Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-208/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Ə.Zeynalov küçəsi ev 22/23, mənzil 19-da qeydiyyat olan və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 170, mənzil 5-də yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi adlanan yaşayış sahəsindən şəxsiyyəti isintaqa məlum olmayan “Əlövsət” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunun içərisində 10 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,096, 0,456 qram, 0,103 qram, 0,480 qram, 0,106 qram, 0,094 qram, 0,095 qram,0,100 qram, 0,092 qram, 0,111 qram olmaqla ümumi təmiz çəkisi 1,733 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 12 radələridə xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov və S.Əsgərova küçələrin kəsişməsində saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 10 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,096, 0,456 qram, 0,103 qram, 0,480 qarm, 0,106 qram, 0,094 qram, 0,095 qram,0,100 qram, 0,092 qram, 0,111 qram olmaqla ümumi təmiz çəkisi 1,733 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o 10 ildir ki, narkotik vasitə olan heroini və digər narkotik vasitələri inyeksiya vasitəsi ilə, çəkmək, həb formasında qəbul edir və uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. 2014-cü ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” yaşayış sahəsinə gedərək, orada “Əlövsət” kimi tanıdığı şəxsdən özünün şəxsi istifadəsi üçün narkotik maddə tiryək istəmiş və Əlövsət bir ədəd kibrit qutusunun içərisində olan təxminən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş tiryək kimi bildiyi narkotik vasitəni ona 20 manata satmışdır. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində evdən çıxaraq çörək və şirniyyat almaq məqsədi ilə “Nizami” metrosunun yaxınlığında yerləşən mağazaya piyada gedən zaman ona post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə ondan şəxsiyət məlumatlarını soruşmuşlar. Həmin vaxtı cibində narkotik vasitə ilə dolu kibrit qutusu olduğundan, özündən asılı olmayaraq o, narahat hisslər keçirtmiş və polis əməkdaşları bunu görüb üzərinə şəxsi axtarış aparılması üçün onu Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. Orada polis əməkdaşları ondan üzərində daşınması və gəzdirilməsi qadağan edilən əşya, yaxud da maddənin olub-olmadığını soruşmuş o, isə hər şeyi olduğu kimi danışmış və əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən içərisində 10 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryək olduğunu bildiyi bir ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin gün onun üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya olmamışdır. Bundan sonra polis əməkdaşları onun üzərindən aşkar olunmuş narkotik vasitəni zərfə qoyaraq qablaşdırmışlar. Bununla bağlı o protokolu və zərfi imzalamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hər bükümü bir dəfəyə istifadə etdiyi üçün, ona istifadə zamanı rahat olsun deyə kibrid qutusunun icərisində olan narkotik vasitəsini Əlövsət 10 ədəd sellofan bükülərək ona satmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin Post Patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət aparır. xx xxxx 2020-ci il tarixdə polis nəfərləri Şahid2 və Şahid3la Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi ilə M.Muxtarov küçələrinin kəsişməsində xidmət aparan zaman bir nəfər şəxsi görmüşlər. Həmin gün xüsusi karantin rejimi ilə bağlı evdə cölə çıxmaq qadağan edildiyi üçün sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini ona təqdim etdikdən sonra ondan hansı əsaslarla evdən çıxmasının səbəbini soruşmuşlar. Onların sulina cavab olaraq Zaur çörək və şirniyyat almaq üçün çıxdığını demiş və xususi karantin rejimi zamanı hərəkət etmək üçün icazəsinin olmadığını bildirmişdir. Bundan sonra karantin qaydalarını pozuduğuna görə Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsi məqsədilə onun 27-ci PBnə aparılması üçün avtopatrul maşınını çağırmışlar. Həmin avtopatrul maşını onlara yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilə otuzduran zaman ondan üzərində gəzdirilməsi və saxlanması qadağan olan əşya və maddənin olub olmadığını soruşduqda Zaur onlara artıq neçə ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, hazırda üzərində narkotik vasitənin də olduğunu onlara bildirmişdır. Olar Polis Bölməsinə çatdıqdan sonra bu barədə raportla PB-nin rəhbərliyinə məruzə etmişlər. Raport əsasında araşdırmanın aparılması 27-ci PB-nin təhqiqatçısı Fərid Şirinova həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığı üçün əvvəlcə müdafiəçi dəvət edilmiş və ona hüquqları, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş və videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bundan sonra Zaura üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş və o, əynində olan boz rəngli cins şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Kibrit qutusu açıldıqdan sonra qutunun içərisində 10 ədəd şəffaf sellofana bökülmüş içərində spesifik iyə malik qəhvəyi rəngli maddələrin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 10 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatlarıhərbiri özünə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan 10 ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitəyə bənzər kristal formada maddələri təqdim edərək həmin bükümdəki maddələrin tiryək olduğunu, həmin maddələri xx xxxx 2020-ci il tarixdə “Kubinka” deyilən ərazidə Əlövsət adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını və xx xxxx 2020-ci il tarixdə saat 12:30-da üzərində daşıyan zaman Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi ilə M.Muxtarov küçələrinin kəsişməsində polis əməkdaşları tərəfindən şühəli şəxs kimi polis bölməsinə dəvət edildiyini bildirmişdir.(i.v. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1011 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN-ə məxsis “Zərflər üçün №168” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs...” və s. yazılar olan zərfdəki 01 ədəd kibrit qutusunda 10 ədəd bükümdə ümumi təmiz çəkiləri 1,733 qram (maddələrin ayrı-ayırlıqda təmiz çəkiləri 1 saylı cədvəldə verilmişdir maddə kütlələri kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir. 10 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz on dörd manat, doxsan qəpik) təşkil edir; (i.v. 35-39) “Baxış aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “CD” diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində 10 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq içərisində tiryək olduğunu bildirmişdir.(i.v. 63-64) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(004)-378/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır; (i.v. 92-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 1944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v. 132-133) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-164/2014 saylı xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; (i.v. 98-100) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 164/2014 saylı xx xxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 127-131) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 10 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,096 qram, 0,456 qram, 0,103 qram, 0,480 qram, 0,106 qram, 0,094 qram, 0,095 qram,0,100 qram, 0,092 qram, 0,111 qram olmaqla ümumi təmiz çəkisi 1,733 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,633 qram heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1011 nömrəli məhkəmə ekspertizasının rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 1944 saylı rəyi maddi sübut kimi qəbul edilmişdir; Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Fərid Şirinov tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılılması və götürmə” haqqında xx.xx.2020-ci il tarixli protokolu və “CD” disk sübut növü kimi qiymətləndirilmiş, “CD” disk iş materiallarına əlavə edilmişdir. (i.v. 135-143) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,733 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nın 83.3.3-cı maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməsinə baxmayaraq məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 1,633qram qalıq çəkisi olan heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-208/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-208/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver