Məhkəmə qərarları › İş №1(004)-207/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-207/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-207/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X3 və Yeganə adlı tanışı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 may 2022-ci i tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs Elyaz qızının işlətdiyi “1001 Xırdavat” adlı mağazaya gələrək aralarında olan razılaşmaya əsasən o və Yeganə adlı tanışı satışda olan malların qiymətlərini soruşaraq Zərərçəkmiş şəxs fikrin yayındırmalarından istifadə edən X16 Alıyevaya məxsus olan piştaxtanın üzərində saxladığı, içərisində 2100 manat pul olan 7 manat dəyərində pul kisəsini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.107 (iki min yüz yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 09 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhər Nəsimi rayonu “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manata əldə edib üzərində saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 15:45-də Yasamal RPİ- nin NMB-nin və Yasamal RPİ-nin 27-cı Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, PB-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, X3 ilə məhbus yoldaşı olmuş, münasibətləri yaxşıdır. İşləmədiyindən pula ehtiyacı olmuşdur. 23 may 2022-ci il tarixdə təxminən günorta vaxtı Zeynəb onun Abşeron rayonu, Xırdalan şəhərində, “Af-Park” adlanan yerdə Heydər Əliyev prospektində kirayədə qaldığı evə gəlmişdir. Bu zaman onun evinə həmçinin tanıdığı Yeganə də gəlmişdir. Yeganənin soyadını bilməsə də, bildiyinə görə, hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cı maddəsi ilə cinayət işinə Binəqədi rayon məhkəməsində baxılır. Onlar ünsiyyətdə olanda demişlər ki, pullar yoxdur, gedib mağazaların birindən oğurluq edərək pul əldə edə bilərlər. Əvvəlcədən olan razılıqlarına əsasən onlar mağazada satıcıdan piştaxtanın müxtəlif yerlərində olan malların qiyməti ilə maraqlanaraq satıcının fikirini yayındırmalı idilər ki, bu zaman kimin fürsəti varsa pul və ya digər bir şey oğurlaya bilsin.Odur ki, həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən, istintaq zamanı adının Zərərçəkmiş şəxs Elyaz qızı olduğu bildiyi şəxsin işlətdiyi “1001 Xırdavat” adlı mağazaya gəlmişdilər ki. həmin üsul ilə imkan yaradıb nə isə oğurlaya bilsinlər. Mağazada bu zaman təkcə bir satıcı Əsmər olmuşdur başqa adam olmamışdır, o və Yeganə alıcılar kimi özlərini apararaq satışda olan malların qiymətlərini soruşmaqla satıcı Əsmərin fikirini yayındırmış, bu zaman Zeynəb bundan istifadə edərək Zərərçəkmiş şəxs məxsus olaraq piştaxtanın üzərinə, stulun yanında olan hissədə, qırmızı rəngli ləyənlər olan yerə qoyduğu qara rəngli pul kisəsini gizli oğurlayaraq diqqət cəlb etmədən mağazadan çıxıb tez oradan aralanmış, bundan sonra o və Yeganə də mağazadan çıxıb Zeynəbin arxası ilə tez gedib sonuncuya çatmışdırlar.Onlar əvvəl ara küçəyə girmiş, o, Zeynəbə çataraq onları tələsdirmişdir ki tez pulu götürüb sənədləri və pul kisəsini atmaq lazımdı deyib Zeyəbin əlindən pu, kisəsini alıb əlindəki sellofan torbaya qoymuş, Yeganəni isə göndərmişdir ki, taksi tapsın O, pul kisəsinin içərisinə baxanda olarada 2100 manat pul, sənədin və blank kartlarının olduğunu görmüşdür. Pullardan 1350 manatı götürüb pul qabını Zeynəbə vermiş Zeynəbdə bir söz demədən 750 manat pulu götürüb pul qabını şəxsiyyət vəsiqəsi və bank kartları ilə birlikdə zibilliyə atmışlar.Yeganəyə təxminən 120-130 manat pul verilmişdir Binəqədi rayon Polis İdarəsində vermiş olduğu ifadəsində oğurladıqları pul qabındak puldan xəbəri olmadığını bildirməsini özünü müdafiə etmək üçün göstərmişdir. Həmçinin tanışı Şahid5 və onun dostlar, ilə birlikdə ünvan 5 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. Şahid5 bunun üçün onlara şərait yaratmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdə olan zamaı. polis əməkdaşları Şahid5 ilə birlikdə evə daxil olub onun razılığı ilə baxış keçirmişlər.Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PBnə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyim təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini 09 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində «Kubinka» adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata almışdır. Maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməmişdir. Əməlini etiraf etməsini, peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin qəbulu ilə məşğuldur. 10-15 gündür tanışı Şahid5 ilə onun dostları ilə birlikdə ünvan 6 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdə olan zaman polis əməkdaşları Şahid5 ilə birlikdə evə daxil olub onun razılığı ilə baxış keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir.Bu təklifdən sonra o, qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərfi möhürlənmiş və bu barədə protokol tərtib edilib protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Ondan narkotik vasitə olan heroin aşkar edilərkən polis əməkdaşları bütün prosesləri video çəkilişlə qeyd etmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən, bir mərtəbəli tikilidən ibarət “1001 Xırdavat” adlı mağazanı icarəyə götürərək işlədir, mağazada təsərrüfat, ev-məişət əmlaklarının satışın, həyata keçirir. Mağaza yol kənarındadır və malların bir hissəsi mağazanın qarşısında da düzülmüşdür. O, hər gün mağazada saat 08-dən axşam saat 21-22-dək olaraq satışla məşğul olur. 23 may 2022-ci il tarixdə saat 18 radələrində işlətdiyi “1001 Xırdavat” adlı mağazada olanda üç nəfər tanımadığı qadın alıcı kimi mağazaya daxil olaraq hərəsi, piştaxtanın müxtəlif tərəfindən onu çağıraraq guya malların qiymətləri ilə marağlanmağa başlamışlar. Lakin özlərinin aparmaqlarından və malların qiymətlərini formal soruşmalarından o, bir ticarətçi kimi hiss etmişdir ki, bu qadınlar mal alana oxşamırlar, elə-belə ona suallar verirlər. Bu zaman ona məxsus qara rəngli pul kisəsini piştaxtanın üzərinə, stulun yanında olan hissədə, qırmızı rəngli ləyənlər olan yerə qoymuşdur. Həmin pul kisəsində 2100 manat pul, şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-nin verdiyi iki ədəd bank kartları olmuşdur. Pullar müxtəlif, 100-lük, 50-lik, 20 manatlıq və s. əskinazlardan ibarət olmuşlar. Pulu o, bundan əvvəlki günlərdə "xxxx" ASC-dən kredit kimi götürmüş, lazer aparatı almalı olmuş, odur pulu kisəsində saxlamışdır. Bank kartın birində 5000 manat pul olmuş, o birisində isə pul olmamışdır. Bu qadınlar onun fikirini mallara yayındırmış, sonra isə əvvəl yaşlı qadın getmiş, onun arxası ilə isə digər ikisi, ondan malların qiymətlərini soruşan qadınlar tələsik çıxıb getmişlər. Bu qadınlar mağazada olan zaman o, bacısı Şölə Quliyeva ilə görüntülü olaraq telefonla danışırmış və qadınlar gedəndə bacısı ona demişdir ki, diqqətli ol, qadınlardan yaşlısı stulun yanındakı piştaxtadan nə isə götürüb getmişdir. Odur ki, o, qadınların arxası ilə baxanda görmüşdür ki, bu qadınlar tələsik olaraq ara küçələrə tərəf getmiş, lakin o, mağazanı boş qoya bilmədiyi üçün həmin qadınları təqib edə bilməmişdir. Sonra mağazada piştaxtaya baxanda görmüşdür ki, pul kisəsi oğurlanmış, odur ki, həmin tarixdə saat 18:34-də zəng edib bu barədə polisə məlumat vermişdir. Oğurluq olmasını görərək o, başa düşmüşdür ki, bu qadınlar əlbir olaraq ikisi qəsdən onun fikirini yayındırmışlar ki, digəri oğurluq etsin və sonra onlar bir istiqamətdə getmişlər Qadınlardan birinin təxminən 55-58 yaşı, o birisinin təxminən 48-50 yaşı, üçüncüsünün isə nisbətən cavan olduğunu deyə bilər. Araşdırma zamanı qadınlardan yaşlısının Zeynəb, orta yaşlının Şəbinə və digərinin Yeganə olması ona məlum olmuşdur. Zeynəbi və Səbinəni o, polis bölməsində görüb dərhal tanımışdır,Yeganəni də görsə tanıyar. Mağaza ilə üzbəüzdəki obyektdə kamera vardır, onun görüntüsündən o, bu qadınların şəkillərini çıxartmışdır. Lakin video görüntünü kameradan köçürəndə bu görüntü pozulmuş və hazırda yoxdur. Dərhal hadisədən sonra banka zəng etmiş və kartları bloklatdırmışdır, odur ki, kartından pul çıxarılmamışdır. Hadisə nəticəsində dəyəri 1 manat təşkil edən pul kisəsi, həmin pul kisəsinin içərisində olan 2100 manat pulu oğurlanaraq ona cəmi 2.107 (iki min yüz yeddi) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa o ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi. Döngə 3 ünvanında yerləşən işlətdiyi “1001 Xırdavat” adlı mağazada baş vermişdir. Oğurlanmış pul və əmlak ona məxsus olmuşdur. Oğurluğun olmasını videogörüntü ilə bacısı Şölə görmüşdür. "xxxx" ASC-nin ona verdiyi iki ədəd bank kartları olmuşdur. O, həmin kartları "xxxx" ASC-dən götürərkən kartlara görə heç bir ödəniş etməmişdir. Kartların birində 5000 manat pul olmuş, o, həmin kartı bağlatdırmışdır 5000 manat özündə qalmışdır, o birisi kartda isə pul olmamışdır.Ona görə də kartların özləri qiymətsiz olduğundan və içərilərindən heç bir məbləğdə pul çıxarılmadığından, kartların oğurlanmaları nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli şəxslərin olması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və həmin ünvanda olan şəxslərin cinayət başında ifşa etmək məqsədi ilə 09 sentyabr 2022-ci il tarixdə o, 27- ci PB-nin sahə inspektoru, Şahid2 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:45 radələrində ünvan 9 ünvanda özünü Şahid5 kimi təqdim edən şəxs qarşılamış və özlərini təqdim edərək yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Şahid5 tərəflərindən mənzilə baxış keçirilməsinə etiraz etməmiş və onları mənzilə dəvət emişlər.Həmin mənzilə daxil olduqda orada 3 nəfər şəxsin, yəni sonradan Şahid6, Şahid7 və X4 müəyyən olunmuş və həmin şəxslərə özlərini təqdim edib polis əməkdaşları olduqlarını, mənzildə narkotik vasitələrin qəbul edilməsi barədə əməliyyat məlumatının olduğunu bildirmişlər. Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs sorğu zamanı Şahid5 tanışları olduqlarını, narkotik vasitə istifadəçiləri olduqlarını və hazırki evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər.Mənzilə baxış zamanı evin 1 otaqlı olması, otaqda əşyaların dağınıq, səliqəsiz vəziyyətdə olması, otaqdakı masanın üzərində istifadə edilməmiş 1 ədəd iynə (şpris) müəyyən edilmişdir. Mənzilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid5, Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27-ci PB-nə dəvət olunmuşlar.Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər Şahid5, Şahid6. Şahid7 və X2 hər birinə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərin hər birini bu qərarla tanış edərək hansı səbəbə PB-yə gətirildikləri, üzərlərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən nakrotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif edilmişdir.Əvvəlcə şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid5 bildirmişdir ki, bir ildir ki, narkotik vasitələrdən istifadə edir, hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid5 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid5 bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında Nəsimi rayonu “Kubinka” deyilən ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədyi şəxsdən əldə edərək istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan sonra şübhəli şəxs Şahid6 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid6 bildirmişdir ki, o, da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı biı ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid6 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid6 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroin olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxs X2 üzərinə şəxsi “axtarış və götürmə” hərəkəti keçirildi və Şəbinə Əlipaşayeva bildirmişdir ki, o, da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şəbinə Əlipaşayeva üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə “kokos” deyilən heroindir. Daha sonra şübhəli şəxs Şahid7 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid7 bildirmişdir ki, o, da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızna bükülmüş bükülünü təqdim etmişdir. Şahid7 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid7 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş və Şahid7 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün Yura adlı şəxsə məxsus evdə olduqları soruşulduqda onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və Şahid5 tanışı Yura adlı şəxsə məxsus evə tanışları Şahid5 yanma gəldiklərini, Eltonun tanışı Yura adlı şəxsin evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirmişlər. Bundan sonra Şahid5, Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs hər birindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Şahid5, Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid5, Şahid6, Şahid7 və X2 narkotik vasitələrin satışı ilə məşqul olmaları barədə bizdə hər-hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid3 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bacısıdır. Əsmər ticarətlə məşğul olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən, bir mərtəbəli tikilidən idarət “1001 Xırdavat" adlı mağazanı icarə əsasında işlədir, mağazada təsərrüfat, ev-məişət əmlaklarının satışını həyata keçirir. Mağaza yol kənarındadır və malların bir hissəsi mağazanın qarşısında da düzülmüşdür Əsmər hər gün mağazada saat 08-dən axşam 21-22-dək olaraq satışla məşğul olur. 28 may 2022-ci il tarixdə saat 18 radələrində Əsmər işlətdiyi “1001 Xırdavat" adlı mağazada olanda üç nəfər qadın alıcı kimi mağazaya daxil olaraq hərəsi piştaxtanın müxtəlif tərəfindən Əsməri çağıraraq guya malların qiymətləri ilə marağlanmağa başlamışlar. Əsmərin sonra ona danışmasından ona məlum olmuşdur ki,bu qadınların özlərinin aparmalarından və malların qiymətlərini formal soruşmalarından hiss etmişdir ki,bu qadınlar mal alana oxşamırlar, elə-belə suallar verirlər. Bu zaman piştaxtanın üzərinə, stulun yanında olan hissədə, qırmızı rəngli ləyənlər olan yerə Əsmər qara rəngli pul kisəsini qoymuşdur. Həmin pul kisəsində 2100 manat pul, şəxsiyyət vəsiqəsi və "xxxx" ASCnin verdiyi iki ədəd bank kartları olmuşdur. Pulu Əsmər bundan əvvəlki günlərdə "xxxx" ASCdən kredit kimi götürmüşdür ki, lazer aparatı ala bilsin, ödür pul kisəsində saxlamışdır. Kartın birində 5000 manat pul olmuşdur, o birisində isə pul olmamışdır. Bu qadınlar Əsmərin fikrini mallara yayındırmışlar, sonra isə əvvəl yaşlı qadın getmişdir, onun arxası ilə isə digər ikisi, yəni Əsmərdən malların qiymətlərini soruşan qadınlar tələsik çıxıb getmişlər. Bu qadınlar mağazada olan zaman o, bacısı Əsmər ilə görüntülü olaraq telefonla danışırmış və qadınların birinin piştaxtanın pul kisəsi olan hissəsində nə isə yəni pul kisəsi və yaxud pul götürüb getdiyi görmüşdür. O, Əsmərə bu barədə demişdir ki, diqqətli olsun. Lakin Əsmər qadınların arxası ilə baxanda görmüşdür ki, onlar tələsik ara küçələrə tərəf getdilər.Əsmər mağazanı boş qoya bilmədiyindin qadınların arxası ilə getməmişdir. Mağazada Əsmər piştaxtaya baxanda görmüşdür ki, pul kisəsi oğurlanmışdır, odur ki, saat 18:34-də zəng edib bu barədə polisə məlumat vermişdir. Oğurluq olmasını görərək Əsmər başa düşmüşdür ki, bu qadınlar əlbir olaraq ikisi qəsdən onun fikirini yayındırmışlar ki, digəri oğurluq edə bilsin. Hadisə nəticəsində Əsmərin dəyəri 7 manat təşkil edən pul kisəsi, pul kisəsinin içərisində olan 2100 manat pul oğurlanaraq ona cəmi 2.107 (iki min yüz yeddi manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, uzun illər əvvəllər ünvan 10 ünvanında yaşayır. Yura adlı şəxsi də həmin vaxtlardan tanımışdır. ünvan 11 ünvanından köçdükdən sonra mütəmadi olaraq Yura adlı şəxsin yaşadığı ünvan 6 ünvanına qonaq gəlmiş, spirtli içki qəbul edib söhbət etmişlər. Təxminən 1 ildir ki, narkotik vasitələrin istifadə ilə məşğul olur. Təxminən bir ay yarımdır ki, narkotik vasitə qəbul etmək üçün ünvan 12 ünvanına gəlmiş, tanışları Şahid7, Şahid6 və Şəbinə Əlipaşayevaya da həmin evdə narkotik vasitə qəbul etmələrinə şərait yaratmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdən çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında gəldiklərini bildirmiş və evə baxış keçirmək istədiklərini bildirmişdər. O, buna etiraz etməmiş və evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir.Bu təklifdən sonra şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Elton İbrahimovu təxminən bir il yarımdır ki, tanıyır, təxminən 10 ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. 10-15 gündür tanışı Şahid5 və onun dostları ilə birlikdə ünvan 6 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdə olan zaman polis əməkdaşları Şahid5 ilə birlikdə evə daxil olub onun razılığı ilə baxış keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27- ci PB-nə dəvət etmişlər.Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin ona məxsusdur, şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Kubinka deyilən ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən 15 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5054 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Arayışlar üçün № 168” dairəvi möhür əksi olan “X2 üzərindən”... sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7592 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, ilk dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 206.2, 234.4.3, 234.4.1-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X13 Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, qadın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Binəqədi RPİ İŞ müstəntiqi tərəfindən CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs kimi xx.xx.2022-ci il tarixdə tutulmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, həbsdən azad edimlmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs kimi 09 sentyabr 2023-cü il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun 11 sentyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 04 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd fotoşəkil, "xxxx" ASC-dən təqdim olunmuş sənədlər, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 26 gün (iki il iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 130 manat (yüz otuz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,494 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd fotoşəkil, "xxxx" ASC-dən təqdim olunmuş sənədlər, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar