Məhkəmə qərarları › İş №1(004)-208/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-208/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-208/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Salyan rayonu Salyan şəhəri, T.Davudzadə küçəsi ev 46-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə Kamran adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 111,92 qram olmaqla bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və yaşadığı Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava ev 28 ünvanında saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02:30-da Yasamal rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qolsuz gödəkçənin içəri hissəsindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm içərisində 81,14 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüş əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 04:40-dan etibarən yaşadığı ünvan 5 ünvanın həyət hissəsində saxlanc yerindəki dolabın içərisində olan plastik dariəvi qutunun içərisindən şəffaf rəngli sellofan bükümün içərisində 30,78 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik maddələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alıb istifadə edir. Sonuncu dəfə narkotik vasitə marixuananı xx.xx.2023 il tarixdə Bakı şəhəri Kubinka adlanan ərazidə Kamran adlı şəxsdən 150 qram olmaqla 1200 manata öz istifadəsi üçün alaraq yaşadığı ünvanda həyətdə olan saxlanc yeri kimi istfadə etdiyi otaqda saxlamış və hissə hissə istifadə etmişdir. O, ümumiyyətlə həm tutulmaqdan qorxduğu üçün, həm də kimlərin marixuana satdığını tam bilmədiyi üçün marixuana almaq üçün yer tapanda çalışırmışdır ki birdəfəlik gücü çatan qədər alsın və hissə-hissə istifadə etsin. Bu səbəbdən o, 150 qram marixuana almışdır. xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində o gecə yata bilmədiyi üçün yaşadığı ünvanda həyətdə olan saxlanc otağına keçib bir miqdar narkotik vasitə olan marixuana çəkmək istəmişdir. O həyətə çıxarkən masanın üzərində olan azyaşlı oğlunun oyunlar oynadığı və youtube proqramında Wifi vasitəsi ilə cizgi filmlərə baxdığı ağ rəngli İphone markalı mobil telefonu əl fənəri kimi istifadə etmək məqsədi ilə üzərində götürmüş və həyətdəki saxlanc otağına keçmişdir. O həmin otağa keçdikdə atasının çölə çıxdığını və o olan otaq istiqamətinə gəldiyini görmüşdür. O, bu zaman otaqda dolabda ağ rəngli verdrədə gizlədiyi marixuananı götürmüşdü və atasının səsini eşidib marixuananın bir hissəsin tez üstündə gizlətmiş, digər hissəsi isə vedrədə qalmışdır. O, tez həyətdən çölə çıxmışdır ki, atası onu görməsin. Yaşadığı ünvanda nə ailəsi, nə də valideyinləri onun marixuana çəkdiyini və evdə saxladığını ümumiyyətlə bilməmişlər. O çölə çıxıb qapıdan biraz aralaşmışdır ki, ünvan 6 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, gecə vaxtı çöldə nə etdiyini soruşaraq onun narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət edib aparmışlar. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nə getmişdir. Lakin üzərində narkotik vasitə olan marixuana olduğu üçün özünü itirmişdir. Polis əməkdaşları nə desə onu etmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarımı müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərimdə hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynindəki qara rəngli qolsuz gödəkçənin içərisindən 01 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütlə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin narkotik vasitənin bir hissəsinində yaşadığı ünvanda olduğunu qeyd etmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana bükümü gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdirlər. Daha sonra yəni həmin gün saat 04:40-da polis əməkdaşları ilə birlikdə yaşadığı Yasamal rayonu 2-ci Alatava ev 28 saylı ünvanına baxış keçirmişlər. O, könüllü olaraq mənzilinin həyətdəki saxlanc otağında olan dolabın içərisində dairəvi plastik qabın içərisində saxladığı 01 ədəd şəffaf selofanın içərisində tünd yaşıl rəngli kütləni könüllü təqdim etmişdir. təqdim etdiyi maddə narkotik olduğunu bildirmişdir. Yaşadığı evdə hər hansı qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır.Təqdim etdiyi narkotik maddələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunan narkotik vasitəni də şəxsi istifadəsi üçün almışdır. İlkin izahatında polisdə göstərdiyi xüsusatlarla bağlı bildirdi ki, çox həyəcanlı olmuşdur, qorxmuşdur və müəyyən gədər psixoloji təzyiqə məruz qalmışdır və məhz ona görə orada söylədiyi faktlar həqiqətə uyğun deyil. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, həmçinin ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Yasamal RPİ-nə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1982-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olan ünvan 8nıda yaşayan X2 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində məşqul olmasında şübhəlidir. Həmin məlumat haqqında dərhal raport əsasında Yasamal RPİ-nin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 24 oktyabr 2023-cü il tarixdə tarixdə saat 00:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 10 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşaraq özülərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1982-ci il təvəllüdlü X10r. X1 özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nə getməyini təklif etmişlər. X13 da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Orada müdafiəçinin iştirakı ilə sorğu sual və şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsindən əvvəl təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, üzərində daşıdığı hər hansı qeyri qanuni maddə və ya əşya varsa onu könüllü təqdim etsin.Bu təklifdən sonra şübhəli şəxs X13 əlindəki qara rəngli dəri çantanın içərisindən 02 ədəd üzərində qırmızı xətli şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütlə, 01 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütlə, 06 ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli ot şəkilli kütlə, 01 ədəd üzərində qırmızı xətli şəffaf selofan büküm içərisinsə 03 ədəd kəsilmiş üzərində methadone yazılı qəhvəyi rəngli list olmaqla ümumilikdə 12 ədəd preparat və 01 ədəd qırmızı və ağ rəngli elektron tərəzini çıxararaq təqdim etmişdir. X8 həmin kütlələrin nədən ibarət olduğunu soruşduqda, o bildirmişdir ki, həmin kütlələr narkotik vasitələrdir. Həmin narkotik vasitələrin kimdən əldən olunduğu soruşduqda, o bildirmişdir ki, həmin narkotik vasitələri Yasamal rayonu 2-ci Alatava adlanan ərazisindən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən 550 manat pul ödəyərək əldə etmişdir. Keçirilmiş əmliyyat tədbirlərin davamı olaraq X9 üzərindən aşkar olunmuş narkotik vasitələri satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə, yəni xx.xx.2023cü il tarixdə saat 02:30 radələrində ünvan 11 ünvanın yaxınlığında tərəflərindən saxlanılmış və onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nə getməyini təklif etmişdir. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi də təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı X15 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı X23 RPİ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah etdərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Bundan sonra isə təhqiqatçı Orxan Əliyev Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Nizami Canıyevi təqdim etmiş və o da, təqdim olunan vəkil Nizami Canıyev tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra baş təhqiqatçı Orxan Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü kiçik inspektor Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli qolsuz gödəkçənin içəri hissəsindən 1 ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoyaraq bildirdi ki sellofanın içində olan maddə qurudulmuş marixuanandır.Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu imzalamışdır. Polis idarəsində baş vermiş tədbir videoçəkilişlə aparılmışdır. Bundan başqa, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, 2-ci Alatava ev 28 saylı ünvanda da narkotik vasitə saxladığını bildirdiyindən həmin ünvanda sübut əhəmiyyətinə malik ola biləcək maddələrin, digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq həmin evə baxış və götürmə aparılması zərurəti yaranmışdır. Bununla bağlı, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu 2-ci Alatava ev 28 saylı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazıb imzaladı və baş təhqiqatçı Orxan Əliyevin evə baxış və götürmə aparılması haqqında qərar qəbul edərək Təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi Nizami Canıyevi həmin qərarla tanış etmişdir. Bundan sonra isə baş təhqiqatçı Orxan Əliyevin onun və kiçik inspektor Şahid2, eləcə də Təqsirləndirilən şəxs, onun müdafiəçisi ünvan 12 ünvana gəlmiş və həmin evin bayır giriş qapısı açıq göy rəngli dəmir metaldan ibarət olmuşdur. Baş təhqiqatçı Orxan Əliyev prosesual hərəkətə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Baş təhqiqatçı Orxan Əliyev evə baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah olunmaqla, həmçinin bir daha baxış və götürmə haqqında qərarla tanış edərək yaşadığı mənzildə ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsində saxlanc yerindən otaqda dolabın içərisində plastik dairəvi plastik qutunun içərisində şəffaf rəngli sellofan büküm içərisində ot şəkilli kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nədən ibarət olduğunu soruşduqda, o bildirmişdir ki, həmin kütlə narkotik maddəsi olan marixuanadır. Həmin narkotik vasitəlnin kimdən əldən olunduğu soruşduqda, o bildirmişdir ki, selofana bükülü ot şəkilli kütlələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş naməlum kütlə ekspertizaya təqdim etmək üçün baş təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan prosesual hərəkətdə iştirak etmiş bütün şəxslər kimi o da zərfin üzərinə imza etmişdir. Həmçinin evə baxış zamanı qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı Orxan Əliyevin aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirmişdir. Aparılmış prosesual hərəkətlərlə bağlı baş təhqiqatçı Orxan Əliyevin tərəfindən müvafiq protokol tərtib olunmiş, baxışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan 24 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 114-118-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 61-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1483 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunub-götürülmüş bir ədəd bükümdə olan maddənin təmiz çəkisi 81,14 qram, onun yaşadığı Yasamal rayonu 2-ci Alatava ev 28 ünvandan aşkar edilmiş bir ədəd bükümdə təmizçəkisi 30,78 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuarıadır. Marixuananın ümumi çəkisi 111,92qramdır. Tədqiqata cəmi 0,1qram (hər obyektdən 0,05qram) sərf edilmiş, 111,82 qram hissəsi qalıq qalmışdır. Cinayət işinin 62-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat təşkil etmişdir. Cinayət işinin 217-241-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunub-götürülmüş bir ədəd bükümdə olan maddənin təmiz çəkisi 81,14 qram, onun yaşadığı Yasamal rayonu 2-ci Alatava ev 28 ünvandan aşkar edilmiş bir ədəd bükümdə təmizçəkisi 30,78 qram ümumi çəkisi 111,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə olan qurudulmuş marixuananın 111,82 qram çəkidə hissəsi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, 02 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 şəxsi Ambulator X5 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 240 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarıvn birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 738321 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında xx.xx.2012ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Cəfərov, arvada isə Cəfərova soyadı verilmişdir. Cinayət işinin materiallarında olan AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cəfərli Sərvinaz xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cəfərov Xanoğlan xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis kapitanı X4 RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və polis serjantı Şahid2, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə xx.xx.2023-cü il tarixdə saat 04:40-da ünvan 13 ünvana baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının izah olunması, yaşadığı evdə ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək yaşadığı evin həyət hissəsində saxlanc yerindən otaqda dolabın içərisində plastik dairəvi plastik qutunun içərisində şəffaf rəngli sellofan büküm içərisində ot şəkilli kütləni təqdim etməsi, oğlundan həmin kütlənin nədən ibarət olduğunu soruşduqda, o bildirdi ki, həmin kütlə narkotik maddə olmasını, həmin narkotik vasitənin kimdən əldən olunduğu soruşulduqda, sellofana bükülü ot şəkilli kütlələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən bir il əvvəl öz şəxsi istifadəsi ilə əldə etdiyini bildirməsi, daha sonra evə baxış keçirən zaman qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmaması, baş təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütləni ekspertizaya təqdim etmək üçün 01 ədəd ağ rəngli zərflə qablaşdırılması, aşkar olunmuş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, həmçinin ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 24 oktyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 şəxsi Ambulator X5 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 240 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 111,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 111,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış (02) iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar