Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-205/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Zəfər» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 oktyabr 2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Kiosk” adlı köşkün qıfılını dəmir parçası ilə sındırıb saxlanc yeri hesab edilən həmin köşkə qanunsuz olaraq daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 3 manat 10 qəpik dəyərində 1 ədəd “Rothmans” (compact boz) markalı, bir ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən cəmi 19 manat 20 qəpik dəyərində 6 ədəd “Want” (nazik ballı) markalı, bir ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən cəmi 6 manat 40 qəpik dəyərində 2 ədəd “X7” (compact) markalı, bir ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən cəmi 9 manat 60 qəpik dəyərində 3 ədəd “X7” (nazik) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 10 manat 40 qəpik dəyərində 4 ədəd “Keno” (qızılı nazik) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 10 manat 40 qəpik dəyərində 4 ədəd “Viceroy” (boz nazik) markalı, bir ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 23 manat 20 qəpik dəyərində 8 ədəd “Want” (nazik göy) markalı, bir ədədinin qiyməti 2 manat 80 qəpik təşkil edən cəmi 22 manat 40 qəpik dəyərində 8 ədəd “Want” (nazik qırmızı) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 12 manat 40 qəpik dəyərində 4 ədəd “Palmall” (ağ nazik) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 12 manat 40 qəpik dəyərində 4 ədəd “Palmall” (boz nazik) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 33 manat 60 qəpik dəyərində 8 ədəd “Winston” (nazik boz) markalı, bir ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən cəmi 5 manat dəyərində 2 ədəd “Want” (compact) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 10 manat 40 qəpik dəyərində 4 ədəd “Keno” (qızılı) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 15 manat 60 qəpik dəyərində 6 ədəd “Viceroy” (nazik göy) markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən cəmi 17 manat dəyərində 5 ədəd “Davidoff” (compact göy) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 20 manat 80 qəpik dəyərində 8 ədəd “Magna” (qara nazik) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 26 manat dəyərində 10 ədəd “Magna” (boz nazik) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 5 manat 20 qəpik dəyərində 2 ədəd “Vegas” (boz) markalı, bir ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən cəmi 6 manat 40 qəpik dəyərində 2 ədəd “Rothmans” (göy compact) markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən cəmi 10 manat 20 qəpik dəyərində 3 ədəd “Davidoff” (boz compact) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 16 manat 80 qəpik dəyərində 4 ədəd “Premier” (sadə) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 12 manat 60 qəpik dəyərində 3 ədəd “Premier” (gilas) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 12 manat 60 qəpik dəyərində 3 ədəd “Premier” (cacos) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 12 manat 60 qəpik dəyərində 3 ədəd “Premier” (ballı) markalı, bir ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 11 manat 60 qəpik dəyərində 4 ədəd “West” (silver) markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən cəmi 20 manat 40 qəpik dəyərində 6 ədəd “LD” (boz compact) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 15 manat 50 qəpik dəyərində 5 ədəd “Wincester” (göy compact) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 34 manat 10 qəpik dəyərində 11 ədəd “Wincester” (boz compact) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 23 manat 40 qəpik dəyərində 9 ədəd “Argo” (ağ nazik) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 18 manat 20 qəpik dəyərində 7 ədəd “Magna” (göy compact) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 27 manat 90 qəpik dəyərində 9 ədəd “Rothmans” (mentol) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 27 manat 90 qəpik dəyərində 9 ədəd “Wincester” (nazik göy) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 27 manat 90 qəpik dəyərində 9 ədəd “Wincester” (nazik boz) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 13 manat dəyərində 5 ədəd “Keno” (mentol) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 24 manat 80 qəpik dəyərində 8 ədəd “Pallmall” (qalın göy) markalı, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən cəmi 21 manat 70 qəpik dəyərində 7 ədəd “Pallmall” (mentol) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 10 manat 40 qəpik dəyərində 4 ədəd “Prima” (nazik ballı) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 20 manat 80 qəpik dəyərində 8 ədəd “Magna” (boz compact) markalı, bir ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 26 manat dəyərində 10 ədəd “Keno” (qalın göy) markalı, bir ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən cəmi 6 manat 80 qəpik dəyərində 2 ədəd “LD” (compact ballı) markalı, bir ədədinin qiyməti 4 manat təşkil edən cəmi 64 manat dəyərində 16 ədəd “Winston” (compact ballı) markalı, 2 manat 60 qəpik dəyərində 1 ədəd “Magna” (ağ nazik) markalı, bir ədədinin qiyməti 4 manat 70 qəpik təşkil edən cəmi 47 manat dəyərində 10 ədəd “Sobranie” (ağ nazik) markalı, bir ədədinin qiyməti 4 manat 70 qəpik təşkil edən cəmi 51 manat 70 qəpik dəyərində 11 ədəd “Sobranie” (ağ qalın) markalı, bir ədədinin qiyməti 4 manat 70 qəpik təşkil edən cəmi 42 manat 30 qəpik dəyərində 9 ədəd “Sobranie” (qara nazik) markalı, bir ədədinin qiyməti 4 manat 70 qəpik təşkil edən cəmi 84 manat 60 qəpik dəyərində 18 ədəd “Sobranie” (ballı) markalı, bir ədədinin qiyməti 4 manat 70 qəpik təşkil edən cəmi 47 manat dəyərində 10 ədəd “Sobranie” (nazik ballı) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 42 manat dəyərində 10 ədəd “Winston” (compact boz) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 46 manat 20 qəpik dəyərində 11 ədəd “Winston” (göy compact) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 63 manat dəyərində 15 ədəd “Kent 1” (nazik) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 21 manat dəyərində 5 ədəd “Kent 8” (qalın) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 42 manat dəyərində 10 ədəd “Kent 4” (nazik) markalı, bir ədədinin qiyməti 4 manat 20 qəpik təşkil edən cəmi 21 manat dəyərində 5 ədəd “Kent 4” (qalın) markalı, bir ədədinin qiyməti 4 manat təşkil edən cəmi 36 manat dəyərində 9 ədəd “Davidoff” (nazik) markalı və 2 manat 60 qəpik dəyərində 1 ədəd “Keno” (ağ nazik) markalı siqaretləri və 20 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1297 manat 70 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, dəqiq xatırlamadığı tarixdə ünvan 4 ünvanda yerləşən köşkün qapısının qıfılını sındırıb içəriyə daxil olmuşdur. O, köşkdəki rəflərə satışa qoyulmuş müxtəlif markalı siqaretləri və 20 manat pulu götürərək oradan uzaqlaşmışıb Yevlax rayonuna getmişdir. Hadisə zamanı çox içkili olduğundan hadisənin təfərrüatlarını və oğurladığı siqaretlərin sayını xatırlamır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurladığı siqaretlərin bir qismini təhvil vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən köşkü bağlayaraq yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə köşkə gələn zaman köşkün rəflərində olan müxtəlif markalı tütün məhsullarının və 20 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, hadisə barədə polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 1297 manat 70 qəpik manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 800 manatının ödənildiyini bildirib məhkəmədən onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında həmin tarixdə ünvan 3 ünvanında yerləşən “Kiosk” adlı köşkə baxış keçirilmişdir. (i.v. 4-10) “Götürmə və baxış aparılması barədə” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 221 ədəd siqareti təqdim edərək həmin siqaretləri xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanında yerləşən “Kiosk” adlı köşk oğurladığını bildirdi. Odur ki, təhqiqat zərurəti ilə əlaqədar olaraq 1 ədəd “Keno” markalı ağ nazik siqaret, 1 ədəd “Kent” markalı qalın siqaret, 1 ədəd “Rothmans” markalı compact boz siqaret, 6 ədəd “Whant” markalı nazik ballı siqaret, 2 ədəd “X7” markalı compact siqaret, 3 ədəd “X7” markalı nazik siqaret, 4 ədəd “Keno” markalı qızılı nazik siqaret, 4 ədəd “Viceroy” markalı boz nazik siqaret, 8 ədəd “Want” markalı nazik göy siqaret, 8 ədəd “Want” markalı nazik qırmızı siqaret, 4 ədəd “Palmall” markalı ağ nazik siqaret, 4 ədəd “Palmall” markalı boz nazik siqaret, 5 ədəd “Winston” markalı nazik boz siqaret, 2 ədəd “Want” markalı compcat siqaret, 4 ədəd “keno” markalı qızılı siqaret , 6 ədəd “Viceroy” markalı nazik göy siqaret, 5 ədəd “Davidoff” markalı compact göy siqaret, 8 ədəd “Magna” markalı qara nazik siqaret, 10 ədəd “mant” markalı boz nazik siqaret, 2 ədəd “Vegas” markalı boz siqaret, 2 ədəd “Rothman” markalı göy compact siqaret, 3 ədəd “Davidoff” markalı boz compact siqaret, 4 ədəd “Premier” markalı sadə siqaret, 3 ədəd “Premier” markalı gilaslı siqaret, 3 ədəd “Premier” markalı cacoslu siqaret, 3 ədəd “Premier” markalı ballı siqaret, 4 ədəd “West” markalı silver siqaret, 6 ədəd “LD” markalı compcat boz siqaret, 5 ədəd “Wincester” markalı göy compcat siqaret , 11 ədəd “Wincester” markalı boz compcat siqaret, 9 ədəd “Argo” markalı ağ nazik siqaret, 7 ədəd “Magna” markalı göy compcat siqaret, 9 ədəd “Rotmans” markalı mentollu siqaret, 9 ədəd “Wincester” markalı nazik göy siqaret, 9 ədəd “Wincester” markalı nazik boz siqaret, 5 ədəd “Keno” markalı mentollu siqaret, 8 ədəd “Palmall” markalı qalın göy siqaret, 7 ədəd “Palmall” markalı mentollu siqaret, 4 ədəd “Prima” markalı nazik göy siqaret, 8 ədəd “Magna” markalı boz compact siqaret, 10 ədəd “Keno” markalı qalın göy siqaret, 2 ədəd “LD” markalı compact ballı siqaret, 1 ədəd “Winston” markalı compact ballı siqaret və 1 ədəd “Magna” markalı ağ nazik siqaret götürülərək qablaşdırıldı. (i.v. 19-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 11 oktyabr 2024-cü il tarixli 2962 nömrəli “Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji” ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Sonuncu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (i.v. 118-120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 9/8438 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tütün məmulatlarının 2024-cü il oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 664,50 manat müəyyən edilmişdir. (i.v. 122-129) “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs 1 ədəd “Keno” markalı ağ nazik siqaret, 1 ədəd “Kent” markalı qalın siqaret, 1 ədəd “Rothmans” markalı compact boz siqaret, 6 ədəd “Whant” markalı nazik ballı siqaret, 2 ədəd “X7” markalı compact siqaret, 3 ədəd “X7” markalı nazik siqaret, 4 ədəd “Keno” markalı qızılı nazik siqaret , 4 ədəd “Viceroy” markalı boz nazik siqaret, 8 ədəd “Want” markalı nazik göy siqaret, 8 ədəd “Want” markalı nazik qırmızı siqaret , 4 ədəd “Palmall” markalı ağ nazik siqaret, 4 ədəd “Palmall” markalı boz nazik siqaret, 5 ədəd “Winston” markalı nazik boz siqaret, 2 ədəd “Want” markalı compcat siqaret, 4 ədəd “keno” markalı qızılı siqaret , 6 ədəd “Viceroy” markalı nazik göy siqaret, 5 ədəd “Davidoff” markalı compact göy siqaret, 8 ədəd “Magna” markalı qara nazik siqaret, 10 ədəd “mant” markalı boz nazik siqaret, 2 ədəd “Vegas” markalı boz siqaret, 2 ədəd “Rothman” markalı göy compact siqaret, 3 ədəd “Davidoff” markalı boz compact siqaret, 4 ədəd “Premier” markalı sadə siqaret, 3 ədəd “Premier” markalı gilaslı siqaret, 3 ədəd “Premier” markalı cacoslu siqaret, 3 ədəd “Premier” markalı ballı siqaret, 4 ədəd “West” markalı silver siqaret, 6 ədəd “LD” markalı compcat boz siqaret, 5 ədəd “Wincester” markalı göy compcat siqaret , 11 ədəd “Wincester” markalı boz compcat siqaret, 9 ədəd “Argo” markalı ağ nazik siqaret, 7 ədəd “Magna” markalı göy compcat siqaret, 9 ədəd “Rotmans” markalı mentollu siqaret, 9 ədəd “Wincester” markalı nazik göy siqaret, 9 ədəd “Wincester” markalı nazik boz siqaret, 5 ədəd “Keno” markalı mentollu siqaret, 8 ədəd “Palmall” markalı qalın göy siqaret, 7 ədəd “Palmall” markalı mentollu siqaret , 4 ədəd “Prima” markalı nazik göy siqaret, 8 ədəd “Magna” markalı boz compact siqaret, 10 ədəd “Keno” markalı qalın göy siqaret, 2 ədəd “LD” markalı compact ballı siqaret, 1 ədəd “Winston” markalı compact ballı siqaret və 1 ədəd “Magna” markalı ağ nazik siqaret cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayəti üzrə maddi sübutlar Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 148-158) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 35-36) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-914/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamışdır. (i.v. 94-99) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 100-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 139) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, onun yaşının cox olmasını, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək olan 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyan vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 1 ədəd “Keno” markalı ağ nazik siqaret, 1 ədəd “Kent” markalı qalın siqaret, 1 ədəd “Rothmans” markalı compact boz siqaret, 6 ədəd “Whant” markalı nazik ballı siqaret, 2 ədəd “X7” markalı compact siqaret, 3 ədəd “X7” markalı nazik siqaret, 4 ədəd “Keno” markalı qızılı nazik siqaret , 4 ədəd “Viceroy” markalı boz nazik siqaret, 8 ədəd “Want” markalı nazik göy siqaret, 8 ədəd “Want” markalı nazik qırmızı siqaret , 4 ədəd “Palmall” markalı ağ nazik siqaret, 4 ədəd “Palmall” markalı boz nazik siqaret, 5 ədəd “Winston” markalı nazik boz siqaret, 2 ədəd “Want” markalı compcat siqaret, 4 ədəd “keno” markalı qızılı siqaret, 6 ədəd “Viceroy” markalı nazik göy siqaret, 5 ədəd “Davidoff” markalı compact göy siqaret, 8 ədəd “Magna” markalı qara nazik siqaret, 10 ədəd “mant” markalı boz nazik siqaret, 2 ədəd “Vegas” markalı boz siqaret, 2 ədəd “Rothman” markalı göy compact siqaret, 3 ədəd “Davidoff” markalı boz compact siqaret, 4 ədəd “Premier” markalı sadə siqaret, 3 ədəd “Premier” markalı gilaslı siqaret, 3 ədəd “Premier” markalı cacoslu siqaret, 3 ədəd “Premier” markalı ballı siqaret, 4 ədəd “West” markalı silver siqaret, 6 ədəd “LD” markalı compcat boz siqaret, 5 ədəd “Wincester” markalı göy compcat siqaret , 11 ədəd “Wincester” markalı boz compcat siqaret, 9 ədəd “Argo” markalı ağ nazik siqaret, 7 ədəd “Magna” markalı göy compcat siqaret, 9 ədəd “Rotmans” markalı mentollu siqaret, 9 ədəd “Wincester” markalı nazik göy siqaret, 9 ədəd “Wincester” markalı nazik boz siqaret, 5 ədəd “Keno” markalı mentollu siqaret, 8 ədəd “Palmall” markalı qalın göy siqaret, 7 ədəd “Palmall” markalı mentollu siqaret 4 ədəd “Prima” markalı nazik göy siqaret, 8 ədəd “Magna” markalı boz compact siqaret, 10 ədəd “Keno” markalı qalın göy siqaret, 2 ədəd “LD” markalı compact ballı siqaret, 1 ədəd “Winston” markalı compact ballı siqaret və 1 ədəd “Magna” markalı ağ nazik siqaretin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Zəfər» Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Keno” markalı ağ nazik siqaret, 1 ədəd “Kent” markalı qalın siqaret, 1 ədəd “Rothmans” markalı compact boz siqaret, 6 ədəd “Whant” markalı nazik ballı siqaret, 2 ədəd “X7” markalı compact siqaret, 3 ədəd “X7” markalı nazik siqaret, 4 ədəd “Keno” markalı qızılı nazik siqaret , 4 ədəd “Viceroy” markalı boz nazik siqaret, 8 ədəd “Want” markalı nazik göy siqaret, 8 ədəd “Want” markalı nazik qırmızı siqaret , 4 ədəd “Palmall” markalı ağ nazik siqaret, 4 ədəd “Palmall” markalı boz nazik siqaret, 5 ədəd “Winston” markalı nazik boz siqaret, 2 ədəd “Want” markalı compcat siqaret, 4 ədəd “keno” markalı qızılı siqaret , 6 ədəd “Viceroy” markalı nazik göy siqaret, 5 ədəd “Davidoff” markalı compact göy siqaret, 8 ədəd “Magna” markalı qara nazik siqaret, 10 ədəd “mant” markalı boz nazik siqaret, 2 ədəd “Vegas” markalı boz siqaret, 2 ədəd “Rothman” markalı göy compact siqaret, 3 ədəd “Davidoff” markalı boz compact siqaret, 4 ədəd “Premier” markalı sadə siqaret, 3 ədəd “Premier” markalı gilaslı siqaret, 3 ədəd “Premier” markalı cacoslu siqaret, 3 ədəd “Premier” markalı ballı siqaret, 4 ədəd “West” markalı silver siqaret, 6 ədəd “LD” markalı compcat boz siqaret, 5 ədəd “Wincester” markalı göy compcat siqaret , 11 ədəd “Wincester” markalı boz compcat siqaret, 9 ədəd “Argo” markalı ağ nazik siqaret, 7 ədəd “Magna” markalı göy compcat siqaret, 9 ədəd “Rotmans” markalı mentollu siqaret, 9 ədəd “Wincester” markalı nazik göy siqaret, 9 ədəd “Wincester” markalı nazik boz siqaret, 5 ədəd “Keno” markalı mentollu siqaret, 8 ədəd “Palmall” markalı qalın göy siqaret, 7 ədəd “Palmall” markalı mentollu siqaret , 4 ədəd “Prima” markalı nazik göy siqaret, 8 ədəd “Magna” markalı boz compact siqaret, 10 ədəd “Keno” markalı qalın göy siqaret, 2 ədəd “LD” markalı compact ballı siqaret, 1 ədəd “Winston” markalı compact ballı siqaret və 1 ədəd “Magna” markalı ağ nazik siqaretin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-205/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-205/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver