Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-206/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “ Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 15 aprel 2020-ci il tarixdə saat 11:30-da ünvan 2 ünvanı qarşısında tanışı Zərərçəkmiş şəxs olan pul borcunu qaytarmadığından sonuncunun ona sosial şəbəkədə mesaj yazmaqla ünvanına nalayiq ifadə işlətməsini aydınlaşdırmaq üçün görüşə çağırdığı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində qəsdən yumruq ilə hər iki göz və ağız nahiyələrindən vuraraq sonuncuya sol gözün konyuktivasına qansızma ilə müşaiyət olunmuş sol göz ətrafının və sol yanaq nahiyəsinin qançırları kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxsla “Çaykovskiy” kafesində işləmişlər. 2019-cu ilin aprel-may aylarında o, Şamildən hər ay 100 ABŞ dollar qaytarmaq şərti ilə 1000 ABŞ dolları borc istəmişdir. Pulu qaytara bilməyəcəyi halda bunun əvəzində Şamilə özünə məxsus motosikleti verəcəyini söz vermişdir. Onun bu xahişi ilə Şamil razılaşmış və ona 1000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra o, Şamilə 2019-cu ilin noyabr ayınadək 700 manat pul qaytarmışdır. 2019-cu ilin noyabr ayında isə o həmin kafedən işdən çıxmış və heç bir yerdə işləmədiyi üçün Şamilə qalan borcunu qaytara bilməmişdir. 15 aprel 2020-ci il tarixdə gecə saatlarında Şamil ona “instaqram” sosial şəbəkəsində mesaj yazıb ona olan borcunu qaytarmağını tələb edərək nalayiq ifadələr işlətmişdir. Həmin tarixdə saat 11 radələrində o, həmin mesajı oxuyub və söyüşü görüb əsəbiləşərək Şamilə zəng edib söyüş söyməyinin səbəbini soruşmuş, sonuncu ona “yaxşı edirəm” dedikdə o Şamili yaşadığı ünvanın qarşısına çağırmışdır ki, sonuncu ilə bu məsələni aydınlaşdırsın. Bir qədər sonra təxminən saat 11:30-da Şamil onun yaşadığı ünvanın qarşısına gəlmiş, bu zaman o Şamili görüb özünü saxlaya bilmədiyi üçün yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra onlar bir az mübahisə etmişlər və aralaşıb çıxıb getmişlər. O Şamilə olan borcunu bu günədək qaytara bilməmişdir, lakin sonuncuya olan borcunu 3 ay ərzində qaytarmağı söz vermiş və onlar öz aralarında razılığa gəlmişlər. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Elton ilə birlikdə “Çaykovskiy” restoranında kuryer işləmiş və sonuncunu həmin müddətdə tanımışdır. 2019-cu ilin aprel-may aylarında Elton ondan 10 ay ərzində qaytarmaq şərti ilə 1700 manat borc istəmişdir və o razılaşaraq sonuncuya 1000 ABŞ dolları pulu borca vermişdir. 2019-cu ilin noyabr ayınadək Elton ona olan borcundan 700 manat qaytarmışdır. Bundan sonra isə Elton onların işlədikləri restorandan işdən cıxmış və həmin vaxtdan etibarən müxtəlif bəhanələr gətirməklə ona olan borcunun qalan hissəsini qaytarmaqdan boyun qaçırmışdır. 15 aprel 2020-ci il tarixinə keçən gecə o Eltona “İnstaqram” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq ona olan borcunu qaytarmasını tələb etmiş, qaytarmadığına görə sonuncunu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin tarixdə saat 11:30-da Elton ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o Eltonun yaşadığı ünvan 1 ünvanının qarşısına gedərək orada Eltonla görüşmüşdür. Görüş zamanı o Eltona yaxınlaşıb söhbət etmək istədikdə sonuncu qəfildən yumruqla onun göz və ağız nahiyələrindən bir neçə dəfə vurmuşdur. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 30 aprel 2020-ci il tarixli, 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol gözün konyuktivasına qansızma ilə müşaiyət olunmuş sol göz ətrafının və sol yanaq nahiyəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 15.04.2020-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. səh 18-20) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2013-cü il tarixli 1(004)-19/2013 nömrəli hökmüngən görünür ki, əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 26- 30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 21.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 46-47) 13.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs dedikləri ilə razı olaraq sonuncunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. (i.v. 68-69) “Qətimkan tədbiri seçilməsi haqqında” 13 mart 2021-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-83) “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 89-92) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs X3 ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət yoxdur və onlar artıq barışmışlar. Bundan əlavə məlumat üçün bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı borcu qaytarmamışdır. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 01.07.2021-ci il tarixli 21-1/245 nömrəli məktubundan görünür ki, Manafov X7 Rayon Məhkəməsinin 21.02.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 17.05.2013-ci il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-206/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-206/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver