Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-209/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğlu Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx.xx.1998-ci ildə Ağcabədi rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, dalan 12, ev 3-də yerləşən Şahid3 məxsus evə açıq qalmış qapıdan qanunsuz daxil olmuş və oradan həmin evdə kirayəçi kimi yaşayan Zərərçəkmiş şəxs3 qızma məxsus 50 manat pul, dəyəri 1000 manat olan 2 ədəd qızıl boyunbağı, dəyəri 500 manat olan 1 ədəd qadın qızıl üzüyü, dəyəri 50 manat olan 1 ədəd gümüş kişi üzüyü, dəyəri 40 manat olan istifadə edilmiş müxtəlif kosmetik əşyalar, dəyəri 25 manat olan 1 ədəd cins şalvar, dəyəri 25 manat olan 1 ədəd “Braun” markalı saç feni, dəyəri 10 manat olan 1 ədəd “Millionaire denim” markalı M/L ölçülü qara rəngli papaqlı uzunqol istifadədə olmuş qadın köynəyi, dəyəri 8 manat olan 1 ədəd üzərində “Pucka Fashion” yazıları olan Türkiyə istehsallı XL ölçülü istifadədə olmuş qadın şalvarı, 50% hissəsi istifadədə olduğu üçün qiymətsiz hesab edilmiş 1 ədəd “Sospiro Accento” yazısı olan ətiri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 1708 (bir min yeddi yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində ünvan 3 ünvanda yerləşən Şahid2 məxsus evə açıq qalmış qapıdan qanunsuz daxil olmuş və yataq otağından həmin evdə kirayəçi kimi yaşayan Zərərçəkmiş şəxs2 məxsus içərisində dəyəri 10 manat olan 1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) olan ağlı-qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilmiş M ölçülü donu, dəyəri 15 manat olan 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş aşağı hissədə biryarığı olan istifadə edilməmiş donu, dəyəri 15 manat olan 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilməmiş M ölçülü donu, dəyəri 5 manat olan 1 ədəd Mihra markalı qırmızı rəngdə istifadə edilməmiş L ölçülü gecə geyimini, dəyəri 5 manat olan 1 ədəd üzərində "Awesta style" yazıları olan Türkiyə istehsalı önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan istifadə edilmiş idman geyimini, eləcə də Türkiyə istehsallı müxtəlif markalı və rənglərdə olan dəyəri 30 manat olan 16 ədəd donu, dəyəri 40 manat olan 13 dəst qadın idman geyimini, dəyəri 15 manat olan 15 ədəd qısaqol qadın koftasını, dəyəri 25 manat olan 35 ədəd qadın alt geyimi qoyulmuş 6-7 ədəd sellofanları, dəyəri 25 manat olan 1 ədəd “Braun” markalı saç fenini, habelə həmin sellofanların içərisində saxlanılan sonuncunun həyat yoldaşı X4 məxsus 20 ədəd 100 manatlıq cəmi 2000 manat pul əskinasını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Rauf Rəfıyevə 2000 (iki min) manat və Aysel Rəfıyevaya 2175 (iki min yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 123-də bir ildir ki, kirayədə tək yaşayır, valideynləri o, uşaq ikən onu atıb gediblər, hazırda atası Rusiyada, anası Sevda isə İtaliyada yaşayır. Onu Abşeron rayonu Müşfiq qəsəbəsində yaşayan nənəsi Sevda böyütmüşdür. O, 2-3 il əvvəl narkotik vasitə olan heroindən istifadə etsə də bir ildir ki, istifadə etmir, amma 3 aydır ki, psixotrop maddə olan tabletdən qəbul edir. Son dörd aya kimi Bakı şəhəri Nizami küçəsində yerləşən “PUB”ların birində afısiant kimi işləmiş, hazırda işsizdir və demək olar ki, tüfeyli həyat tərzi keçirir. O. 02 yanvar 2022-ci il tarixdə saat 03.30 radələrində o, tək halda Yasamal rayonu X9 küçəsində gecəsi 3-5 manat olan bir günlük yatmaq üçün ev axtarmağa başlamışdır. Həmin küçədə bir gecəlik qalmaq üçün evlər olmuşdur. Həmin zaman bir dalana daxil olaraq orada əlim yumuş və giriş qapısı göy rəngli taxta konstruksiyadan olan evin giriş qapısının açıq olmasını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün o, həmin evə daxil olmuşdur. Evin işıqları sönmüş halda olmuş və ev 1 otaq və 1 mətbəxdən ibarət olmuşdur. Otaqda olan yataq dəstində sanki kimsə yatmış halda olmuş və ya döşək yumurlanmış halda olduğu üçün o, belə zənn etmişdir. O, çox sakit formada qapısı aralı halda olan şkafa tərəf gedərək içərisinə baxmış və oradan 1 ədəd üzərində kəpənək rəsmi həkk edilmiş qara rəngli qadın köynəyini və 1 ədəd zərli formada qara rəngli qadın şalvarını, sonra həmin şkafın yanında olan masanın üzərindən bir ədəd saç fenini, eləcə də masanın qarşısındakı rəf kimi olan yerə yaxınlaşaraq oradan kosmetik əşyalar və 1 ədəd şüşədə “Sospiro” adlı istifadə edilmiş ətiri, həmin rəfin gözlüyündən içərisində pul və qızıl ola biləcəyini düşündüyü bir ədəd kiçik ölçülü mücrü qabını götürmüşdür. Sonra o, ətrafdan oğurlamaq üçün daha qiymətli əşya tapa bilmədim, həm də yataqda olan şəxsin oyana biləcəyini düşündüyü üçün həmin evdən çıxmağa başlamışdır. Çıxarkən o, giriş qapısının yanında mücrü qabının qutusunu aralayıb içərisinə baxmış və içərisində heç bir dəyərli əşya və pulun olmadığını görmüşdür. O, həmin an bayırdan bir səs gəlməsini eşitmiş və ev sahibinin gəldiyini zənn etdiyindən qorxduğu üçün əlində olan qutunu yerə salmışdır. Tələsdiyi üçün o. qutunu yerdən götürmədən giriş qapısından bayıra çıxaraq bir qədər orada sakit formada gizlənərək gözləmiş və heç kimin gəlmədiyini görüb həmin evdən uzaqlaşaraq ‘'Az Drama’’ tərəfə getmişdir. Bundan başqa işsiz olduğu üçün maddi tələbatını ödəyə bilmədiyi üçün oğurluq etmək məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində Yasamal rayonu ərazisində “Çeburaşka” kimi adlanan aptekin arxasında və Sovetski adlanan ərazidə yerləşən küçələrin birində, səhv etmirsə Yasamal rayonu M.Sübhi küçəsində gəzişdiyi zaman bir dalana girmiş, dalandakı sağ tərəfdə olan bir qapını əli ilə içəri itələdikdə qapının açıq olduğunu görmüşdür. Həyətə daxil olmuş və orada bir neçə evin yerləşdiyini müşahidə etmişdir. O, həmin evlərdən birinin qapısının tutacağım aşağı doğru çəkdikdə evin giriş qapısının açıq halda olduğunu aşkar etmişdir. Evin işıqlarının yanmaması və evdən səs gəlmədiyini görüb o, evdə heç kimin olmadığı qənaətinə gəlsə də bir qədər gözləmiş və sonradan səs gəlmədiyini görüb evin içərisində daxil olmuşdur. Evə daxil olanda qaranlıq olduğunu gördüyündən evi axtarmaq üçün bir otağının işığını yandırmış və otaqda sadəcə bir ədəd yatacaq olduğunu görüb ona bitişik digər yataq otağına girmişdir. O, həmin otaqda olan şkafı açdıqda içərisində 7-8 ədəd qara rəngli sellofanların və onların içərisində də qadın geyim əşyalarının olmasını görmüşdür. Bundan sonra o. həmin şkafdan sadəcə aparacağı qədər, yəni içərisində geyim əşyaları olan 2-3 ədəd sellofanı götürmüş, digərlərinə toxunmamışdır. Ev sahibinin gələcəyini düşündüyü üçün oradan tələsik çıxmışdır. Sonradan pul əldə etmək üçün oğurladığı əşyalarıdan kofta, idman geyimləri, şortik. alt paltarlarının bəzilərini, eləcə də 02.01.2022ci il tarixdə Yasamal rayonu M.Fətəli küçəsindən oğurladığı saç fenini Səbail rayonu Nizami küçəsində tanımadığı şəxslərə 5-10 manata satmış, əldə etdiyi puldan özümə yemək, ərzaq və tanımadığı şəxsdən psixotrop maddə olan tabletlər alaraq istifadə etmişdir. Yasamal rayonu M.Fətəli və M.Sübhi küçəsində yerləşən evlərdən oğurladığı qadın geyimlərinin bəzilərini belindən asdığı idman çantasının içərisində saxlayırmış və lazım gəldikdə həmin əşyaları sataraq pula çevirirmiş. 15 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu M.Fətəli küçəsində tək və piyada hərəkətdə olarkən Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilindiyi üçün saxlanılaraq 27-ci PB-nə gətirilmişdir. Bölmədə olarkən ona Yasamal rayonu M.Fətəli və M.Sübhi küçəsində yerləşən evlərdən etdiyi oğurluq hadisəsi barədə suallar verildikdə, eləcə də 02.01.2022-ci il tarixdə saat 03.30 radələrində Yasamal rayonu M.Fətəli küçəsində yerləşən mağazaya quraşdırılmış kameranın qarşısından keçərkən videogörüntüsünü ona göstərdiklərində özünü həmin görüntüdən tanımış və çıxılmaz qalaraq hər iki evdən etdiyi oğurluqları etiraf etmişdir. Sonra belindən asılı olan idman çantasına baxış keçirilərkən orada 1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) olan ağlı-qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan don, 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş aşağı hissədə bir yarığı olan don. 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş aşağı hissəsində iki yarığı (razrezi) olan don, 1 ədəd Mihra markalı qırmızı rəngdə gecə geyimi aşkar edilmişdir. O, etiraf etmişdir ki, həmin əşyaları 08.01.2022-ci il tarixdə Yasamal rayonu M.Sübhi küçəsi ev 10-dan oğurlamışdır. Hətta həmin bel çantasının içərisində 1 ədəd istifadə edilmiş ətir, 1 ədəd qara rəngli üzərində kəpənək şəkli həkk edilmiş qadın idman köynəyi, 1 ədəd qara rəngli zərli qadın şalvarı aşkar edilmişdir. O. həmçinin də etiraf etmişdir ki, həmin əşyaları Yasamal rayonu M.Fətəli küçəsinə yaxın yerləşən evlərdən birindən 02.01.2022-ci il tarixdə oğurlamışdır. Bundan başqa o, 15 yanvar 2022ci il tarixdə saat 17 radələrində saxlanılmamışdan öncə yaşadığı evdən çıxarkən Yasamal rayonu M.Subhi küçəsindən oğurluq etdiyi əşyaların içərisindən 1 ədəd önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan idman şalvarını götürüb əyninə geyinmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində Yasamal rayonu X9 küçəsi dalan 12 ev 3-də kirayədə yaşayan Zərərçəkmiş şəxs3 əvvəllər tanımadığını və sonuncunun ifadəsi ilə tanış olduğunu, həmin evdən sadəcə 1 ədəd üzərində kəpənək rəsmi həkk edilmiş qara rəngli qadın köynəyi. 1 ədəd zərli formada qara rəngli qadın şalvarı, bir ədəd saç feni, kosmetik əşyalar, 1 ədəd şüşədə “Sospiro” adlı istifadə edilmiş ətiri, habelə içərisində pul və qızıl ola biləcəyini düşündüyü bir ədəd kiçik ölçülü mücrü qabını götürdüyünü, mücrü qabının içinin boş halda olduğunu və həmin qabı da evdən çıxdıqda giriş qapısının yanında əlindən yerə saldığını və yerdən götürmədiyini, həmin evdən Zərərçəkmiş şəxs3 qızma məxsus 50 manat pul və qızıl əşyaları oğurlamadığını, 02.01.2022-ci il tarixdə həqiqətən də gecələmək üçün ev axtardığını, həmin günü sonradan ünvan 4 ünvanda yerləşən evdə kirayədə yaşamağa başladığını, saxlanıldığı zaman Yasamal rayonu M.Fətəli küçəsindəki evdən 02.01.2022-ci il tarixdə saat 03.30- da içərisində 1 ədəd üzük, 1 ədəd sep. 1 ədəd boyunbağı olan mücrü qabını götürməsi ilə bağlı izahat verərkən özünü düzgün ifadə edə bilmədiyini. Zərərçəkmiş şəxs3 evindən çıxarkən gecə saat 03.30 radələri olduğu üçün onu heç kimin görmədiyini və ona heç kimin irad bildirmədiyini, saxlanıldığınız zaman üzərində gəzdirdiyi bel çantasını 2021-ci ilin aprel-may aylarında Nizami metrostansiyasının yaxınlığlındakı mağazaların birindən 15 manata aldığını və həmin çantanın özünə məxsus olmasını. X2 yaşadığı evdən içərisində geyim əşyaları olan sadəcə 2-3 ədəd sellofan götürdüyünü, oradan 2000 manat pul və saç feni oğurlamadığını, oğurladığı sellofanların içərindən Zərərçəkmiş şəxs1 məxsus 2000 manat pul çıxmadığını, oğurladığı içərisində digər geyim əşyaları olan qara rəngli sellofan torbaları sonradan tulladığını, eləcə də oğurladığı qadın geyimlərinin bəzilərini də tanımadığı şəxslərə satdığını, sadəcə saxlanılarkən çantasında qalanları sata bilmədiyini və həmin əşyaları da polis bölməsində ondan götürüldüyünü, hazırda sadaladığı oğurluqlardan başqa heç bir oğurluq cinayəti törətmədiyini, etdiyi oğurluq barədə heç kimə məlumat vermədiyini, oğurluq edərkən onu heç kimin görmədiyini, 2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan cinayət işinin yekunlaşdırılaraq baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərildiyini, lakin məhkəməyə çağırılmadığını, psixoloji, narkoloji və digər heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirmişdir. Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, qadın olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu M.Sübhi küçəsi ev 108-də həyat yoldaşı Aysel və anası Zemfira ilə birlikdə 2021-ci ilin avqust ayından kirayədə yaşayır. Kirayədə yaşadıqları ev Şahid2 məxsus olmaqla 1 qonaq və 2 yataq otağından, bir mətbəx, bir dəhliz, hamam və sanitar qovşağından ibarətdir. Yaşadıqları evin açarları ondan, yoldaşı Ayseldən və anası Zemfıradan başqa heç kimdə olmamışdır. O, həyat yoldaşı Aysel və anası Zemfira hər gün işə getdikləri üçün kirayədə yaşadıqları ev saat 11-12:00 radələrindən həmin gün saat 16-21:00 radələri arasına kimi boş qalır. Yaşadıqları evin giriş qapısının zamok hissəsində bəzən tutulmalar və ilişmələr olduğu üçün anası Zemfira həmin qapını yaxşı bağlaya bilmir və bəzən də sonuncu həmin qapını bağlamadan qonşuya gedib-gəlmişdir. Yasamal rayonu M.Sübhi küçəsi ev 108-də kirayədə yaşadıqları dövrdən başlayaraq həyat yoldaşı Aysel satıcı işlədiyi “Extra Brend” adlı Ticarət Mərkəzindən sonuncunun özü üçün müxtəlif üst və alt geyimləri, don, kofta, idman və digər qadın geyimləri almış və geyimləri həmin ticarət mərkəzinin adı yazılmış 9-10 ədəd qara rəngli sellofanlarda onlara aid yataq otağında olan şkafın içərisində saxlayırmış. Həmçinin o. da özünə məxsus 20 ədəd 100 manatlıq pul əskinaslarını da həmin sellofanların birinin içərisinə qoyaraq gizlətmişdir. O, 2000 manat pulu 07 yanvar 2022-ci il tarixdə həmin sellofanın içərisində olduğunu yoxlamışdır. 08 yanvar 2022-ci il tarixdə anası Zemfira saat 08.30 radələrində, həyat yoldaşı Aysel saat 10-11:00-da, o, isə həmin gün saat 12:00 radələrində işə getmək üçün evdən çıxmışlar. Evdən ən son o, çıxdığı üçün giriş qapısını tam bağlamış və qapının kilidinin bağlanmasını yaxşı xatırlayır. 08 yanvar 2022-ci il tarixdə saat 21.30 radələrində o. yaşadığı evə qayıtmış və həyətə daxil olanda yaşadığı evin yataq otağının işığının yanmasını görüb həyat yoldaşı Aysel və ya anası Zemfiranın evdə olmasını düşünərək giriş qapısının tutacağını aşağı çəkmişdir. Həmin qapı açıq olmuş və o, ayaqqabısını dəhlizdə çıxaranda qapının iç hissəsindəki tutacağının yerindən çıxaraq kənara tullanmış halda olmasını görmüşdür. O. evə daxil olaraq anası və yoldaşını səsləsə də heç kim cavab vermədikdə ilk olaraq anası Zemfiranın yatdığı otağın işığı yandığı üçün həmin otağa daxil olmuş və orada heç kimi görməmişdir. Daha sonra o. özünün yataq otağına daxil olduqda görmüşdür ki, oradakı şkafın qapısı açıqdır və şkafın alt gözlüyündə olan paltarların bəzisi yerə düşüb. Bu onda şübhə doğurduğu üçün şkafa yaxınlaşdıqda həyat yoldaşı Ayselə məxsus 9-10 ədəd sellofan torbadan sadəcə 3 ədədinin yerində olduğunu və digərlərinin olmadığını görmüşdür. O. tələsik şkafda qalan 3 ədəd sellofanın içərisinə baxdıqda 2000 manat pulunu orada aşkar etməmiş və başa düşmüşdür ki, ona məxsus 2000 manar pul da sellofanların içində olaraq digər əşyalarla birlikdə oğurlanmışdır. Bundan sonra o, həyat yoldaşı Ayselə zəng etmiş və öyrənmişdir ki, Aysel onun anası Zemfira ilə birlikdə kiyarədə yaşadıqları evin yaxınlıqda yaşayan yaxın qohumları olan Hüseynqulunun evindədirlər. O, həyat yoldaşı Aysel və anası Zemfiranı evə çağıraraq evdən oğurluq hadisəsinin baş verməsini bildirmişdir. Aysel və anası Zemfira evə gəldikdən sonra şkafdakı sellofan və 2000 manat pul barədə sonunculardan soruşmüş və öyrənmişdir ki, anası Zemfira 08.01.2022-ci il tarixdə saat 16:00 radələrində evə gəlmiş və 2-3 saatdan sonra darıxdığı üçün qohumları Hüseynqulunun evinə qonaq getmiş, lakin evdən çıxarkən giriş qapısını bağlamaqda çətinlik çəkmiş və tez qayıdacağını düşündüyü üçün qapını açarla kilidləmədən sadəcə örtməklə kifayətlənərək evdən çıxmışdır. Həyat yoldaşı Aysel də həmin gün mobil telefonla danışarkən anası Zemfiranın qohumları Hüseynqulunun evində olmasını bildiyi üçün 08.01.2022-ci il tarixdə saat 20-21:00 radələri arasında evə gəlmədən Hüseynqulunun evinə getmişdir. Anası Zemfira etiraf etmişdir ki, giriş qapısını evdən çıxarkən yaxşı bağlaya bilməmişdir. O, həyat yoldaşı və anası ilə birlikdə evi axtarmış və əmin olmuşlar ki, kirayədə yaşadıqları evdən həyat yoldaşı Ayselə məxsus dəyəri 2000 manat olan içərisində geyim əşyaları olan 6-7 ədəd sellofan, eləcə də həmin sellofanların içərisinə onun qoyduğu 2000 manat pul, pəncərənin önünə qoyulmuş Ayselə məxsus 1 ədəd saç feni oğurlanmış, evdə axtarış aparılsa da digər əşyalara toxunulmamışdır. Bundan sonra o, DİN-in “102” Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bir qədər sonra yaşadıqları evə Yasamal RPİ-nin 27-ci PB-nin və Yasamal RPİ-nin polis əməkdaşları gəlib baş verən hadisə ilə bağlı onları sorğu-sual etməyə başlamışlar. O, hadisəni olduğu kimi danışmışdıq. 15 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarından ona zəng edilmiş və evlərindən oğurluq etməkdə şübhəli bilinən bir qadını saxladıqlarını və həmin qadının çantasında müxtəlif qadın geyimlərinin olmasını bildirib onu və həyat yoldaşı Ayseli bölməyə dəvət etmişlər. Bölməyə getdikdə saxlanılan Təqsirləndirilən şəxs çantasından aşkar edilən 3 ədəd don və gecə geyiminə baxdıqda həyat yoldaşı Ayselin onları tanıyaraq kirayə yaşadıqları evdəki şkafdan oğurlanan və sonuncuya məxsus geyimlər olmasını bildirdiyini, hətta həyat yoldaşı Ayselin saxlanılan şəxs Təqsirləndirilən şəxs əynində olan idman şalvarını tanıyaraq kirayədə yaşadıqları evdən oğurlanan şalvar olmasını da qeyd etdiyini, həyat yoldaşı Ayselə məxsus oğurlanmış geyim əşyalarının Təqsirləndirilən şəxs çantasından, eləcə də əynində aşkar olmasından kirayədə yaşadıqları evdən oğurluğu məhz Təqsirləndirilən şəxs etdiyinə əmin olduqlarını, eyni zamanda Təqsirləndirilən şəxs bölmədə olarkən onları yaşadıqları evə açıq qalmış qapıdan daxil olaraq içərisində geyim əşyaları olan sellofanları oğurlamasını etiraf etdiyini, sellofanın içərisində ona məxsus 2000 manat pulun olmasını ondan, həyat yoldaşı Aysel və anası Zemfiradan başqa heç kim bilmədiyini, anası X1 ilk gündən onlarla birlikdə Yasamal rayonu M.Sübhi küçəsi ev 108-də kirayədə yaşadığını, sadəcə anası Zemfiranın yaşlı adam olduğunu nəzərə alaraq Yasamal rayon polis idarəsinə gedib-gəlməməsi və əziyyət çəkməməsi üçün izahat verərkən sonuncunun onlarla birlikdə yaşadığını demədiyini, anası Zemfiranın Yasamal rayonu ərazisində yerləşən restoranların birində xadimə işlədiyini və hər gün saat 08.30-da işə gedib həmin gün saat 16:00 və ya 23:00 aralarında evə qayıtdığını, Təqsirləndirilən şəxs onların kirayədə yaşadıqları evdəki şkafdan içərisində həyat yoldaşı Ayselə məxsus 2000 manat dəyərindəki qadın geyimləri olan 6-7 ədəd sellofanları, həmin sellofanların birinin içərisində ona məxsus 20 ədəd 100 manatlıq pul əskinaslarını, eləcə də yataq otağındakı pəncərənin önündən isə həyat yoldaşı Ayselə məxsus 1 ədəd saç fenini oğurladığını, həyat yoldaşı Ayselin həmin sellofanlara geyim əşyaları yığmasını gördüyünü, amma həmin geyimlərin qiyməti, markası və əlamətlərini bilmədiyi üçün bu barədə fikir yürüdə bilmədiyini bilmir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu ərazisində yerləşən restoranların birində xadimə işləyir.İşə hər gün saat 08.30-da işə gedib həmin gün saat 16:00 və müştəri çox olduğu halda bəzən də 23:00 radələrində evə qayıtdığını, yaşadığı evin giriş qapısının zamok hissəsində bəzən tutulmalar və ilişmələr olduğu üçün həmin qapını yaxşı bağlaya bilmədiyini və bəzən də həmin qapını bağlamadan qonşuya gedib-gəldiyini, 08 yanvar 2022-ci il tarixdə 08.30 radələrində işə getmək üçün evdən çıxdığını və həmin gün saat 16:00 radələrində işdən evə qayıdaraq yaşadığı evin giriş qapısını açarla açaraq içəri daxil olduğunu, evdə hər şey qaydasında olduğunu, 2-3 saat müddətində evdə qalaraq təmizlik işləri gördüyünü və yemək bişirdiyini, lakin sonradan darıxdığı üçün saat 18-19:00 radələrində qohumu olan və onların yaşadığı evin yaxınlığında yaşayan Hüseynqulunun evinə getməyi qərarlaşdırdığını, bunun üçün evdən çıxmaq istəyərkən giriş qapısının zamokunu açarla bağlaya bilmədiyini, açar zamoka daxil olsa da fırlanmadığı və ilişdiyi üçün qapını bağlamadan evdən çıxdığını, tez qayıdacağını fikirləşdiyindən giriş qapısını örtərək evdən çıxdığını, Hüseynqulunun evində 1-2 saat müddətində qalaraq söhbət etdiyini və həmin gün 20-21:00 radələrində gəlini Ayselin də Hüseynqulunun evinə gəlib birlikdə orada söhbət etdiklərini, oğlu Raufun həmin gün saat 21-22 radələrində gəlini Ayselə zəng edərək yaşadıqları evdəki yataq otağında olan şkafdan içərisində geyim əşyaları yığılmış gəlini Ayselə məxsus 6-7 ədəd sellofanın və onun içərisində Raufa məxsus 2000 manat pulun oğurlandığını eşitdiyini, bundan sonra gəlini Aysellə birlikdə kirayədə yaşadıqları evə qayıtdıqlarını, Raufa giriş qapısını açarla kilidləmədən sadəcə örtməklə kifayətlənərək evdən Hüseynqulunun evinə getməsi üçün çıxdığımı dediyini, gəlini Aysellə birlikdə evdən 2000 manat pul və içərisində geyim əşyaları olan sellofanları götürmədiklərini Raufa bildirdiklərini, sonradan birlikdə evi axtardıqlarını və naməlum şəxsin qapının açıq olmasından istifadə edərək yaşadıqları evə daxil olub yataq otağından gəlini Ayselə məxsus dəyəri 2000 manat olan müxtəlif çeşiddə və rənglərdə donlar, idman dəstləri, koftalar, alt geyimləri olan 6-7 ədəd sellofan torbanı, eləcə də pəncərənin önünə gəlini Ayselə məxsus dəyəri 95 manat olan 1 ədəd saç feninin və sellofanların içərisinə oğlu Raufun qoyduğu 2000 manat pulu oğurladıqlarından ğmin olduqlarını, naməlum şəxsin şkafda axtarış aparılsa da digər əşyalara toxunmadığını, bundan sonra oğlu Raufun DİN-in “102” Xidmətinə zəng edərək oğurluq barədə məlumat verdiyini, 15 yanvar 2022-ci il tarixdə evlərindən oğurluq etmiş Təqsirləndirilən şəxs saxlanıldığını və sonuncunun bel çantasından Ayselə məxsus və yaşadıqları evdən oğurlanmış don və gecə geyiminin aşkar edildiyini öyrəndiyini, yaşlı qadın olduğu üçün Yasamal rayon polis idarəsinə gedib-gəlməkdə əziyyət çəkəcəyi üçün oğlu Raufun onun birlikdə yaşamaları barədə heç bir söz demədiyini, oğurlanmış sellofanın içərisində Raufun 2000 manat pul saxlamasını əvvəlcədən bildiyini, psixoloji, narkoloji və digər xəstəliyinin olmadığını, heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayından həyat yoldaşı Rauf və qayınanası Zemfira ilə birlikdə Yasamal rayonu M.Sübhi küçəsi ev 108-də kirayədə yaşayırlar. O, Nəsimi rayonu Puşkin küçəsində yerləşən Extra Brend ticarət mərkəzində satıcı işləyir. Kirayədə yaşadığı ev Şahid2 məxsus olmaqla 1 qonaq və 2 yataq otağından, bir mətbəx, bir dəhliz, hamam və sanitar qovşağından ibarət olmuşdur. Onlar hər gün işə getdikləri üçün kirayədə yaşadıqları ev saat 11-12:00 radələrindən həmin gün saat 16-21:00 radələri arasına kimi boş olur. Yaşadıqları evin giriş qapısının zamok hissəsində tutulmalar və ilişmələr olduğu üçün qayınanasıZemfira həmin qapını bəzən yaxşı bağlaya bilmir və bəzən də sonuncu həmin qapını bağlamadan qonşuya gedibgəlirmiş. 08 yanvar 2022-ci il tarixdə qayınanasıZemfira saat 08.30 radələrində, o, isə saat 10- 11:00 radələri arasında işə getmək üçün kirayədə yaşadıqları evdən çıxmış, həyat yoldaşı Rauf isə həmin gün saat 12:00 radələrində evdən çıxmalı imiş. Evin açarları ondan, həyat yoldaşı Rauf və qayınanası Zemfiradan başqa heç kimdə olmamışdır. Kirayədə yaşadıqları dövrdən başlayaraq o, satıcı işlədiyi “Extra Brend” adlı Ticarət Mərkəzindən özü üçün müxtəlif üst və alt geyimləri, don. kofta, idman və digər qadın geyimləri alıb kirayədə yaşadığı evin onlara aid yataq otağında olan şkafın içərisində işlədiyi ticarət mərkəzinin adı yazılmış 9-10 ədəd qara rəngli sellofanlarda saxlayırmış. Həmçinin həyat yoldaşı Rauf özünə məxsus 2000 manat pulunu da həmin sellofanların birinin içərisinə qoyaraq orada saxlayırmış. 08 yanvar 2022-ci il tarixdə saat 20-21:00 radələri arasında o, işdən evə gəldikdə həmin gün qayınanası Zemfiranın yaşadıqların evin qonşuluğunda yaşayan qohumları Hüseynqulunun evində olmasını bildiyi üçün evə girmədən sonuncunun evinə gedərərk bir qədər qayınanası ilə birlikdə orada qalmışdır. Həmin gün saat 21- 22 radələrində həyat yoldaşı Rauf ona zəng edərək bildirmişdir ki, sonuncu həyətdə olanda yaşadıqları evin yataq otağının işığının yanmasını görüb evdə olduqlarını zənn edərək giriş qapısının tutacağını aşağı çəkdikdə qapı açıq olmuş və dəhlizdə olanda qapının iç hissəsindəki tutacağın yerindən çıxaraq kənara tullanmış halda aşkar etmiş, sonradan onu və qayınanası Zemfiranı çağırsa da heç kim cavab verməmiş, qayınanası Zemfiranın yatdığı otağın işığı yandığı üçün ilk həmin otağa daxil olmuş və orada heç kimi görməmiş, sonra onların yataq otağına daxil olduqda oradakı şkafın qapısının açıq halda və alt gözlüyündə olan paltarların bəzisinin yerə düşmüş halda görmüş, şkafa yaxınlaşdıqda ona məxsus 9-10 ədəd sellofan torbadan sadəcə 3 ədədini yerində olduğunu və digərlərinin isə olmadığını aşkar etdikdə tələsik şkafda qalan 3 ədəd sellofanın içərisinə baxdıqda 2000 manat pulunu orada aşkar etməmiş və pulun da sellofanların içində olaraq digər əşyalarla birlikdə oğurlandığını düşünmüş, bundan sonra ona zəng etdikdə onun qayınanası Zemfira ilə birlikdə qohumları Hüseynqulunun evində olmasını öyrənib onları evə çağırmışdır. O, qayınanaaı Zemfira yaşadığı evə qayıtdıqda həyat yoldaşı Rauf onlardan şkafdakı sellofan və 2000 manat pul barədə soruşmuşdur. Qayınanası Zemfira demişdir ki, 08.01.2022-ci il tarixdə saat 16:00 radələrində evə gəlib 2-3 saatdan sonra darıxdığı üçün qohumları Hüseynqulunun evinə qonaq getmiş, lakin evdən çıxarkən giriş qapısını bağlamaqda çətinlik çəkmiş və tez qayıdacağını düşündüyü üçün qapını açarla kilidləmədən sadəcə örtməklə kifayətlənərək evdən çıxmışdır. Qayınanası Zemfira etiraf etmişdir ki. qapını çıxarkən yaxşı bağlaya bilməmişdir. O və qayınanası Zemfira evdən 2000 manat pul və içərisində geyim əşyaları olan sellofanları evdən götürmədiklərini Raufa demişlər, sonra o. evi axtarmış və əmin olmuşdur ki, evdən içərisində ona məxsus 2021-ci ilin avqust ayından alaraq saxladığı dəyəri 2000 manat olan müxtəlif çeşiddə və rənglərdə donlar, 5-6 ədəd idman dəstləri, 9-10 ədəd qısa və uzun qol koftalar. 15-20 dəst alt geyimləri olan 6-7 ədəd sellofan torbası, eləcə də həmin sellofanların içərisinə həyat yoldaşı Raufun qoyduğu sonuncuya məxsus 2000 manat pul, habelə yataq otağındakı pəncərənin önünə qoyduğu ona məxsus 2-3 ay əvvəl 95 manata aldığı 1 ədəd Braun markalı saç feni oğurlanmış, evdə axtarış aparılsa da digər əşyalara toxunulmamışdır. Bundan sonra həyat yoldaşı Rauf DİN-in “102” Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bir qədər sonra yaşadıqları evə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş və baş verən hadisə ilə bağlı onları sorğu-sual etməyə başlamışlar. Onlar hadisəni olduğu kimi danışmışlar. 15 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-dən həyat yoldaşı Raufa zəng edilmiş və evlərindən oğurluq etməkdə şübhəli bilinən bir qadını saxladıqlarını və həmin qadının çantasından müxtəlif qadın geyimlərinin olmasını bildirmiş, onu və həyat yoldaşı Raufu bölməyə dəvət etmişlər. Bölməyə getdikdə o, oğurluq etməkdə saxlanılan qadın olan Təqsirləndirilən şəxs çantasından aşkar edilən 1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) həkk olunmuş ağlı-qaralı rəngdə olan don, 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş don. 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş don. 1 ədəd Mihra markalı qırmızı rəngdə gecə geyiminə baxdıqda həmin geyimləri tanımış və yaşadıqları evdəki şkafdan oğurlanan və ona məxsus geyimlər olmasını bildirmişdir. Hətta o, saxlanılan şəxs Təqsirləndirilən şəxs əynində olan önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan idman şalvarının da evdən oğurlanan və ona məxsus şalvar olmasını da bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki. kirayədə yaşadıqları evdən oğurluğu məhz Təqsirləndirilən şəxs etmişdir. Təqsirləndirilən şəxs bölmədə olarkən özü etiraf etmişdir ki, tək halda onun yaşadığı evə açıq qalmış qapıdan daxil olaraq içərisində geyim əşyaları olan sellofanlar oğurlamışdır. Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş həmin geyimlərdən sadəcə o, 1 ədəd Crep markalı donu və 1 ədəd qara rəngli plaş materialdan olan idman şalvarını əvvəllər geyinərək istifadə etmişdir. Hətta çobanyastığı gülü (romaşka) olan ağlı- qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan donla öncədən çəkilmiş fotoşəkli də vardır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində sellofanın içərisində 2000 manat pulun olmasını ondan. Rauf və qayınanası Zemfiradan başqa heç kim bilmədiyini, qayınanası Zemfiranın ilk gündən onlarla birlikdə həmin evdə kirayədə yaşadığını, sadəcə qayınanası Zemfiranın yaşlı adam olduğu üçün polisə gedib-gəlməməsi və əziyyət çəkməməsi üçün sonuncunun adını izahat verərkən birlikdə yaşamaları demədiklərini, Təqsirləndirilən şəxs onları kirayədə yaşadıqları evdəki şkafdan içərisində ona məxsus 2000 manat dəyərində içərisində qadın geyimləri olan 6-7 ədəd sellofan torbanı, həmin sellofanların birinin içərisindən isə həyat yoldaşı Raufa məxsus 20 ədəd 100 manatlıq pul əskinaslarını, eləcə də yataq otağından pəncərənin önündən isə 1 ədəd ona məxsus saç fenini oğurladığını, Təqsirləndirilən şəxsı çantasından aşkar edilmiş 1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) həkk edilmiş ağlı-qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan donu 40 manata, 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş aşağı hissədə bir yarığı olan donu 25 manata, 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş aşağı hissəsində iki yarığı (razrezi) olan donu 20 manata, 1 ədəd Mihra markalı qırmızı rəngdə tam dəst gecə geyimi 35 manata, 1 ədəd önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan tam dəst idman şalvarını 35 manata 2021-ci ilin oktyabr-noyabr ayında iş yerindən aldığını, 1 ədəd Braun markalı saç fenini 2021-ci ilin oktyabr-noyabr ayında 95 manata aldığın, digər oğurlanmış geyimlərin markası, qiyməti və əlamətlərini tam xatırlaya bilmədiyini, oğurlanmış sellofanların içərisində qiyməti daha baha olan don və müxtəlif idman geyimləri olduğunu, bu barədə araşdırma apardıqdan sonra ətraflı məlumat verəcəyini bildirmişdir. Ona məxsus və kirayədə yaşadığı evdən oğurlanmış maddi subut olan geyim əşyalarının qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 24.02.2022-ci il tarixli 9/579 nömrəli rəyi üzrə gəldiyi nəticə ilə razı olduğunu, rəydəki qiymətlərlə bağlı heç bir şikayət və tələbinin olmadığını, kirayədə yaşadığı evdən oğurlanmış bütün geyim əşyalarının Türkiyə istehsallı olduğunu, hadisədən sonra oğurlanmış geyimlər haqqında düşündüyü zaman Təqsirləndirilən şəxs bel çantasından aşkar edilmiş və kirayədə yaşadığı evdən oğurlanmış ona məxsus geyim əşyalarından (yəni 1 ədəd fen. 3 ədəd don, 1 ədəd gecə və 1 ədəd idman geyimindən) başqa sellofanların içərisində dəyəri 30 manat olan 16 ədəd müxtəlif rənglərdə olan donun, dəyəri 40 manat olan 13 dəst qadın idman geyiminin, dəyəri 15 manat olan 15 ədəd qısaqol qadın koftasının, dəyəri 25 manat olan 35 ədəd qadın alt geyiminin oğurlandığını, həmin geyim əşyalarının markalarını xatırlamadığını, oğurlanmış geyim əşyalarına görə ona Məhkəmə Ekspertiza Mərkəzinin 24.02.2022-ci il tarixli 9/579 nömrəli rəyində adları şadlanan və Təqsirləndirilən şəxs bel çantasından aşkar edilmiş geyimlərə görə 75 manat və ortada olmayan geyim əşyalarına görə 2100 manat, cəmi 2175 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu X9 küçəsi, dalan 12, ev 3-də tək yaşayır, subaydır və fərdi əməklə məşğuldur. Kirayədə yaşadığı evin giriş qapısı taxta konstruksiyalı olmaqla 1 otaq, 1 mətbəx və 1 dəhlizdən ibarətdir. O, pişik saxladığı üçün bir çox hallarda kirayədə yaşadığı evin giriş qapısını bir qədər aralı tutur ki. pişik bayırdan evə sərbəst girə bilsin. 02 yanvar 2022-ci il tarixdə saat 01.00 radələrində pişik bayırda olduğu üçün kirayədə yaşadığı evin giriş qapısını bir qədər aralı buraxıb yatmışdır. Həmin günü, yəni 02 yanvar 2022-ci il tarixdə saat 09.15-də yuxudan qalxmış və evin dağınıq olduğunu görmüşdür. O, elə başa düşmüşdür ki, yəqin pişik evdəki paltarlarımı o tərəf-bu tərəfə atdığı üçün ev dağınıqdır. Təxminən 1 saat sonra o, yatdığı evdəki rəf formasında olan şkafa baxdıqda 1 ədəd taxtadan olan mücrünün (qızıl saxlanılan qabın) yerində olmadığını aşkar etmişdir. Mücrü qabının içərisində 50 manat nağd pul, dəyəri 1000 manat olan 2 ədəd qızıl boyunbağı, dəyəri 500 manat olan 1 ədəd qadın qızıl üzüyü, dəyəri 50 manat olan 1 ədəd gümüş kişi üzüyü olmuşdur. Mücrünün olmaması onda oğurluğa aid şübhələr yaratmıdır. Bu baxımdan o, otağı axtardıqda dəyəri 30 manat olan 1 ədəd Braun markalı saç fenini, dəyəri 40 manat olan kosmetik əşyalarını tapa bilməmişdir. O, kirayədə yaşadığı evdən oğurluq olmasını başa düşdüyü üçün həmin günü DİN-in “102” Xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra yaşadığı evə Yasamal RPİ-nin 27-ci PB-dən polis əməkdaşları gələrərk hadisə yerinə baxış keçirmişlər. Sonradan o, Yasamal RPİ-nin 27-ci PB-nə gedərək orada şikayət ərizəsi və izahat yazmışdır. 03 yanvar 2022-ci il tarixdə axşam üstü oğurlanmış hesab etdiyi mücrü qabını giriş qapısının qarşısında həyətdən boş halda tapmışdır. O, belə başa düşmüşdür ki, cinayətkar ya dəyərsiz olduğu üçün mücrü qabını atıb, ya da ki oğurluq etdikdən sonra bilmədən həmin qabı həyətə düşürüb. 18.01.2022-ci il tarixdə kirayədə yaşadığı evdə olan paltar şkafına baxdıqda oradan ona məxsus 1 ədəd qara rəngli üzərinə “Butterfly” yazısı və kəpənək rəsmi həkk edilmiş qadın köynəyini, 1 ədəd qara rəngli zərli formada şalvar və 1 ədəd cins şalvarını, eləcə də üzərinə “Sospiro Accento” yazısı olan 1 ədəd istifadə edilmiş ətiri də tapa bilməmişdir. Bu baxımdan o, 19.01.2022-ci il tarixdə 27-ci PB-nə gedərək əlavə olaraq şikayət ərizəsi yazıb kirayədə yaşadığı evdən 02 yanvar 2022-ci il tarixində digər əşyalarla birlikdə 1 ədəd qara rəngli üzərinə “Butterfly” yazısı və kəpənək rəsmi həkk edilmiş qadın köynəyini, 1 ədəd qara rəngli zərli formada şalvar və 1 ədəd cins şalvarını, eləcə də üzərinə “Sospiro Accento” yazısı olan 1 ədəd istifadə edilmiş ətirin oğurlanmasını göstərmişdir. Həmin vaxtı polisdə olarkən öyrənmişdir ki, kirayədə yaşadığı evdən oğurluq etmiş əvvəllər tanımadığı Təqsirləndirilən şəxs saxlanılaraq həbs edilmiş və sonuncunun bel çantasından onun evindən oğurladığı “Sospiro Accento” adlı ətir, “Butterfly” yazısı və kəpənək rəsmi həkk edilmiş köynəyi və qara rəngli zərli formada şalvarı aşkar edilərək götürülmüşdür. Yasamal RPİ-nin istintaq şöbəsində həmin üzərinə “Sospiro Accento" yazısı olan 1 ədəd şüşədə istifadə edilmiş ətir, 1 ədəd qara rəngli üzərinə “Butterfly” yazısı və kəpənək rəsmi həkk edilmiş qadın köynəyi və 1 ədəd qara rəngli zərli formada qadın şalvara baxdıqda həmin əşyaları tanımış, ona məxsus olmasını və kirayədə yaşadığı evdən 02.01.2022-ci il tarixdə oğurlanmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsində, evindən oğurlanmış əşyalarla çəkilmiş fotoşəkillərinin olmadığını, ondan başqa kirayədəki evdə heç kimin yaşamadığını. Kirayədə yaşadığı evdən ona məxsus 50 manat nağd pul, 1000 manat dəyərində 2 ədəd qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd qadın qızıl üzüyü, 50 manat dəyərində 1 ədəd gümüş kişi üzüyü, 30 manat dəyərində 1 ədəd Braun markalı saç feni. 40 manat dəyərində istifadə edilmiş kosmetik əşyalar, 30 manat dəyərində 1 ədəd üzərinə “Butterfly” yazısı və kəpənək rəsmi həkk edilmiş qadın köynəyi, 35 manat dəyərində 1 ədəd qara rəngli zərli qadın şalvarı, 25 manat dəyərində 1 ədəd cins şalvar, 5 manat dəyərində 1 ədəd istifadə edilmiş üzərinə “Sospiro Accento” yazısı yazılmış ətirin oğurlandığını və həmin oğurluq nəticəsində ona ümumilikdə 1765 manat maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs 02 yanvar 2022- ci il tarixdə saat 03.30 radələrində onun kirayədə yaşadığı evin içərisində olmasını və evdən oğurluq etməsini görmədiyini, görərdisə qışqıraraq qonşuları köməyə çağıracağını və qadın olmasını görsəymiş özünün bunun qarşısını ala biləcəyini. Təqsirləndirilən şəxs onun evindən yuxarıda sadaladığı sayda və əlamətlərdə əşyalarını oğurladığını, həyətdən tapdığı mücrünün içərisində heç bir əşyanın olmadığını, oğurluğu 02.01.2022-ci il tarixdə saat 09.15-də aşkar etsə də evdən oğurlanmış əşyalar barədə polisə daha dəqiq məlumat verməsi üçün evdə 3 saat müddətində axtarış apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 7 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 10, mənzil 22-də kirayədə yaşayır. ünvan 6 ünvandakı ev ona məxsusdur və özü kirayədə yaşadığı dövrdən həmin evi müxtəlif şəxslərə kirayəyə vermişdir. Həmin ev 1 qonaq və 2 yataq otağından, bir mətbəx, bir dəhliz, hamam və sanitar qovşağından ibarətdir. Sonuncu kirayəşini Zərərçəkmiş şəxs1dur və sonuncu öz ailəsi ilə birlikdə ona məxsus evdə 2021-ci ilin avqust ayından kirayədə yaşayır. 09 yanvar 2022-ci il tarixdə saat 10 radələrində yaşadığlı evdə olarkən kirayəşini Raufun ona vhatsappla mesaj göndərməsini görmüş və mesajı oxuyarkən ona məlum olmuşdur ki, naməlum şəxs 08.01.2022-ci il tarixdə gecə vaxtı Raufun kirayədə yaşadığı və ona məxsus mənzilə daxil olaraq oradan oğurluq etmişdir. O, bu mesajdan sonra Raufa mobil telefonla zəng etmiş və öyrənmişdir ki, Raufun anası kirayədə yaşadıqları və ona məxsus mənzilin giriş qapısının zamokunu kilidləmədən evdən qonşuya getmək üçün çıxmış, həmin vaxtı naməlum şəxs evə daxil olaraq yataq otağındakı şkafdan qadın geyim əşyaları və Raufa məxsus 2000 manat pulu oğurlamışdır. Daha sonra o, 09.01.2022-ci il tarixdə Raufun kirayədə yaşadığı və özünə məxsus ünvan 7 ünvana getmiş və evə daxil olduqda giriş qapısında və pəncərələrdə heç bir zədənin olmamasını aşkar etmişdir. Rauf bir daha ona bildirmişdir ki, naməlum şəxs onların kirayədə yaşadığı evə açıq qapıdan daxil olaraq ona məxsus 2000 manat nəğd pulu və həyat yoldaşına məxsus geyim əşyalarını yataq otaqlarındakı şkafdan oğurlamışdır. Hətta Rauf ona demişdir ki, evdən fen də oğurlandığı üçün bu oğurluğu edənin qadın olmasını ehtimal edir. Hadisədən bir müddət sonra Raufla görüşdükdə sonuncudan öyrənmişdir ki, Raufun kirayədə yaşadığı evə girən şəxs bir nəfər qadın olmuş və həmin qadını polis tutmuşdur. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində, özünə məxsus evi Zərərçəkmiş şəxs1 kirayəyə verdiyi zaman qapı və pəncərələrin zamok hissəsində heç bir problemin olmadığını, ona məxsus və oğurluq olmuş mənzilin ünvanı ünvan 8adəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, C.Nəsirov küçəsi ev 27-də ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Yasamal rayonu X9 küçəsi dalan 12 ev 3-də yerləşən fərdi ev ona məxsusdur, həmin ev 2018-ci il tarixdən ona atasından pay kimi qalmışdır. O, Yasamal rayonu X9 küçəsi dalan 12 ev 3-ü müxtəlif şəxslərə kirayəyə vermiş, sonuncu kirayəşini Zərərçəkmiş şəxs3 olmuş və sonuncu həmin evdə 2021-ci ilin oktyabr ayından kirayədə yaşamışdır. Kirayəyə verdiyi ev 1 otaq, 1 mətbəx və 1 dəhlizdən ibarətdir. 2022-ci ilin yanvar ayının əvvəllərində kirayəşini Aydan ona zəng edərək naməlum şəxsin 02.01.2022-ci il tarixdə onun kirayədə yaşadığı və ona məxsus Yasamal rayonu X9 küçəsi dalan 12 ev 3-ə daxil olaraq oradan pul, qızıl və kosmetik əşyalar oğurlamasını demişdir. O, Aydandan naməlum şəxsin necə evə daxil olmasını soruşduqda sonuncu bildirmişdir ki, pişiyi bayırda olduğu üçün giriş qapısını bir qədər aralı qoymuş və naməlum şəxs də açıq qapıdan evə daxil olaraq evdən oğurluq etmişdir. Sonradan o, Yasamal rayonu X9 küçəsi dalan 12 ev 3-ə getmiş, evin giriş qapısında və pəncərələrdə heç bir zədənin olmaması aşkar etmişdir. Hadisədən bir müddət sonra Aydanda öyrənmişdir ki, sonuncunun kirayədə yaşadığı evə girən şəxs bir nəfər qadın olmuş və həmin qadını Yasamal RPİ-nin 27-ci PB- nin əməkdaşları tutmuşlar. Hətta Aydan ona demişdir ki, evindən başqa əşyaların da oğurlanmasını sonradan evini axtararkən aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona məxsus və kirayəyə verdiyi evə heç bir ziyan dəymədiyi üçün onun heç bir şikayət və tələbi yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 24 fevral 2022-ci il tarixli 9/579 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 68.0 manat müəyyən edilir. Qərarda göstərilən 1 ədəd “Braun” markalı qara rəngli saç feninin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 25.0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) olan ağlı-qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilmiş M ölçülü don 10 manat, 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş aşağı hissədə biryarığı olan istifadə edilməmiş don 15 manat, 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilməmiş M ölçülü don 15 manat, 1 ədəd Mihra markalı qırmızı rəngdə istifadə edilməmiş L ölçülü gecə geyimi 5 manat. 1 ədəd üzərində "Awesta style" yazıları olan Türkiyə istehsalı önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan istifadə edilmiş idman geyimi 5 manat. 1 ədəd “Sospiro Accento” yazısı olan şüşədə istifadə edilmiş ətir (50% hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir), 1 ədəd “Millionaire denim” markalı M/L ölçülü qara rəngli papaqlı uzunqol istifadədə olmuş qadın köynəyi 10 manat, 1 ədəd üzərində ‘’Pucka Fashion” yazıları olan Türkiyə istehsallı XL ölçülü istifadədə olmuş qadın şalvarı 8 manat). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilməmişdir. Bundan əlavə məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işindən başqa, Nəsimi Rayon Məhkəməsinin icraatında 1(006)-116/2022 saylı cinayət işi üzrə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin də məhkəmə istintaqı gedir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı 19.10.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, eləcə də sonuncu barəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmiş, nəticəsi yoxdur. Səbail RPİ-dən alınmış 12.03.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* saylı cinayət işinin 06.07.2021-ci il tarixdə sonuncunun barəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdilməsi üçün göndərilmişdir. Eyni zamanda Nəsimi RPİ-nin İŞ-dən alınmış qərar və ittiham aktının surətindən müəyyən edilir ki, Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Nəsimi RPİ-nin İŞ-də istintaq olunan 210070295, eyni zamanda sonuncu cinayət işi isə eyni İŞ-də istintaq olunan ********* nömrəli cinayət işinə birləşdilmiş, 01.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızma Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və cinayət işi 24.12.2021ci il tarixdə tərtib edilmiş ittiham aktı ilə baxılınası üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin iş materiallarında məktubları və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 21.01.2022-ci il və 04.02.2022-ci il tarixdə təyin edilmiş hazırlıq iclasına gəlmədiyindən barəsində axtarış elan edilərək icraat dayandırılmış, 15.03.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılması müəyyən edildiyindən icraat təzələnmişdir. Həmin cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, hazırkı iş üzrə də zərərçəkən şəxslərin sayının çoxluğunu, əməllərin sayının çoxluğunu, zərərin ödənilməməsini, göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 17.01.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15.01.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd Crep markalı üzərində çobanyastığı gülü (romaşka) olan ağlı-qaralı rəngdə və aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilmiş M ölçülü don, 1 ədəd markalanma nişanı olmayan üzərində sarı, narıncı və qırmızı rəngdə çiçək rəsmi həkk olunmuş aşağı hissədə biryarığı olan istifadə edilməmiş don, 1 ədəd Crep markalı göy rəngdə üzərinə qırmızı çiçək həkk olunmuş aşağı hissəsində iki yarığı (razrezi) olan istifadə edilməmiş M ölçülü don. 1 ədəd Mihra markalı qırmızı rəngdə istifadə edilməmiş L ölçülü gecə geyimi. 1 ədəd üzərində "Awesta style" yazıları olan Türkiyə istehsalı önü fosforlu və torlu olan qara rəngli plaş materialdan olan istifadə edilmiş idman geyimi saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, videogörüntü köçürülmüş 01 ədəd CD disk və oğurlanmış Crep markalı üzərində çobanyastığı gülü (romaşka) olan ağlı-qaralı rəngdəki donla Zərərçəkmiş şəxs2 hadisədən öncə çəkdirdiyi 1 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmış, habelə 1 ədəd “Millionaire denim” markalı M/L ölçülü qara rəngli papaqlı uzunqol istifadədə olmuş qadın köynəyin, 1 ədəd üzərində “Pucka Fashion” yazıları olan Türkiyə istehsallı XL ölçülü istifadədə olmuş qadın şalvarın və 1 ədəd “Sospiro Accento” yazısı olan ətirin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, eləcə də Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 50 manat dəyərində 3 ədəd don, 1 ədəd gecə geyimini, 1 ədəd idman geyimi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan aşkar edilərək maddi sübut kimi tanınmış əşyaların qalan hissəsinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Yasamal RPİnin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 50 manat dəyərində 3 ədəd don, 1 ədəd gecə geyimi, 1 ədəd idman geyimi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və 1 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğluna ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-209/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-209/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver