Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-205/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti, ev 92, mənzil 16-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, sahə 88, məhəllə 4, qapı 131B ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.01.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, X21 4 ünvanında yerləşən maşın bazarındakı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Mazda” adlı avtosalonun avtomobillər üçün nəzərdə tutulmuş qapısının tam bağlanmamasından istifadə edərək binaya qanunsuz daxil olub, oradan hər birinin qiyməti 243 manat 50 qəpik olan 10 ədəd “Skoda Rapid” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 592 manat 50 qəpik olan 04 ədəd “Skoda Karoq” markalı avtomobillərə məxsus pultaçarları, hər birinin qiyməti 623 manat olan 04 ədəd “Skoda Kodiaq” markalı avtomobillərə məxsus pult-açarları, hər birinin qiyməti 623 manat 50 qəpik olan 04 ədəd “Skoda Kodiaq” markalı avtomobillərə məxsus pult-açarları, hər birinin qiyməti 623 manat 50 qəpik olan 04 ədəd “Skoda Superb” markalı avtomobillərə məxsus pult-açarları, hər birinin qiyməti 622 manat 50 qəpik olan 02 ədəd “Skoda Superb” markalı avtomobillərə məxsus pult-açarları, qiyməti 100 manat olan 01 ədəd “Skoda” markalı avtomobilə məxsus pult-açarı, hər birinin qiyməti 323 manat olan 03 ədəd “Changan Eado DT” markalı avtomobillərə məxsus pultaçarları, hər birinin qiyməti 323 manat olan 02 ədəd “X22” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 323 manat olan 02 ədəd “Changan CS 15” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 323 manat olan 04 ədəd “Changan CS 85” markalı avtomobillərə məxsus pult-açarları, hər birinin qiyməti 564 manat 04 qəpik olan 02 ədəd “Toyota Land-Crusier” markalı avtomobilə məxsus pult-açarları, qiyməti 542 manat 80 qəpik olan 01 ədəd “Toyota Prado" markalı avtomobilə məxsus pult-açarı, qiyməti 397 manat 66 qəpik olan 01 ədəd “Toyota Rav4” markalı avtomobilə məxsus pultaçarı, qiyməti 463 manat 74 qəpik olan 01 ədəd “Toyota Camry hyb” markalı avtomobilə məxsus pult-açarı, qiyməti 562 manat 94 qəpik olan 01 ədəd “X18” markalı avtomobilə məxsus pult-açarı, qiyməti 569 manat 94 qəpik olan 01 ədəd “Toyota Lexus RX 450” markalı avtomobilə məxsus pult-açarı, hər birinin qiyməti 238 manat 28 qəpik olan 02 ədəd “X12” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 238 manat 28 qəpik olan 05 ədəd “Mitsubishi L200” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 195 manat olan 02 ədəd “Mitsubishi Pajero” markalı avtomobilə məxsus pultaçarları, qiyməti 372 manat 04 qəpik olan 01 ədəd “X13” markalı avtomobilə məxsus pultaçarı, qiyməti 216 manat 49 qəpik olan 01 ədəd “Mitsubishi Outlander” markalı avtomobilə məxsus pult-açarı, hər birinin qiyməti 370 manat olan 03 ədəd “Dodge Durango” markalı avtomobillərə məxsus pult- açarları, hər birinin qiyməti 370 manat olan 02 ədəd “Dodge Charger” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 270 manat olan 02 ədəd “Alfa Romeo 4C” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 290 manat olan 02 ədəd “X17” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 460 manat olan 02 ədəd “X25” markalı avtomobilə məxsus pult-açarları, qiyməti 320 manat olan 01 ədəd “Fiat Doblo” markalı avtomobilə məxsus pult-açarı, hər birinin qiyməti 200 manat olan 02 ədəd “Haval H2” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 300 manat olan 02 ədəd “Haval H6” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 100 manat olan 02 ədəd “Great Wall C30” markalı avtomobilə məxsus pultaçarları, hər birinin qiyməti 150 manat olan 02 ədəd "X23 7” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 404 manat olan 02 ədəd “Mazda CX9” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 412 manat olan 02 ədəd “Mazda CX30” markalı avtomobilə məxsus pult- açarları, hər birinin qiyməti 306 manat olan 02 ədəd “Mazda 6” markalı avtomobilə məxsus pult-açarları, qiyməti 328 manat olan 01 ədəd “Subaru XV” markalı avtomobilə məxsus pult-açarları, hər birinin qiyməti 385 manat olan 02 ədəd “Volkswagen Amarok” markalı avtomobilə məxsus pult-açarları, qiyməti 410 manat olan 01 ədəd “Volkswagen Passat” markalı avtomobilə məxsus pult-açarı, qiyməti 792 manat 45 qəpik olan 01 ədəd “Mercedes-Benz B200” markalı avtomobilə məxsus pult-açarı, qiyməti 170 manat 50 qəpik olan 01 ədəd “Chevrolet Cruze” markalı avtomobilə məxsus pultaçarı, qiyməti 143 manat olan 01 ədəd “Chevrolet Aveo” markalı avtomobilə məxsus pultaçarı, qiyməti 295 manat olan 01 ədəd “Nissan Murano” markalı avtomobilə məxsus pultaçarı, qiyməti 284 manat olan 01 ədəd “Kia Optima” markalı avtomobilə məxsus pult-açarı, qiyməti 300 manat 90 qəpik olan 01 ədəd “Hyundai Grandeur” markalı avtomobilə məxsus pult-açarı və 01 ədəd “HP” markalı, “Pavilion g6” model, ”Core i5” xüsusiyyətli 300 manat dəyərində notebooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 35.242 manat 50 qəpik, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Pərvanə Nəcəfova ilə ailə qurmuş və bu evlilikdən onun iki övladı vardır. 2008ci ildən “İSR” mühafizə şirkətində işə başlayaraq Bakı şəhəri, Yasamal rayonu, X21 4 ünvanında yerləşən maşın bazarında mühafizəçi işləmişdir. 2017-ci ildə arvadı ilə aralarında yaranmış münaqişələr nəticəsində onlar rəsmi qaydada boşanmışlar. Bundan sonra o, iki övladına görə ayda ümumilikdə 200 manat aliment ödəməyə başlamışdır. O, boşandıqdan sonra anası Fəridə Rəhimova ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, sahə 88, məhəllə 4, qapı 131B ünvanında yaşamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində keçmiş arvadı Pərvanə Nəcəfova ondan aliment ödənişlərini gecikdirdiyi üçün məhkəməyə şikayət etdiyindən icraçılar onu çağırıb növbəti dəfə aliment ödənişini gecikdirəcəyi təqdirdə onu həbs edəcəkləri ilə bağlı xəbərdar etmişlər. O, icraçıların xəbərdarlığı barədə yaşadığı evə gəldikdən sonra anası Fəridəyə də məlumat vermişdir. Bundan sonra onlarda həmin alimentin məbləğinin tapıb ödənilməsi ilə bağlı təşviş yaranmışdır. Onun anası ona kömək etmək üçün bir neçə banka gedərək kredit götürmək istəsə də, yaşının çox olması səbəbindən anasına kredit verilməmişdir. O da bu səbəbdən işdə olanda bütün gün haradansa pul tapmaq barədə düşünmüşdür. Bu məqsədlə o, mühafizəçi işlədiyi bazarın ərazisində gəzişən zaman orada yerləşən “Mazda” avtosalonunun avtomobillərin girməsi üçün nəzərdə tutulmuş qapısının tam bağlanmadığını və bir qədər açıq olduğunu görmüşdür. O, növbədən çıxıb evə gəldikdən sonra heç bir bankın kredit verməyərək anasını kredit almaq üçün təqaüd aldığı “Beynəlxalq Banka” yönəltdiklərini öyrənmişdir. Bundan sonra o, növbəti dəfə işə gedəndə qapısı açıq olan “Mazda” avtosalonuna daxil olub oradan qiymətli nəsə oğurlayıb sataraq aliment borcunu ödəyəcəyini düşünmüşdür. Bu səbəblə o, işlədiyi mühafizə şirkətinə zəng edərək səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini bildirmişdir. 26.01.2021-ci il tarixdə saat 20 radələrində o, mühafizəçi işlədiyi maşın bazarına gələrək, bazarın arxa hissəsindəki hasardan aşıb bazarın ərazisinə daxil olmuşdur. O, ətrafda ola biləcək şəxslərin və mühafizəçilərin onu görməməsi üçün gizlənə-gizlənə “Mazda” salonunun yanına gəlmişdir. Orada ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra “Mazda” avtosalonunun avtomobillərin girməsi üçün nəzərdə tutulmuş qapısının natamam bağlanmasından istifadə edərək avtosalonun içərisinə daxil olmuşdur. O, həmin salonun içərisində qiymətli əşya axtaran zaman salonun giriş hissəsində olan qəhvəyi rəngli taxta dolabın alt-alta yerləşən 03 ədəd siyirməsində müxtəlif markalı avtomobillərə məxsus açarların olduğunu görmüşdür. Həmin vaxt o, üzərində gətirdiyi sellofan torbanı çıxardaraq həmin siyirmələrdə olan avtomobil açarlarının xeyli hissəsini əlində olan torbanın içərisinə yığmış, bir neçə açar isə siyirmələrdə qalmışdır. Bundan sonra o, salonun içərisində olan qəhvəyi rəngli plastiklə əhatələnmiş müdirin otağına daxil olan zaman orada masanın üzərində 01 ədəd “HP” markalı notbukun olduğunu görüb həmin kompüteri də özü ilə götürmüş və heç kim onu görmədən oradan çıxmışdır. O, bazarın ərazisindən heç kimə görünmədən çıxdıqdan sonra piyada yola gəlib çataraq oradan təsadüfən keçən, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək yaşadığı evə gəlmişdir. O, evinə gəldikdən sonra oğurladığı açarları sayan zaman 95 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarları götürdüyünü görmüşdür. O, açarları və notbuku öz yataq otağında gizlədərək bu barədə heç kimə məlumat verməmişdir. Həmin ərəfələrdə anası Fəridənin kreditlə bağlı təqaüd aldığı “Beynəlxalq Bank”a müraciəti müsbət qarşılandığı üçün o, açarları satmayıb sonra sahibinə qaytaracağını düşünmüşdür. Bu məqsədlə o, bir neçə gün gözləsə də, alimenti ödəyə bilməyəcəyini görüb həbs olunmamaq üçün oğurladığı açarlardan bir neçəsini satmaq qərarına gəlmişdir. Buna görə də o, 10.02.2021-ci il tarixdə həmin açarlardan təxminən 07 ədədini qonşusu Mikayıla verib alıcı tapıb satmasını bildirmişdir. Mikayıl ondan həmin açarları haradan əldə etdiyini soruşduqda o, cavabında həmin açarları artıq istifadəyə yaramadığından mühafizəçi işlədiyi maşın bazarında söküb ehtiyat hissələrini sataraq pul qazanmağı üçün ona verdiklərini deyib, Mikayılı aldatmışdır. Mikayıl da onun maşın bazarında işlədiyini bildiyi üçün ona inanmış və həmin 07 ədəd maşın açarını ondan alıb aparmışdır. Həmin günün səhərisi, yəni 11.02.2021-ci il tarixdə anası Fəridəyə bankdan kredit verdikləri üçün o, həmin pulla aliment borcunu ödəmiş və oğurladığı avtomobil açarlarını və 01 ədəd notbuku satmamağa qərar vermişdir. Həmin gün axşamüstü Mikayıl da həmin açarları 120 manata satdığını deyərək ona 120 manat pul vermişdir. O da həmin puldan 100 manat götürüb 20 manatı zəhmət haqqı kimi qaytarıb Mikayıla vermiş, amma Mikayılın həmin açarları harada, kimə satmasını bilməmişdir. Bundan bir neçə gün sonra, yəni 14.02.2021ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları onu yaşadığı evin qarşısında saxlayıb “Mazda” avtosalonundan müxtəlif markalı avtomobillərə məxsus 95 ədəd açarları və 01 ədəd “HP” markalı notbuku oğurlamaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə aparmışlar. O da polislərlə birlikdə polis bölməsinə gedərək törətmiş olduğu oğurluq hadisəsini səmimi şəkildə etiraf etmişdir. O, bölmədə öyrənmişdir ki, polis əməkdaşları onu Mikayıla verdiyi açarların izi ilə tapmışlar. Hazırda o, törətdiyi əmələ görə çox peşmandır. O, uzun müddətdir maşın bazarında mühafizəçi işləsə də, “Mazda” avtosalonunun sahibi Ceyhun adlı şəxslə heç bir şəxsi və ya iş münasibəti, həmçinin ədavət və ya düşmənçiliyi olmamışdır. O, həmin oğurluq hadisəsini tək törətmiş, əməli törədərkən onun yanında heç kim olmamış və hadisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanında yerləşən maşın bazarının içərisindəki “Mazda” avtosalonunu işlədir. Həmin avtosalonda onun tərəfindən zavod və bazardan alınmış müxtəlif markalı avtomobillərin satışı həyata keçirilir. O, hər gün işlədiyi “Mazda” avtosalonunu saat 09:30-da açıb fəaliyyətə başlayır və 18:00-da bağlayır. Onun özündən başqa salonda bir neçə nəfər işçisi də vardır. 26.01.2021-ci il tarixdə saat 19 radələrində onlar avtosalonu bağlayaraq bazarı tərk etmişlər. Həmin gün saat 23 radələrində işçisi Şahid3 ona zəng edərək avtosalonun qəbul hissəsində olan dolabın rəflərindən müxtəlif markalı avtomobillərə məxsus 95 ədəd açarın və onun otağında olan 01 ədəd “HP” markalı noutbukun oğurlanması barədə məlumat vermişdir. Bu zaman o, Qismətdən avtosalona kimlərin, hansı hissədən daxil olduğunu soruşmuş, Qismət ona telefonda salona avtomobillərin girməsi üçün nəzərdə tutulmuş yan tərəfdə yerləşən qapının kilid sisteminin yaxşı işləməməsindən istifadə edilərək daxil olunduğunu bildirmişdir. Bundan sonra o, dərhal hadisə yerinə gələn zaman orada maşın bazarının adını xatırlamadığı mühafizəçilərindən birinin avtosalonun avtomobillər üçün nəzərdə tutulmuş qapısının açıq olduğunu görüb bu barədə Qismətə məlumat verdiyini öyrənmişdir. Şahid3 də öz növbəsində hadisə yerinə gəldikdən sonra telefon vasitəsilə ona məlumat vermişdir. O, hadisə yerinə gəlib avtosalona baxış keçirən zaman, salondan 02 ədəd 487 manat dəyərində “XW8AC2NH2MK102050” vin kodlu “Skoda Rapid” markalı avtomobilə məxsus açarın, 02 ədəd 487 manat dəyərində “XW8AC4NH4LK130393” vin kodlu “Skoda Rapid” markalı avtomobilə məxsus açarın, 02 ədəd 487 manat dəyərində “XW8AC2NH4MK101904” vin kodlu “Skoda Rapid” markalı avtomobilə məxsus açarın, 02 ədəd 487 manat dəyərində “XW8AC4NH1MK103234” vin kodlu “Skoda Rapid” markalı avtomobilə məxsus açarın, 02 ədəd 487 manat dəyərində “XW8AG2NH3L1C136646” vin kodlu “Skoda Rapid” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1185 manat dəyərində “TMBJC6NU4L5029843” vin kodlu “Skoda Karoq” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1185 manat dəyərində “TMBJC6NUXL2043618” vin kodlu “Skoda Karoq” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1246 manat dəyərində “TMBLD4NS1M8500081” vin kodlu “Skoda Kodiak” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1246 manat dəyərində "TMBLD6NSXL8042776” vin kodlu “Skoda Kodiak” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1247 manat dəyərində “TMBLD6NS7L8056070” vin kodlu “Skoda Kodiak” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1274 manat dəyərində “TMBJC6NS6L8055714” vin kodlu “Skoda Kodiak” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1247 manat dəyərində “TMBAM6NP8L7047726” vin kodlu "Skoda Superb” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1247 manat dəyərində “TMBAM6NP4L7060599” vin kodlu “Skoda Superb” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1245 manat dəyərində “TMBAM8NP2M7014718” vin kodlu “Skoda Superb” markalı avtomobilə məxsus açarın, 01 ədəd 100 manat dəyərində “Skoda” markalı avtomobilə məxsus açarın, 02 ədəd 800 manat dəyərində “JTMHU01J804211020” vin kodlu “X19” markalı avtomobilə məxsus açarın, 01 ədəd 400 manat dəyərində “JTEBX3FJ80K332659” vin kodlu “Toyota Prado” markalı avtomobilə məxsus açarın, 01 ədəd 400 manat dəyərində “JTMY43FV30D064389” vin kodlu “Toyota Rav4” markalı avtomobilə məxsus açarın, 01 ədəd 400 manat dəyərində “JTNB23HK103066853” vin kodlu “Toyota Camry hyb” markalı avtomobilə məxsus açarın, 02 ədəd 680 manat dəyərində “JMYXTGK2WLZ001475” vin kodlu “X11” markalı avtomobilə məxsus açarın, 01 ədəd 120 manat dəyərində “MMBNG454XLH014993” vin kodlu “Mitsubishi L-200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 120 manat dəyərində “MMBNG4541LH012890” vin kodlu “Mitsubishi L-200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 120 manat dəyərində “MMBNG4546LH014828” vin kodlu “Mitsubishi L-200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 120 manat dəyərində “MMBNG4547LH014854” vin kodlu “Mitsubishi L-200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 120 manat dəyərində “MMBNG4542LH014888” vin kodlu “Mitsubishi L-200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 350 manat dəyərində “1C4RDJDG6HC827178” vin kodlu “Doodge Durango” markalı avtomobilə məxsus açarın, 02 ədəd 700 manat dəyərində “1C4RDJDG5HC690749” vin kodlu “Doodge Durango” markalı avtomobilə məxsus açarın, 02 ədəd 680 manat dəyərində “2C3CDXHG7GH358623” vin kodlu “Doodge Charger” markalı avtomobilə məxsus açarın, 01 ədəd 323 manat dəyərində “LS5A2AGE2LD001702” vin kodlu “Changan Eado DT” markalı avtomobilə məxsus açarın, 02 ədəd 646 manat dəyərində “LS5A2AGE9LD000353” vin kodlu “Changan Eado DT” markalı avtomobilə məxsus açarın, 02 ədəd 646 manat dəyərində “LS5A2DKR1LA042772” vin kodlu “X22” markalı avtomobilə məxsus açarın, 02 ədəd 646 manat dəyərində “LS5A3ASE7LD001683” vin kodlu “Changan CS 15” markalı avtomobilə məxsus açarın, 02 ədəd 646 manat dəyərində “LS4ASE2A7MPZ94243” vin kodlu “Changan CS 85” markalı avtomobilə məxsus açarın, 02 ədəd 646 manat dəyərində “LS4ASE2AXMPZ94138” vin kodlu “Changan CS 85” markalı avtomobilə məxsus açarın, 02 ədəd 600 manat dəyərində “LGWEE2K50LE624987” vin kodlu “Great Wall C30” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1400 manat dəyərində “LGWDBE199LB627530” vin kodlu “X23 7” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1000 manat dəyərində “LGWEE4A48LH914302” vin kodlu “Haval H2” markalı avtomobilə məxsus açarın, 02 ədəd 1000 manat dəyərində “LGWEF6A58LH914043” vin kodlu “Haval H6” markalı avtomobilə məxsus açarın, 02 ədəd 410 manat dəyərində “ZAR9610000M228577” vin kodlu “Alfa Romeo 4C” markalı avtomobilə məxsus açarın, 02 ədəd 410 manat dəyərində “ZAR**********5955” vin kodlu “X17” markalı avtomobilə məxsus açarın, 02 ədəd 410 manat dəyərində “ZAR9550000X066047” vin kodlu “X25” markalı avtomobilə məxsus açarın, 01 ədəd 205 manat dəyərində “ZFA26300006R01120” vin kodlu “Fiat Doblo” markalı avtomobilə məxsus açarın, 02 ədəd 780 manat dəyərində “JMZTBEWYA00701217” vin kodlu “Mazda CX9” markalı avtomobilə məxsus açarın, 02 ədəd 390 manat dəyərində “JMZDM5W7A00157718” vin kodlu “Mazda CX30” markalı avtomobilə məxsus açarın, 02 ədəd 366 manat dəyərində “JMZGJ**********70” vin kodlu “Mazda 6” markalı avtomobilə məxsus açarın, 01 ədəd 800 manat dəyərində “JTNMHU01J504200993” vin kodlu “X19” markalı avtomobilə məxsus açarın, 01 ədəd 160 manat dəyərində “JTJJM7FX7F5092805” vin kodlu “Lexus RX 450” markalı avtomobilə məxsus açarın, 01 ədəd 200 manat dəyərində “X14” markalı avtomobilə məxsus açarın, 2 ədəd 300 manat dəyərində “Mitsubishi Pagero” markalı avtomobilə məxsus açarın, 1 ədəd 150 manat dəyərində “Mitsubishi Pagero” markalı avtomobilə məxsus açarın, 01 ədəd 180 manat dəyərində “JMYXTGF3WGZ003681” vin kodlu “Mitsubishi Outlander” markalı avtomobilə məxsus açarın, 01 ədəd 180 manat dəyərində “JF1GT7LLKG083621” vin kodlu “Subaru XV” markalı avtomobilə məxsus açarın, 01 ədəd 150 manat dəyərində “JN8A21MW8CW239347” vin kodlu “Nissan Murano” markalı avtomobilə məxsus açarın, 01 ədəd 80 manat dəyərində “1G1BE5SM7K7112143” vin kodlu “Chevrolet Cruse” markalı avtomobilə məxsus açarın, 01 ədəd 80 manat dəyərində “Chevrolet Aveo” markalı avtomobilə məxsus açarın, 01 ədəd 180 manat dəyərində “WDD2462011N046950” vin kodlu “Mercedes B200” markalı avtomobilə məxsus açarın, 01 ədəd 100 manat dəyərində “KNAGM4A78F5589619” vin kodlu “Kia Optima” markalı avtomobilə məxsus açarın, 02 ədəd 340 manat dəyərində “WV1EBD2HXCA023526” vin kodlu “Volkswagen Amarok” markalı avtomobilə məxsus açarın, 01 ədəd 300 manat dəyərində “KMHF341HBLA285913” vin kodlu “Hyundai Grandeur” markalı avtomobilə məxsus açarın, 01 ədəd 100 manat dəyərində “WVWZZZ3CZAP05943” vin kodlu “Volkswagen Passat” markalı avtomobilə məxsus açarın və 01 ədəd 500 manat dəyərində “HP” markalı notbukun oğurlandığını müəyyən etmişdir. Bundan başqa salondan heç bir dəyərli əşya oğurlanmamışdır. Həmin vaxt o, Yasamal RPİ-nin 28-ci polis bölməsinə hadisə barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, bazarda işləyən şəxslərə haradasa salondan oğurlanmış ona məxsus avtomobillərin açarlarının satılmasını görüb-eşitdikləri təqdirdə bu barədə ona məlumat vermələrini bildirmişdir. Bir müddət sonra maşın bazarında açar ustası işləyən Amid ona zəng edərək Nərimanov rayonu ərazisində yerləşən “Şəki" restoranının arxasındakı açarların təmiri və satışı mağazasına bir nəfərin ona məxsus salondan oğurlanmış avtomobil açarlarından bir neçəsini satmaq üçün gətirib təqdim etdiyini bildirmişdir. O da bu barədə dərhal 28-ci polis bölməsinə məlumat vermişdir. Bundan sonra 28-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona məxsus avtosalondan 95 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarları və 01 ədəd “HP” markalı notbuku bazarda mühafizəçi işləyən Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. O, Təqsirləndirilən şəxs işlədiyi maşın bazarının mühafizəçisi kimi tanımış, sonuncu ilə aralarında əvvəllər hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Ona məxsus avtomobil salonundan qeyd olunan müxtəlif markalı 95 ədəd avtomobil açarlarının oğurlanmasına görə 32.594 (otuz iki min beş yüz doxsan dörd) manat və 01 ədəd “HP” markalı notbukun oğurlanmasına görə isə 500 manat olmaqla ümumilikdə ona 33.094 (otuz üç min doxsan dörd) manat maddi ziyan dəymişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus avtosalondan oğurladığı açarları və notbuku istintaq zamanı geri qaytardığı üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanında yerləşən maşın bazarının içərisindəki “Mazda” avtosalonunda fəhlə işləyir. Həmin avtosalon Zərərçəkmiş şəxs məxsusdur. Avtosalonda müxtəlif markalı zavod və bazardan alınmış avtomobillər vardır. Onlar hər gün həmin “Mazda” avtosalonunu saat 09:30-da açıb fəaliyyətə başlayırlar və 18:00-da bağlayırlar. 26.01.2021-ci il tarixdə saat 19 radələrində o, avtosalonu bağlayaraq bazarı tərk etmişdir. Həmin gün saat 22:30 radələrində maşın bazarında mühafiəçi işləyən Emin adlı şəxs ona zəng vuraraq “Mazda” avtosalonunun maşın daxil olan qapısının açıq olduğunu bildirmişdir. Bundan sonra o, dərhal evdən çıxıb həmin bazara getdikdə avtosalonun qapısının açıq olduğunu görmüşdür. Daha sonra o, içərini yoxlamaq üçün avtosalona daxil olub ilk öncə müdirin otağına girmiş, həmin otağa baxış keçirdikdən sonra müdiri Ceyhuna məxsus “HP” markalı iş notbukunun stolun üzərində olmadığını müəyyən etmişdir. Təxminən saat 23:00 radələrində o, müdiri Ceyhuna zəng vuraraq sonuncudan noutbuku evinə aparıb-aparmadığını soruşmuş, Ceyhun ona noutbuku evinə aparmadığını və işdə qoyduğunu bildirmişdir. O da Ceyhuna noutbukun otaqda olmadığını bildirmiş və dəhlizə keçərək orada dolabların sürməsini açıb yoxladıqda müxtəlif markalı avtomobillərə məxsus açarların yerində olmadığını görmüş və müdirinə avtosalondan oğurluq edildiyini demişdir. Bundan sonra Ceyhun dərhal avtosalona gəlib içəriyə baxış keçirmiş və onlar bundan sonra 28-ci polis bölməsinə müraciət etmişlər. Daha sonra 28-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə işləri aparmışlar. Həmçinin onlar bazarda işləyən şəxslərə salondan oğurlanmış onlara məxsus avtomobillərin açarlarının satılmasını görüb-eşitdikləri təqdirdə bu barədə məlumat vermələrini bildirmişlər. Bir müddət sonra maşın bazarında açar ustası işləyən Amid müdiri Ceyhuna zəng edərək Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının arxasındakı açarların təmiri və satışı mağazasına bir nəfərin onlara məxsus salondan oğurlanmış avtomobil açarlarından bir neçəsini satmaq üçün gətirib təqdim etdiyini bildirmişdir. Onlar da bu barədə dərhal 28-ci polis bölməsinə məlumat vermişlər. Bundan sonra 28-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onlara məxsus avtosalondan 95 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarları və 01 ədəd “HP” markalı notbuku bazarda mühafizəçi işləyən Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. O, Təqsirləndirilən şəxs işlədiyi maşın bazarının mühafizəçisi kimi tanımış, sonuncu ilə arasında əvvəllər hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Həmin hadisə zamanı işlədiyi “Mazda” avtosalonundan 29 ədəd Skoda, 12 ədəd Mitsubishi, 11 ədəd Changan, 07 ədəd Toyota, 06 ədəd Mazda, 06 ədəd Alfa Romeo, 05 ədəd Doodge, 04 ədəd Haval, 04 ədəd Great Wall, 03 ədəd Volkswagen, 02 ədəd Chevrolet, 01 ədəd Subaru, 01 ədəd Nissan, 01 ədəd Fiat, 01 ədəd Mercedes, 01 ədəd Kia, 01 ədəd Hyundai markalı avtomobillərə məxsus ümumilikdə 95 ədəd açar və 01 ədəd “HP” markalı noutbuk oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4 ünvanında yerləşən maşın bazarında açar ustası işləyir. Təxminən 2021-ci ilin yanvar ayının 27-si ərəfələrində həmin maşın bazarındakı “Mazda” avtosalonunun sahibi olan Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus avtosalondan 95 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarların oğurlandığını bildirib, onun da bu sahə üzrə çox tanışı olduğundan açarların tapılmasında kömək etməyini xahiş etmişdir. Bundan sonra o, avtomobil açarları işi ilə məşğul olan dosttanışlarına Ceyhunun avtomobillərinə aid açar əldə etdikləri təqdirdə onlara xəbər vermələrini bildirmişdir. Bundan sonra o, həmin avtosalondakı maşınların qapılarının kilidləri üçün yeni açarlar hazırlamağa başlamışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Nərimanov rayonunda yerləşən “Şəki" restoranının yaxınlığındakı yerdə açar ustası işləyən Fazil adlı dostu ona zəng vuraraq 07 ədəd açar gətirdiklərini və həmin açarların “Mazda” avtosalonundan oğurlanmış açarlardan ola biləcəyini bildirmişdir. O da bu barədə Ceyhuna bildirdikdə, Ceyhun həmin şəxsə açarları almağını və həmin açarların pulunu özünə qaytaracağını deməyini bildirmişdir. Bundan sonra Ceyhun onun dostu Fazilin obyektinə getmiş və orada açarları yoxladıqdan sonra həmin açarların özünə məxsus avtosalondan oğurlanmış avtomobillərin açarları olduğunu müəyyən etmişdir. Bundan sonra Ceyhun dərhal bu barədə 28-ci polis bölməsinə xəbər vermiş və polis əməkdaşları müvafiq əməliyyat tədbirləri keçirərək həmin açarları oraya gətirən və “Mazda” avtosalonundan 95 ədəd açarı və 01 ədəd “HP” markalı kompüteri oğurlayan şəxsin maşın bazarında mühafizəçi işləyən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. O, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs ümumiyyətlə görməmişdir. Bu səbəbdən o, Hacıbalanı tanımır və sonuncu ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən ünvan 4 ünvanında yerləşən mağazada açar ustası işləyir. O, Təqsirləndirilən şəxs 2-3 aya yaxındır ki, tanıyır. Belə ki, Hacıbala onunla eyni binada yaşayır və o, Hacıbalanı bir neçə dəfə həyətdə görmüşdür. 10.02.2021-ci il tarixdə o, işdə olarkən Hacıbala onun telefonuna zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Hacıbalanı tanımadığından telefondakı şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs ona onunla eyni həyətdə yaşadığını və axşam görüşüb danışmaq istədiyini bildirmişdir. Həmin günün axşamı onlar görüşmüş və danışıq zamanı Hacıbala ona əlində 07 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarlar olduğunu və həmin açarları satmaq istədiyini bildirmişdir. O, Hacıbaladan həmin açarları haradan əldə etdiyini soruşduqda sonuncu ona həmin açarları mühafizəçi işlədiyi maşın bazarında istifadəyə yararlı olmadığından, lakin söküb ehtiyyat hissələrini satıb pul qazanmağın mümkün olduğundan özünə verdiklərini bildirmişdir. O, Hacıbalanın maşın bazarında işlədiyini bildiyi üçün sonuncuya inanmış və ona açarları satmaq üçün aparıb dost-tanışına göstərə biləcəyini bildirmişdir. 11.02.2021-ci il tarixdə o, bir neçəsinin üzərində “Mitsubishi” yazısı qeyd olunmuş ümumilikdə 07 ədəd açarı götürüb 2-3 ilə yaxındır tanıdığı açar ustası işləyən tanışı Fazilin yanına getmiş və həmin açarların eyni həyətdə qaldığı bir tanışına aid olduğunu deyib satmaq istədiyini bildirmişdir. Fazil də ona 07 ədəd açara görə ümumilikdə 120 manat pul verəcəyini bildirmişdir. Daha sonra o, Fazilin yanından Hacıbalaya zəng edərək ona verdiyi 07 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarları 120 manata almaq istəyən bir şəxsin olduğunu demiş, Hacıbalada da ona aliment borcunu ödəməsi üçün pul lazım olduğunu deyib, açarları deyilən qiymətə satmağını bildirmişdir. Bundan sonra o, açarları Fazilə 120 manata satıb həmin gün axşam 120 manat pulu gətirib Hacıbalaya vermişdir. Hacıbala 120 manat puldan 20 manatını zəhmət haqqı olaraq ona qaytarmışdır. Onun həmin açarların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə şahid olan Şahid2 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, 2019-cu ildən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Açar Aləmi” mağazasını işlədir. O, Şahid4 təxminən 5-6 aya yaxındır ki, açar ustası kimi tanıyır. Təxminən 2021-ci ilin yanvar ayının sonlarında Yasamal rayonunda yerləşən maşın bazarında açar ustası işləyən tanışı Amid ona zəng edərək işlədiyi bazardakı “Mazda” avtosalonundan müxtəlif markalı avtomobillərə məxsus açarların oğurlandığını və həmin açarları gördüyü təqdirdə xəbər verməsini bildirmişdir. 11.02.2021-ci il tarixdə o, mağazada olarkən Mikayıl onun yanına gələrək tanışına məxsus 07 ədəd açarı satmaq istədiyini bildirmişdir. O, həmin 07 ədəd açara baxdıqda həmin açarların “Toyota” və “Mitsubishi” markalı avtomobillərə məxsus olduğunu görmüşdür. Həmin açarlar Amidin dediyi avtomobil markalarının açarlarına oxşadığından, o, Mikayılın verdiyi açarların həmin oğurlanmış açarlar olduğuna əmin olmuşdur. Bundan sonra, o, Mikayıla 07 ədəd açarın qarşılığında 120 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Mikayıl onun yanında bir nəfər şəxsə zəng edərək həmin açarları 120 manata sata bilcəyini bildirmiş və həmin şəxs də aliment borcu olduğu üçün pula ehdiyacı olduğunu deyib razılıq vermişdir. Daha sonra o, açarları götürərək Mikayıla 120 manat pul vermişdir. Mikayıl mağazadan çıxdıqdan sonra o, dərhal Amidə zəng edərək mağazasına gəlməyini bildirmişdir. Amid də həmin gün mağazaya gəlmiş və o, açarları Amidə göstərdikdə Amid həmin açarların işlədiyi avtosalondan oğurlanmış avtomobil açarları olduğunu bildirmişdir. Bundan sonra Amid Ceyhuna zəng vurmuş və Ceyhun tez bir zamanda mağazaya gələrək 07 ədəd açarın avtosalonda olan avtomobillərə aid olub-olmamasını yoxlamaq üçün götürüb getmişdir. Bundan sonra o, Ceyhunun həmin 07 ədəd açarın işlətdiyi salonundakı avtomobillərə aid olduğunu aşkar etdiyini və bu barədə Yasamal RPİ-nin 28-ci polis bölməsinə məlumat verdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Şahid4 həmin 07 ədəd müxtəlif markalı avtomobillərə məxsus açarları ona satan zaman həmin açarların yaşadığı yerdən tanıdığı bir şəxsə məxsus olduğunu və alimenti ödəyə bilmədiyinə görə satdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan “maddi sübutun götürülməsi və baxış keçirilməsi” haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi, onun 26.01.2021-ci il tarixdə Yasamal rayonu, X21 4 ünvanında yerləşən maşın bazarındakı “Mazda” avtosalonundan oğurladığı 29 ədəd Skoda, 09 ədəd Mitsubishi, 09 ədəd Changan, 05 ədəd Toyota, 06 ədəd Mazda, 06 ədəd Alfa Romeo, 05 ədəd Doodge, 04 ədəd Haval, 04 ədəd Great Wall, 03 ədəd Volkswagen, 02 ədəd Chevrolet, 01 ədəd Subaru, 01 ədəd Nissan, 01 ədəd Fiat, 01 ədəd Mercedes, 01 ədəd Kia, 01 ədəd Hyundai markalı avtomobillərə məxsus ümumilikdə 88 ədəd açar və 01 ədəd “HP” markalı notebook, həmçinin iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 03 ədəd Mitsubishi, 02 ədəd Changan, 02 ədəd Toyota markalı avtomobillərə məxsus açarlar Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Murad Soltanov tərəfindən götürülmüşdür. (İş vər.: 27) İş materiallarında olan “maddi sübuta baxış keçiriləsi haqqında” 05 mart 2021-ci il tarixli və “əşyanın tanınmaya təqdim edilməsi barədə” 08 aprel 2020-ci il tarixli protokollardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ona təqdim olunmuş, 26.01.2021-ci il tarixdə Yasamal rayonu, X21 4 ünvanında yerləşən maşın bazarındakı “Mazda” avtosalonundan oğurlanmış 29 ədəd Skoda, 12 ədəd Mitsubishi, 11 ədəd Changan, 07 ədəd Toyota, 06 ədəd Mazda, 06 ədəd Alfa Romeo, 05 ədəd Doodge, 04 ədəd Haval, 04 ədəd Great Wall, 03 ədəd Volkswagen, 02 ədəd Chevrolet, 01 ədəd Subaru, 01 ədəd Nissan, 01 ədəd Fiat, 01 ədəd Mercedes, 01 ədəd Kia, 01 ədəd Hyundai markalı avtomobillərə məxsus ümumilikdə 95 ədəd açarı və 01 ədəd “HP” markalı noutbuku tanımışdır.(İş vər.: 75-77; 126-127) İş materiallarında olan 14 aprel 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən göstərilən xüsusatları, yəni müvafiq əşyaları oğurladığı yerləri əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 9/1003 nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş Çin istehsalı olan “HP” markalı, “Pavilion g6” model, “Core i5” xüsusiyyətli notebookun 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 300,0 manat müəyyən edilir. Digər müxtəlif markalı avtomobil açarları xüsusi olaraq hər bir avtomobil üçün fərdi (markasından asılı olmayaraq, mühərrik, ban, şassi nömrələrinə uyğun olaraq zavod üsulu ilə kompüter proqramı vasitəsilə hər bir nəqliyyat vasitəsinə ayrı-ayrılıqda hazırlanır) hazırlandığından və satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (İş vər.: 122-125) İş materiallarında olan “Skoda” Azərbaycan Mərkəzindən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 243,5 manat olan 10 ədəd “Skoda Rapid” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 592,5 manat olan 04 ədəd “Skoda Karoq” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 623 manat olan 4 ədəd “Skoda Kodiaq” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 623,5 manat olan 4 ədəd “Skoda Kodiaq” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 623,5 manat olan 4 ədəd “Skoda Superb” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 622,5 manat olan 2 ədəd “Skoda Superb” markalı avtomobilə məxsus pult açarın, 100 manat dəyərində 01 ədəd “Skoda” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 323 manat olan 03 ədəd “Changan Eado DT” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 323 manat olan 02 ədəd “X22” markalı avtomobilə məxsus pult açarın, hər birinin qiyməti 323 manat olan 02 ədəd “Changan CS 15” markalı avtomobilə məxsus pult açarın və hər birinin qiyməti 323 manat olan 04 ədəd “Changan CS 85” markalı avtomobilə məxsus pult açarın ümumilikdə qiyməti 17.183 (on yeddi min yüz səksən üç) manatdır. (İş vər.: 104) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 564 manat 04 qəpik olan 02 ədəd “Toyota Land-Crusier” markalı avtomobilə məxsus pult açarların, qiyməti 542 manat 80 qəpik olan 01 ədəd “Toyota Prado” markalı avtomobilə məxsus pult açarın, qiyməti 397 manat 66 qəpik olan 01 ədəd “Toyota Rav4” markalı avtomobilə məxsus pult açarın, qiyməti 463 manat 74 qəpik olan 01 ədəd “Toyota Camry hyb” markalı avtomobilə məxsus pult açarın, qiyməti 562 manat 94 qəpik olan 01 ədəd “X18” markalı avtomobilə məxsus pult açarın və qiyməti 569 manat 94 qəpik olan 01 ədəd “Toyota Lexus RX 450” markalı avtomobilə məxsus pult açarın ümumilikdə qiyməti 3665,16 (üç min altı yüz altmış beş manat on altı qəpik) manatdır. (İş vər.: 110) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 238 manat 28 qəpik olan 02 ədəd “X12” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 238 manat 28 qəpik olan 05 ədəd “Mitsubishi L200” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 195 manat olan 02 ədəd “Mitsubishi Pajero” markalı avtomobilə məxsus pult-açarların, qiyməti 372 manat 04 qəpik olan 01 ədəd “X13” markalı avtomobilə məxsus pult-açarın və qiyməti 216 manat 49 qəpik olan 01 ədəd “Mitsubishi Outlander” markalı avtomobilə məxsus pult-açarın ümumilikdə qiyməti 2646,49 (iki min altı yüz qırx altı manat qırx doqquz qəpik) manatdır. (İş vər.: 118) İş materiallarında olan “xxxx” Azərbaycan MMC-dən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 370 manat olan 03 ədəd “Dodge Durango” markalı avtomobillərə məxsus pult-açarların, hər birinin qiyməti 370 manat olan 02 ədəd “Dodge Charger” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 270 manat olan 02 ədəd “Alfa Romeo 4C” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 290 manat olan 02 ədəd “X17” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 460 manat olan 02 ədəd “X25” markalı avtomobilə məxsus pult-açarların və qiyməti 320 manat olan 01 ədəd “Fiat Doblo” markalı avtomobilə məxsus pult-açarın ümumilikdə qiyməti 4210 (dörd min iki yüz on) manatdır. (İş vər.: 112) İş materiallarında olan “X24 Azerbaijan”dan daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 200 manat olan 02 ədəd “Haval H2" markalı avtomobilə məxsus pult-açarın, hər birinin qiyməti 300 manat olan 02 ədəd “Haval H6” markalı avtomobilə məxsus pultaçarın, hər birinin qiyməti 100 manat olan 02 ədəd “Great Wall C30” markalı avtomobilə məxsus pult-açarların və hər birinin qiyməti 150 manat olan 02 ədəd “X23 7” markalı avtomobilə məxsus pult- açarların ümumlikdə qiyməti 1500 (bir min beş yüz) manatdır. (İş vər.: 114) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 404 manat olan 02 ədəd “Mazda CX9” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 412 manat olan 02 ədəd “Mazda CX30” markalı avtomobilə məxsus pult-açarların, hər birinin qiyməti 306 manat olan 02 ədəd “Mazda 6” markalı avtomobilə məxsus pult-açarın və qiyməti 328 manat olan 01 ədəd ‘"Subaru XV” markalı avtomobilə məxsus pult-açarın ümumilikdə qiyməti 2572 (iki min beş yüz yetmiş iki) manatdır. (İş vər.: 130) İş materiallarında olan “Azerbaijan Automobiles”dən daxil olmuş məktubdan görünür ki, hər birinin qiyməti 385 manat olan 02 ədəd “Volkswagen Amarok” markalı avtomobilə məxsus pult-açarların və qiyməti 410 manat olan 01 ədəd “Volkswagen Passât” markalı avtomobilə məxsus pult-açarın ümumilikdə qiyməti 1180 (min yüz səksən) manatdır. (İş vər.: 100) İş materiallarında olan “X8”ndən daxil olmuş məktubdan görünür ki, 01 ədəd “Mercedes-Benz B200” markalı avtomobilə məxsus pult-açarın qiyməti 792,45 (yeddi yüz doxsan iki manat qırx beş qəpik) manatdır. (İş vər.: 128) İş materiallarında olan “Performance Center”dən daxil olmuş məktubdan görünür ki, qiyməti 175 manat 50 qəpik olan 01 ədəd “Chevrolet Cruze” markalı avtomobilə məxsus pult-açarın və 143 manat dəyərində olan 01 ədəd “Chevrolet Aveo” markalı avtomobilə məxsus pult-açarın ümumilikdə qiyməti 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manatdır. (İş vər.: 102) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 ədəd “Nissan Murano” markalı avtomobilə məxsus pul-açarın qiyməti 295 (iki yüz doxsan beş) manatdır. (İş vər.: 131) İş materiallarında olan “X26” MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 ədəd “Kia Optima” markalı avtomobilə məxsus pult-açarın qiyməti 284 (iki yüz səksən dört) manatdır. (İş vər.: 121) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, 01 ədəd “Hyundai Grandeur” markalı avtomobilə məxsus pult-açarın qiyməti 300,90 (üç yüz manat 90 qəpik) manatdır. (İş vər.: 116) Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli, yəni onun binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs məxsus 35.242 manat 50 qəpik dəyərində müxtəlif markalı avtomobil açarlarını oğurlayaraq ona xeyli miqdarda ziyan vurması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 19-cu bəndinin ikinci abzasında qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlu 14 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Yasamal Rayon Məhkəməsinin eyni tarixli 1(004)-85/2021 nömrəli qərarı ilə həbs etmənin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin 07 may 2021-ci il tarixli 1(004)- 205/2021 nömrəli hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, 15 aprel 2021-ci il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 09 aprel 2021-ci il tarixdə verilmiş 188 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır, lakin 02 iyul 2008-ci ildə mənzil satıldığı üçün yuxarıda qeyd edilən ünvanda yaşamır. (İş vər.: 152) İş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən 29 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 303387 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməs haqqında akt qeydləri kitabında 24 sentyabr 2018-ci il tarixdə 118 nömrəli qeydiyyat aparılmışdır. (İş vər.: 153) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2006-cı ildə verilmiş AZ-İ seriyalı 788930 və 18 oktyabr 2013-cü ildə verilmiş AZ-İİİ seriyalı 152103 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 08 iyun 2006-cı il təvəllüdlü X1 və 27 yanvar 2010-cu il təvəllüdlü X2 valideynləri Təqsirləndirilən şəxs və X5r. (İş vər.: 154-155) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 25 may 2021-ci il tarixli xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmiş, onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində nümunəvi davranışına görə rəhbərlik tərəfindən ona iki dəfə “Təşəkkür” elan olunmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, saxlanıldığı yerdə müsbət xarakterizə olunaraq islah olunmağa meylli olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 31 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 17 (on yeddi) gün müddətin 01 (bir) günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 29 ədəd Skoda, 12 ədəd Mitsubishi, 11 ədəd Changan, 07 ədəd Toyota, 06 ədəd Mazda, 06 ədəd Alfa Romeo, 05 ədəd Doodge, 04 ədəd Haval, 04 ədəd Great Wall, 03 ədəd Volkswagen, 02 ədəd Chevrolet, 01 ədəd Subaru, 01 ədəd Nissan, 01 ədəd Fiat, 01 ədəd Mercedes, 01 ədəd Kia, 01 ədəd Hyundai markalı avtomobillərə məxsus ümumilikdə 95 ədəd açar və 01 ədəd “HP” markalı notbukun qanuni sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 31 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 17 (on yeddi) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, ümumilikdə 07 (yeddi) ay 04 (dörd) gün müddət cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 29 ədəd Skoda, 12 ədəd Mitsubishi, 11 ədəd Changan, 07 ədəd Toyota, 06 ədəd Mazda, 06 ədəd Alfa Romeo, 05 ədəd Doodge, 04 ədəd Haval, 04 ədəd Great Wall, 03 ədəd Volkswagen, 02 ədəd Chevrolet, 01 ədəd Subaru, 01 ədəd Nissan, 01 ədəd Fiat, 01 ədəd Mercedes, 01 ədəd Kia, 01 ədəd Hyundai markalı avtomobillərə məxsus ümumilikdə 95 ədəd açar və 01 ədəd “HP” markalı notbukun qanuni sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-205/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-205/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver