Məhkəmə qərarları › İş №1(004)-205/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-205/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-205/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu X11, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 2005-ci ildə Goranboy rayonu Dəliməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi, döngə 4, yataqxana 5, otaq 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxxx 1996-cı ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, işsiz, Ağdam rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 mənzil 13 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nərimanov rayonu X22 küçəsi 113 saylı ünvanında yerləşən qəlyan və tütün məmulatlarınının satıldığı «Aroma» mağazasının giriş qapısını vintaçanla açaraq binaya qanunsuz daxil olub orada masanın siyirməsində olan Zərərçəkmiş şəxs1 məxsus 902 (doqquz yüz iki) manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə öz təklifi əsasında qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat 02:40 dəqiqədə Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 13 saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunun giriş qapısını vintaçanla açıb binaya qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2in mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd dəyəri 1400 manat olan “Acer” markalı, “N15W4” modelli kompüteri (notebook) və bir ədəd dəyəri 500 manat olan “Apple” markalı “İphone 7 Plus” modelli mobil telefonu, cəmi 1900 manat dəyərində əmlakını gizli talamaqla oğurluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə sonuncunun təklifi əsasında qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat 02:40 dəqiqədə Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 13 saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunun giriş qapısını vintaçanla açıb binaya qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2in mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd dəyəri 1400 manat olan “Acer” markalı, “N15W4” modelli kompüteri (notebook) və bir ədəd dəyəri 500 manat olan “Apple” markalı “İphone 7 Plus” modelli mobil telefonu, cəmi 1900 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır və təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü və Təqsirləndirilən şəxs2 əməli 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncəşəhərindəqeydiyyatdaolsa da, fəhlə işləmək üçün Bakı şəhərinə gəlib-gedir. Belə ki, valideynləri boşanmış, bu səbəbdən anası ilə birlikdə tək yaşayır. Maddi çətinlikləri olduğundan təhsilini yarımçıq dayandıraraq işləməyə başlamışdır. Təxminən xx xxx 2020-ci il tarixdə Gəncə şəhərindən, işləmək üçün Bakı şəhərinə gəlmiş, özü isə Bakı şəhərində yerləşən dəqiq tanımadığı müxtəlif ünvanlarda gündəlik kirayə verilən evlərdə qalmışdır. Təxminən 2019-cu ilin sentyabr ayının sonunda Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Tarqovı» adlanan istirahət parkında təsadüfən tanış olmuş və onların dostluq münasibətləri yaranmışdır. xx xxx 2020-ci il tarixdə Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında o, tək gəzərkən yenidən Təqsirləndirilən şəxs2lə rastlaşmış və onlar həmin vaxtdan birlikdə Bakı şəhərini gəzməyə başlamışlar. xx xxx 2020-ci il tarixdə saat 03 radələrində onlar birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində gəzərkən, X22 küçəsi ilə «Gəncilik» metrostansiyası istiqamətinə tərəf piyada gedən zaman, o, yolun kənarında olan binanın altında mağazanı görmüşdür. Həmin vaxtı onun maddi vəziyyəti yaxşı olmadığından oradan oğurluq etmək qərarına gəlmiş, bir qədər irəli getdikdən sonra Təqsirləndirilən şəxs2 onu gözləməsini bildirmiş və özü tək mağazanın qapısını vintaçanla açıb içəriyə daxil olmuşdur. Bu vaxt Murad binanın arxa tərəfində kənarda dayanmışdır, buna görə də Muradın onun haraya girməsini, nə işlə məşğul olduğunu görmək imkanı olmamışdır. Yəni Muradın qeyd olunan cinayət əməlinin törədilməsində hər hansı bir formada iştirakı olmamışdır. O, mağazaya daxil olduqda orada qəlyan məmulatlarının satılğını görmüş və cəld dolabın siyirməsini açmış, orada olan nəğd pulları, eyni zamanda bir neçə alışqanı götürərək oranı tərk etmişdir. Təhlükəsiz bir yerə çəkilib götürdüyü pulları saymış və ümumlikdə 902 manat pul olduğunu görmüşdür. Bundan sonra o, Murada yaxınlaşmış və onlar taksi ilə birlikdə yaşadıqları otelə getmişlər. Həmin tarixdə təxminən saat 14 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan dəqiq xatırlamadığı mağazaların birindən 902 manat puldan həm özünə və həm də Təqsirləndirilən şəxs2 müxtəlif geyim paltarları, o cümlədən özü üçün mobil telefon almışdır. Qalan pulları isə kafelərdə və şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan Murada hər hansı məbləğdə vəsait verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, sonuncu cinayət əməli ilə əldə etdiyi pul vəsaiti qurtardıqdan sonra o, yenidən oğurluq etmək qərarına gəlmiş, özü Murada bu işdə ona köməklik etməsini və bu yolla özlərinə şərait yaratmağı təklif etmiş, Murad da onunla razılaşmışdır. Bu məqsədlə onlar “Bravo” marketdən 2 manata vintaçan almışlar. xx xxx 2020-ci il tarixdə saat 03 radələrində o, Təqsirləndirilən şəxs2lə birlikdə küçədə piyada gəzərək ünvan 14B saylı ünvanda olan yaşayış binasının qarşısından piyada keçəndə, o, özü Murada irəlidə yerləşən aptekə daxil olub oğurluq etməyi təklif etmişdir. Murad onunla oğurluq etməyə razılıq versə də, lakin aptekdə siqnalizasiya olma ehtimalı nəzərə alınaraq həmin aptekə daxil olmaqdan imtina etmişdir. Bundan sonra o, binanın birinci mərtəsində yerləşən «Bella Donna» gözəllik salonunu görmüş və onun öz təklifi ilə həmin salona daxil olub oğurluq etmək qərarına gəlmişlər. Binanın ətrafını gəzərək, orada heç kəsin olmadığına əmin olduqdan sonra o, özü ilk növbədə salonun giriş qapısına yaxınlaşmış və üzərində olan vintaçan vasitəsilə qapını açıb içəriyə daxıl olmuşdur. Təqsirləndirilən şəxs2 isə həmin vaxt kənar şəxslər gələrsə onu xəbərdar etmək üçün gözəllik salonunun qarşısında dayanmışdır. O, salonun içində əlində fənərin işığını yandırıb gəzişərkən Təqsirləndirilən şəxs2 də içəri daxil olmuş və salonun giriş qapısından ətrafa boylanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etməyə başlamışdır. Bu vaxt o, ağ rəngli dolabın üzərində olan bir ədəd «Acer» markalı “notebook”u və salonun orta hissəsində yerləşən ağ rəngli masanın üzərində olan bir ədəd «İphone 7 Plus» markalı mobil telefonu oğurlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə gözəllik salonunu tərk etmişlər. Həmin tarixdə təxminən saat 12 radələrində yenidən onun təklifi ilə onlar oğurladıqları bir ədəd «Acer» markalı “notebook”u və «İphone 7 Plus» markalı mobil telefonu satıb əldə ediləcək pul vəsaitini öz aralarında bölüşdürmək üçün Bakı şəhəri, Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasına gəlmiş, tanıdığı Bəxtiyar adlı şəxsi axtarmış, lakin onu tapa bilmədiyindən əvvəllər üzdən tanıdığı “Azər” adlı şəxsin yanına gəlmiş və oğurlanmış hər iki əşyanı birlikdə ümumlikdə 30 manat müqabilində satmışlar. Azər adlı şəxslə danışıqları əsasən o, özü aparmış, Murad isə yalnız bir dəfə mağazaya daxil olub qısa müddətdən sonra oranı tərk etmişdir. Muradın danışıqlar aparmasına o, özü imkan verməmişdir. Əşyaların satışından əldə etdikləri 30 manat pulu Muradla birlikdə özləri üçün ərzaq məhsullarına xərcləmişlər. xx xxx 2020-ci il tarixdə saat təxminən 01 radələrində o, yenidən Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu, «Musabəyov» adlanan istirahət parkının qarşısında piyada gəzərkən, bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb dostunun yol nəqliyyat qəzasına düşdüyünü və yolun izah edilməsi üçün köməklik etmələrini xahiş etmişdir. Onlar köməklik etməyə razılaşaraq həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmişlər, yolda hərəkət edən zaman aldanıldıqlarını anlamışlar. Belə ki, həmin şəxs oğurluq etdikləri gözəllik salonunun sahibinin dostu olmaqla onları tanıdığı üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirib polis əməkdaşlarına təqdim etmişdir. 29-cu PŞ-də aparılan sorğu-sual əsasında onlar öz təqsirini etiraf etmiş, hətta o, könüllü olaraq Nərimanov rayonu ərazisindəki qəlyan mağazasında törətdiyi oğurluq cinayət əməlinin üstünü açıb təqsirini etiraf etmiş, bu səbəbdən onu həmin fakta görə də istintaqa cəlb etmişlər. Təqsirləndirilən şəxs1 verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayət əməllərinin törədilməsinə onu heç kim təhrik etməmiş, baxmayaraq ki, həmin əməllərin qanunsuz olmasını şüurlu surətdə dərk etmiş, lakin maddi vəziyyəti ağır olduğundan bu əməlləri törətmiş, məhkəməyədək icraat zamanı ona hər hansı bir formada təzyiq göstərən olmamışdır. Hazırda törətdiyi cinayət əməllərinin mənfi hüquqi nəticələrini dərk edərək səmimi peşmançılıq hissi keçirir, gələcəkdə bu cür əməllərdən çəkinmək məqsədilə daimi olaraq yaşadığı Gəncə şəhərində valideyninin razılığı ilə tərəvəz mağazasında satıcı kimi işə düzəlib qanuni yolla qazanc əldə edir. Məhkəmədən onun səmimi peşmançılığı, yetkinlik yaşına çatmaması, ağır ailə şəraiti, əvvəllər məhkum olunmaması, cinayət əməlləri nəticəsində vurulmuş zərərin qismən ödənilməsi, zərərçəkmiş şəxslərlə barışaraq sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması nəzərə alınaraq barəsində cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu X16 işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini 14 yaşında, yəni azyaşlı olduğu dövrdə törətməsi, onun ağır həyat şəraiti, təhsilindən uzaq düşməsi nəzərə alınaraq onun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri ünvan 7 mənzil 13 ünvanı olsa da işləmək məqsədilə Bakı şəhərinə mütəmadi olaraq gəlib-getmiş və müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Təxminən 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 ilə təsadüfən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Tarqovı» adlanan istirahət parkında tanış olmuş və onunla dostluq münasibətləri yaranmışdır. xx xxx 2020-ci il tarixdə o, Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmiş, xx xxx 2020-ci il tarixdə “28 may” metrostansiyasının yaxınlığında yenidən Təqsirləndirilən şəxs1la rastlaşmışdır. xx xxx 2020-ci il tarixədək onlar birlikdə vaxt keçirib Bakı şəhərini gəzmiş, gecələr isə ünvanını dəqiq bilmədiyi müxtəlif evlərdə gündəlik 2 manat pul müqabilində gecələmişlər. xx xxx 2020-ci il tarixdə saat 03 radələrində onlar ünvan 10 saylı ünvanın qarşısından piyada keçən zaman, Təqsirləndirilən şəxs1 həmin binanın birinci mərtəsində yerləşən «Bella Donna» gözəllik salonunu göstərib ona oradan oğurluq etməyi təklif etmişdir. O, da Rafiqin təklifini qəbul edərək razılaşmışdır. Bundan sonra onlar bir qədər binanın ətrafını gəzib heç kimin olmadığına əmin olduqdan sonra salonun giriş qapısına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 özü üzərində olan vintaçanla salonun giriş qapısını açıb içəri daxil olmuşdur. O, isə həmin vaxt kənar şəxslər gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədilə salonun qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs1 salonun içində əlində fənərin işığını yandırıb gəzişərkən o, da içəri daxil olmuş və salonun giriş qapısından ətrafa boylanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etməyə başlamışdır. Bu vaxt Rafiq ağ rəngli dolabın üzərində olan bir ədəd «Acer» markalı “notebook”u və salonun orta hissəsində yerləşən ağ rəngli masanın üzərində olan bir ədəd «İphone 7 Plus» markalı mobil telefonu götürmüşdür. Bundan sonra o, Rafiqlə birlikdə gözəllik salonunu tərk etmişlər. Həmin tarixdə təxminən saat 12 radələrində yenidən Rafiqin təklifi ilə onlar oğurladıqları bir ədəd «Acer» markalı “notebook”u və «İphone 7 Plus» markalı mobil telefonu satıb əldə ediləcək pul vəsaitini öz aralarında bölüşdürmək üçün Bakı şəhəri, Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı mağazasına gəlmişlər. Təqsirləndirilən şəxs1 tanışını orada tapa bilmədiklərindən sonuncu onu yaxınlıqdakı digər mağazaya aparmışdır. Təqsirləndirilən şəxs1 mağazaya əvvəlcədən daxil olmuş və adını sonradan bildiyi Azər adlı şəxslə danışıqlar aparmağa başlamışdır. O, kənarda dayanmış, belə ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən ona satıcı ilə özünün danışacağını bildirmişdir. Yalnız bir dəfə mağazaya daxil olmuş, gedən söhbətlərdən Təqsirləndirilən şəxs1 satıcıya əşyaların ona məxsus olmasını bildirdiyini eşitmişdir. Azər adlı satıcı ondan şəxsiyyət vəsiqəsi istədikdə o, verərəm deyib mağazanı dərhal tərk etmişdir. O, mağazada qısa müddət qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1la satıcı arasında nə kimi danışıqların olması barədə onun məlumatı olmamış, ancaq sonradan Təqsirləndirilən şəxs1 özünün verdiyi məlumat əsasında bilmişdir ki, o, birlikdə oğurladıqları «Acer» markalı “notebook”u və «İphone 7 Plus» markalı mobil telefonu ümumilikdə 30 manata satmışdır. Əşyaların satışından əldə etdikləri 30 manat pulu özləri üçün ərzaq məhsullarına xərcləmişlər. xx xxx 2020-ci il tarixdə saat təxminən 01 radələrində o, yenidən Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Yasamal rayonu, «Musabəyov» adlanan istirahət parkının qarşısında piyada gəzərkən, bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb dostunun yol-nəqliyyat qəzasına düşdüyünü və yolun izah edilməsi üçün köməklik etmələrini xahiş etmişdir. Onlar köməklik etməyə razılaşaraq həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmişlər, yolda hərəkət edən zaman aldanıldıqlarını anlamışlar. Belə ki, həmin şəxs oğurluq etdikləri gözəllik salonunun sahibinin dostu olmaqla onları tanıdığı üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirib polis əməkdaşlarına təqdim etmişdir. Polis bölməsində olarkən onlar könüllü olaraq Yasamal rayonu Əsəd Əhmədov küçəsi 24B saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonundan oğurluq cinayət əməlini törətmələrini səmimi olaraq etiraf etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 gözəllik salonunda onların birlikdə törətdikləri oğurluq əməlindən əvvəl, yəni xx xxx 2020-ci il tarixdə saat 03 radələrində Nərimanov rayonu X22 küçəsi ilə «Gəncilik» metrostansiyasının yaxınlığında yaşayış binasının altındakı qəlyan mağazasından da oğurluq etməsini etiraf etmişdir. Həmin tarixdə o, Təqsirləndirilən şəxs1la birlikdə olmasına baxmayaraq onun qeyd olunan əməli törətməsinin şahidi olmamış, eləcə də ona bu barədə məlumat verməmişdir. Yalnız bir dəfə Təqsirləndirilən şəxs1 ona kənarda gözləməsini xahiş edib, atasının qohumu vasitəsilə göndərdiyi pulu götürüb qayıdacağını demişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs1 hansısa obyektə girməsini və ya kimdənsə pul götürməsini görməmişdir. Təxminən 10-15 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 onun yanına qayıdaraq ona qohumundan pul aldığını demişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığındakı mağazaların birində Təqsirləndirilən şəxs1 öz vəsaiti hesabına həm özünə və həm də ona geyim əşyaları almışdır. O, zənn etmişdir ki, Təqsirləndirilən şəxs1 atasının göndərdiyi pul vəsaiti hesabına həmin əşyaları almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində hansı məbləğdə pul vəsaitinin olmasından tamamilə məlumatsız olmuşdur. Tutulduqdan sonra öyrənib bilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində olan mağazanın ümumi giriş qapısını vintaçanla açıb içəri daxil olmuş və 902 manat məbləğində pul oğurlamışdır. Bundan əvvəl onun bu hadisədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayət əməllərinin törədilməsinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 heç kim təhrik etməmiş, bunun əksinə olaraq Təqsirləndirilən şəxs1 özü ona gözəllik salonundan oğurluq etmələrini təklif etmiş, həmin hadisədən əvvəl Təqsirləndirilən şəxs1 mağazadan vintaçan almasının şahidi olanda hansı məqsəd üçün qeyd edilən alətin əldə edilməsindən şübhələnmişdir. Məhkəməyədək icraat zamanı nə ona, nə də Təqsirləndirilən şəxs1 hər hansı bir formada təzyiq göstərən olmamışdır. xx xxx 2020-ci il tarixdə gecə saatlarında kirayə yaşadığı evin yaxınlığında hava küləkli olduğundan öz ehtiyatsızlığı nəticəsində yerə yıxılaraq xəsarət almışdır. xx xxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olanda bu barədə akt tərtib edilmiş, aldığı xəsarətlə bağlı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, onun əməli nəticəsində vurulmuş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur, bundan başqa o, əvvələr peşəkar hərbiçi olduğundan hazırda ölkə ərazisində gedən müharəbə döyüşlərində bilavasitə iştirak etmək niyyətindədir. Odur ki, o, göstərilən hallar nəzərə alınmaqla barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu X22 küçəsi 113 ünvanında yerləşən qəlyan və tütün məmulatlarının satıldığı “Aroma” mağazası ona məxsusdur. Həmin mağaza saat 12 radələrindən gecə saat 00 radələrinədək fəaliyyət göstərir. xx xxx 2020-ci il tarixdə mağazada işi uzandığından xx xxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrinədək orada qalmışdır. Mağazadan çıxan zaman satış nəticəsində əldə etdiyi 902 (doqquz yüz iki) manat pulu mağazada olan masanın siyirməsində saxlamışdır. Bundan sonra mağazanın qapısını bağlayıb yaşadığı evə getmişdir. Ertəsi gün, yəni xx xxx 2020-ci il tarixdə saat 12 radələrində evdən çıxıb yenidən mağazaya gələrkən, mağazanın qapısına yaxınlaşıb onun açıq olmasını aşkar etmişdir. Ətrafı müşahidə edən zaman piştaxtanın üzərində olan malların yerində olduğunu görüb siyirmənin olduğu masaya yaxınlaşaraq, həmin siyirmənin içərisinə nəzər yetirdikdə gecə işdən çıxan zaman orada saxladığı 902 (doqquz yüz iki) manat pulun oğurlanmasını aşkar etmişdir. İlk öncə ətrafı axtarmağa başlamış, lakin pulu tapa bilməmişdir. Həmçinin mağazanın qapısında vintaçan alətinin izlərinin olduğunu görmüşdür. Mağazada oğurluq hadisəsinin baş verdiyinə əmin olduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra oraya gələn polis əməkdaşları mağazaya baxış keçirmiş və o, faktla bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 902 (doqquz yüz iki) manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş zərərin ödənilməməsinə baxmayaraq məhkəməyə ərizə ilə müraciət edərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmiş, hazırda onlarla barışdığından heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclaslarına gəlməmiş, lakin məhkəməyə təqdim etdiyi ərizəsində iclaslarda iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, xx xxx 2020-ci il tarixdən hazıradək ünvan 14B saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunu icarəyə götürmüş, həmin gözəllik salonunda olan bütün avadanlıqlar ona məxsusdur. xx xxx 2020-ci il tarixdə saat təxminən 05 radələrində həmin binada yerləşən yaşadığı mənzildə yatan zaman istifadəsində olan mobil telefona mühafizəçi işləyən «Əli» adlı şəxs zəng edərək, ona salonun giriş qapısının açıq olması barədə məlumat vermişdir. Bundan sonra o, dərhal salona getmiş, salonun qapısının açıq olmasını, orda olan ağ rəngli dolabın üzərinə qoyulmuş ona məxsus bir ədəd dəyəri 1400 manat olan «Acer» markalı kompüterin (notebook) və salonun orta hissəsində yerləşən ağ rəngli masanın üzərindəki bir ədəd dəyəri 500 manat olan «İphone 7 Plus» markalı mobil telefonunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 29-ci PŞ-nin əməkdaşları gəlmiş, onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş və faktla bağlı o, ərizə vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 1900 manat maddi ziyan dəymişdir. Göstərilənlərdən başqa salondan heç bir əşya və ya pul vəsaiti oğurlanmamışdır. O, salonda quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış keçirən zaman həmin cinayət əməlinin tanımadığı iki nəfər şəxs tərəfindən törədilməsini görmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, «Bella Donna» gözəllik salonunda baş vermiş oğurluq hadisəsi barədə qonşusu «Mübariz» adlı şəxsə də məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından yaşadığı ünvan 12 saylı ünvanda yerləşən 20 mərtəbəli yaşayış binasında mühafizəçi vəzifəsində işləyir. Onun iş rejimi vaxtı saat 19 radələrindən saat 08 radələrinədək davam edir. O, hadisə barədə bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində növbəni təhvil almış, xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 05 radələrində binanın ətrafını gəzərkən birinci mərtəbədə yerləşən «Bella Donna» gözəllik salonunun giriş qapısının açıq olmasını aşkar etmişdir. Bundan sonra o, dərhal salonun sahibi Zərərçəkmiş şəxs2ə zəng edərək məlumat vermişdir. Bir qədər sonra sahibi salona gəlmiş və onlar birlikdə içəridə quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirmişlər. Həmin vaxt məlum olmuşdur ki, xx xxx 2020ci il tarixdə saat 02:40 radələrində iki nəfər naməlum şəxslər salonun giriş qapsından içəri daxil olaraq, Zərərçəkmiş şəxs2ə məxsus bir ədəd «Acer» markalı kompüteri (notebooku) və bir ədəd «İphone 7 Plus» markalı mobil telefonu oğurlamışlar. Bundan sonra Zərərçəkmiş şəxs2 baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib müayinə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanındakı binada yaşayır. Zərərçəkmiş şəxs2 həm qonşu kimi, həm də binanın birinci mərtəbəsində yerləşən «Bella Donna» gözəllik salonunun sahibi kimi tanımışdır. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evə gələrkən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb həmin tarixdə gecə saat 02:40 radələrində gözəllik salonundan iki nəfər tanımadığı şəxslərin giriş qapısını açaraq içəri daxil olmaları və ona məxsus bir ədəd «Acer» markalı kompüterin (notebook), eyni zamanda bir ədəd «İphone 7 Plus» markalı mobil telefonun oğurlanmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona həmin gözəllik salonunun içərisində quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntüləri göstərmişdir. O, isə bu hadisə barədə məlumat əldə edəcəyi təqdirdə onu xəbərdar edəcəyini bildirmişdir. xx xxx 2020-ci il tarixdə təxminən 01:30 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Musabəyov» istirahət parkının yanında istifadəsində olan «İnfiniti» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən geyimlərinə və xarici görünüş əlamətlərinə görə videogörüntüdəki oğurluq cinayət əməlini törətmiş şəxslərə bənzər iki cavan oğlan görmüşdür. Bundan sonra o, avtomobili kənarda saxlayıb, mobil telefona yüklədiyi görüntüyə bir daha baxmış və tam əmin olduqdan sonra yaşadığı ərazinin əməliyyat müvəkkilinə zəng edib bu barədə məlumat vermişdir. Lakin sonradan polis əməkdaşları gələnədək onların qaça biləcəyindən ehtiyat etdiyindən aldaraq polis bölməsinə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin şəxslərə yaxınlaşıb dostunun qəza törətdiyini və yolu tanımadığından ona köməklik göstərmələrini xahiş etmişdir. Həmin şəxslər onun avtomobilinə əyləşmiş, sonra yolda onları salonda baş vermiş oğurluq hadisəsi ilə bağlı aparıb polisə təhvil verəcəyi barədə məlumat vermişdir. Qeyd olunan əməli törətmələrini inkar etmələrinə baxmayaraq onları Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışdır. Şöbədə olarkən həmin şəxslərin Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 salondakı oğurluq cinayətinin onlar tərəfindən törədilməsini etiraf etmişlər. Şahid2 həmçinin ifadəsində qeyd etmişdir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsləri saxlayıb polisə təhvil verərkən onlara qarşı hər hansı bir formada fiziki güc tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən yaşadığı Ağcabədi şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmişdir. Məşğuliyyəti isə mobil telefonların təmiridir. xx xxx 2020-ci il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən «Kəndimiz Ticarət» mərkəzinin girişinin sağ yan hissəsindəki «LC Telekom» mağazasında mobil telefon ustası kimi işə düzəlmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 radələrində mağazada olan zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəlmiş, onlar özləri ilə gətirdikləri bir ədəd «Acer» markalı kompüteri (notebook) və bir ədəd «İphone7 Plus» markalı mobil telefonu ona göstərərək 60 manata satmaq istədiklərini bildirmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim etməyini tələb etmişdir. O, əvvəlcə əşyaları almaq istəməmiş, sonradan onlara inanıb qərarını dəyişmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona şəxsiyyət vəsiqələrini təqdim etmədiklərindən, eləcə də mobil telefon yararsız vəziyyətdə olduğundan həmin əşyalara birlikdə 30 manat təklif etmişdir. Onlar sonra şəxsiyyət vəsiqəsi gətirəcəklərini vəd etdiyinə görə, vəsiqə verildikdən sonra əlavə pul verəcəyini demişdir. Əldə edilmiş razılaşmaya görə o, 30 manat müqabilində həmin əşyaları qəbul etmişdir. Şahid1 həmçinin ifadəsində qeyd etmişdir ki, «Acer» markalı kompüter (notebook) saz vəziyyətdə olmasına baxmayaraq «İphone7 Plus» markalı mobil telefon nasaz vəziyyətdə olduğundan onu parçalayıb ehtiyat hissələrindən digər telefonların təmiri üçün istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə o, Ağcabədidə olan zaman ona tanışı Şahid5 zəng edərək xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı əşyaların oğurluq olması, faktla bağlı Yasamal RPİ-nin İŞ-də araşdırma başlanması barədə məlumat vermişdir. Bundan sonra mağazada olan «Acer» markalı kompüter olduğu kimi qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, mobil telefona görə ona dəymiş maddi ziyan isə tam şəkildə ödənilmişdir. Şahid1 ifadəsində həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan əşyaları ona satarkən oğurluq yolu ilə əldə olunmasına dair onda şübhə yaranmamış, sonuncular da ona bu barədə məlumat verməmişlər, onlara inandığından həmin əşyaları ucuz qiymətə qəbul etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə şahidlər Şahid3, Şahid5 və Şahid6 lazımi qaydada məhkəmə bildirişlərinin verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəfindən proses iştirakçılarının mülahizələri dinlənilib şahidlərin istintaq zamanı verdikləri ifadələrin elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, xx xxx 2020-ci il tarixdən Bakı şəhəri Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının qarşısında yerləşən telefon alqı-satqı mağazasında satıcı işləyir. Şahid5 vasitəsilə Şahid6 telefonların təmir ustası, Şahid1 isə telefonların alqısatqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Həmçinin xx xxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 14 B saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunda baş vermiş oğurluq faktı, həmin salondan oğurlanmış «Acer» markalı kompüterin (notebook) və «İphone 7 Plus» markalı mobil telefonun «Kəndimiz Ticarət» mərkəzindəki «LC Telekom» mağazasına satılması barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, xx xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən «Kəndimiz Ticarət» mərkəzindəki «LC Telekom» mağazasını tanışı Şahid3 icarəyə götürmüş və həmin mağazada mobil telefonların alqısatıqısı ilə məşğul olmuşdur. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Həmçinin xx xxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 14B saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunda baş vermiş oğurluq faktı, həmin salondan oğurlanmış «Acer» markalı kompüterin (notebook) və «İphone 7 Plus» markalı mobil telefonun «LC Telekom» mağazasına satılması barədə məlumatsız olmuşdur. O, həmçinin qeyd etmişdir ki, qeyd olunan mağazada 09-xx xxx 2020-ci il tarixlərdə Şahid6, xx xxx 2020-ci il tarixədən isə əslən Ağcabədi rayonundan olan Şahid1 Novruz oğlu mobil telefonların təmiri ustası kimi işləmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 09-xx xxx 2020-ci il tarixlərdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən «Kəndimiz Ticarət» mərkəzindəki «LC Telekom» mağazasında mobil telefonların təmiri ustası kimi işləmiş, xx xxx 2020-ci il tarixdən «GM Telekom» mağazasında işə başladığından həmin vaxtdan əvvəlki işi yerini Şahid1 Novruz oğluna təhvil vermişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Həmçinin xx xxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 14B saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunda baş vermiş oğurluq faktı, həmin salondan oğurlanmış «Acer» markalı kompüterin (notebook) və «İphone 7 Plus» markalı mobil telefonun «LC Telekom» mağazasına satılması barədə məlumatsız olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərinifadələri,məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə qanunsuz olaraq daxil olduğu Bakı şəhəri Nərimanov rayonu X22 küçəsi 113 ünvanında yerləşən “Aroma” mağazasındakı masanın siyirməsindən Zərərçəkmiş şəxs1 məxsus 902 (doqquz yüz iki) manat nəğd pulu oğurladığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu X22 küçəsi 113 saylı ünvanında yerləşən «Aroma» mağazasının müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin olduğu DVD disk məhkəmə iclası zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, QasımovRafiqNamiqoğlu 21 may2020-ci il tarixdə saat 02:52-də vintaçan vasitəsilə mağazanın qapısını açaraq içəri daxil olmuş, giriş qapısının yaxınlığında olan masanın siyirməsini açıb orada olan pul vəsaitini götürmüş, daha sonra vintaçan aləti masanın üzərində unudaraq saat 03:15-də mağazanı tərk etmişdir. Görüntülərdən həmçinin müəyyən edilir ki, o, qeyd olunan cinayət əməlini törədərkən tək olmuşdur. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən onlar ünvan 10 saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunda xx xxx 2020-ci il tarxidə Zərərçəkmiş şəxs2ə məxsus bir ədəd «Acer» markalı kompüteri (notebooku) və bir ədəd «İphone 7 Plus» markalı mobil telefonu oğurladıqları yeri əyani olaraq hadisə yerində göstərmişlər. Cinayət işinin materiallarında olan ünvan 10 saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonunun müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin olduğu DVD disk məhkəmə iclası zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 02:41:52-də bir nəfər kişi cinsli şəxs salonun giriş qapısını əlindəki dəmir parçası ilə açaraq içəriyə daxil olmuş, bir neçə saniyə sonra isə digər kişi cinsli şəxs salona daxil olmuşdur. Təqsirləndirilən şəxslər salonun giriş qapısını vintaçanla açıb ilkin olaraq içəriyə daxil olan şəxsin Təqsirləndirilən şəxs1, onun arxasınca içəriyə daxil olan şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişlər. Görüntülərdən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əlində vintaçan və fənər vasitəsilə salonun daxilində axtarış aparmış, axtarışlar nəticəsində o, salonun orta hissəsində olan masanın üzərindən mobil telefonu və giriş qapının yaxınlığındakı ağ dolabın üzərində olan bir ədəd kompüteri cərəyandan ayıraraq götürmüşdür. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 giriş qapısının qarşısında əyilərək dayanmış və ətrafa göz gəzdirmişdir. Daha sonra onlar birlikdə götürülmüş kömputeri Təqsirləndirilən şəxs2 üzərində olan çantaya yerləşdirib saat 02:47:10-da salonu tərk etmişlər. İş materiallarında olan xx xxx 2020-ciiltarixliprotokollardan görünür ki, iş üzrə şahid ƏləsgərliElvinCamaloğlu ona “Azər” adlı şəxs tərəfindən verilmiş bir ədəd «Acer» markalı kompüteri (notebooku) iş üzrə əhəmiyyət kəsb etdiyindən könüllü olaraq təqdim etmiş, həmin kompüterə baxış keçirilərək onun texniki cəhətdən saz vəziyyətdə olması və ünvan 10 saylı ünvanda yerləşən «Bella Donna» gözəllik salonundan gizli yolla talanmış kompüterin əlamətləri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qeyd olunan kompüteri tanıyaraq ona məxsus olmuş və xx xxx 2020-ci il tarixdə gözəllik salonundan gizli yolla talanmış kompüter olmasını təsdiq etmişdir. İş materiallarında olan xx xxxx 2020-cu il tarixli qəbzdən və xx xxxx 2020-ci il tarixli ərizədən müəyyən edilir ki, “Acer” markalı notebook onun qanuni sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmiş və bir ədəd “İphone 7 Plus” markalı mobil telefonun dəyəri olan 500 manat pul Şahid1 tərəfindən ona tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlinitörətmələri özlərinin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir.İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən etmədiyindən onun barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində isə CM-nin 88.1-ci maddəsinə əsasən tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.1-ci maddəyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2-ci maddəyə görə təkrar törədildikdə; 177.2.3-cü maddəyə görə isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, o, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(004)-352/2020 nömrəli qərarı ilə onun barəsində həbsetmənin əvvəli xx xxx 2020-cu il tarixdən saat 02:00-dan hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, onun həbsdə saxlama müddəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 1(004)- 205/2020 nömrəli qərarı ilə hazırlıq iclası keçirilənədək uzadılmış, xx xxxxxxxx 2020-ci il tarixli qərarla isə barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı 286468 nömrəli məcburi köçkün vəsiqəsindən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxxx 2020-ci il tarixli 099 nömrəli arayışından və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə ünvan 15 mənzil 13 ünvanında məskunlaşmışdır. Təqsirləndirilən şəxs2 barəsində qeydiyyatda olduğu Komitənin Mingəçevir şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 910 nömrəli tibbi arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 atası xx.xx.1966-cı il təvəllüdlü, Mingəçevir şəhərində məcburi köçkün kimi məskunlaşmış X2 2007-ci ildən Ağdam Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin Endokrinoloji kabinetində “Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli çoxsaylı ağırlaşmalarla. Diabetik angioretnopatiya, diabetik nefropatiya, aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən müəyyən edilir ki, ona dəymiş ziyan ödənildiyindən onun təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbin olmamasını, o cümlədən onun 1993-cü ildən məcburi köçkün olmaqla hazırki cinayət əməlini ağır həyat şəraiti nəticəsində törətməsinicəzasınıyüngülləşdirənhallar kiminəzərəalır. İş materiallarında olan məhkəmənin hökmündən, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1-xx-xx-2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 05% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs2 xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi «N» saylı hərbi hissənin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən ehtiyata buraxıldığına görə (SHXÇDX Ağdam rayon şöbəsinə) göstərilən məbləğdə pul vəsaitini almaq mümkün olmamışdır. Füzuli Hərbi Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan da müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli 1-xx-xx- 2019 nömrəli hökmü hazıradək icra edilməmiş və məhkumdan heç bir məbləğdə pul vəsaiti tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 80.1.1-ci madəsinə əsasən ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində qəbul edilmiş məhkəmənin ittiham hökmünün icra müddəti keçməmiş, onun məhkumluğu ödənilməmişdir, lakin onun əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmadığından həmin cinayət əməli onun hazırki əməlinə münasibətdə cinayətin residivini yaratmır. Əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi isə cinayət tərkibinin əlaməti olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulduğundan cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, məhkəmə tərəfindəntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığı müəyyən edildi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onunşəxsiyyətini xarakterizə edən halları, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1997-ci ildən məcburi köçkün həyatı yaşamaqla ailə başçısı olan atasının uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkməsini, hazırki cinayət əməlini ağır həyat şəraiti nəticəsində törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışaraq ona qarşı şikayət və tələbinin olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasınatəsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı, ümumilikdə 05 (beş) ay 01 (bir) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərindəqəti cəza saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1-xx-xx-2019 nömrəli hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan RespublikasıCM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinəMingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhalhəbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək xx xxxx 2020-ci il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 anası, xx xxxxx 1984-cü il təvəllüdlü X4 himayəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini,cinayət nəticəsində dəymiş ziyanın bir hissəsinin ödənilməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin xx xxxxxx 1985ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğuBMT Baş Məclisi tərəfindən xx xxxxxx 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə görə həmin konvensiyaya qoşulmuş hər bir iştirakçı dövlət heç bir uşağın qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsinə imkan verməməli, uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilməli və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilməlidir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyaya əlavə olaraq “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı uşaq hüquqlarına” dair BMT Baş Məclisi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə qəbul edilmiş 10 nömrəli Şərhin 22-ci bəndinə əsasən cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara dövlət orqanları 2 növ təsir tədbirləri həyata keçirə bilər: 1) məhkəmə araşdırması başlamadan görülən tədbirlər 2) məhkəmə araşdırması ilə müşayiət olunan tədbirlər. Lakin Komitə tərəfindən üvz dövlətlərin diqqətinə xüsusilə çatdırılmışdır ki, araşdırma gedişatında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşılmalı və bu hüquqların gözlənilməsinə tam təminat verilməlidir. Şərhin 23-cü bəndinə əsasən qanunla konfliktdə olan uşaqların, o cümlədən residivist uşaqların onların yenidən reinteqrasiyasında iştirak etmək və cəmiyyətdə ictimai faydalı işlərə cəlb edilmək hüququna malikdirlər. Həbs və ya azadlığın məhdudlaşdırılması təbdirləri ən son təsir tədbiri olaraq nəzərdən keçirilməlidir. Bununla əlaqədar olaraq yetkinlik yaşına çatmayanların işləri üzrə sosial-siyasi və ədalət mühakiməsi çərçivəsində elə geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməlidir ki, bu uşaqların qanuni mənafelərinə və rifahına, o cümlədən törətdikləri cinayətin xarakterinə uyğun gəlsin. Bu tədbirlərə isə qayğı, qəyyumluq və nəzarət, konsultativ xarakterli xidmətlər, sınaq müddətinin müəyyən edilməsi, tərbiyə, təhsil proqramları və peşə hazırlığı tədbirləri, o cümlədən institusional qayğını əvəz edən digər tədbirlər aid edilir. Şərhin 25-ci bəndində Komitə qeyd etmişdir ki, Konvensiyaya üzv olan iştirakçı dövlətlər qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən qəbul edilən tədbirləri istisnasız olaraq o uşaqlara tətbiq edə bilər ki, həmin uşaqlar ilk dəfə olaraq o qədər də ciddi əhəmiyyət kəsb etməyən, məsələn mağazada oğurluq və yaxud məhdud ziyana səbəb olan mülkiyyət əleyhinə hüquq pozuntusu törətmişdir. Eyni zamanda vurğulanmışdır ki, iştirakçı üzv dövlətlərə münasibətdə əldə edilmiş statistik hesabatlar əsasında müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslərin əksəriyyəti bu kateqoriyadan olan cinayət əməllərini törətmişlər. Bu kateqoriyalı cinayət əməllərinə münasibətdə məhkəmə araşdırması həyata keçirilmədən müvafiq tədbirlərin görülməsi Konvensiyaya şərhin 40-cı bəndində öz əksini tapmışdır. Qeyd olunan, yəni məhkəmə araşdırması aparılmadan həyata keçirilən tədbirlər öz-özlüyündə yetkinlik yaşına çatmayanların cəmiyyətdə reputasiyasına müsbət təsir göstərməklə onların ictimaiyyət arasında utanc hissi keçirməsinin qarşısını alır, tədbirlər müsbət nəticə verməklə uşaqların ictimai təhlükəsizlik maraqlarına xidmət edir və eyni zamanda daha effektiv yanaşma kimi qəbul edilir. 26-cı bəndə görə Konvensiyaya üzv olan iştirakçı dövlətlər qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən müvafiq tədbirlərin tətbiq edilməsinin mümkünlüyünü öz daxili qanunvericilik sisteminin tərkib hissəsi olaraq qəbul etməli və bu istiqamətdə yetkinlik yaşına çatmayanların qanunla qorunan mənafelərini təmin etməlidir. 27-ci maddəyə görə qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən zəruri tədbirlərin görülməsi öhdəliyi dövlətlərin öz üzərinə qoyulur. Üzv dövlətlərin hesabatlarından müəyyən edilir ki, bu istiqamətdə müxtəlif proqramlar hazırlanmışdır. Bu tədbirlər planına isə sosial iş, ictimai xidmət, ailə məclisi, nəzarət və məsləhət, probasiya xidməti ilə əməkdaşlıq, ictimai proqramların həyata keçirilməsi və s aiddir. Bu da öz növbəsində uşaqların reinteqrasiyası və restitusiyası üçün xüsusi önəm kəsb edir. Komitə üvz dövlətlərə bu cür proqramların tətbiq edilməsini və görülən tədbirlər zamanı yetkinlik yaşına çatmayanların qanunla qorunan mənafelərinin tam təmin edilməsini məsləhət görmüşdür. 27-ci maddənin məzmunundan həmçinin müəyyən edilir ki, cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara münasibətdə o halda məhkəmə araşdırması aparılmadan zəruri tədbirlər görülür ki,uşağın həmin cinayət əməlini törətməsinə dəlalət edən mübahisəsiz sübutlar mövcuddur, bununla yanaşı o, törətdiyi əməlini şüurlu surətdə öz iradəsi daxilində, hər hansı bir formada təzyiq altında olmadan etiraf edir. Onun bu etirafı isə onun əleyhinə istifadə edilə bilməz. 29-cu bəndin məzmununda Komitə tərəfindən iştirakçı dövlətlərinin diqqətinə çatdırılmışdır ki, qanunla konfliktdə olan uşaqların reinteqrasiyası maraqları onu tələb edir ki, müvafiq dövlət orqanları həmin uşaqların mühakimə edilməsi, sosial təcrid və ya barəsində mənfi informasiyanın yayılması kimi tədbirlərin tətbiq edilməsindən çəkinməlidirlər. Buna görə də qanunla konfliktdə olan uşaqlarla münasibət elə olmalıdır ki, bu onun reinteqrasiyası tələblərinə cavab versin, həmçinin bütün tətbiq ediləcək qanuni tədbirlər ona istiqamətlənməlidir ki, uşaq yaşadığı cəmiyyətdə faydalı şəxsiyyət kimi və cəmiyyətin ayrılmaz bir fərdi kimi formalaşsın. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 88.1-ci maddəsinin məzmunundan isə görünür ki, ilk dəfə az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsə cəza təyin etmədən onun islah olunmasının mümkünlüyü qənaətinə gəlindikdə barəsində cəza təyin edilmədən məsuliyyətdən azad edilməsinə yol verilir. Qeyd edilməlidir ki, tərbiyəvi xarakterli məcburi təsir tədbirləri cəzanın məqsədini tam və yaxud qismən yerinə yetirsə də, cəzadan keyfiyyətcə fərqlənir. Yəni dövlət məcburiyyət tədbiri kimi tərbiyəvi xarakterli məcburi tədbirlər daha yumşaq formada yetkinlik yaşına çatmayanlar üçün əksər hallarda tərbiyəedici mühiti qoruyur və bu tədbirlər dövlət məcburiyyət tədbirinin bu növü qarşısına qoyulan məqsədə nail olunmasına istiqamətlənir. Lakin cəzadan fərqli olaraq tərbiyəvi xarakterli dövlət məcburiyyət tədbirləri cəzanın doğurduğu sosial və hüquqi nəticələri doğurmur. Bundan başqa “Yetkinlik yaşına çatmayanların cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında da məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərə dair işlərə baxılarkən cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraitinin kifayət qədər araşdırılmadığı, cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmədiyi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunduğu mənfi hal kimi qeyd edilmişdir. CM-nin 88.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 88.2.1 xəbərdarlıq; 88.2.2 valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; 88.2.3 vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 88.2.4 yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək. 88.3-cü maddəyə görə isə yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 348.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş, 18 yaşınadək olan şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Göründüyü kimi, milli qanunvericiliyimizdə beynəlxalq Konvensiyalara uyğun olaraq cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən müvafiq tərbiyəvi xarakterli təsirli tədbirlər tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsi qanunla müəyyən edilmiş şərtlər daxilində mümkün hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını, hazırki cinayət əməlini törədərkən onun 14 yaşı olmasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsində, yəni o qədər də ciddi əhəmiyyət kəsb etməyən və zorakılıqla müşayiət olunmayan mülkiyyət əleyhinə olan cinayət əməlinin törədilməsində təqsirləndirilməsini, həmin əməli ağır həyat şəraiti nəticəsində törətməsini, törətdiyi əməlini şüurlu surətdə öz iradəsi daxilində, hər hansı bir formada təzyiq altında olmadan etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, əməlində ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə onun islah olunması mümkündür və buna görə də cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, cinayət törətmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 cəza təyin edildiyi zaman effektivlik baxımından heç də onun məqsədlərini, yəni sosial ədalətin bərpasını və onun islah edilməsini təmin etməyə bilər. Lakin Təqsirləndirilən şəxs1 barəsində effektiv təsir tədbirləri həyata keçirməklə, yəni təhsilə, o cümlədən asudə vaxtlarında ictimai faydalı işlərə, dövlət proqramları çərçivəsində sosial lahiyələrə cəlb edilməklə, peşə vərdişlərinə yiyələnməsi istiqamətində kompleks tədbirlər görülməklə və s. onun islah olunması, pis vərdişlərdən uzaqlaşmasını və cəmiyyətə faydalı fərd kimi formalaşmasını təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində daha effektiv ola biləcək tərbiyəvi xarakterli məcburi tədbirlərin növünün təyin edilməsi məsələsini həll edərkən bəzi qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, o cümlədən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34-cü maddənin 4-cü hissəsinə görə isə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyanın 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Həmin Qanunun 25-ci maddəsinə görə hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. 43-cü maddəyə görə uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən xx xxxxxx 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci bəndinin məzmunundan müəyyən edilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipini tanımaqla təmin etməli və bunun üçün mümkün olan bütün səyləri göstərməlidirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Həmçinin Konvensiyanın 27.2-ci bəndinə əsasən valideynlər və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Konvensiyanın 28-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın təhsil hüququnu tanımaqla bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər. Sadalanan normaların məzmunundan göründüyü kimi uşaqların qanunla müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması məqsədilə dövlət nəzarəti həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2012-ci il tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3-cü bəndinə görə dövlət nəzarətini Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Qaydaların 3.1-ci bəndinə görə dövlət nəzarətini həyata keçirən orqanlar digər vəzifələrlə yanaşı hər bir uşağın zəruri maddi və məişət şəraitində tərbiyə olunmasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönələn dövlət siyasətini həyata keçirməli; uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görməlidirlər. Qaydaların 2.2-ci bəndinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin, vəzifəli şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin edir; yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəblər və hallar barəsində müvafiq dövlət orqanlarına və digər qurumlara məlumat verilməsini təmin edir; hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verilməsini təmin edir. Qaydaların 2.3.4-cü bəndinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir, heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır, onların tərbiyəsi və icbari ümumi orta təhsil alması üçün zəruri tədbirlər görülməsini təmin edir. Qaydaların 2.5.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunarkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirir. Qaydaların 2.7-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 1) yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üzrə, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər həyata keçirir; 2) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirir; 3) ümumi və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri təşkilatlarda yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilini yoxlayır; 4) peşə təhsili müəssisələrində, internat-məktəblərdə, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, təlim-tərbiyə və tibbi-tərbiyə müəssisələrində, qəbulbölüşdürmə məntəqələrində yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyə olunması şəraiti ilə tanış olur; 5) yetkinlik yaşına çatmayanın müraciəti olduqda, onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslılığını yoxlayır; 6) yerli komissiyaların yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə qərarlarını yoxlayır və həmin qərarları qanunsuz və ya əsassız hesab etdikdə ləğv edir; 7) yetkinlik yaşına çatmayanların hüquqlarını pozan və ya onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət edir; 8) cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraiti yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini təşkil edir; 9) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanları, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərir; 10) ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır; 11) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh tədbirlərini tətbiq edir; 12) insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görür; 13) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxır; 14) “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların mənzil hüququnun qorunması ilə bağlı zəruri tədbirləri həyata keçirir; 15) Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvinə yardım edir; 16) yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və məşğulluğu ilə əlaqədar, həmçinin onların pozulmuş hüquqlarının və mənafelərinin bərpası məqsədi ilə aidiyyəti üzrə müraciət edir. Qeyd edilməlidir ki, Respublikamızın gənclərinin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” kimi elan edilmiş, “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilmişdir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmış, notmativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahəsinə nüfuz edərək ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş və dövrün gənclərinin həyat tərzinə çevrilmişdir. Qanunun 3-cü maddəsindən də göründüyü kimi könüllü fəaliyyət bir çox istiqamətlər üzrə, həmçinin uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkafı istiqaməti üzrə də həyata keçirilir. Həmin Qanunun 4.6 və 4.7-ci maddələrinin məzmunundan da görünür ki, yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikası əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 anası X12 ilə birlikdə Gəncə şəhərində tək yaşayır. O, anasının himayəsində olmasına baxmayaraq uzun müddətdir icbari orta təhsildən uzaqlaşmış, ailəsi maddi cəhətdən əziyyət çəkdiyindən işləmək məcburiyyətində qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 özünün deməsinə görə bir qolu kiçik yaşlarında baş vermiş bədbəxt hadisə nəticəsində yanmış, lakin qeyd olunan xüsusatla bağlı onun əlillik dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə valideyni tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilməmişdir. Məhkəmə baxışı zamanı onun qolunun fəaliyyətində müəyyən problemlər yaşaması vizual müşahidə əsasında aşkar edilmişdir.Həmçinin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 yaşında olarkən X4 nəzarətindən çıxaraq daimi yaşayış yerindən uzaq məsafədə yerləşən Bakı şəhərinə tək gəlib-getmiş və bu müddət ərzində nəzarətdən kənar qalaraq tək, yetkinlik yaşına çatmayanın inkişafına mənfi təsir göstərə biləcək şəraitdə gündəlik müxtəlif evlərdə kirayələrdə yaşamış, qeyd olunan cinayət əməlini də bu dövr ərzində törətmişdir. Bundan başqa, X6 məhkəmə iclaslarının vaxtı və yeri barədə həm şifahi, həm də yazılı formada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, övladının qanuni nümayəndəsi kimi tanınmaqdan imtina etmiş və məhkəmə araşdırmasının nəticələrinə laqeyd yanaşmışdır. “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydaları”nın məzmunundan göründüyü kimi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar uşaqların hüquqlarının və qanunla qorunan mənafelərinin qorunması sahəsində daha geniş funksiyaları yerinə yetirir. Odur ki, məhkəmə öz daxili inamına əsaslanıb, Təqsirləndirilən şəxs1 yerli icra hakimiyyəti orqanının nəzarətinə verilməsi tərbiyəvi xarakterli məcburi tədbirinin tətbiq edilməsini daha effektiv təsir tədbiri olaraq məqsədəmüvafiq hesab edir. Göstərilənlərə istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində CM-nin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən yerli icra hakimiyyəti orqanının nəzarətinə verməkvə asudə vaxtı məhdudlaşdırılmaqla onun davranışları ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Yerli icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 asudə vaxtı məhdudlaşdırılaraq onun üzərinə təhsilini davam etdirmək vəzifəsi qoyulmalı, eyni zamanda yerli icra hakimiyyəti orqanının köməkliyi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə könüllü fəaliyyətə, sosial, ictimai faydalı və s layihələrdə iştiraka cəlb edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılmalı, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına həvalə edilməli və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, CM-nin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur. Yetkinlik yaşına çatmayanların cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının 19-cu bəndinə əsasən cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsın barəsində tərbiyəvi xarakterli məc-buri tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərində başqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də gös-tərilməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Acer” markalı kompüterin (notebook) qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, cinayət hadisələrinin vedeogörüntüləri qeydə alınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışızamanı dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X9 və X7, Təqsirləndirilən şəxs2 isə məhkəməyədək icraat zamanı dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X9 məhkəməyədək icraat zamanı iştirak etdiyi 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat, X7 məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmişBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X14 ilə o, məhkəmə baxışı zamanı öz vəsaiti müqavilə bağlamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 müdafiəçisi X8 hesabatında iştirak ediyi saatın 38 saat göstərilməsinə baxmayaraq vəkil X5 öz hesabatında iştirak ediyi saatın 95 saat göstərməsi real görünmür və bu hesabatda kifayət qədər əsaslandırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı 40 saat iştiraka görə X10 əmək haqqı ödənilməsi məqsədəmüvafiqdir və ona ödənilməsi üçün 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1-xx-xx- 2019 nömrəli hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəliTəqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində həmin Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən yerli icra hakimiyyəti orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanının üzərinə Təqsirləndirilən şəxs1 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; Təqsirləndirilən şəxs1 icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə təhsilini davam etdirmək, eyni zamanda yerli icra hakimiyyəti orqanının köməkliyi ilə onun təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı istiqaməti üzrə könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s kimi layihələrdə iştirak etmək vəzifəsi qoyulsun. Tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlər o, yetkinlik yaşına çatanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Acer” markalı kompüterin (notebook) qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın və cinayət hadisələrinin vedeogörüntüləri qeydə alınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatınındəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X9 məhkəməyədək icraat zamanı iştirak etdiyi 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat, X7 məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar