Məhkəmə qərarları › İş №1(004)-205/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-205/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-205/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, 2ci Alatava ərazisində nömrəsiz fərdi yaşayış evlərdə gündəlik kirayə yaşamış və barəsində “həbs” qismində qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə etmə, gəzdirmə, daşıma və saxlama cinayətini törətmişdir Belə ki, o, 2021-ci ilin oktyabr ayında Yevlax şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 350 manat müqabilində 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissələri və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah olan 1 ədəd AK-103 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadə üçün yararlı, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 1 ədəd darağı, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə ünvan 3 ünvanda 286 saylı tam orta məktəbin arxa hissəsində yerləşən yarımtikiliyə gətirib daşıyaraq həmin yerdə saxlamış, 27 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidə saxlanılaraq Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan ağ rəngli polietilen torbanın içərisindəki qara rəngli sellofana bükülmüş həmin “Kalaşnikov” konstruksiyalı odlu silah, komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 30 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da, bir müddət Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava ərazisində nömrəsiz fərdi yaşayış evlərdə gündəlik kirayə yaşasa da, son zamanlar maddi sıxıntıları olduğuna görə ünvan 3 ünvanda 286 saylı tam orta məktəbin arxa hissəsində yerləşən yarımtikilidə qalırmış. 2014-cü ildə üzərində külli miqdarda narkotik vasitə aşkar edildiyi üçün tutularaq 7 il azadlıqdan məhrum etmə cəzası almışdır. 2021-ci ilin yanvar ayında isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra arada iş olanda fəhləlik edirmiş. Təxminən 2021-ci ilin oktyabr ayında Yevlax şəhərində olan zaman tanımadığı şəxsdən 350 manat müqabilində bir ədəd “Kalaşnikov” avtomatı, bir ədəd daraq və 30 ədəd patron almışdır. Həmin silahı da Bakı şəhərinə gələrkən özü ilə gətirmişdir. Silahı ov etmək məqsədi ilə almışdır. Həmin silahı bir neçə dəfə polisə təqdim etmək istəsə də, lakin qorxduğu üçün bu fikrindən daşınmışdır. Silahın yerini mütəmadi olaraq dəyişirmiş. Qeyd etdiyi silahı qaldığı ünvan 3 ünvanda 286 saylı tam orta məktəbin arxa hissəsində yerləşən yarımtikilidə saxlayırmış. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində silah və patronlarla birlikdə darağı qara rəngli sellofana büküb ağ rəngli torbanın içərisinə qoymuş və gizlətmək məqsədi ilə əlinə götürüb yerini dəyişmək istəyən zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onu şübhəli olduğu üçün 29-cu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə əlində torbada saxladığı silahla 29-cu Polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əlində saxladığı ağ rəngli torbanın içərisində olan qara rəngli sellofana bükdüyü 1 ədəd Kalaşnikov avtomat silah, 30 ədəd patron və 1 ədəd darağı çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin silah, patronlar və daraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə suala cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilməmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2022-ci ildən, hazırda polis leytenantı rütbəsi ilə xidmət edir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Yasamal rayonu 2-ci Alatava ərazisində müxtəlif ünvanlarda gündəlik kirayə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində odlu silah gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, M.Xiyabani küçəsi 194 ünvanda yerləşən 286 saylı tam orta məktəbin arxa hissəsində yerləşən yarımtikilidə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Həmin vaxt Şakirin əlində ağ rəngli böyük kisə olmuşdur. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra odlu silah daşıması barədə şübhəli olduğunu bildirdikdən sonra Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nə dəvət etmişlər. Şakir də heç bir etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. 29-cu polis şöbəsinin inzibati binasında təhqiqatçı Elçin İsgəndərov və müdafiəçi Saleh Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şakir üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Şakirdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan ağ rəngli iri kisəni açıb içərisində qara rəngli polietilen torbanın içərisindən bir ədəd silah və bir ədəd içərisində 30 ədəd patron olan darağı çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd silah və içərisində 30 ədəd patron olan bir ədəd sandığı 2 il əvvəl Yevlax şəhərində tanımadığı şəxsdən 350 manata aldığını, həmin silahı ov etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlayarkən və polis şöbəsinə apararkən heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 ibtidai istintaqda verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdilər. Cinayət işinin 11-ci vərəqəsində olan 27 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-82-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-48-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin KTİdən alınmış xx.xx.2023-cü il tarixli 23/906R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - tədqiqata təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. - təqdim edilmiş 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. - təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-14596/2023 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş AK-103 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 146-152-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissələri və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah olan 1 ədəd AK-103 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadə üçün yararlı, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 1 ədəd daraq, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronlar və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd AK-103 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 01 (bir) ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli patronların saxlanması üçün Yasamal RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmış, 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 90-91, 114-122-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)- 600/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal rayon polis idarəsinin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı Elçin İsgəndərov tərəfindən, 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2, kiçik inspektor Şahid3 və müdafiəçi Saleh Əliyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan ağ rəngli polietilen torbanın içərisindəki qara rəngli sellofana bükülmüş bir ədəd “Kalaşnikov” konstruksiyalı odlu silah, komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 30 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə etmə, gəzdirmə, daşıma və saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 27 noyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd AK-103 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili S.Ə.Əliyevə və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili S.Ə.Əliyevin ibtidai istintaq dövründə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və Bakı şəhəri 26 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd AK-103 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Bürosunun vəkili X2 ibtidai istintaq dövründə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və Bakı şəhəri 26 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar