Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-21/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 5 nömrəli uşaq yoluxucu xəstəxanasında mülki müdafiə rəisi vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 1 saylı Tibb kollecində müəllimə işləyən, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 18 dekabr 2020-ci il tarixdə saat 14:30 radələrində arvadı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ünvan 3 ünvanın qarşısında, ictimai yer hesab edilən yerdə, ətrafda çox saylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, heç bir əsaslı səbəb olmadan yumruq və təpikləri ilə onun sifət nahiyyəsinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “alın nahiyyəsinin, sol yanağın, burun belinin və sağ diz oynağı nahiyyəsinin qançırı” kimi ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 əllərindən tutub buraraq onu yerə yıxmış, hadisə yerinin yanında olan “Ravon” markalı, R4 LT minik modelli, hadisə zamanı **-PK-*** dövlət qeydiyyat nişanı altında olmuş avtomobilin arxa sol qanadının üst hissəsinə vurmuş, təpik və yumruqları ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “sağ mil-bilək oynağının yumşaq toxumasının əzilməsi və sol əlin “V barmağının qançırı” kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs2 baş nahiyəsindən tutub onu divara vurmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. Ona “ənsə nahiyyəsinin qançırı” kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq xuliqanlıq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 18 dekabr 2020-ci il tarixdə saat 14:30 radələrində əri X6 ilə bir qrup şəxs halında birləşərək ünvan 3 ünvanın qarşısında, ictimai yer hesab edilən yerdə, ətrafda çox saylı sakinlərin gözləri qarşısında Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslərlə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, heç bir əsaslı səbəb olmadan yumruq və təpikləri ilə onun sifət nahiyyəsinə vurmuş, ona qarşı fiziki zor tətbiq etmiş, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə vurmuş, onlara qarşı fiziki zor tətbiq etmiş, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1- ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X27 Mehdi oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə hadisə yerində olmamışdır. Heç kimə heç bir zərbə vurmamış və hadisəni görməmişdir. Şahid1, onun qızı Səmayə, övladları və qonşular yalan ifadələr verirmişdirlər. Onlar onu zərərsizləşdirməklə yoldaşı Səbinəni qorxutmaq istəyirlər ki, obyekti tələb etməsin. Lakin obyekt Səbinənin atasından qalmış mülkdür. Belə ki, 18.12.2020-ci il tarixində, saat 11:00 radələrində arvadı Təqsirləndirilən şəxs2 ünvan 4 ünvana, anasının evinə aparmışdır. Günorta radələrində qaynanası evinə qayıtdığı zaman arvadı Təqsirləndirilən şəxs2 yerdə uzanıqlı vəziyyətdə olduğunu, anası Minayə xanımın isə başının üzərində dayandığını görmüş və çox qorxmuşdur. Səbinəni Minayənin evinə aparmışdılar. Məlum olmuşdur ki, ondan təxminən 15-20 dəqiqə əvvəl Səbinə ilə qardaşı Şahinin keçmiş arvadı Səmayə, onun anası Həcər və uşaqları arasında mübahisə yaranmış, mübahisə sonradan əlbəyaxa dava-dalaşa çevrilmiş, onlar Səbinəni döymüşdürlər. Minayə xanımın və Səbinənin vəziyyəti yaxşı olmadığından o, təcili tibbi yardım çağırmışdır. Bir qədər sonra həyat yoldaşı Səbinə ilə həmin ünvandan çıxarkən Zərərçəkmiş şəxs1 və anası Şahid1 eyvandan onları təhqir etmişdirlər. Daha sonra həmin ünvandan çıxaraq evlərinə getmişdirlər. Arvadının evdə təzyiqi qalxdığı üçün təcili yardım çağırmış, həmin gün onu 5 saylı xəstəxanaya aparmışdırlar. Həmçinin, onun da ürəklə bağlı problemi olduğundan vəziyyəti pisləşmişdir və o da həkim müayinəsindən keçməli olmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs X6 heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, X4 ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, X6 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 və digərləri onun və əri tərəfindən döyüldüklərini bildirmələri yalandır. O, ümumiyyətlə heç kimi vurmamışdır. Aralarında mübahisə olmuşdur, onlar ona əl-qol atdığı üçün o da qarşılıq olaraq onlara əlqol atmışdır. Hadisə zamanı nə anası, nə də ki, həyat yoldaşı orada olmamışdırlar. Mübahisə atalarından miras qalmış mülkün onun tərəfindən icarəyə verilməsi istəyi ilə əlaqədar (üstündə) baş vermişdir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 41 ünvanında evin qarşısında atası X3 təxminən 2000-ci ildə 100 kvadratmetr ərazidə obyekt tikmişdir. O, sağlığında 2014-cü ilə kimi həmin yerdə avtomobil təmiri sexi kimi istifadə etmişdir. Sonra həmin yerdə yollar genişləndiyi zaman Yasamal rayon İcra hakimiyyəti tərəfindən atamın tikdiyi obyekt sökülmüş, ondan bir az kənarda həmin ölçüdə yola mane olmayan yol kənarında yeni obyekt tikilmiş və onlara verilmişdir. Atasının 4 övladı olmuşdur. Anası Zərərçəkmiş şəxs3 Kəbləağa qızı hazırda ata evində yaşayır. Qaradaşları Şahinlə, Əliheydər eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Bacısı Gülnarə ilə o, isə ayrı-ayrı ünvanlarda yaşayırlar. Lakin buna baxmayaraq, qeyd etdiyi obyekdən hər birinin payı vardır. Bacı-qardaş bununla bağlı aralarında razılığa gəlmişdirlər ki, obyekt qardaşı Şahin tərəfindən işlənilsin, buna heç bir etirazları olmamışdır. Atası rəhmətə getdikdən sonra həmin obyekti bir müddət avto təmir kimi, yollar genişləndikdən sonra isə ərzaq mallarının satışı ilə məşğul olan mağaza kimi istifadə etməyə başlamışdır. Bacıqardaşlar buna heç bir etirazları olmamışdır. Qardaşı Şahin arvadından ayrılandan sonra onun evində yaşadığı zaman onun keçmiş arvadı Zərərçəkmiş şəxs1 atalarından onlara miras qalmış obyektin ona məxsus olduğunu iddia etməyə başlamışdır. Bununla bağlı aralarında mübahisəli bir vəziyyət olmuşdur. 18.12.2020-ci il tarixdə, saat 13:00 radələrində anasıgildə, obyektin yerləşdiyi yerdə olacağını, obyekti icarəyə verəcəyini demişdir. Bu məqsədlə o, anasıgilə getmiş, Nadir isə onu düşürüb getmişdir. Həmin ünvanın qarşısında yerləşən, onlara məxsus “Bizim Bağ” adlı obyekti kirayə götürmək istəyən İbrahim və Yaşar adlı şəxslər də həmin yerə gəlməli idilər. Obyektin qapısı xarab olduğundan usta çağırmış, usta obyektin qapısını açmağa çalışdığı zaman keçmiş qohumları yəni qardaşının keçmiş həyat yoldaşı Təvkkülova Səmayə və oğlu Nihad oraya gəlmiş, ona etirazlarını bildirmiş, obyektin onlara məxsus olduğunu demişdirlər. Daha sonra Səmayənin qızı Minayə və anası Şahid1 oraya gəlmişdirlər. ünvan 4 ünvanının qarşısında Həcər, Səmayə, Nihad və Minayə adlı şəxslər onu əhatəyə almışdırlar. Onların zərbə yetirəcəyindən qorxduğu üçün əlləri ilə üzünü tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 “onun əllərini açın” demişdir. Bu zaman Şahid1 onun saçından tutub dartmışdı, daha sonra onu itələmişdir, nəticədə arxası üstə yerə yıxılmış, başı yerə dəymiş, huşu getmişdir. Ayıldığında isə anası Təvəkkülova X24 və həyat yoldaşı Nadirzadə Nadir başının üzərində dayandığını, anasının ağlayaraq qışqırdığını, Zərərçəkmiş şəxs1 və ailəsinin isə onları söydüyünü görmüşdür. Əri və anası ona ayağa qaldıraraq anasının evinə aparmışdırlar. Yerdə onu uzanıqlı görən əri Nadir çox qorxmuşdur. Nadirin ürək problemləri olduğundan həmin gün onu xəstəxanaya yatırmışdırlar. O, isə təcili tibbi yardıma müraciət etmişdir. Daha sonra anasının ürəyi pis olmuşdu, təcili tibbi yardım çağırmışdırlar. Bir qədər sonra isə əri Nadirlə birlikdə oradan uzaqlaşarkən Həcər yaşadığı ünvanın balkonundan əri Nadiri söymüşdür, qarğış tökmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2, cinayət törətməməsini, əksinə özünün döyülərək, təhqir olunmasını, aldığı xəsarətlərlə bağlı xəstəxanada müalicə almasını, zərərçəkmiş şəxslərlə barışmalarını bildirərək onun barəsində ədalətli qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, X6 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 41-də yerləşən “Bizim bağ” adlı obyektlə bağlı keçmiş həyat yoldaşı Şahin Təvəkkülovla mülki çəkişmələri olmuşdur.Şahin bu obyektin ona məxsus olmasını iddia etmişdir. Halbuki, obyekti atası ona hədiyyə etmişdir. 18 dekabr 2020-ci il tarixdə, saat 14:30 radələrində keçmiş baldızı Təqsirləndirilən şəxs2, əri X7 və keçmiş qaynanası Zərərçəkmiş şəxs3 adlı şəxslər yaşadığı ünvanın yaxınlığında olan özünə məxsus “Bizim bağ” adlı obyektə gəlmişdirlər. Obyektə qanunsuz olaraq, kilidi sındırıraraq daxil olmuşdurlar. Bu barədə ilk olaraq azyaşlı oğlu Nihad xəbər tutmuş və ona demişdir. Onlar obyektdən çıxsınlar deyə yaşadığı ünvanın ümumi həyətində olan qarajdakı işıq mərkəzindən obyektin işığını söndürmüşdür. Bu zaman həyətə daxil olan Təqsirləndirilən şəxs2 onu əli ilə itələyərək və yerə yıxmışdır. Daha sonra Səbinənin həyat yoldaşı Nadirzadə Nadir onu yerdə təpikləmişdir. Bu zaman qızı onu müdafiə etmək üçün üzərinə atılmış, Nadir qızı Minayəyə yumruq və təpik zərbələri vurmuşdur. Daha sonra Minayənin başını yaxındakıı avtomobilə çırpmışdı. Nadir Nadirzadə orada olan oğlu Nihadı əli ilə tutaraq divara çırpmışdı, qızının qolunu əli ilə tutaraq burmuşdu. Bu zaman anası Şahid1 hadisə yerinə gəlmişdir. Daha sonra ortalıq sakitləşəndən sonra Nadirzadə Nadir, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 adlı şəxslər onu və övladlarını qonşuların içərisində nalayiq söyüşlərlə təhqir etmişdirlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 18.12.2020-ci il tarixində, saat 14:30 radələrində anasına məxsus olan obyektdə səs-küy gəldiyini eşitmişdir və obyektə yaxınlaşarkən bibisi Səbinənin, onun əri Nadirin və nənəsi Minayənin orada olmalarını görmüşdür. Bu barədə cəld qaçaraq anasına xəbər vermişdir. Anası dərhal qarajdakı işıq mərkəzindən obyektin işığını söndürmüşdür. Bu zaman həyətə daxil olan bibisi Təqsirləndirilən şəxs2 anasını əli ilə itələyərək onu yerə yıxmışdır. Daha sonra Səbinənin həyat yoldaşı Nadirzadə Nadir anasını yerdə təpikləmişdir. Bu zaman bacısı anasını müdafiə etmək məqsədi ilə onun üzərinə atılmışdır. Nadir bacısı Minayəvə yumruq və təpik zərbələri vurmuşdur. Daha sonra Minayənin başını qarajdakı avtomobilə çırpmışdı. Sonra isə Nadir Nadirzadə onu əli ilə tutaraq divara çırpmışdır. Bacısının qolunu əli ilə tutaraq burmuşdur. Nənəsi Zərərçəkmiş şəxs3, əli ilə onu və bacısı Minayəni vurmuşdu. Bu zaman digər nənəsi Şahid1 hadisə yerinə gəlmişdir. Nənəsi Zərərçəkmiş şəxs3, Həcər nənəsini əli ilə sinəsindən itələmişdir. Qonşular onları ayırmağa çalışmışdırlar. Daha sonra Nadirzadə Nadir, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 anasınıı və onları qonşuların içərisində nalayiq söyüşlərlə təhqir etmişdirlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 18.12.2020-ci il tarixdə, saat 14:30 radələrində anası Zərərçəkmiş şəxs1 məxsus olan, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 41-də yerləşən Bizim bağ adlı obyektlərində səs-küy gəldiyini eşitmiş və ora getmişdirlər. Anası obyektlərinə girmək istəyən bibisi Səbinə, onun əri Nadir və nənəsi Minayəni oradan çıxarmaq üçün yaşadıqları ünvanın ümumi həyətindəki qarajdakı işıq mərkəzindən obyektin işığını söndürmüşdür. Bu zaman həyətə daxil olan bibisi Təqsirləndirilən şəxs2 anasını əli ilə itələmiş və onu yerə yıxmışdır. Daha sonra Səbinənin həyat yoldaşı Nadirzadə Nadir anasını yerdə təpikləməyə başlamışdı. Bu zaman anasını müdafiə etmək məqsədi ilə onun üzərinə atılmışdır. Nadir onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Daha sonra başını qarajdakı avtomobilə çırpmışdı. Nadir Nadirzadə qardaşı Nihadı əli ilə tutaraq divara çırpmışdı, onun qolunu isə əli ilə tutaraq burmuşdur. Bu zaman nənəsi Şahid1 hadisə yerinə gəlmişdir. Nənəsi Zərərçəkmiş şəxs3, Həcər nənəsini əli ilə sinəsindən itələmişdir. Qonşular onları ayırmağa çalışmişdırlar. Daha sonra Nadirzadə Nadir, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 adlı şəxslər anasını və onları qonşuların içərisində nalayiq söyüşlərlə təhqir etmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qızı X8 2004-cü ildə X9 ilə ailə həyatı qurmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 41 ünvanında onlar hamı birlikdə yaşamışdırlar. Həmin evin qarşısında əri Adil təxminən 20 il bundan əvvəl obyekt tikmişdir. Onu bir müddət işlətməsi üçün rəhmətə getmiş qudaları X1 vermişdir ki, orada işləsin və dolansın. Xoşbaxt rəhmətə getmiş, uşaqları həmin obyektin onlara məxsus olduğunu bildirmişlər. Bununla bağlı aralarında narazılıq vardır. 18.12.2020-ci il tarixində, günorta saat təxminən 14:30 radələrində evdə olduğu zaman həyətin qarşısında möhkəm səs-küy gəldiyini eşitmiş, baxdıqda isə Şahinin bacısı Səbinə ilə onun əri Nadirin, qızı Səmayəni, onun uşaqları Nihatla Minayəni döydüyünü görmüşdürlər. Tez onların yanına getmiş, onları aralamağa çalışmışdır. Həmin vaxt Nadir nəvəsi Nihadin ənsə baş nahiyəsini orada saxlanmış qonşumuz Gülnarəyə məxsus olan avtomobilə çırpmışdı. Bundan sonra nəvəsi Minayənin sağ mil bilək oynağına və sol əlinin 5-ci barmağına yumruğu ilə xəsarət yetirmişdir. Səbinə isə əlləri ilə qızı Səmayəni itələmişdir. Səmayə arxası üstə yıxılmış və xəsarət almışdır. Bundan sonra isə səs küyə ora Səbinənin anası Minayə gəlmişdir. Birlikdə onları ayırmış və sakitləşdirmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Təvəkkülova X24 ifadəsində bildirmişdir ki, 18.12.2020-ci il tarixində, saat 11:00 radələrində qızı Təqsirləndirilən şəxs2 ünvan 4 ünvana, yəni yaşadığı evə gəlmişdir. O, artıq qocaldığı və sağlamlıq vəziyyəti ilə əlaqədar çətinlik çəkdiyindən qızı tapşırdığı dərmanları aptekdən alıb ona gətirmişdi. Oğlu Şahin obyekti icarəyə vermək üçün Səbinədən obyektə baxış keçirməsini xahiş etmişdir. Həmin gün günorta radələrində yaşadığı evdə olarkən bayırdan səs-küy gəldiyini eşitmişdir. Baxdıqda isə qızı Təqsirləndirilən şəxs2 yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, cəld evdən çıxaraq qızına yaxınlaşmışdır. Qızı ağır olduğundan onu təkbaşına yerdən qaldıra bilməmişdir. Səbinə Nadirə zəng vurmağını, onu köməyə çağırmağını bildirmişdir. O, telefonla məlumat verəndən bir neçə dəqiqə sonra kürəkəni Nadir gəlmiş, Səbinəni evinə aparmişdır. Təcili tibbi yardım çağırmışdırlar. Səbinənin vəziyyəti yaxşı deyildir, o, qızını o halda görüb halı pisləşmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 18.12.2020-ci il tarixində günorta radələrində yaşadığı ünvan 5 ünvanda yerləşən evinin ümumi həyətindəki qarajın dəmir qapısının bərk çırpılmasını eşitmişdir. Həyətə baxanda Təqsirləndirilən şəxs2 adlı şəxsin qonşusu Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyini görmüşdür. Səbinə Səmayəni əli ilə itələmiş, Səmayə yerə yıxılmışdı. Səbinənin əri Nadir adlı şəxs qaraja daxil olmuş, Səmayənin üzərinə hücum edərək Səmayəni təpikləməyə başlamışdır. Səmayənin övladları Nihad və Minayə analarını müdafiə etməyə çalışaraq analarının üzərinə atılmışdırlar. Bu zaman Nadir adlı şəxs, Səmayənin övladları olan Nihad və Minayəni də təpik zərbələri ilə vurmuşdu. Minayənin başı ona məxsus avtomobilin arxa sol qapısının üzərinə dəymişdi. Digər qonşular gələrək həmin şəxsləri Səmayə və övladlarının üzərindən ayırmağa çalışmışdırlar. Səbinə, Nadir və Minayə adlı şəxslər Səmayə və ailəsini küçədə nalayiq söyüşlərlə təhqir etmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, dostu Şahid6lə birlikdə, keçmiş qonşuları Nadirzadə Nadir və Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildikləri ünvan 4 ünvanında yerləşən “Bizim Bağ” adlı obyekti icarəyə götürərək işlətmək qərarına gəlmişdirlər. Bununla bağlı Səbinə xanımla danışmış, o, onlara 18.12.2020-ci il tarixdə günorta saatlarında anasıgildə olacağını bildirmişdir. 18.12.2020-ci il tarixdə, saat təxminən 14 radələrində həmin obyektin yerləşdiyi yerə getmişdirlər. Obyektə kənardan baxmışdırlar, içəridən baxmaq istədikdə Səbinə xanım qapını açmaq üçün usta çağırdı. Bu zaman gördük ki, Səbinə adlı xanım sonradan tanıdığımız Səbinənin qardaşı Şahinin keçmiş arvadı olmuş Səmayə adlı qadınla mübahisə edirlər. Hər iki tərəf obyektin onlara məxsus olduğunu deyirdilər. Bununla bağlı onların aralarında mübahisə yaranmışdır. Bundan sonra isə həmin şəxslərin arasındakı mübahisə dava-dalaşa çevrilmişdi. Həmin yerə bir oğlanla qız, bundan sonra isə onlardan yaşlı bir qadında gəlmişdir. Həmin şəxslərlə Səbinə arasında münaqişə yaranmışdır. Həmin şəxslərin əlbəyaxa olduqlarını, birazdan isə Səbinənin yerə yıxıldığını görmüşdülər. Qadın olduqlarına görə onlar onlara yaxınlaşmamışdırlar. Bundan sonra isə onları ayırmışdırlar və ara sakitləşmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 eyni xususuatlar üzrə ifadə verərək, Şahid5 ifadəsində qeyd etdiyi halları bi daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Səbinədən, qardaşı Şahinin keçmiş arvadı və onun anası ilə aralarında yaranmış münaqişədən sonra özünü intihar etməyə cəhd etdiyini eşitmişdir. O, 3 saylı şəhər xəstəxanasında müalicə alırdı. Səbinəyə və Şahinə xatir olaraq Şahinin yanına getmək istəmişdir. Bununla bağlı Səbinə ilə danışmış, bilmişdir ki, Səbinə 18 dekabr 2020-ci il tarixdə günorta saatlarında anasının yaşadığı ünvan 4 ünvanda olacaqdır. 18.12.2020-ci il tarixdə, saat təxminən 14 radələrində Səbinəni götürüb qardaşının yanına aparmaq üçün onun dediyi yerə getmişdir. Həmin yerə öz avtomobili ilə getmişdir. Qapının qarşısına çatanda Səbinənin və qardaşı Şahinin keçmiş arvadı olmuş Səmayə adlı qadınla mübahisə etdiyini görmüşdür. Səbinənin atasına məxsus olmuş obyekt üzərində aralarında münaqişəli vəziyyət olduğunu bildiyindən mübahisə yəqin ki, bunun üzərində getdiyini hesab etmişdir. Bundan sonra isə həmin şəxslərin arasındakı mübahisə davadalaşa çevrilmişdir. Həmin yerə bir oğlanla qız, bundan sonra isə onlardan yaşlı bir qadın da gəlmişdir. Həmin şəxslərlə Səbinə arasında münaqişə yaranmışdır. Öz avtomobilinin içərisindən bu hadisənin şahidi olmuşdur. Söz-söhbətdən uzaq olmağa çalışdığından dava-dalaşa müdaxilə etmək istəməmişdir. Həmin şəxslərin əlbəyaxa olduqlarını, birazdan isə Səbinənin yerə yıxıldığını görmüşdür. Orada hamısı qadınlar idi. Bundan sonra isə onlar aralanmışdırlar. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18.12.2020-ci il tarixində günorta radələrində yaşadığı ünvan 5 ünvanda yerləşən evinin ümumi həyətindəki qarajın dəmir qapısının bərk çırpılmasını eşitmiş, buna görə bayıra çıxmış, Nadir adlı şəxsin, qonşusu Səmayəni və övladlarını təpikləməsini görmüşdür. Daha sonra Nadir adlı şəxs, Səmayənin oğlu Nihadı əli ilə divara çırpmış, boğmağa başlamışdır. Cəld həmin hadisəyə müdaxilə etmiş, qonşuları Gülnarə və Zəhra ilə birlikdə Nadiri və Səbinəni, qonşu Səmayə və övladlarının üzərindən ayırmışlar. Nadir, Səbinə və Minayə adlı şəxslər Səmayəni və ailəsini nalayiq söyüşlərlə küçədə təhqir etmişlər. Səmayə və anası Həcər onlara qarşılıq verməmişlər. Nadir Nadirzadə münaqişə zamanı orada olmadığını bildirməsi yalandır. Hadisə baş verən zaman Nadir orada olmuşdur. Qonşuları Gülnarə və Zəhra onun Səmayə və övladları Minayə və Nihada necə təpiklə zərbə endirməsini görmüşlər. Bundan başqa müdaxilə edib Nadir və həyat yoldaşı Səbinəni aralamışlar ki, Səmayə, övladları Minayə və Nihadı vurmasınlar. Nadir və Səmayənin hansı xəsarətlər yetirdiklərini tam görməmişdir. İbtidai istintaqda üzrə şahid qismində dindirilmiş Şahid3 qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, şahid eyni xususuatlar üzrə ifadə verərək, Şahid8 ifadəsində qeyd etdiyi halları bird aha təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18.12.2020-ci il tarixində günorta radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evlərinin ümumi həyətindəki qarajın dəmir qapısının bərk çırpılmasını eşitmiş, cəld evindən həyətə çıxmış, baxdıqda bibisi Təqsirləndirilən şəxs2 əmisi Şahinin keçmiş arvadı Səmayə ilə mübahisə etdiyini görmüşdür. Şahid1, Minayə ilə Nihad da orada olmuşlar. Bibisi ilə onlar arasında neçə vaxtdır ki, mübahisəli bir vəziyyət hökm sürür. Belə ki, babasından qalmış hazırda “Bizim bağ” adını daşıyan obyekt üzərində mübahisə gedir. Onlar daimi olaraq mübahisdə etdikləri üçün bu söz söhbətin də ötəri bir hadisə olduğunu gümün etmişdir. Onlara yaxınlaşmamışdır. Oradan uzaqlaşaraq getmişdir. Təxminən 2 saatdan sonra evə qayıdanda eşitmişdir ki, Səmayəgillə bibisi Səbinə arasında dava-dalaş olmuşdur. Zərərçəkmiş şəxs1 uşaqları və anası ilə birlikdə bibisi Səbinəni döymüşlər. Hadisənin şahidi olmamışdır. Bunları sonradan məhəllədə uşaqlardan və bibisindən eşitmişdir. Hadisə yerindən keçib getdiyi zaman bibisinin əri Nadir və nənəsi Minayənin hadisə yerində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.04.2021-ci il, 04.09.2021-ci il, 07.09.2021-ci il, 09.09.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin şahidlər Şahid4, Şahid1, Şahid8 və Şahid3 qızı ilə təqsirləndirilən şəxs X6 arasında üzləşdirmədə dindirmə istintaq hərəkətləri icra edilmiş, ziddiyyətli məqamlara aydınlıq gətirilməyə çalışılmış, zərərçəkmiş şəxslər, eləcə də şahidlər istintaqa verdikləri ifadələrini təsdiq edərək, təqsirləndirilən şəxsin üzünə qarşı demiş və təsdiq etmişlər (cild 01, səh. 179-187, cild 03, səh. 55-66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11.09.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki,işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin şahidlər Şahid4, Şahid1, Şahid8 və Şahid3 qızı ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmədə dindirmə istintaq hərəkətləri icra edilmiş, ziddiyyətli məqamlara aydınlıq gətirilməyə çalışılmış, zərərçəkmiş şəxslər, eləcə də şahidlər istintaqa verdikləri ifadələrini təsdiq edərək, təqsirləndirilən şəxsin üzünə qarşı demiş və təsdiq etmişlər (cild 03, səh. 67-86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Azərfon MMC-nin təqdim etdiyi diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxslər X4 istifadəsində olmuş 070 ***-**-** nömrəsi 18.12.2020-ci il tarixdə saat 13:48dən etibarən sözügedən hadisənin baş verdiyi ünvan 6 ünvanını əhatə edən Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 40 ünvanındakı antenin əhatə dairəsində olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 21.12.2021-ci il tarixli, 1030 nömrəli rəyi ilə təsdiq olunur ki, vətəndaş Şahid1 almış olduğu xəsarət “döş qəfəsinin öz səthinin qançırı” küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.12.2020-ci ildə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 01, iş vərəqə 50-52). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 19.12.2021-ci il tarixli, 1027 nömrəli rəyi ilə təsdiq olunur ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər “alın nahiyyəsinin, sol yanağın, burun belinin və sağ diz oynağı nahiyyəsinin qançırları” küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.12.2020-ci ildə törənməsi mümkündür, həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Tibbi sənəddə göstərilən diaqnoz “Baş beyin silkələnməsi” obyektiv və klinik əlamətlərlə təsdiqlənmədiyindən onu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 01, səh. 53-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 19.12.2021-ci il tarixli, 1028 nömrəli rəyi ilə təsdiq olunur ki, vətəndaş Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər “sağ mil-bilək oynağının yumşaq toxumasının əzilməsi və sol əlin V barmağının qançırı” küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.12.2020-ci ildə törənməsi mümkündür, həm sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin olunmur. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (Cild 01, səh. 56-58). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 19.12.2021-ci il tarixli, 1029 nömrəli rəyi ilə təsdiq olunur ki, vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər “ənsə nahiyyəsinin qançırı” küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.12.2020- ci ildə törənməsi mümkündür, həm sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin olunmur. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (Cild 01, səh. 59-61). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 25.12.2021-ci il tarixli, 1042 nömrəli rəyi ilə təsdiq olunur ki, vətəndaş Təqsirləndirilən şəxs2 almış olduğu xəsarət “başın yumşaq toxumasının əzilməsi” küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.12.2020-ci ildə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (Cild 01, səh. 62-64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10 sentyabr 2021-ci il tarixli 8/2115; 9/6218 nömrəli məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Ravon-4” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadında olan zədə, iz öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insan bədənin müxtəlif nahiyyələrinin dəyməsi nəticəsində yaranması mümkündür. Müvafiq elmi metodika olmadığından həmin zədənin yaranma tarixini müəyyən etmək mümkün deyildir. Tədqiqat nəticəsində təqdim edilmiş “X21” tərəfindən tərtib edilmiş 26.08.2021-ci il tarixli ziyan aktında əsasən 2017-ci il buraxılışlı, qara rəngli, “Ravon-4” markalı Az **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir bərpa xərci təxminən dəmirçi işi 40 manat, rəngsaz işi 60 manat olmaqla 100,00 manat müəyyən edilir (cild 03, səh. 104-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 02, səh. 183, 186-187). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 1 nömrəli Bakı Tibb Kollecindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xoşbəxt qızı 14.09.1999-cu il tarixindən 1 nömrəli Bakı tibb kollecində “ictimai elmlərin əsasları” fənn müəllimi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində iş kollektivində müsbət xarakterizə olunmuşdur (cild 2, səh 185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məktublardan görünür ki, təqsirləndirilənlər X6 və Təqsirləndirilən şəxs2 Respublika Psixatriya Xəstəxanasında, Bakı şəhər narkoloji mərkəzdə, həmçinin yaşayış yeri üzrə Bakı şəhəri 16 saylı poliklinikasında psixoloji və narkoloji qeydiyyatda olmamışlar (cild 03, səh. 45-46, 54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması” haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən X6 27 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 28 aprel 2021-ci il qərarı ilə barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 194, 223-225). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyul 2021-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarı ilə X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (Cild 02, səh. 188-190). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli “polisin nəzarəti altına vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, səh. 255- 257). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.03.2022-ci il tarixli Azsığorta ASC tərəfindən təqdim olunmuş məktubdan görünür ki, “Ravon R4" markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətdə “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. 01.02.2021-ci il tarixində “Ravon R4” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel” markalı ** DU *** dövlət qeydiyyat nişanlı və “Toyota”markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərər üzrə sığorta ödənişi həyata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən gürünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məhkəmədə ərizə yazaraq, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdirlər. Məhkəmə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X4 və Təqsirləndirilən şəxs2 təqsirliliyi özləri tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, üzləşmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə ilk qeyd edir ki, hər iki təqsirləndirilən şəxs tərəfindən onlara istinad edilən cinayət əməlinin törədilməsi sübut edən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə ististintaqı zamanı verdiyi ifadələr həlledici sübut kimi çıxış etməsinə baxmayaraq iş üzrə yeganə sübutlar deyildir. Təqsirləndirilən şəxs N.Nadirzadənin ümumiyyətlə cinayət hadisəsinin baş verdiyi yerdə (həmin vaxtda) olmaması, onun sonradan həmin yerə gəlməsi, zərərçəkmiş şəxslərə hər hansı bir xəsarət yetirməməsi və sairələrlə dair gətirdiyi dəlillərlə bağlı, habelə digər Təqsirləndirilən şəxs2 “zərəçəkmiş şəxslərin onun tərəfindən döyülməsinin yalan olması, onun əri N.Nadirzadənin mübahisə zamanı orada olmaması, zərəçəkmiş şəxslərə xəsarət yetirməməsi ilə bağlı” dəlilləri barədə məhkəmə bilidirir ki, hər iki təqsirləndirilən şəxsin gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı didindirilmiş, hadisənin bilavasitə şahidləri olmuş Şahid1, Şahid4 və Şahid8 etibarlılıq baxımından şübhə doğurmayan ifadələri ilə, cinayət işinin materiallarında olan anten dairəsinə dair məlumatlarla, ekspertiza rəyləri ilə, üzləşmə protokolları ilə tamamilə inkar olunur. Təqsirləndirilən şəxslərin xeyrinə verilmiş kimi hesab edilə bilən X10 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsi “öz avtomobilinin içərisindən bu hadisənin şahidi olmuşdur. Söz-söhbətdən uzaq olmağa çalışdığından dava-dalaşa müdaxilə etmək istəməmişdir. Həmin şəxslərin əlbəyaxa olduqlarını, birazdan isə Səbinənin yerə yıxıldığını görmüşdür. Orada hamısı qadınlar idi. Bundan sonra isə onlar aralanmışdırlar.” məhkəmə inandırıcı, mötəbər və etibarlı hesab etmir. Belə ki, Şahid9 hadisə baş verən elə də böyük olamayan bir (ərazidə) yerdə öz avtomobilində əyləşərək heç kimin onu görə bilməyəcəyi şəkildə yaxın məsafədən hadisəni kənardan müşahidə etməsini, yaxın rəfiqəsi olan bir şəxsin özünün bildirdiyi kimi yerə yıxılmasını gördüyünü lakin ona köməklik etməməsi ilə bağlı ifadsəsi ağlabatan deyildir. Digər tərəfdən məhkəmə hesab edir ki, nəzərə alnsa ki, X13 təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs2 özü qeyd elədiyi kimi ailəvi gediş-gəlişləri olan yaxın rəfiqəsidir onada belə qənaətə gəlinir ki, sözügüdən ifadə şəxsi münasibətlər zəminində təqsirləndirilən şəxslərin mənafeyinin müdafiəsi baxımından ifadə edilmişdir. Məhkəmə həmçinin iş üzrə şahidlərdən Təvəkkülova X18, Şahid5 və Şahid6 təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadələrini mötəbər hesab etmir və belə nəticəyə gəlir ki, həmin ifadələr iş üzrə digər mötəbər sübutlarla (şahid ifadələri, ekspertiza rəyləri, anten məlumatları, üzləşmə protokolları və sairələrlə) inkar edildiyindən qeyd edilən ifadələr şəxsi münasibətlər zəminində təqsirləndirilən şəxslərin mənafeylərinin müdafiəsi baxımından verilmiş ifadələrdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X4 ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxslərə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi onların islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxslərə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Digər tərəfdən məhkəmə qeyd edir ki, X5 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların hər birini və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, habelə nəzərə alınsa ki, onlar hər ikisi ali təhsilli şəxslərdir onların normal bir şəxslər kimi cəmiyyətə inteqrasiya etməsinə maneə ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, X5 təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, X4 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 27.04 2021-ci il tarixdən 11.05.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 01 (bir) il 14 (on dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məhkəmə ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat, Təqsirləndirilən şəxs2 isə 100 (bir yüz) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosuna, Müdafiəçi3 və Həmdiyyə Əfəndizadənin vəkil işlədikləri Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X4 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(004)-379/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxs X7nun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Həmdiyyə Əfəndizadənin tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X7na məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa sərf edilmiş vaxtın 4 (dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 4 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Həmdiyyə Əfəndizadənin vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. X5 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 100 (bir yüz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 100 (yüz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir.Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 100 (yüz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 100 (yüz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
1. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 27.04.2021-ci il tarixdən 11.05.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) il 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 üzərinə: yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X4 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. X4 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 200 (iki yüz) manat məhkəmə ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat, Təqsirləndirilən şəxs2 isə 100 (bir yüz) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində, Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat, Həmdiyyə Əfəndizadənin vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə