Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-203/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zərər çəkmiş şəxsə müqavimət göstərməklə zor tətbiq olunması, həmninin özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 27 iyun 2023-cü il tarixdə saat 02:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi ərzaq mağazasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan mağazanın çöl hissəsində olan boş şüşə balonları və butulkaları silah qismində istifadə edərək mağazanın şüşələrinə həmçinin mağazanın soyuducularına çırparaq ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, yaranmış səs küyə görə həmin yerə gəlmiş Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq irad bildirib etdiyi hərəkətlərin əxlaq normalarına uyğun gəlmədiyini bildirməsini bəhanə gətirməklə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə etmiş, özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü Zərərçəkmiş şəxs1, eləcə də orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs-küy salıb nalayiq ifadələr işlətməkdə davam edərək boş balonları və butulkaları silah qismində istifadə edib mağazanın şüşələrinə həmçinin mağazanın soyuducularına çırparaq ictimai qaydanı kobud surətdə pozmuş, nəticədə boş butulkaların və balonların sınması və Zərərçəkmiş şəxs1 tərəf sıçraması nəticəsində sonuncuya qəsdən sağ qaşın, üst dodağın, sağ saidin kəsilmiş yaralarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt onun qanunazidd davranışlarına son qoymaq və arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinin qarşısını almaq üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs2 hücum edərək əlindəki bıçaqdan silah qismində istifadə etməklə sonuncunu sol said nahiyyəsindən qəsdən vurub ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sol saidin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yelirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mağazanın giriş qapısının şüşəsini boş şüşə butulka ilə vurub sındıraraq sonuncunun əmlakını məhv etməklə 80 manat məbləğində maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hər şeyi etiraf edir, belə bir hadisə baş verib, orada bir dənə bıçaq olmayıb, ad günü imiş, iyunun 25-i, 26-na keçən gecə, 26-sı günü, onun orada qonşusudur kafe işlədən, orada oturub dostları ilə yeyib-içmişdir. İndiyə kimi bir-birləri ilə düşmənçilik olmayıb, dava-dalaşları olmayıb, zərərçəkmiş şəxslərlə həmişə xeyrlərinə-şərlərinə yarayan olmuşdurlar, qonşu olmuşlar həmin şəxslərlə, yəni uzun müddətdir Yasamalda qonşudurlar. İstəməzdi belə bir hadisə baş versin, peşmandır, ancaq onda bıçaq olmayıb. Hadisəyə səbəb odur ki, onu videoya çəkirdi bir qız. Qıcıq yarandı onda qız onu videoya çəkdiyinə görə. Butulkanı şəxsin üstünə yox, mağazanın üstünə atırdı. Xeyr, üstündə bıçaq olmayıb. Bəli, digər hissədə etdiklərini etiraf edir. Zərərçəkmiş şəxslər mağazaya atdığı şüşədən xəsarət alıblar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə olduğu kimi, necə lazımdı yazılıb orada dedikləri hamısı düzdür, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir, ancaq, düzdür o, ifadəsində bıçaq demişdir, həqiqətən orada Zöhrabın əlində bıçaq görməmişdir o gün. Həmin gün demişdir, amma onun əlində bıçaq görməmişdir. Onun bıçaq olmağı ilə bağlı ifadəsi yadında deyil, deyib, amma onun əlində bıçaq həqiqətən görməmişdir. Çöldən atdığı balonlar qapıya dəyib. O, soyuducuları bağlamışdır, gecə hardasa saat 02:00 olardı, bağlayıb artıq girmişdir içəri, içəridə nizamlayırmış ki, sabah orada alver olacaq. Bağlayıb içəri keçəndə görmüşdür ki, arxadan şüşə səsləri gəlir, qayıdıb görmüşdür ki, soyuducunun yanına şüşə tökülüb. O, Zöhrabı hardasa bir xeyli vaxtdır görmür, bilməyib bu Zöhrabın özüdür. Allahla danışır, o, təqsirləndirilən şəxsdən pislik görməmişdir. Görmüşdür ki, orada iki uşaq var, Elmanı tanıyıb, deyib Elman bu şüşələri bura kim tökür, Zöhrab deyib ki, yuxarıdan atırlar, o da deyib görmürlər bunlar hamısı şirkətin soyuducularıdır. Deyib danışa-danışa girib içəri, içəri girib mağazanın ortasına gəlmişdir, görüb yenə eyni formada şüşələr yandan gəlir, yandan dəyir, mağazanın ətrafına tökülür, soyuducuya dəyir, o, bir də çıxıb, demişdir ki, Elman bu şüşələri kim atır deyəndə Zöhrab bir də demişdir ki, yuxarıdan atırlar. O da demişdir ki, onun əli qurusun, görmür ki, bu onun soyuducusu deyil, deyib, içəri girəndə Zöhrab onda hirslənmiş, altındakı stolu götürüb tullanıb, orada qeyd etmişdir hamısını, bütün prosedurların hamısını demişdir, qeyd etmişdir. Gəlib, mağazanın pəncərəsini yumruqlamış, şüşəni atıb, uşaqlar da yatmışdı yuxarıda, səsə oğlu durub gəlmiş yanına, yoldaşı da gəlmiş, görüb artıq bu pəncərəni şüşəni belə edir, o, qapını vurmuşdur, vuranda çöldən atdığı butulka dəymiş şüşəyə, elə bil səhv onda olub ki, o, yoldaşını müdafiə etmək istəmiş, o da onu. Şüşə onun üstünə gəlmiş, qırılıb həm yoldaşının üstünə tökülmüş, həm də onun üstünə tökülmüşdür. Sonra onun yoldaşı istəmişdir ki, onu çıxartsın qucağına alsın, atsın çölə, belə dalaşma gedib içəridə. Yoldaşı istəyib onun üstünə gəlməsin, onu çıxartsın atsın çölə, belə olanda o da qan görəndə özünü itirmiş bir anlıq, şüşə düşmüşdü burda qoluna belə, burda qolunu dərin kəsmiş, biraz da batmışdı, burdan, elə bil ki, bu qan onu çaşdırıb, o, özünü itirmiş, elə bilib, evdə Akif də yaralanıb, o da yaralanmışdır. Onun Zöhrabı tutdurmaq qətiyyən fikri yoxdur, həqiqətən. O bir anadır, istəmir, əlini vicdanına qoyur, istəmir o uşaq tutulsun. Çoxçox xahiş edir, ola bilər ki, o orada bıçaq yazdırmışdır, ancaq bıçaq görməmişdir o. Bu gün burada məhkəməyə dediklərini təsdiq edir. Şüşə düşmüşdü qoluna, yay idi, şüşə qolunu kəsmişdi. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur, onu bağışlayır, çünki 30 ildir ki, onlarla qapı qonşudur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həyat yoldaşı mağazada oturmuşdu, o, işdən gəlib yatır, sonra durub yoldaşına kömək edir, saat 12:00 olarmış, görüb aşağıdan səs gəlir, dava-dalaşdır, aşağı düşüb, görmüşdür ki, Zöhrabdır, mağazada yoldaşı ilə mübahisə ediblər, səsə aşağı düşüb, onu çölə çıxartmışdır, o da uzaqlaşıb, orada bir kafe var, kafedə limonad butulkaları, balonlar olmuşdur, onlardan götürüb ona tərəf atıb, o da soyuducunun yanında durmuşdur, o onu saxlamışdır, ona dəyməyib, onlar qurtarandan sonra biraz da söyüş söyüb getmişdir. Biraz xəsarət almışlar, üzə şüşə qırıqlarından, onun da qoluna dəymişdi, qaralmışdı, qolu yaxşı işləmirdi. Yəni çox çəkməmişdir də, 10-12 dəqiqəlik mübahisə olub getmişdir. Başqa heç nə ilə xəsarət yetirməmişdir ona. Bıçaq olmayıb, o, fikirləşib, sonra görüb ki, olmamışdır. O, istintaqda da deməmişdir, bıçaq görməmişdir orada. Xeyr, bıçaq olmayıb, deyibsə səhv edib, gözü ilə görməmişdir. Təqsirləndirilən şəxsdən şikayətləri yoxdur, maddi ziyanlar ödənilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı o, yuxuda olmuşdur, duranda da mağazanın içi qan olmuşdur, şüşələr tökülmüşdür. Şüşələri kimin atdığını görməmişdir. Sonradan bilmişdir ki, Zöhrab imiş, qonşuları, onu tanıyır. Nəqliyyat vasitəsinə də zərər dəymişdi, şüşə dəymişdi, kimin atdığını görməmişdir, yuxuda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gecə saat 02:00-03:00 radələri idi, o, yatmışdır, səs-küyə oyanmışdır, görmüşdür ki, dava var. Telefonla videoya çəkib, hər şey videodadır, o, axırayaxın durmuşdur, onda hər şey olmuşdur. Şəxs əsəbi halda olmuşdur, onların evinin altında mağaza var, kiçik bizneslə məşğuldurlar, orada mağazaya nələrsə atıb, amma nə atdığı yadında deyil, butulka və kafedən tapdığı şeylər olmuşdur. Onları mağazaya doğru atırmış, nəticədə mağazanın qapısının şüşələri qırılmış, mağazaya ziyan dəymişdir. Anasına da biraz xəsarət dəyib, atasına elədə yox, biraz xəsarət dəyib, çox da dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman saat təxminən 02:30 radələrində qonşuluqda yaşayan Şahid1 qapısını döyüb qardaşı Zöhrab sərxoş vəziyyətdə evlərinin və mağazalarının qapılarını butulka ilə vurub sındırıb dağıtdığını bildirmişdir. O, isə Fəridə demişdir ki, qardaşı özünə cavabdehdir, barəsində tədbir görülməsi üçün polisə müraciət etsinlər. Həmin vaxt o, Fəridgilin qapısı istiqamətində getməmiş yaşadığı evə keçmişdir. Sonradan eşidib bilmişdir ki, qardaşı Zöhrab sərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri edərək qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 işlətdiyi ərzaq mağazasının şüşələrini sındıraraq Zərərçəkmiş şəxs1 və onun əri Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. O, hadisəni, yəni qardaşı Zöhrabın etdiyi hərəkətləri görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 27 iyun 2023-cü il tarixli, 745 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ qaşın, üst dodağın, sağ saidin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (şüşə qırıntıları) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 27 iyun 2023-cü il tarixli, 746 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən-sol saidin kəsilmiş yarası iti kənarlı əşyanın (ola bilsin bıçağın), sol bazunun qançırı isə küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə və iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 işlədiyi mağazanın qarşısında olan boş bankaları və butulkaları götürərək mağazanın və evin pəncərə şüşələri istqamətində atması və nalayiq ifadələrin işlədilməsi müəyyən olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, o, 27 iyun 2023cü il tarixdə saat 02:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi ərzaq mağazasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan mağazanın çöl hissəsində olan boş şüşə balonları və butulkaları silah qismində istifadə edərək mağazanın şüşələrinə həmçinin mağazanın soyuducularına çırparaq ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, yaranmış səs küyə görə həmin yerə gəlmiş Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq irad bildirib etdiyi hərəkətlərin əxlaq normalarına uyğun gəlmədiyini bildirməsini bəhanə gətirməklə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə etmiş, özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü Zərərçəkmiş şəxs1, eləcə də orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs-küy salıb nalayiq ifadələr işlətməkdə davam edərək boş balonları və butulkaları silah qismində istifadə edib mağazanın şüşələrinə həmçinin mağazanın soyuducularına çırparaq ictimai qaydanı kobud surətdə pozmuş, nəticədə boş butulkaların və balonların sınması və Zərərçəkmiş şəxs1 tərəf sıçraması nəticəsində sonuncuya qəsdən sağ qaşın, üst dodağın, sağ saidin kəsilmiş yaralarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt onun qanunazidd davranışlarına son qoymaq və arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinin qarşısını almaq üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs2 hücum edərək əlindəki bıçaqdan silah qismində istifadə etməklə sonuncunu sol said nahiyyəsindən qəsdən vurub ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sol saidin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yelirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mağazanın giriş qapısının şüşəsini boş şüşə butulka ilə vurub sındıraraq sonuncunun əmlakını məhv etməklə 80 manat məbləğində maddi ziyan vurub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə istintaqı zamanı sübutlar tədqiq edilərkən (təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslər və şahidlərin ifadələri) Təqsirləndirilən şəxs hadisəni törədərkən məhz bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Bu hal məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, həmin hissə Təqsirləndirilən şəxs ittihamından xaric edilməli, lakin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 yanvar 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli 1(004)- 1003/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, verdiyi şikayəti geri götürür. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, verdiyi şikayəti geri götürür. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur, onunla barışmışdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu gündən, yəni 21 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hadisəni özündə əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-203/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-203/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver