Məhkəmə qərarları › İş №1(004)-204/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-204/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-204/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş və epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, о, Təqsirləndirilən şəxs VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər üçün qanunsuz gəlir, sair üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 1 ünvanında fəaliyyət göstərən “1033” adlı gecə klubunda “Covid-19” pasportu olmayan müştərilər Şahid5, Şahid7, X1, Şahid6, X27, X40, X5, Şahid8 və Şahid9 sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və həmin klubun xidmətlərindən istifadə etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, «Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 26 iyul 2021-ci il tarixli, 229 nömrəli Qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 28 avqust 2021-ci il tarixli, 248 nömrəli Qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 nömrəli Qərarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 29 oktyabr 2021-ci il tarixli, 324 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən “1033” adlı gecə klubuna baxış keçirilmiş, baxış zamanı həmin klubda “Covid-19” pasportu olmayan şəxslərin olması müəyyən edilmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Tbilisi prospektində yerləşən 1033 gecə klubunu icarə müqaviləsi əsasında işlətmişdir. Klubun fəaliyyətə başladığı gündən orada karantin qaydalarına riayət olunması hallarına müəyyən mənada əməl etməmiş, orada qonaqların sayının həddinə riayət etməmiş, gecə klubuna daxil olan qonaqların covid 19 virusu əleyhinə vaksin pasportlarının yoxlanışına riayət etməmiş, ona görə də hər iki doza vaksinləri olmayan qonaqlar da kluba daxil olmuşlar. O, bununla Nazirlər Kabinetinin karantin qaydaları ilə əlaqədar qərarlarının göstərişlərinə riayət etməmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları kluba daxil olaraq ona yaxınlaşmış və klubda karantin qaydaları ilə əlaqədar baxış keçiriləcəyini bildirmişlər. O da baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı klubda olan şəxslərin bəzilərinin vaksin pasportunun olmaması, həmin şəxslərin ikinci doza vaksin olunmamaları müəyyən edilmişdir. O, polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, klub yeni açıldığından kluba gələn şəxslərin vaksin pasportları tam olaraq yoxlanılmamışdır. İfadəsinin sonunda əməlindən peşman olduğunu, himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 23 noyabr 2021-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «1033» adlı klubda keçirilən əməliyyat- axtarış tədbirində iştirak etmişdir. Baxış zamanı klubda xeyli sayda müştərilərin və işçi heyətin olduğunu görmüşdür. Klubda musiqi sədalarının səslənməsi, bar və mətbəx xidmətinin fəaliyyət göstərməsi, müştərilərin rəqsi üçün yer nəzərdə tutulması, masaların olması müəyyən edilmişdir. Baxış keçirilərkən klubda olan şəxslərin əksərinin vaksin pasportunun olmaması, həmin şəxslərin ikinci doza vaksin olunmamaları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 Tofiq oğlu, Şahid3 və Şahid4 eyni xususuatlar üzrə ifadələr verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci ildə axşam saatlarında Yasamal rayonu ərazisində olan «1033» adlı kluba getmişdir. Klubda digər müştərilər kimi əylənmişdir. Axşam saatlarında polis işçiləri kluba gəlmiş və klubda baxış keçirmişdirlər. Baxış keçirilərkən orada olan şəxslərin əksər hissəsinin covid pasportlarının olmaması aşkar edilmişdir. Onun özü həmin müddət ərzində vaksin olunmamışdır. Klub rəhbərliyi bütün müştərilərin vaksin pasportunun olubolmamasını yoxlamamışdır. Bu səbəbdən kluba vaksin pasportu olmayan şəxslər də daxil ola bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 noyabr 2021-ci ildə axşam vaxtı Bakı şəhəri Yasamal rayonunda yerləşən «1033» adlı kluba getmişdir. Klubda başqa müştərilər də olmuşdur. Müştərilər musiqi dinləmiş, əylənmiş, bəzi müştərilər isə yemək yeyib içki içmişdirlər. Klubda olan zaman axşam saatlarında polis işçiləri kluba baxış keçirməyə başlamışdır.Baxış zamanı klubda olan şəxslərin əksərinin vaksin pasportunun olmaması müəyyən edilmişdir. Klub rəhbərliyi bəzi müştərilərin vaksin pasportlarını yoxlamış, lakin adam çox olduğuna görə bəzən hamının vaksin pasportunun olub- olmamasını yoxlamamışdır. Bu səbəbdən kluba vaksin pasportu olmayan şəxslər də daxil ola bilmişdir. Onun özü birinci doza vaksin olunsa da ikinci doza vaksin olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 noyabr 2021-ci ildə axşam saatlarında Bakı şəhəri Yasamal rayonunda yerləşən «1033» adlı kluba getmişdir. O, kluba gedəndə orada başqa müştərilər də olmuşdur. Klubda olan zaman axşam saatlarında polis işçiləri kluba gəlmiş, bu zaman klubda olan müştərilərin və klubda işləyən bir çox adamların vaksin pasportunun olmaması müəyyən edilmişdir. Klub rəhbərliyi bəzi müştərilərin vaksin pasportlarını yoxlamış, lakin adam çox olduğuna görə bəzən hamının vaksin pasportunun olub-olmamasını yoxlanılmamışdır. Ona görə də vaksin pasportu olmayan şəxslər də kluba daxil olmuşdur. Onun özü birinci doza vaksin olunmuş, lakin ikinci doza vaksin olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 noyabr 2021-ci ildə axşam vaxtı Bakı şəhəri Yasamal rayonunda yerləşən «1033» adlı kluba getmiş, klubda olan zaman axşam saatlarında polis işçiləri kluba gəlmiş, bu zaman müştərilərin və klubda işləyən bir çox adamların vaksin pasportunun olmaması müəyyən olunmuşdur. Yəni klubda karantin rejimi qaydalarının pozulması aşkar olunmuşdur. O, həmin vaxtı ümumiyyətlə vaksin olunmamışdır. Klub rəhbərliyi klubda olan bütün müştərilərin vaksin pasportunun olub-olmamasını yoxlaya bilməmişdir. Buna görə də vaksin pasportu olmayan şəxslər də kluba daxil ola bilmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 noyabr 2021-ci ildə axşam saatlarında Yasamal rayonu ərazisində olan «1033» adlı kluba gedib orada əylənmiş, həmin müddət ərzində polis işçiləri kluba gəlib baxış keçirməyə başlamışdırlar.Baxış keçirilərkən klubda aşkar edilmiş şəxslərin əksər hissəsinin vaksin pasportunun olmaması müəyyən olunmuşdur. Onun özü birinci doza vaksin olunsa da, həmin vaxtı ikinci doza vaksin olunmamışdır. Klub rəhbərliyi bütün müştərilərin vaksin pasportunun olub-olmamasını yoxlamamışdırlar.Bu səbəbdən kluba vaksin pasportu olmayan şəxslər də daxil ola bilmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 970/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 1, səh. 205-207). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X12 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 36-38). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.1/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X13 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 39-41). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.2/KEŞ nömrəli rəyi ilə təsdiq edilir ki, X19 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 40-44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.3/KEŞ nömrəli rəyindən görünür ki, X14 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 45-47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.4/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X28 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 48-50) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.5/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X29 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 51-53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.6/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X20 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 54-56). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.7/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X6 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 57-59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.8/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X16 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh.60-62). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.9/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X7 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 63-65). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.10/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X17 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 67-68). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.11/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X8 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 70-71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.12/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X21 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 72-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.13/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Şahid5 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 75-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.14/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Şahid7 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 78-80). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.15/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X1 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 81-83). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.16/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X9 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 84-86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.17KEŞ nömrəli rəyi təsdiq olunur ki, X30 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 87-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.18/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X3 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səhş 90-92). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.19/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X4 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 93-95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.20/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X22 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 96-98). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.21/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Şahid6 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 99-101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.22/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X10 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 102-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.23/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X27 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 105-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.24/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X40 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 109-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.25/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X5 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 111-113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.26/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X31 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 114-116). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.27/KEŞ nömrəli rəyi təsdiq olunur ki, X45 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 117-119). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.28/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X23 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 120-122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.29/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X41 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 123-125). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.30/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Şahid8 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 126-128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.31/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, Şahid9 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 129-131). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.32/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X46 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 132-134). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 135.33/KEŞ nömrəli rəyi ilə təsdiq olunur ki, X18 «Covid 19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (cild 2, səh. 135-137). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məktubundan görünür ki, Şahid5 17 noyabr 2021 -ci il tarixdə birinci doza vaksin olunmuş, laikn ikinci doza vaksin olunmamış, Şahid7 ümumiyyətlə vaksin olunmamış, X2 ikinci doza vaksin olunmamış, Şahid6 19 may 2021-ci il tarixdə birinci doza vaksin olunmuş, lakin ikinci doza vaksin olunmamış, X27 30 oktyabr 2021-ci il tarixdə birinci doza vaksin olunmuş, lakin ikinci doza vaksin olunmamış, X40 24 noyabr 2021-ci il tarixdə birinci doza vaksin olunmuş, lakin ikinci doza vaksin olunmamış, X5 ümumiyyətlə vaksin olunmamış, Şahid8 ümumiyyətlə vaksin olunmamış, Şahid9 isə 25 avqust 2021-ci il tarixdə birinci doza vaksin olunmuş, lakin ikinci doza vaksin olunmamışdır (cild 2, səh. 32-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2021-ci il tarixli DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən “1033” adlı klubda karantin rejimlərinin pozulduğu bildirilmiş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə razılıq istənilmişdir (cild 1, səh. 5). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2021-ci il tarixli DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən “1033” adlı klubda karantin rejimlərinin pozulması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır (cild 1, səh. 6-7). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən “1033” adlı klubda “Covid 19” pasportu olmayan müştərilərin olması və beləliklə də karantin rejimlərinin pozulması müəyyən edilmişdir (cild 1, səh. 10-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli 280 nömrəli Qərarından görünür ki, 2021-ci ilin oktyabr ayının 1-dən etibarən istirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edilməsinə icazə verilmiş, həmin məkanların saat 00.00-dək fəaliyyət göstərməsinə icazə verilmiş, həmin məkanlarda göstərilən xidmətlərdən yalnız “Covid-19 pasportu” olan şəxslərin istifadə edə biləcəyi, həmçinin həmin iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin Covid-19 pasportuna malik olması tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli, 229 nömrəli Qərarından görünür ki, dövlət orqanlarının əməkdaşlarının, habelə digər müəssisələrin işçilərinin azı 80 faizinin Covid 19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya Covid 19-a qarşı immunitet sertifikatının olması tələb edilir (cild 1, səh. 109-121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 4(005)-1228/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 130-131, 152-156). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Nərimanov Rayon Məhkəməsinin 4(005)-215/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23 aprel 2022-ci il tarixədək uzadılmışdır (cild 2, səh. 8-10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X24, xx.xx.2010-cu il təvəllüdlü X32, xx.xx.2017-ci təvəllüdlü abbaslı Fəridə Mehdi qızı və xx.xx.2021-ci il təvəllüdlü X33 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünun, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin digər materialları ilə hər iki maddəyə münasibətdə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda göstərilən prinsip və müddəalarını da rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilənlər ilə yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 139-1.1-ci maddəsi ilə də müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası da təyin edilməlidir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan) Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza qismən, əlavə cəza isə tam toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən artıq ola bilməz. Həmin Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə qanunun bu və ya digər tələblərini də nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 22 noyabr 2021-ci il tarixdə məhdudlaşdırılaraq sonuncu 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1228/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırkı vaxtadək, yəni 7 (yeddi) ay 13 (on üç) gündür ki həbsdə saxlanılır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 (yeddi) ay 13 (on üç) gün müddət həbsdə olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar