təqsirləndirilən şəxs Şücayət oğlunu onunla tanış etmişdir. Orada Şahidlə tanış olmuş və Ağamməd özü isə harasa getmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Şücayət oğlu bildirmişdir ki, onun üçün pul qarşılığında Prezidendin fərdi təqaüdünün verilməsini təşkil edə bilər. Həmin təqaüdün verilməsini təşkil etmək üçün ondan 10000 manat pul istəmiş, o, Şahidin etibarlı şəxs olmasına inanmış və bu səbəbdən həmin məbləği 3-4 gün ərzində verə biləcəyini demişdir. O, Şahidin mobil telelfon nömrəsini götürmüş və onunla əlaqə saxlamağa başlamış, 2019-cu ilin aprel ayının əvvəlində öz yaşadığı evdə, yəni ünvan 13 ünvanında Təqsirləndirilən şəxs Şücayət oğluna 10000 manat pul vermiş, 3 gün sonra Şahid ondan müvafiq sənədlərin əslini istəmiş və ondan əlavə olaraq 125 manat pul almışdır. Şahid sənədləri 3 gün sonra geri qaytarmış və ilin sonunadək ona Prezidentin sərəncamı əsasında təqaüd ayrılacağını bildirmiş və ona yaxın günlərdə Əmək və Əhalinin sossial müdafiəsi nazirliyində Prezidentin fərdi təqaüdü təqdim olunacağını demişdir. O, Şahidə Prezidentin fərdi təqaüdünün orada təqdim olunmadığını bildirmiş və başa düşmüşdür ki, Şahid ona yalan danışaraq, dələduzluq edib pulunu, yəni 10125 manat pulunu ələ keçirmişdir. O, pulunu geri tələb etdikdə Şahid pulu geri qaytaracağını bildirmiş, sonra Şahid ona 270 manat pul qaytarmış, bu barədə Şahidə irad olaraq bildirdikdə sonuncu ona yaxın günlərdə pulun qalan hissəsini qaytaracağını bildirmiş, həmin gündən sonra Təqsirləndirilən şəxs Şücayət oğlu telefonlara cavab verməmiş, bundan sonra məcbur olub bununla bağlı şikayət etmiş və bir müddət sonra Şahid ona olan 10.125 manat pulu tam şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Naxçıvan şəhərindən tanıdığı yerlisidir və onlar qonşuluq münasibətində olmuşdurlar. Onlar ararasında olan söhbətlər zamanı o, İlahənin evə ehtiyacı olduğunu öyrənmiş və ona Yasamal rayonu, X33 8 ünvanında yerləşən Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli şərtlərlə ev almaqda köməklik etməsi üçün MİDA-da işləyən Saleh adlı bir tanışına müraciət etmişdir. Salehlə bu barədə danışdıqdan sonra İlahəyə ona MİDA-dan ev verilməsi üçün 8000 manat pul verməli olduğunu bildirmişdir. 2019-cu ilin aprel ayının ortalarında İlahə tərəfindən ona güzəştli şərtlərlə sosial mənzil alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 84 ünvanının qarşısında ona 8000 manat pul verilmişdir. Bundan sonra Saleh adlı şəxs dünyasını dəyişdiyi üçün o, Sosial Adaptasiyanın İnkşafına X19 sədri olan tanışı Təqsirləndirilən şəxs İlahənin ev məsələsi barədə məlumat verərək ona MİDA-dan ev verilməsi üçün lazım olan sənədlərin toplanılmasında yardım etməsini xahiş etmişdir. Şahid isə ona həmin məsələnin həll edilməsi üçün lazım olan sənədlərin siyahınısı vermişdir. O, Şahid və İlahəni bir-birilə tanış etmişdir. Bundan sonra İlahə ona zəng edərək verdiyi pulu qaytarmasını tələb etmişdir. O, həmin vaxt xəstə olduğu üçün oğlu Urfan Şərifov tərəfindən ona verilən 8000 manat məbləğində pul İlahəyə qaytarılmışdır. Bundan sonra o, həmin məsələyə qarışmamış və İlahənin Şahidlə olan sonrakı münasibətlərindən, İlahə tərəfindən Şahidə pul verilməsindən xəbəri olmamışdır. İş üzrə şahid qismində göstərilmiş X7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 11-13-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Zərərçəkmiş şəxs4 tanıyır və onunla dostluq münasibətində olmuş, onun həmyerlisi, xəstə və həm də yaşlı olmasına görə həmişə ona hörmətlə yanaşmış və onun hər xahişini yerinə yetirmişdir. Son vaxtlar Zərərçəkmiş şəxs4 onunla əmr formasında danışdığı üçün bu hərəkət onun xoşuna gəlməmiş, bu səbəbdən də onun yaşlı və xəstə olmasını nəzərə alıb ondan uzaqlaşmağı qərara almışdır. Həmin ərəfədə üzv olduğu Qarabağ müharibə veteranları cəmiyyətində veteranlarla söhbət zamanı həmin cəmiyyətin üzvü olan polkovnik Təqsirləndirilən şəxs Sücayət oğlu ilə tanış olmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs4 haqqında onunla danışmış, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 xəstə və yaşlı şəxsdir, ona məişət işlərində köməklik lazımdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, lazım olsa, kömək edə bilər. O, bundan sonra Vaqiflə telefonla danışaraq onu bir nəfər şəxslə tanış edə biləcəyini və ona müxtəlif işlərində kömək edəcəyini bildirmiş, Vaqif razılaşmış və gətirib onunla tanış etməyini istəmişdir. Bu tanışlıq onun yadında qalan təxminən 4 il bundan əvvəl olmuş, həmin gün Vaqifin evinin yaxınlığında görüşmüş və Şahidi ona təqdim etmiş və həmin dəqiqə də çıxıb getmişdir. Onlar öz aralarında söhbət etmiş, təxminən bir-iki il sonra Vaqif ona zəng edərək bildirmişdir ki, Şahid ondan xeyli miqdarda pul alıb və telefon zənglərinə cavab vermir. Bundan sonra Şahidə zəng edən zaman sonuncu bildirmişdir ki, Vaqif müəllim yalan danışır və ona heç bir borcu yoxdur. Bu söhbətdən bir neçə vaxt keçdikdən sonra Milli Məclisin qarşısında təsadüfən Şahidlə qarşılaşmış və ona öz narazılığını bildirmiş, sonra onu Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığına gətirmiş, Vaqif müəllimə zəng etmiş və çölə çıxmasını xahiş etmişdir. Vaqif çölə çıxan zaman Şahid onun yanında olmuş, o, aralarında nə söhbətin olduğunu, onun yanında danışmalırını tələb etmiş, onlar bir-biri ilə tam səmimi görüşmüş və heç birinin narazıçılığının olduğunu bildirməmiş, bu zaman Vaqifə üz tutub bildirmişdir ki, «bundan sonra məni öz işlərinizə qatmayın və mənə daha zəng etməyin». Bundan sonra Zərərçəkmiş şəxs4 ona dəfələrlə zəng etsə də, ounn telefonuna cavab verməmişdir. İş üzrə şahid qismində göstərilmiş X15 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 14-17-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2019-cu il mart ayının sonlarında, “Facebook” ssoial şəbəkəsində yaradılmış “Naxçıvanlılar” qrupunda qızı İlahə onun vəfatı haqqında məlumat yayıldığını görüb bu barədə maraqlanmış və məlumatı yayan şəxsin Naxçıvan şəhərində onlarla bir məhəllədə yaşamış həmyerliləri Kənan Şərifov olduğunu bilmişdir. Qızı İlahə onunla əlaqə saxladıqda Kənan məlumatın yanlış olduğunu etiraf edərək üzrxahlıq etmək üçün onunla görüşmək istdiyini bildirmişdi. Bundan sonra Kənan kirayə qaldıqları ünvan 6 ünvanına gələrək onunla görüşüb bu hərəkətinə görə ona üzürxahlıq etmiş, söhbət əsnasında Kənan onların kirayədə qaldıqların bilib, özünü Prezident aparatında Mənzil X12 sosial mənzillərin bölünməsində, koordinator vəzifəsində çalışdığını bildirərək onlara MİDA-nın Yasamal rayonu, X33 8 ünvanında yerləşən sosial mənzillərdə 3-otaqlı evlə təmin etməklə köməklik edəcəyini, lakin bunun üçün bir sıra şərtlərə əməl etməyi və sənədlər təqdim etməli olduğunu bildirdi. X31 sosial mənzillərdən ev almaq üçün nə etməli olduğunu soruşduqda Kənan bildirmişdi ki, qıznın yaşına və aldığı məvacibə görə mənzil düşmür, amma ona 8000 manat pul verəcəyi təqdirdə bu işi həll edə bilər. X34 bu məbləğin çox olduğunu bildirdikdə sonuncu demişdi ki, onlarla qonşu olduğu üçün bu işi hələ bizə ucuz edir, başqa şəxslər bu işi 12000-13000 manat pul müqabilndə həll edir. Kənana hazırda pulun olmadığını bu məbləğdə pulu yalnız bankdan kredit götürə biləcəklərini bildirib, bir qədər vaxt verməsini xahiş etmiş bundan sonra qızı xx.xx.2019-cu il tarixdə “Kapital Bank”ın Səbail filialından 7000 manat kredit götürərək, qalan hissəsini də tapıb toplamaqla 8000 manat pul düzəldib 2019-cu il aprel ayının ortalarında Kənan Şərifovu yaşadığı Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən evə dəvət edib orada ona MİDA-da Yasamal rayonu ərazisində 03 otaqlı güzəştli şərtlərlə verilən sosial mənzillərdən birinin verilməsi müqabilində Kənan Şərifova vermişdir. Kənan pulu aldıqdan sonra bildirmişdi ki, danışmışdır və onlara mənzil təyin olunmuşdur. Həmin ərəfələrdə qohumları və tanışları xəbər tutaraq, onlar da həmin mənzillərdən istədilər. Qohumlardan bacısı nəvəsi Zərərçəkmiş şəxs2da Yasamal rayonu Kənar Dairəvi yol 8 ünvanında yerləşən MİDA-nın verdiyi sosial evlərdən almaq üçün 13000 manat pulu xx.xx.2019-cu il tarixdə Kənan Şərifova qardaşı Samir Kərimov vasitəsi ilə notarial qaydada vermişdir. Kənan Afaqın pulunuda alan zaman söz vermişdi ki, altı ay müddətində o da Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil əldə edəcəkdir. Onlar Kənanın vəd etdiyi kimi 2019-cu ilin oktyabr ayına kimi gözləmişlər ki, mənzili əldə etsinlər. 2019-cu ilin oktyabr ayının ortalarında artıq Kənanın verdiyi vədin vaxtından keçdiyi üçün narahat olmağa başlamışdır. Bundan sonra qızı İlahə işdə olan zaman həmin narahatçılığa görə halı pisəşmiş və təcili tibbi yardım birqadası gələrək qızına ilkin tibbi yardım göstərmişlər. Bunu Kənan eşitdikdən sonra qızının işlədiyi Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 28- №li uşaq musiqi məktəbinə getmiş və orda mənzilin Sosial Adaptasiya İctimayi birliyinin sədri, Təqsirləndirilən şəxs tərəfindən veriləcəyini demişdi. Bundan sonra həmin gün Azneft dairəsində, Kənan qızını Təqsirləndirilən şəxsla görüşdürmüş, həmin görüş zamanı Təqsirləndirilən şəxs qızına vəsiqə göstərərək özünü ehtiyatda olan polkovnik kimi təqdim etmiş və onlara mənzilin çoxdan verilməli olduğunu bildirərək bu məsələləri 5000 manata həll etdiyini demişdi. Bunun səhərisi Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmiş və orada ətraflı bu barədə danışmışlar. Söhbət əsnasında bildirmişdi ki, Kənana verdikləri 8000 manat pul MİDA-ya çatmadığı üçün oradan mənzilin verilməsi dayandırılıb. Şahid onların yanında Kənana zəng vurub bildirmişdi ki, «müəllimənin pulu çatmayıb MİDA-ya, onun üçün də ona mənzil düşmür». Bundan sonra Şahid demişdir ki, «8000 manatı Kənandan al ver mənə, mən həll edirəm, Kənana bu işlərə görə stop qoyulub». Qızı İlahə də Kənana zəng vurub ondan 8000 manatı tələb etmiş və sonuncu da həmin gün gecə 8000 manat pulu tam şəkildə qızına qaytarmışdı. 2019-cu ilin oktyabr ayının ortalarında kirayə yaşadıqları ünvan 4 ünvanında olarkən qızı İlahə 8000 manat pulu Yasamal rayonunda yerləşən MİDA-ya məxsus 03 otaqlı mənzili verməsi üçün onun iştirakı ilə Şahidə vermiş, bir gün sonra Şahid onların sənədlərini yığmağa başlamış və şəxsi kabinet üçün ASAN imza açdırmış və bildirmişdir ki, «2020-ci ilin yanvarın 10-da evinən təmin olunacaqsız». Bundan sonra qızına MİDA-dan, Maliyə Nazirliyindən, İqtisadi İnkişaf Nazirliyindən və Əmlak Komitəsindən müxtəlif məzmunda mesajlar gəlməyə başlamış ki, guya ilkin ödəniş üçün 6725 manat pul vermişlər. Qızı İlahə bu barədə Şahidlə danışdıqda sonuncu demişdi ki, «sən narahat olma, bu bizim daxili işlərimizdi». 2019-ci ilin dekabr ayında qızı İlahə Afaqın da 13.000 pulunu Kənandan alıb, yaşadıqları evdə Təqsirləndirilən şəxs vermiş, sonuncuya da eyni sənədləri Şahid hazırlamağa başlamış və 2020-ci il yanvarın sonunda 16 binada mənzillə təmin olunacaqlarını vəd etmişdi. Şahid 2020-ci ilin mart ayında Afaqın alacağı mənzil üçün onların yaşadığı evdə ilkin ödəniş üçün Afaqdan daha 3000 manat pul almış və beləliklə Afaqın sosial ev almaq üçün ödədiyi 16.000 manat pulu Şahidə vermişdi. Bundan sonra Şahid müxtəlif bəhanələr gətirərək onlara mənzil verilməsinin gecikdiyini bildirib aldadıcı yalan vədlər verə-verə 2021-ci ilin yanvar ayına qədər onları yubatmış, onlar artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını başa düşdükdən sonra ondan evin göstərilməsini tələb etmiş və məlum olmuşdur ki, Şahid onları aldadır. xx.xx.2021-ci il tarixdə Şahid Qurabnov həmin ayın 25-də Afaqı və onu ya mənzillə təmin edəcəyini, ya da 26-yanvarda bütün pulları geri qayataracağına söz vermiş, bundan sonra təkidləri ilə fevral ayının axırına qədər Şahid hissə-hissə verdikləri pullardan 5400 manat pulu geri qaytarmış və bundan sonra yoxa çıxmış, həmin 5400 manat pulu Afaq götürmüş, sonra da gah Naxçıvandadır, gah Gürcüstandadır, tezliklə qayıdıb bütün pulları qaytaracaq və bu günə qədər vurduğu maddi ziyanı da ödəyəcək deyərək onlara yalan vədlər verib onlarla olan əlaqəsini kəsmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Sosial X3» İctimai Birliyinə məxsus aktdan görünür ki, Zərərçəkmiş şəxs3 «Sosial X3» İctimai Birliyinə xx.xx.2020-ci il tarixində xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 16000 (on altı min) manat vermişdir. İctimai Birliyin sədri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 aktın doğruluğunu imzalarıyla təsdiq etmişdir.(1-ci cild i.v. 39) «Sosial X3» İctimai Birliyinə məxsus 25 iyul 2020-ci il tarixli “Mənzilin Güzəştli Şərtlərlə İpoteka əsasında alqı-satqı” müqaviləsindən görünür ki, “Satıcı” «Sosial X3» İctimai Birliyi “Alıcı”ya (Zərərçəkmiş şəxs3) Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X11 bina 28-də “SAY” İB-yə ayrılmış mənzillərdən birini güzəştli şərtlərlə ipoteka əsasındas satır, “Alıcı” isə həmin mənzilləri qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini “Satıcı”ya ödəyir. (1-ci cild i.v. 41-45) «Sosial X3» İctimai Birliyinə məxsus 22 fevral 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs1 «Sosial X3» İctimai Birliyinə xx.xx.2020-ci il tarixində xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) manat vermişdir. İctimai Birliyin sədri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 aktın doğruluğunu imzalarıyla təsdiq etmişdir.(1-ci cild i.v. 56) «Sosial X3» İctimai Birliyinə məxsus 30 sentyabr 2020-ci il tarixli “Mənzilin Güzəştli Şərtlərlə İpoteka əsasında alqı-satqı” müqaviləsindən görünür ki, “Satıcı” «Sosial X3» İctimai Birliyi “Alıcı”ya (Zərərçəkmiş şəxs1) Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X11 bina 15-də “SAY” İB-yə ayrılmış mənzillərdən birini güzəştli şərtlərlə ipoteka əsasındas satır, “Alıcı” isə həmin mənzilləri qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini “Satıcı”ya ödəyir. (1-ci cild i.v. 52-56) Azərbaycan Respublikasının Mənzil X12 02 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Mənzil X12 tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 16-da 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 12500 (on iki min beş yüz manat) “SAY” İB-yi tərəfindən ödənilmişdir. İlkin ödənişin qalan hissəsi, yəni 5000 (beş min) manatı isə alıcı Zərərçəkmiş şəxs1 tərəfindən ödənilmişdir. Həmin arayışa baş mühasib vəzifəsində çalışan Məmmədov Rasim adlı şəxs tərəfindən imza çəkilmişdir. (1-ci cild i.v. 58) «Sosial X3» İctimai Birliyinə məxsus 04 iyun 2020-ci il tarixli “Mənzilin Güzəştli Şərtlərlə İpoteka əsasında alqı-satqı” müqaviləsindən görünür ki, “Satıcı” «Sosial X3» İctimai Birliyi “Alıcı”ya (Zərərçəkmiş şəxs1) Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X11 bina 28-də “SAY” İB-yə ayrılmış mənzillərdən birini güzəştli şərtlərlə ipoteka əsasındas satır, “Alıcı” isə həmin mənzilləri qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini “Satıcı”ya ödəyir. (1-ci cild i.v. 60-64) Azərbaycan Respublikasının Mənzil X12 02 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Mənzil X12 tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 15-də 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 12500 (on iki min beş yüz manat) “SAY” İB-yi tərəfindən ödənilmişdir. İlkin ödənişin qalan hissəsi, yəni 5000 (beş min) manatı isə alıcı Zərərçəkmiş şəxs1 tərəfindən ödənilmişdir. Həmin arayışa baş mühasib vəzifəsində çalışan Məmmədov Rasim adlı şəxs tərəfindən imza çəkilmişdir. (1-ci cild i.v. 69) Azərbaycan Respublikasının Mənzil X12 07 yanvar 2022-ci il tarixli, № 04-04/12/02 saylı məktubdan görünür ki, Mənzil X12 baş mühasibi” kimi qeyd olunan Rasim Məmmədov adlı şəxslə Agentlik arasında hər hansı əmək münasibəti faktı olmamışdır. (2ci cild i.v. 10) Azərbaycan Respublikasının Mənzil X12 13 oktyabr 2021-ci il tarixli, № 04-04/12/185 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası «Sosial X3» İctimai Birliyi ilə Agentlik arasında güzəştli mənzillərin verilməsi barədə hər hansı razılaşmanın mövcud olması, o cümlədən həmin ictimai birliyin sədri Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və digər vətəndaşlara güzəştli şərtlərlə mənzillərin verilməsi barədə Agentliyə müraciət ünvanlanması faktı aşkar edilməmişdir. (2-ci cild i.v. 24) «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Mənzil X12 tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 29, mənzil 9-da 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 15000 (on beş min) manat “SAY” İB-yi tərəfindən X13 adına AZ44İBAZ******************** hesab nömrəsinə ödənilmişdir. (2-ci cild i.v. 28) «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Mənzil X12 tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 29, mənzil 9-da 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 15000 (on beş min) manat “SAY” İB-yi tərəfindən X13 adına AZ44İBAZ******************** hesab nömrəsinə ödənilmişdir. (2-ci cild i.v. 29) «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Mənzil X12 tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, X33 8 ünvanında yerləşən X10 bina 29, mənzil 9-da 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 43000 (qırx üç min) manat “SAY” İB-yi tərəfindən X13 adına AZ44İBAZ******************** hesab nömrəsinə ödənilmişdir. (2-ci cild i.v. 30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 4/1839 -5/1426 nömrəli rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli 0204 nömrəli Maliyyə arayışlarında (3 ədəd) olan möhür əksləri relyef klişə vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur.
2. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Mənzil X12 02 oktyabr 2020-ci il tarixdə 0201 nömrəli arayışların, «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli 0204 nömrəli Maliyyə arayışların, xx.xx.2020-ci il tarixli 234/3 nömrəli aktının blankları axınlı printerlə çap edilmişdir. Təqdim edilmiş «Sosial X3» İctimai Birliyinin xx.xx.2020-ci il tarixli, 234/3 nömrəli aktında olan «İB-nin Sədri Təqsirləndirilən şəxs Sucaət oğlu» yazısının üzərindəki möhür əksi və imza hər hansı bir eyni növ sənəddən texniki sorğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerlə çap edilmişdir.
3. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Mənzil X12 02 oktyabr 2020-ci il tarixdə 0201 nömrəli arayışların blankların ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Mənzil X12 13 oktyabr 2021-ci il tarixli 04-04/12/85 məktubunun blankının sərbəst nümunəsi ilə eynilik təşkil etmir.
4. Tədqiqata təqdim edilmiş «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli, 0204 nömrəli maliyyə arayışında olan möhür əksləri, xx.xx.2020-ci il tarixli 234/3 nömrəli aktında olan möhür əkslərinin təsviri öz aralarında eynilik təşkil edir. (2-ci cild i.v. 20-23) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidail istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 07 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan əlavə o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1 i.v. 122-124) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 421/09 saylı xx.xx.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2007-ci ilin mart ayının ortalarından iyun ayının ortalarınadək tamah niyyəti ilə tanışı X1 etibarından sui-istifadə edərək, aldatma yolu ilə Bakı şəhəri, Hüsü Hacıyev küçəsi ev 31də yerləşən, ümumi sahəsi 262 kvadrat metr olan Səbail rayonunun 33 saylı uşaq bağçasını özəlləşdirmək adı ilə X16 məxsus olan 34.510 manat dəyərində 40.000 ABŞ dolllarını, X5 məxsus olan 12080 manat dəyərində 14.000 ABŞ dollarını, X17 məxsus 8627 manat dəyərində 10.000 ABŞ dollarını və X2 məxsus 3020 manat dəyərində 3500 ABŞ dollarını alıb özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə tanışı X1 etibarından süi-istifadə edərək, aldatma yolu ilə Yasamal rayonu Sovetski adlanan ərazidə yerləşən qarajın özəlləşdirilməsi adı ilə 2007-ci ilin təxminən iyun ayının axırında həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikası Milli pul vahidi ilə 2140 manat təşkil edən 2500 ABŞ dollarını alıb, Şahmurad Cəbrayılova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 7(005)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş əsasən cəzadan azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 34.510 manat, 12.080 manat, 8.627 manat, 3.020 manat, 2.140 manat məbləğdə pulu ələ keçirərək dələduzluq etməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci bəndində göstərilmişdir ki, “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun qəbulundan sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl üzrə ziyanın miqdarı 50.000 manatdan yuxarı olmadığından həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməkdədir. Təqsirləndirilən şəxs qeyd edilən Qanunun tətbiqi barədə ərizə verməməsi və həmin Qanunun onun barəsində tətbiq edilməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilməməli, bu səbəbdən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü üzrə təqsirli bilindiyi əməli hazırda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin tərkibini yaratdığından, məhkum olunduğu maddə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi kimi, yəni az ağır cinayət olması nəzərə alınmalıdır. Göstərilən hökm üzrə cəzanı çəkib qurtardığı gündən 2 il müddət keçdiyindən CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluq ödənilmiş hesab olunur və residivin müəyyən olunması zamanı nəzərə alınmır. Görünüdüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsini tərəfindən verilmiş №087400 saylı vəsiqədən görünür ki, Azərbaycan Respublikasını müharibə veteranıdır. (1-ci cild i.v. 150) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət küçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Yumşaq toxumaların zədələnməsi ilə sağ baldırın orta 1/3-nin odlu silahla kor güllə yaralanması. Hər iki əlin 2-ci və 3-cü A dərəcəli termiki yanığı” (Sumqayıt ŞHK-nın xx.xx.2008-ci il tarixli 3/38 nömrəli göndərişi və xx.xx.2008-ci il tarixli 3/125 nömrəli epikrizi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMAN ALİNMİŞDİR. (cild 1 i.v.208) “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v. 165-166) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cəza təyin olunarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Mənzil X12 02 oktyabr 2020-ci il tarixdə 0201 nömrəli arayışları, «Sosial X3» İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli 0204 nömrəli Maliyyə arayışları, xx.xx.2020-ci il tarixli 234/3 nömrəli aktının blankları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 və Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına, Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə barəsində 7.000 (yeddi min) manat məbləğində cərimə cəzasına və CM-in 320.1-ci maddəsi ilə 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası Mənzil X12 02 oktyabr 2020-ci il tarixdə 0201 nömrəli arayışları, “Sosial X3” İctimai Birliyinin 30 dekabr 2020-ci il tarixli 0204 nömrəli Maliyyə arayışları, xx.xx.2020-ci il tarixli 234/3 nömrəli aktının blankları cinayət işinin materillarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına, Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov