Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-207/2018 08.06.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X9 Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən,ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü siqaret kağızının iç tərəfı ilə bükülmüş, ümumi təmiz çəkisi 0,361 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini hər biri 10 manat olmaqla, ümumilikdə 20 manat nəğd pul verməklə əldə edib özündə saxlamış, daşımış və Bakı şəhəri Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarıştədbiıiəri nəticəsində xx xxxxxx 2018-ci il tarixdə saat 14:45-də ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ- nin 26-cı PB-nə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində olan ağrılarla əlaqədar narkotik vasitə olan heroindən istifadə edir. Narkotiki əsasən Yasamal rayonu A.Şaiq küçəsində və ya “Sovetski" kimi adlanan yerdə tanımadığı şəxslərdən pulla əldə edir. xx xxxxxx 2018-ci il tarixdə bədənində güclü ağrılar olduğundan narkotik vasitə heroin almaq istəmişdir. Bununla əlaqədar saat 11:30 radələrində A.Şaiq küçəsinə gedib bir qədər gəzişdikdən sonra heç bir şəxsi məlumatını bilmədiyi şəxsə yaxınlaşıb ondan özü istifadə etmək üçün 20 manat ödəyib iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin almışdır. Narkotiki aldıqdan sonra onu əyninə geyindiyi göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin şəxsdən uzaqlaşmış və bir qədər gəzişdikdən sonra piyada saat təxminən 14:45 radələrində yaşadığı, yəni ünvan 2 saylı ünvanın qarşısında olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələri istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Yasamal RPl-nin 26-cı PB-nə dəvət etmişlər. O da razılaşmış və birlikdə polis idarəsinə getmişlər. Polis əməkdaşları üstündə şəxsi axtarış keçirmək məqsədilə hüquqlarını müdafıə etmək üçün vəkil dəvət etmişlər. Bundan sonra isə polis əməkdaşlan vəkılin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşları ondan üzərində qanunla qadağan edilmiş maddələrin, narkotik vasitələrin olub olmadığını soruşmuşlar. O da könüllü olaraq əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə A.Şaiq küçəsində tanımadığı şəxsdən hər biri 10 manat olmaqla, ümumilikdə 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları üzərində yenə də şəxsi axtarış keçirmişlər, əlavə olaraq onun üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonravəkilin iştirakı ilə bu barədə protokol tərtib olunmuş və narkotik vasitə olan heroın qablaşdırılaraq ondan götürülmüşdür. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, evə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPl-nin 26-cı PB-də əməliyyat muvəkkili işləyir. Bakı şəhərı, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs qanusuz olaraq narkotik vasitələrin qəbulunda və üzərində saxlamasına dair xx xxxxxx 2018-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı tərəfindən rəsmiləşdirilərək əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, xx xxxxxx 2018-ci il tarixdə o və bölmənin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməlıyyat qrupu təşkil olunandan sonra davranış xətti izah edilmişdir. Daxil olmuş əməlıyyat məlumatı əsasında saat təxminən 14:45 radələrində Yasamal rayonu Ak.Qarayev küçəsi 44 ünvanının qarşısında xarici əlamətləri barədə məlumatlı olduqları, sonradan şəxsiyyəti tərəflərindən müəyyənləşdirilən xx xxxxxxx 1977ci il təvəlludlu X6 ilə qarşılaşmışlar. Onu saxlayaraq özlərini təqdim edib onlarla Yasamal RPİ-nin 26-cı PB-nə getməsıni təklif etmişlər. Təqsirləndirilən şəxs imtına etmədən onlarla bölməyə getmiş və bölmədə ona narkotik vasitələrin qəbulu və saxlamasında şübhəli olduğunu izah etdikdən sonra, R.Əİəsgərli müdafiəçi ilə təmin olunmuş və onun üstündə saat 15:15-də videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmışdir. Şəxsi axtarış keçırilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərındəhər-hansı qanunsuz əşya varsa könüllu olaraq təqdim etsin. Rufət Ələsgərli əynindəki göy rəngli şalvarın sağ yan cibindən gümüşü siqaret kağızının iç tərəfi ilə bükulmüş, üstü ağ rəngdə olan iki ədəd bükülünü təqdim etmiş, həmin maddələrin nədən ibarət olması, haradan, nə vaxt, hansı məqsədlə aldığı barədə Təqsirləndirilən şəxs sual verilmiş, R.Əİəsgərli bildirmişdir ki, aşkar olunan bükümlərdəki maddələr narkotık vasitə heroındir, həmin gun A.Şaiq küçəsində tanımadığı şəxsdən özu istifadə etməsi üçun hər bukümünü 10 manata alıb əldə etmiş, əynindəkı göy rəngli şalvarının sağ yan cibində saxlamışdır. R.Əİəsgərlinin üzərində yenidən şəxsi axtarış keçirilmiş, lakin qadağan edilmiş heç nə aşkar olunmamışdır. Aşkar olunan bükümlər isə yenidən bağlanaraq qablaşdırılmış. bu barədə protokol tərtib olunmuş və tərtib olunan protokol ucadan oxunduqdan sonra hər bir iştirakçı tərəfındən imza olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2018-ci il tarixli, 5438 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki, iki ədəd bükümdə, ümumi təmiz çəkisi- 0,361 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2018-ci il tarixli 663 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM-yə əsasən cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Həmçinin iş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən təqsirləndirilən şəxs R.X1 ilə nikahdadır, onların xx.xx.2000-ci il təvəllüdlü Ağatahir adlı oğlu, xx.xx.2004-cü il təvəllüdlü Tələt adlı oğlu vardır. İş materiallarında olan Yasamal RİH 46 saylı MKİS tərəfindən xəqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müstəq xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 97,95 manat (doxsan yeddi manat 95 qəpik)Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,311qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-207/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-207/2018
08.06.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver