Məhkəmə qərarları › İş №1(004)-209/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-209/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-209/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, “Silk way” şirkətində sürücü işləyir, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanında yerləşən dalanda şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı qonşusu Zərərçəkmiş şəxs sifətindən əlinin yumruğu ilə vuraraq sonuncuya burun sümüyünün distal ucunda cüzü yerdəyişmə ilə müşayət olunan burunun səthi əzilmiş yarası xəsarətini yetirib dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla təxminən 15 ildir ki bir məhəllədə yaşıyırlar və əvvəllər onların heç bir münaqişələri olmamışdır. Anarın 2 oğlu var onun isə 2 iki qız övladı. Sonuncunun yetkinlik yaşına çatmayan oğlanları hər dəfə onun evlərinin yanından keçərkən əllərindəki lazer oyuncağı ilə mənzilinin içərisinə işıq salırlar. O bir neçə dəfə onlara bu barədə iradlarını bildirsə də nəticəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Anarın oğlanları yenə də onun mənzilinə lazer işığı salmişlar. O bu hərəkəti onun yektinlik yaşına çatmayan qızlarına sataşmaq məqsədi kimi qəbul edəb, əsəbləşmişərək küçəyə çıxmış və bu barədə onların valideyininə iradlarını bildirmək üçün Anar yaşadığı dalana gətmişdir. Anar onun səslərini eşidən kimi evdən cölə çıxmış, əsəbləşçərək öz oğullarından və ondan nə baş verdiyini soruşmuşdur. O hadisəni olduğu kimi Anara danışmış lakin Anarı ölvadları isə belə bir hərəkət etmədiklərini söyləmişlər. Bu zaman o, uşaqları qorxuzmaq üçün onların üstünə gedib düzgün danışmaqlarını tələb etmiş və üşaqlar onun bu hərəkətindən qorxaraq oradan qaçıb getmişlər. Onun bu hərəkəti Anarın xoşuna gəmədiyi üçün, o əsəbi şəkildə “nə demək istəyirsən, qoçusan?” deyərək onun üstünə getmişdir. Bu zaman o, Anarın sifətindən əli ilə vuraraq özündən kənara itələmiş və Anar arxasındakı divara dəyib yerə yıxılmışdır. Bunda sonra o Anara övladlarını düzgün tərbiyyə etməsini bildirərək oradan uzaqlaşdı. Yekun olaraq o əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışdığını bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 15 ildi tanıyır, onlar qonşuluqdan yaşayırlar, əvvəllər heç bir münaqişələri olmamışdır. Onun 14 yaşlı Ərcan və 15 yaşlı Elcan adlı 2 oğlan övladı var. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Ərcan və Elcan küçəyə çıxıb zibil atmaq üçün evdən çıxmışlar. Təxminən 5 dəqiqədən sonra o oğlunun səsini eşidib cölə çıxaraq görmüşdür ki, oğlanları Vilayət tərəfindən qovulmuşlar. O bunu gördükdə Vilayətdən nə baş verdiyini soruşmuş, Vilayət isə onun və onun oğlunun ünvanına nalayiq ifadələr işlədərək guya oğlanları qəsdən onun mənzilinə lazer vasitəsilə işıq saldığını bildirmişdir. Bu zaman oğlu Elcan Vilayətin mənzilinə işıq salmadığını, hətta ondan üzr istədiklərini söylədikdə, Vilayət bir daha onun ünvanına nalayiq ifadələr işlədib onu vurmaq üçün oğlunun üstünə getmişdir. Bu zaman o, Vilayətə “ağzının danışığın bil” sözlərini demiş və bunu eşidən Vilayət onun üstünə gələrək sifətindən yumruq vurmuş, o arxası üstə başı ilə divara dəydikdən sonra yerə yıxılmiş və burnundan qan axmasını hiss etmişdir. Bundan sonra Vilayət yenə də onu nalayiq sözlərlə təhqir edərək oradan getmişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci iltarixli, 527 nömrəli rəyindən görünürki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət burun sümüyünün distal ucunda çüzi yerdəyişmə ilə sınığı ilə müşayiət olunan burunun səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 10 iyul2020-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Həmçinin zərərçəkmiş şəxsə 1000 (bir min) manat ödəməklə, ona dəymiş ziyanı tamamiylə ödəyib. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, 1(004)-209/2020 saylı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb. Zərərçəkmiş şəxs 1000 (bir min) manat ödəməklə ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışması ilə əlaqədar sözü gedən işə xitam verilməsinə etiraz etmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar