Məhkəmə qərarları › İş №1(004)-207/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-207/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-207/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 06 gün qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka" adlanan ərazidən şəxsiyyəti isintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,271, 0,202 qram, ümumi təmiz çəkisi 0,473 qram şəxsi istehlak miqdarından artıq miqdarda olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli, kristal şəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 100 manata əldə edib saxlayaraq daşımış, “əməliyyat-axtarış tədbirinin keçirilməsi" haqqında qərara əsasən Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi həyət evində aparılmış baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,271, 0,202 qram, ümumi təmiz çəkisi 0,473 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayı dəstinin üzərində olan ağ rəngli yastığın altından bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilməklə cəzaya məhkum edilmiş və məhkumluqların çoxu narkotikə görə olmuşdur. 2001-ci ildən başlayaraq Nəsimi Rayon Məhkəməsinin, X14 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin və sonuncu dəfə 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə məhkum edilməklə 2018-ci ildə həbsdən azad olunmuşdur. Uzun illərdir ki nakrotikdən istifadə edir. Əvvəllər narkotik satıcısı kimi tutulsa da, sonuncu cinayətindən sonra, yəni 2012-ci ildən narkotik satmır. 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra bədənində ağrılar olmuş və buna görə narkotik istifadə etməyə başlamışdır. O, istifadə etmək üçün özünə narkotik axtarmağa başlamış və Bakı şəhəri, Nəsimi rayonunda hamının “Kubinka" kimi tanıdığı ərazidə narkotik tapa biləcəyini düşünmüşdür. Çünki o, əvvəllər bir neçə dəfə “Kubinkadan" özünə istifadə etmək üçün eyni adamdan heroin və psixotrop maddə olan metamfetamin almışdır. xx xxxx 2020-ci il tarixdə bir müddətdir ki özü üçün yığdığı 100 manat pulu evdən götürüb Nəsimi rayonuna “Kubinkaya" getmişdir. Özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və adını bilmədiyi 30-40 yaşlarında bir oğlandan 100 manata iki ədəd sellofan bükümdə heroin və bir ədəd sellofan bükümdə metamfetamin alıb üstündə saxlamışdır. Həmin şəxsin özü heroni və metamfetamini bükümlərə ayırmışdır. Onun heroini və metamfetamini bükümlərə nəyə görə ayırması barədə məlumatı yoxdur. Bəzən pulu olmayanda narkotik vasitə ala bilmədiyi üçün aldığı heroni iki bükümdə almışdır. Bükümlərdəki heroni gündəlik tələbatına uyğun olaraq ineksiya, yəni iynə vurma yolu ilə bədəninə qəbul etmişdir. xx xxx 2020-ci il tarixdə heroinin bir hissəsi onun cibində qalmış, metamfetamini isə evdə yataq otağında yastığının altında gizlətmişdir. Ailə üzvləri onun narkotik istifadə etdiyini bilsələr də, onların evdə narkorik olduğundan məlumatları olmamışdır. İki büküm heroni üstündə saxlamaqda məqsədi münasib yer tapan kimi qəbul etməsi olmuşdur. Həmçinin özündə heroni qəbul etmək üçün şprisi olmadığından narkotik vasitəni istifadə edə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində o, yaşadığı ünvan 4 ünvanının qarşısında dayanarkən, mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış və özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməyi tələb etmişlər. O, polis əməkdaşlarına özü barədə məlumat vermişdir. Polis əməkdaşları ona narkotik vasitə gəzdirməkdə və yaşadığı evdə narkotik saxlamaqda şübhəli olduğunu və məhkəmə qərarına əsasən onun yaşadığı evə və üstünə baxış keçirilməli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşlarından biri mobil telefonu ilə videoçəkiliş edəcəyini ona bildirib özlərində olan onun yaşadığı evdə baxış aparılması haqqında qərarla tanış etmiş, o, etiraz etməyib evində baxış aparılmasına razılıq vermişdir. Əvvəlcə, polis əməkdaşı evdə ona üzərində qanunsuz əşya və daşınması qadağan olan maddənin olub-olmamasını, olduğu halda təhvil verməsini təklif etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Polis əməkdaşı ondan sellofan bükülüdəkinin nə olduğunu soruşduqda o, hər iki bükülünün içərisində heroin olduğunu və özü istifadə etmək üçün aldığını demişdir. Polis əməkdaşı iki ədəd sellofan bükülünü açdıqda içərisində qəhvəyi rəngli maddənin olduğunu görmüşdür. Daha sonra evə baxışa başlanılmış və evin 2-ci mərtəbəsində olan ona məxsus yataq otağındakı çarpayı dəstinin üzərindəki ağ rəngli yastığın altından bir ədəd şəffaf sellofan büküm tapılmışdır. Həmin bükümdəkinin nə olduğunu ondan soruşduqda onlara həmin bükümdəki maddənin şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı polis əməkdaşı ondan narkotik maddələrin satışı ilə məşğul olub-olmadığını soruşduqda o, polis əməkdaşına əvvələr satdığını və buna görə məhkum olunduğunu, hazırda narkotik maddə satmadığını və belə bir niyyətinin olmadığını demişdir. Daha sonra o, şalvarının sağ yan cibində olan cib bıçağını da polisə təhvil vermişdir. Həmin bıçaqdan o, heroini əzmək üçün istifadə etmişdir. Bundan sonra nə onun üstündə, nə də ki, evdə qanunsuz heç nə tapılmamışdır. Ondan və yataq otağından götürülmüş, ümumilikdə 3 ədəd büküm və bir ədəd bıçaq zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, o protokola imza etmişdir. Daha sonra polis əməkdaşları onu avtomobilləri ilə Yasamal rayon Polis İdarəsinin binasına gətirmişlər və araşdırmanın aparılması təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı tərəfindən də üstünə baxış aparılmış, lakin üstündə heç nə tapılmamışdır. Bu barədə protokol tərtib edilmiş, o, protokola imza etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon X3 mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1952-ci il tarixdə Narkotiklərlə mübarizə bölməsinə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Bu barədə müvafiq qərar qəbul edilmiş və həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna özü, həmçinin Yasamal RPl-nin NMB-nin əməliyyat müvəkkili Mübariz Cəfərov və əməliyyat müvəkkili Namiq İmanov daxil edilmişdir. Hərətqulu İmanovun yaşadığı ünvana daxil olaraq baxış aparılması məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində ünvan 6 ünvanına qrup üzvləri ilə birlikdə getmişlər. Həmin ünvanın qarşısında dayanmış bir nəfər şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onlar ona Yasamal RPl-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra o, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tanış etmiş, Təqsirləndirilən şəxs onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu və həmin qərara əsasən yaşadığı evdə baxış aparılacağını izah etmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə tanış olduqdan sonra buna qanuni əsaslar olduğundan etiraz etməmişdir. Baxışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə və evə baxışa başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və evində dövriyyəsi qadağan edilmiş maddə və əşyanın olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli müddə kütlələri aşkar edilmişdir. Həmin cibindən o, bir ədəd bıçaq da çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağında “şüşə" kimi tanınan metamfetamin olduğunuə, həmin yataq otağının evin 2-ci mərtəbəsində yerləşdiyini bildirmişdir. Yataq otağında çarpayı dəstinin üzərində olan ağ rəngli yastığın altından bir ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli, kristal şəkilli kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini və metamfetamini xx xxx 2020ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka" adlanan yerdən İran İslam Respublikasının vətəndaşı kimi tanıdğı bir nəfərdən 100 manata özünün istifadə etməsi üçün almışdır. Təqsirləndirilən şəxs götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə NMB-nə əməliyyat melumatı daxil olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili X12 şahid X4 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Mübariz Cəfərov tərəfindən tərtib edilmiş və əməliyyat müvəkkilləri X7 və X12, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxx 2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli müddə kütlələri və evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayı dəstinin üzərində olan ağ rəngli yastığın altından bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağı aşkar edilərək götürülmüş və və videoçəkilişdən istifadə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1006 saylı materialların məhkəmə ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, tədqiqatına təqdim edilmiş üzərində AR DİN-ə məxsis “Zərflər üçün №42" möhür əksi və “Təqsirləndirilən şəxs..." və s. yazılar olan zəfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,202 qram, ümumi təmiz çəkisi 0,473 qram qəhvəyi rəngli, tozşkilli maddə kütlələri kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahsına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" siyahsına (Siyahı İ) daxildir. (Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,473 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş və 0,433 qram qalıq qalmışdır. Metamfetamininin ümumi təmiz çəkisi 0,174 qram, tədqiqata sərf edilmiş 0,03 qram və 0,144 qalıq qalmışdır). Ekspertiza tədqiqatının dəyəri 109 ( bir yüz doqquz) manat təşkil edir (i/v 51- 55). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/603 saylı məhkəmə ballistik ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir (i/v 144-146). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1102 saylı materialların məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-ə məxsus “Zərflər üçün №42” möhür əksi olan zərfdəki qırmızı dəstəkli bıçağın səthində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. İz mikrohissəcikləri yetərsiz olduğundan təqdim olunan iki bükümdəki heroinlə eyniləşdirmə tədqiqatının aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 109 ( bir yüz doqquz) manat təşkil edir (i/v 149-151). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 2001 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində “asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixi 39 saylı “Narkotik vasitərləin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs oölunun yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 147-148). İş üzrə maddi sübut kimi tanınmış CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili kapitanı X6 şəxsiyyəti əməliyyat orqanına məlum olan Yasamal rayonuu, C.Məmmədquiuzadə küçəsi 19 saylı evin giriş qapısının küçəyə baxan hissəsində saxlanılmış Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili kimi təqdim edir və Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Yasamal rayon Məhkəməsinin qərarını oxuyaraq Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 19 saylı mənzilinə baxış keçirəcəyini və baxışın başlama saatını 10:30 göstərərək Təqsirləndirilən şəxsla və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Namiq İmanovla birlikdə mənzilə həyət qapısından daxil olurlar. Mənzilin birinci mərtəbəsində yerləşən dəhlizdən pilləkənlərlə mənzilin 2-ci mərtəbəsinə daxil olurlar və orada Təqsirləndirilən şəxs təklif edirlər ki, üzərində və ya mənzilində dövriyyəsi qadağan olunmuş əşyalar vardırsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofana bükülmüş bükülüləri çıxararaq masanın üzərinə qoyur. NMB-nin əməliyyat müvəkkili Mübariz Cəfərov bükümləri bir-bir açaraq içərisinə baxır. Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümlərdə olan maddə kakos kimi tanıdığı narkotik vasitədir və İran vətəndaşından 5-10 manat verməklə öz istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs təklif olunur ki, mənzilində dövriyyəsi qadağan olunan əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs yatdığı yatağı əli ilə göstərərək yatağında narkotik vasitə olduğunu bildirib yatağında balıncını qaldıraraq döşəyin üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edir. Həmin bükülüyə baxış keçirilərkən bükümün içərisində olan maddənin ağ rəngli kristal hissəsiklər olduğu aşkar görünür. Həmin büküm digər bükümlərlə birlikdə zərfə qoyularaq qablaşdırılır və 42 saylı mühürlə möhürlənir və baxışda iştirak edən şəxslər tərəfindən imzalanır. Təqsirləndirilən şəxs daha sonra əynindəki göy rəngli cins şalvarının sağ cibindən qırmızı rəngdə qatlanan bıçağı da masanın üzərinə qoyaraq təqdim edir. Maddi sübutlar götürülür və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili M.Cəfərov baxışın 10:40 başa çatdığını elan edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 06 gün qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 137-139). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 110-111). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 06 gün qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,433 qram narkotik maddə - heroin, 0,144 qram psixotrop maddə metamfetamin və bir ədəd bıçaq məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-207/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,433 qram narkotik maddə - heroin, 0,144 qram psixotrop maddə metamfetamin və bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar