Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-204/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:05 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, İsmayıllı rayonu Basqal qəsəbə ərazi dairəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq yolla talamaqla soğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 05 iyun 2024ci il tarixdə saat 05:30 radələrində ünvan 1 ünvanın qarşısında X2, yumruqla üz nahiyəsindən bir dəfə vurmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlindən 01 ədəd 849 manat 98 qəpik dəyərində üzərində 10 manat dəyərində ***- ***-**-** GSM SİM kart nömrəsi olan «Honor X9b» markalı **********46441 İMEİ kod 1, **********60459 İMEİ kod 2 ROM:256 GB,RAM:12GB mobil telefonu götürüb sahibinin iradəsinə zidd olaraq ələ keçirməklə açıq talayıb zərərçəkmiş şəxsə 859 (səkkiz yüz əlli doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə İsmayıllı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını sonu ilə azad edilmişdir. 2020-ci ildə İsmayıllı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. 3-4 ay əvvəl idarə etdiyi “Xəzər Lada” avtomobili ilə Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisəsi törətdiyi üçün avtomobili qəzalı vəziyyətdə Binəqədidə cərimə meydançasına yerləşdirilmişdir. Bununla əlaqədar avtomobilinə baxmaq və avtomaşının çıxarılması üçün xx.xx.2024-cü il tarixdə səhər tezdən İsmayıllı rayonundan yol avtomaşını ilə təxminən saat 05:00-05:20 radələpndə Bakı şəhərinə gəlmiş, yolda olarkən yolboyu avtomaşının içərisində spirtli icki qəbul etmişdir. Binəqədi istiqmətə getmək üçün Moskva prospekti ilə piyada Şamaxinka tərəfə getmişdir.Yasamal rayonu ərazisində yerləşən “Kontakt Home”nin yanında içkili vəziyyətdə olan bir nəfər cavan oğlan görmüş və həmin oğlan oradakı iki nəfər qadınla söhbət etmiş, həmin qadınla transa bənzəmişdir. Oğlanın içkili olmasından istifadə edərək onu aldatmasınlar, aparıb hardasa onunla qeyri etik hərəkətlər etməsinlər deyə oğlana yaxınlaşmış və ona “içkilisən, onlarla nə işin, apararlar başına iş gətirərlər və s.” demişdir. Bu zaman həmin iki nəfər qadın görüşündə olan şəxslərdən biri çıxıb getmiş, digəri dayanmışdır. Tanımadığı cavan oğlana “hara gedirsən?” deyə soruşmuş, Xırdalana getməyini demişdir. O, oğlana demişdir ki, burda sənin kimin var, zəng elə gəlib aparsınlar səni, yaxud da özün get evə”. Oğlan ona demişdir ki, tanışı gələcək onunla gedəcəkdir. Demişdir ki, kim gələcək,dedi qardaşı gələcək, onun maşını ilə gedəcəkdir. Ona demişdir ki, sən də dayan burda, qardaşı gələnədək. Bir az keçmişdir ki, həmin oğlan gözünə dəyməmiş, baxmışdır ki “Kontakt Home”nin qaşısında yolun kənarında dayanmış qeydiyyat nişanını xatırlamadığı «Mersedes-Bens» markalı taksiyə əyləşib və qadın görünüşündə olan bayaqkı şəxsi əli ilə maşına çağırır. O, oğlanın əyləşdiyi taksiyə sağ qapıdan yaxınlaşmış, şüşəsi açıq olmuş, həmin oğlana “başa düşmədim, sən bayaqdan məni burda gözlədirsən ki, gözlə qardaşım gələcək, indi taksiyə oturub qadına bənzər şəxsi də çağırırsan ki gəl gedək?, o məndən artıqdı? ” deyə sual etmişdir. Həmin şəxs ona “Qaqaş da alınmadı, üzrlü say”, o, “Necə yəni alınmadı, sən deyirdin qardaşım gəlsin, sən də bizimlə edərsən demişdin, məni gözlədib indi özün gedirsən?”demişdir, ona demişdir ki “demirdin qardaşım gəlir? Zəng elə qardaşına gəlirmi, səni təhvil verim ona, bu qadına oxşayan məxluqla getmə” demişdir. Görmüşdür ki, zəng etmir, demişdir ki, yığmırsa versin telefonu, qardaşının nömrəsini de o, yığsın, həmin oğlan avtomaşının içərisində oturulu vəziyyətdə telefonunu ona vermiş, o, telefonu götürmüş və baxmışdır ki, ekran kilidlidir. Taksi avtomaşını sürmüş və həmin oğlan taksidə az irəli getmiş, dayanmış, oğlan taksidən düşüb geriyə onun yanma qayıtmışdır. Taksi də avtomaşını geriyə sürərək yanında saxlamışdır. Oğlan onun üzünə baxmağa başlamış, o, oğlana “qardaşının nömrəsini ver yığm, nə baxırsan dedim”, o isə “gözlə gəlirəm” deyərək geri tərəfə getmiş, yəni onunla söhbət edərkən üzü Şamaxinka tərəfə dayanmış,oğlan isə onunla üzbbüz dayanmışdır. Oğlan onun dayandığı istiqamətin əks tərəfinə, geri tərəfinə getmişdir. 4-5 dəqiqə oğlanı gözləmiş, qayıtmamış, daha sonra ordakı taksiyə əyləşərək qarşıda “Şamaxinka” da taksidən düşmüş və ordan yol taksisi ilə İsmayıllı rayonuna getmişdir. Daha sonra Bakı şəhərinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə həmin “Honor X9B” markalı mobil telefonu Nəsimi rayonu ərazisində köhnə avtovağzalın yanında “3-ün kruqu” deyilən yerdə telefon mağazasına satmağa aparmış, telefon kilidli olduğu üçün həmin mağazada telefonu 100 manata almışlar. Orada telefonun özünə məxsus olduğunu demişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ona verilmiş ittihamda qeyd edilən cinayət əməlini törətməməsini nəzərə alıb barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Lökbatan qəsəbəsindən Yasamal rayonu,M.Həsənov küçəsində“Azərsu ASC”ilə üzbəüzdə fəaliyyət göstərən “Günəş” kafesinə tək gəlmiş və həmin kafedə oturub iki bakal pivə içmişdir. Saat 05 radələrində kafeyə 10 manat hesab ödəyərək kafedən çıxmış və piyada “20 Yanvar” dairəsi istiqamətə düşmüş, yolun əks tərəfinə keçərək Lökbatan istiqamətə gedən taksilərin olduğu yerə,“20 Yanvar” dairəsindən yolun sağ kənarındakı beş mərtəbəli binanın qarşısındakı səki ilə “Şamaxinka” istiqamətə Moskva prospekti ilə getməyə başlamışdır. Moskva prospektindəki “Kontakt Home” mağazasına çatmağa üç metr, beş mərtəbəli binanın baş tərəfində iki nəfər tanımadığı qadın görmüş və onlardan biri ilə baxışdıqda biri ona “görüşmək istəyirsən?” deyə sorğu etmiş və ona' görüşmək istəyinin olmasını bildirmişdir. Bu vaxt həmin xanımın yanındakı digəri çıxıb getmiş və o, qadınla söhbət edərək Xırdalan dairəsi yaxınlığındakı otellərdən birinə getməyi ona təklif etmişdir.O, da razılaşmış və “Kontakt Home”nin qarşında dayanmış və taksi sifariş etmək istəmişdir ki bir nəfər tanımadığı cavan oğlan ona yaxınlaşaraq hara getdiyini soruşmüuşdur.O, oğlana Xırdalan tərəfə gedəcəyini bildirmiş, həmin oğlan ona “bu qadını da götür birlikdə gedək” dedikdə oğlana “mənim tanışım gələcək indi, onun maşını ilə qadınla gedəcəm” deyərək cavab vermişdir. Oğlana bunu deməkdə məqsədi o idi ki həmin cavan oğlan onlardan uzaqlaşsın. Oğlan bir az kənara çəkilib dayanmışdır.Oğlanan çıxıb getmək niyyətinin olmadığını görüb “Kontakt Home”nin qarşısında-yolun sağ kənarında dayanmış boz metallik rəngli “Mersedes-Bens”markalı qeydiyyat nişanına diqqət etmədiyi taksi avtomobilinə yaxınlaşaraq qabaq sağ qapını açaraq avtomaşına əyləşmiş və qadına əli ilə avtomaşına gəlib oturmasını işarə etmişdir.Qadın yerindən tərpənməmiş bayaqkı cavan oğlan əyləşdiyi taksi avtomobilinə yaxınlaşmışdır.Həmin vaxt o, əlini şüşəsi tam aşağı olan avtomobilin sağ ön qapınının pəncərəsindən bayıra çıxarmış, əlində isə özünə məxsus “Honor X9b” markalı, üzərində ***-***-**-** mobil,nömrə olan mobil telefonu tutmuşdur. Avtomobilə onun əyləşdiyi qapı tərəfdən yaxınlaşan cavan oğlan ona “bayaq deyirdin tanışım gələcək, onun maşını ilə gedəcəyəm, indi nə oldu bəs taksiylə gedirsən, mənimlə məzələnirsən” deyərək əli ilə sağ üzündən yumruqla vuraraq mobil telefonunu əlindən dartıb götürərək kənara çəkilmiş, taksi avtomaşını 5-6 altı metr irəli sürmüş və saxlayaraq ona “gedirsən?, getmirsənsə düş” demişdir. O, düşürəm deyərək maşından düşmüş və piyada 5-6 metr geriyə qayıtmış, sürücü maşını yenidən əvvəlki yerə geriyə sürmüşdür. Həmin şəxs telefonu əlindən aldığı yerdə dayanmış, oğlana “telefonu ver” demiş, o isə “vermirəm, sənə telefon düşmür” deyərək ona qərəzli cavab vermişdir. Ardınca isə “Mercedes-Benz”markalı taksiyə əyləşərək maşını sürdürüb ordan “Şamaxinka” istiqamətə sürdürmüş və onların həmin istiqamətdən hara getdiklərini bilməmişdir. O, düşünmüşdür ki, həmin şəxs irəlidə Şamaxinka”da maşından düşmüş olar və piyada həmin istiqamətə getmiş, görmüşdür ki, taksi də şəxs də yoxdur və geriyə “Konrakt Home”nin qarşısına qayıtmışdır.Ordan piyada 20 Yanvar dairəsinə yaxınlaşmış və səkinin kənarındakı “Taksafon”dan 102 Xidmətinə ^əng edərək döyülməyi və mobil telefonunun əlindən alınması barədə məlumat vermişdir. Az sonra həmin yerə polis əməkaşlaı gəlmişlər. 849 manat 98 qəpik dəyərində mobil telefonu və telefonun daxilində 10 manat dəyərində olan ***-***-**-** nömrəni də ələ keçirmişdik. Ümumilikdə ona 859 manat 98 qəpik məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənildiyindən onunla barışdığını qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-ün dairəsi kruqu deyilən yerin yaxınlığında yerləşən Ultura mobile telefon satışı və alışı mağazasında satıcı işləyir.tşi mobil telefonların salışısatışı və təmirindən ibarətdir.06 iyun 2024-cü il tarixdə işlədiyi mağazada olan zaman əvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs Rövşən oğlu bildiyi şəxs mağazaya daxil olub özünə məxsus olan «Honor X9B» markalı mobil telefonu göstərib pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, telefona baxdıqda telefonun klidli olduğunu görmüş və telefonu satmaq istəyən şəxs telefonunun kilidini unutduğunu, telefonu 200 manata satmaq istədiyini bildirmişdir. Buna görə də o, telefonu həmin şəxsdən 100 manata alacağını demişdir.Razılaşma olduqdan sonra o,həmin şəxsdən şəxsiyyətini təstiq edən sənədinin istəmiş, həmin şəxs 'üzərində pastroru olduğunu bildirmişdir.O, da sənədə baxdıqda həmin şəxsin həqiqətəndə Təqsirləndirilən şəxs Rövşən oğlu olduğunu görmüşdür.Həmin şəxsin pästportunu öz mobil telefonuna çəkmişdir. Bundan sonra həmin şəxs öz xətti ilə qeydlər aparıb 100 manat pulu verib telefonu almışdır. 08 iyun 2024-cü il tarixdə polis əməkdaşları mağazaya gəldikdə ona məlum olmuşdur ki, 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən satılmış «Honor X9B» markalı mobil telefon cinayət yolu ilə əldə .oluhmuşdur.O, da mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadədə o, bildirmişdir ki, 05.06.202-cü il tərixdə saat 05 radələrində «Mersedes-Bens» markalı, 09- BP-054 qeydiyyat nişanlı avtomaşınla ünvan 1 ünvanda yerləşən «Kontakt Home» mağazasının qarşısında dayanaraq müştəri gösləmişdir. Bu zaman bir nəfər cavan oğlan adı sonradan ona məlum olan Nicat adlı şəxs avtomaşının qabaq sərnişin oturacağında əyləşərək Abşeron rayonu, Masazır dairəsi adlanan yerə getmək istədiyini bildirmiş və onun danışığından elə başa düşmüşdür ki, bir nəfərdə avtomaşına oturmalıdır. Bu zaman Nicat əyləşdiyi tərəfdə olan pəncərəyə bir nəfər adı sonradan ona məlum olan Rəşad adlı şəxs yaxınlaşaraq söyüşlə Nicata müraciət edərək hara getdiyini və daha xatırlamadığı ifadələri işlədərək yumruqla Nicatın sifətindən vuraraq əlində olan telefonu dartaraq götürməklə kənara çəkilmişdir. O, maşını 5-6 altı metr irəli sürmüş və saxlayaraq Nicata “gedirsən?, getmirsənsə düş” demişdir.Nicat düşdüyünü deyərək maşından düşmüş və piyada 5-6 metr geriyə qayıtmışdır.O, maşını yenidən əvvəlki yerə geriyə sürərərək saxlamışdır. Nicatla Rəşad isə bir qədər kənarda sözlə mübahisə etmiş, hər ikisi bir birini söymüşlər.Həmin vaxt o,avtomaşından düşməmiş və güzgüdən onlara baxmış, onlar avtomaşından bir qədər uzaqda olmuşlar. Təxminən 1-2 dəqiqədən sonra Rəşad adlı şəxs avtomaşınına yaxınlaşaraq qabaq sərnişin oturacağında əyləşmiş və ona «Şamaxinka» istiqamətinndə sürməyini bildirmişdir. O, Rəşadın dediyi kimi atomaşını sürdükdən sonra Rəşad ona Biləcəri qəsəbəsinə getməli olduqlarını bildirmişdir. O,avtomaşını deydiyi yerə, yəni Biləcəri qəsəbəsi, avtovaqzalın yaxınlığında olan dairəyə aparmışdır. Rəşad gediş haqqı ilə maraqlandıqda ona 6 manat bildirmiş, Rəşad həmin pulu ödədikdən sonra atomaşından düşmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. (İ/V. 14-19) xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ/V. 01) xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-dan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 52-53) xx.xx.2024-cü il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə əldə etdiyi üzərində ”Honor X9b: markalı mobil telefon, Təqsirləndirilən şəxs tərəfindən mobil telefonunun satılmasına dair əlyazması və pasportunun surəti götürülmüşdür. (İ/V. 26) Məhkəmə-tibbi ekspertizasının 08 iyun 2024-cü il tarixli 605 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmadı. (İ/V. 31-32) xx.xx.2024-cü il tarixli “üzləşmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (İ/V. 77-78) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilsin. (İ/V. 86). xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir”. (İ/V. 104-105) Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/9306/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd ”Honor X9b” markalı, 256 GB, qara rəngli, **********46441 İME kodlu mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və oıta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 360,00 manat müəyyən edilir. (İ/V. 140-142) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs souncu dəfə İsmayıllı rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 sentyabr 2019-cu il tarixdən 03 sentyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış,xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib- 01 il 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021 -ci il tarixdə isə cəzasının sonu ilə əazad olunmuşdur. (İ/V. 124-126) xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” tədbiri öz qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, əşyalara baxış protokolu və digər istintaq sənədləri sübut növü kimi, İş üzrə maddi sübut bir ədəd “HonorX9b” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V. 150-158) “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş şıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli teleqramın mətnindən görünür ki, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs bağışlanmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş, biri digərini tamamlayan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Belə ki, qeyd olunan faktlar Zərərçəkmiş şəxs və iş üzrə şahidlər Şahid2 və Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də öz təsdiqini tapmışdır. Bununla da, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq üçün bu məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). "Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Əsaslı şübhədən kənar” standartı adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə həmçinin digər cinayət işinin materialları ilə tamamilə təsdiq edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CMnın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, vurulmuş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcud olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növlərindən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixindən 10 iyun 2024-cü il tarixdək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut bir ədəd “HonorX9b” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, eləcə də iş üzrə keçirilmiş məhkəmə əmtəəşünüslıq ekspertizası xərci kimi 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (CPM-132). Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixindən 10 iyun 2024-cü il tarixdək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut bir ədəd “HonorX9b” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünüslıq ekspertizası xərci kimi 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-204/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-204/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver