Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-206/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 08 dekabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanın qarşısında qeri rəsmi münasibətdə olduğu Şahid1 anası Zərərçəkmiş şəxs onun mənzilinin qapsının qarşısında görməsini və qızından uzaq durması iradının bildirməsi səbəbindən Zərərçəkmiş şəxs üstünə hüçüm edərək mənzilin dəhlizində yerləşən qonşusunun mənzilinin qapsının üzərindən olan dəmir əl tutacağının üzərinə başını bir neçə dəfə vuraraq ona ənsə sümüyü qabarının sağ tərəfli xarici sümük səhvəsi hüdudunda sınıq ilə müşayiət olunan əzilmiş yara kimi nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəkli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı Şahid1 ilə təxminən 2014-cü il tarixdə tanış olmuş və bir müddət Leyla ilə bir yerdə yaşamışdır. Təxminən 2022-ci ilin noyabr ayının əvəllərində Leyla onunla yaşamaq istəmədiyini bildirmişdir. 08 dekabr 2022-ci il tarixdə saat 13 radələrində o, Şahid1 onunla olan münasibətlərinin kəsilməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Leylanın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 19 ünvanında yerləşən mellisa yaşayış park 3e, mənzil 7 saylı evə gəlmişdir. Həmin vaxt o mənzilin qapsını döymək istəyən zaman, təsadüfət Aybəniz binanın liftindən cıxaraq ona tərəf gəlib “qızıma ne etmisən” sözünü deyərək onun üstünə hüçüm etmişdir. Aybənizin bu sözünə cavab olaraq o Leylanın evdə olduğunu və onun Leylaya heçnə etmədiyini demişdir. Lakin buna baxmayaraq Aybəniz əsəbi halda onu təhqir edərək yenidən onun üstünə hüçüm etdiyi üçün o, özünü müdafiə etmək və Aybənizi özündən kənarlaşdırmaq məqsədi ilə onun əlindən tutub itələmiş və liftə minarək oradadan cıxıb getmişdir. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun qızıdır. Qızı Leyla təxminən 2014-cü il tarixdə Təqsirləndirilən şəxsla tanış olmuşdur. 08 dekabr 2022-ci il tarixdə saat 13 radələrində qızı Leyla ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvana gələn zaman mənzilin qapsının qarşısında Rəşadı görmüşdür. Həmin vaxt qızı Leyla isə evdə olmuşdur. Bu zaman o, Rəşadın Leylaya xəsarət yetirdiyini və onu öldürdüyünü zənn edərək qışqıraraq “qızımı öldürmüsən” sözünü deyib və o, həyacanlı vəziyyətdə mənzilin qapsını açmaq istəyən zaman Rəşad onunla mübahisə edərək əli ilə onun sağ qolundan tutub dəhlizdə olan qonşunun mənzilinin qapsınına tərəf itələmiş və onun başı qapını açmaq üçün nəzərdə tutulan dəmir tutacağına dəymişdir. Bundan sonra Rəşad hadisə yerindən qaçmışdır. Həmin vaxtı onun qışqırıq səsinə qonşular və mənzildə olan qızı Leyla gələrək hadisənin şahidi olmuşlar. Bundan sonra Leyla baş vermiş hadisə barədə DİN-nin 102 xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə tanış olmuş və 2015-ci ilin sonunadək onunla yaşamış, lakin o, sonradan Rəşadın ailəsi olduğunu bildiyi üçün onunla ayrılmışdır. 08 dekabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanda yerləşən evdə olankən mənzilin blokunda anasının qışqırıq səsini eşidib qapını açan zaman anası Aybənizin başından xəsarət aldığını və başı qan içərisində olduğunu görmüşdür. Bundan dərhal sonra anasına ilkin tibbi yardım göstərmiş və anasından hadisə barədə soruşmuş, anası isə onun sualına cavab olaraq bildirmişdir ki, Rəşad əli ilə qolundan tutaraq dəhlizdə olan qonşunun mənzilinin qapısnın üzərinə vurulmuşdur. Həmin vaxt onun başı mənzilin qapısını açmaq üçün nəzərdə tutulan dəmir tutacağına dəymiş və o xəsarət almışdır. Bundan sonra o, mənzildən bloka çıxıb, orada Rəşadın olmadığını görmüşdür. Daha sonra isə o, baş vermiş hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5 ünvanda öz ailəsi ilə birlikdə yaşayır, həmin ünvanın 7 saylı mənzilində isə Zərərçəkmiş şəxs yaşayır. 08 dekabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan zaman, mənzilin dəhlizində qışqırıq səsini eşidərək dəhlizinə çıxmış və görmüşdür ki, həmin vaxt qonşu mənzildə yaşayan Aybənizin qızı Leyla yaşadığı mənzildən cıxaraq dəhlizdə olan liftə tərəf qaçımışdır. Bu zaman o, mənzilin dəhlizində olan mənzilin qapsının qarşısında Aybənizin yerdə uzanıqlı vəziyyətdə olduğunu, başından qan axdığını görmüşdür. Bundan sonra o, onlara yaxınlaşaraq Aybənizə ilkin tibbi yardıma göstərməsi üçün təcili tibbi yardıma müraciət etmiş və bir qədər sonra həkim briqadası gələrək Aybənizə ilkin tibbi yardım göstərmişdir. Bir müddət sonra o, Aybənizdən nə baş verdiyini soruşduqda Aybəniz ona qızı Leylanın tanışı olan Rəşadın onun əlindən tutaraq itələdiyini və həmin vaxt onun başının qonşu mənzilin qapsının üzərinə olan dəmir əl tutacağa dəydiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilərkən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 19, mellisa yaşayış parkı e 3 ünvanda 08 dekabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərinin pozulması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən qonşu mənzilin qapsının üzərinə vurulmuş dəmir əl tutacağının üzərinə baş hahiyəsini vuraraq xəsarət yetirdiyi yeri, yəni Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 19, mellisa yaşayış parkı e 3 ünvanda əyani olaraq göstərməklə baxış protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 12-16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2022-ci il tarixli, 1255 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs olduğu xəsarətənsə sümüyü qabarının sağ tərəfli xarici sümük səhvəsi hüdudunda sınıq ilə müşayiət olunan əzilmiş yara küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 08 dekabr 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. (i.v. 20-22) “Zərəçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən onun qolunan tutaraq başını qonşunun mənzilinin qapsının üzərinə vurulmuş dəmir tutacağının üzərinə vuraraq bədən xəsarətlərinin yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. (i.v. 42-46) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 59) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 05/1255 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs olduğu xəsarət-ənsə sümüyü qabarının sağ tərəfli xarici sümük səhvəsi hüdudunda sınıq ilə müşayiət olunan əzilmiş yara küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 08 dekabr 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarət kənar şəxs tərəfindən dəmir alətlə vurulması nəticəsində, eləcə də kənar şəxs tərəfindən onun başının ənsə nahiyəsinin küt əşyaya cırpılması nəticəsində törənə bilərdi. Bu xəsarət Zərərçəkmiş şəxs kənar şəxs tərəfindən itələnməsi və onun başının ənsə nahiyəsinin küt əşyaya dəyməsi nəticəsində də törənə bilməsi inkar olunmur. Qeyd olunan xəsarəti Zərərçəkmiş şəxs özünə yetirməsi inkar olunur. (i.v. 63-66) 25 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əli ilə onun qolundan tuturaq başını qonşu mənzilin qapsının üzərində olan dəmir tutacağına qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 74-76) “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 102-103) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur, onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-206/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-206/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver