Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-208/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X12 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar törədilməklə oğurluq etmişdir. Belə ki, F.E.Dadıxa tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri ünvan 4 binanın 7-ci mərtəbəsinin ümumi dəhlizindən orada saxlanılan və həmin binanın 17 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 900 manat dəyərində istifadədə olmuş «Bianchi Metropoli» markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ünvan 4 binanın 9-cu mərtəbəsinin ümumi eyvanındakı qapısı açıq olmuş şkafda saxlanılan və həmin binanın 27 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 500 manat dəyərində istifadədə olmuş «X18» markalı velosipedi gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017ci il tarixdə saat 19 radələrində Bakı şəhəri ünvan 4 binanın 8-ci mərtəbəsinin ümumi dəhlizindən orada saxlanılan və həmin binanın 22 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 600 manat dəyərində istifadədə olmuş «Kross Evado» markalı velosipedi gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 təxminən 2011-ci ildən ümumi dostları olmuş şəxslərin vasitəsi ilə tanımış, sonuncu ilə heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Onlar əvvəllər ara-sıra görüşərək şəhərə gəzməyə getmiş, digər tanışları ilə vaxtlarını birlikdə keçirmişlər. 01 oktyabr 2017-ci il tarixdə o, növbəti dəfə Kənan ilə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən «Hüseyn Cavid» parkında görüşdüyü zaman sonuncu ona «N.ünvan 2 ünvanda yerləşən hündürmərtəbəli binanın blokunda güya tanıdığı adamların çoxlu velosipedlərinin olduğunu və həmin velosipedləri satmaq və ya sürmək üçün götürə biləcəklərini demişdir. O, ciddi düşünmədən Kənanın həmin təklifi ilə razılaşdıqdan sonra ayrılaraq hərəsi öz yaşadığı evlərə çıxıb getmişlər. Səhərisi günü, yəni 02 oktyabr 2017-ci il tarixdə saat 17 radələrində o, Kənanla yenidən «Hüseyn Cavid» parkının yanında görüşmüş, sonuncu ona Qurban Xəlilov küçəsində yerləşən həmin binanın blokunun dəhlizlərində olan velosipedləri gedib götürməyi təklif etmiş və o, həmin təklif ilə razılaşdıqdan sonra saat 18-19 radələrində birlikdə getmişlər ünvan 3 ünvanda yerləşən həmin binanın blokuna daxil olmuşlar. Kənan ona demişdir ki, velosipedlər binanın 7-ci mərtəbəsindədir və birlikdə qalxmışlar həmin mərtəbəyə. Orada dəhlizdə olan bir ədəd «Bianchi Metropoli» markalı velosipedin olduğunu görərək, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra Kənan həmin velosipedə yaxınlaşaraq götürmüş, ikisi də həmin velosipedi düşürdüb binanın 5-ci mərtəbəsində qoymuşlar. Bundan sonra onlar binanın 9cu mərtəbəsinə qalxmış və orada ümumi dəhlizin eyvanında heç bir qıfılı və ya kilidi olmayan plastik dolabın qapısını açdıqda aşağı gözdə bir ədəd «X18» markalı velosipedin olduğunu görərək ətrafda heç kimin olmadığına əmin olmuşlar və o, həmin velosipedə yaxınlaşaraq götürmüş, sonra birlikdə binanın 5-ci mərtəbəsinə düşürdərək orada qoymuşlar. Həmin zaman onun əl izləri həmin dolabın üzərində qalmışdır. Daha sonra onlar binanın 8-ci mərtəbəsinə qalxmış və orada dəhlizdə bir ədəd «Kross Evado» markalı velosipedin olduğunu görərək eyni qaydada həmin velosipedi də götürərək binanının 5-ci mərtəbəsinə düşürtmüşlər. Sonra Kənan ilə birlikdə həmin velosipedləri aparmışlar onun yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, ev 535, mənzil 32 mənzilin olduğu bloka qoymuşlar və hərə öz yaşadığı mənzilə getmişdir. Daha sonra Kənan özü həmin üç ədəd velospedləri oradan götürərək aparıb ikisini qoymuşdur qonşusu olan Əli adlı kişinin yaşadığı həyət evinə, birini isə öz yaşadığı mənzilə. 04.10.2017-ci il tarixdə isə gecəyarı vaxtlarında o, məhəllədə tanışı ilə söhbət etdiyi zaman mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gəldikdən bir qədər sonra Kənanın da orada olduğunu görmüşdür. Onlar həmin velosipedləri birlikdə oğurladıqlarını səmimi olaraq etiraf etdikdən sonra Kənan qoyduğu yeri göstərmiş, bir ədəd «X18» markalı və bir ədəd «Bianchi Metropoli» markalı velosipedləri hər ikisinin iştiakı ilə polis işçiləri Əlinin həyət evindən götürmüşlər. Daha sonra polis işçiləri bir ədəd «Kross Evado» markalı həmin velosipedi Kənanın yaşadığı mənzildən götürmüşlər. Kənanla birlikdə həmin velosipedləri satmaq üçün tanışları olan Adnana dedikdən sonra o, «Whatsapp» sosial şəbəkəsi vasitəsilə sonuncuya bir ədəd «X18» markalı, bir ədəd «Bianchi Metropoli» markalı velosipedlərin fotoşəkillərini göndərmiş və sonuncu «Tap.az» saytında satmaq üçün elan qoyduğu üçün həmin məsələnin üstü açılmışdır. Belə ki, onlar «X18» markalı velosipedi 350 manata, «Bianchi Metropoli» markalı velosipedi 350 manata və «Kross Evado» markalı velosipedi 300 manata satmaq istəmişlər. Onlar həmin üç ədəd velosipedləri oğurladıqları zaman bunu kənardan heç kim görməmişdir. Həmin velosipedləri satmaq istəyərəkən onlar heç kimə velosipedləri oğurladıqlarını deməmişlər, velosipedlərin sahiblərini əvvəllər tanımamışlar və heç bir münasibətləri olmamışdır. O, həmin hadisədən nə əvvəl, nə də sonra başqa heç bir cinayət törətməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs F.E.Dadıxanın təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 2A, 27 saylı mənzildə yaşayır. Yaşadığı mənzili binanın 9-cu mərtəbəsində yerləşir. O, 2013-cü ildə Səbail rayonu ərazisində yerləşən mağazadan 600 manata bir ədəd «X18» markalı qara rəngli 29 təkər ölçüsü olan velosipedi almış və yaşadığı mərtəbənin dəhlizinin eyvanında dolabın içərisində saxlamaqla özünə məxsus olmuşdurdur. Həmin velosipedin işlənməsini nəzərə alaraq dəyəri təxminən 500 manat olmuşdur. 03 oktyabr 2017-ci il tarixdə təxminən saat 09:50 radələrində binanın gözətçisi onun mobil telefonuna zəng edərək yaşadığı mərtəbənin eyvanında olan dolabın açıq olduğunu ona demiş, bundan sonra o, iş yerindən çıxaraq saat 09:30 radələrində yaşadığı binaya gəlmiş və həmin eyvanda yerləşən dolaba baxdıqda oradan ona məxsus «X18» markalı velosipedin olmadığını görərək naməlum şəxs tərəfindən oğurlandığını bilmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, 5-10 dəqiqə sonra polis əməkdaşları ora gələrək baxış keçirmiş, şəkillər çəkmiş və əl izlərini götürmüşlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda F.E.Dadıxanın ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səfər-X13 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 2A, 22 saylı mənzildə yaşayır. Yaşadığı mənzil binanın 8-ci mərtəbəsində yerləşir. O, 2016-ci ilin mart ayında Xətai metrostansiyasının yaxınlığında yerləşən Xocalı prospektində olan mağazadan 790 manata bir ədəd «Kross Evado» markalı velosipedi almış və yaşadığı mərtəbənin dəhlizində saxlamaqla özünə məxsus olmuşdurdur. Həmin velosipedin işlənməsini nəzərə alaraq dəyəri təxminən 600 manat olmuşdur. 03 oktyabr 2017-ci il tarixdə saat 09:00 radələrində yaşadığı mənzildən blokun dəhlizinə çıxdığı zaman orada ona məxsus olan həmin «Kross Evado» markalı velosipedin olmadığını görmüş, dərhal əynini geyinərək binaya nəzarət edən mühafizəçiyə yaxınlaşaraq bu barədə bildirmişdir. Mühafizəçi ona yenidən binaya baxmağı təklif etmiş, o, binanın 11-ci mərtəbəsindən aşağı düşərək bütün mərtəbələrə baxmış, 9-cu mərtəbədə yaşayan qonşusu Mustafanında blokun eyvanında olmuş velosipedin olmadığını bilmişdir. Bundan sonra o, başa düşmüş ki, həmin velosipedlər oğurlanmışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və 5-10 dəqiqə sonra polis əməkdaşları ora gələrək baxış çekirmiş, şəkillər çəkilmiş və əl izləri götürmüşlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək hal-hazırda F.E.Dadıxanın ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 2A, 17 saylı mənzildə yaşayır. Yaşadığı mənzil binanın 7-ci mərtəbəsində yerləşir. O, 2015-ci il tarixdə tanışından 900 manata bir ədəd «Bianchi Metropoli» markalı velosipedi almış və yaşadığı mərtəbənin dəhlizində saxlamaqla özünə məxsus olmuşdurdur. 03 oktyabr 2017-ci il tarixdə saat 10:00 radələrində işləri ilə əlaqədar olaraq binadan çıxmaq istədiyi zaman mühafizəçi ona velosipedinin yerində olub-olmaması ilə maraqlanmış, o, yenidən yaşadığı 7-ci mərtəbəyə qalxdıqda özünə məxsus həmin «Bianchi Metropoli» markalı velosipedin yerində olmadığını görərək dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək baxış keçirmiş, şəkillər çəkmiş və əl izləri götürmüşlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda F.E.Dadıxanın ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində X12 ilə birlikdə həmin cinayəti törətdiyini təsdiq edərək bildirmişdir ki, X9 təxminən 2011-ci ildən dostlarının vasitəsi ilə tanımış, sonuncu ilə ədavəti və düşmənçiliyi olmamışdır, sonuncu ilə görüşərək şəhərə gəzməyə gedirmişlər. 01 oktyabr 2017-ci il tarixdə yenidən X12 ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən «Hüseyn Cavid» parkında görüşdükləri zaman o, sonuncuya ünvan 4 ünvanda yerləşən binanın içərisində çoxlu velosipedlərin olduğunu və həmin velosipedləri satmaq və ya sürmək üçün götürə biləcəklərini demişdir. Fərid onun həmin təklifi ilə razılaşmış və sonra ayrılaraq öz evlərinə getmişlər. Bundan sonra onlar 02 oktyabr 2017-ci il tarixdə saat 17:00 radələrində yenidən «Hüseyn Cavid» parkının yanında görüşmüşlər. O, X14 küçəsində yerləşən binanın dəhlizlərində olan velosipedləri gedib götürməyi təklif etmiş, sonuncu onun təklifi ilə razılaşmış və onlar saat 18-19 radələrində ünvan 5 ünvanda yerləşən həmin binanın içərisinə daxil olmuşlar. Binanın 7-ci mərtəbəsinin dəhlizində olan «Bianchi Metropoli» markalı velosipedi görüb ətrafda heç kimin olmadığını gördükdən sonra o, həmin velosipedə yaxınlaşaraq götürmüş və Fərid ilə birlikdə həmin velosipedi aparıb binanın 5ci mərtəbəsinə qoymuşlar. Bundan sonra onlar həmin 9-cu mərtəbəsinə qalxmış və orada «X18» markalı velosipedin olduğunu, ətrafda isə heç kimin olmadığını gördükdən sonra Fərid həmin velosipedə yaxınlaşmış və götürdükdən sonra aparıb binanın 5-ci mərtəbəsinə qoymuşlar. Bundan sonra onları binanın 8-ci mərtəbəsinə qalxmış, orada «Kross Evado» markalı velosipedin olduğunu görərək həmin velosipedi də götürüb binanının 5-ci mərtəbəsinə düşürtmüşlər. Sonra oğurladıqları həmin velosipedləri aparıb Fəridin yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 535 məhəllədə yerləşən binanın blokuna qoymuşlar və hərə öz yaşadığı mənzillərə getmişdir. Daha sonra o, axşam saatlarında həyətdə olduğu zaman mülki geyimdə iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİnin 26-cı polis bölməsinə getdikdən sonra orada tanışı X7 da olduğunu görmüşdür. O, həmin velosipedləri Fəridlə birdikdə oğurladığını səmimi olaraq etiraf etmişdir. Oğurladıqları «Kross Evado» markalı velosipedi, «Bianchi Metropoli» markalı velosipedi və «X18» markalı velosipedləri satmaq üçün Fəridlə birlikdə tanışları olan Adnana demişlər, lakin oğurluq olmasını bildirməmişlər. Adnan həmin velosipedləri «Tap.az» saytına satmaq üçün qoymuşdur. Onlar «X18» markalı velosipedi 350 manata, «Bianchi Metropoli» markalı velosipedi 350 manata və «Kross Evado» markalı velosipedi 300 manata satmaq istəmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Şahid1 və X9 əvvəllər tanımış, Fərid ilə eyni ali təhsil müəssisəsində oxuduğu üçün sonuncu ilə tanış olmuşdur. Şahid1 isə o, Fəridin vasitəsi ilə tanımışdır. 02 oktyabr 2017-ci il tarixdə Fərid «Whatsapp» vasitəsi ilə ona velosiped şəkilləri göndərmiş, bundan sonra ismarıc yazaraq həmin velosipedləri satmaqda köməklik etməsini istəmişdir. Sonuncudan həmin velosipedlərin qiymətlərini soruşduqda Fərid həmin velosipedləri 350 manata satmasını bildirmiş, lakin həmin velosipedlərin oğurluq olduğunu ona deməmişdir. Bundan sonra o, Fəridin ona göndərdiyi velosiped şəkillərini «Tap.az» saytına yükləmişdir. Həmin zaman Fərid ona yalnız iki ədəd, yəni «Bianchi Metropoli» və «X18» markalı velosipedlərin şəkillərini göndərmişdir. O, «Bianchi Metropoli» markalı velosipedi 400 manata, «X18» markalı velosipedi isə 450 manata sayta şəkillərini qoyaraq özünə məxsus ***-***-**-** telefon nömrəsini qeyd etmişdir. Bundan bir neçə saat sonra ona bir iki şəxs zəng edərək həmin velosipedlərlə maraqlanmışlar. O, həmin şəxslərə sabah görüşə biləcəyini demiş, bundan sonra onun böyük qardaşı zəng edərək Nərimanov rayonu ərazisində yerləşən «Macdonalds» adlı kafenin yanında görüşmək istədiyini və yaşadıqları mənzilə polis əməkdaşlarının gəldiyini demişdir. O, qardaşı ilə görüşərək Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinə getmişlər. Orada ona məlum olmuşdurki, Fəridin ona şəkillərini göndərdiyi velosipedlər oğurluq olmuşlar. Bundan sonra o, polis əməkdaşlarına həmin şəkilləri göndərən şəxsin adının Fərid olduğunu və onunla eyni İnstitutda oxuduğunu demişdir. Fərid ona velosipedlərin oğurluq olduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Şahid1 o, yaşadığı məhəllədən tanımış, qonşuluqda yaşasada, sonuncu ilə heç vaxt yaxın münasibəti olmamışdır. 03 oktyabr 2017-ci il tarixdə təxminən saat 21 radələrində Kənan onun yaşadığı ünvana gələrək həyətə çağırmış, o, çıxdıqda görmüşdür ki, sonuncunun yanında bir nəfər də tanımadığı oğlan və iki ədəd velosiped olmuşdur. Həmin velosipedlərin markalarına o, fikir verməmişdir. O, Kənana yaxınlşadıqda sonuncu ondan xahiş etmiş ki, təcili işləri çıxdığı və getməli olduqları üçün həmin iki ədəd velosipedləri səhərə qədər yaşadığı evin həyətində saxlasın. O, heç nədən şübhələnmədən öz velosipedləri olduğunu fikirləşərək razılığını vermiş, oğurluq ola biləcəyi ağlına gəlməmiş, eyni zamanda nə məsələ olduğunu soruşmaqdan da utanmışdır. Beləliklə də, Kənan və həmin tanımadığı oğlan həmin iki ədəd velosipedləri yaşadığı evin giriş hissəsində pilləkənlərin altında olan yarızirzəminin giriş qapısının qarşısına qoyaraq çıxıb getmişlər. Səhərisi günü, yəni 04 oktyabr 2017-ci il tarixdə təxminən saat 09 radələrində yaşadığı evə Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları gələrək həmin velosipedlər ilə bağlı onu sorğu-sual etmiş və o, da hər şeyi olduğu kimi bildirmişdir. Həmin zaman Kənanı da özləri ilə gətirmişlər. Beləliklə də, ona məlum olmuşdur ki, Kənan həmin iki ədəd velosipedləri oğurlamışdır. O, polis işçilərinə həmin velosipedlərə heç bir aidiyyətinin olmadığı bildirmiş və Kənan da bunu təsdiq etmişdir. Sonra onun razılığı ilə polis əməkdaşları həmin velosipedlərin şəkillərini çəkərək götürüb özləri ilə aparmışlar. Daha sonra o, 26-cı polis bölməsinə gedərək izahat vermiş və öz imzası ilə təsdiqləmişdir. Kənangil həmin iki ədəd velosipedləri ona almağa və ya nyinsə əvəzinə verməyi təklif etməmiş və evində saxlamağa görə ona nəsə vəd etməmişlər. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan 04 oktyabr 2017-ci il tarixli sübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, F.E.Dadıxa həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 173-174-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Rasim Hacıyevin 06 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, F.E.Dadıxanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 181-182-ci vərəqələrində olan 06 oktyabr 2017-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, F.E.Dadıxanın barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 200-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2017-ci il tarixli, 26189 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olunmuş «Kros Evado» markalı velosipedin qiyməti – 350 manat, 01 ədəd istifadə olunmuş «Bianchi Metropoli» markalı velosipedin qiyməti – 400 manat və 01 ədəd istifadə olunmuş «Salcano Sity sport» markalı velosipedin qiyməti – 400 manat olmaqla həmin velosipedlərin işlənmə dərəcəsi nəzərə alınmaqla həmin vəziyyətdə ümumi qiyməti 1150,0 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 29 yanvar 2018-ci il tarixli, 011- 768-1218 №-li məktubu ilə verilmiş məlumatdan görünür ki, ADİS-in mərkəzi serverinə şəbəkə vasitəsi ilə BƏSİİ-dən xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X7 daktiloskopik kartı daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Yasamal RPİ-nin 05 oktyabr 2017ci il tarixli, 091-32143-1217 nömrəli məktubu ilə KTİ-yə göndərilmiş, Zərərçəkmiş şəxs2 əmlakının talanması faktı ilə bağlı hadisə yerindən götürülmüş əl-barmaq izlərindən 02 ədədinin X2 əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkl etdiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 230-231-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 12 aynvar 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, F.E.Dadıxa əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında haqqında 16 yanvar 2018-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd «Bianchi Metropoli», 01 (bir) ədəd «X18» və 01 (bir) ədəd «Kross Evado» markalı velosipedlər iş üzrə maddi sübut kimi tanınmışlar və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan 12 mart 2021-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, F.E.Dadıxanın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cild 59-cu vərəqəsində olan 24 saylı MKİS tərəfindən verilmiş 13 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, F.E.Dadıxa yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş (ünvanlanmış) ərizələrdən görünür ki, onlara vurulmuş ziyan F.E.Dadıxa tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, F.E.Dadıxanın tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar törədilməklə oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar olaraq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs F.E.Dadıxaya cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla F.E.Dadıxaya cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən F.E.Dadıxanın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.E.Dadıxa təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 04 oktyabr 2017-ci il tarixdən 06 oktyabr 2017-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs F.E.Dadıxaya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Bianchi Metropoli», 01 (bir) ədəd «X18» və 01 (bir) ədəd «Kross Evado» markalı velosipedlər sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.E.Dadıxanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, F.E.Dadıxaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. F.E.Dadıxanın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 04 oktyabr 2017-ci il tarixdən 06 oktyabr 2017-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X7 üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Bianchi Metropoli», 01 (bir) ədəd «X18» və 01 (bir) ədəd «Kross Evado» markalı velosipedlər sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X10 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. X7 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-208/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-208/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver