Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-207/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hacıağa qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Abşeron rayonu, Sitalçay qəsəbəsində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay qəsəbəsində qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs Hacıağa qızına məxsus ünvan 1 ünvanda qonaq olduğu dövrdə 12 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində qonaq otağında servantda olan qabın içərisindən 300 manat pulu, əyarı 583, çəkisi 4 qram, qiyməti 400 manat olan qızıl boyunbağını və əyarı 583, qızılının çəkisi 5.4 qram, qiyməti 600 manat olan bir cüt brilyant qaşlı qızıl sırğanı gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində 2 azyaşlı uşağı var və ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay qəsəbəsində yaşayır. Hazırda Cəbrayıl rayonunda usta işləyir. 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə gəlib özünə sürücü işi tapandan sonra müvəqqəti olaraq həyat yoldaşının xalası Zərərçəkmiş şəxs ünvan 2 ünvanda olan mənzilində qalmışdır. 12 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Gülçöhrə evdən çıxıb harasa getmiş, o, mənzildə tək olmuş və qonaq otağında olan servanta baxanda təsadüfən orada olan qabın içərisində pul, bir ədəd qızıl boyunbağı və bir cüt şəffaf qaşları olan qızıl sırğa olduğunu görmüşdür. Maddi vəziyyəti ağır olduğundan pul və qızıl əşyalarını oğurlayıb mənzildən çıxıb həmin gün, saat 15 radələrində Sumqayıt şəhərinə mərkəzi univermağa getmiş, orada qızılın alışı və satışı mağazasında oğurladığı bir ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğanı göstərərək pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Satıcı ondan həmin qızıl zinət əşyalarını oğurlayıb-oğurlamağını soruşduqda həmin qızıl zinət əşyaları özünə məxsus olduğunu bildirib şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Mağazada işləyən şəxs qızıl boyunbağı və bir cüt qızıl sırğanı tərəzidə çəkdikdən sonra onunla 410 manata razılaşmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Hadisədən sonrakı gün Zərərçəkmiş şəxs ona zəng edib qonaq otağında servantda olan qabın içərisindən 300 manat pulu, bir ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğanın olmadığını, əgər o götürmüşsə qaytarıb gətirməyi təklif etmiş, o, isə xəbəri olmadığını bildirmişdir. 22 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşları onu həmin PB-nə dəvət etmişlər, o isə izahatını alarkən törətdiyi əməlini etiraf etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Hacıağa qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Sevdanın kürəkənidir. 09 yanvar 2022-ci il tarixdə Qismət ona demişdir ki, onun yaşadığı evin yaxınlığında özünə iş yeri tapmış, yaşadığı ünvan iş yerindən uzaq olduğuna görə gedib- gəlməkdə çətinlik çəkdiyi üçün gəlib müvəqqəti olaraq onun yaşadığı mənzildə qalmasına icazə verməyini xahiş etmişdir. O da etiraz etməyərək Qismətə onun yaşadığı mənzildə qalmasına razılıq vermişdir. 12 yanvar 2022-ci il tarixdə Qismət mənzildən getmiş, həmin gündən sonra yaşadığı mənzilə qayıtmamışdır. Qismət mənzilindən gedəndən sonra yaşadığı mənzildə qonaq otağındakı servantda olan qabın içərində saxladığı pulu götürmək istəyəndə həmin qabın içərisində saxladığı 300 manat pul, 1 ədəd qızıl boyunbağı və 1 cüt brilyant qaşlı qızıl sırğanın olmamasını aşkar etmişdir. O, Qismətə zəng edib qonaq otağında servantda olan qabın içərisində qeyd etdiyi pulu, boyunbağını və bir cüt sırğanı götürübgötürməməsini soruşmuş, Qismət götürmədiyini, yəni oğurlamadığını bildirmişdir. O. sonradan yenə də Qismətin istifadə eldiyi telefona zəng etsə də, zənglərinə cavab verməmiş, o da məcburiyyət qarşısında qalaraq DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1300 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhərində Mərkəzi univermaqda qızıl əşyalarının alışı və satışı ilə məşğul olur. 12 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində işlədiyi mağazaya əvvəllər tanımadığı özünü Qismət kimi təqdim edən şəxs gələrək özünə məxsus olan bir ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğanı pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Ondan həmin qızıl zinət əşyaları oğurlayıb-oğurlamamasını soruşduqda oğurlamadığını bildirərək özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra həmin zinət əşyalarının qızılının əyarı 583 və köhnəlmiş olduğunu görmüş, ona görə də qırıntı kimi, hər bir qramını 43 manat 60 qəpikdən alacağını bildirmiş və onlar razılığa gəlmişlər. Qismət həmin qızıl zinət əşyalarını ondan 410 manata almağa razılaşmışdır. O, bu barədə qızılın alışının aktı kitabında 12 yanvar 2022-ci il tarixdə qeydlər aparmışdır. Bundan sonra o Təqsirləndirilən şəxs 410 manat pul vermiş və sonuncu mağazadan çıxıb getmişdir. 22 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Sumqayıt şəhəri Mərkəzi univermağa işlədiyi mağazaya gələrək ona qeyd olunan qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs tərəfindən satılıb satılmamasını soruşduqda aldığını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri B.Bağırova küçəsində yerləşən 11 mərtəbəli, 11 saylı evin 2 otaqdan ibarət 14-cü mənzildir. Vətəndaş Əzizova yaşadığı mənzildə qonaq otağındakı skafı (servant) göstərib bildirmişdir ki, biri neçə gün əvvəl şkafda olan ağ qabın içərisindən 300 manat pul və bir ədəd qızıl boyunbağı, bir cüt brilyant sırğa oğurlanmışdır. Vətəndaş Zərərçəkmiş şəxs mənzilindən oğurluq edilməsi ilə bağlı bir neçə gün əvvəl 3 gün müddətində onlarda qalmış bacısının kürəkəni Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. (i.v. 9-11) Qızılın alışının akt kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd sep, bir ədəd sırğadan ibarət 583 əyarlı, ümumi çəkisi 9.4 qram olan qızıl məhsulunun satışı qarşılığında 410 manat əldə etmişdir. (i.v. 17-18) Baxış protokolundan görünür ki, X4 izahatına əlavə etdiyi şəxsiyyət vəsiqəsinin fotoşəkili Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsi əksidir. Həmin şəxsiyyət vəsiqənin sol yuxarı küncün hissəsində sarı metal sərgli boyunbağı və şəffaf qaşları olan bir cüt qarı metal rəngli sırğanın şəkili vardır. Qızılın alışının aktı kitabında çıxarışda 12 yanvar 2022-ci il tarixi, şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs soyadı, adı. ala adı. təhvil verilən malın adları- sep.yəni boyunbağı və sırğa, həmin malların ümumi çəkisinin 9.4 qram, əyarları 583. dəyərinin ümumilikdə 410 təşkil edilməsi barədə qeydlər olması müəyyən edilmişdir. Baxışda iştirak edən zərərçəkimş şəxs Zərərçəkmiş şəxs llacağa qızı şəxsiyyət vəsiqəsində əksi olan şəxsin Təqsirləndirilən şəxs olduğunu və həmin şəxsiyyət vəsiqəsi ilə birlikdə çəkilmiş boyunbağı və qaşları olan bir cüt sırğanın fotoşəkili Təqsirləndirilən şəxs tərəfindən onun mənzilindən oğurlanmış qızıl zinət əşyalarının fotoşəkili olmasın təsdiq etmişdir. (i.v. 17-31) “Sübutların qiymətləndirilməsi haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Şahid izahatına əlavə etdiyi 12 01.2022-ci ıl tarixdə Təqsirləndirilən şəxs bir ədəd qızıl boyunbağı və bir cüt qaşları olan qızıl sırğanı alarkən sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə qeyd olunan qızıl zinət əşyalarının planşetlə çəkdiyi şəkil və həmin zinət əşyalarının alması barədə «Qızılın alışının aktı kitabından» çıxarış məlumat daşıyıcıları olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid ifadələri, baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 46-52) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: 16 mart 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Ayəlşah oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya tələbnamədən görünür ki, Əhmədov X3 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnda məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli aministiya haqqında qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 44-45) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs Hacıağa qızı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2009-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CMnin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut kimi tanınmış Şahid izahatına əlavə etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir ədəd qızıl boyunbağı və bir cüt qaşları olan qızıl sırğanı alarkən sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə qeyd olunan qızıl zinət əşyalarının planşetlə yəkdiyı şəkil və həmin zinət əşyalarının alması barədə «Qızılın alışının aktı kitabından» çıxanş cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid izahatına əlavə etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir ədəd qızıl boyunbağı və bir cüt qaşları olan qızıl sırğanı alarkən sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə qeyd olunan qızıl zinət əşyalarının planşetlə yəkdiyı şəkil və həmin zinət əşyalarının alması barədə “Qızılın alışının aktı kitabından” çıxanş cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-207/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-207/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver